Məhkəmə qərarları › İş №1(006)-340/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-340/2022

03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-340/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, onun vəkili və nümayəndəsi Nümayəndə, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində 1 azyaşlı uşağı olan, məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixli əmək müqaviləsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində vəzifəli şəxs olmaqla mağaza müdiri vəzifəsində işləyərkən vəzifə təlimatının tələblərini pozaraq işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən "xxxx" MMC-nin 20 yanvar filialının anbar sahəsindəki hündürlüyü 3 metr olan rəfin yuxarı hissəsindən qida məhsullarının götürülməsi işləri ilə əlaqədar təhlükəsiz iş şəraitinin yaradılmasını yəni, işçilərin düşə biləcəyi boşluqların qapanması və ya hasarlanmasını təmin etmədiyi üçün xx.xx.2021-ci il tarixdə saat 10 radələrində mağazada kassir vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 anbarda olarkən mağazanın yeməkxanasının yanında olan məhsulların yığıldığı həmin rəfin üzərinə çıxaraq oradan müvazinətini itirməsi nəticəsində yeməkxananın asma tavanının üzərinə yıxılmış və bunun nəticəsində asma tavan həmin təsir səbəbindən sınaraq sonuncu ilə birlikdə yeməkxanada çay içən "xxxx" MMC-nin işçisi Zərərçəkmiş şəxs1 üzərinə düşərək Zərərçəkmiş şəxs1 onurğa sütununun bel şöbəsinin İ fəqərəsinin cisminin kompression sınığı və aşağı ətrafların hərəki funksiyalarının pozulması ilə ifadə olunan onurğa beyninin qapalı travması, burun sümüklərinin yerdəyişmiş sınıqları, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, qaşarası nahiyədən burun əsasına keçən, sağ yanaq nahiyəsindən alt dodağa keçən və sağ gözaltı nahiyədən burun nahiyəsinə keçən əzilmişcırılmış yaraların izi olan çapıqları kimi dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3dən çox hissəsinin daimi itirilməsi ilə sağlamlığa ağır zərərvurmava aid xəsarətlər almasına, Zərərçəkmiş şəxs2 isə “sağ budun tış nahiyəsinin postravmatik hematoması, ağrı kürək nahiyəsinin postravmatik qançırları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurularaq ağır nəticələrə səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02 aprel 2021-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən "xxxx" MMC-nin “20 Yanvar” filialının mağaza müdiri vəzifəsində çalışmışdır. Mağaza müdiri kimi satışla bağlı olan hər bir şey, işçilərin davamiyyəti, gördüyü işlər, qayda və proseduralara əməl olunması, texnikitəhlükəsizlik və yanğın təhlükəsizlik qaydalarının işçilərə izah olunması, müvafiq təlimatların qeydiyyatı, jurnalların imzalanması və vəzifə təlimatında göstərilən digər işləri həyata keçirmişdir. Fəaliyyət göstərdiyi mağazada 90 nəfər işçi işləmişdir. Həmin işçilərdən 74 nəfəri "xxxx" MMC-nin işçiləri olmaqla həmin şəxslərə birbaşa nəzarəti özü həyata keçirmişdir. Qalan 16 nəfər işçidən 7-si mühafizə xidmətinin işçisi, digər şəxslər isə "xxxx"də fəaliyyət göstərən digər firmaların nümayəndələridir. xx.xx.2021-ci il tarixdə saat 09 radələrində işdə olmuş, səhər saatları həmin gün növbədə olan administrator Ramin, baş satıcılar, baş meyvəçi və baş kassirlə qısa iclas keçirərək bayram günü olduğunu, müştərilərə maksimum dərəcədə xidmət göstərilməsini bildirib həmin şəxsləri işlərini görməyə göndərmişdir, Təxminən saat 10:30 radələrində o, satış zalında olarkən hazırda xatırlamadığı işçilərdən biri ona yaxınlaşaraq anbarda yerləşən mətbəxin tavanının uçduğunu bildirmiş, bundan sonra o, qaçaraq anbara doğru getmişdir. Oraya çatıb mətbəxə daxil olanda otağın tavanının girişdən sol tərəfdəki hissəsinin yerə düşdüyünü və mətbəxdə olan masanın sındığını görmüşdür. Mətbəxdən çıxanda mətbəxin qapısının yanında bir nəfər qadın işçinin stulda əyləşdiyini, sifətinin qanadığını, işçilərin isə həmin qıza ilkin tibbi yardım göstərdiyini görmüşdür. Həmin vaxt yaralanan işçinin mağazaya mal gətirən "xxxx" şirkətinin nümayəndəsi Zərərçəkmiş şəxs1 olduğunu öyrənmişdir. Bundan sonra hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları gəlmiş, eyni zamanda o, öz telefonu ilə mağazada texniki təhlükəsizliyə cavabdeh şəxs olan SƏTƏM-in əməkdaşı Əkbərə məlumat vermiş və özü təcili tibbi yardım maşını ilə F.V.İmanovla birlikdə 1 saylı X12 getmişdir. Xəstəxanaya çatanda Zərərçəkmiş şəxs1 palataya yerləşdirmiş, bundan sonra o, mağazaya qayıtmış, mağazaya qayıtdıqdan sonra ona məlum olmuşdur ki, mağazada satıcı-kassir vəzifəsində çalışan Zərərçəkmiş şəxs2 kassada endirimdə olan “Şah” çayın azaldığını görüb həmin çaylardan gətirmək üçün depoya getmiş, rəflərdəki çay qutularını götürmək üçün nərdivanla yuxarı çıxmış, çayları oradan götürdüyü zaman müvazinətini itirmiş və yeməkxananın üzərinə, daha sonra tavanla birlikdə Zərərçəkmiş şəxs1 üstünə düşmüşdür. Həmin vaxt o, Turaldan xəsarət alıb-almamasını soruşduqda sonuncu xəsarətinin olmadığını söyləmiş, Turalı "xxxx" daxil olduğu “Veysəloğlu” şirkətlər şəbəkəsinin Səbuhi adlı həkiminin yanma göndərmişdir. Tural Səbuhi həkimin yanına getdikdən sonra həkim ona zəng edərək Turalın heç bir xəsarətinin olmadığını bildirmişdir. "xxxx" MMC-nin “20 Yanvar Tbilisi” Filialında əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarına nəzarəti (SƏTƏM) Sağlamlıq Əməyin Təhlükəsizliyi və X7 bölməsi həyata keçirmiş və həmin şöbənin Tbilisi filialına baxan əməkdaşı Şahid1 olmuşdur. "xxxx" MMCnin “20 Yanvar Tbilisi” filialında satıcı-kassirin vəzifələrinə məhsulların vitrinlərə doldurulması, kassada müştərilərin yola salınması, müştərilərin suallarına cavab verilməsi və onlara kömək göstərilməsi və s. daxil olmuş, vəzifə təlimatlarına əsasən mağazanın satıcı heyəti depodan malları satış zalına daşıya bilər, kassirlərin isə malları rəflərdən nərdivanla çıxıb götürmək icazəsinin olmamışdır.. Mağazada satıcıların fəaliyyətinə nəzarəti əvvəlcə baş satıcı, sonra administrator, daha sonra isə özü həyata keçirmişdir. O, hadisə baş verəndən sonra Zərərçəkmiş şəxs2 nərdivanla rəflərin üzərinə çıxdığını, orada müvazinətini itirib yeməkxananın tavanına yıxıldığını öyrənmişdir. Marketdə bütün işilərə vəzifə təlimatları, onların hər birinin hansı işi görməli olduqları, nəyə cavabdeh olduqları izah edilmişdir. Hadisə baş verən günü bayram gününə təsadüf etdiyindən və müştəri sayının çoxluğu ilə əlaqədar kassir Zərərçəkmiş şəxs2 vəzifə təlimatına uyğun olmadığını bilə-bilə heç kimdən icazə almadan özbaşına kassanı tərk edərək anbara getmişdir. Zərərçəkmiş şəxs2 ona icazə verilməyən işi görməsini, yəni kassadan ayrılaraq özbaşına anbardan mal gətirməyə getməsini həm öz ifadəsi ilə təsdiq etmiş, həm də digər market işçilərinin ifadələri bu hal öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs1 "xxxx" MMC-nin anbarında yerləşən mətbəxdə yemək yeməyə icazəsi olmuşdur. Bundan əlavə, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, kassirlərə dəfələrlə izah edilmiş vəzifə təlimatlarına əsasən onlar anbardan məhsul götürə bilməzlər, əgər buna ehtiyac yaranarsa bu barədə ona nəzarət edən şəxsə (şəxslərə), yəni baş kassir, administrator və ya müdir kimi ona məlumat verməlidirlər, həmin şəxslər isə bunun üçün aidiyyəti işçiləri təlimatlandırmalıdır. Bu barədə o və SƏTƏM bölməsinin əməkdaşları dəfələrlə işçilərə xəbərdarlıq etmiş və əməkdaşlar texniki təhlükəsizlik ilə bağlı təlimatları öz imzaları ilə təsdiq etmişlər. Həmçinin onun xidmət vəzifələrinə dair vəzifə təlimatında müdir kimi fəaliyyət göstərdiyi mağazada tikintiquraşdırma işlərinə nəzarət etməsi, tikintini həyata keçirməsi kimi bir vəzifəsi və səlahiyyəti yoxdur. O, filial müdiri kimi işləsə də özü də işçi sayılır və əmək müqaviləsi mövcuddur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrıayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində səhlənkarlığın, yəni vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsinin ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olması cinayətinin tərkib ələmətlərinin mövcud olması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayından "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən “20 Yanvar Tbilisi” filialında kassir vəzifəsində işləməyə başlamış, kassir kimi onun vəzifəsinə kassada müştəriləri qəbul etmək, müştərilərin aldığı məhsulları kassadan keçirdib, verdikləri pulu mədaxil etmək, qəbz vermək, lazım olduqda mağazada olan kampaniyalar və endirimdə olan məhsullar barədə müştərilərə məlumat vermək və s. daxildir. Həmçinin vəzifə təlimatının 1.16-cı bəndinə əsasən kassanı mağaza müdiri, müavini və baş kassirin icazəsi olduqda tərk edə bilər. xx.xx.2021 -ci il tarixdə həmişəki qaydada saat təxminən 09 radələrində işə gəlmiş və kassaya keçmişdir. Təxminən saat 10:30 radələrində kassanın yanında olan endirimdəki mallardan “Şah” çayının azaldığını görmüş, buna görə də mağazanın deposuna getmişdir. Depoda həmin çaylar yeməkxananın yanındakı rəfin ən üst hissəsində olmuş, ona görə o, nərdivan taparaq həmin hissəyə qalxmış və rəfin üstünə çıxmışdır. Bu zaman baş satıcı Haqverdi də orada olmuş, o, çay paketlərini yerdə olan arabanın içinə atmağa başlamış, həmin vaxt Haqverdi də arabanı tutmağa başlamışdır. Təxminən 4-5 çay qutusunu arabanın içinə atmış, başı gicəlləndiyi üçün müvazinətini itirmiş və yeməkxananın tavanına yıxılmışdır. Bundan sonra isə özünə gələndə yeməkxanada olan masanın 2 hissəyə qırıldığını və özünün isə masanın altında olduğunu görmüşdür. Bu zaman ona məlum olmuşdur ki, yeməkxananın tavanı ilə birlikdə yeməkxanada oturan şəxslərin üzərinə yıxılmışdır. Həmin vaxt bir qadının üzünün qanadığını görmüş, bundan sonra onlar yeməkxanadan çıxmış, həmin qadının adının Fərqanə olduğunu və onların mağazaya məhsul verən "xxxx" şirkətinin nümayəndəsi olduğunu çay içmək üçün yeməkxanaya gəldiyini öyrənmişdir. Bundan sonra oraya yığılan şəxslər Fərqanəyə ilkin tibbi yardım göstərmiş, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmışlar. O, hadisə nəticəsində ciddi bir xəsarət almamış, sağ bud nahiyəsində yüngül göyərtilər yaranmış, buna görə də hər ehtimala qarşı "xxxx" MMC-nin daxil olduğu “Veysəloğlu” şirkətlər qrupunun adını hazırda xatırlamadığı həkiminin yanına getmiş, həmin həkim ona ciddi bir xəsarətinin olmadığını, yüngül əzələ əzilməsi olduğunu bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, mağazada kassir kimi onun fəaliyyətinə nəzarəti həyata keçirən şəxslərə xəbər vermədən özbaşına kassanı tərk edərək anbara getmişdir. İşə qəbul edilərkən və iş prosesi zamanı vaxtaşırı vəzifə təlimatı, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ona izah olunmuş, bu barədə 3 aydan bir müvafiq jurnallara imza çəkmiş və anbada rəflərdən malları götürmək hüququnun olmamasını bilmişdir. 30 dekabr 2021-ci il tarixdə bayram günü olduğuna görə mağazada müştəri çox olduğu üçün və kassada çayların qurtardığını görərək icazəsiz heç kimə məlumat vermədən məhsulu anbardan götürmək üçün getmişdir. Bu hadisənin baş verməsində Təqsirləndirilən şəxs heç bir təqsiri olmamışdır. O, zərərçəkmiş şəxs qismində tanınması üçün istintaq orqanına müraciət etməmiş, müstəntiq onu məcburi gətirmə ilə zərərçəkmiş şəxs qismində tanımışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2017-2018-ci il tarixlərində "xxxx" supermarket MMC-də satıcı vəzifəsində, 2021-ci ildən etibarən hadisə baş verən vaxta kimi "xxxx" MMC şirkətində merkindayzcr vəzifəsində işləmişdir. O, "xxxx" MMC şirkətinin nümayəndəsi olaraq "xxxx" mağazalarında şirkətin gətirdiyi malları rəflərə yığmaqla həmin malların satışını həyata keçirir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2 ünvanında yerləşən "xxxx"ə rəflərə malları yığmaq üçün getmiş, həmin gün səhər saatlarında 09:00-da işləməyə başlamışdır. Həmin gün saat 10:30 radələrində "xxxx"in mal anbarında yerləşən çay içmək üçün həmişə getdiyi mətbəxə getmiş, həmin vaxt mətbəxdə 7-8 nəfər marketin əməkdaşları da olmuşdur. O, stol başında əyləşəndən 10 dəqiqə sonra mətbəxin tavanı onun üzərinə düşmüş, gözlərini açanda ətrafı qara duman bürümüşdür. Həmin vaxt mətbəxdəki insanlar qışqırmağa başlamış, o, ayağa qalxmaq istəsə də, belindən yaralandığına görə ayağa qalxa bilməmiş, həmin vaxt aşpaz Mehriban adlı şəxs ona üzünün qanadığını bildirmişdir. Daha sonra oradakı şəxslər onu təcili tibbi yardım ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparmış, ona ilkin tibbi yardımı həmin xəstəxanada göstərmişlər. Daha sonra həmin gün ailəsi onu ATU Tədris Cərrahiyyə klinikasına aparmış, orada üz nahiyyəsindən əməliyyat olmuş və həmin xəstəxanada xx.xx.2022-ci il tarixdə evə buraxılmışdır. O, sağlamlıq vəziyyətinin yaxşı olmadığına görə xx.xx.2022-ci il tarixdə Respublika Neyrocərrahiyyə xəstəxanasına müraciət etmiş, orada ona sağlamlığının nə vaxta düzələcəyi barədə heç bir şey deməmişlər. Orada ona yataq rejimində müalicəni davam etdirməyi, korset taxmağı, nevropatoloqun müalicəsini almağı məsləhət görmüşlər. Daha sonra o, müalicəsini ev şəraitində hadisə baş verən vaxtdan etibarən 4 ay müddətində yataq rejimində davam etmişdir. Hadisə baş verən vaxtı Zərərçəkmiş şəxs2 onun üzərinə yıxıldığını hiss etməmiş, həmin vaxt yaralandığı üçün sonuncunu görməmiş, hər yer qara duman olmuş, yaralandığı üçün şokda olmuşdur. Həmin vaxt mətbəxdə Vüsal, Nərmin, xadiməçi Rəsmiyyə, aşpaz Mehriban, adlarını xatırlamadığı "xxxx" supermarketin digər əməkdaşları olmuşdur. Yeməkxananın tavanı alçipandan hörülmüş, tavanda sınıqlar olmuş, oturduğu yerin tavanı üzərində də sınıqlar yaranmışdır. Mal anbarında yerləşən mətbəxin üzərində malların yığıldığını görməmiş, baş verən hadisə nəticəsində hadisə baş verən gündən etibarən 4 ay yataq xəstəsi olmuş, üz nahiyəsində xəsarətlər, sinir problemləri, kəsiklər yaranmış, hadisə nəticəsində burnu sınmış, dili kəsilmişdir. Bel nahiyyəsindən onurğa L1 fəqərəsinin çapıqlı sınığı və zərbənin nəticəsində belində qrijalar yaranmış, may ayının əvvələrindən etibarən fizioterapiyaya başlamışdır. Müalicə üçün 17.000 manat və baxıcı xərcləri üçün 2000 manat ödəmişlər. Təqsirləndirilən şəxs və "xxxx" MMC-nin digər əməkdaşlarından şikayət və tələbi yoxdur. Bu barədə notarial təsdiq edilmiş ərizəsini də məhkəməyə təqdim edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində göstərmişdir ki, 05 may 2021-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən "xxxx" MMC-nin “20 Yanvar Tbilisi” filialının administrator vəzifəsində çalışmış, hal-hazırda 15 may 2022-ci il tarixdən etibarən "xxxx" MMC-nin Biləcəri filialında işləyir. O, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən "xxxx"də administrator kimi fəaliyyət göstərən zaman satış zalına nəzarətin həyata keçirilməsi, mağazada malların təmin olunması, işçilərin növbə cədvəli və işə davamiyyətinə nəzarəti həyata keçirirmiş. O, xx.xx.2021-ci il tarixdə saat 09 radələrində işdə olmuş, həmin gün mağazada növbədə o, olmuşdur. Təxminən saat 10:30 radələrində satış zalında olarkən mağazanın işçilərindən biri ona yaxınlaşaraq yeməkxananın tavanının uçduğunu bildirmiş və o, dərhal hadisənin baş verdiyi yerə getmişdir. Hadisə yerinə gedəndə Engin LTD-nin əməkdaşı Zərərçəkmiş şəxs1 mətbəxin qapısında yaralı vəziyyətdə olduğunu görmüşdür. O, yeməkxanaya daxil olanda mətbəxin tavanının uçduğunu, stolun sındığını görmüş, bir müddət sonra hadisə yerinə təcili tibbi vardım xidmətinin əməkdaşları gəlmişlər. Mağazanın müdiri Təqsirləndirilən şəxs təcili tibbi yardım maşını ilə Zərərçəkmiş şəxs1 ilə birlikdə 1 saylı X12 getmiş, daha sonra o, mağazanın digər əməkdaşlarından eşitmişdir ki, mağazada kassir vəzifəsində çalışan Zərərçəkmiş şəxs2 kassanın yanında endirimdə olan “Şah” çayın azaldığını görüb həmin çaylardan gətirmək üçün özbaşına depoya getmiş, rəflərdə olan çay qutularını götürmək üçün nərdivanla yuxarı çıxaraq, çayları oradan götürdüyü zaman müvazinətini itirmiş, yeməkxananın tavanının üstünə düşmüş, bundan sonra tavan ilə birlikdə Zərərçəkmiş şəxs1 üstünə düşmüşdür. "xxxx" MMC-nin “20 Yanvar Tbilisi” filialında mağazada təhlükəsizliyə cavabdehliyi mağaza müdiri Təqsirləndirilən şəxs daşımış, ümumilikdə bütün Araz marketlər şəbəkəsində isə əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarına nəzarəti (SƏTƏM) Sağlamlıq Əməyin Təhlükəsizliyi və X7 bölməsinin əməkdaşları həyata keçirir. Vəzifə təlimatlarına əsasən mağazanın satıcı heyəti malları depodan satış zalına daşıya bilər, lakin kassirlər depodan malları satış salonuna daşıya bilməzlər. Əgər digər şəxslər depodan malları götürərlərsə, bu həmin şəxslərin şəxsi təşəbbüsü ilə olur. Mağazada fəaliyyət göstərən kassirlər birbaşa baş kassirə, tabe olmuş, baş kassirə nəzarəti isə Təqsirləndirilən şəxs nəzarət etmişdir. Vəzifə təlimatlarına əsasən həmin şəxslər mağaza müdirinə, müdir olmadıqda isə admistratora tabe olurlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayından "xxxx" MMC-də SƏTƏM üzrə mütəxəssis vəzifəsində çalışır, SƏTƏM mütəxəssisi kimi vəzifələrinə işçilərə əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarının izah olunması, işçilərin təlimatlandırılması, mağazalarda həmin qaydalara əməl olunmasının yoxlanması və s. daxildir. O, "xxxx" MMC-yə daxil olan 57 filialda SƏTƏM mütəxəssisi kimi fəaliyyət göstərir. 30 dekabr 2021-ci il tarixdə o, mağazanın Sumqayıt şəhərində yerləşən filiallarından birində olarkən saat təxminən 11 radələrində "xxxx" MMC-nin “20 Yanvar” filialının müdiri Təqsirləndirilən şəxs ona zəng edərək mağazada "xxxx" şirkətinin əməkdaşı Zərərçəkmiş şəxs1 işdə xəsarət aldığını, sonuncunun üzü-gözü qan olduğunu söyləmişdir. O Amilə “Veysəloğlu” şirkətlər qrupunun həkimi Ramiz həkimlə danışmasını bildirmişdir. Amil ona Ramiz həkimlə danışa bilmədiyini dedikdə özü Ramiz həkimlə danışmış, Ramiz həkim xəsarət alan şəxsi təcili olaraq xəstəxanaya aparmağını söyləmişdir. O bu barədə Təqsirləndirilən şəxs məlumat verərək təcili olaraq həmin filiala getmişdir. O, mağazaya çatanda Zərərçəkmiş şəxs1 xəstəxanaya aparıldığını öyrənmişdir. Mağazada olarkən ona məlum olmuşdur ki, kassir vəzifəsində çalışan Zərərçəkmiş şəxs2 kassada endirimdə olan “Şah” çayın azaldığını görüb həmin çaylardan gətirmək üçün depoya getmiş, rəflərdə olan çay qutularını götürmək üçün nərdivanla yuxarı, daha sonra rəfin üzərinə çıxmış, çayları oradan götürdüyü zaman müvazinətini itirmiş, yeməkxananın tavanının üstünə düşmüş, bundan sonra tavanla birlikdə Zərərçəkmiş şəxs1 üstünə düşmüşdür. Eyni zamanda hadisə zamanı Turalın xəsarət almadığını, lakin hər ehtimala qarşı Tural “Veysəloğlu” şirkətlərinin qrupunun həkiminin yanına getdiyini, sonuncu da heç bir xəsarəti olmadığını bilmişdir. "xxxx" MMCnin “20 Yanvar” filialında və digər filiallarda əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarına riayət edilməsinə cavabdeh şəxslər birbaşa həmin filialların müdirləri olduğunu, onun vəzifəsinin isə filiallarda əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarına riayət edilməsinə mütəmadi olaraq yoxlamaq, pozuntular aşkar edildiyi hallarda isə mağaza rəhbərliyinə bu barədə məlumat vermək və pozuntuların aradan qaldırılması üçün zəruri tədbirlər görmək olduğunu bildirmişdir. O, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalarının” 5.18-ci bəndində qeyd olunan təhlükəsizlik nişanlarının anbarın divarlarına vurulduğunu, həmin qaydaların 5.19-cu bəndində qeyd olunanlara nəzarəti "xxxx"in müdirinin tənzimlənməli olduğunu, rəflərin üzərinə həddən artıq malların yığılmasına icazə verməməli olduğunu, malların rəflərin üzərinə yığıla biləcəyini, Turalın çıxdığı həmin hissəyə yığılması onlar tərəfindən icazə verilmədiyini, həmçinin Zərərçəkmiş şəxs2 malları yuxarı hissədən götürmək üçün nərdivanı düzgün qoymadığını söyləmişdir. Malların anbardakı rəflərə düzgün yığılması, marketin işçiləri tərəfindən anbardan mal götürülməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmasına cavabdeh şəxslərin mağaza rəhbərliyi olmuş, “SƏTƏM”in mütəxəssisi olaraq mağazaya təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirmək üçün ay ərzində 2-3 dəfə getmiş, ona görə anbarda rəflərin yuxarı hissəsinə malların yığılmasından xəbərdar olmamışdır. O, mağazada təhlükəsizlik qaydalarına nəzarəti mağazanın rəhbərliyi, yəni mağaza müdiri və administrator heyətinin cavabdeh olduğunu, məhkəmə texniki ekspertizasının 31 mart 2022-ci il tarixli 10/1360 rəyində göstərilən xüsusatlar ilə razılaşmadığını, mətbəxin tikilməsinə "xxxx" MMC-nin təmir tikinti şöbəsinin nəzarət etdiyini, anbarda yerləşən rəflər və mətbəxin təhlükəsizlik qaydalarına əsasən tikildiyini, mətbəxin üzərinin hasarlanmasına tikinti zamanı təmir tikinti şöbəsinin əməkdaşları tərəfindən ehtiyac görülmədiyini, buna səbəb olaraq həmin hissələrə malların yığılmasına icazə verilmədiyini bildirmişdir. Bundan başqa, Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, yoxlamalar zamanı tərəfindən müyyən edilmişdir ki, filial müdiri Təqsirləndirilən şəxs mütəmadi olaraq əməyin təhlükəsizliyi ilə bağlı təlimatları Zərərçəkmiş şəxs2 və digər işçilərə izah etmiş, yanğın və əməyin təhlükəsizliyi təlimatları ilə tanış etmə jurnallarını hər üç aydan bir işçilərə tanış edərək imza etdirmişdir. Zərərçəkmiş şəxs2 ehtinatsızlıq edərək ona icazə verilməyən yerə çıxmış və mal götürərkən bu hadisə baş vermişdir. AR FHN-nin aidiyyəti qurumları dövri olaraq yoxlamalara gəlmiş, yalnız yanğın təhlükəsizliyi ilə əlaqədar marketin anbarında malların ortalığa yığılmasını pozuntu kimi qeyd etmiş və xəbərdarlıq etmişlər. Heç vaxt AR FHN-nin aidiyyəti əməkdaşları mətbəxin üstü barədə heç bir irad bildirməmişlər, çünki mətbəxin üstünə heç vaxt mal yığılmır və ora insanın qalxması üçün nəzərdə tutulmamışdır. Mağaza içərisində tikinti quraşdırma işlərinin görülməsi Təqsirləndirilən şəxs vəzifə funksiyalarına aid deyil. Həmçinin bildirmişdir ki, hadisə baş verməmişdən əvvəl dəələrlə orada FHN-nın və SƏTƏM-in əməkdaşları olmuşlar və marektin anbar hissəsində qeyd edilən təhlükəsiz əmək şəraiti ilə bağlı heç bir nöqsan aşkar etməmişlər. Özü tərəfindən 14 dekabr 2021-ci il tarixdə marketdə vəzifəsi ilə əlaqədar müvafiq nəzarəti həyata keçirərkən yalnız yanğın xəbərdarlıq sisitemində, standartlara uyğun olmayan qızdırıcı vasitələrin işlədilməsi, malların düzülüşü və açıq və sallantı vəziyyətdə olan kabel razetkalar aşkar edilməsi müəyyən edilmiş və bu barədə Sətəm yoxlama vərəqi tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayından etibarən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2 ünvanında yerləşən "xxxx"in qeyri-qida şöbəsində satıcı vəzifəsində işləyir, hadisə baş verən günü xx.xx.2021-ci il tarixdə təxminən saat 11:00 radələrində mal anbarında yerləşən mətbəxə çay içməyə getmişdir. Həmişə marketin əməkdaşları saat 11:00 radələrində çay saatı olduğuna görə növbə ilə çay içməyə mətbəxə gedirmiş. Həmin gün çay içdikləri vaxt yeməkxananın tavanının birdən-birə çökdüyünü və ətrafı toz, duman bürüdüyünü, Engin LTD-nin əməkdaşı olan Araz supermarketdə işlədiyi şirkətin mallarını rəflərə yığan Zərərçəkmiş şəxs1 yaralandığını və qan içində olduğunu görmüşdür. O, ətrafdakılara kömək çağırmağın lazım olduğunu bildirmiş və supermarketin işçiləri təcili tibbi yardımın 103 xidmətinə zəng vurmuş, Fərqanəni xəstəxanaya aparmışlar. Hadisənin baş verdiyi vaxt mətbəxdə marketin işçiləri satıcı Bəsti, mal qəbulu şöbəsinin işçisi Vüsal, Xonça şöbəsinin işçiləri Yaqut, Şəhla olduqlarını, mətbəxin tavanın uçması nəticəsində Zərərçəkmiş şəxs1 yaralandığını, sonuncunun əməliyyat olunduğunu, ev şəraitində müalicə aldığını, mətbəxin üzərinə mal yığılıb-yığılmaması barədə məlumatının olmadığını, hadisə baş verən vaxt mətbəxin tavanından Zərərçəkmiş şəxs2 yıxıldığını gördüyünü və hadisə nəticəsində diz hissəsindən xəsarət alsa da həkim müayinəsi zamanı xəsarətinin olmaması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X4 göstərmişdir ki, o rəy verərkən yalnız müstəntiqin qərarının təsviri hissəsində qeyd edilən hallara və baxış protokoluna əsaslanmış, iş materiallarında olan X2 rəyinə istinad etməmişdir. 27 may 2022-ci il tarixli rəydə təqsirli şəxs kimi Təqsirləndirilən şəxs göstərilməsinin səbəbi isə istintaq orqanının qərarında Təqsirləndirilən şəxs adının göstərilməsi olmuşdur. Belə ki, aşkar edilmiş pozuntulara və həmin kriteriyalara cavabdeh şəxs kimi istintaq orqanının qərarında Təqsirləndirilən şəxs adı göstərildiyi üçün o da sonuncunun adını rəydə göstərmişdir. Cinayət işinin 3-cü cild 107-108-ci vərəqələrində olan 24 iyun 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 162-163-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 68-79-cu vərəqələrində olan hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2 ünvanında Tbilisi prospekti ilə A.Salamzadə prospektinin kəsişməsində A.Salamzadə prospekti ilə Tbilisi prospekti istiqamətində hərəkət zamanı yolun sağında yerləşir. Mağazanın müştərilər üçün nəzərdə tutulmuş Tbilisi prospektinə baxan 2 fotosel tipli 2 taylı şüşə materialdan olan qapısı vardır. Bundan başqa, mağazanın anbarına daxil olmaq üçün nəzərdə tutulmuş A.Salamzadə küçəsinə baxan jalüz qapısı vardır. Mağazaya müştərilər üçün nəzərdə tutulmuş üzü mağazaya baxdıqda sağ tərəfdəki girişdən daxil olduqda mağazanın satış zalı görünür. Girişdən sol tərəfdə mağazanın kassaları yerləşir. Mağazanın 8 kassası vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə 3 nömrəli kassada işlədiyini və kassa ətrafında yığılmış “Şah” çayının azaldığını görüb yeni çay götürmək üçün mağazanın anbarına getdiyini, mağazanın anbarında mətbəxə çatmamış üzərində məhsullar olan rəfin üzərinə nərdivanla qalxdığını, rəfin üzərində olarkən halının pisləşdiyini və mağazanın mətbəxinin üzərinə yıxıldığını, tavanla birlikdə mətbəxdə olan Zərərçəkmiş şəxs1 üzərinə düşdüyünü və sonuncunun xəsarət aldığını bildirmişdir. Bundan sonra baxış zamanı mağazanın girişi ilə üzbəüz olan 2 taylı üzərində 2 ədəd kiçik pəncərəsi olan plastik materialdan olan qapıdan mağazanın anbarına daxil olmuşlar. Girişdən 3 metr irəlilədikdən sağ tərəfdə 6 metr məsafədən mağazanın anbarına məhsulların daşınması üçün nəzərdə tutulmuş jalüz materialdan olan yuxarıya doğru açılan girişi görünür. Sol tərəfə döndükdə isə seyf otağının olduğu görünür. Seyf otağından sol tərəfdə 25 metr məsafədə isə mağazanın mətbəx otağı yerləşir. Mətbəxə çatmamış mətbəxin divarına bitişik hündürlüyü 3 metr, dərinliyi 0,6 metr, eni 2,60 metr olan dəmir materialdan rəf vardır. Qeyd olunan rəfə bitişik isə mağazanın mətbəxi yerləşir. Lakin mətbəxlə rəf arasında eni 1,60m, dərinliyi isə 2.60 m, hündürlüyü isə 3 metr olan anbar kimi istifadə olunan sahə vardır. Həmin sahənin qapısı yoxdur. Qeyd olunan hissəyə bitişik isə mətbəx yerləşir. Mətbəxin uzunluğu 7,20 m„ eni 2,60m, hündürlüyü isə 3 metrdir. Mətbəxin 2 pəncərəsi və 1 ədəd qapısı vardır. Mətbəx girişi ağ rəngli, içəriyə doğru açılan üzərində şüşə pəncərəsi olan plastik materialdan olan qapıdandır. Mətbəxin içərisində 2 ədəd masa, 6 ədəd oturacaq və müxtəlif məişət əşyaları vardır. Mətbəxin tavanı plastik materialdan ibarət asma tavandır. Divarları ağ rəngli suvaqla suvaqlanmışdır. Cinayət işinin 2-ci cild 92-95-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 xx.xx.2022-ci il tarixli 10 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər-onurğa sütununun bel şöbəsinin İ fəqərəsinin cisminin kompression sınığı və aşağı ətrafların hərəki funksiyalarının pozulması ilə ifadə olunan onurğa beyninin qapalı travması, burun sümüklərinin yerdəyişmiş sınıqları, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəlləbeyin travması, qaşarası nahiyədən burun əsasına keçən, sağ yanaq nahiyəsindən alt dodağa keçən və sağ gözaltı nahiyədən burun nahiyəsinə keçən əzilmiş-cırılmış yaraların izi olan çapıqları bərk küt əşyanın (əşyalaram) təsirindən törənmişdir, törənmə müddəti onun tibbi yardım üçün X14 PHŞ-yə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (35%) daimi itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmava aiddirlər. Cinayət işinin 3-cü cild 16-18-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 xx.xx.2022-ci il tarixli 769 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 adına X1 Cəmiyyətində tərtib olunmuş tibbi arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə tibb məntəqəsinə müraciət edib və ona “sağ budun tış nahiyəsinin postravmatik hematoması, ağrı kürək nahiyəsinin postravmatik qançırları” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən, onun tibbi yardım üçün müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər. Cinayət işinin 1-ci cild 147-151-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1360 nömrəli Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar ”Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalarının 5.18, 5.19, 6.2.1, 6.2.2 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən “Araz Supermarket’' MMC-nin “20 Yanvar Tbilisi” filialının anbar sahəsindəki hündürlüyü 3 metr olan rəfin yuxarı hissəsindən qida məhsulları götürülən zaman təhlükəsiz iş şəraitinin yaradılması yəni, işçilərin düşə biləcəyi boşluqlann qapanması və ya hasarlanması təmin olunmadığına görə ”Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalarının 5.18, 5.19, 6.2.1, 6.2.2 bəndlərinin tələbləri "xxxx" MMC-nin “20 Yanvar Tbilisi” filialında texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən pozulmuşdur. Cinayət işinin 1-ci cild 148 və 2-ci cild 196-cı vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 102 (bir yüz iki) manat və 102 (bir yüz iki) manat olmaqla, cəmi 204 (iki yüz dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 158-252-ci vərəqələrində olan Azərbaycan Respublikası ƏƏSMN yanında X8 Xidmətinin təhqiqat materiallarından görünür ki, əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi ilə hadisənin baş verməsində səbəb təhqiqat aktının 4.3-cü bəndinə əsasən mağaza müdiri Təqsirləndirilən şəxs nəzarətsizliyini, 4.1-ci bəndinə əsasən ”Araz Supermarket” MMC-nin kassiri Zərərçəkmiş şəxs2 cavabdehliyini, 4.2-ci bəndinə əsasən mağaza administratorun R.Ş.Fərzaliyevin nəzarətsizliyini müəyyən etmişdir. Cinayət işinin 1-ci cild 80-cı vərəqəsində olan xx.xx.2022-ci il tarixli videoya baxış protokolundan görünür ki, **********3400 adlı videoya daxil olduqda videonun 28 dəqiqə 11 saniyə olduğu müəyyən olunur. Videodan görünür ki, həmin video xx.xx.2021-ci il tarixində saat 10:34-11:02 aralığım əhatə edir. Videoda Zərərçəkmiş şəxs2 əlində nərdivanla anbarın mətbəx olan hissəsi tərəfə gedir, nərdivanı mətbəxlə üzbəüz yerə qoyur. Daha sonra anbara daxil olan marketin satıcısı nərdivanı mətbəxə giriş olan hissəyə yaxın məsafəyə qoyur. Videoda Zərərçəkmiş şəxs2 nərdivanla yuxarı hissəyə çıxaraq çay qutularını aşağı atdığı görünür. Çay paketlərini mətbəxin qarşısında dayanan marketin digər əməkdaşı karzinkaya yığır. Daha sonra videoda saat 10:38:07-da Araz supermarket əməkdaşlarının mətbəxə doğru qaçdıqları görünür. Videonun 27:10 dəqiqəsində saat 11:01:59-da təcili yardımın əməkdaşlarının Zərərçəkmiş şəxs1 anbardan çıxardıqları görünür. **********0600 adlı videoya daxil olduqda videonun 06 dəqiqə 14 saniyə olduğu müəyyən olunur. Videodan “Araz Supermarketin qarşısına təcili tibbi yardım maşının gəldiyi, Zərərçəkmiş şəxs1 həmin maşına təcili tibbi yardımın əməkdaşlarının köməyi ilə mindirildiyi görsənir. **********3800 adlı videoya daxil olduqda videonun 16 saniyə olduğu müəyyən olunur. Videodan görünür ki, həmin video xx.xx.2021-ci il tarixdə 10:38:00- 10:38:16 aralığını əhatə edir. Videoda mətbəxdə stol başında 9 nəfər şəxsin qaz peçi tərəfdə isə 1 nəfər şəxsin olduğu görsənir. Videoda saat 10:38:07 aralığında mətbəxin tavanı uçduğu müəyyən olunur. **********3100 adlı videoya daxil olduqda videonun Dİ dəqiqə 11 saniyə olduğu müəyyən olunur. Videoda kassanın yanında Zərərçəkmiş şəxs2 məhsulları yığdığı görsənir. **********3100 adlı videoya daxil olduqda videonun 01 dəqiqə 01 dəqiqə 19 saniyə olduğu müəyyən olunur. Videoda kassanın yanında Zərərçəkmiş şəxs2 məhsulları yığdığı görsənir. **********3205 adlı videoya daxil olduqda videonun 15 saniyə olduğu müəyyən olunur. Videoda Zərərçəkmiş şəxs2 mağazanın məhsullar yığılan anbara daxil olduğu görsənir. **********0509 adlı videoya daxil olduqda videonun 19 saniyə olduğu müəyyən olunur. Videoda Zərərçəkmiş şəxs1 mağazanın və təcili tibbi yardımın əməkdaşlarının köməyi ilə anbardan çıxarıldığı görsənir. Cinayət işinin 1-ci cild 28-34-cü vərəqələrində olan əmək müqaviləsi bildirişdən və əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən "xxxx" MMC-də mağaza müdiri kimi işə götürülmüşdür. Cinayət işinin 1-ci cild 37-38-ci vərəqələrində vəzifə "xxxx" MMC-də müdir vəzifəsi üçün nəzərdə tutulmuş vəzifə təlimatından görünür ki, 1. Aylıq olaraq mağaza xərclərini va gəlirlərini analiz etmək, administratorlardan müvafiq hesabatlar almaq; 2. Tabeliyində olan administratorlar arasında iş bölgüsünü müəyyənləşdirmək və onların vəzifələrini icra etməsinə nəzarət etmək; 3. Funksional vəzifələri və alıcı sayının gündəlik orta hesabla dəyişməsini nəzərə alaraq mağaza personalının iş cədvəlini tərtib etmək; 4. iş günü ərzində işçilərin salış nöqtələrində və digər marketdaxili ərazilərdə yerləşdirilməsinə nəzarət etmək; 5. Malların qəbuluna, düzülüşünə, qiymət etiketlərinin düzgünlüyünə və hər bir malın qiymətinin üzərində olmasına nəzarət etmək; 6. Ehtiyac olduqda mağazada əməkdaşlarının hər birinin vəzifəsini yerinə yetirmək, onları əvəz etmək; 7. Mağazanın texnoloji proseslərinin fasiləsizliyi pozulduğu zaman yaranan problemləri müvafiq struktura bildirmək, həll olunmadığı halda rəhbərinə məlumat vermək; 8. Mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirmək, keçirilmiş hər iclasın protokollaşdırılıb üst rəhbərliyə göndərilməsini təmin olmaq; 9. Əgər məxfi xarakterli deyilsə, rəhbərliklə keçirilən iclaslarda verilən qararlar, dəyişikliklər haqqında administratoriar ilə iclas təşkil edərək onları məlumatlandırmaq; 10. Müştərilərə təklif olunan malların çeşidinə və keyfiyyətinə nəzarət etmək, mağazadakı çeşidlər üzrə birbaşa rəhbərinə təkliflər vermək;

11. Rəqib mağazalardakı çeşidin qiymətlərini izləmək va marketdə qiymət siyasəti üzrə üst rəhbərinə təkliflər vermək; 12. Mağaza üzrə inventarizasiya və qalıqların çıxarılmasında iştirak etmək; 13. Malların qəbulunu, rahat və əlverişli düzülüşünə, qiymət etiketlərinin düzgünlüyünə və hər bir malın qiymətinin üzərində olmasına nəzarət etmək; 14. Mağaza işçilərinin vəzilə təlimatlarını düzgün yerinə yetirmələrinə nəzarət etmək, lazım olduqda təlimatlar vermək, iclaslar və təlimlər keçirmək, vəzifə təlimatına əməl edilməməsi halında qayda pozuntularım lazımi şəkildə qeydə alınaq və İR Direklorluğuna həmin işçiyə cəza tətbiq edilməsi barəsində təqdimat vermək; 15. Mağaza personalında uniformaların, yaxa kartlarının və digər lazımi inventar və sənədlərin mövcudluğuna nəzarət etmək, çatışmazlıqların aradan qaldırılmasım təmin etmək; 16. Mağaza büdcəsini tərtib etmək və büdcənin məxaric hissəsinə nəzarət etmək, xərclərin müəyyən edilmiş limiti aşmamasını təmin etmək; 17. Mağazanın fəaliyyəti üçün zəruri olan sənədləri inzibati orqanlardun almaq və ya vaxtının uzadılması üçün müraciət etmək; 18. İnkassasiya prosesinin dəqiq və tam icra olunmasına nəzarət etmək; 19. Tabeliyindəki işçilərə rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq, icrasına nəzarəti müavinləri vasitəsi ilə təmin etmək; 20. Mağazanın səhər açılışını və axşam bağlanışını təşkil etmək, administratorların ədalətli iş bölgüsü aparmalarına nəzarət etmək; 21. Təsis edilmiş bütün sənədlərin, jurnalların, kitabların, blankların və s. düzgün şəkildə işlənməsinə nəzarət etmək; 22. iş gününün sonunda sənəd reyestrinin kassa hesabatı ilə uyğunluğunu yoxlamaq, aşkar olunan uyğunsuzluqların səbəblərini araşdırmaq, uyğunsuzluqların səbəbinə əsasən müvafiq tədbirlər görülməsini təmin etmək. Həmçinin təlimatla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə borclarının, şirkətin qüvvədə olan təlimat, əsasnamə və digər qaydalarının yerinə yetirilməməsinə və ya düzgün icra olunmamasına, şirkətin daxili intizam qaydalarının, daxili normativ sənədlərin, təlimatların tələblərinin onun özü və ya tabeliyində olan personal tərəfindən pozulmasına, mağazada olan malların bütöv, ona etibar olunmuş inventar və ləvazimatların tam və işlək vəziyyətdə olmamasına görə məsuliyyət daşıyır. Cinayət işinin 4-cü cildinə əlavə edimiş "xxxx" MMC-də administrator vəzifəsi üçün nəzərdə tutulmuş vəzifə təlimatının 1.2 və 1.17-cı bəndlərindən görünür ki, rəhbərlikdən alınan göstərişlərin tabeçiliyindəki müvafiq işçilər tərəfindən icrasına nəzarət etmək; kassirlərin kassada oturmasını, kassadan qalxan kassirlərin hesabatının dəqiqiliyi ilə aparılmasını həyata keçirməkdir. Cinayət işinin 4-cü cildinə əlavə edimiş "xxxx" MMC-də kassir vəzifəsi üçün nəzərdə tutulmuş vəzifə təlimatının 1.16-cı bəndindən görünür ki, kassir istirahət üçün ayrılmış və digər zamanlarda iş yerini yalnız baş kassir, administrator və mağaza müdirinin icazəsi olduqda tərk edə bilər. Cinayət işinin 4-cü cildinə əlavə edimiş "xxxx" MMC-də texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi təlimatının qeydiyyatı jurnallarından görünür ki, Zərərçəkmiş şəxs2 və digər işçilər filial müdiri tərəfindən bu qaydada olaraq hər üç aydan bir tanış edilmiş və jurnallar işçilər tərəfindən imzalanmışdır. Cinayət işinin 4-cü cildinə əlavə edimiş 14 dekabr 2021-ci il tarixli Sətəm yoxlama vərəqində görünür ki, yoxlama zamanı "xxxx"də yalnız yanğın xəbərdarlıq sisitemində, standartlara uyğun olmayan qızdırıcı vasitələrin işlədilməsi aşkar edilmiş, malların düzülüşündə nöqsanlar, açıq və sallantı vəziyyətdə olan kabel razetkalar aşkar edilmişdir. Cinayət işinin 3-cü cild 15-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 20 iyun 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 2-ci cild 16-ci vərəqəsində olan Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən "xxxx" MMC-nin 20 yanvar filialında baş vermiş bədbəxt hadisə zamanı, MMC tərəfindən ona dəymiş ziyan və müalicə xərcləri tam ödənilmişdir və MMC-yə qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Cinayət işinin 4-cü cildinə əlavə edimiş Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən "xxxx" MMC-nin 20 yanvar filialında baş vermiş bədbəxt hadisə zamanı almış olduğu bədən xəsarəti ilə bağlı qulluq və müalicə xərcləri, həmçinin ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən ona tam şəkildə ödənilmişdir. Baş vermiş hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs qarşı hər hansı maddi və ya mənəvi iddia və tələbinin olmamasını bəyan, qəbul və təsdiq edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin və ekspertin məhkəmə istintaqı zamanı verdikləri ifadələri, ekspert rəyləri, "xxxx" MMC-nin əməkdaşlarının vəzifə təlimatları, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə Təqsirləndirilən şəxs səhlənkarlıq, yəni vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olma cinayətini törətməsi sübuta yetirilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi marketin anbar sahəsindəki hündürlüyü 3 metr olan rəfin yuxarı hissəsindən qida məhsullarının götürülməsi işləri ilə əlaqədar təhlükəsiz iş şəraitinin yaradılmaması, yəni işçilərin düşə biləcəyi boşluqların qapanması və ya hasarlanmasını təmin etməməsi göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qeyd edilən hal üzrə təhlükəsiz iş şəraitinin yaradılmaması, yəni işçilərin düşə biləcəyi boşluqların qapanması və ya hasarlanmasının təmin edilməsi, eləcə də digər təmir tikinti işlərinin aparılması "xxxx" MMC-də əmək müqaviləsi əsasında işçi (filial müdiri) kimi çalışan Təqsirləndirilən şəxs vəzifə təlimatında mövcud deyil, onun marketdə olan hər hansı boşluqların qapanması və ya hasarlanmasının təmin edilməsi, eləcə də digər təmir tikinti işlərinin aparılması barədə vəzifəsi və səlahiyyəti olmamışdır. Qeyd edilən hal həm onun vəzifə təlimatı ilə təsdiq edilir, həm də məhkəmə iclasında şahid qismində ifadə vermiş ”Araz Supermarket” MMCnin SƏTƏM mütəxəssisi Şahid1 ifadəsi ilə də öz təsdiqini tapmışdır. İstintaq orqanının ittihamın əsası kimi istinad etdiyi qeyd edilən arqument üzrə məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də işçi kimi işə götürülmüş və vəzifəsi filial müdiri olmuşdur. Filial müdiri olsa da onun özü də MMC-nin işçisi hesab edilir və yalnız vəzifə təlimatı əsasında fəaliyyət göstərə bilər. Marketdə hər hansı boşluqların qapanması və ya hasarlanmasının təmin edilməsi, eləcə də digər təmir tikinti işlərinin aparılması onun səlahiyyətində olmamışdır. Qeyd edilən işlər üzrə "xxxx" MMC-nin təmir tikinti şöbəsi fəaliyyət göstərir. Əgər marketdə təhlükəsiz iş şəraitinin yaradılması ilə bağlı işçilərin düşə biləcəyi boşluqların qapanması və ya hasarlanması zəruri hesab edilən yer (yerlər) mövcud olmuş olarsa müvafiq olaraq təmir tikinti şöbəsi tərəfindən həyata keçirilməli idi. Nəzərə almaq lazımdır ki, marketin anbar sahəsindəki hündürlüyü 3 metr olan rəf və onun yanında mətbəx sahəsi hadisə baş verməmişdən uzun müddət öncədən hadisə baş verən zaman mövcud olduğu formada olmuş, 57 filialının SƏTƏM mütəxəsisi Şahid1 da məhkəmə iclasında verdiyi ifadəsindən də göründüyü kimi, həmin müddət ərzində orada FHN-nın və SƏTƏM-in əməkdaşları olmuşlar və marektin anbar hissəsində qeyd edilən təhlükəsiz əmək şəraiti ilə bağlı heç bir nöqsan aşkar etməmişlər. Həmçinin bu işlər üzrə Şahid1 vəzifəsi ilə əlaqədar müvafiq nəzarəti həyata keçirərkən tərəfindən 14 dekabr 2021-ci il tarixdə marketdə yalnız yanğın xəbərdarlıq sisitemində, standartlara uyğun olmayan qızdırıcı vasitələrin işlədilməsi aşkar edilmiş, malların düzülüşündə nöqsanlar, açıq və sallantı vəziyyətdə olan kabel razetkalar aşkar edilmiş və bu barədə Sətəm yoxlama vərəqi tərtib etmişdir(4-cü cildə əlavə edilmişdir). Bundan əlavə məhkəmə qeyd edir ki, əgər marketin anbar sahəsindəki hündürlüyü 3 metr olan rəfin yuxarı hissəsindən qida məhsullarının götürülməsi işləri ilə əlaqədar təhlükəsiz iş şəraitinin yaradılmayaraq işçilərin düşə biləcəyi boşluqların qapanmaması və ya hasarlanmaması elan edilmiş ittihamda səhlənkarlığın əsası kimi qiymətləndirilsə belə bununla bağlı məsuliyyət daşıyan şəxs qsimində Təqsirləndirilən şəxs cəlb edilə bilməzdi. Belə ki, Təqsirləndirilən şəxs iş yerində tikinti ilə bağlı təhlükəsizlik qaydalarına cavabdeh şəxs deyil, o filial müdiri kimi işəgötürən tərəfindən ("xxxx" MMC) onun nəzarətinə verilmiş iş yeri standartları çərçivəsində işçilərə nəzarət edən və onları təlimatlandıran şəxsdir. Bundan əlavə məhkəmə qeyd edir ki, ”Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalarının 5.18, 5.19, 6.2.1, 6.2.2 bəndlərinin tələblərinin pozulmaması üçün həmin şərtlərin mövcudluğunu təmin edən iş şəraitinin yaradılması, yəni işçilərin düşə biləcəyi boşluqların qapanması və ya hasarlanması işəgötürənin vəzifəsidir. Qeyd edilən vəzifənin MMC-nin işçisi-filial müdiri Təqsirləndirilən şəxs üzərinə qoyulması qanunsuz və əsassızdır. Xüsusi qeyd edilməlidir ki, filial müdiri yalnız işəgötürənin təşkil etdiyi əmək şəraitində təhlükəsizliyə nəzarət edir, təhlükəsiz iş şəraitini təşkil etmir və sadəcə işçilərin o şəraitə riayət etməsinə nəzarət edir. Hazırki ittiham da səhlənkarlıqla təhlükəsiz əmək şəraitinin təşkil edilməyərək işçilərin düşə biləcəyi boşluqların qapanmaması və ya hasarlanmamasına görə verilmişdir. Nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin işçisidir (filial müdiri), iş yerində hər hansı səhlənkarlıq edilərək təhlükəsiz əmək şəraitinin təmin edilməməsi olarsa onun özü də hər hansı bədbəxt hadisə nəticəsində zərər çəkə bilər. Dolayısı ilə iş yerində texniki təhlükəsizlik qaydalarının təşkil edilməsi, yaradılması hər hansı işçinin, o cümlədən filial müdirinin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası Fövqəladə Hallar”Nazirliyinin 24 oktyabr 2016-cı il tarixli 20/01-005 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na əsasən: 5.1. Hündürlükdə işlər yerinə yetirilərkən işəgötürən iş yerində qoruyucu, sığortalayıcı və siqnal verən hasarların olmasını təmin etməli, daşınan yükün ən böyük qabarit ölçüləri nəzərə alınmaqla təhlükəli zonaların sərhədlərini, əşyaların və közərmiş metal hissəciklərin (məsələn, qaynaq işləri zamanı) ətrafa hansı məsafəyə atılmasını, maşın və avadanlıqların hərəkət edən hissələrinin ölçülərini müəyyən etməlidir. Hasarların və təhlükəsizlik nişanlarının quraşdırılma yeri işlərin həyata keçirilməsinə dair texnoloji xəritələrə və ya texniki reqlament, norma və qaydalara uyğun olaraq icra planında göstərilir. 5.18. İşçilərin düşə biləcəyi divardakı oyuqlar qapanır, hasarlanır və ya təhlükəsizlik nişanları ilə işarələnirlər. 5.19. İş yerləri dam örtüyünün üzərindədirsə bu zaman burada yerləşdirilən materialların, avadanlıqların, ləvazimatların və insanların ağırlığı layihədə nəzərdə tutulmuş, dam örtüyünə düşən yükün çəkisindən çox olmamalıdır. 6.2. Hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlər aşağıdakı tələblərə cavab verməlidir: 6.2.1. iş yerlərində mövcud şəraitə, yerinə yetirilən işin xarakterinə və növünə uyğun olmalıdır; 6.2.2. işçinin sağlamlıq vəziyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsinin 5-ci abzasına əsasən işəgötürən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi şəraitini təmin etməlidir. Həmin Məcəllənin 212-ci maddəsinin 2-ci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində müvafiq icra hakimiyyəti orqanlarının, işəgötürənlərin vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir və ona nəzarət edir. Həmin Məcəllənin 218-ci maddəsinin 7-ci hissəsinə əsasən əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarı, onlar əməyin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılanadək qanunvericiliklə müəyyən edilmiş qaydada əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən dayandırılmalıdır. Belə hallarda işçilərin əmək haqqı bu Məcəllənin 169-cu maddəsi ilə müəyyən edilmiş qaydada ödənilir. Bundan əlavə məhkəmə cinayət işinin 2-ci cild 195-199-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3407 nömrəli əlavə Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının rəyinə münasibət bildirməyi zəruri hesab edir. Rəydə qeyd edilmişdir ki, ”Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 5.18, 5.19, 6.2.1, 6.2.2 bəndlərinin tələbləri "xxxx" MMCnin “20 Yanvar Tbilisi” filialında texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş supermarketin müdiri Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Həmin rəyə münasibətdə məhkəmə qeyd edir ki, rəy verilərkən ekspert öz təhqiqat səlahiyyəti kənarına çıxaraq rəyində konkret şəxsin adını (Təqsirləndirilən şəxs) göstərmişdir. Qeyd edilməlidir ki, məhkəmə-təhlükəsizlik texnikası ekspertizası üzrə rəy verilərkən ekspert tərəfindən yalnız hansı təhlükəsizlik qaydalarının pozulması müəyyən edilə bilər. Lakin, həmin qaydaların konkret hansı şəxs (şəxslər) tərəfindən pozulmasını müəyyən etmək məhkəmə-təhlükəsizlik texnikası ekspertizasını aparan ekspertin səlahiyyətində deyil. Məhkəmə-təhlükəsizlik texnikası üzrə ekspert tərəfindən hansı təhlükəsizlik qaydalarının pozulması müəyyən edildikdən sonra həmin pozuntulara görə məsul şəxsi müəyyən etmək təhqiqat, istintaq və məhkəmə orqanlarının səlahiyyətindədir. Belə ki, hansı təhlükəsizlik qaydalarına konkert olaraq hansı şəxsin (şəxslərin) məsul olması məsələsi qüvvədə olan əmək qanunvericilyi, əmək müqaviləsi, kollektiv müqavilə və müvafiq vəzifə təlimatları ilə müəyyən edilir ki, normativ sənədlər üzrə hər hansı hala qiymət verilməsi məhkəmə-təhlükəsizlik texnikası üzrə ekspertin səlahiyyətində deyil. Məhkəmə-təhlükəsizlik texnikası üzrə ekspert yalnız “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın hansı bəndlərinin tələblərinin pozulub-pozulmamasını müəyyən edə bilərdi, lakin həmin bəndlərə riayət edilməsi vəzifəsi həvalə edilmiş konkret şəxsi müəyyən edə və onun adını göstərə bilməzdi. Qeyd edilən ziddiyyətlə bağlı ekspert M.Şükürov məhkəmə iclasına dəvət edilmiş və bununla bağlı ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, müstəntiq ekspertiza təyin edilməsi barədə qərarda təhlükəsizlik barədə qaydalara məsul şəxs kimi Təqsirləndirilən şəxs adını göstərdiyi üçün o, da qərardan həmin şəxsin adını köçürmüşdür. Göstərilən səbəbdən də məhkəmə hesab edir ki, cinayət işinin 2-ci cild 195-199-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3407 nömrəli əlavə məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının rəyi hazırki iş üzrə mötəbər sübut qismində ittihamın əsası kimi çıxış edə bilməz və qeyri-mötəbər sübutlar kimi qiymətləndirilməlidir. Bundan əlavə məhkəmə cinayət işinin 1-ci cild 165-169-cu vərəqələrində olan Azərbaycan Respublikası ƏƏSMN yanında X8 Xidmətinin təhqiqat komissiyasının sədri və üzvlərinin xx.xx.2022-ci il tarixli təhqiqat aktı və rəyinə münasibətdə qeyd edir ki, həmin təhqiqat materialında müəyyən edilmiş hallar da hazırki iş üzrə ittihamın əsası kimi çıxış edərək ittihamın sübut edilməsində mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, hadisənin baş verməsində səbəb təhqiqat aktının 4.3-cü bəndinə əsasən mağaza müdiri Təqsirləndirilən şəxs nəzarətsizliyi, 4.1-ci bəndinə əsasən "xxxx" MMC-nin kassiri Zərərçəkmiş şəxs2 cavabdehliyi, 4.2-ci bəndinə əsasən mağaza administratorun R.Ş.Fərzaliyevin nəzarətsizliyi göstərilmişdir. Aktın 4.3-cü bəndi Təqsirləndirilən şəxs istinad edilən pozuntu ilə əlaqədardır. Həmin bənddə isə göstərilir: "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Mağaza müdirinin vəzifə təlimatının 1.14-cü bəndinin (mağaza işçilərinin vəzilə təlimatlarını düzgün yerinə yetirmələrinə nəzarət etmək, ......) tələblərinə əməl edilməməsi. Lakin hazırki iş üzrə elan edilmiş ittihamın məzmununa diqqət yetirildikdə görünür ki, təqsirləndirilən şəxsə nəzarətsizliyə görə, yəni mağaza işçilərinin vəzilə təlimatlarını düzgün yerinə yetirmələrinə nəzarət etməməyə görə ittiham elan edilməmişdir. Təqsirləndirilən şəxs mağaza müdiri vəzifəsində işləyərkən vəzifə təlimatının tələblərini pozaraq işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən "xxxx" MMC-nin 20 yanvar filialının anbar sahəsindəki hündürlüyü 3 metr olan rəfin yuxarı hissəsindən qida məhsullarının götürülməsi işləri ilə əlaqədar təhlükəsiz iş şəraitinin yaradılmamasına yəni, işçilərin düşə biləcəyi boşluqların qapanması və ya hasarlanmasını təmin etməməsinə görə ittiham edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı aparılmış araşdırmalarla da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “mağaza müdirinin vəzifə təlimatının 1.14-cü bəndinin (mağaza işçilərinin vəzilə təlimatlarını düzgün yerinə yetirmələrinə nəzarət etmək, ......) tələblərinə tam əməl etmişdir. Belə ki, işçiləri lazımi qaydada təlimatlandırmış, bu barədə müvafiq jurnallar bütün işçilər tərəfindən imzalanmış və onlara nəzarəti təlimatları ilə müəyyən edilmiş qaydada həyata keçirmişdir. Kassir Zərərçəkmiş şəxs2 isə ona izah edilmiş qaydalara və təlimatlara əməl etməyərək vəzifə təlimatının 1.16-cı bəndinin tələblərini (kassir istirahət üçün ayrılmış və digər zamanlarda iş yerini yalnız baş kassir, administrator və mağaza müdirinin icazəsi olduqda tərk edə bilər) pozaraq kassanı özbaşına tərk edərək anbara getmişdir. Qeyd ediləh hal məhkəmə iclasında ifadə vermiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin müvafiq qaydalara əməl edilməsi ilə bağlı işçilərin təlimatlandırılmasını təsdiq edən jurnallarla da sübuta yetirilmişdir. Yəni, Təqsirləndirilən şəxs nəzarətsizliyi ilə bağlı müfəttişliyin qənaəti məhkəmə istintaqı zamanı tam təkzib edilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) ittiham elan edilmişdir. Yuxarıda qeyd edildiyi kimi cinayət işi materiallarında Təqsirləndirilən şəxs xidmət vəzifələrinə dair vəzifə təlimatı vardır, həmin təlimatda Təqsirləndirilən şəxs müdir kimi fəaliyyət göstərdiyi mağazada tikinti-quraşdırma işlərinə nəzarət etməsi, təşkil etməsi, tikintini həyata keçirməsi kimi vəzifəsi mövcud deyildir. Dolayı mətbəxin üstünü inşa edib bağlamalı olmasını da ona istinad etmək tamamilə əsassızdır. Bununla da müəyyən olunur ki, baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs bilavasitə əlaqəsi yoxdur. Bundan başqa məhkəmə təkrarən qeyd edir və hesab edir ki, marketdə filial müdirinin nəzarətində ümumilikdə 74 nəfər işçi olmuş, müdirin işi onların vəzifə təlimatlarını izah etmək və həmin təlimatlara uyğun işləmələrinə nəzarət etməkdir. Nəzarət o demək deyil ki, müdir bütün işçilərin bilavasitə yanında dayanaraq onları müşayiət etməlidir. Bu iş rejimi baxımından və fiziki olaraq da həyata keçirilməsi mümkün deyildir. Vəzifə təlimatları izah edilmiş işçinin öz başına, heç bir icazə olmadan həmin təlimatın tələblərini pozaraq əlavə hər-hansı iş görməsi müdirin nəzarətsizliyi kimi qiymətləndirilə bilməz, belə olan halda məsuliyyət öz vəzifə təlimatını pozmuş işçinin üzərinə düşməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulan cinayətin ümumi obyekti insan və vətandaşın konstitsiya hüquq və azadlıqları, xüsusi obyektləri isə - öz xidməti vəzifəsini yerinə yetirməsi və ya lazımi qaydada yerinə yetirməsi vəzifəsindən irəli gələn ictimai münasibətlər və insanların həyat və sağlamlıqları təşkil edir. Təhlil edilən cinayət maddi tərkibli olmaqla yalnız müvafiq maddədə nəzərdə tutulmuş nəticələr baş verdikdə vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi belə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Bununla yanaşı o, da qeyd edilməlidir ki, işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyən və ya lazımi qaydada yerinə yetirməyən vəzifəli şəxsin qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həlli zamanı onun həmin qaydaları pozması ilə baş vermiş nəticələr arasında səbəbli əlaqənin olması müəyyən edilməli və belə hal əməlin cinayət sayılması məsələsinin həllində xüsusi əhəmiyyət kəsb edir. Bu isə o deməkdir ki, vəzifəli şəxs işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə onun əməlləri ilə baş vermiş nəticələr arasında səbəbəli əlaqənin olması müəyyən edilmədikdə həmin şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Hazırki cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad edilən vəzifə təlimatı ilə müəyyən edilmiş xidməti vəzifələrini yerinə yetirməməklə zərərçəkmiş zərərçəkmiş şəxslərin sağlamlığına zərər vurulması arasında belə səbəbli əlaqənin olması müəyyən edilməmişdir. Əvvəla, cinayət hüquq məsuliyyətinin yaranması üçün hər üç əlamətin (əməl, nəticə və bunların arasında səbəbli əlaqə) birgə mövcud olması zəruridir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması cinayət məsuliyyətini istisna edir. Hər üç əlamətin mövcudluğu şəxsin təqsirinin olmasını ehtiva etdiyindən hüquqi müəyyənlik prinsipi baxımından onlardan hər hansı birinin olmaması və ya onların hər hansı birinin ayrılıqda olması şəxsin cinayət məsuliyyətini yaratmır. Belə ki, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olmalıdır. Belə əlaqənin olmaması cinayət tərkibinin yaranmasını istisna edir. Buna görə də təqsirkarın məhz hansı xidməti vəzifəsini (vəzifə təlimatında müəyyən edilmiş vəzifələri) yerinə yetirməməsinin belə nəticəyə səbəb olduğu dəqiq müəyyən edilməli, bu maddə ilə cinayət məsuliyyətinə cəlb etmə haqqında məsələ həll olunarkən müvafiq aktlara (qanun, təlimat və ya müəssisədaxili lokal aktlar, sərəncamlar və s.) əsasən əmək müvafiq vəzifənin (hazırki iş üzrə mətbəxin üzərinin bağlanması, ətrafının hasarlanması və s.) təqsirkarın səlahiyyətinə aid olub-olmadığı, həmin vəzifənin lazımi qaydada rəsmiləşdirilibrəsmiləşdirilmədiyi və ya bu vəzifənin ona həvalə olunduğu barədə təqsirkara lazımi qaydada məlumat verilib-verilmədiyi aydınlaşdırılmalıdır. Bundan əlavə, səbəbli əlaqəni müəyyən edərkən səhlənkarlıq və kriminal nəticələrin baş verməsində zərərçəkmiş şəxsin əməyin mühafizəsi üzrə öz vəzifələrinə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 216cı maddəsində, vəzifə təlimatına və başqa normativ sənədlərdə təsbit olunmuş vəzifələr) nə dərəcədə riayət etməsi və bu hadisənin baş verməsində özünün rolu da aydınlaşdırılmalıdır. Əgər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulan nəticələr zərərçəkmiş şəxsin öz ehtiyatsızlığı üzündən baş vermişdirsə, bu halda təhlil olunan maddə ilə cinayət məsuliyyəti mövcud olmur. Hazırki iş üzrə də hadisənin zərərçəkmiş şəxslərdən birinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 216-cı maddəsində, vəzifə təlimatında və başqa normativ sənədlərdə təsbit olunmuş vəzifələrini yerinə yetirməyərək ehtiyatsızlıq etməsi səbəbindən baş verməsi müəyyən edilmişdir. İşin göstərilən faktiki hallarını təsdiq edən bütün sübutlar, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəyləri, normativ və sübut əhəmiyyətli digər sənədlər belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs hərəkətləri ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olmamış və belə vəziyyətdə o, səhlənkarlığa görə, yəni CM-nin 314.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, ”Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının CPM-nin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasının, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasının müəyyənləşdirilməsindən ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları”qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-in 314.2-ci maddəsinin tərkib əlmaətlərinin olmaması müəyyən edilmişdir. ilə Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs əməlində ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.2-ci maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin əməlində cinayət tərkibi olmadıqda onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutların məcmusunu qiymətləndirərək hesab edir ki, mövcud əmək qanunvericiliyinə, digər normativ sənədlərə və işçilərin vəzifə təlimatlarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə elan edilən ittiham üzrə əməlində cinayət tərkibi mövcud deyil. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalı və Təqsirləndirilən şəxs bəraət verildiyi üçün iş üzrə Məhkəmə-təhlükəsizlik ekspertizasının keçirilməsinə xərclənmiş 204 (iki yüz dörd) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhavi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki cinayət işi üzrə fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Nəsim rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X6 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə elan edilən ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 204 (iki yüz dörd) manat Dövlətə aid edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Nəsim rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X6 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar