Məhkəmə qərarları › İş №1(006)-340/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-340/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-340/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 14:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1996-cı ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Xıl ərazi dairəsi, Xıl kəndində qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olub özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Ənvər” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 27 fevral 2023-cü il tarixdə saat 15 radələrində ünvan 6 binanın qarşısına gəlib həmin binanın 60 saylı mənzilindən oğurluq etməklə bağlı aralarındakı razılaşmaya əsasən “Ənvər” adlı şəxs mənzil sahibinin gələcəyi təqdirdə məlumat vermək məqsədilə binanın yaxınlığında müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, o isə Təqsirləndirilən şəxs1la birlikdə “Ənvər” adlı şəxsin əvvəlcədən həmin mənzilin giriş qapısının üzərindən gizli əldə etdiyi açarı sonuncudan götürüb həmin açarla Zərərçəkmiş şəxs yaşadığı 60 saylı mənzilin giriş qapısını açaraq oraya qanunsuz daxil olub mənzilin yataq otağında olan dolabın içərisindəki qara rəngli əl çantasından Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5000 manat dəyərində 01 ədəd boyunbağı, 1 ədəd qolbaq, 1 ədəd üzük və 1 cüt sırğadan ibarət qızıl dəsti, 01 ədəd 120 manat dəyərində 585 əyarlı qızıl üzüyü, 232 manat dəyərində 925 əyarlı 01 cüt sırğa, 01 ədəd üzük və 01 ədəd boyunbağıdan ibarət gümüş dəsti, ümumilikdə 170 manat dəyəri olan 03 ədəd qadın ətirlərini, 01 ədəd 500 manat dəyərində “Samsung A40” markalı mobil telefonu, həmin günün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları və 3770 manat pulu gizli olaraq talayaraq cinayət yolu ilə əldə etdikləri əmlakı aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs ümumilikdə 11492 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olub özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Ənvər” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 27 fevral 2023-cü il tarixdə saat 15 radələrində ünvan 6 binanın qarşısına gəlib həmin binanın 60 saylı mənzilindən oğurluq etməklə bağlı aralarındakı razılaşmaya əsasən “Ənvər” adlı şəxs mənzil sahibinin gələcəyi təqdirdə məlumat vermək məqsədilə binanın yaxınlığında müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, o isə Təqsirləndirilən şəxs2la birlikdə “Ənvər” adlı şəxsin əvvəlcədən həmin mənzilin giriş qapısının üzərindən gizli əldə etdiyi açarı sonuncudan götürüb həmin açarla Zərərçəkmiş şəxs yaşadığı 60 saylı mənzilin giriş qapısını açaraq oraya qanunsuz daxil olub mənzilin yataq otağında olan dolabın içərisindəki qara rəngli əl çantasından Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5000 manat dəyərində 01 ədəd boyunbağı, 1 ədəd qolbaq, 1 ədəd üzük və 1 cüt sırğadan ibarət qızıl dəsti, 01 ədəd 120 manat dəyərində 585 əyarlı qızıl üzüyü, 232 manat dəyərində 925 əyarlı 01 cüt sırğa, 01 ədəd üzük və 01 ədəd boyunbağıdan ibarət gümüş dəsti, ümumilikdə 170 manat dəyəri olan 03 ədəd qadın ətirlərini, 01 ədəd 500 manat dəyərində “Samsung A40” markalı mobil telefonu, həmin günün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları və 3770 manat pulu gizli olaraq talayaraq cinayət yolu ilə əldə etdikləri əmlakı aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs ümumilikdə 11492 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 oğlu ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, əvvəllər məhkum olunmuş, azadlığa çıxdıqdan sonra dostları ilə tez-tez görüşmüş, həmin şəxslərdən biri də Ənvər adlı tanışı, həmçinin cəzaçəkmə müəssisəsində tanış olduğu Təqsirləndirilən şəxs1 olmuşdur. 27 fevral 2023-cü il tarixdə Ənvər adlı tanışı və Təqsirləndirilən şəxs1la birlikdə Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi istiqamətində hərəkət etməyə başlamışlar. Həmin küçəyə çatdıqdan sonra Ənvər adlı tanışı 5 mərtəbədən ibarət binalardan birinə daxil olmuşdur. Bir müddət sonra Ənvər binadan düşdükdən sonra onlara yaxınlaşıb qapılardan birinin üzərində açar olduğunu, evə daxil olub yoxladığını, evdə heç kimin olmadığını bildirmişdir. Daha sonra aralarında olan razılığa əsasən Ənvər adlı tanışı aşağıda gözləmiş, o və Təqsirləndirilən şəxs1 isə Ənvərin qeyd etdiyi mənzili yoxlamaq üçün binaya daxil olmuşlar. Həmin vaxt Ənvər adlı tanışı qeyd olunan evin açarını onlara vermişdir. Onlar 5-ci mərtəbəyə qalxdıqdan sonra mənzilin giriş qapısına yaxınlaşmışlar və Təqsirləndirilən şəxs1 açarla qapını açıb içəri daxil olmuşdur. Mənzilə daxil olan zaman o və Təqsirləndirilən şəxs1 yataq otağına keçərək qiymətli əşyalar və pulları axtarmağa başlamışlar. Orada Pərvizlə birlikdə yataq otağındakı dolabı axtaran zaman çəhrayı rəngli pul kisəsinin içərisindən 1000 ABŞ dolları tapmışlar. Bundan sonra onlar mənzildən çıxmışlar və mənzildən çıxan zaman qapını açıq vəziyyətdə qoymuşlar. Onlar binanın həyətinə düşüb Ənvərlə görüşmüşlər və oğurlanmış pulu aralarında bölüşdürmüşlər. Bundan sonra onlar sağollaşıb hərəsi öz evinə getmişdir. 20 aprel 2023-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları ona yaxınlaşıb oğurluq etməkdə şübhəli olduğunu bildirdikdə o polis əməkdaşlarına etdikləri oğurluğu səmimi etiraf etmişdir. Bu səbəbdən polis əməkdaşları onu 19-cu polis şöbəsinə gətirmişlər, orada polis əməkdaşlarına Ənvər və Pərvizlə birlikdə etdiyi oğurluğu səmimi etiraf etmişdir. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edərək peşman olduğunu bildirərək, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o əvvəllər məhkum olunmuşdur. Təqsirləndirilən şəxs2 və “Ənvər” adlı şəxsi cəzaçəkmə müəssisəsindən tanımışdır. O, xatırlamadığı tarixdə tanışı “Ənvər” adlı şəxs və Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində hərəkət etdikdən sonra “Ənvər” adlı tanışı 5 mərtəbədən ibarət binalardan birinə daxil olmuşdur. Bir müddət sonra Ənvər binadan düşdükdən sonra onlara yaxınlaşıb qapılardan birinin üzərində açar olduğunu, evə daxil olub yoxladığını, evdə heç kimin olmadığını bildirmişdir. Daha sonra aralarında olan razılığa əsasən Ənvər adlı tanışı aşağıda gözləmiş, o və Təqsirləndirilən şəxs2 isə Ənvərin dediyi mənzili yoxlamaq üçün binaya daxil olmuşlar. Həmin vaxt Ənvər adlı tanışı qeyd olunan evin açarını onlara vermişdir. Onlar 5-ci mərtəbəyə qalxdıqdan sonra mənzilin giriş qapısına yaxınlaşmışlar və o, açarla qapını açıb içəri daxil olmuşdur. Mənzilə daxil olan zaman o və Təqsirləndirilən şəxs2 yataq otağına keçərək qiymətli əşyaları və pulları axtarmağa başlamışlar. Orada İlkinlə birlikdə yataq otağındakı dolabı axtaran zaman çəhrayı rəngli pul kisəsinin içərisindən 1000 ABŞ dolları tapmışlar. Bundan sonra onlar mənzildən çıxmışlar və mənzildən çıxan zaman qapını açıq vəziyyətdə qoymuşlar. Onlar binanın həyətinə düşüb Ənvərlə görüşmüşlər və oğurlanmış pulu aralarında bölüşdürmüşlər. 04 may 2023-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları ona yaxınlaşıb oğurluq etməkdə şübhəli olduğunu bildirdikdə o, polis əməkdaşlarına etdikləri oğurluğu səmimi etiraf etmişdir. Bu səbəbdən polis əməkdaşları onu 19-cu polis şöbəsinə gətirmişlər, orada polis əməkdaşlarına bir daha tanışları Ənvər və İlkinlə birlikdə etdiyi oğurluğu səmimi etiraf etmişdir. O mənzildə qeyd etdiyi məbləğdə puldan başqa nəsə oğurlamamışdır. Lakin polis şöbəsində ona təzyiqlər edilərək onun, guya, əlavə pullar və zinət əşyaları oğurlamasına dair ifadə verməsini tələb etmişlər. O da ona edilmiş təzyiqlərdən qorxduğu üçün polislərin istədikləri formada ifadə vermişdir. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edərək peşman olduğunu bildirərək, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ona uyğun verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır, onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində xadiməçi işləyir. Yaşadıqları ünvanda həyat yoldaşı X3 ilə birlikdə yaşayır. O, özü asma xəstəsidir. 26 fevral 2023-cü il tarixdə onun doğum günü olmuş və qohumları onun doğum günü ilə əlaqədar 570 manat nağd pulu özünə hədiyyə alması üçün yığıb vermişlər. O həmin pulu yaşadığı mənzilin yataq otağında olan dolabda onun özünə məxsus böyük həcmli qulplu qara rəngli çantanın içərisində qara rəngli pul kisəsinə qoymuşdur. Bundan əlavə onun özünə məxsus 1000 ABŞ dolları və 3200 manat nağd pulu olmuşdur. Həmin pulları çəhrayı rəngli pul kisəsinin içərisinə qoymuşdur. Çəhrayı rəngli pul kisəsini isə özünə məxsus qara rəngli qulplu çantanın içərisinə qoymuşdur. O özünə məxsus bütün qiymətli əşyalarını və pullarını pul kisələrinə yığmışdır, həmin pul kisələrini qara rəngli qulplu qadın çantasının içərisində saxlamışdır. Bundan əlavə, onun özünə məxsus 1 dəst komplekt ağ qızıllarını, yəni 1 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl qolbaqı, 1 ədəd qızıl üzüyü və 1 cüt sırğanı, 1 ədəd sadə qaşlı, 585 əyyarlı qadın qızıl üzüyünü, əlavə olaraq ümumi dəyəri 232 manat təşkil edən gümüş olan 925 əyarlı, gümüşü rəngli bir cüt sırğası, bir ədəd üzüyünü və bir ədəd boyunbağını ağ rəngli pul kisəsinə yığmışdır və həmin ağ rəngli pul kisəsini qara rəngli qulplu qadın çantasına qoymuşdur. 27 fevral 2023-cü ildə o evdə olarkən yaşadığı binanın 4-cü mərtəbəsində yaşayan rəfiqəsi Gülşən adlı şəxsə zəng vurub çıxıb şəhərdə gəzmələrini təklif edib razılaşmışlar. Həmin vaxt həyat yoldaşı Orxan Heydərov evdə olmuşdur. Lakin həyat yoldaşı Orxan Heydərov oğlunun yaşadığı ünvana gedəcəkdi. O, rəfiqəsi Gülşənlə birlikdə şəhərdə parkda 3 saata yaxın gəzdikdən sonra evə qayıtmış, lakin yaşadığı mənzilə yaxınlaşan zaman mənzilin giriş qapısının açıq olduğunu görmüşdür. Mənzilə daxil olmadan evə göz gəzdirdikdə evdə divanın üzərində yığdığı əşyaların yerdə olmasını görüb həyəcanlanmış və mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqda qonaq otaqında olan divanın üzərinin dağınıq vəziyyətdə olmasını, eləcədə yataq otağında olan dolabın və yataq taxtının dağıdılmış vəziyyətdə olduğunu görmüşdür. O dərhal bu barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Bundan sonra hadisə yerinə Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları gəlib baxış keçirmişlər. Bundan başqa polis əməkdaşları yaşadığı mənzilin kilidinə müdaxilə olmasını güman edib protokolla götürmüşlər. Bundan sonra tərtib edilmiş protokola o özü polis əməkdaşları ilə birlikdə imza etmişdir. Ona baş vermiş cinayət hadisəsi nəticəsində ümumilikdə 11.492 manat maddi ziyan dəymişdir. Oğurlanmış “Samsung A40” markalı mobil telefonun üzərində mobil nömrə olmamışdır. İfadəsinin sonunda təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirərək, dəymiş ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır, onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, 27 fevral 2023-cü il tarixdə saat 14:40 radələrində ünvan 3 ünvandan oğlu Yaşarın yaşadığı mənzilə getmək məqsədi ilə çıxmışdır. Həmçinin o, evdən çıxmamışdan 10 dəqiqə əvvəl həyat yoldaşı Zərərçəkmiş şəxs qonşu qadın ilə parkda gəzmək məqsədi ilə çıxmışdır. O, mənzildən çıxarkən qapını açar ilə bağlamışdır. Həmin gün saat 18 radələrində arvadı Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edərək yaşadıqları mənzildən oğurluq olduğunu ona demişdir. O dərhal yaşadığı mənzilə gəlmiş və evə daxil olan zaman əşyaların dağınıq vəziyətdə olduğunu görmüşdür. Bundan sonra, evdə olan pul və qızılların evə daxil olmuş şəxslər tərəfindən oğurlandığını bilmişdir. Həmin oğurlanmış pul və qızıl zinət əşyalarının yerini dəqiq olaraq həyat yoldaşı Zərərçəkmiş şəxs bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 əvvəlcədən ortaq tanışları olduğuna görə tanımış, lakin digər Təqsirləndirilən şəxs2 tanımır, onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, Moskva Ticarət Mərkəzində işlədiyi mağazada qızıl-zinət əşyalarının alqı-satqısını həyata keçirir. 28 fevral 2023-cü il tarixdə qeyd etdiyi mağazada əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 özünə məxsus olduğunu bildirdiyi ümumi çəkisi 28 qram təşkil edən zinət əşyalarını göstərərək satmaq istədiyini bildirmişdir. O həmin zinət əşyalarını Təqsirləndirilən şəxs1 1.700 manata ala biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs1 isə onunla razılaşmışdır. Bundan sonra o, 1.700 manat pulu Təqsirləndirilən şəxs1 verərək zinət əşyalarını almışdır. Təqsirləndirilən şəxs1 pulu götürdükdən sonra mağazadan çıxıb getmişdir. Təqsirləndirilən şəxs1 qızılları ona satan zaman oğurluq yolu ilə əldə etdiyi barədə məlumat verməmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə 27 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisənin ünvan 4 ünvanı olması müəyyən edilmiş və bununla bağlı protokol tərtib olunaraq fotocədvəl tərtib edilməklə materiala əlavə edilmişdir (cild İ, i/v 10-20). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalisitik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 23/66a nömrəli arayışdan və fotocədvəldən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd daxili qıfılın silindirik mexanizmi zavod üsulu ilə hazırlanıb və işlək vəziyyətdədir. Silindirik mexanizmin hər iki açar oyuğunun xarici səthi üzərində, silindirlərin üz lövhəsində (korpusunda) və ştiftlərinin (içərisi oyuq lövhə) işmi və yan səthlərinin üzərində heç bir kənar alətin təsiri nəticəsində əmələ gəlmiş izlər aşkar edilməmişdir. Həmin daxili qıfılın silindirik mexanizmi öz açarı ilə və yaxud heç bir iz qoymadan oxşar açarla açılmışdır. Tədqiqata təqdim edilmiş dörd ədəd açar zavod üsulu ilə istehsal olunub və təqdim edilmiş silindirik mexanizmin açarlarıdır (cild İ, i/v 22-25). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalsitik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-11/2-4750/2023 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında, vətəndaş X1 məxsus mənzil 60-da baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq hadisə yerinin müayinəsi zamanı götürülmüş 02 (iki) ədəd tibbi əlcək (Nəsimi RPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-51/2-6454/2023 №-li məktubu ilə) üzərində bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs2 (xx/xx/1900 Sumqayıt ş.) məxsus olmuşdur (cild İ, i/v 54). İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 20 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 22 aprel 2023-cü il tarixli, 4(006)-216/2023 saylı qərarı ilə barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 13 iyun 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 həbs müddəti 04 iyul 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 25 iyun 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 həbs müddəti 24 iyul 2023-cü il tarixədək uzadılmışdır (cild İ, i/v 75-76, 116-119, cild İİ, 82-83). İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 04 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 06 may 2023-cü il tarixli, 4(006)-242/2023 saylı qərarı ilə barəsində 05 iyul 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 25 iyun 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 həbs müddəti 25 iyul 2023-cü il tarixədək uzadılmışdır (cild İ, i/v 164-165, cild İİ, 26-30). İş materiallarına əlavə olunmuş 20 aprel 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, bir ədəd “CD” diskdə 37 ədəd fayl vardır. Həmin fayllardan 14 ədədi foto, digər 23 ədədi isə videogörüntüdür. Həmin fayllar bir-bir açılaraq içərisində olan fotolar və videogörüntülər şübhəli şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisinin iştirakı ilə izlənilmiş, videogörüntülər qısa müddətli olmaqla ünvan 6 ünvanda quraşdırılmış müşahidə kameralarında qeydə alınmışdır. Görüntülərdə üç nəfər şəxsin ünvan 6 ünvanın qarşısı ilə hərəkət edərək müşahidə aparması və hərəkət edərkən ətrafa gizlincə göz gəzdirməsi və gizlənərək hərəkət etməsi müşahidə olunur. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs2 bildirmişdir ki, müşahidə olunan görüntülərdəki şəxslərdən biri o, özüdür. Görüntülərdən də göründüyü kimi o, ünvan 3 ünvandan oğurluq etmək üçün yaşayış binasının həyətində hərəkət edir (cild İ, i/v 88). İş materiallarına əlavə olunmuş 04 may 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, bir ədəd “CD” diskdə 37 ədəd fayl vardır. Həmin fayllardan 14 ədədi foto, digər 23 ədədi isə videogörüntüdür. Həmin fayllar bir-bir açılaraq içərisində olan fotolar və videogörüntülər şübhəli şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisinin iştirakı ilə izlənilmiş, videogörüntülər qısa müddətli olmaqla ünvan 6 ünvanda quraşdırılmış müşahidə kameralarında qeydə alınmışdır. Görüntülərdə üç nəfər şəxsin ünvan 6 ünvanın qarşısı ilə hərəkət edərək müşahidə aparması və hərəkət edərkən ətrafa gizlincə göz gəzdirməsi və gizlənərək hərəkət etməsi müşahidə olunur. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs1 bildirmişdir ki, müşahidə olunan görüntülərdəki şəxslərdən biri o, özüdür. Görüntülərdən də göründüyü kimi o, ünvan 3 ünvandan oğurluq etmək üçün yaşayış binasının həyətində hərəkət edir (cild İ, i/v 175). İş materiallarına əlavə olunmuş Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Xəyyam Bağırzadə tərəfindən tərtib olunmuş 04 may 2023-cü il tarixli “Könüllü təqdim edilmiş əşyanın götürülməsi və əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən üzərində “S925” sözləri yazılmış 925 əyyarlı gümüşü rəngli bir cüt sırğa, bir ədəd üzük və bir ədəd boyunbağı müstəntiq Xəyyam Bağırzadəyə təqdim edilmiş və Zərərçəkmiş şəxs həmin əşyaların ona məxsus olduğunu bildirmişdir (cild İ, i/v 134-135). İş materiallarına əlavə olunmuş Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Xəyyam Bağırzadə tərəfindən tərtib olunmuş 04 may 2023-cü il tarixli “Könüllü təqdim edilmiş əşyanın götürülməsi və əşyaya baxış keçirilməsi haqqında” protokoldan və 28 fevral 2023-cü il tarixli alqı-satqı qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ümumi 28 qram təşkil edən bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbağı və bir ədəd qızıl boyunbağını 1700 manata Şahid2 satması barədə alqı-satqı qəbzinin surəti müstəntiq Xəyyam Bağırzadəyə təqdim edilmişdir (cild İ, i/v 431-144). İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 16 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 46,35 qram kütləli, 925 əyyarlı 01 dəst sırğa cütü-üzük-boyunbağı maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır (cild İİ, i/v 89-90). İş materiallarında olan 14 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, ümumi dəyəri 232 manat təşkil edən gümüş olan 925 əyyarlı 01 dəst sırğa cütü-üzük-boyunbağı sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir (cild İİ, i/v 92). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə 27 fevral 2023-cü il tarixdə ünvan 3 ünvanda, vətəndaş X1 məxsus mənzil 60-da baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq hadisə yerinin müayinəsi zamanı götürülmüş 02 (iki) ədəd tibbi əlcək maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (cild İİ, 139-150). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə təqsirli bilinərək məhkum edilmiş, sonuncu dəfə isə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkməsinin əvvəli 11 iyun 2019-cu il tarixdən hesablanmışdır. Sumqayıt Apelliyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. (i/v cild İİ, 45-47, 66-70). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə təqsirli bilinərək məhkum edilmiş, sonuncu dəfə isə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apelliyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 127.2.3 və 221.3 maddələrinə əsasən 02 il 06 ay azadlıqdan məhrum edilmişdir. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli qərar ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 02 il azadlıqdan məhrum edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir (cild İİ, i/v 48-50, 52-64). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2023-cü il tarixli, 9/3004-9/3930 saylı rəyindən görünür ki, 46,35 qram kütləli, üzərində şəffaf qaşlar olan, gümüşü rəngli 1 dəst sırğa cütü-üzükboyunbağı 925 əyyarlı gümüşdən hazırlanmışdır. Dəstin elementlərinin üzərində olan qaşlar qiymətli qaşlara aid deyildir. Tədqiqata təqdim edilən 01 dəst sırğa cütü-üzükboyunbağının əyarı, modeli və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin fevral ayına orta bazar qiyməti 232,0 manat kimi müəyyən edilmişdir. 01 dəst komplekt ağ qızılları, yəni 1 ədəd qızıl boyunbağını, 1 ədəd qızıl qolbağı, 1 ədəd qızıl üzüyü, 1 cüt qızıl sırğanın, 1 ədəd sadə qaşlı 585 əyyarlı qadın üzüyünü, 3 ədəd markası olmayan, qramla satılan qadın ətirlərini qiymətləndirmək mümkün olmamışdır. 1 ədəd ekranı işləməyən “Samsung A40” markalı mobil telefonun nəzəri qaydada ehtiyyat hissəsi kimi 2023-cü ilin fevral ayına orta bazar qiyməti 60,0 manat müəyyən edilmişdir. (cild İİ, i/v 72-74). İş materiallarına əlavə edilmiş 04 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində bədən xəsarətlərinin aşkar edilməsi faktı barədə məlumat əsasında Nəsimi rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində 249-c-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməsi özlərinin qismən etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq əməlini qismən etiraf etməsi ilə bağlı ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri özünü müdafiə xarakterlidir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs1 həm təhqiqat, həm də istintaq zamanı vermiş olduğu ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilmişdir. Ona cinayət işinin istintaqı aparılarkən təzyiq edildiyini və döyüldüyünü bildirdiyi üçün Nəsimi rayon prokurorluğunda aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs1 barəsində toplanmış 249-c-23 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi əməli qismən etiraf etməklə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən etiraf etməklə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 11492 (on bir min dörd yüz doxsan iki) manat və mənəvi zərərin əvəzi qismində 4000 (dörd min) manat, ümumilikdə 15492 (on beş min dörd yüz doxsan iki) manat məbləğində pul vəsaitinin tutulmasına dair iddiası qismən təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Zərərçəkmiş şəxs baş vermiş oğurluq hadisəsi zamanı 11492 (on bir min dörd yüz doxsan iki) manat məbləğində maddi ziyan dəymişdir. Qeyd edilənə əsasən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı vurulmuş maddi ziyanın əvəzi qismində 11492 (on bir min dörd yüz doxsan iki) manat pul vəsaitinin onun xeyrinə tutulması hissəsində mülki iddiası əsaslıdır və təmin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 181.2.4-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən mənəvi zərər dedikdə, şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İrəli sürülmüş mənəvi zərər tələbi ilə bağlı qeyd etmək zəruridir ki, Zərərçəkmiş şəxs baş vermiş hadisənin təsirindən gərginlik, əsəb və stress keçirmişdir. Qeyd edilənlərin yekunu olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın əvəzi qismində 11492 (on bir min dörd yüz doxsan iki) manat və mənəvi zərərin əvəzi qismində 400 (dörd yüz) manat, ümumilikdə 11892 (on bir min səkkiz yüz doxsan iki) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 20 aprel 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 04 may 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza xərci 140 (yüz qırx) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış 925 əyyarlı, 46,35 qram kütləli, gümüşü rəngli 1 dəst sırğa cütü-üzük boyunbağının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan 02 (iki) ədəd tibbi əlcək məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdirlər. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-340/2023 saylı, 07 iyul 2023-cü il tarixli qərara əsasən 10 iyul 2023-cü il tarixdən təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı dövründə göstərilmiş 32 (otuz iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 192 (yüz doxsan iki) manat olmaqla, ümumilikdə 384 (üç yüz səksən dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli 20 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli 04 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 925 əyyarlı, 46,35 qram kütləli, gümüşü rəngli 1 dəst sırğa cütü-üzük boyunbağının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan 02 (iki) ədəd tibbi əlcək məhv edilsin. İş üzrə ekspertiza xərci 140 (yüz qırx) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Zərəçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilən mülki iddia qismən təmin edilərək mülki cavabdehlər – təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vurulmuş maddi ziyana görə 11492 (on bir min dörd yüz doxsan iki) manat və mənəvi ziyana görə 400 (dörd yüz) manat, cəmi 11892 (on bir min səkkiz yüz doxsan iki) manat pul müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrıayrılıqda 192 (yüz doxsan iki) manat olmaqla ümumilkdə 384 (üç yüz səksən dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar