Məhkəmə qərarları › İş №1(006)-342/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-342/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-342/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 2010-cu ildə Şəmkir rayonu, Çaparlı kəndində aradan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri 159 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi, əvvəllər məhkum olunmamış, Şəmkir rayon Çaparlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxx 2010-cu ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri 159 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi, əvvəllər məhkum olunmamış, Saatlı rayon Bəylik kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakım gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 29 noyabr 2024-cü il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 54 saylı binanın qarşısından saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə üzərində 25 manat dəyərində telefon tutacağı, 400 manat dəyərində “Axor” markalı qoruyucu kaska, 500 manat dəyərində “Сорго" markalı kamera və 75 manat dəyərində “Wolt” çantası olan 1200 manat dəyərində 2020-ci il istehsallı, “Nama” markalı, “48-2 motosikl” modelli, 99-G-168 dövlət qeydiyyat nişanlı motosikli gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tekrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 dekabr 2024-cü il tarixda, saat 16:21-də Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi 37 A saylı binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 maxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1500 manat dəyərində, müherrik həcmi 48 m3 olan, 2020-ci il istehsallı "Cobra" markalı, “ZX50QT-7” modelli mopedi gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs2a maddi ziyan vuraraq oğurluq etmişdir. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə yetkinlik yaşına çatmayan tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 29 noyabr 2024-cü il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 54 saylı binanın qarşısından saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə üzərində 25 manat dəyərində telefon tutacağı, 400 manat dəyərində “Axor” markalı qoruyucu kaska 500 manat dəyərində “Сорго” markalı kamera və 75 manat dəyərində "Wolt" çantası olan 1200 manat dəyərində 2020-ci il istehsallı, “Nama” markalı, “48-2 motosikl” modelli, 99-G-168 dövlət qeydiyyat nişanlı motosikli gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, törətdiyi əmələ görə peşmandır. O, 159 saylı tam orta məktəbin 9-cu sinfində təhsil alır. Təqsirləndirilən şəxs2 2021-ci ildən tanıyır və onunla 3 ildir ki, dostdur. Təqsirləndirilən şəxs2 ilə bir məktəbdə eyni sinifdə təhsil alırlar. Ramil ilə xx.xx.2024-cü il tarixdə planlaşdırmışlar ki, harada fürsət yaransa birlikdə sürmək üçün moped və ya motosikleti gizli yolla götürüb sürsünlər. Həmçinin həmin vaxtdan planlaşdırmışlar ki, əgər motosiklet və ya moped tapıb gizli yolla götürsələr onun üzərini boyayıb rəngin dəyişsinlər ki, sahibi və başqa şəxslər onu haradasa görsə tanımasın. Bundan 1-2 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 18 radələrində bu məqsədlə şəhərdə gəzən zaman Nəsimi rayonu H.B.Əliyev küçəsində yerləşən “Əcəmi Mall”-ın arxa tərəfindən bir qədər aralıda, Mall-ın yaxınlığında ara məhəllədə ağ rəngli, “Nama” markalı, 2 təkərli motosikletin olduğunu, üzərində 01 ədəd Wolt çantasının olduğunu və çantada 01 ədəd üzəri çızılmış vəziyyətdə olan kaska olduğunu görmüşlər. Onlar ətrafda kimsənin olmadığını görərək həmin motosikletə yaxınlaşmış və Ramil ilə bir az əvvəl həmin yerdən bir neçə metr aralıda, binanın həyətindən tapdıqları açarı motosikletin üzərinə salaraq yoxlamışdır. Açarı motosikletin üzərinə salmış, ilk öncə motosikleti işə salmaq istəsə də açar burulmamışdır. Bundan sonra tapdıqları açarı Ramil ondan alaraq yenidən həmin motosikletin üzərinə salmış və burduqda işıqlarının yandığını və mühərrikinin işə düşdüyünü görmüşlər. Bundan sonra Ramil çətinlikə qabaqda oturub motosikleti idarə etmiş, özü də motosikletdə arxa tərəfdə oturmuşdur. Açar motosikletin mühərrikini işə saldığından və motosiklet harasa bağlı olmadığından saat 18:00 radələrində ikisi birlikdə həmin motosikletlə yaşadıqları məhəlləyə gəlmişlər. Lakin yolda gedərkən ortada wolt çantası olduğundan rahat otura bilmədikləri üçün və yıxılmamaq üçün yan yolda motosikleti saxlayaraq yerə enmişlər və wolt çantasını motosikletdən açıb yerə qoymuşlar. Onlar kaska ilə sürə bilmədikləri üçün həmin çantanın içərisində olan qırıq kaskanıda götürməmişlər. Həmin vaxt kaskanın üzərində hər hansı kamera olmamışdır. O, həmin wolt çantasının içərisində hər hansı telefon tutacağı görməmişdir. Bundan başqa həmin çantanın içərisində 01 ədəd butulkada motor yağıda olmuşdur ki, onu götürməmiş və çantayla birlikdə yolun kənarına qoyaraq motosikletə minib yollarına davam etmişlər. Çanta ikisinin birlikdə motosikletə əyləşməklərinə maneə olduğu üçün çantanı içindəki qırıq kaska ilə birlikdə yolda kənara qoymuşlər. Eyni məhəllədə yaşadıqları üçün motosikleti Ramil idarə etməklə yaşadıqları binanın qarşısına gətirmişlər. Motosikleti məhəlləyə qoyduqdan sonra motosikletin oğurlannaması üçün bağlamaq məqsədilə yaxınlıqdakı təsərrüfat malları satılan mağazaya getmişlər və Ramilin üzərində olan 2-3 manat pulla balaca bir zəncir və 1 ədəd balaca qıfıl almışlar. Yenidən motosikleti qoyduqları yerə qayıdaraq onu təkərindən binanın qarşısındakı dəmir toruna bağlamışlar. Həmin gün daha gizli yolla götürdükləri motosikleti sürməmişlər. Səhəri gün əvvəl bir neçə dəfə Ramilin velosipedini boyamaq üçün istifadə etdiyi qırmızı rəngi sprey boyanı götürüb birlikdə motosikletin yanına getmişlər. Həmin sprey boya ilə ağ rəngli motosikleti birlikdə qırmızı rəngə boyamışlar. Bundan sonra dərsdən gələrək 3 gün müddətində birlikdə həmin motosikleti məhəllələrində və məhəllələrinin ətrafında növbə ilə sürmüşlər. Həmçinin həmin müddət ərzində motosikletin benzini azaldıqca hərəsi 1-2 manat evdən aldıqları pulu qoyaraq yaxınlıqda yerləşən 3-ün kuruqu adlanan yerdəki yanacaqdoldurma məntəqələrinə gedərək oradan benzin vurmuşlər və Ramil motosikleti sürmüş, özü isə arxada ötürmüşdür və birlikdə məhəllərinə qayıtmışlar. O, əvvəl motosikleti sürə bilməmiş, ona motosiklet sürməyi dostu Ramil stadionda öyrətmişdir. Motosikleti götürdükdən 2-3 gün sonra xarab olmuş və özünün velosiped aksessuarlarını sataraq 10 manat qazandıqdan sonra həmin pulla motosikletlə məhəllələrindəki kapital bank filialı ilə üzbəüz olan 20 Yanvar küçəsindəki tanımadıqları motosiklet ustasına yaxınlaşmışlar. Həmin usta motosikletlərini təmir etmiş və ona 10 manat pul ödəmişlər. Bundan sonra yenə 1-2 gün Ramil ilə məktəbdən sonra motosikleti məhəllədə və yaxınlıqdakı ərazilərdə növbə ilə sürmüşlər. Bundan sonra motosiklet yenə xarab olmuş, yəni bir az qaz verdikdə artıq sepi yerindən çıxmış və özlərinin də yenidən onu təmir etdirmək üçün pulları olmadığından binanın qarşısına bağlayaraq orada saxlamışlar. 1-2 gün motosiklet xarab vəziyyətdə həmin yerdə qalmış, daha sonra isə motosikleti həmin yerdən tanımadığı şəxslər oğurlamışdır. Bundan sonra Ramilə bildirmişdir ki, başqa motosiklet taparaq sürsünlər, lakin Ramin onun təklifi ilə razılaşmamışdır. xx.xx.2024-cü il tarixdə saat 16:20 radələrində özü yeni motosiklet tapıb götürmək məqsədilə gəzən zaman 4-ün kruqu adlanan yerdə Zərifə Əliyeva adına Göz Klinikasına gedən yoldakı solda olan binaların arasında tanımadığı məhəllədə, 01 ədəd qara rəngli qırmızı naxışlı mopedin işlək vəziyyətdə məhəllədə dayandığını və ətrafda heç kimin olmadığını görmüşdür. Ətrafa nəzər salaraq cəld həmin mopedə yaxınlaşmış və üzərinə minərək sürüb təkbaşına oradan uzaqlaşmışdır. Həmin mopedi gündüz vaxtı təkbaşına idarə edərək məhəllələrinə gətirmişdir. Həmin moped Cobra markalı olmuş və qara rəngli olmaqla üzərində qırmızı naxışları olmuşdur. Məhəlləyə gəldikdən sonra Ramil onu görmüş və haradan aldığını soruşduqda onu 4-ün kruqu tərəfdən gizli yolla götürdüyünü bildirmişdir. Sonra Ramillə birlikdə həmin mopedi bir az sürüb Samaxinkaya sürərək lukoil yanacaqdoldurma məntəqəsindən hərəsi 1 manat verib 2 manatlıq benzin vurmuş və mopedi sürməklə Ramildə arxada oturaraq məhəlləyə qayıdıb bir azda sürərək əvvəlki yerdə zəncirlə bağlamışlar. xx.xx.2024-cü il tarixdə velosipedi üçün işlətdiyi qara rəngli sprey boyanı gətirmiş və birlikdə mopedi qara rəngə boyamışlar ki, kimsə görsə kənardan tanınmasın və yenə Ramil ilə birlikdə həmin mopedi sürmüşlər. xx.xx.2024-cü il tarixdə isə həmin mopedə Ramil ilə birlikdə minmiş, Ramil mopedi sürmüş və birlikdə oxuduqları məktəbə getmişlər, mopedi məktəbin həyətinə qoyaraq dərsə getmişlər və dərsdən çıxanda isə polis əməkdaşları yaxınlaşıb mopedin oğurluq olduğunu bildirərək onları polis şöbəsinə dəvət etmişlər. 29 noyabr 2024-cü il tarixdə Nəsimi rayonu ərazisindəki küçədəki binaların arasında yerləşən məhəllədən motosikleti Ramil ilə özü ikisi birlikdə oğurlamışdır. Lakin, xx.xx.2024-cü il tarixdə 4-ün kruqu kimi tanıdığı ərazinin yaxınlığından mopedi təkbaşına oğurlayb məhəllələrinə gətirmiş, sadəcə orada Ramil oğurluq olduğunu bilmiş və birlikdə mopeddən istifadə etmişlər. Ramil ilə oğurladıqları motosikleti konkret olaraq kimə və hansı qiymətə satacaqlarını planlaşdırmamışlar. Əvvəlcədən razılaşmışlar ki, motosikleti götürüb sürsünlər. Həmin motosiklet xarab olduğu üçün motosikleti götürdükləri yerə qaytara bilməmişlər. Onunla Ramilin məqsədi sadəcə motosikleti sürmək olmuşdur. Yalnız 29 noyabr 2024-cü il tarixdə Ramil ilə birlikdə Nəsimi rayonu ərazisindəki binaların arasında yerləşən məhəllədən motosikleti gizli yola götürərək sürmüşlər, bundan sonrakı mopedi isə Ramilə təklif etsə də, Ramil onunla getməmiş və mopedi təkbaşına götürmüşdür, sonradan Ramil onda mopedi görəndə gizli yolla götürdüyünü Ramilə demiş və birlikdə həmin mopedi 1-2 gün sürmüşlər, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin moped polis əməkdaşlarına təhvil vermişlər. Lakin motosiklet oğurlandığı üçün bir neçə gün həmin motosikleti axtarmışlar. Polis əməkdaşları onları mopedin oğurluğuna görə tutsalarda, “Nama” markalı motosikleti gizli yolla götürdüklərini özləri etiraf etmişlər. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan iki gün sonra Ramil ilə birlikdə Əcəmi rayonunun ərazisində motosikleti taparaq polis əməkdaşlarına təhvil vermişlər. Onun oğurluq edərək hər hansı qazanc əldə etmək fikri olmamış, motosiklet və mopedi sürmək məqsədi ilə götürmüşdür. Motosiklet və moped zərər çəkmiş şəxslərə qaytarılmışdır. Sonda Təqsirləndirilən şəxs1 motosiklet və mopedi gizli yolla götürərək istifadə etdiyi üçün törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, həmin motosikletin və mobedin zərərçəkmiş şəxslərə qaytarıldığını, yaşının az olduğunu və etdiyi əməllərin cinayət məsuliyyətinə səbəb olduğunu dərk etmədiyini qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, törətdiyi əmələ görə peşmandır. O, 159 saylı tam orta məktəbin 9-cu sinfində təhsil alır. Təqsirləndirilən şəxs1 2021-ci ildən bəri tanıyır və onunla 3 ildir ki, dostdur. Təqsirləndirilən şəxs1la bir məktəbdə eyni sinifdə təhsil alırlar. Əli ilə birlikdə xx.xx.2024-cü il tarixdə planlaşdırmışlar ki, harada fürsət yaransa birlikdə sürmək üçün moped və ya motosiklet tapıb gizli yolla götürərək sürsünlər. Həmçinin həmin vaxtdan planlaşdırmışlar ki, əgər motosiklet və ya moped tapıb gizli yolla götürsələr onun üzərini boyayıb rəngin dəyişsinlər ki, sahibi və başqa şəxslər onu haradasa görsə tanımasın. Bundan 1-2 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 18 radələrində bu məqsədlə şəhərdə gəzən zaman Nəsimi rayonu H.B.Əliyev küçəsində yerləşən “Əcəmi Mall”-ın arxa tərəfindən bir qədər aralıda, Mall-ın yaxınlığında ara məhəllədə ağ rəngli, “Nama” markalı, 2 təkərli motosikletin olduğunu, üzərində 01 ədəd Wolt çantasının olduğunu və çantada 01 ədəd üzəri çızılmış vəziyyətdə olan kaska olduğunu görmüşlər. Ətrafda kimsənin olmadığını görərək birlikdə həmin motosikletə yaxınlaşmışlar və Əli ilə bir az əvvəl həmin yerdən bir neçə metr aralıda, binanın həyətindən tapdıqları açan motosikletin üzərinə salaraq yoxlamışlar. Əli açarı motosikletin üzərinə salmış, ilk öncə motosikletin mühərrikini işə salmaq istəsə də açar burulmamışdır. Bundan sonra Əlidən yerdən tapdıqları açan alaraq yenidən həmin motosikletin üzərinə salmış, burduqda işıqlarının yandığını və mühərrikinin işə düşdüyünü görmüşlər. Bundan sonra çətinlikə qabaqda oturub motosikleti idarə etmiş, Əli də motosikletdə arxa tərəfdə oturmuşdur. Açar motosikletin mühərrikini işə saldığından və motosiklet harasa bağlı olmadığından saat ikisi birlikdə həmin motosikletlə stadion adlanan əraziyə getmişlər və orada Ramilə motosiklet sürməyi öyrətmişdir. Daha sonra isə 18:00 radələrində motosikletlə yaşadıqları məhəlləyə gəlmişlər. Lakin yolda gələrkən ortada wolt çantası olduğundan rahat otura bilmədikləri üçün Əliyə, belə getsə ikisinində yıxılacağını bildirmişdir. Ona görə də yan yolda motosikleti saxlamış, yerə enmiş və Əli wolt çantasını motosikletdən açıb yerə qoymuşdur. Həmin vaxt kaska və bir ədəd butulkada motor yağı çantanın içərisində olmuş və onlar həmin əşyaları götürməmişlər və yollarına davam etmişlər. Lakin çantada və ya motosikletdə hər hansı kamera olmamışdır. Bundan başqa motosikletdə telefon üçün tutacaq görməmişdir. Eyni məhəllədə yaşadıqları üçün motosikleti özü idarə etməklə yaşadıqları binanın qarşısına gətirmişlər. Orada motosikleti məhəlləyə qoyduqdan sonra motosikletin oğurlanmaması üçün bağlamaq məqsədilə yaxınlıqdakı təsərrüfat malları satılan mağazaya birlikdə getmişlər və özünün üzərində olan 2-3 manat pulla Əli ilə birlikdə balaca bir zəncir və 1 ədəd balaca qıfıl almışlar. Yenidən motosikleti qoyduqları yerə qayıdaraq onu təkərindən binanın qarşısındakı dəmir boruya bağlamışlar. Həmin gün daha gizli yolla götürdükləri motosikleti sürməmişlər və səhəri gün isə, əvvəl bir neçə dəfə velosipedini boyamaq üçün istifadə etdiyi qırmızı rəngli sprey boyanı götürüb Əli ilə birlikdə motosikletin yanma getmişlər. Həmin sprey boya ilə ağ rəngli motosikleti birlikdə qırmızı rəngə boyamışlar. O, 2-3 gün müddətində Əli ilə birlikdə həmin motosikleti məhəllələrində və məhəllələrinin ətrafında birlikdə növbə ilə sürmüşlər. Həmçinin həmin müddət ərzində motosikletin benzini azaldıqca evdən aldıqları 1-2 manat pulu qoyaraq yaxınlıqda yerləşən 3-ün kuruqu adlanan yerdəki yanacaqdoldurma məntəqələrinə gedərək oradan benzin vurmuşlar. O, motosikleti sürmüş, Əli isə arxada oturmuş və birlikdə məhəllələrinə geri qayıtmışlar. Motosikleti götürdükdən 2-3 gün sonra xarab olmuş və Əli özünün velosiped aksessuarlarını sataraq 10 manat qazanmış, həmin pulla motosikleti məhəllələrındəkı kapital bank filialı ilə uzbə-üz olan 20 Yanvar küçəsindəki tanımadıqları motosiklet ustasına təmir üçün aparmışlar. Həmin usta motosikletlərini təmir etmiş və ona 10 manat pul ödəmişlər. Bundan sonra yenə 1-2 gün Əli ilə məktəbdən sonra motosikleti məhəllədə və yaxınlıqdakı ərazilərdə növbə ilə sürmüşlər. Bundan sonra motosiklet yenə xarab olmuş, yəni bir az qaz verdikdə artıq sepi yerindən çıxmaqda davam etmiş, həmin vaxt özlərinin yenidən onu təmir etdirmək üçün pullan olmadığından binanın qarşısına bağlayaraq motosikleti orada saxlamışlar. 1-2 gün motosiklet xarab vəziyyətdə həmin yerdə qalmış, daha sonra isə motosiklet həmin yerdən tanımadığı şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra Əli ona bildirmişdir ki, sürmək üçün başqa motosiklet tapsınlar. Lakin, o, Əlinin təklifi ilə razılaşmamışdır. xx.xx.2024-cü il tarixdə görmüşdür ki, Əli 01 ədəd “Cobra” markalı, qara rəngli olmaqla, üzərində qırmızı naxışlan olan mopedi məhəllələrində təkbaşına sürür. Bundan sonra ona yaxırlaşıb bu mopedi haradan aldığını soruşmuş və Əli həmin mopedi də 4-ün kuruqu adlanan ərazinin yaxınlığından doqquz tərəfdən təkbəşına gizli yolla götürdüyünü demişdir. Bundan sonra ikisi növbəylə həmin mopedi sürmüşlər. xx.xx.2024-cü il tarixdə Əli velosipedi üçün işlətdiyi qara rəngli sprey boyanı gətirmiş və birlikdə mopedi qara rəngə boyadıqdan sonra yenə Əli ilə birlikdə həmin mopedi sürmüşlər. xx.xx.2024-cü il tarixdə isə həmin mopedə Əli ilə birlikdə minmiş, Əli mopedi sürmüş və birlikdə oxuduqları 159 nömrəli məktəbə getmişlər, mopedi məktəbin həyətinə qoyub dərsə girmişlər və dərsdən çıxanda isə polis əməkdaşları yaxınlaşıb mopedin oğurluq olduğunu bildirərək onları valideyinləri ilə birlikdə polis şöbəsinə dəvət etmişlər. 29 noyabr 2024-cü il tarixdə Nəsimi rayonu ərazisindəki küçədəki binaların arasında yerləşən məhəllədən motosikleti Əli ilə birlikdə ikisi oğurlamış, Əli ilə oğurladıqları motosikleti konkret olaraq kimə və hansı qiymətə satacaqlarını əvvəlcədən planlaşdırmamışlar. Əli ilə razılaşmışlar ki, motosikleti birlikdə sürsünlər. Lakin həmin motosikleti qazanç əldə etmək məqsədi ilə götürməmişlər. Sonradan isə motosiklet xarab olduğu üçün motosikleti götürdükləri yerə qaytarmağa qorxmuşlar. “Cobra” markalı mobedi isə Əli tək gizli yolla götürmüş və onun heç bir iştirakı olmamışdır. Sonradan Əlidə mopedi görəndə Əli onu gizli yolla götürdüyünü bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Əli mopedi polis əməkdaşlarına təhvil vermişdir. Lakin motosiklet oğurlandığı üçün bir neçə gün həmin motosikleti axtarmışlar. Polis əməkdaşları onları mopedin oğurluğuna görə tutsalar da, “Nama” markalı motosikleti gizli yolla götürdüklərini özləri etiraf etmişlər. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan iki gün sonra Ramil ilə birlikdə Əcəmi ərazisində motosikleti taparaq polis əməkdaşlarına təhvil vermişlər. Onun oğurluq edərək hər hansı qazanc əldə etmək fikri olmamış, motosikleti Əli ilə birlikdə sürmək məqsədi ilə götürmüşdür. Motosiklet və moped zərər çəkmiş şəxslərə qaytarılmış və onun ailə tərəfindən onun iştirakçılığı ilə gizli yolla götürülmüş motosikletə görə dəymiş zərər ödənilmişdir. Sonda Təqsirləndirilən şəxs2 “Nama” markalı motosikleti gizli yolla götürərək istifadə etdiyi üçün törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, həmin motosikletin sahibi zərərçəkmiş şəxsə onun tərəfindən vurulmuş zərərin ödənildiyini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmadığını, yaşının az olduğunu və etdiyi əməlin cinayət məsuliyyətinə səbəb olduğunu dərk etmədiyini qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2024-cü ilin əvvəllərindən “Wolt” çatdırılma şirkətində kuryer kimi fəaliyyət göstərir, lakin kuryer kimi işləməyi üçün moped və ya motosiklet almağı şərt olduğundan, işini asan və tez şəkildə görmək üçün 2024-cü ilin aprel ayında Sinan adlı Bakı şəhər sakinindən aralarında olan şifahi razılaşmaya əsasən hər hansı bir sənədləşdirmə olmadan 1500 manat ödənişlə “Cobra” markalı, mühərrik həcmi 48 m3 olan moped almış və həmin dövlət qeydiyyat nişanı olmayan mopedi kuryer kimi çatdırılma xidmətinin həyata keçirilməsi məqsədilə təqribən 7-8 ay təkbaşına istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 16:40 radələrində yaşadığı mənzildən çıxaraq binanın həyətinə enmiş və orada onun yaşadığı mənzilin yerləşdiyi blokun qarşısında saxladığı “Cobra” markalı mopedinə yaxınlaşaraq mühərrikini işə salmış və açarı üzərində qoymaqla mühərrikini işlək vəziyyətdə qoyub yanında bir siqaret çəkdikdən sonra mühərrikinin qızması üçün mopedi həmin yerdə işlək vəziyyətində saxlayıb qoruyucu kaskanı götürmək üçün yaşadığı binaya daxil olmuş və təqribən 4-5 dəqiqəyə mənzildən kaskanı götürüb binadan çölə çıxan zaman mopedinin saxladığı yerdə olmadığını və naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir. Həmin vaxt cəld şəkildə 102 xidmətinə zəng vuraraq mopedinin oğurlanması ilə bağlı şikayətini bildirmişdir. Bundan sonra 19-cu Polis Şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsinə gedərək mopedinin oğurlanması ilə bağlı ərizə və izahatını vermişdir. Bundan 1- 2 gün sonra onunla yenidən 19-cu Polis Şöbəsinin əməkdaşları əlaqə saxlayaraq polis şöbəsinə dəvət etmiş və bildirmişlər ki, mopedi və onu oğurlayan şəxslər müəyyən edilərək tapılmışdır. Polis şöbəsində öyrənmişdir ki, onun mopedini Əli adlı azyaşlı uşaq o binada yerləşən mənzilinə daxil olub çıxanadək oğurlayaraq oradan uzaqlaşmışdır. Həmin Əli adlı azyaşlını əvvəllər görməmiş və üzdən tanımamışdır, həmin şəxs tutulanadək mopedinin oğurlanması ilə bağlı kankret şübhələndiyi şəxs olmamış və bu əməli kimin törədə biləcəyi barədə heç bir fikri olmamışdır. 19-cu PŞ-nin həyətində mopedinə baxmış və tanıyaraq müəyyən etmişdir ki, həqiqətən də həmin moped onun oğurlanmış mopedidir. Lakin onun mopedi oğurlanmazdan əvvəl qırmızı-qara rənglərdə olsa da, Əli adlı şəxs tərəfindən oğurlandıqdan sonra qara rəngə boyamışlar. Buna baxmayaraq mopedinin üzərindəki Cobra yazıları qalmış, həmçinin mopedinin səsboğucusunun alt hissəsindəki şurublardan biri lap əvvəldən qırılmış və üzərində olmamış, həmin hissəni yay-purjun ilə bağlamış, sol güzgüsü qaynaq hissəsindən qırılmış, sağ güzgünü isə özü üzərindən açmışdır. Bu əlamətlərinə görə baxan kimi mopedin özünə məxsus olan və oğurlanmış mopedi olmasını müəyyən etmişdir. Birinci dəfə olaraq özünə məxsus olan əmlak oğurlanmış, əvvəllər bu cür hadisələrlə qarşılaşmamış və hər zaman ehtiyyatlı davranaraq mopedi gecələr işdən gəldikdən sonra binanın blokunda saxlamışdır. Lakin qeyd etdiyi kimi, mopedi çölə çıxarıb mühərrikinin isinməsi üçün işlək vəziyyətdə qoyub qoruyucu kaskasmı götürmək üçün binaya daxil olub qayıdanadək 5 dəqiqə ərzində mopedi oradan oğurlanmışdır. Kaskasını götürmək üçün içəri girən zaman ətrafda və ya yaxınlıqda şübhəsini çəkən hər hansı bir şəxs olmamış və həmin vaxt yalnız mopedi oğurlanmışdır. Mopedinin üzərində başqa hər hansı çantası, kaskası və ya digər şəxsi əşyaları olmamışdır. Ekspert rəyində göstərilən qiymətlərlə razı deyil, ekspert rəyində işlək vəziyyətdə olan 01 ədəd mühərrik həcmi 48 m3 olan, 2020-ci il istehsalı “Cobra” markalı, "ZX50QT-7’' model mopedin 2024-cü ilin dekabr ayına satışına və qiymətinə dair məlumat olmadığı müəyyən edildiyindən dəyərini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. O, həmin mopedi bir neçə ay əvvəl 1500 manata almışdır və aldıqdan sonra özü mopedi yenidən təmir etdirmiş, nasaz hissələrini dəyişdirmiş və aldığından daha yaxşı vəziyyətə gətirmişdir. Buna görə də 2024-cü ilin dekabr ayının əvvəllərində gizli yolla talanmış mopedinin real qiyməti həmin vaxta uyğun olaraq 1500 manat təşkil etmişdir. Oğurluq nəticəsində ona vurulmuş maddi ziyanın ümumi məbləği 1500 manatdır. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərlə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən “Wolt” çatdırılma şirkətində kuryer kimi fəaliyyət göstərir. O, “Saipa 132” markalı, ** KV *** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin işdə işləyir və çatdırılma xidməti göstərir. Burdan əlavə 2023-cü ildə qonşusu X1 1300 manata aldığı istifadə olunmuş, 2020-ci il istehsalı olan, “Nama” markalı, 48-2 Motosikl modelli, 99- G-168 dövlət qeydiyyat nişanlı motosikletini işlətməsi üçün dostu olan Şahid1 Mayıs oğluna satış məqsədilə icarəyə vermişdir. Kənan onun motosikleti ilə işləyərək qazanc əldə etdikdən sonra ona ilkin ödəniş etməli və ondan sonra Kənana etibarnamə verməli idi. Lakin Kənan ona ödəniş etmədiyi üçün həmin motosiklet özünə məxsus olmuşdur. Kənan ondan həmin motosikleti 5-10 gün olar ki icarəyə götürmüş və istifadə etmişdir. Həmçinin Kənana icarəyə verdiyi motosikletin üzərində 01 ədəd qoruyucu kaska, kaskanın üzərində 01 ədəd Сорго markalı kamera, 01 ədəd telefon tutacağı və 01 ədəd istifadə olunmuş Wolt çantası olmuşdur. Həmin sadaladığı əmlakları ayrı-ayrı dəqiq qiymətləndirə bilməsə də, motosikleti ilə üzərində olan əşyalarının ümumi dəyərinin 2200 manatdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında evdə olan zaman dostu Kənan ona zəng vuraraq bildirmişdir ki, ona məxsus olan və ondan icarəyə götürdüyü "Nama” markalı motosikletini üzərindəki sadalanan əşyalarla birlikdə yaşadığı binanın qarşısında qoyaraq yemək üçün mənzilinə qalxıb, bir az sonra aşağı düşdükdə motosikletin üzərindəki əşyalarla birlikdə qoyduğu yerdə olmadığını, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmişdir və bu barədə polisə məlumat vermişdir. Bundan təqribən 10 gün sonra ona məlumat verilmişdir ki, motosikletini oğurlayan şəxslər tapılmış, ama hələki motosikleti gətirilməmiş və motosiklet də təmin olunacaqdır. Bundan sonra Kənan 19-cu Polis Şöbəsinə gedərək motosiklet sonuncu dəfə onda olduğuna görə izahat vermişdir. Daha sonra isə həmin motosikletini oğurlayan şəxslərin azyaşlı olduqlarını və onlardan başqa da əlavə 01 ədəd moped oğurladıqlarının aşkar edildiyini, buna görə barələrində cinayət işinin başlanıldığını öyrənmişdir. Daha sonra isə ifadə vermək üçün Polis İdarəsinə dəvət edilmişdir. Özünə məxsus olan və dostu Kənana icarəyə verdiyi motosikleti ağ rəngli, vilkaları qırmızı rəngli, setka çıxollu, sol plasmasının bağlanan yerində çat olmaqla, qabaq disk baraban, arxa krlosunda üçbucaqlı stopu olan, üzərində 04 ədəd süzmə povorotnik quraşdırılmış, təzə priboru və faraları olmuş və motorun ramaya bağlanan yerində qırıq olmuş və sonradan düzəltdirdiyi üçün həmin hissə bilinmişdir. Mühərrik və ban nömrələri isə texpasportda qeyd edilmişdir. Əvvəllər mülkiyyətinə qarşı bu cür oğurluq hadisəsi baş verməmişdir. Həmin oğurluq əməlini törədən uşaqlan əvvəllər bir neçə dəfə görüb üzdən tanısa da adlarını bilməmiş və onların ona məxsus olan motosikletlə üzərindəki əşyaları götürə biləcəklərindən şübhələnməmişdir. Polis əməkdaşları həmin azyaşlıları saxladıqdan sonra Polis Şöbəsində uşaqları görəndən zaman aydın olmuşdur ki, ona məxsus olan motosikleti Ramil və Əli adlı azyaşlı uşaqlar oğurlamışdır. Təqsirləndirilən şəxs2 ailəsi tərəfindən ona dəymiş maddi ziyan ödənilsə də, lakin Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 ilə barışdığını, Təqsirləndirilən şəxs2 tərəfində ona vurulmuş maddi ziyanın yarı hissəsinin ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs1 şikayətçi olduğunu, sonuncu tərəfindən ona dəymiş maddi ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə dostu və uzaq qohumu olan Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 01 ədəd “Nama” markalı, ikitəkərli motosikleti üzərində olan telefon tutacağı, kameralı qoruyucu kaskası və Wolt çantası ilə birlikdə icarəyə götürmüşdür və aralarında olan şifahi razılaşmaya əsasən işləyib pul qazandıqdan sonra Rüstəmə hissə hissə ödəniş edərək həmin motosikleti üzərindəki əşyalarla birlikdə ondan alaraq öz adına sənədləşdirməli idi. Rüstəmdən motosikleti aldıqdan sonra Wolt daşıma şirkətinə qoşularaq bir neçə gün orada kuryer kimi fəaliyyət göstərmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:15 radələrində işdən qayıdıb motosikleti üzərindəki Wolt çantası və qoruyucu kaskasıyla birlikdə kirayə yaşadığı ünvanın qarşısında saxlayıb, yemək yeyib əynini dəyişmək məqsədilə mənzilə qalxmışdır. Saat 18:40 radələrində mənzidən çıxaraq aşağı, motosikleti saxladığı yerə düşən zaman görmüşdür ki, motosiklet üzərindəki əşyalarla birlikdə qoyduğu yerdə yoxdur. Ətrafa da baxdıqda motosikletini tapa bilməmiş və müəyyən etmişdir ki, motosikleti üzərindəki əşyalarla birlikdə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Lakin motosikletin kim tərəfindən necə oğurlandığını, mühərrikinin necə işə salınıb həmin yerdən oğurlandığını bilməmiş, çünki evə qalxan zaman motosikletin açarını çıxararaq üzərində götürmüşdür. Motosikletinin oğurlandığını müəyyən eldikdən sonra onun sahibi olan Zərərçəkmiş şəxs1 bu barədə məlumat vermiş və bir neçə gün onu tapmaq ümidi ilə axtarmış və tapa bilmədikdə qərara gəlmişlər ki, polisə müraciət etsinlər. 2024-cü ilin dekabr ayının əvvəllərində ərizə ilə 19-cu PŞ-nə müraciət edərək hadisə barədə izahat vermişdir. Bundan 1-2 gün sonra ona məlumat verilmişdir ki, motosikletini gizli yolla talamış şəxslər tapılmış, onlar azyaşlı uşaqlardır və iki nəfərdir. Həmin uşaqlarıə Polis Şöbəsində görəndə onları üzdən tanımışdır. Onları bir neçə dəfə məhəllədə görmüş, lakin oğurluq edə biləcəklərindən şübhələnməmiş və tapıldıqdan sonra onların adının Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğunu öyrənmişdir. Rüstəmin ona icarəyə verdiyi motosiklet ağ rəngli, iki təkərli, kvadrat faralı, üzərində sarı rəngli stikeri olan işlək vəziyyətdə olan motosiklet olmuşdur. Bir neçə gün həmin motosikletlə işləmişdir. Motosiklet işlənmiş vəziyyətdə olduğundan təqribi qiyməti 1200-1300 manat olmuşdur. Həmçinin motosikletin üzərində istifadə olunmuş təzəsi 50 manat olan Wolt çantası, Axor markalı istifadə olunmuş qoruyucu kaska, kaskanın üzərində Copro markalı kamera və rola bərkitdiyi telefon tutacağı olmuşdur. Sadaladığı əşyalarla birlikdə motosikletin oğurlanması nəticəsində motosikletin sahibi olan Zərərçəkmiş şəxs1 2200 manat məbləğində maddi ziyan vurulmuşdur. Oğurluq nəticəsində vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsində və ya Rüstəmdən götürdüyü əşyaların tam şəkildə geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Yaşadığı mənzilin qarşısından gizli yolla Əli və Ramil adlı uşaqlar tərəfindən gizli yolla talanmış və idarə etdiyi "Nama" markalı motosiklet və onun üzərində olan Wolt çantası, qoruyucu kaska kamera ilə birlikdə və telefon tutacağı hamısı tam şəkildə Zərərçəkmiş şəxs1 məxsus olmuşdur və sonuncudan həmin motosikletlə əşyaları icarəyə götürərək işlətmişdir. Həmin uşaqlar və ya onların valideyinləri ilə də heç bir ədavət və düşmənçiliyi olmamışdır və onlar tərəfindən və ya digər şəxslər tərəfindən hər hansı bir əmlakı talanmamışdır, ilk dəfə olaraq bu cür hadisə ilə qarşılaşmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respubliksı CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (Cild İ, i.v. 01); “Hadisə yerinə baxış keçirilməsi haqqında” 01 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus "Cobra" markalı mopedin oğurlandığı ünvan ünvan 3 07-08); “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, “Cobra” markalı motosikletin oğurlandığı ünvan ünvan 44-15); “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, “Cobra” markalı motosikletin oğurlandığı ünvan ünvan 44-15); “qanuni nümayəndəsi qismində tanınma haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 anası Qanuni nümayəndə2 onun qanuni nümayəndəsi qismində tanınmışdır (Cild İ, i.v. 61); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur (Cild İ, i.v. 77); “Diskə baxış keçirilməsi barədə” 10 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Diskə baxış zamanı müəyyən edildi ki, diskin içərisində “Whatsapp video 24-12-09 at 15.26.10” və “Whatsapp video 24-12-09 at 15.26.10” adlı birincisi 26 saniyədən və ikincisi 39 saniyədən ibarət 02 ədəd videogörüntü faylı mövcuddur. Videogürüntünün əvvəlindən 1 nəfər kişi cinsli təqribən 14-15 yaşlarında arıq, hündürboylu şəxsin təkbaşına piyada ünvan 5 ünvanının qarşısında dayanmış mopedə yaxınlaşdığı və yaxınlaşan zaman üzündə qara maska olduğu müşahidə edilir, ikinci videogörüntüdə isə qeyd edilən şəxs üzündə qara maska olmaqla təkbaşına qeyd edilən ünvanın qarşısında yerləşən və Zərərçəkmiş şəxs2 məxsus olan Kobra markalı mopedə yaxışlaşaraq ətrafa baxıb kimsənin olmamasına əmin olduqdan sonra həmin mopedə minib işlək vəziyyətdə olmasından istifadə edərək mopedi hərəkətə gətirib həmin yerdən uzaqlaşır. Birinci videogörüntü 24-12-07 tarixdə saat 16:21:11-dən 16:21:37-dək, ikinci videogorüntü isə eyni tarixdə saat 16:29:21-dən 16:30:01-dək davam edir. Baxışda qanuni nümayəndəsi və vəkili ilə birlikdə iştirak edən Təqsirləndirilən şəxs1 həmin videogörüntülərdəki qara maskalı şəxsin özü olduğunu, həmin əraziyə təkbaşına motosiklet ya moped taparaq gizli yolla götürmək məqsədilə çıxdığını, başına taxdığı qara maskanı tanınmamaq üçün əvvəlcədən üzərində götürdüyünü, kənardan 20 yanvar küçəsi 37 A ünvanının qarşısında işlək vəziyyətdə dayanmış mopedi görüb ətrafda kimsənin olmadığından əmin olduqdan sonra onu götürmək qərarına gəldiyini, bu məqsədlə əvvəlcədən üzərində götürdüyü qara maskanı tanınmamaq üçün başına taxdığını və işlək vəziyyətdə olan sonradan Zərərçəkmiş şəxs2 adlı şəxsə məxsus olduğunu öyrəndiyi Cobra markalı mopedə yaxınlaşaraq cəld şəkildə üzərinə minib həmin mopedi hərəkətə gətirərək oradan uzaqlaşdığını bildirmişdir. Cinayət işinin istintaqı ilə əlaqədar olaraq təqdim edilmiş 01 ədəd DVD formatlı disk maddi sübut əhəmiyyətinə malik olduğu üçün cinayət işinin materiallarına əlavə edildi (Cild İ, i.v. 92-93); “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (Cild İ, i.v. 94); “qanuni nümayəndəsi qismində tanınma haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 anası Qanuni nümayəndə1 onun qanuni nümayəndəsi qismində tanınmışdır (Cild İ, i.v. 102); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (Cild İ, i.v. 118); “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (Cild İ, i.v. 134); Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əməliyyat-sorğu kartotekalarında heç bir məlumat yoxdur (Cild İ, i.v. 154); Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əməliyyat-sorğu kartotekalarında heç bir məlumat yoxdur (Cild İ, i.v. 155); “baxış keçirilməsi barədə” 23 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkbaşına təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxslərə maddi ziyan vurması faktına əsasən istintaq olunan ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut əhəmiyyətli 01 ədəd mühərrik həcmi 49 m3 olan, 2020-ci il istehsalı, “Nama” markalı, “48- 2 motosikl” modelli motosikletə Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmişdir. Bakı şəhər sakinləri olan yetkinlik yaşına çatmayan şəxslər X5 və Təqsirləndirilən şəxs2 tərəfindən gizli yolla talanmış və polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş 01 ədəd mühərrik həcmi 49 m3 olan, 2020-ci il istehsalı, “Nama” markalı, “48-2 motosikl” modelli, 99 G 168 dövlət qeydiyyat nişanlı motosikletə həmin motosikletin sahibi olan və iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilən zaman həmin motosikletin iki təkərli, ön təkərinin orta və üst hissəsi göy rəngli olmaqla, qalan hissələrinin qara rəngli olduğu, oturacaq hissəsinin də qara rəngli olmaqla qırmızı işləmələrlə paxlava şəklində toxunduğu və motosikletin halhazırda işlək vəziyyətdə olmadığı müşahidə edilir. Baxışda iştirak edən zərərçəkmiş şəxs motosikletini tanıyaraq bildirmişdir ki, həmin motosiklet özünə məxsus olsa da, qeyd edilən şəxslər tərəfindən gizli yolla talanmazdan əvvəl motosikletin bütün hissələri qara rəngdə olmaqla, bak hissəsi ağ rəngli olmuş və oturacaq hissəsi paxlavaşəkilli deyil qara parçadan ibarət üzlüklə üzlənmiş vəziyyətdə olmuşdur. Həmçinin motosikleti oğurlanmazdan əvvəl, hazırkı vəziyyətindən fərqli olaraq tam işlək vəziyyətdə olmuşdur. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs1 baxış keçirilən motosikletin gizli yolla talanmazdan əvvəlki fotoşəkillərini protokola əlavə edilməsi üçün təqdim etmişdir (Cild İ, i.v. 166); “baxış keçirilməsi barədə” 28 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkbaşına təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxslərə maddi ziyan vurması faktına əsasən istintaq olunan ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut əhəmiyyətli 01 ədəd mühərrik həcmi 48 m3 olan, 2020-ci il istehsalı, “Cobra” markalı, “ZX50QT-7” model mopedə iş üzrə Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış keçirilmişdir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 tərəfindən gizli yolla talanmış və 19cu PŞ-nin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş 01 ədəd mühərrik həcmi 48 m3 olan, 2020-ci il istehsalı, “Cobra” markalı, “ZX50QT-7” model mopedə baxış keçirilən zaman həmin mopedin qara rəngli olması, on hissəsində 01 ədəd böyük farasının yerləşməsi, faradan yuxarı tutacaqlarının orta hissəsində ağ rəngli KOBRA yazısının yazıldığı və hazırda işlək vəziyyətdə olduğu müşahidə edilir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 baxış keçirilən mopedi tanıyaraq bildirmişdir ki, həmin moped özünə məxsus olan gizli yolla talanmış mopedidir. Bundan əlavə zərərçəkmiş şəxs bildirdi ki, Kobra markalı mopedi oğurlanmazdan əvvəl qara rəngli olmaqla üzərində qırmızı rəngli naxışları olmuş və gizli yolla talandıqdan sonra onun mopedini götürmüş şəxslər tərəfindən Kobra markalı mopedi tünd qara rəngə boyanmışdır (Cild İ, i.v. 182); Poladi Saleh adına 159 nömrəli tam orta məktəb tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məktəbdə oxuduğu müddət ərzində özünü bacarıqlı və tərbiyəli şagird kimi aparmışdır. Müəllim və sinif yoldaşlarına hörmətlə yanaşmış, mehriban münasibət göstərmiş, ondan heçbir şikayət olmamışdır (i.v. 193); Poladi Saleh adına 159 nömrəli tam orta məktəb tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məktəbdə oxuduğu müddət ərzində özünü mədəni və tərbiyəli şagird kimi aparmışdır. O, hər zaman müəllimlərə və məktəb işçilərinə hörmətlə yanaşmış, sinif yoldaşları ilə mehriban münasibətdə olmuşdur, ondan heçbir şikayət olmamışdır. Özünün nizam-intizamı ilə həmişə sinif yoldaşlarına nümunə olmuşdur (Cild İ, i.v. 194 ); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 kompleks ambulator məhkəmə psixatrik və psixoloji ekspertizasının 31 yanvar 2025-ci il tarixli 279 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyinin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları həmin cinayət işindəki anamnestik məlumatlar və haz-hazırki psixiatrik müayinən nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafı, intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yonəlməsi) Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 əqli inkişafı normaya uyğundur. Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafına görə etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir (Cild İ, i.v. 196-198 ); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 kompleks ambulator məhkəmə psixatrik və psixoloji ekspertizasının 31 yanvar 2025-ci il tarixli 278 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyinin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları həmin cinayət işindəki anamnestik məlumatlar və haz-hazırki psixiatrik müayinən nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı, intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 əqli inkişafı normaya uyğundur. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafına görə etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir (Cild İ, i.v. 201-203 ); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2025-ci il tarixli, 9/10707 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadəyə yararsız vəziyyətdə olan 01 ədəd 48 m3 olan 2020-ci il istehsalı, “Nama” markalı, “48-2 motosikl” modelli motosikletin istifadəyə yararlı (normal) vəziyyətdə 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1200,00 manat ((1300,00 +1100,00) : 2) müəyyən olunur, hal-hazırda hansı səbəbdən istifadəyə yararsız olduğu müəyyən edilmədiyindən qalıq dəyərini müəyyən etmək mümkün olmamış, ekspertiza tədqiqatına təqdim edilmiş işlək vəziyyətdə olan 01 ədəd mühərrik həcmi 48 m3 olan, 2020-ci il istehsalı “Cobra” markalı, "ZX50QT-7" model mopedin 2024-cü ilin dekabr ayına satışına və qiymətinə dair məlumat olmadığı müəyyən edilmiş, bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş suala cavab vermək mümkün olmamışdır. Ekspertiza təyini haqqında qərarda qeyd edilən 02 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 175,00 manat müəyyən edilir. 02 adda mallar haqqında ətraflı məlumat (modeli və digər texniki göstəriciləri barədə) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır (Cild İ, i.v. 205-210 ); “Maddi sübut kimi tanıma və saxlanılması üçün verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məxsus olan, hazırda istifadəyə yararlı vəziyyətdə olmayan 01 ədəd mühərrik həcmi 49 m3 olan, 2020-ci il istehsalı, “Nama” markalı, “48-2 motosikl” modelli motosiklet və Zərərçəkmiş şəxs2 məxsus olan və hazırda istifadəyə yararlı vəziyyətdə olan 01 ədəd mühərrik həcmi 48 m3 olan, 2020-ci il istehsalı, “Cobra” markalı, “ZX50QT-7” model moped, həmçinin iş materiallarına əlavə edilmiş videgörüntülərin köçürüldüyü 01 ədəd DVD-nin maddi sübut kimi tanınması, həmin istifadəyə yararsız vəziyyətdə olan 01 ədəd mühərrik həcmi 49 m3 olan, 2020-ci il istehsalı, “Nama” markalı, “48-2 motosikl” modelli motosiklet gündəlik istifadə edildiyindən Azərbaycan Respublikası CPM-nin 131.1.2-ci maddəsinə əsasən saxlanılması üçün Zərərçəkmiş şəxs1 və 01 ədəd mühərrik həcmi 48 m3 olan, 2020-ci il istehsalı, “Cobra” markalı, “ZX50QT-7” model moped gündəlik istifadə edildiyindən Azərbaycan Respublikası CPM-nin 131.1.2-ci maddəsinə əsasən saxlanılması üçün Zərərçəkmiş şəxs2 verilməsi nəzərə alınmışdır (Cild İ, i.v. 221-222 ); “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən maddi sübut kimi tanınmış 01 ədəd mühərrik həcmi 49 m3 olan, 2020-ci il istehsalı, “Nama” markalı, “48-2 motosikl” modelli motosiklet saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs1 və 01 ədəd mühərrik həcmi 48 m3 olan, 2020-ci il istehsalı, “Cobra” markalı, “ZX50QT-7” model moped saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs2 saxlanması nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən zərərçəmiş Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın məbləği ekspert rəyində göstərildiyi kimi yox, onun ifadəsində qeyd etdiyi kimi qəbul edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3 dəymiş maddi ziyanın məbləği ekspert rəyində göstərildiyi kimi yox, onun ifadəsində qeyd etdiyi kimi qəbul edilməsi qərara alınmışdır (Cild İ, i.v. 226-241 ); “təqsirləndirilən şəxsə yenidən ittihan elan etmə haqqında” 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (Cild İ, i.v. 243); “qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2024-cü il tarixdə seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan qüvvədə saxlanılmışdır (Cild İ, i.v. 257-258); “təqsirləndirilən şəxsə yenidən ittihan elan etmə haqqında” 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (Cild İİ, i.v. 01); “qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2024-cü il tarixdə seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan qüvvədə saxlanılmışdır (Cild İİ, i.v. 15-16); Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona məxsus qiyməti 1500 manat dəyərində “Cobra” markalı mobed halhazırda ona qaytarılmışdır və dəymiş ziyan ödənilmişdir. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti yoxdur və olmayacaq, təqsirləndirilən şəxslərlə barışmışdır. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların qismən etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlləri qismən etiraf etmələri barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən boyun qaçırmaq məqsədilə vermələri qənaətinə gəlir. Müdafiə tərəflərinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin həmin Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir (11-ci bənd). «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf edərək əməlindən peşmançılıq çəkməsini, müsbət xarakterizə olunmasını, Zərərçəkmiş şəxs2 ilə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini, sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını və yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur və hazırda da yetkinlik yaşına çatmayan şəxsdir, buna görə də, ona cəza təyin edilərkən qanunvericiliyin yetkinlik yaşına çatmayanlara münasibətdə normaları rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təqsirini qismən etiraf edərək əməlindən peşmançılıq çəkməsini, müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini, sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını və yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur və hazırda da yetkinlik yaşına çatmayan şəxsdir, buna görə də, ona cəza təyin edilərkən qanunvericiliyin yetkinlik yaşına çatmayanlara münasibətdə normaları rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan – Zərərçəkmiş şəxs1 məxsus olan, hazırda istifadəyə yararlı vəziyyətdə olmayan 01 ədəd mühərrik həcmi 49 m3 olan, 2020-ci il istehsalı, “Nama” markalı, “48-2 motosikl” modelli motosikletin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan – Zərərçəkmiş şəxs2 məxsus olan və hazırda istifadəyə yararlı vəziyyətdə olan 01 ədəd mühərrik həcmi 48 m3 olan, 2020-ci il istehsalı, “Cobra” markalı, “ZX50QT-7” model mopedin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - iş materiallarına əlavə edilmiş videgörüntülərin köçürüldüyü 01 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin, məhkəmə, Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ünvan 1 ünvanını axşam saat 21:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 2 ünvanını axşam saat 21:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – Zərərçəkmiş şəxs1 məxsus olan, hazırda istifadəyə yararlı vəziyyətdə olmayan 01 ədəd mühərrik həcmi 49 m3 olan, 2020-ci il istehsalı, “Nama” markalı, “48-2 motosikl” modelli motosikletin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan – Zərərçəkmiş şəxs2 məxsus olan və hazırda istifadəyə yararlı vəziyyətdə olan 01 ədəd mühərrik həcmi 48 m3 olan, 2020-ci il istehsalı, “Cobra” markalı, “ZX50QT-7” model mopedin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - iş materiallarına əlavə edilmiş videgörüntülərin köçürüldüyü 01 ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar