Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-338/2022 15.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Sabirabad rayonu, Cavad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Cavad kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində fərdi evdə kirayə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 05:40-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq İdarənin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 02 bükümdə təmiz çəkisi 0,215 qram təşkil edən şəxsi istehlak miqdarından artıq miqdarda psixotıop maddə metamfetamin və 0,144 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 27 aprel 2022-ci il tarixdə Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 13:45-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq İdarənin inzibati binasına gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 0,834 qram təşkil edən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə yalnız özünü birinci epizod üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 22 fevral 2022-ci il tarixdə saat 05:40 radələrində o, ünvan 3 ünvanda olarkən qəflətən ona mülki geyimdə iki nəfər şəxs yaxınlaşmış və ona xidməti vəsiqəni göstərib polis əməkdaşları olmalarını və narkotik vasitənin qanunsuz əldə edilib istifadə edilməsində şübhəli olduğunu bildirmişdir. O, da polis əməkdaşlarına narkotik vasitədən istifadə etməyini səmimi etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi RPİ-yə dəvət etmişlər. İdarəyə gəldikdən sonra ona hüquq və vəzifələri izah edilərək ona müdafiəçi dəvət etmişlər. Müdafiəçi gəldikdən sonra polis əməkdaşları ona bildirmişlər ki, videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcək. O da buna etiraz etməmiş, polis əməkdaşlarının və çəkiliş aparan şəxsin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl polis əməkdaşlarının, onun və mütəxəssisin anket məlumatları soruşulmuş. daha sonra hüquqları və vəzifələri elan edilmiş, ona üzərində qanunsuz əşya varsa təqdim etməyini demişlər. O, da əynində olan tünd göy rəngli klassik şalvarın sağ yan cibindən 01 ədəd bükümdə pxisotrop maddəni və 01 əcəd bükümdə narkotik vasitəni çıxarıb stolun üzərinə qoymuşdur. Həmçinin bildirmişdir ki, o, həmin psixotrop maddə və narkotik vasitəni 21 fevral 2022-ci il tarixdə saat 17 radələrində Nəsimi rayonu, Kubinka adlanan ərazidə bir nəfər şəxsdən 30 manata almışdır. Bununla bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar həmin protokola imza etmişlər, eyni zamanda götürülmüş psixotrop maddə və narkotik vasitə qablaşdırılmış, ekspertizaya göndərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə ikinci epizoda görə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Anadolu Türk liseyinin yanında yerləşən həyət evinə ona məxsus telefon aparatının adapterini götürməyə getmiş və orada biraz əyləşdikdən sonra polis əməkdaşları həmin evə gəlmiş, onu və orada olan Orxan adlı şəxsi Polis idarəsinə aparmışlar. Polis əməkdaşları ona həmin evdən tərəzi çıxdığını və təqsiri olmasını boynuna almadığı halda ona narkotik vasitənin satışı ilə ittiham veriləcəyini bildirmişlər. O, da bunu nəzərə alaraq törədilmiş cinayəti könüllü etiraf etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, ikinci epizod üzrə polis əməkdaşlarının ona qarşı etdiyi təziqdən heç bir yerə şikayət verməmiş və könüllü olaraq bütün protokolları vəsatətlərinin olmamasını göstərərək imzalamışdır. Daha sonra birinci epizod üzrə özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və cavan olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini, ikinci epizod üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili X5 oglu ifadəsində göstərmişdir ki, 22 fevral 2022-ci il tarixdə bölməyə “Zamin” adlı şəxsin qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, özündə saxlayaraq daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə bölmədə bölmənin baş əməliyyat müvəkkili Şahid2 Əbülfəz oğlunun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. 22 fevral 2022-ci il tarixdə saat 05:20 radələrində onlar hər ikisi ünvan 1 ünvana gəlmişlər. Saat 05:40 radələrində onlar həmin ünvanda olarkən əməliyyat məlumatına uyğun olan şəxsi görüb ona yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim edib ona qanunsuz olaraq narkotik vasitəni əldə edib özündə saxlaması, daşıması, istifadəsi ilə məşğul olmasında şübhələndiklərini demişlər. Daha sonra onu İdarəyə gətirmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təqdim edilmiş, ona videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonuncu da buna etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli klassik şalvarının sağ yan cibindən 02 ədəd büküm aşkar edilmişvə həmin bükümdəki maddələrin birinin narkotik vasitə heroin və digərinin isə psixotrop maddə metamfetamin olmasını, həmin maddələri Bakı şəhəri, Nəsimi rayonu, "Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 30 manata istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlər götürülmüş, zərfə qoyularaq DİN-nin 186 nömrəli möhürü ilə möhürlənmiş, daha sonra protokol tərtib olunaraq ucadan oxunmuş, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişiər. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli klassik şalvarının sağ yan cibindən 02 ədəd büküm aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 27 aprel 2022-ci il tarixdə bölməyə "Zamin” adlı şəxsin qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, özündə saxlayaraq daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə bölmədə əməliyyat müvəkkili Şahid4 iştirakı ilə onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. 27 aprel 2022-ci il tarixdə saat 13:30 radələrində onlar hər ikisi ünvan 2 ünvana gəlmişlər. Saat 13:45 radələrində onlar həmin ünvanda olarkən əməliyyat məlumatına uyğun olan şəxsi görüb ona yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim edib ona qanunsuz olaraq narkotik vasitəni əldə edib özündə saxlaması, daşıması, istifadəsi ilə məşğul olmasında şübhələndiklərini bildirmişlər. Daha sonra onu İdarəyə dəvət etmiş, orada xidməti otaqların birində həmin şəxsə yəni Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təqdim edilmiş, ona videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonuncu da buna etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd büküm aşkar edilmiş, sonuncu aşkar edilmiş bükümdəki maddənin narkotik vasitə heroin olmasını və həmin maddəni Bakı şəhəri. “Kubinka” adlanan ərazidən İran İslam Respublikasının vətəndaşı “Arif adlı şəxsdən 10 manata istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş büküm götürülmüş, zərfə qoyularaq DİN-niıı 186 nömrəli möhürü ilə möhürlənmiş, protokol tərtib olunaraq ucadan oxunmuş, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3la ilə eyni məzmunlu ifadə verərək bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd büküm aşkar edilmişdir. Cinayət işinin İ cild 127-128-ci vərəqələrində olan 22 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin İ cild 213-214-cü vərəqələrində olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi T.Tağıyevin 23 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarər altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 21-ci vərəqəsində olan 27 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin İ cild 95-98-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 aprel 2022ci il tarixdən hesablanmaqla 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cildində olan Nəsimi Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİ cildində olan Nəsimi Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 163-169-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2022-ci il tarixli, 6/1093 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət.... Təqsirləndirilən şəxs...» sözləri olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,215 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə melamfetamindir və 1 ədəd bükümdə təmiz çəkisi 0,144 qram olan qəhveyi rəngli maddə kustar üsulla hazırlanmış heroindir. Qeyd: ekspertiza tədqiqatı zamanı melamfetamin təmiz çəkisi 0,215 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,165 qram və heroinin təmiz çəkisi 0,144 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,094 qram qalıq qalmışdır. Cinayət işinin İ cild 164-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 220-ci vərəqəsində olan 25 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 0,165 qram çəkidə psixotrop maddə hesab edilən melamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin İ cild 48-52-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2022-ci il tarixli, 6/2434 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №186» dairəvi möhür əksi olan, « Təqsirləndirilən şəxs üzərindən açkar edilmiş...» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,834 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hetroindir. Qeyd: ekspertiza tədqiqatı zamanı heroinin təmiz çəkisi 0,834 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş 0,784 qram qalıq qalmışdır. Cinayət işinin İ cild 49-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 99-cu vərəqəsində olan 04 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 0,784 qram çəkidə narkotik maddə hesab edilən heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin İ cild 246-259-cü vərəqələrində olan 17 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş, həmçinin ittiham üzrə birinci epizoda dair Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,144 qram narkotik vasitə olan heroin miqdarına görə cinayət tərkibi yaratmadığından onun barəsində inzibati qaydada məsuliyətə cəlb edilməsi qərara alınmışdır. Cinayət işinin İ cild 231-232-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 16 aprel 2022-ci il tarixli, 1871 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İ cild 222-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10 mart 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum edilməmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin 2 xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt sonuncu əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 02 ədəd bükümü çıxarıb masanın üzərinə qoyur və həmin bükümdəki maddələrin birinin narkotik vasitə heroin və digərinin isə psixotrop maddə metamfetamin olmasını, həmin maddələri Bakı şəhəri, Nəsimi rayonu, "Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 30 manata istifadə məqsədi ilə əldə etdiyini bildir. Budan sonra üzərinə şəxsi axtarış keçirilir və başqa heç bir qanuna zid əşya aşkar edilmir. Cinayət işinin İ cildinə əlavə DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt sonuncu əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoyur və aşkar edilmiş bükümdəki maddənin narkotik vasitə heroin olmasını, həmin maddəni Bakı şəhəri “Kubinka” adlanan ərazidən İran İslam Respublikasının vətəndaşı “Arif adlı şəxsdən 10 manata istifadə etmək məqsədi ilə əldə etdiyini bildirir. Budan sonra üzərinə şəxsi axtarış keçirilir və başqa heç bir qanuna zid əşya aşkar edilmir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psoxotrop maddə hesab edilən metamfetamini və narkotik vasitə hesab edilən heroini birinci epizod üzrə əldə edib üzərində saxlaması və daşıması cinayətini etiraf etsədə, ikinci epizod üzrə heroini əldə edib üzərində saxlaması və daşıması cinayətini etiraf etməsədə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərində olan video görüntülərlə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında, ibtidai istintaq zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ikinci epizod üzrə verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan cinayət əməlini törətməkdə şübhəli şəxsin tutulması və təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlardan, həmçinin şübhəli şəxsi tutma, şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki, təqsirləndirilən şəxs könüllü olaraq həmin məhkəmə iclasında törətdiyi əməli tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamış və ona istinad edilən əməli tam etiraf etmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoyur və aşkar edilmiş bükümdəki maddənin narkotik vasitə heroin olmasını, həmin maddəni Bakı şəhəri “Kubinka” adlanan ərazidən İran İslam Respublikasının vətəndaşı “Arif adlı şəxsdən 10 manata istifadə etmək məqsədi ilə əldə etdiyini bildirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və cavan olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə hesab edilən melamfetaminin və heroinin miqdarını (0,215 və 0,834 qram), hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs ilk dəfə saxlanılarkən barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilərək azadlıqda qaldığı halda yenidən qəsdən eyni tərkibli cinayət törətməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək yəni, 01 (bir) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 27 aprel 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 16 aprel 2022-ci il tarixli, 1871 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışın gedişatını əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,165 qram psixotrop maddə olan metamfetamin və kustar üsulla hazırlanmış 0,784 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi olaraq 146 (bir yüz qırx altı) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək 01 (bir) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış və kustar üsulla hazırlanmış 0,784 qram narkotik vasitə olan heroin və 0,165 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci, cəmi – 146 (bir yüz qırx altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-338/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-338/2022
15.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver