Məhkəmə qərarları › İş №1(006)-338/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-338/2025

18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-338/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Zeynalzadə Aysel İlham qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 1(001)- 449/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 01 noyabr 2024-cü il tarixdə saat 17 radələrində ünvan 4 ünvanın qarşısından tapdığı X4 məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 54****2561 nömrəli bank kartının üzərində sonuncuya aid məlumatlar olmasına baxmayaraq sahibinə qaytarmaq əvəzinə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmin bank kartı vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə 01 noyabr 2024-cü il tarixdə saat 18:17-də Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Rahat” marketdə 3 manat 83 qəpik, həmin tarixdə saat 18:19-da qeyd olunan marketdə 2 manat 40 qəpik, həmin tarixdə saat 18:43-də qeyd olunan marketdə 20 manat, həmin tarixdə saat 18:46-da qeyd olunan marketdə 73 manat 93 qəpik, həmin tarixdə saat 18:47-də qeyd olunan marketdə 22 manat 88 qəpik, həmin tarixdə saat 18:50-də qeyd olunan marketdə 30 manat 17 qəpik, 02 noyabr 2024-cü il tarixdə saat 02:05-də Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Bolmart” marketdə 14 manat 29 qəpik, həmin tarixdə saat 02:15-də qeyd olunan marketdə 70 manat 79 qəpik, həmin tarixdə saat 02:16-da qeyd olunan marketdə 6 manat 04 qəpik, həmin tarixdə saat 02:18-də qeyd olunan marketdə 12 manat 58 qəpik, həmin tarixdə saat 05:34-də 91 saylı X1 10 manat, həmin tarixdə saat 19:23-də Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Rahat” marketdə 22 manat 19 qəpik və həmin tarixdə saat 22:43-də Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 40 ünvanında yerləşən “Uğur” marketdə 22 manat 50 qəpik məbləğində təmassız ödənişlə alış-veriş etməklə elektron məlumat daşıyıcısı hesab edilən 54****2561 nömrəli bank kartının hesabından ümumilikdə 311 manat 60 qəpik məbləğində pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs Bəhrəm Xəlilova maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 16-17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən "xxxx"a aid ATM-yə yaxınlaşaraq özünə məxsus olan 5243-7544-4302-3773 nömrəli bank kartından 12 (on iki) manat pul çıxarmışdır. Bu zaman həmin ATM-nin qarşısında bir ədəd bank kartı olduğunu görmüşdür. Həmin kartı götürərək baxış keçirdikdə öz kartına oxşar olduğunu və "xxxx"a aid olduğunu müəyyən etmişdir. Həmin kartı cibinə qoyaraq yaşadığı ünvan 5 ünvanı istiqamətində hərəkət etməyə başlamışdır. O, həmin tarixdə saat 18 radələrində Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Rahat” marketə daxil olaraq özünə siqaret aldığı zaman onun kartına oxşadığı üçün səhvən yerdən tapdığı kartdan istifadə etmişdir. Bu zaman yerdən tapdığı kartın içərisində pul olduğu ona məlum olmuşdur. Daha sonra müxtəlif vaxtlarda həmin kartdan istifadə etməklə Xırdalan şəhərində yerləşən “Rahat” market, “Bolmart” marketdə, X1, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 40-da yerləşən adını xatırlamadığı marketdə və sair obyektlərdə həmin kartdan istifadə etməklə müəyyən əşyalar almışdır. Sonuncu dəfə həmin kartdan Bakı şəhəri, Cavadxan küçəsində yerləşən adını xatırlamadığı mağazadan övladları üçün paltar almışdır. xx.xx.2024-cü il tarixdə atası X2 bu barədə məlumat verdikdə atası ona bunun düzgün olmadığını, həmin kartdan istifadə etməməli olduğunu bildirmişdir. O, atasına kartı oğurlamadığını, yerdən tapdığını bildirsə də atası ona bir daha bu cür hərəkətlərə yol verməməyi barədə irad bildirmişdir. Bundan sonra o, həmin kartı evdə qoymuş və bir daha həmin kartdan istifadə etməmişdir. Daha sonra o, həmin bank kartını evdə nə qədər axtarsa da tapa bilməmiş, bu səbəbdən də həmin kartı istintaqa təqdim edə bilməmişdir. O təsadüfən kartda pul olduğunu öyrəndikdə həmin puldan təxminən 300 (üç yüz) manatını maddi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü iİ tarixədək həmin kartdan istifadə etmişdir. Hadisə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək davam etmişdir. Onun üzərində mobil telefon olmuş, həmin “Samsung” markalı mobil telefonu istintaq orqanına təqdim etmişdir. Hazırda zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Qeyd edilənləri və himayəsində beş uşağının olduğunu nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxs X3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən zərərçəkmiş şəxs X3 iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən həmin şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs X10 ifadəsində göstərmişdir ki, xx.xx.2024cü il tarixdə saat 16 radələrində özünə məxsus olan, hazırda nömrəsini xatırlamadığı “Leobank”a aid bank kartından pul çıxarmaq üçün Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən "xxxx" bankomatına yaxınlaşmışdır. Həmin tarixdə saat 16:17-də bankomatdan 612 (altı yüz on iki) manat nağdlaşdırmışdır. Həmin zaman pulunu bankomatdan götürsə də bank kartını bankomatın üzərində unutmuşdur. Bundan sonra həmin kartdan istifadə etmədiyi üçün kartı unutduğunun fərqinə varmamışdır. Daha doğrusu kartı unutduqdan sonra həmin kartdan bir neçə dəfə mobil tətbiq vasitəsi ilə ödəniş etmiş, yəni fiziki olaraq kartın özündən istifadə etməmişdir. xx.xx.2024-cü il saat 22:43 tarixinədək o, bank kartından pullarının oğurlandığının fərqində olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 22:43-də telefonuna kartından 22,50 manat xərcləndiyinə dair mesaj gəldikdə o, kartının üzərində olmadığını bilmiş və mobil tətbiq vasitəsilə keçmiş ödənişlərə baxdıqda xx.xx.2024-cü il tarixdə saat 18:17-dən xx.xx.2024-cü il tarixdə saat 22:43-dək onun kartından ümumilikdə 311,6 manat pulun oğurlandığını aşkar etmişdir. Bunu aşkar edən anda dərhal 102 zəng xidmətinə hadisə barəsində məlumat vermişdir. Həmçinin Nəsimi RPl-nin 19-cu Polis şöbəsinə də ərizə ilə müraciət edərək polis əməkdaşlarına kartından pullarını oğurlayan şəxsin sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 22:43-də Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan 40 ünvanında yerləşən marketdən 22,50 manatlıq alış-veriş etdiyini bildirmişdir. O, verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ona 311,6 (üç yüz on bir manat altmış qəpik) manat maddi ziyan dəymişdir. Əslində ona bildirişlər gəlmişdir, lakin o, əhəmiyyətsiz mesajlar olduğunu düşünüb həmin mesajlara baxmamışdır. xx.xx.2024-cü il saat 22:43-də təsadüfən pulunun xərcləndiyinə dair mesaj gəldiyini görmüşdür. O, pulunun oğurladığını anladıqdan sonra bank kartını blokladıb yenisi ilə əvəz etdiyi üçün həmin kartın rekvizitləri mobil tətbiqində görməmişdir. Özü də həmin rekvizitləri xatırlamır. O, “Leobank”a müraciət edərək bank kartından xərclənmiş pullara dair çıxarış almışdır. Həmin çıxarışda onun 311,6 manat pulunun oğurlandığı aydın görünür (i/v 53-54). İş materiallarında olan tutma haqqında protokoldan və qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 33, 79). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i/v 88-89). İş materiallarında olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X3 təqdim etdiyi “Leobank”a aid bank kartından çıxarış və 01 ədəd DVD diskdə olan videogörüntünün maddi sübut kimi tanınması və iş materiallarında saxlanılması qərara alınmışdır (i/v 132-140). İş materiallarında olan zərərçəkmiş şəxs X10 tərəfindən təqdim edilmiş qəbzdən görünür ki, dəymiş ziyanın əvəzi olaraq zərərçəkmiş şəxs X10 300 manat pulu müstəntiqdən təhvil almışdır (i/v 85). İş materiallarında olan “Baxış keçirmə və maddi sübutun götürülməsi haqqında” 15 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:43-də bir nfər qara rəngli gödəkçə və şalvar geyinmiş, qara rəngli papağı olan arıq bədən quruluşlu, saqqallı bir nəfər şəxsin “leobank” kartından istifadə etməklə ödəniş etmişdir. Qeyd olunan videogörüntü iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 01 ədəd DVD diskə köçürülməklə götürülmüşdür (i/v 10). İş materiallarında olan 27 dekabr 2024-cü il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:17-dən xx.xx.2024-cü il tarixdə saat 22:43-dək olan dövr ərzində Bəhrəm Xəlilovun bank kartından ümumilikdə 311 manat 60 qəpik vəsait xərclənmişdir (i/v 59). İş materiallarında olan 28 dekabr 2024-cü il tarixdə tərtib olunmuş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2024-cü il tarixdə ünvan 7 ünvanda yerləşən marketin kassasına yaxınlaşaraq üzərində olan iki ədəd bank kartını çıxarıb onlardan biri ilə ödəniş etmişdir. Təqsirləndirilən şəxs görüntülərə baxış keçirdikdən sonra kassada ödəniş edən şəxsin onun özü olduğunu və ödəniş etdiyi kartın Bəhrəm Xəlilova məxsus olan kart olmasını bildirmişdir (i/v 69). İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs X3 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur (i/v 92). İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2019cu il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X9 adlı beş uşağı vardır (i/v 98-101). İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Probasiya Şöbəsinin 2036 nömrəli, 21 aprel 2025-ci il tarixli məkubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs qeydiyyata düşmədiyindən cəzasının hesablanması mümkün olmamışdır. Zərərçəkmiş şəxs X10 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tam ödəməsini, zərərçəkmiş şəxsin onunla barışmasını və ona qarşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində beş uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 1(001)-449/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, iş üzrə maddi sübut kimi tanınmış X3 təqdim etdiyi “Leobank”a aid bank kartından çıxarış və 01 ədəd DVD diskdə olan videogörüntünün cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Güvən” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-338/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı xx.xx.2025-ci il tarixədək 8 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat, xx.xx.2025-ci il tarixdən 36 iş saatı üçün 396 (üç yüz doxsan altı) manat olmaqla, ümumilikdə 444 (dörd yüz qırx dörd) manat pul dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Güvən” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 1(001)-449/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanını axşam saat 23:00-dan növbəti gün 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış X3 təqdim etdiyi “Leobank”a aid bank kartından çıxarış və 01 ədəd DVD diskdə olan videogörüntünün cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı xx.xx.2025-ci il tarixədək 8 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat, xx.xx.2025-ci il tarixdən 36 iş saatı üçün 396 (üç yüz doxsan altı) manat olmaqla, ümumilikdə 444 (dörd yüz qırx dörd) manat pul dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Güvən” Vəkil Bürosunun hesabına köçürülməlidir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar