Məhkəmə qərarları › İş №1(006)-34/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-34/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-34/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə və 2709 manat cərimə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 dekabr 2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, 1 saylı binanın 42/43 nömrəli mənzilinin giriş qapısının açıq olmasından istifadə edib həmin mənzilə giriş qapısından qanunsuz daxil olub dəhlizdə aslıqandan asılmış əl çantasının içərisindəki pul kisəsindən 191 (yüz doxsan bir) manat və həmin günün məzənnəsi ilə 102 (yüz iki) manat təşkil edən 60 (altmış) ABŞ dolları pulları gizli olaraq talayaraq hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs2 ümumilikdə 293 (iki yüz doxsan üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məluma olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,737 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 08 dekabr 2023-cü il tarixdə saat 13:00-da ünvan 2 ünvanın qarşısında olarkən Zərərçəkmiş şəxs2 məxsus mənzildən oğurluq cinayət əməlini törətməsinə dair əsaslı şübhələr olduğundan Səbail RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Səbail RPİnin 9-cu Polis Bölməsinin inzibati binasına aparılmış və orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,737 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində ünvan 5 ünvanın ümumi həyətyanı sahəsinə daxil olub kənar şəxslərin onu görmədiyinə tam ənim olduqdan sonra həmin həyətdə yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı 3 saylı mənzilin giriş qapısının yanında qoyulmuş qabın içərisindən mənzilin açarını götürüb giriş qapısını açaraq oraya qanunsuz daxil olub mənzildən Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 164 manat dəyərində 1,93 qram kütləli, sarı rəngli, halqasının iç tərəfində “14 K” damğası olan, 583/585 əyyarlı qızıldan hazırlanmış üzüyü və zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 24,19 qram kütləli, sarı rəngli, üzərində 750 əyarlı qızıl təbəqə çəkilmiş, 583/585 əyarlı qızıldan hazırlanmış 3300 manat dəyərində olan boyunbağını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 3464 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilir, lakin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla razı deyil. Belə ki, o, əvvəllər bir neçə dəfə məhkum olunmuş, son dəfə Səbail rayon məhkəməsinin 08 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 oktyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azadlığa çıxmış, azadlığa çıxdıqdan sonra heç bir yerdə işləməmişdir. 08 dekabr 2023-cü il tarixdə rəfiqəsi Kama ilə mobil telefonla danışan zaman «Samirə» adlı rəfiqələrinin harada olmasını soruşmuş, Kama adlı rəfiqəsi Samirənin xarici vətəndaşla yaşadığını və Səbail rayonu Neftçilər prospektində yerləşən Kukla teatrı ilə üzbəüz binanın keçid hissəsindən daxil olduqda qarşıda yerləşən binanın 3-cü blokunun 4 və ya 5-ci mərtəbəsində yaşadığını bildirmişdir. O da Samirəni axtarmaq üçün həmin ünvana getmiş və dördüncü mərtəbəyə qalxaraq qapını döymüş, qapını açan olmamışdır. Sonra beşinci mərtəbəyə qalxmışdır. Qapının bir az açıq olmasını görmüşdür. Evdən səs gəlmədiyini görüb maddi vəziyyətinin pis olmasına görə oğurluq etməyi qərarlaşdırmışdır. Qapını tam açıb evin içərisinə daxil olmuş və qapının arxa tərəfində asılqanda ağzı açıq vəziyyətdə olan kişi əl çantası görmüşdür. Çantanın içərisinə baxdıqda pul kisəsini görmüş və pul kisəsini çıxarıb içində olan 191 manat, 50 ABŞ dolları və 10 ABŞ dolları pulları götürüb pul kisəsini yenidən çantanın içərisinə qoyub tez evdən çıxmış və pilləkənlərlə aşağı düşmüşdür. Binadan çıxdıqda isə uzaqlaşmağa imkan tapmamış, mühafizəçi onu tutub saxlamış və ərazidə xidmət aparan polis əməkdaşlarına təhvil vermişdir. Sonra polis əməkdaşları onu 9-cu polis bölməsinə gətirmişlər. Evindən oğurluq etdiyi şəxs köhnə polis əməkdaşı olduğu üçün onun tələbi ilə polis bölməsində onun üzərinə psixotrop maddə qoyulmuş, çəkiliş zamanı həmin psixotrop maddənin ona məxsus olduğunu bildirməsi tələb edilmiş, o, polis əməkdaşlarının tələbi ilə razı olmadığı üçün onlar tərəfindən döyülmüş, sonradan müstəntiq ona iş məhkəməyə getdikdən sonra kömək edəcəyini bildirdiyi üçün o, psixotrop maddə ilə bağlı etirafedici ifadə vermiş və bununla bağlı sənədlərə qol çəkmişdir. O, narkotik vasitə və psixotrop maddələrdən istifadə etsə də, saxlanılan zaman onun üzərində psixotrop maddə olmamışdır. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsində olduğu zaman orada olan həyət evlərinin birinə daxil olub oğurluq etmək qərarına gəlmiş, bu zaman o, B.Səfəroğlu küçəsi, ev 169 saylı ünvanın dalanına daxil olmuş, dalana daxil olduqdan sonra bir qədər irəlilədikdən sonra ümumi həyətə daxil olmuş, ümumi həyətə baxış keçirən zaman paltar asmaq üçün nəzərdə tutulmuş qurğudan asılmiş cəhrayi rəngli plastmas materialdan olan qabın üzərində 01 ədəd plastmas qulpu olan açarın olmasını aşkar etmiş və ehtimal etmişdir ki, həmin açar məhz həyətdə olan qəhvəyi rəngli qapıya aiddir. Beləliklə, həmin açarı götürərək qəhvəi rəngli qapını açıb evə daxil olmuşdur. Evə daxil olduqdan sonra ilk öncə dəhlizdə yerləşən dolabın üst hissəsinə baxış keçirmiş, lakin həmin dolabda heç bir şey aşkar etməmiş, daha sonra mənzilin qonaq otağına daxil olmuş, qonaq otağında olan zaman ilk öncə televizorun qoyulduğu dolabın birinci siyirtməsini açaraq oraya baxış keçirmiş, lakin heç bir əşya aşkar etməmişdir. Daha sonra isə həmin otaqda şüşəli dolabçaya baxış keçirmiş, dolabın üst hissəsində olan vazaların içərisinə baxış keçirərkən aşkar etmişdir ki, həmin dolabın üst hissəsində ağ rəngli kvadrat formalı qızıl qabı vardır. Həmin qızıl qabının içərisinə baxış keçirmiş və aşkar etmişdir ki, orada 01 ədəd qızıl üzük və 01 ədəd qızıl boyunbağı vardır. Bu zaman o, həmin qızılları götürüb ünvandan çıxıb getmiş, evdə olan digər otaqlara baxış keçirməmişdir. Evdən çıxdıqdan sonra isə həyətdə bir qadınla rastlaşmış, həmin qadınla salamlaşaraq həmin həyətdən çıxıb getmişdir. Təxminən 1 saat sonra həmin evdən oğurladığı 01 ədəd qızıl üzüyü rəfiqəsi Yelena ilə birlikdə MUM yaxınlığında yerləşən qızıl alqı-satqısı ilə məşqul olan mağazada Mustafa adlı şəxsə 145 manat qarşılığında satmışdır, lakin qızıl boyunbağını özündə saxlamşdır, 145 manat pulu isə öz şəxsi ehtiyaclarına sərf etmişdir. Daha sonra özünü Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək əməlindən peşman olmasını, zərər çəkmiş şəxslərə dəymiş zərəri ödəməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1la barışıq əldə etməsini, sonuncunun ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini, CM-nin 234.1-ci maddəsi ilə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsnun ittiham edildiyi maddələr üzrə təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yaşadıqları evin açarını çox zaman evin giriş qapısının yaxınlığında olan paltar asmaq üçün nəzərdə tutulmuş qurğudan asılmış sancaq saxlama qabının içərisinə qoyur. Belə ki, bunu ona görə edir ki, atası və qardaşları onların evinin üstündə ikinci mərtəbədə yaşayırlar, ara-sıra onlar evə nəsə lazım olanda qeyd etdiyi yerdən açarı götürüb evə daxil olurlar. xx.xx.2024-cü il tarixdə saat 17:15-də arvadı Suğra ona zəng edərək qonşuları olan Saminə xanımın zəng edərək evdən tanımadığı şəxsin çıxmasını görməsi barədə məlumat verməsini bildirmişdir. Bu zaman o, narahat olduğu üçün dərhal yaşadıqları ünvan 6 ünvana yollanmış, orada olan zaman arvadı Suğra ilə birlikdə mənzilə baxış keçirməyə başlamış, bir müddət baxış keçirtdikdən sonra ona məlum olmuşdur ki, evin qonaq otağında olan dolabçanın üst ğözündə “madonna” adlanan vazanın içərisində olmalı olan 01 ədəd 585 əyarlı çəkisi təxminən 2 qram təşkil edən 200 manat dəyərində qızıl üzük və 01 ədəd çəkisi təxminən 25 qram təşkil 3300 manat dəyərində olan 585 əyarlı qızıl boyunbağı ağ rəngli kvadrat qutusu ilə birlikdə oğurlanmışdır. Lakin həmin dolabın görünən yerində olan iki ədəd içərisində qızıl-zinyət əşyaları olan qutular naməlum şəxs(lər) tərəfindən oğurlanmamışdır. Daha sonra ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, sonuncudan şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 08 dekabr 2023-cü il tarixdə saat 12:30 radələrində yaşadığı Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi 1, mənzil 42/43 nömrəli mənzilin qapısını açaraq mənzilə daxil olmuşdur. Lakin mətbəxdə məişət tullantıları olduğu üçün qapını açıq vəziyyətdə qoyaraq özünə məxsus əl çantasını dəhlizdəki asılqandan asaraq mətbəxə keçmişdir. Mətbəxdən məişət tullantılarını götürüb geri qayıdan zaman isə asılqandakı əl çantasının yerinin dəyişməsinin şahidi olmuşdur. O, dərhal əl çantasına baxan zaman çantanın içərisində olan pul kisəsindən 191 (bir yüz doxsan bir) manat və 60 (altmış) ABŞ dolları məbləğində pulun oğurlanmasını aşkar etmişdir. Bundan dərhal sonra mühafizə xidmətinin əməkdaşına məlumat verdiyindən sonuncu ona məxsus olan mənzildən oğurluq etmiş qadını binanın qarşısında uzaqlaşmadan saxlayaraq ərazidə xidmət aparan polis əməkdaşlarına təhvil vermiş, qadının oğurladığı pulları isə ona qaytarmışdır. Bundan sonra o, Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis bölməsinə gedərək ərizə ilə müraciət etmiş və ona məxsus olan pulların istintaq üçün əhəmiyyətli olmasını nəzərə alaraq təhqiqatçıya təqdim etmişdir. Sonra ona məxsus olan pulları oğurlayan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs olmasını bilmişdir. Daha sonra ona dəymiş zərərin ödənilsə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək ona ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 20 ildir ki, tanıyır və sonuncu onun yaxın rəfiqəsidir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Kristina siqaret almaq adı ilə evdən çıxmışdır. Həmin gün saat təxminən 16-17 radələrində Kristina evə gələrək onunla söhbət zamanı bildirmişdir ki, onda 01 ədəd qızıl üzük və 01 ədəd qızıl boyunbağı vardır və həmin qızıllar ona qulluq etdiyi yaşlı qadından qalmışdır. Söhbət zamanı Kristina bildirdi ki, onun şəxsiyyət vəsiqəsi yoxdur, məhz bu səbəbdən Kristina ondan xahiş etmişdir ki, həmin qızıl-zinət əşyalarını onun adından girov qoyaraq bir qədər pul götürsünlər və o, Kristinaya bu məsələdə köməklik göstərməyə razılıq vermişdir. Bu minvalla onlar Kristina ilə birlikdə MUM yaxınlığında “lombard” axtarmağa başlamış və saat 18-də həmin ünvanda qızıl-zinət əşyalarının satışı ilə məşqul olan Mustafa adlı tanışlarının mağazasına daxil olmuşlar. O, Mustafa adlı şəxsdən xahiş etmişdir ki, sonuncu 01 ədəd qızıl üzüyü ondan girov götürsün. Söhbət zamanı o, Mustafa ilə 145 manat ödəniş qarşılığında razılaşmış və Mustafa ona xəbərdarlıq etmişdir ki, əgər həmin üzük üçün 1 gün sonra 155 manat ödəniş edilməsə həmin qızıl-zinət əşyasını satacaqdır. xx.xx.2024-cü il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, polis tərəfindən tutulub və xahiş etmişdir ki, həmin gün günorta saatlarında Mustafaya satmış olduqları qızıl üzüyü sonuncudan götürərək polisə təhvil versin. O da xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Nəsimi rayonu, MUM-yaxınlığında yerləşən Mustafanın mağazasına gedərək oradan Mustafadan həmin qızıl üzüyü götürmüş, həmin qızıl üzüyü zərərçəkənə qaytarılması üçün istintaqa təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 ifadəsində göstərmişdir ki, 08 dekabr 2023-cü il tarixdə saat 13 radələrində xidmət yoldaşı polis nəfəri Şahid5 ilə birlikdə təhkim olunmuş ərazidə avtopatrulla xidmət aparan zaman efir vasitəsilə ünvan 7 ünvanda yerləşən mənzillərdən birində oğurluq hadisəsi baş verməsi barədə məlumat verildiyindən, onlar dərhal həmin ünvana yaxınlaşaraq, binanın həyətinə daxil olub 2 nömrəli binanın qarşısına getmiş, orada mühafizə xidmətinin əməkdaşının yanında təxminən 35-40 yaşlarında olan bir nəfər qadın cinsindən olan şəxsin dayanmasının şahidi olmuşlar. Mühafizə xidmətinin əməkdaşı əli ilə onlara işarə verdiyindən, avtomobildən enib onların yanına yaxınlaşmışlar. Adını bilmədikləri mühafizə xidmətinin əməkdaşı isə yanındakı şəxsi onlara təqdim edərək, həmin şəxsin 1 nömrəli evin 42/43 nömrəli mənzilindən pul oğurlayaraq binanı tərk etdiyini və binanın həyətini tərk etmək istəyərkən, tutub saxlaması barədə məlumat vermiş, yerində həmin mühafizə xidmətinin əməkdaşı tərəfindən saxlanılan şəxslə şifahi sorğusual edən zaman o, törətdiyi əməli etiraf etmişdir. Həmçinin həmin şəxsin qeyri-adekvat hərəkətlərə yol verməsi səbəbindən onun narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair müəyyən şübhələr yaranmışdır. Onlar həmin qadını xidməti avtomobilə əyləşdirib inzibati ərazi üzrə Bakı şəhəri Səbail RPİ-nin 9cu Polis bölməsinə təhvil vermişlər. Bölmədə həmin qadının Bakı şəhər sakini Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Bu barədə bölmədə raport tərtib etdikdən sonra onlar şəxsi axtarış və götürmə aparılması üçün xidməti otaqlardan birinə dəvət olunmuşlar, xidməti otaqların birində təhqiqatçı Elmar Məmmədov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutduqdan sonra videoçəkiliş aparılmaqla, onların, tərcüməçinin, müdafiəçi Nizami Əliyevin, həmçinin dəvət edilmiş qadın polis əməkdaşının iştirakı ilə Təqsirləndirilən şəxs hüquq-vəzifələrini izah edərək, üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində psixotrop maddəyə bənzər kütlə aşkar edilmiş, aşkar edilmiş maddənin nə olması, haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu-sual edilən zaman həmin maddənin metamfetamin olmasını və özü istifadə etmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu “Sovetski” kimi tanınan ərazidə tanımadığı şəxsdən 15 manat müqabilində əldə etdiyini etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ünvan 8 ünvandan oğurladıqdan sonra binanın mühafizəçisi tərəfindən saxlanılarkən sonuncudan götürülüb Səbail RPİ-nin PPXB-nün əməkdaşlarına təqdim olunmuş 191 (yüz doxsan bir) manat və 60 (altmış) ABŞ dolları məbləğdə pul vəsaiti əskinazları təhqiqatçı tərəfindən ayrı-ayrılıqda bir-bir masanın üzərinə düzülmüş, videoçəkilişi aparıldıqdan sonra masanın üzərindən götürülmüşdür. Bundan sonra qadın polis əməkdaşı tərəfindən keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənmiş və məhkəmə-kimyəvi ekspertizası üçün ekspertiza mərkəzinə göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və o da digər iştirakçılar kimi zərfi və protokolu imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, 08 dekabr 2023-cü il tarixdə saat 14 radələrində o, Polis Bölməsində olduğu zaman bir nəfər qadının oğurluq və narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi şübhəsi ilə Səbail RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən bölməyə aparılması, həmin qadının üzərinə şəxsi axtarış və götürmə hərəkəti aparılacağı barədə məlumat verilmiş və həmin istintaq hərəkətində iştirak etmək üçün bölmənin təhqiqatçısı Elmar Məmmədovun xidməti otağına dəvət olunmuşdur. O, təhqiqatçının xidməti otağına getdikdən sonra bölməyə aparılmış şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Bundan sonra xidməti otaqda təhqiqatçı Elmar Məmmədov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutduqdan və hüquq-vəzifələrini izah etdikdən sonra video çəkiliş aparılmaqla, iştirak edən əlavə iki nəfər kişi, bir nəfər qadın polis əməkdaşları, tərcüməçi və müdafiəçi kimi dəvət olunmuş vəkil Nizami Əliyevin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümü çıxarıb təhqiqatçıya təqdim etmişdir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin büküm açılmış, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin nə olması və haradan əldə edilməsi barədə sorğu-sual edilən zaman həmin kütlənin metamfetamin olmasını və öz istifadəsi üçün Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” kimi tanınan ərazidə tanımadığı şəxsdən 15 manat müqabilində əldə etdiyini etiraf etmişdir. Sonra təhqiqatçının rəhbərliyi və izahı ilə qadın polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, heç bir əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlə zərfə qoyularaq möhürlənmiş və ekspertiza keçirilməsi üçün müvafiq quruma göndərilmişdir. Bununla bağlı protokol tərtib edilmiş və o da digər iştirakçılar kimi zərfi və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmasına dair heç bir əməliyyat məlumatı əldə edilməmiş, sonuncunun ətrafında sonradan keçirdikləri əməliyyat tədbirləri nəticəsində də narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, ünvan 7 ünvanda yerləşən binanın həyətində mühafizəçi kimi çalışır və həmin binanın sakinlərini tanıyır, sakinlərlə normal münasibətləri vardır. Zərərçəkmiş şəxs2 da həmin ünvanda, yəni ünvan 9n sakin kimi tanımış və normal münasibətləri olmuş, ədavəti və ya düşmənçiliyi olmamışdır. O, 08 dekabr 2023-cü il tarixdə saat 13 radələrində işlədiyi binanın qarşısında olduğu zaman həmin binanın sakini olan Zərərçəkmiş şəxs2 binaya gələrək yaşadığı mənzilə qalxdığının şahidi olmuş, bundan bir neçə dəqiqə sonra əvvəllər tanımadığı və sonradan adının Kristina Borisovna olduğunu öyrəndiyi bir nəfər qadının Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi 1 ünvanda yerləşən binaya daxil olduğunu müşahidə etmiş, lakin həmin qadının bina sakinlərinin qohumu və ya tanışı olduğunu düşünüb yaxınlaşmadan, uzaqdan izləməyə başlamışdır. Həmin qadın binaya daxil olduqdan bir neçə dəqiqə sonra bina sakini Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayaraq, yaşadığı mənzilin qapısını açıb mənzilə daxil olduğunu, lakin qapını açıq vəziyyətdə qoyub əl çantasını dəhlizdəki asılqandan asaraq mətbəxə keçdiyini, mətbəxdən məişət tullantılarını götürüb qayıdarkən, asılqandakı əl çantasında dəyişiklik hiss etdiyini və əl çantasının içərisindəki pul kisəsindən 191 (bir yüz doxsan bir) manat və 60 (altmış) ABŞ dolları məbləğdə pulunun oğurlandığını aşkar etdiyini demişdir. Bu anda o, bir neçə dəqiqə əvvəl binaya daxil olmuş həmin qadının, yəni Kristina Borisovnanın binadan çıxaraq iti addımlarla qaçmaq istədiyini görmüş, dərhal yaxınlaşıb həmin qadından kim olduğunu, binaya daxil olmasının səbəbini soruşmuş, həmin qadın özünü şübhəli apararaq, yarı rus-yarı Azərbaycan dilində danışıb binanın beşinci mərtəbəsində açıq qapısı olan mənzildən səs gəlmədiyini gördüyü üçün qapının arxa tərəfində asılqandan asılmış ağzı açıq əl çantasındakı pul kisəsindən pul oğurladığını demiş və cibində əlinin içində saxladığı 191 manat, 50 ABŞ dolları və 10 ABŞ dolları məbləğdə pul əskinaszlarını çıxarıb ona tərəf uzatmışdır. Həmin qadının qəribə davranışları və xarici görünüşü onda şübhələr yaratdığı üçün o, qadını saxlayaraq, getməsinə mane olmuş, həmin anda yoldan keçən Post Patrul Xidməti avtopatrulunun hərəkət etdiyini görüb əl hərəkətləri ilə həmin polis avtomobilini dayandığı yerə tərəf çağırmışdır. Daha sonra onlara yaxınlaşmış polis əməkdaşlarına saxladığı qadını təhvil verərək, sonuncunun ona verdiyi 191 manat, 50 ABŞ dolları və 10 ABŞ dolları məbləğdə pul əskinaszlarını da polis əməkdaşlarına təqdim etmiş və qadının binanın 42/43 saylı mənzilindən sakinin əl çantasından oğurladığı pul vəsaitləri olduğunu bildirmiş, həmin qadın polis əməkdaşlarında da şübhə yaratdığı üçün qadını özləri ilə Polis Bölməsinə dəvət edib aparmışlar. Sonra o, binanın sakini olan Zərərçəkmiş şəxs2la telefonla əlaqə saxlayıb baş verənlər barədə məlumat vermişdir. Sonrakı hadisələrdən onun məlumatı olmamışdır, lakin Zərərçəkmiş şəxs2 Polis Bölməsinə gedərək, oğurluq etmiş qadından şikayətçi olduğunu öyrənmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, göstərmişdir ki, o, təxminən 5-6 ildir ki, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən “Zərgərlik” mağazasında zərgər olaraq çalışır. xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində əvvələr tanıdığı Şahid1 işlədiyi zərgərlik mağazasına yanında bir nəfər qırmızı saç qadınla gələrək özünə məxsus olan 01 ədəd qızıl üzüyü lombarda qoymaq istəməsini, lakin hal-hazırda bütün lombard xidməti göstərilən obyektlərin bağlı olmasını bildirərək həmin qızılı lombard şərtləri ilə ona təklif etmək istədiyini bildirmişdir. O, baxış keçirərək həmin üzüyü 145 manat məbləğində dəyərləndirmiş, Şahid1 ilə belə razılığa gəlmişdir ki, üzük üçün 145 manat ödəniş edəcəkdir və Şahid1 bir gün sonra həmin üzüyü mağazadan götürərək ona 155 manat qaytaracaqdır və bununla da o, 10 manat mənfəət əldə edəcəkdir. Bir gün sonra Şahid1 ona zəng edərək bildirdi ki, həmin üzüyü götürmək istəyir. Həmin gün saat 13 radələrində Şahid1 işlədiyi mağazaya gələrək üzüyü götürmək istədiyini və xx.xx.2024-cü il tarixdə qızılı ona satan zaman yanında olan Kristina adlı qadının həmin üzüyü oğurladığına görə polis tərəfindən tutulmasını bildirərək üzüyün polisə təhvil verilməli olduğunu bildirmiş və o, artıq vəziyyəti başa düşərək Yelenaya həmin qızıl üzüyü polisə təhvil verməsi üçün təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (İ cild, i.v.53); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla, xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.90-93); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.108); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (İ cild, i.v.145); - “Vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti rədd edilmişdir (İ cild, i.v.204-205); - “Qətimkan tədbiri seçmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.206-207); - “Cinayət işinin materiallarından ayrı icraata cinayət işinin ayrılması və cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş xeyli miqdarda psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi üçün əməliyyat-axtarış və istintaq tədbirlərinin davam etdirilməsi məqsədi ilə hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilməklə, ibtidai istintaqı aparılır (İİ cild, i.v.19-20); - “Cinayət işinin istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaqının davam etdirilməsindən ötrü istintaq aidiyyatı üzrə Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nə göndərilmişdir (İİ cild, i.v.35-36); - “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda istintaq olunmasından ötrü birləşdirilmiş və cinayət işləri ********* nömrəsi altında istintaq olunmuşdur (İ cild, i.v.105); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi ünvan 10 ünvanını əyani olaraq göstərmişdir (İ cild, i.v.37-41); - “Baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 08 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis bölməsinin inzibati binasında xidməti otaqlardan birində Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis bölməsi, Post Patrul Xİdməti Bölüyü əməkdaşları, 12 saylı vəkil bürosunun müdafiəçisi Nizami Əliyevin, tərcüməçi və dəvət edilmiş qadın cinsindən olan polis əməkdaşı Təranə Məmmədovanın iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf rəngli polietilen bükümün içərisindəki kütlənin metamfetamin olmasını və onu Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədi ilə 15 manata alıb əldə etdiyini etiraf etmiş, bundan sonra təhqiqatçı Elmar Məmmədov tərəfindən Təqsirləndirilən şəxs, saxlanıldığı zaman Səbail RPİ-nin PPXB-nün əməkdaşlarına verdiyini bildirdiyi 01 ədəd 100 manatlıq, 01 ədəd 50 manatlıq, 01 ədəd 01 manatlıq və 02 ədəd 20 manatlıq əskinazlardan ibarət 191 manat, 50 ABŞ dolları və 10 ABŞ dollarından ibarət 60 ABŞ dolları məbləğdə pul əskinazları masanın üzərinə ayrı-ayrılıqda bir-bir düzülür, polis əməkdaşları tərəfindən maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülüb təhqiqat orqanına təqdim olunduğunu bildirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qeyri-qanuni predmet aşkar edilmir, son görüntülərdə, bir neçə dəqiqə əvvəl Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd şəffaf polietilen bükümün təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılması və iştirakçılar tərəfindən imzalanması müşahidə olunur (İ cild, i.v.218-219); - “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Səbail RPİ-nin 9-cu PB-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ cibindən 01 ədəd şəffaf sellofan bükülmüş bükümü, yəni psixotrop maddə metamfetaminə bənzər maddənin aşkar edilərək götürülməsi, həmçinin, Təqsirləndirilən şəxs Səbail RPİ-nin PPXB-nin əməkdaşlarına verdiyi 01 ədəd 100 manatlıq, 01 ədəd 50 manatlıq, 01 ədəd 01 manatlıq və 02 ədəd 20 manatlıq əskinazlardan ibarət 191 manat, 50 ABŞ dolları və 10 ABŞ dollarından ibarət 60 ABŞ dolları məbləğdə pul əskinazları masanın üzərinə ayrı-ayrılıqda bir-bir düzülməsi faktı təsdiq edilir (İ cild, i.v.156-157); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/2227-9/3116 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya tədqiqata təqdim edilən 01 ədəd 1,93 qram kütləli, sarı rəngli, halqasının iç tərəfində “14 K” damğası olan, 583/585 əyarlı qızıldan hazırlanmış üzüyün hadisə baş verən tarixə, yəni 2024-cü ilin mart ayına olan orta bazar qiyməti təxminən 164 manat müəyyən edilir. Digər təqdim edilmiş 01 ədəd 24,19 qram kütləli, sarı rəngli, üzərində 750 əyarlı qızıl təbəqə çəkilmiş, 583/585 əyarlı qızıldan hazırlanmış boyunbağının üzərində olan qiymətli metalların ayrı-ayrılıqda kütləsi məlum olmadığından qiymətləndirilmə aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir (İİ cild, i.v.38-41); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6323 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 166” dairvə möhür əksi olan, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,737 qram olan ağ kristallik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (İ cild, i.v.166-170); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X3 xx.xx.2023-cü il tarixli, 8343 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.226-227); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrindən, həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmiş, ********* nömrəli cinayət işi üzrə 01 ədəd 1,93 qram kütləli, sarı rəngli, halqasının iç tərəfində “14 K” damğası olan, 583/585 əyyarlı qızıldan hazırlanmış üzük və 01 ədəd 24,19 qram kütləli, sarı rəngli, üzərində 750 əyyarlı qızıl təbəqə çəkilmiş, 583/585 əyyarlı qızıldan hazırlanmış boyunbağı maddi sübut kimi tanınmış və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, 01 ədəd 100 manatlıq, 01 ədəd 50 manatlıq, 01 ədəd 01 manatlıq və 02 ədəd 20 manatlıq əskinazlardan ibarət 191 manat, 50 ABŞ dolları və 10 ABŞ dollarından ibarət 60 ABŞ dolları məbləğdə pul əskinazları zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 geri qaytarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxsnun üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,737 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,687 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanması üçün Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (İİ cild, i.v.49-64); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilinərək, 3100 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası və 3100 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3 və 68.2-ci maddələrinə əsasən qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 2709 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə onun əməli Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək cəza müddəti dəyişdirilmədən saxlanılmış, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanunu tətbiq edilərək 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci madələri ilə təqsirli bilinərək, CM-nin 66.2 və 67.1-ci maddələrinə əsasən üzərində qəti olaraq cəzası 05 il 06 aya endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1, 68.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 03 il 03 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 2709 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İ cild, i.v.94-96); - Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-16-21-1/2-12465/2025 saylı məktubundan görünür ki, Səbail Rayon Məhkəməsinin 1(009)-57/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə və 2709 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı Şəhər Probasiya İdarəsinin qeydiyyatında yoxdur. - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsnun üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üstündə, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynindəki qara rəngli şalvarın sağ cibindən cibindən 01 ədəd şəffaf sellofan bükülmüş bükülünü çıxarıb masanın üstünə qoyur, həmin bükümü Yasamal rayonu “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirir. Həmçinin, Təqsirləndirilən şəxs Səbail RPİ-nin PPXB-nin əməkdaşlarına verdiyi 01 ədəd 100 manatlıq, 01 ədəd 50 manatlıq, 01 ədəd 01 manatlıq və 02 ədəd 20 manatlıq əskinazlardan ibarət 191 manat, 50 ABŞ dolları və 10 ABŞ dollarından ibarət 60 ABŞ dolları məbləğdə pul əskinazları masanın üzərinə ayrı-ayrılıqda düzülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi təkrar törədilməsinə, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, yəni saxlanılarkən üzərində narkotik vasitə olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsini səmimi olaraq etiraf etməsini, bir zərər çəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanın tam ödənilməsini, bir zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59cu maddəsinə uyğun olaraq onun cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi cinayətlərə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin xüsusilə təhlükəli residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.3.1-cü maddəsinə əsasən qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Həmin Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə, yəni hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cərimə cəzası ilə tam birləşdirilməklə cəza təyin olunmalıdır. Odur ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzası ilə tam birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası və 2709 (iki min yeddi yüz doqquz) manat cərimə cəzası təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək, yəni 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsnun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 8343 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Səbail Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,687 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzük və 01 ədəd boyunbağı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, 01 ədəd 10 ABŞ dollar, 01 ədəd 50 ABŞ dolları və 191 manat pul zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizaları tədqiqatlarının ümumilikdə xərci - 193,00 (yüz doxsan üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 65 saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 02 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2709 manat (iki min yeddi yüz doqquz) cərimə cəzası ilə tam birləşdirilməklə ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 2709 (iki min yeddi yüz doqquz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə və 2709 (iki min yeddi yüz doqquz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 16 aprel 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzük və 01 ədəd boyunbağının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, 01 ədəd 10 ABŞ dolları, 01 ədəd 50 ABŞ dolları və 191 manat pulun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 geri qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,737 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – ümumilikdə 193,00 (yüz doxsan üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızına məhkəmədə iştirak etdiyi 65 (altmış beş) saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar