Məhkəmə qərarları › İş №1(006)-342/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-342/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-342/2023 28.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1968-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə AR CM-nin 178.2.4-cü maddəsinə əsasən 3000 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.3, 178.2.4, 32.4, 312.1, 66.2 və 66.5-ci maddələri ilə 3500 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2019-cu ilin avqust ayında tanışı Zərərçəkmiş şəxs ilə görüş zamanı sonuncunun övladı Teymur Məmmədovu gəmidə işə düzəltmək istəməsini bilib özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarındakı razılaşmaya əsasən sonuncunu Zərərçəkmiş şəxs geniş əlaqələrə malik olan şəxs kimi tanıtmaqla Zərərçəkmiş şəxs 10.000 manat pul müqabilində övladı X5 Mürsəlovun vasitəsilə gəmidə motorist vəzifəsində işlə təmin etdirəcəyinə inandırıb etibarından suiistifadə etməklə aldadaraq bu adla 2019-cu ilin avqust ayının ortalarında ünvan 3 ünvanda yerləşən “Sofra” restoranında Zərərçəkmiş şəxs 10.000 manat pul vəsaitini alaraq ələ keçirib sonradan Təqsirləndirilən şəxs2la aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə 2019-cu ilin avqust ayında tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 tanışı Zərərçəkmiş şəxs onu geniş əlaqələrə malik olan şəxs kimi tanıtmaqla Zərərçəkmiş şəxs 10.000 manat pul müqabilində övladı Teymur Məmmədovu onun vasitəsilə gəmidə motorist vəzifəsində işlə təmin etdirəcəyinə inandırıb etibarından sui-istifadə etməklə aldadaraq bu adla 2019-cu ilin avqust ayının ortalarında ünvan 3 ünvanda yerləşən “Sofra” restoranında Zərərçəkmiş şəxs 10.000 manat pul vəsaitini alaraq ələ keçirib sonradan aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 3-4 il olar ki, tanıyır, onunla Axundzadə Mir-Sadıq Məmməd oğlunun vasitəsilə tanış olmuşdur. Mir-Sadıq dənizdə gəmidə işləyir. Təqsirləndirilən şəxs2 2019-cu ildən olaraq tanıyır və onları ortaq dostları tanış etmişdir. Təqsirləndirilən şəxs2 Xətai rayonu, Bəbək prospektində yerləşən “Babək Palaza”nın 8 və 11-ci mərtəbələrində ofisi olmuşdur. Elçin ilə tanış olduqdan sonra mütəmadi olaraq görüşüb söhbət edirmişlər. 2019-cu ilin avqust ayında Elçin söhbət zamanı ona bildirmişdir ki, “Babək Plaza”da dənizdə işə düzəlməklə bağlı büro açmışdır. O, Elçindən büro barədə maraqlanmış, o da ona bildirmişdir ki, büro yalnız şəxsləri istənilən yerdə dənizdə işə düzəltməklə bağlı fəaliyyət göstərir. O da ona inanmışdır. Həmin ərəfələrdə Mir-Sadıq ilə görüşüb söhbət edən zaman Mir-Sadıq bildirmişdir ki, bir nəfər tanışı vardır və tanışı dənizdə işə düzəlmək istəyir. Həmin şəxs Vəkilağanın oğlu olmuşdur. O, Mir-Sadıqın yanında Elçinə zəng edərək bu barədə bildirmiş, sonuncu da işə düzəlmək istəyən şəxsin sənədlərini və 10.000 manat pul istəmişdir. O da bu barədə Mir-Sadıqa bildirmiş, sonuncu da Vəkilağaya bildirərək gözləməsini istəmişdir. 2019-cu ilin avqust ayının 03-də o, Mir-Sadıq və Vəkilağa Bakı Metropolitenin Nəsimi rayonu ərazisində olan “20 Yanvar” stansiyası yaxınlığında olan “Velotrek” adlanan yerdə görüşmüşlər. Orada söhbət zamanı Vəkilağa bildirmişdir ki, oğlu Teymur Məmmədovu “X4”ndə işə düzəltmək istəyir. O da Vəkilağaya Elçin adlı şəxsin bu işlə məşğul olduğunu bildirmiş və ondan 10.000 manat pulu və lazımi sənədləri istəmişdir. Həmin vaxta qədər artıq Mir-Sadıq Vəkilağaya Elçinin 10.000 manat pul və oğlunun sənədlərinin surətini istədiyini bildirdiyi üçün Vəkilağa hazırlıqlı gəlmişdir. Vəkilağa ona 10.000 manat pul və oğlunun sənədlərinin surətini vermişdir. Bundan sonra o, oradan ayrılıb Elçin ilə “Babək Plaza”nın birinci mərtəbəsində girişində görüşmüş və 10.000 manat pulu sənədlərlə birlikdə sonuncuya vermişdir. Elçin də pulu və sənədləri götürmüş, daha sonra pulu sayaraq cibinə qoymuşdur. Elçin həmin puldan vasitəçi olduğu üçün ona 200 manat pul vermişdir. Həmin vaxt Elçin vəd vermişdir ki, iki ay müddətində Vəkilağanın oğlu gəmidə işə çıxacaq. O da ona inanmış və getmişdir. Lakin Elçin Vəkilağanın oğlunu gəmidə işə düzəltməmiş və onları aldatmışdır. Vəkilağa da mütəmadi olaraq ona zəng etmiş, o da ona pulu sənədlərlə birgə Elçinə verdiyini demişdir. O, bir neçə dəfə Elçindən işi düzəltməyi və yaxud Vəkilağanın pulunu qaytarmağı xahiş etmiş, sonuncu da ona söz vermiş, lakin onu aldatmışdır. Daha sonra zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, əlavə olaraq dəymiş ziyanın 25 %-ini dövlət nəfinə ödədiyini, əməlindən peşman olduğunu bildirmiş, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs, Axundzadə Mir-Sadıq Məmməd oğlunu əvvəllər tanımamış və görməmiş, həmin şəxslər ilə heç bir əlaqəsi olmamış, lakin Təqsirləndirilən şəxs1 2019-cu ilin yay aylarında tanımışdır. O, “Riyad” mühafizə xidmətinin hüquq şöbəsində işləmişdir. İşlədiyi mühafizə xidməti Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, “Babək Plaza”da yerləşən “Mak Marin” şirkətinin mühafizəsini təşkil etmişdir. “Mak Marin” şirkəti pul qarşılığında insanları işə düzəltməklə məşğul olmuşdur. Müəyyən müddətdən sonra ona həmin şirkətin müşaviri vəzifəsində işləməsi təklif olunmuş və ayda 2.000 manat da maaş alacağı bildirilmişdir. O da edilən təkliflə razılaşmış və orada işləməyə başlamışdır. Təxminən bir ay yarım müşavir vəzifəsində işləmiş, lakin ona heç bir maaş verilməmişdir. 2020-ci ilin mart ayının 3-də şirkət xeyli insanı işə düzəltmək adı ilə aldadıb pullarını aldığı üçün çoxsaylı şikayətlər olduğuna görə bağlanmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlunu da işə düzəltmək barədə söhbətləri həmin ərəfələrdə olmuş, o, Vəkilağanın verdiyi pulu şirkət rəhbərliyinə təqdim edərək sonuncunun oğlunun namizədliyini vermiş, lakin şirkət bağlandığı üçün iş alınmamışdır. Zərərçəkmiş şəxs verdiyi puldan ona təxminən 300-500 manat pul çatmış, qalan pulu şirkət rəhbərliyinə vermişdir. Lakin pulu onlara verdiyini sübut edə bilmədiyi üçün iş onun boynunda qalmışdır. Sonradan ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs dəymiş 10.000 manat məbləğində zərərin 3.500 manat hissəsini ödəmişdir. Daha sonra zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, əlavə olaraq dəymiş ziyanın 25 %-ini dövlət nəfinə ödədiyini, əməlindən peşman olduğunu bildirmiş, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, kiçik oğlu Teymur Məmmədov heç bir yerdə işləmədiyindən oğlunu dənizdə gəmidə işə düzəltmək istəmişdir. Oğlu Teymurun ixtisası dənizçidir. O, oğlunu işə düzəltmək üçün ona kömək edə biləcək şəxs axtarmışdır. Eyni zamanda yaxın qohumlarına va tanışlarına da oğlunu gəmidə işə düzəlmək istədiyini bildirmişdir. 2019-cu ilin yay aylarında Axundzadə Mir-Sadıq Məmməd oğlu ilə tanış olmuşdur. Onu Mir-Sadıq ilə gəmidə işləyən qohumu tanış etmişdir. Belə ki, qohumu onu Mir-Sadıq ilə tanış etmək üçün Bakı şəhərinə gətirmişdir. Mir-Sadıq ilə tanış olan zaman onun da dənizdə işləməsini öyrənmişdir. O, Mir- Sadıqa oğlunu dənizdə işə düzəltmək istədiyini bildirmiş, Mir-Sadıq da ona İlqar adlı tanışı olduğunu və sonuncunun oğlunun işə düzəlməsində ona kömək edə biləcəyini bildirmişdir. O, Mir-Sadıqdan İlqar ilə görüşməyinə kömək etməsini xahiş etmiş, Mir-Sadıq da onun telefon nömrəsini götürüb İlqar ilə danışıb görüş təyin etdikdən sonra ona xəbər verəcəyini bildirmişdir. 2019-cu ilin avqust ayında Mir-Sadıq ona zəng edərək İlqar adlı tanışı ilə danışdığını və oğlunun sənədlərini gətirib görüşmək lazım olduğunu bildirmişdir. Həmin vaxt o, yaşadığı kənddə olmuş və Mir-Sadıqdan İlqarın işi hansı formada düzəldəcəyini soruşmuşdur. Mir-Sadıq da ona İlqarın onun oğlunu 10.000-12.000 manat civarında işə düzəldəcəyini demişdir. O da evdə özünə məxsus olan 10.000 manat pulu və oğlu Teymurun sənədlərinin surətini götürüb Bakı şəhərinə gəlmişdir. 2019-cu ilin avqust ayının ortalarında o, Mir-Sadıq və İlqar adlı şəxs Bakı Metropolitenin Nəsimi rayonu ərazisində olan "20 Yanvar" stansiyası yaxınlığında görüşmüşlər. Metronun yaxınlığında olan kafeyə daxil olub əyləşmişlər. O, ilk dəfə İlqarı həmin vaxt görmüş, söhbət zamanı İlqar Mir- Sadıqın oğlu barəsində məlumat verməsini demiş, İlqar oğlunu dənizdə, yəni gəmidə motorist kimi işə düzəldə biləcəyini bildirmişdir. O, İlqarı tanımadığı üçün bir qədər tərəddüd etmiş, lakin İlqar heç bir problem olmadığını bildirmişdir. Mir-Sadıq da İlqarın etibarlı şəxs olmasını demişdir. Bundan sonra bir qədər rahat olmuş, özü ilə gətirdiyi sənədləri və 10.000 manat pulu İlqara vermişdir. İlqar da pulu və sənədləri götürüb söz vermişdir ki, həmin ilin sentyabr-oktyabr aylarında oğlu işə çıxacaq. O da ona inanmış və oradan çıxıb yaşadığı kəndə gəlmişdir. Lakin İlqarın söz verdiyi aylarda oğlunun işi düzəlməmiş və ona İlqarın onu aldadaraq pulunu ələ keçirməsi məlum olmuşdur. Bundan sonra isə o baş vermiş olan hadisə barəsində ilk dəfə, yəni 2019-cu ilin sonlarında polisə məlumat verən zaman Mir-Sadıq ona mobil telefon vasitəsi ilə zəng edərək görüşmək istəməsini bildirmişdir. O, dəqiq tarixini və saatını unutduğu bir gün təxminən axşam saatlarında Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında Mir-Sadıq ilə görüşmüş, Mirsadıq ona İlqarın onu aldatdığını və İlqarla onu tanış etdiyi üçün çox peşman olduğunu, əvvəllər ona söz verdiyi üçün ona dəymiş ziyanın bir qismini qarşılamaq istədiyini bildirərək 1500 manat pulu uzadaraq ondan təkrar olaraq üzr istəyib pulu ona vermişdir. Daha sonra məhkəməyə teleqram ünvanlayaraq, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. İş materiallarında olan: - “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1-2); - “Cinayət işini icraata götürmək haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi, polis baş leytenantı Ceyhun Əsgəroun icraatına qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır (i.v.38); - “Cinayət əməlinin tövsif edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanmış olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v.82-83); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.94-95); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.114-115); - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş və o, dərhal iclas zalından azad edilmiş, Təqsirləndirilən şəxs2 barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, bu qətimkan tədbirinin müddəti 01 ay 14 gün həddində, yəni 22 mart 2023-cü il tarixədək müəyyən edilməklə onun əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmışdır (i.v.165-172); - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş və o dərhal iclas zalından azad edilmiş, Təqsirləndirilən şəxs1 barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, bu qətimkan tədbiri müddəti 01 ay 14 gün həddində, yəni 22 mart 2023-cü il tarixədək müəyyən edilməklə onun əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmışdır (i.v.173-179); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin 1 ay müddətə, yəni 22 aprel 2023-cü il tarixədək uzadılması barədə vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur (i.v.199-200); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.201-202); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin 1 ay müddətə, yəni 22 aprel 2023-cü il tarixədək uzadılması barədə vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur (i.v.206-207); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.207-209); - xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək, Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir (i.v.66-68); - xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək, Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir (i.v.74-76); - “İfadənin yerində yoxlanması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanan zaman o, ifadələrində göstərdiyi xüsusatları hadisə yerinə getməklə əyani olaraq göstərmişdir (i.v.78-79); - “İfadənin yerində yoxlanması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanan zaman o, ifadələrində göstərdiyi xüsusatları hadisə yerinə getməklə əyani olaraq göstərmişdir (i.v.80-81); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 01 ədəd DVD diskin içərisində Təqsirləndirilən şəxs1 deməsinə görə Təqsirləndirilən şəxs2la aralarında baş tutmuş telefon danışığının qeydə alındığı 02 ədəd videogörüntü öz əksini tapmışdır. Belə ki, 1-ci 1 dəqiqə, 28 saniyəlik videogörüntüdə Təqsirləndirilən şəxs1 telefon danışığı zamanı Elçin adlı şəxsdən soruşur ki, mən səni yığmasam sən məni yığmayacaqdın?, Elçin bildirir ki, birdəfəlik yığacam da səni. O gün danışdıq da səninlə. Dedim ki, birdəfəlik yığacam. Bu poxdan qutaracayıq. Bir şey qalmayıb, az qalıb. İlqar bildirir ki, bir dəqiqə dayan da, sən dedin mən qulaq asdım. Bu Vəkil kişi yığır məni dəqiqə başı, Teymurun atası, günümü qara eləyib. Mən neyniyim?. Camaatın pulun verib qutaraq da. Elçin bildirir ki, kim nə deyir denən pulun veriləcək. Narahat olma. Məsələni həll eləmişik. İlqar bildirir ki, Elçin bu sözü mən 100 dəfə demişəm. Elçin bildirir ki, Əlinin atası zəng eləmişdi o ağsaqqal. Vızov atır, Vızov atır. Axır götürdüm. Dedim bir az səbr elə. Dedi pul lazım deyil e, Əlini qoy bir yerə. Deyirəm hara düzəldim? Axranaya düzəldim? Dedi hə düzəlt. Dedim rayondayam. Gəlim şey eliyərəm. 400-500 manat maaş. Dedi hə istəyirəm. İlqar bildirir ki, bəli, o da dəqiqə başı yığır. İnsaf vapşe gündə yığır. Vəkil kişi məni dəqiqə başı yığır. O Nəsimiyə şikayət eliyən bizdən. Elçin bildirir ki, Denən nolmuşdu, niyə şikayət eləyirdin? Şikayət eleməklə pulunu alacaqsan? İlqar bildirir ki, Elçin, hər gün deyirəm e, mən hər gün deyirəm. Camaat pulunu istəyir. Mən nətər eləyim? Elçin bildirir ki, denən, qardaş, vermişdin? Getdim izahatımı verdim. Versin də indi pulunu denən. Təzədən gəlib məndən pul istəyirsən də denən. O pulu mən sənə verməsəm onu sənə verə bilərlər? 2-ci 23 saniyəlik videogörüntüdə 1-ci videogörüntüdə olan telefon danışığının davamı əks olunub. Elçin İlqara bildirir ki, bütün Bakını gəzdirdilər bizi. Şöbə qalmadı, bölmə qalmadı. Oğraş uşağı oğraşlar. İlqar bildirir ki, Nəbilim axı səndən cavab gözləyirəm. Bezmişəm mən canımdan. Tövbə özümü oldürmək həddinə çatmışam. Elçin bildirir ki, qurtarır day, bir şey qalmayıb. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 səs yazılarının Təqsirləndirilən şəxs1 ilə öz arasında olmasını təsdiq etmişlər (i.v.218); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 01 ədəd CD diskin içərisində Təqsirləndirilən şəxs1 deməsinə görə Təqsirləndirilən şəxs2la aralarında baş tutmuş telefon danışığının qeydə alındığı müxtəlif səs yazıları öz əksini tapmışdır. Belə ki, 1-ci səs yazısında Təqsirləndirilən şəxs2 bildirir ki, İlqar zəng eləməyə həmişə hazırıq e. Ancaq ki, boş əldən yox da. Səyyarnan səhərdən iki saat bir yerdə olmuşuq. Dediyi məsələləri yoxlamaq üçün getdim, gəzdim. Onda da saat məsələsidir, gün məsələsidir. 2 dənə də başqa işim var. Bir dənə fövqəladə məsələm var. Onu da düzüb qoşmuşam. Adamı tapmışam. Adam olanda qəbul eliyən yox idi. İndi qəbul eliyən var, adam yoxdu. Xaçmazdan gəlib çıxmır. Deyir sabah gələcək. Boş boşuna danışmayaq. Səndə də kontur gedir. Məndə də gedir. Uje kontur almağa da pulumuz yoxdur. Görək neynirik. Kimin nəfsidir, bilmirəm. Neçə dənə məsələ var. Fövqəladə var, Ədliyyə ilə bağlı məsələ də var. Nə bilim, institutla bağlı məsələ də var. Hamısını gedirsən, danışırsan, səhər 8-dən küçələrdəyəm. İndi də küçələr də. Danış, düz-qoş. Qiymət deyirsən, camaatın da yanında biabır olursan. Gələn də ya gəlir, ya da ki. Hə, yaxşı qiyməti bildim, səhər gəldim, axşam gəldim. Səyyardan bir az var ayrıldım. Görək neynirik. 4-cü səs yazısında Elçin İlqara bildirir ki, İlqar bilirəm e. X7 fəhlə qismindədi. Xaçmazdan gələn budu. Bunu verdim. Cünki, mənə dedi ki, birinci bunu ver. Onlar nə deyirlər, mən də o istiqamətdə eləyirəm. Yəni sabah saat 2-də o dediyi yerdə qəbulda olmalıdır. 7-ci səs yazısında Elçin İlqara bildirir ki, İlqar, 20 günə deyir düzəlir. 600 manat da maaşıdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 səs yazılarının Təqsirləndirilən şəxs1 ilə öz arasında olmasını təsdiq etmişdir (i.v.219); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, baş vermiş dələduzluq hadisəsinin səs yazılarını əks etdirən bir ədəd DVD disk və bir ədəd CD disk sübut növü kimi tanınmışdır (i.v.249-261); - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2ci maddəsinə əsasən qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tairxli qərarı ilə xx.xx.2018-ci il tarixli hökm dəyişdirilmiş, CM-nin 320.1-ci maddəsilə icraata xitam verilmiş, CM-nin 178.2.4-cü maddəsinə əsasən 3000 manat cərimə cəzası təyin olunmuş, xx.xx.2019-cu il tarixdə cərimə məbləğini tam ödədiyi üçün qeydiyyatdan çıxarılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsi ilə təqsirli bilinib, zərər çəkmiş şəxslə barışdığına və dəymiş vurulmuş ziyanı ödədiyinə görə cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilmişdir (i.v.211-212); - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş, Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 32.4, 312.1, 66.2, 66.5-ci maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cərimə məbləğini tam ödəmişdir. Sonuncu dəfə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir (i.v.214-217); - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* saylı cinayət işi üzrə 1000 manat pulu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil vermişdir (i.v.188); - “Təqdim etmə və götürülmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və onun müdafiçəsi, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi ********* saylı cinayət işi üzrə zərər çəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi üçün istintaqa ümumlikdə 7500 manat pulu təqdim etmişlər və təqdim edilən pul müstəntiq tərəfindən zərər çəkmiş şəxsə ödənməsi məqsədilə sayılıb götürülmüşdür. (i.v.220); - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir tələb və şikayəti yoxdur (i.v.222); - Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-29/2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə CM-nin 73- 1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8157 saylı, İD 286237883, terminal K0103014 saylı qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 dövlət büdcəsinə 876 manat ödəniş etmişdir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8689 saylı, İD 286241815, terminal K0103014 saylı qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 dövlət büdcəsinə 1627 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması məsələsində qeyd edir ki, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Buna əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilməsi hazırkı cinayət işi üzrə cinayət məsuliyyətindən azad olunmalarını istisna etmir. Belə ki, iş materiallarından görünür ki, onlar hazırkı cinayət əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilənədək, yəni Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı qəbul edilənədək törətmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə də hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxslər törətdiyi əməli etiraf edirlər, əməllərindən peşmandırlar, hazırda zərər çəkmiş şəxslə barışmışlar, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişlər, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslər tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxslər cinayət təqibinə xitam verilməsini xahiş edirlər. Məhkəmə, təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiklərini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyini və müdafiə tərəfinin təqsirləndirilən şəxslərin barəsində cinayət təqibinə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslərlə barışması ilə əlaqədar xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onların barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs1 həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs2 həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar