Məhkəmə qərarları › İş №1(006)-34/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-34/2021

24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-34/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 Mənat oğlunun, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki az yaşlı övladı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmiş və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib həmin hərəkətləri ilə dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vuraraq vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 iyun 2015-ci ildən 12 iyul 2018-ci il tarixə kimi olan dövrdə Azərbaycan Respublikası Baş prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsini icra edərkən 16 iyun 2016cı il tarixdə Xaçmaz rayon sakini X3 yaşadığı Xaçmaz şəhəri M.F.Axundov küçəsində yerləşən 116 nömrəli mənzilində üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi laktı üzrə həmin tarixdə Xaçmaz rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə başlanılmış və istintaqın gedişində həmin Məcəllənin 120.2.1, 120.2.11, 181.3.2, 181.3.3-cü maddələrinə tövsif edilmiş, ********* nömrəli cinayət işini 24 iyun 2016-cı il tarixdə icraatına qəbul edib həmin cinayət işi üzrə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun həmin tarixli qərarı ilə yaradılmış istintaq qrupunun rəhbəri, 17 aprel 2017- ci il tarixdən isə istintaq qrupunun üzvü kimi istintaq apararkən 15 iyun 2016-cı il tarixdə yaşadığı mənzildə qətlə yetirilmiş X5 oğlu Zərərçəkmiş şəxs 2016-cı ilin iyul ayının əvvəllərində ünvan 3 ünvanında yerləşən Xaçmaz rayon prokurorluğunun inzibati binasında özünün Xaçmaz rayonu ərazisində kirayədə yaşaması və işin istintaqını aparması üçün çəkdiyi xərclərinin (müstəntiq xərcləri) guya onun tərəfindən ödənilməli olmasına inandırıb xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib ünvan 3 ünvanında yerləşən Xaçmaz rayon prokurorluğunun inzibati binasında onun 2000 manat pulunu ələ keçirmiş, bundan sonra öz qanunsuz əməllərini davam etdirib 2016-cı ilin iyul ayının ortalarında Xaçmaz rayon prokurorluğunun inzibati binasında, daha sonra isə 2016cı ilin noyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 22 ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin inzibati binasında xidməti iş otağında icraatında olan həmin cinayət işi üzrə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə istintaqdan qaçıb gizləndiyinə görə Azərbaycan Respublikası CM-nin 120.2.1,120.2.5,120.2.11,181.3.2 və 181.3,3-cü maddələri ilə 11 iyul 2016-cı il tarixdə haqqında axtarış elan etdiyi X6 tutulub istintaqa təhvil verilməsi üçün guya Beynəlxalq Cinayət Polis İdarəsi (İntcrpol) tərəfindən əməliyyat tədbirlərinin keçirilməsini təşkil edəcəyini yalandan vəd edib bunun üçün çəkəcəyi xərclərinin onun tərəfindən ödənilməli olması adı ilə Zərərçəkmiş şəxs aldadıb etibarından sui-istifadə edərək 2016-cı ilin dekabr ayında onun sözləri ilə X22dan Bakı şəhəri, Nəsimi rayonu ərazisində istintaqa məlum olmayan ünvanda yerləşən hündür mərtəbəli binada 3000 manat, cəmi 5000 manat pulunu ələ keçirib qulluq mövqeyindən istifadə edib vahid niyyətlə aldatma və etibardan sui- istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. və Həmin hərəkətləri ilə prokurorluq orqanlarının əhali arasında olan nüfuzunu və imicini aşağı salmaqla dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vuraraq vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X3 yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə 16 iyun 2016-cı ildə Xaçmaz rayon prokurorluğu tərəfindən başlanılmış cinayət işi üzrə istintaqın aparılması 24 iyun 2016-cı ildə ona həvalə edildiyindən o, Xaçmaz rayonuna ezam olunmuş, orada qısa müddətdə əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə cinayəti törətmiş şəxslərdən biri olan X2 müəyyən edib cinayət məsuliyyətinə cəlb etmişəm. Həmin müddətdə də istintaq zərurəti ilə bağlı Zərərçəkmiş şəxs və X22nıtanımışam, onları dindirib istintaq hərəkətlərinə cəlb etmişəm. Xaçmaz şəhərinə getməmişdən əvvəl «Bank of Baku»dan götürdüyüm bolkarta kredit ödənişi borcum yaranmışdı. Mən Xaçmazda olarkən həmin kreditin ödəniş vaxtı çatmışdı. Bilirdim ki, bolkarta olan borcu vaxtında ödəmədikdə ödəyəcəyim pulun üstünə faiz dərəcəsi gəlir. Həmin ərəfələrdə Qalib Kərimovu həbs etdiyimə görə və Vüsal Rüstəmovu müəyyən etdiyimə görə Zərərçəkmiş şəxs və anası tez-tez mənim Xaçmaz rayon prokurorluğundakı otağıma gəlib-gedir, məlumat alır və özlərinin topladığı məlumatları mənə təqdim edirdilər. Vüqar mənim yanımda, yəni iş otağımda olarkən “Bank of Baku”dan mənə SMS gəldi ki, mənim Bolkarta 315 manat borcum yaranıb. Borcumu ödəməyəcəyim təqdirdə üstünə faiz gələcəkdir. Mən də qeyri-iradi Vüqarın yanında deyindim, Vüqar məndən nə məsələ olduğunu soruşduqda ilkin olaraq demək istəmədim, bir daha soruşduqda ona bildirdim ki, Bolkarta 315 manat borcum var, maaş kartım da Bakıda evdə qalıb, gərək müstəntiq yoldaşlarımdan borc alım pulu ödəyim. Vüqar isə mənə bildirdi ki, onun atasının ölüm işinin üstünü açmışam, rayona qonaq gəlmişəm, əziyyət çəkmişəm, o özü mənimçün həmin pulu tapacaq. Mən isə ona bildirdim ki, lazım deyil, müstəntiq yoldaşlarımdan alacam. Səhv etmirəmsə həmin günün səhəri idi, Vüqar yenə mənim yanıma gəldi və əlində bir blok “Soobranie” siqareti gətirmişdi. Vüqar mənə 300 manat pulu verib bir daha bildirdi ki, mən əziyyət çəkmişəm, atası onun yuxusuna girib məni göstərib ki, mən onun qanını yerdə qoymayacam, buna görə 300 manat nədir ki, mənə verməsin. Mən yenə ona etiraz etdim və istintaqın mənim işim olduğunu bildirdim, Vüqar isə israrla pulu mənə təklif edib anasından aldığını, evdə də mənə inandıqlarını, atasının qatillərinin hamısını müyyən edəcəyimə inandıqlarını bildirdi. Mən ona dedim ki, pulu bir şərtlə qəbul edə bilərəm, o da borc kimi. Maaşımı alan kimi onun borcunu qaytaracam. Vüqar isə ilkin olaraq mənə 300 manatın nə pul olduğunu dedikdən sonra razılaşdı. Lakin mənə verdiyi siqaret blokuna görə cibimdə olan səhv etmirəmsə 90-100- 110 manat puldan səhv etmirəmsə 30 manat ona ödədim. İnsafən məndən pul götürmək istəmirdi, lakin mən ona dedim ki, əgər məndən siqaret pulunu götürmürsə mən 300 manatını da qaytaracam. Bundan sonra o, məcbur olub siqaretin pulunu məndən könülsüz şəkildə götürdü. Bundan sonra 10.07.2016-cı il tarixdə Xaçmaz rayonunda olan milliön aparatında aparıb kredit borcumu ödəmişdim. Həmin ərəfədə Vüqar məndən ilk tutulmuş şəxs olan Qalib Kərimova hansı maddə ilə ittiham elan etdiyimi, elan edilən ittihamda mərhum atasının evindən hansı məbləğdə pul oğurlanması barədə qeyd apardığımı soruşduqda mən ona bildirdim ki, Qalib Kərimova verilmiş ittihamda 80.000 ABŞ dolları maddi ziyanın vurulması qeyd olunub. Vüqar həmin vaxt atasının evindən 1 milyon 500 min ABŞ dollarından çox pul oğurlanması barədə mənə hər hansı bir söz deməyib. Həmin məbləğ barədə şikayətləri istintaq aparılan dövrdə bir müddət sonra yaranıb, bu müraciətlərinin mənbəyi də mərhum atasının tanışının onlara guya atasının evində milyon yarımlıq siqaret qutularının olmasını deməsindən sonra başlayıb. Mən Bakı şəhərinə qayıtdıqdan və əmək haqqı aldıqdan sonra dəfələrlə Vüqarla mobil telefonla əlaqə saxlayıb gəlib pulunu götürməyini istəyirdim, lakin Vüqar ya mənim telefonlarıma cavab vermirdi, ya da deyirdi ki, lazım deyil, mən israr edəndə isə mənə deyirdi ki, yaxşı gəlib götürər. Tərslikdən də Zərərçəkmiş şəxs mənim yanıma gələndə mənim üstümdə pul olmurdu, və ya başım işə qarışırdı, xatırlamırdım, o da mənim yadıma salmırdı, mən zəng edəndə isə həmin ərəfədə işlərinin olduğunu bildirib gəlmirdi. Həmçinin onu da qeyd edim ki, mən hər ayın əvvəllərində əmək haqqı alırdım, əmək haqqının miqdarı 900 manata yaxın idi, onun 150 manatı işdə olan naharıma, 50 manatı çaya, təxminən 200-250 manatı maşın benzininə, qalan xərclər isə kommunal xərclərə və ailəmə xərcləyirdim. Yəni ayın bir başından o biri başına maaşımı ancaq çatdırırdım və pul xərclnib gedirdi. Bu minvalla Vüqar uzun müddət pulunu məndən almadı. Təxminən 2017-ci ilin aprel ayının ortalarında cinayət işinin istintaqını aparmaq Pərviz İbayevə həvalə olundu, Vüqar bundan məlumatlı oldu və ondan sonra mənə verdiyi pulu qaytarmağımı istədi. Mən ona dedim ki, mən əmək haqqını hər ayın 1-də və ya 2-sində alıram. May ayının əvvəli gəlsin onun pulunu verim. Vüqar isə narazılıq etməyə başladı. Mən məcbur olub 2017-ci ilin may ayının ortalarında atam X4 müraciət edib Xaçmazda olarkən Vüqardan borc aldığımı, borcumu əslində növbəti ay qaytarmalı olduğumu, uzun müddət Vüqarın gəlib pulunu götürmədiyini, həmin vaxt isə pulunu tələb etdiyini, əmək haqqı almadığım üçün onun pulunu həmin vaxt qaytara bilmədiyimi dedim, atam isə məndən nə üçün vaxtında ona demədiyimi, başqa adamdan borc aldığımı irad bildirib dedi ki, üstündən 200 manat pul var, 200 manatı mənə verib dedi ki, aparım camaatın pulunu qaytarım, ayın axırı maaş alanda qalan 100 manatı da verəcək ki, aparım borcumu tam qaytarım. Ailəmdə maddi problemlər olanda atam mənə köməklik göstərirdi. Mən də atamdan 200 manat pulu alan kimi Vüqara zəng etdim, onu işlədiyim idarəyə çağırdım ki, borcunu qaytarım. Vüqar isə işləri olduğunu, idarəyə gələ bilməyəcəyini bildirdi, mən məcbur olub Vüqara dedim ki, işdən çıxarkən onunla görüşək pulunu qaytarım. Vüqar da mənə razılıq verdi. Ona görə də həmin gün axşam saatlarında mən işdən çıxıb Vüqara yenə zəng etdim, Yasamal rayonuna metronun «İnşaatçılar» stansiyasının yanına çağırdım. İdarə etdiyim avtomobillə getdim, Vüqar orada mənim avtomobilimə oturdu. Mən Vüqara dərhal 200 manatı verib mənə haram pul lazım olmadığını, kişi kimi aldığım borcu vaxtında qaytaracağımı, övladlarımı halal pulla böyütdüyümü, həmin pulu da atamdan alıb ona qaytardığımı bildirdim, həmçinin mənə vaxtında kredit borcumu ödəməyə köməklik edib borc verdiyi üçün ona təşəkkür də etdim. Bundan sonra biz Vüqarla həmin gün təxminən 2 saata yaxın müddətdə mənim avtomobilimdə işin halları ilə bağlı söhbət etdik. Orada mən söz verdim ki, qısa müddətdə qalan pulu da qaytaracam. Bundan sonra mən düşündüm ki, Vüqarın pulunu tam şəkildə tez qaytarım, çünki artıq Vüqarın məndən narazı olduğunu görürdüm. Belə ki, Vüqar məndən atasının evindən oğurlanmış pulun və əmlakın dəyərini 1 milyon 500 min ABŞ dolları yazmağımı istəyirdi, hətta bununla bağlı mənə pul da təklif edirdi, hörmət edəcəyini bildirirdi, lakin mən ona istintaqın obyektiv aparılacağını, toplanmış sübutlara düzgün qiymət veriləcəyini bildirirdim, ona görə də artıq Vüqarın məndən narazılığı yaranmışdı. Ona görə də mən qardaşım Tural Hacıyevə belə bir məsələ olduğunu bildirib ondan 200 manat borc pul istədim, gələn ay əmək haqqı alanda pulunu qaytaracağını bildirdim. Tural da mənə 200 manat borc pul verdi. Mən də həmin pulu alıb səhv etmirmsə may-iyun aylarında Vüqara zəng etdim, onu idarəyə çağırdım, Vüqar da mənə razılıq verib idarəyə gəldi və mən idarədə ondan aldığım borcun qalan 100 manatını özünə qaytardım, 100 manat isə özümdə xərclik qaldı. Həmin ərəfədə Vüqar dəfələrlə müraciət edərək ittihamda istədiyi məbləğin yazılmasını istəyirdi, mən isə ondan gözləməsini, sübutların toplandığını bildirirdim. Vüqar isə məndən narazılıq etməyə başlamışdı. Bax bu minvalla Vüqarın mənim barəmdə şikayətləri başladı. Mən həmin iş üzrə artıq 2-ci təqsirləndirilən şəxsi məsuliyyətə cəlb edib Qazaxıstandan Azərbaycana ekstradisiya etdirmişdim, 3-cü adam olan Firudinlə bağlı sübutlar toplayırdım. Vüsal adlı 2-ci təqsirləndirilən şəxsə də ilkin olaraq 80.000 ABŞ dolları pulun oğurlanması ilə bağlı tərəfimdən ittiham elan edilmişdi. Vüqar bunu bilib daha da əsəbiləşmiş, dəymiş maddi ziyanın məbləğini çoxaltmağımı istəyirdi. Həmin ərəfədə işlədiyim idarənin rəhbərliyi Vüqarın mənim apardığım istintaqdan narazı olduğunu görüb cinayət işinin istintaqının aparılmasını Pərviz İbayevə həvalə etmişdilər. X20 də cinayət işini yekunlaşdırarkən toplanmış sübutlara obyektiv qiymət verib Vüqarın istədiyi məbləği ittihamda əks etdirmədi. Bununla da Vüqarın məndən və işlədiyim idarədən narazılığı daha da gücləndi. Dəfələrlə idarəyə gələrək mənə rüşvət təklif etdi, pul və bahalı əşyalar təklif etdi, hətta əgər 1 milyon 500 min ABŞ dolları ittihama salsam və təqsirləndirilən şəxs Vüsalın Rusiyada yaşayan atası Arifi də məsuliyyətə cəlb etsəm, Arifin həmin pulu ödəyəcəyini bildirib pulu mənimlə birlikdə bölüşməyi də təklif etmişdi. Mən isə ona bildirirdim ki, hamı törətdiyi əmələ görə məsuliyyətə cəlb olunacaq. İşin eykununda cinayət işi tamamlanıb məhkəməyə göndərildi, bir dəfə cinayət işi əlavə istintaqa qaytarıldı, artıq həmin vaxt X16 rayon prokuroru vəzifəsinə təyin olunduğu üçün məni 2018-ci ilin dekabr ayında təzəcə çıxdığım məzuniyyətdən geri çağırıb istintaqı aparmağı həvalə etdilər, cinayət işi barədə ətraflı məruzə etdikdən sonra həmin dövrdə Baş prokurorun birinci müavini olmuş, cənab Rüstəm Usubovun imzalı məktubu ilə cinayət işi hər hansı əlavə istintaq hərəkətləri aparılmadan məhkəməyə qaytarıldı. Hamıya məlum olduğu kimi Bakı Ağır Cinayətlər Məhkəməsində hər 3 təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarıldı, verilmiş apellyasiya şikayəti təmin olunmadı. Daha sonra bildiyim qədər Vüqar tərəfindən Ali Məhkəməyə müraciət olundu ki, iş əlavə istintaqa qaytarılsın və daha ağır ittiham verilsin. Artıq həmin vaxt 2019-cu il idi. Yəni mənim Vüqarla artıq 2 ildən çox idi ki, münasibətim yox idi. 2019-cu ilin noyabr ayında mənə bildirdilər ki, Vüqar mənim barəmdə şikayət edib və bildirib ki, guya mən həmin işin istintaqını apararkən ondan və anasından ümumilikdə 5000 manat pul almışam və bununla bağlı əlində səs yazısı var. İlkin araşdırma Baş Prokurorluğun Təşkilati-Analitik idarəsində aparıldı, aparılan araşdırma zamanı mənə məlum oldu ki, Zərərçəkmiş şəxs heç də guya mənə 5000 manatla bağlı verdiyi pulla müraciət etməyib, onun müraciəti aparılan cinayət işinin istintaqının düzgün aparılmamasından, atasının qatillərinə düzgün ittihamın verilməməsindən olmuşdur. İlkin araşdırma zamanı da mən izahatımda Vüqardan heç bir məbləğdə pulu dələduzluq yolu ilə almadığımı, ona nəyisə vəd etmədiyimi bildirmişdim. Səs yazısına qulaq asarkən də orada bildirmişdim ki, bu səs yazısı mənim Vüqara atamdan 200 manatı alıb qaytararkən yazılmış səs yazısıdır. Lakin mənə orada dedilər ki, mən izahatımda borc aldığımı yazmayım, çünki bu, prokurorluq əməkdaşının etik davranış qaydasını pozması hesab edilə bilər və nəticədə mən işdən çıxarıla bilərəm. Mən də ona görə ilkin araşdırma zamanı Vüqardan borc almağımla bağlı heç bir şey qeyd etməmişdim. Daha sonra artıq əsassız olaraq Prokurorluq orqanlarından xaric olundum və barəmdə cinayət işi başlanıldı. Cinayət işinin istintaqı zamanı mən Rafael Süleymanova bildirmişdim ki, mən Vüqardan sadəcə olaraq adi vətəndaş kimi borc alıb həmin borcu da qaytarmışam. Həm də Rafael Süleymanov mənə dedi ki, əgər mən borc aldığımı yazsam bunu rüşvət alma kimi qiymətləndirib daha ağır ittiham verə bilərlər və məni həbs edə bilərlər. Mən isə dəfələrlə Rafael Süleymanova bildirdim ki, mən də 9 il prokurorluq orqanlarında müstəntiq işləmişəm, rüşvət alma ilə borc almanın fərqini kifayət qədər yaxşı bilirəm, dələduzluqla borcun da fərqini yaxşı bilirəm, işin içində mənə qarşı sübut yoxdur. Lakin artıq məsuliyyətə cəlb olunanda gördüm ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində tam qanunsuz istintaq aparılır, işin faktiki halları və ittihamın mahiyyətilə bağlı ümumiyyətlə istintaq aparılmır, mənim icraatımda olmuş cinayət işi ilə bağlı şahidlər dindirilir, mənə qarşı sübutlar formalaşdırılır, qanunsuz olaraq məhkəmə mühasibatlıq ekspertizası təyin edilir. Ona görə də həmin iş üzrə də Rafael Süleymanova ifadə vermədim və çıxışımı məhkəməyə saxladım. Bütün bu dediklərim işin faktiki hallarıdır. Mən nə 2016-cı ilin iyul ayında Zərərçəkmiş şəxs, nə də həmin ilin dekabr ayında X22dan müstəntiq xərcləri və ya təqsirləndirilən şəxsi ekstradisiya etmək üçün hər hansı məbləğdə pul almamışam, onların mənə qarşı dedikləri tamamilə yalan, şər və böhtandır Daha sonra özünü təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, DVD diskərdə olan məlumatlarla və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, X7 atası, X9 anası, Şahid3 isə bacısıdır. X22 hazırda heç bir yerdə işləmir. Atası 1997-ci ilə kimi Xaçmaz rayonu ərazisində köhnə avtovağzal adlanan ərazidə şərikli olaraq qohumları ilə birlikdə ərzaq məhsullarının satışını həyat keçirən mağazanı işlətmiş, 1997-ci ildən sonra isə artıq müstəqil olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 15.06.2016-cı ildə atası İlqar Məmmədov yaşadığı ünvanda Vüsal Rüstəmov, Qalib Kərimov, Firudun Haqverdiyev tərəfindən qətlə yetirilmişdir. Atasının öldürülməsi faktı üzrə başlanmış cinayət işinin ilkin istintaqını Xaçmaz rayon prokurorluğunun müstəntiqi Emin Cəlilov aparımış, 1 həftədən sonra isə cinayət işinin istintaqı Baş prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmış və cinayət işinin istintaqını həmin idarənin müstəntiqi Təqsirləndirilən şəxs aparmışdır. Təqsirləndirilən şəxs apardığı istintaqdan narazı qaldıqlarına görə sonradan işin istintaqı həmin İdarənin şöbə rəisi Pərviz İbayevə tapşırılmış, daha sonra isə sonuncu başqa vəzifəyə təyin olunmasına görə işin istintaqı yenidən Təqsirləndirilən şəxs tapşırılmışdır. 2017-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyi hər üç şəxsi və Larisa Abbasova məhkəmə məsuliyyətinə vermiş, lakin iş məhkəmə tərəfindən əlavə istintaqa qaytarılmışdır. Müstəntiq Təqsirləndirilən şəxs isə heç bir əlavə araşdırma aparmadan işi yenidən eyni qaydada məhkəməyə vermiş, bütün şəxslər hamısı müvafiq cəzaya məhkum edilmiş, ancaq o, zərərçəkmiş şəxsin hüquqi varisi kimi işin istintaqından narazı qalmışdır. Belə ki, cinayət işinin istintaqı Baş prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə ediləndən sonra iş üzrə Qalib Kərimov 7 iyul 2016-cı il tarixdə şübhəli şəxs qismində saxlanılmış və ifadəsində qarət olunan vəsaitin məbləğini bilməməsini, onunla birlikdə olub qətli törədən Vüsal Rüstəmov isə qarət etdikləri vəsaitin məbləğinin 80.000 ABŞ dolları olmasını bildirmiş, buna görə evlərində istintaq eksperimenti keçirən müstəntiqlər Şahid4 və Təqsirləndirilən şəxs öz narazılığını bildirmiş, Təqsirləndirilən şəxs cinayətkarların yalan danışmalarını, qarət olunan məbləğin 1.500.000 ABŞ dolları olmasını bildirmiş, sonuncu onu Xaçmaz rayon prokurorluğuna dəvət etmişdir. Bir neçə gün sonra təxminən saat 10-11 radədərində Xaçmaz rayon prokurorluğunun binasında olmuş, müstəntiq Şahid4 koridorda onu qarşılamış və Təqsirləndirilən şəxs yanına aparmış, koridorda ona özünə və Təqsirləndirilən şəxs müstəntiq xərcləri üçün pul verməsini bildirmiş, ancaq pulun məbləğini deməmişdir. Həmin günü Təqsirləndirilən şəxs onu qəbul edib-etməməsini xatırlamır. Evlərinə gəlmiş, X22ya bu barədə bildirmiş, bundan sonra, Təqsirləndirilən şəxs cəmi 2000 manat pul verməyi qərarlaşdırmışlar. 2016-cı ilin təxminən 07-10 iyul tarixlərində həmin miqdarda pulu evdə X22dan alıb zərfin içinə qoymuş və dayısı Şahid2 ilə birlikdə Xaçmaz rayon prokurorluğuna getmiş, birlikdə Təqsirləndirilən şəxs otağına daxil olmuş ona Şahid4 onun və özünün adından ondan müstəntiq xərci üçün pul istəməsini, 2000 manat pul gətirməsini, həmin pulu Şahid4 deyil, ona verəcəyini bildirib 2000 manat pulu zərfdə Təqsirləndirilən şəxs vermiş, həmin vaxt Təqsirləndirilən şəxs eyni zamanda əvvəllər ondan istədiyi bir blok “sobrani” siqaretini də vermiş, Təqsirləndirilən şəxs 2000 manat pulu ondan almış və aldığı siqaretin pulunu vermək istədikdə onu qəbul etməmişdir. Sonradan Təqsirləndirilən şəxs iş üzrə obyektiv istintaq aparmadığını, süründürməçilik etməsini görmüş, buna görə də ona narazılıq etməyə başlamış, Təqsirləndirilən şəxs sonradan Xaçmaz rayon prokurorluğunun binasında olan iş otağında, eyni zamanda, Bakı şəhərində xidməti otağında haqqında axtarış elan etdiyi Vüsal Rüstəmovun “İNTERPOL” vasitəsi ilə axtarışa verilməsi, daha sonra onun Qazaxıstan Respublikasından ekstradisiya olunması, həmçinin digər xərclər üçün ondan yenidən pul istəmiş, ona hazırda nağd pulu olmadığını bildirmiş, Təqsirləndirilən şəxs əlavə pul istəməsi barədə X22ya bildirmiş, sonuncu da 2016- cı ilin dekabr ayının ortalarında Xaçmaz rayonunda olarkən 3000 manat pul götürüb Bakı Metropoliteninin 20 Yanvar stansiyası yaxınlığında Təqsirləndirilən şəxslə görüşüb 3000 manat pulu Təqsirləndirilən şəxs vermiş və evə gəldikdən sonra Təqsirləndirilən şəxs 3000 manat pul verməsini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs cinayət işinin istintaqını təqsirləndirilən şəxslərin mənafeyinə uyğun olaraq aparmasını, eyni zamanda ona dəfələrlə qarət olunan məbləğin 1.500.000 ABŞ dolları olmasını bildirsə də, sonuncunun təqsirləndirilən şəxslərə yalını/ 80.000 ABŞ dollarına görə ittiham elan etməsini görüb ona narazılıq etməyə başlamış, 2017-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli mobil telefonuna özünün indi yadında qalmayan mobil telefonu ilə zəng edib onu Bakı şəhərində yerləşən xidməti otağına çağırmış və atasına məxsus qeydiyyat kitabçalarını oxuya bilmədiyini bildirib həmin kitabçaları aparmasını tələb etmiş, buna görə də onun iş otağına getmiş və atasının qeydiyyat kitabçalarını baxış keçiriləndən sonra götürə biləcəyini bildirib ondan işin istintaqını aparan şəxs kimi kitabçalara baxış keçirməsini tələb etmiş və yalnız bundan sonra rəsmi qaydada həmin kitabçaları ona təhvil verməsini tələb etmiş, lakin Təqsirləndirilən şəxs onun təkidli israrlarına baxmayaraq, kitabçaya rəsmi baxış keçirmədən ona qaytarmışdır. Təqsirləndirilən şəxs qarət olunan məbləğin miqdarını müəyyən etmək üçün atasının malmateriallar aldığı təşkilatlara sorğular verməsini, atasının dövriyyəsini əks etdirən kitabçalara baxış keçirib mühasibat ekspertizası təyin etməsini və qarət olunan məbləğin dəqiq miqdarını müəyyən etməsini tələb etmiş, hətta bu barədə vəsatət tərtib edib poçt vasitəsi ilə göndərmiş, təxminən 1 həftədən sonra yenidən Təqsirləndirilən şəxs iş otağına getmişdir. İdarənin həyətində Təqsirləndirilən şəxs ona verdiyi vəsatətin İdarənin rəhbərliyinə məruzə olunmasını, vəsatətin araşdırılıb təmin olunması üçün idarənin rəhbərliyinin 10.000 manat pul istəməsini bildirmiş, ancaq konkret olaraq kimin pul istəməsini bildirməmiş, ona pul verməyəcəyini bildirib vəsatətinə qanuni şəkildə baxılmasını tələb etmiş, lakin sonradan vəsatəti təmin olunmamış, yəni atasının mal aldığı heç bir şirkətə sorğu verilməmiş, qarət olunan məbləğin miqdarını müəyyən etmək üçün ekspertiza təyin olunmamışdır. Buna görə, yəni Təqsirləndirilən şəxs atasının qeydiyyat dəftərçəsinə heç bir əhəmiyyət verməməsinə, onun pul dövriyyəsini müəyyən etmək üçün mühasibat ekspertizası təyin etməməsinə görə, bundan əlavə təqsirləndirilən şəxsin “İNTERPOL” vasitəsi ilə axtarışının dövlət tərəfindən təşkil olunmasını, bununla bağlı işin istintaqını aparan müstəntiq tərəfindən heç bir xərc çəkilməməsiııi, bundan başqa müstəntiqə dövlət tərəfindən ezamiyyə pulu ödənilməsini bilib sonuncunun onu aldatmasını başa düşüb ondan şikayətlər etməyə başlamış və aldadıb aldığı 5000 manat pulu qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs pulu qaytarmaq istəmədiyini görüb Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin rəisi Pərviz İbayevin qəbulunda olub ona Təqsirləndirilən şəxs hərəkətlərindən narazı qaldığını bildirib sonuncunun ondan aldığı pulu qaytarmasını tələb etmiş, Pərviz İbayev pulunun qaytarılacağını, şikayət etməyə əsas olmamasını bildirmiş, bir neçə gün sonra, yəni 2017-ci ilin may ayında Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edib Bakı Metropoliteninin İnşaatçılar metrostansiyası yaxınlığında yerləşən “Ağ çiçəyim'' mağazasının yanında görüşməyi təklif etmiş, həmin yerə getmiş, axşam saat 19-20 radələrində onunla həmin yerdə görüşmüş, onun markasını xatırlamadığı maşınında əyləşmiş və aralarında olan danışıqları öz telefonuna yazmış, Təqsirləndirilən şəxs öz maşınında ona 3000 manat pulu verib qalan 2000 manat pulu isə ona bağışlamasını xahiş etmiş, ancaq onunla razılaşmamış, sonradan isə Təqsirləndirilən şəxs qalan 2000 manat pulu qaytarmaq istəmədiyini görmüş, buna görə təkrarən Pərviz İbayevin yanma getmiş və ona Təqsirləndirilən şəxs aldığı 5000 manat puldan 3000 manatını qaytarıb verməsini, qalan 2000 manat pulu isə verməməsini bildirmiş, X15 gözləməsini tapşırmış və Təqsirləndirilən şəxs zəng etmiş, bir az keçmiş Təqsirləndirilən şəxs gəlmiş və onu öz iş otağına aparıb qalan 2000 manat pulu ona vermiş, Təqsirləndirilən şəxs ondan aldadıb aldığı 5000 manat pulu tam qaytarmasına görə ilkin şikayət ərizələrində və işin məhkəmə baxışı zamanı sonuncunun aldadıb ondan pul alması barədə heç bir məlumat verməmiş, lakin sonradan həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs hərtərəfli istintaq aparmaması, cinayət törətmiş bütün şəxsləri məsuliyyətə cəlb etməməsi və digər qanunsuzluqları barədə vəsatətlərinin təmin olunmamasını görüb 25.11.2019-cu il tarixli müraciətində Təqsirləndirilən şəxs bütün qanunsuzluqları, aldadıb ondan pul alması, araşdırmadığı hallar barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, 1990-cı ildə X14la rəsmi nikahla ailə həyatı qurmuş, birgə nikahlarından 2 övladları anadan olmuşdur. İlqar Məmmədovla 2009-cu ilə kimi birlikdə Xaçmaz rayonunda yaşamış, 2009cu ildə isə uşaqlarının ali məktəbə daxil olmalarına görə özü və uşaqları Bakı şəhərində yaşamış, əri İlqar Məmmədov isə Xaçmaz rayonunda yaşayaraq ərzaq məhsullarının alqısatqısı ilə məşğul olmuşdur. Uşaqları ilə birlikdə mütəmadi olaraq əri İlqar Məmmədovun yanına - Xaçmaz rayonuna gedib-gəlmiş və hər dəfə bir neçə gün - təxminən 1 ay onun yanında qalmışlar. 15 iyun 2016-cı il tarixdə əri İlqar Məmmədov sonradan adları ona məlum olan soyadlarını bilmədiyi Vüsal Qalib və Firudun adlı şəxslər tərəfindən qətlə yetirilmiş və evdən külli miqdarda pul götürülmüşdür. Hesablamalarına görə evdən götürülən pulun məbləği 1.500.000 ABŞ dolları olmuş, lakin işin istintaqını aparan müstəntiq Təqsirləndirilən şəxs həmin şəxslərə ilkin mərhələdə 80.000 ABŞ dollarına görə, sonradan isə 190.000 ABŞ dollarına görə ittiham vermişdir. İşin ilkin istintaqı zamanı Xaçmaz şəhərində evində olarkən oğlu Zərərçəkmiş şəxs ona Şahid4 adlı prokurorluq işçisinin işin istintaqını aparan müstəntiq Təqsirləndirilən şəxs müstəntiq xərclərinin ödənilməsinin zəruri olmasını bildirmiş, lakin pulun miqdarını ona deməmişdir. Həmin vaxt qardaşı Şahid2 da onlarda olmuşdur. Oğluna Təqsirləndirilən şəxs pul vermək istəmədiyini bildirmiş, lakin oğlu Zərərçəkmiş şəxs işin daha da ciddi araşdırılması üçün ona pul verməyi təklif etmiş, bundan sonra, həmin vaxt evdə olan 2000 manat pulu oğlu Zərərçəkmiş şəxs verib onu dayısı Şahid2la birlikdə Təqsirləndirilən şəxs yanına göndərmiş, bir az keçmiş hər ikisi qayıdıb evə gəlmiş, Zərərçəkmiş şəxs 2000 manat pulu şəxsən Təqsirləndirilən şəxs onun iş otağında verməsini bildirmişdir. Aradan təxminən bir müddət keçmiş Xaçmaz rayonundan Bakı şəhərinə qayıdarkən yolda oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun ***-***-**-** nömrəli mobil telefonuna zəng edib “İnterpol” xərcləri, digər xərclər də olmasını bildirib həmin xərclərin onlar tərəfindən ödənilməli olduğunu bildirmişdir. O, da oğluna əlində cəmi 3000 manat pul olmasını, artiq pulunun olmamasını bildirmişdir. Sonradan oğlu ona zəng edərərk Təqsirləndirilən şəxslə 20 Yanvar stansiyasının yaxınlığında görüşməsini və pulun ona verməsini bildirmişdir. Bundan sonra, o, Orxana zəng edərərk Bakı Metropoliteninin 20 Yanvar stansiyasının yaxınlığında görüşmələri barədə onunla razılaşmışdır. Bakı şəhərinə çatdıqdan sonra Orxana zəng edərək, sonuncunun həmin ünvana gələrək ona açıq havada pul verməsinin yaxşı olmamasını bildirsədə Orxan onu oradan öz maşınına mindirib Metropolitenin Gənclik stansiyası yaxınlığında, təxminən Nəsimi rayonu ərazisində yerləşən tanımadığı bina evinə aparmışdır. Lakin binanın mərtəbəsini xatırlamır. Həmin vaxtı tanımadığı təxminən 40-45 yaşlarında bir qadın mənzilin qapısını açmış, evdə başqa heç kim olmamış, evdə 3000 manat pulu sayıb ona vermiş, sonuncu hətta özü də pulu saymış, ona bir daha məqsədlərinin işin istintaqının doğru və düzgün aparılması olmasını bildirmiş, sonuncu işin istintaqının düzgün aparılacağını, ancaq dövlət hesabına ödənilməsi mümkün olmayan bəzi xərclər olmasını, həmin xərclərinin ödənilməsi üçün onlardan pul almasını bildirmiş və maşınına mindirib onu öz evinə aparmışdır. Aradan bir müddət keçmiş oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs mühasibat ekspertizası təyin etmək və digər xərclər üçün yenə də pul istəməsini bildirmiş, ona pulları olmadığını, bundan əlavə, verdikləri pulun müqabilində Təqsirləndirilən şəxs obyektiv istintaq aparmamasını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs apardığı istintaqla bağlı öz narazılığını bildirmiş, oğlu Zərərçəkmiş şəxs ondan verdikləri 5000 manat pulu qaytarmasını tələb etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs 1-ci dəfə oğlu Zərərçəkmiş şəxs 3000 manat, 2-ci dəfə isə 2000 manat pul qaytarıb vermişdir. Özünün və oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdikləri cəmi 5000 manat pul oğlu Zərərçəkmiş şəxs məxsus pul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Zərərçəkmiş şəxs və Arzu Orucovanın onunla bağlı göstərdiklərini təsdiq edərək əlavə olaraq bildirmişdir ki, 2016-cı ilin iyul ayında Arzu Orucovanın yaşadığı mənzildə Zərərçəkmiş şəxs verdiyi 2000 manat pulu sonuncu ilə birlikdə Xaçmaz rayon prokurorluğunun inzibati binasında İlqar Məmmədovun qətli ilə bağlı cinayət işinin istintaqını aparan və onu bir neçə dəfə iş üzrə dindirmiş Təqsirləndirilən şəxs otağına daxil olub zərfin içində ona vermişlər. Həmçinin zərfin içində olan pulun miqdarını evdə bacızı Arzu və bacısı oğlu Vüqar danışarkən eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, mərhum atası İlqar Məmmədovun qətli ilə bağlı cinayət işinin istintaqını aparmış Təqsirləndirilən şəxs şəxsən onun yanında qardaşı Zərərçəkmiş şəxs və X22dan pul almamış, lakin qardaşı Zərərçəkmiş şəxs müstəntiq xərci adı ilə dayısı Şahid2la birlikdə Xaçmaz rayon prokurorluğunun inzibati binasında işin istintaqını aparan Təqsirləndirilən şəxs 2000 manat, X22 isə Bakı şəhərində Təqsirləndirilən şəxs 3000 manat pul verməsini ona bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 1992-ci ildən hazıra kimi prokurorluq orqanlarında işləyir, əvvəllər müxtəlif rayonlarda müstəntiq, prokuror köməkçisi vəzifələrində işləmiş, 2010-cu ilin avqust ayından hazıra kimi isə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsində işləyir. 15.06.2016-cı il tarixdə Xaçmaz rayon sakini İlqar Məmmədovun yaşadığı mənzildə qəsdən öldürülməsi faktı ilə bağlı Xaçmaz rayon prokurorluğu tərəfindən başlanılmış cinayət işi üzrə xidməti dislokasiya ərazisi kimi həmin cinayət işi ilə bağlı hadisə yerinə baxış keçirilməsində, o cümlədən, maddi sübutların aşkar edilib götürülməsində və qablaşdırılmasında iştirak etmiş, cinayət işinin ilkin istintaqını Xaçmaz rayon prokurorluğunun müstəntiqi Emin Cəlilov aparmış, sonradan isə işin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru Təqsirləndirilən şəxs tərəfindən davam etdirilmişdir. Təqsirləndirilən şəxs rəhbərliyi ilə həmin iş üzrə yaradılmış istintaq qrupunun üzvü olmuş, Təqsirləndirilən şəxslə birlikdə cinayətin üstünün açılması üçün zəruri olan istintaq hərəkətlərini icra etmiş, Zərərçəkmiş şəxs və onun X22nı bir neçə dəfə Xaçmaz rayon prokurorluğunun inzibati binasında görmüş, lakin onların heç birini iş üzrə dindirməmişdir. Zərərçəkmiş şəxs özünə və Təqsirləndirilən şəxs müstəntiq xərclərinin ödənilməsi üçün pul verməsini deməmiş, ondan pul almamış, istintaq zamanı Arzu Orucovanın başqa şəxslərlə yaxın münasibətinin olmasını müəyyən edib həmin şəxsləri dindirmiş, Arzu Orucovanın iş materialları ilə tanış olduğu zaman həmin ifadələri oxumasına görə hesab edir ki, Zərərçəkmiş şəxs və Arzu Orucova qəsdən guya onun Zərərçəkmiş şəxs özünə və Təqsirləndirilən şəxs müstəntiq xərcləri üçün pul verməsini deməsini göstərirlər. Təqsirləndirilən şəxs pul verilməsinin təşəbbüskarı olmadığı üçün Zərərçəkmiş şəxs da həmin pulun qaytarılması üçün heç vaxt ona müraciət etməmiş və ondan Təqsirləndirilən şəxs aldığı pulu qaytarmasını tələb etməmiş, Təqsirləndirilən şəxslə eyni bir İdarənin əməkdaşları olmalarına baxmayaraq onunla səmimi münasibətləri olmamışdır. Cinayət işinin 6-cı cild 114-116-cı vərəqələrində olan 20 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 6-cı cild 19-24-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin audio və videoyazıların məhkəmə ekspertizasının 05 may 2020-ci il tarixli, 4/111 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspetrtizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissəsində verilən yazılı mətnlərdən ibarətdir. Həmin disqdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissəsində verilən yazılı mətnlərdə “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi-Təqsirləndirilən şəxs məxsusdur. Təqdim olunmuş 1 ədəd DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissəsində verilən yazılı mətnlərdə “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi-Zərərçəkmiş şəxs məxsusdur. Həmin diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olumamış və mübahisəli fonoqramlardakı əsas mövzu üzrə danışıqlarda 2 nəfər kişi cinsinə məxsus şəxs iştirak etmişdir. Cinayət işinin 6-cı cild 18-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 5-cı cild 118-119-cu vərəqələrində olan, məhkəmə istintaqında tədqiq edilmiş “xxxx” MMC-dən götürülmüş diskə baxış keçirilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs özünə məxsus olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi 30.06.2016-cı il tarixdən başlayaraq 2016-cı ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, dekabr, 2017-ci ilin fevral, aprel, may aylarında mütəmadi olaraq 83 dəfə danışıqlar aparmış, həmçinin Təqsirləndirilən şəxs A.Orucovanın istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi 07.08.2016-cı il tarixdən başlayaraq 2016-cı ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2017-ci ilin yanvar, fevral və mart aylarında mütəmadi olaraq danışmış, aralarında SMS yazışmaları olmuşdur. Cinayət işinin 6-cı cild 127-146-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 21 may 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 2 ədəd disk, "xxxx" MMC-dən, “xxxx” MMC-dən götürülmüş 2 ədəd disk və səs nümünələri barədə olan 1 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 5-ci cild 95-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 03 aprel 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayandır. Cinayət işinin 6-cı cild 120-ci vərəqəsində olan 188 saylı MTK tərəfindən 21 may 2020-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs əməlləri müsbət xarakterizə olunur. Cinayət işinin 6-cı cild 121-ci vərəqəsində olan 188 saylı MTK tərəfindən 21 may 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri aşağıdakılardır: həyat yoldaşı C.Ə.Hacıyeva, 2015-ci il təvəllüdlü X10 və 2019-cu il təvəllüdlü X8r. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs təqsirli olması, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi, DVD disklərində olan məlumatlarla və digər iş materialları ilə onun vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib həmin hərəkətləri ilə dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Lakin məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən verilmiş ittihamda Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 308.1-ci maddələri ilə töfsif edilsə də, qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş şəxsin əməli həmin Məcəllənin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan, sonuncunun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 23-cu bəndində məhkəmələrə tövsiyə olunur ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan və DVD disklərdə olan sms yazışmalardan və telefon nömrələrinə vurulan zənglərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mütamadi telefon danışıqları və müxtəlif məzmunlarda yazışmalar aparmaqla sonuncu ilə cinayət işinin istintaqını aparan vəzifəli şəxs və zərərçəkmiş şəxs münasibətləri dairəsindən kənara çıxaraq onunla qeyri-prosessual münasibətlərə girmişdir. Həmçinin DVD diskdə olan audio səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında olan telefon danışıqları zamanı aşağıdakılar qeyd edilmişdir: ((Orxan_Müstəntiq_+**********82_2017_04_27_19_07_03_{O}) Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müraciət edərək “Sizin yadınızdadır da mən Xaçmaza gələndə İlqar müəllim gəldi mənə yaxınlaşdı dedi ki, müstəntiqin xərcləri var, belədi, filandı hələdi. Bizdə hörmətimizi elədik sizə. Məndə indi deyirəm ki, həmin ödənilmiş məbləğın qarşılığını görmədim. Mən bunu deyirəm” Təqsirləndirilən şəxs cavabı “elə de, yəni belə söhbətdi həə bildim. Günah məndə olub onda. Yaxşı aydındı əlaqə saxlayarıq onda, aydındı. Sən nə şey eləmisən hamısıda şey olacaqdı, yaxşı?”, (Orxan_Müstəntiq_+**********82_2017_05_02_14_07_03_{O}.m4a) Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müraciət edərək “Eldar müəllimin yanına gələ bilərsən bugün?” Zərərçəkmiş şəxs cavabı “Ağır cinayətlərə?” Təqsirləndirilən şəxs cavabı “Hə, hə, gəl” Zərərçəkmiş şəxs cavabı “Hə, yaxşı yaxşı oldu.” Təqsirləndirilən şəxs cavabı “Şeydi, şeynən bağlı heçnə demə onu mən şey eliyəcəm, verəcəm yaxşı?”)) Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə şəxsin öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirməklə törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəlləsinin 318.1.-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəlləsinin 318.2.-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Məhkəmə hesab edir ki, ittiham tərəfindən məhkəməyə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulmuş hallarla bağlı vəsatət daxil olmadığından cinayət işinə həmin Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş və məhkəməyə verilən ittiham daxilində baxılmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ailəli olmaqla yetkinlik yaşına çatmayan 2 övladının olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni və ilk dəfə məhkum olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 178.3.2-ci maddəsi ilə törətdiyi cinayət əməlləri həmin Məcəllənin 178.3.2-ci maddəsi ilə əhatə olunduğundan həmin Məcəllənin 308.1-ci maddəsi ittihamdan xaric edilməli, həmin Məcəllənin 308.1-ci maddəsi rəqəm ifadəsi olaraq ittihamdan xaric edilməli, sonuncu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə ona əlavə cəza təyin edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 24 may 2021-ci il tarixdən saat 12:00-dan məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 05 ədəd DVD diskləri cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 178.3.2-ci maddələri ilə törətdiyi cinayət əməlləri həmin Məcəllənin 178.3.2-ci maddəsi ilə əhatə olunduğundan həmin Məcəllənin 308.1-ci maddəsi ittihamdan xaric edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi rəqəm ifadəsi olaraq ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə hüquq mühafizə orqanlarında müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 may 2021-ci il tarixdən saat 12:00-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Konvoy Toboruna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 05 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar