Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-342/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Bakı şəhər şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə, xx xxxxxx 1980-ci il tarixdə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 1 az yaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Şimali kəndində qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozub xəstəliyin yayılması üçün real təhlükə yaratmışlar. Belə ki, Təqsirləndirilən şəxs1 pul müqabilində sərtləşdirilmiş karantin rejimi dövründə sərbəst hərəkət etmələri üçün qanunvericiliklə müəyyən edilmiş qaydalardan kənar şəkildə ayrı-ayrı şəxslərə elektron icazələri təşkil edərək gəlir əldə etmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 ona müraciət etmiş şəxslərin anket məlumatlarını “Whatsapp” ani mesajlaşma xidməti vasitəsilə Təqsirləndirilən şəxs1 göndərmiş, həmçinin qanunsuz icazənin təşkili müqabilində həmin şəxsdən aldığı 15 manat pulun 10 manatını Təqsirləndirilən şəxs1 göndərməklə qalan 5 manatı özünə götürmüş, Təqsirləndirilən şəxs1 isə həmin şəxslərin, eləcə də bilavasitə onun özünə müraciət etmiş şəxslərin karantin rejimi dövründə sərbəst hərəkət etmələrinə imkan yaradılmasından ötrü onları əvvəllər operator vəzifəsində işlədiyi “*5550” taksi xidTəqsirləndirilən şəxs1 müraciət etmiş sürücülərdən götürdüyü ayrı-ayrı şəxslərə məxsus 16 ədəd elektron imza ilə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 20 ünvanında yerləşən 34 nömrəli mənzilində komputer vasitəsilə “icazə.egov.az” icazə portalında pul müqabilində qeydiyyatdan keçirib həmin şəxslərə 14 dekabr 2020-ci il tarixdən 29 dekabr 2020-ci il tarixdək olan müddət ərzində elektron icazələrin qanunsuz verilməsini təşkil etməklə «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2020-ci il tarixli 488 nömrəli Qərarına əsasən 14 dekabr 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək ölkə ərazisində hərəkət məhdudiyyəti tətbiq edilməsi ilə bağlı xüsusi buraxılış rejimi qaydalarına riayət etməyərək epidemiya əleyhinə və karantin rejimlərini qəsdən pozmaqla koronavirus (COVİD-19) pandemiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uşaq yaşlarından komputer və xüsusi proqramlaşmaya marağı olmuşdur. Əvvəllər bu sahələr üzrə müxtəlif yerlərdə işləmişdir. 2020-ci ilin fevral ayından oktyabr ayınadək “*5550” şirkətində işləmişdir. Həmin şirkətin direktoru Şahid3 olmuşdur. O sürücülərin qeydiyyatını aparır, və onlardan olan şikayətlərə baxmışdır. Belə ki, şirkətdə taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər elektron imza və VÖEN ilə ofisə yaxınlaşır o da, onları qeydiyyatdan keçirmişdir. Həmçinin onlara pandemiya dövründə və komendant saatlarında sərbəst hərəkət etmələri üçün icazə.e-gov.az saytından müvafiq icazə almışdır. Sürücülərə məxsus elektron imzalar isə onda qalmışdır. Həmin elektron imzalar vasitəsilə o digər şəxsləri də, icazə.e-gov.az saytından qeydiyyatdan keçirə bilmişdir. Pandemiya ilə əlaqədar olaraq maddi vəziyyəti yaxşı olmadığından o müraciət edən şəxsləri 10 (on) manat müqabilində onda olan elektron imza sahiblərinin adından icazə.e-gov.az saytından qeydiyyatdan keçirməyə başlamışdır. Qeyd olunan elektron imzalar X8, Şahid2, X13, X9, X14, X3, Şahid5, X2, X4, Müdafiəçi2 Əbülfəz oğlu, X15, Şahid1, Şahid4 və s. şəxslərə məxsus olmuşdur. 2020-ci ilin oktyabr ayında o “*5550” şirkətindən işdən ayrılan zaman həmin elektron imzaları da, özü ilə götürmüşdür. İşdən ayrıldıqdan sonra pul qazanmaq məqsədilə müxtəlif şəxslərə qeyd olunan saytdan icazələr almışdır. Belə ki, 2020-ci ilin sentyabr ayında işlədiyi şirkətdə tanış olduğu Təqsirləndirilən şəxs2 icazə almaq istəyən şəxslərin şəxsiyyət vəsiqəsini “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona göndərmiş o isə özündə olan yuxarıda adlarını sadaladığı şəxslərin elektron imzası ilə həmin şəxslərə icazə.e-gov.az saytından qeydiyyatdan keçirməklə icazə almışdır. Mikayıl icazə aldığı şəxslərin hər birinə görə ona məxsus “xxxx”ın 4169 **********295 nömrəli plastik kartına 10 manat ödəmişdir. O icazə aldığı şəxslər əsasən Bakı şəhərindən müxtəlif rayonlara gedən və müxtəlif rayonlardan Bakı şəhərinə gəlmək istəyənlər olmuşdur. Buna görə də, onları saytdan bir neçə saatlıq qeydiyyatdan keçirmişdir. Onlar karantin postlarını keçdikdən sonra onların icazəsini dayandırmışdır. Keçən müddət ərzində o 300-dən artıq şəxsə icazə.e-gov.az saytından qeydiyyatdan keçirməklə qanunsuz olaraq icazə almışdır. 29 dekabr 2020-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi “Şamaxinka” adlanan ərazidə olan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlara etiraz etməyib onlarla birlikdə qeyd olunan Baş İdarəyə getmişdir. Orada ona verilən suallar zamanı o müxtəlif şəxslərə özündə olan elektron imzalar vəsitəsilə icazə.e-gov.az saytından qeydiyyatdan keçirməklə qanunsuz icazə aldığını bildirmiş və üzərində olan elektron imzaları və “xxxx”ın plastik kartını təqdim etmişdir. Əvvəlcə o bu işlə 2020-ci ilin mart-aprel ayında məşğul olmuşdur. Bundan sonra rayonlara olan gediş-gəliş bərpa edilmişdir. 2020-ci ilin dekabr ayından etibarən o yenidən həmin işlə məşğul olmağa başlamışdır. O Təqsirləndirilən şəxs2 hər hansı məbləğdə pul verməmiş. Mikayıl tapdığı şəxlsərlə pul məsələsini özü danışmışdır. Gördüyü işin müqabilində ondan 10 manat almışdır. Ona bu işlə məşğul olmağı Mikayıl təklif etmiş, pula ehtiyac olduğundan onunla razılaşmışdır.Təqsirləndirilən şəxs2 başqa hər hansı bir şəxslə bu barədə hər hansı razılaşması olmamışdır. O, Mikayılın tapdığı şəxslərdən başqa hər hansı bir şəxsə qanunsuz icazə almamışdır. Daha sonra özünü təqsirli bilməsini, cavan olmasını, əvvəllər məhkum olunmamasını, yaşlı anası olmaqla evi tək dolandıran şəxs olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, özünə məxsus olan avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən bir ay olar ki, o, *5550 taksi xidTəqsirləndirilən şəxs1 müraciət etmiş ki, sifarişlə taksi kimi xidmət göstərsin və həmin şirkətdə Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış olmuşdur. O, həmin şirkətdə işlədiyi üçün onu qəbul etmiş və ona məlum olduğuna görə həmin şirkətin ofisində elektron icazə işlərinə baxmışdır. Həmin ərəfədə onun sənədlərində olan problemlərə görə, konkret olaraq VÖEN sənədi ilə əlaqədar həmin şirkətdə işi alınmamışdır. Ona görə də o fərdi qaydada taksi kimi fəaliyyətini davam etdirmişdir. Buna baxmayaraq o adı çəkilən şirkətdə olan zaman Təqsirləndirilən şəxs1 ona demişdir ki, lazım olsa pul müqabilində, konkret olaraq 10 manat müqabilində istənilən şəxsə karantin rejimi ilə əlaqədar yaradılmış xüsusi nəzarət postlarına təqdim edib keçmək üçün istənilən müddətə icazə vərəqəsi düzəldə bilər. O da sonraki vaxtlarda söhbət əsnasında əksəriyyəti tanışları olan şəxslərə pul müqabilində qanunsuz olaraq icazə alınması məsələsində köməklik etmişdir. Həmin işə görə 10 manat Təqsirləndirilən şəxs1, 5 manat pulu da özünə götürmüşdür. Təqsirləndirilən şəxs1 həmin icazəni nə cür düzəltməsi barədə ona məlumat verməmişdir, lakin əminliklə demiş ki, icazə elektron qaydada sistemə oturur. Bunu üçün “icazə almış” şəxsin sadəcə olaraq öz şəxsiyyət vəsiqəsini postda yoxlanış aparan şəxsə təqdim etmək kifayət etmişdir. Belə ki, icazə almaq istəyən şəxs ona özünə məxsus olan şəxsiyyət vəsiqəsinin şəklinin “VVhatsapp” sosial şəbəkə vasitəsilə göndərmiş, o da həmin sənədin şəklini Təqsirləndirilən şəxs1 istifadəsində olan həmin sosial şəbəkədə qeydiyyatdan keçmiş istifadəçi profilinə göndərmişdir. Bunun müqabilində “müştəridən” özüçün 5 manat məbləğində pulu nağd şəkildə almış və icazə almaq istəyən şəxsə Təqsirləndirilən şəxs1 elektron hesab nömrəsinin şəklini göndərməklə həmin hesaba 10 manat pul yükləməsini bildirmişdir. Beləliklə də, ümumilikdə o Təqsirləndirilən şəxs1 adlı tanışına bu cür qanunsuz icazələrin alınması məqsədilə təxminən 20-25 nəfər ayrı-ayrı şəxslərin sənədlərini göndərib pul qazanmışdır. Təqsirləndirilən şəxs1 də öz növbəsində həmin şəxslərin adına saxta icazə sənədləri düzəltməklə özü pul qazanmışdır. Daha sonra özünü təqsirli bilməsini, ailəli olmaqla himayəsində bir az yaşlı övladının və ilk dəfə məhkum olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Sabit oğlu ifadəsində göstərmişdir ki, ixtisasca göz həkimi olsa da səhhətində yaranan problemlərlə əlaqədar olaraq həkim kimi işləmir. *5550 taksi xidməti 2020-ci ilin yanvar ayının 1-dən etibarən fiziki şəxs kimi rəhbəridir. Təqsirləndirilən şəxs1 təxminən 2020-ci ilin fevral ayının əvvəllərindən onun rəhbəri olduğu taksi xidTəqsirləndirilən şəxs1 operator vəzifəsində çalışmışdır. Lakin kompyuter bilikləri yüksək olduğundan sürücülərin internet üzərindən qeydiyyat edilməsini də o təşkil etmişdir. İşlədiyi dövrdə kollektiv heç kim ilə problemi olmamışdır. Lakin təxminən 2020-ci ilin oktyabr-noyabr aylarında o Təqsirləndirilən şəxs1 artıq işə məsuliyyətsiz yanaşdığını görüb ora kamera qoymuşdur. Kameradan baxdıqda isə Təqsirləndirilən şəxs1 tez-tez iş saatlarında işdə olmadığını gördüyündən onu işdən uzaqlaşdırmışdır. Təqsirləndirilən şəxs1 çoxsaylı vətəndaşları karantin postlarından keçmələri üçün müəyyən pul qarşılığında icaze.e-gov.az portalından keçirməəri barədə onun heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 vətəndaşları onun rəhbəri olduğu xidmətə işə qəbul etməyib ki, onun xəbərim olsun. Təqsirləndirilən şəxs1 onun taksi xidTəqsirləndirilən şəxs1 onlayn sürücü qeydiyyatı ilə məşğul olmşdur. Onun sürücülərdən hansı üsulla “ASAN İMZA”larını əldə etməsindən onun heç bir məlumatı olmamışdır. Lakin cinayət işində adı keçən sürücülərdən Şahid5, Əflatun Babayev, Vüqar, Şahid1 , Şahid4 məhz Təqsirləndirilən şəxs1 tərəfindən onların sistemə daxil edilmişdir. Amma qeyd etdiyi kimi, həmin sürücülərin “ASAN İMZA”larının Təqsirləndirilən şəxs1 verilməsindən onun heç bir məlumatı olmamışdır. Çünki onların taksi xidmətə qəbul olunarkər sürücülərdən “ASAN İMZA”ların götürülməsi kimi bir prosedurları yoxdur. “ASAN İMZA” şəxsin özündə qalmalıdır. Digər proseslərdən və baş vermiş cinayət faktından o məlumatsızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəlidir, bir azyaşlı övladı vardır. Etibarnamə ilə idarə etdiyi “Ravon R3 Nexia” markalı **- PE-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hazırda “189”, “9933” və Bolt” taksi şirkətlərinə fəaliyyət göstərir. Təqsirləndirilən şəxs1 uzun illərdir tanıyır. Onunla peşə məktəbini birlikdə oxumuşdur. Aralarında normal münasibət olmuşdur. Heç bir ədavət və düşmənçilik olmamışdır. 2020-ci ilin yay aylarında Təqsirləndirilən şəxs1lə söhbət edən zaman o yeni yaranmış “*5550” şirkətində işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 qeyd etmiş ki, şirkətdə gediş haqqı daha uyğun olduğundan bir müddət sonra həmin şirkətin taksilərindən daha çox müştəri istifadə edəcəkdir. Onun taksi fəaliyyəti ilə məşğul olduğunu bildiyindən ona təklif etmiş ki, həmin şirkətə qoşulsun. O bunun üçün nə lazım olduğunu soruşduqda ona nəqliyyat vasitəsinin texpasportunu, şəxsiyyət və sürücülük vəsiqələrini, bir də elektron imza amasını bildirmişdir. O qeyd etmiş ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığında poçt məntəqəsinə yaxınlaşsın və oradan elektron imza almaq istədiyini bildirsin. O da Təqsirləndirilən şəxs1 dediyi kimi həmin yerə getmiş və orada hazırda xatrılmadığı məbləğdə ödəniş edərək bir ədəd “flaşkart” formasında elektron imzanı almışdır. O həmin flaşkartı Təqsirləndirilən şəxs1lə görüşərək ona vermiş və şirkətdə faliyyətə başlamışdır. Həmin şirkətdə bir neçə gün işləsə də sonradan şirkətdə işlər olmadığından həmin şirkətdən ayrılmışdır. Lakin şirkətdən ayrıldıqdan sonra da Təqsirləndirilən şəxs1 verdiyi elektron imza onda qalmışdır. O elektron imza istifadə etmədiyi üçün heç onun yadına da düşməmiş ki, onun adına olan elektron imza Təqsirləndirilən şəxs1 qalmışdır. Təxminən 2021-ci ilin yanvar ayının əvvəllərində onun məlumatı olmuş ki, Təqsirləndirilən şəxs1 müxtəlif şəxslərə qanunsuz icazələr təşkil etdiyi üçün tutularaq həbs edilmişdir. Bir daha qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 onun elektron imzalarından istifadə edərək müxtəlif şəxslərə xüsusi karantin postlarından keçməsi üçün icazələr verməsindən heç bir məlumatı olmamışdır. Onun adına olan elektron imza Təqsirləndirilən şəxs1 olmuş, o həmin icazələri onun xəbəri olmadan vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 onlardan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunaraq olunaraq tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi “Toyota-Prius” markalı **-SO-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 2020-ci ilin dekabr ayının əvvəllərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyə başlanmışdır. Xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılmış, taksi fəaliyyəti ilə məşğul olan şəxslər isə “icazə.e-gov.az” saytından qeydiyyatdan keçərək xüsusi icazə alaraq hərəkət edə bilmilər. O tanışlarından həmin icazəni necə ala biləcəyini soruşduqda ona Təqsirləndirilən şəxs1 adlı şəxsin mobil nömrəsini vermişlər və həmin şəxsin 100 manat müqabilində icazə təşkil etdiyini bildirmişlər. O maraqlandıqda bildirmişlər ki, həmin icazə tam qanuni icazədir. Belə ki, onu və idarə etdiyi yuxarıda qeyd etdiyi avtomobili öz şirkətinə sürücü kimi qeydiyyatdan keçirdir və portaldan qeydiyyatdan keçirdərək icazə təşkil edir. O da Təqsirləndirilən şəxs1 sms yazaraq həmin müddət ərzində ona icazə təşkil etməsini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona köməklik edəcəyini bildirərək hesab nömrəsi vermiş və o həmin hesaba 100 manat pul göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 onun Vhatsapp hesabına “İcazə.e-gov.az” saytından çıxarış şəkli göndərmişdir. Həmin sənədə baxdıqda görmüş ki, 31 dekabr 2020-ci il tarixədək ölkə ərazisi üzrə sərbəst hərəkət etməsinə icazə verilmişdir. Bundan sonra o həmin sənədi karantin postlarına təqdim etmiş və sənədləri yoxladıqdan sonra onu yola salmışlar. Təqsirləndirilən şəxs1 adlı şəxs ona belə icazənin tam qanuni olduğunu bildirmişdir. Buna görə onunla razılaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ondan əvvəl şahid qismində dindirilmiş Şahid6 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid8 ifadəsi elan olunaraq tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 123-127-ci vərəqələrində olan Nərimanov Rayon Məhkəməsinin 31 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 185-189-cu vərəqələrində olan Nərimanov Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (ay) yəni 30 may 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 128-132-ci vərəqələrində olan Nərimanov Rayon Məhkəməsinin 31 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 180-184-cü vərəqələrində olan Nərimanov Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (ay) yəni 30 may 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 194-197-ci vərəqələrində olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X23 ekspertizalar şöbəsinin 01 fevral 2021-ci il tarixli, 69/KEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 “Covid-19” virus infeksiyasına yoluxması ilə əlaqədar labarator müayinənin cavabı olmadığından, həmin tarixlərdə onun qeyd olunan virusa yoluxub-yoluxmaması haqqında fikir söylənilməsi mümkün olmadı. Təqsirləndirilən şəxs1 virusa yoluxduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla bədənində, paltarında və ya digər formada “Covid-19” virus infeksiyasını bir yerdən başqa yerə daşıması və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. Cinayət işinin 198-200-cü vərəqələrində olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X23 ekspertizalar şöbəsinin 01 fevral 2021-ci il tarixli, 69.1/KEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 “Covid-19” virus infeksiyasına yoluxması ilə əlaqədar labarator müayinənin cavabı olmadığından, həmin tarixlərdə onun qeyd olunan virusa yoluxub-yoluxmaması haqqında fikir söylənilməsi mümkün olmadı. Təqsirləndirilən şəxs2 virusa yoluxduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla bədənində, paltarında və ya digər formada “Covid-19” virus infeksiyasını bir yerdən başqa yerə daşıması və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. Cinayət işinin 221-229-cu vərəqələrində olan 22 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş ayrıayrı şəxslərə məxsus olan 16 ədəd elektron imza daşıyıcısı (flaşkart), iki ədəd asan imza və bir ədəd plastik kart öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 140-141-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 yanvar 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 138-139-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15 yanvar 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 263-cü vərəqəsində olan ünvan 5ərəfindən verilmiş 31 mart 2021-ci il tarixli, 455 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında qeydiyyatdadır və anası – X10 ilə birlikdə həmin ünvanda yaşayır. Cinayət işinin 264-cü vərəqəsində olan ünvan 5ərəfindən verilmiş 31 mart 2021-ci il tarixli, 456 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Cinayət işinin 235-ci vərəqəsində olan Xaçmaz rayonu İHB Nabran NİƏ üzrə nümayəndəsi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli, 85 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Nabran İ.Ə.D-nin Şimali kənd sakinidir həmin ünvanında həyat yoldaşı - X5, oğlu - 15 dekabr 2005-ci il təvəllüdlü X6 və anası – X1 ilə birlikdə yaşayırlar. Cinayət işinin 236-cı vərəqəsində olan Xaçmaz rayonu İHB Nabran NİƏ üzrə nümayəndəsi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyiəri və iş materiallarında olan digər sənədlər ilə onların epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozub xəstəliyin yayılması üçün real təhlükə yaratması cinayətini törətmələri tamamilə sübuta yetirildi. Onların əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilməli və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməsini, himayəsində yaşlı anasının olmasını, ailəsini dolandıran yeganə şəxs olmasını, barəsində verilmiş müsbət xassiyyətnaməni və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 139- 1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 31 dekabr 2020-ci il tarixdən 02 iyun 2021-ci il tarixədək, həbsdə saxlanıldığı 05 (beş) ay 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 10 (on) ay 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməsini, ailəli olmaqla himayəsində bir az yaşlı övladının və ilk dəfə məhkum olmasını, barəsində verilmiş müsbət xassiyyətnaməni və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 139- 1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 31 dekabr 2020-ci il tarixdən 02 iyun 2021-ci il tarixədək, həbsdə saxlanıldığı 05 (beş) ay 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 10 (on) ay 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs1 aşkar edilmiş və ayrı-ayrı şəxslərə məxsus olan 16 ədəd elektron imza daşıyıcısı (fləşkart), 02 ədəd asan imza və 01 ədəd plastik kart hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 31 dekabr 2020-ci il tarixdən 02 iyun 2021-ci il tarixədək, yəni 05 (beş) ay 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 10 (on) ay 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 31 dekabr 2020-ci il tarixdən 02 iyun 2021-ci il tarixədək, yəni 05 (beş) ay 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 10 (on) ay 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs1 aşkar edilmiş və ayrı-ayrı şəxslərə məxsus olan 16 ədəd elektron imza daşıyıcısı (fləşkart), 02 ədəd asan imza və 01 ədəd plastik kart hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No **********1100204111, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-342/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-342/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver