Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-343/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tanışı Zərərçəkmiş şəxs Türkiyə Respublikasında tibb kursunda oxumasında köməklik göstərəcəyinə dair yalan vəd verərək vahid niyyətlə əhatə olunmuş qəsdlə 2018-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyası yaxınlığında 10.000 manat, 2018-ci ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən "Qış Parkfnda 5.000 manat olmaqla ümumilikdə 15.000 manat məbləğində xeyli miqdarda pulunu ələ keçirib alaraq verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Məhəmmədi Sevdanın vasitəsi ilə tanmışdır. Sevdanı isə o, 2018-ci ilin yay ayinda yaxın tanışının toyunda tanış olmuş və münasibətləri normal olmuşdur. Sevda ona qeyd etdiyi vaxtda yadında qalmayan mobil telefon nömrəsi ilə zəng vurub bildirmişdir ki, “mən Məhəmməddən müəyyən məbləğdə pul almışam, onu Türkiyədə təhsilini davam etdirməsi məqsədi ilə, gəl səni Məhəmmədlə tanış edim, ona denən ki, sənin məsələni Nadir müəllim mənə tapşırıb, biraz onu yola verim, sonra görüm neynirəm”. O da Sevdanın dedikləri ilə razılaşıb Məhəmmədlə 2018-ci ilin oktyabr ayında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən Bizim marketin qarşısında görüşmüşlər. Həmin görüş zamanı o, Məhəmmədə demişdir ki, “sənin məsələni Nadir müəllim mənə tapşırıb, narahat olma sənə köməklik edəcəm”, Məhəmməd isə ona demişdir ki, “yaxşı razıyam və sizə inanıram”. Bundan sonra Sevda ona demişdir ki, “Könül bir nəfər tanış adam varsa, Məhəmmədə Türkiyədə təhsilini davam etdirməsinə köməklik elə, pulunu nə qədər lazım olsa mən verərəm". O da Sevdanın bu təklifindən sonra Cəvahirə zəng vurub bu barədə ona məlumat vermişdir. Cəvahir də ona demişdir ki, "tanış adam var, bu məsələni həll edər.” O da Sevdaya bu barədə məlumat vermiş, daha sonra o, Cəvahiri götürüb Sevda və Məhəmmədlə Nəsimi rayonu, Qış parkı deyilən yerdə görüşmüşlər. Həmin görüş zamanı Cəvahir Məhəmmədə demişdir ki, "sənin işini mən həllə edəcəm” və o, Məhəmməddən 15.000 manat pul alaraq masını Cəvahir Novruziyə vermişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs vurulmuş ziyanın tamamilə ödənilməsini, sonuncunun ona qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və cinayət işinə xitam verilməsini xahiş etməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında məbləğin tərəfindən dövlət büdcəsinə ödənilməsini nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, CD diskdə olan audio səs yazısı ilə və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Türkiyə Respublikasında təhsil almaq istəmiş və bu barədə söhbət əsnasında ailəvi dostluq etdiyi Şahid1 da bildirmişdir. Bunu eşidən zaman Sevda ona Təhsil Nazirliyində tanış olduğunu və onunla məsləhət edə biləcəyini bildirmişdir. 2018-ci ilin sentyabr ayında onlar Sevda ilə ilk dəfə Sevdanın Təhsil Nazirliyində işləyən tanışı Könül adlı şəxslə görüşmüşlər. O, Könülə nə istədiyini bildirdikdə, sonuncu ona şərtləri izah etmiş və özü ona kömək edəcəyini bildirmişdir. Könül ona izah etmiş ki, o, ilkin olaraq sığorta, viza, yataqxana, illik təhsil haqqı və bilet xərcləri ödənilməli və buna görə də, həmin xərcləri ödəmək üçün ondan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının qarşısında 10.000 manat pul almış, lakin ona heç bir qəbz təqdim etməmişdir. Təxminən bir həftə sonra Könül ona zəng vurmuş və Türkiyədə qiymətlər dəyişdiyi üçün ondan əlavə olaraq 5000 manat pul da istəmişdir. Bunu eşidən zaman qəzəblənmiş və əlavə pulun nə üçün ödəniləcəyini soruşmuşdur. Bu zaman Könül onu Cəvahir adlı qadınla tanış etmiş və ona Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. O, Cəvahirin yanına getdikdə Cəvahir özünə Təhsil Nazirliyinin nümayəndəsi kimi təqdim etmiş və qiymətlərin doğurdan da dəyişdiyini, Könülün ona yalan demədiyini və onun işini o, özü görəcəyini bildirmişdir. Bundan sonra o, Cəvahirə inanıb Könülə Bakı şəhəri Nəsimi rayonu Füzuli küçəsində yerləşən “Qış” Parkfnda əlavə olaraq 5000 manat pul vermişdir. Bundan sonra o, Könülə zəng vurmuş və onun işinin nə yerdə olduğunu soruşduqda o, nədən zəng vurduğunu soruşmuş və onun işini Cəvahir həll edəcəyini bildirmiş, buna görə də, telefon əlaqələrini Cəvahirlə saxlamağı bildirmişdir. Bundan sonra o, Cəvahirlə mütəmadi olaraq əlaqə saxlamış, lakin işində heç bir irəliləyiş olmamış, Cəvahir ona müxtəlif bəhanələr gətirərək onu aldadırmış. Bir müddət sonra Cəvahir ona zəng vurmuş və Könülün ona pul vermədiyini bildirmiş və ondan pul istəməyə başlamışdır. O, Cəvahirdən nəyin xərclərini ödəmək üçün pul verməli olduğunu soruşduqda, Cəvahir ona bilet, viza, yataqxana pulunun dərhal ödəniləcəyini demiş və bütün sənədlərin hazır olduğunu bildirmişdir. O, Cəvahirə hissə-hissə ümumilikdə 5000 manat pul vermiş, axırıncı dəfə 1500 manat pulu Cəvahirə Bakı şəhəri, Nəsimi rayonu Füzuli küçəsində yerləşən “Qış parkı” ilə üzbəüz 53 saylı binanın qarşısında vermişdir. O, işi ilə əlaqədar heç bir nəticə olmacığına görə BMCMİ-yə ərizə ilə müraciət etmiş və həmin vaxt Cəvahirin bacısı ona ümumilikdə hissə-hissə 5000 manat pul ödəmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hazırda təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiasının olmadığını, sonuncu tərəfindən ona vurulmuş maddi ziyan, yəni 15000 manatın tamamilə ödənildiyini, həmçinin təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2018-ci ilin noyabr ayından tanıyır. Belə ki, 2018-ci ilin noyabr ayında o, atasının "qırx” mərasiminə hazırlaşan ərəfələrdə Könül adlı tanışı ona zəng vuraraq Məhəmməd adlı şəxslə danışmağını və Məhəmməddən onun üçün vaxt istəməyini bildirmişdir. O, Könülü 2018-ci ilin may ayından tanıyır. O, atasının qırx mərasiminə hazırlaşdığı ərəfədə Könül ona baş verənləri dedikdən sonra o, Məhəmməd adlı şəxslə telefon əlaqəsi saxlamış və yaşadığı ünvanda olduğunu bildirmişdir. Könül ona Məhəmməd adlı şəxsin Türkiyədə təhsil alması və uzmanlıq elmi dərəcəsi üçün ona köməklik etdiyini bildirmiş və buna görə də Könülün Məhəmməddən 15.000 manat pul aldığını da çox yaxşı bilirmiş. O, Məhəmmədlə danışdıqdan sonra Məhəmməd bir nəfər Sevda adlı tanışı olan qadınla onların yaşadığı evə gəlmiş və yas məclisində də iştirak etmişdir. Məclisi yola verdikdən sonra o, Məhəmmədin yanında Könülə zəng vurmuş və Məhəmmədin pulunun hansı vaxta qaytaracağını maraqlanmış, Könül isə bildirmişdir ki, ona ümumiyyətlə hər hansı bir məbləğdə pul verməmişdir. Könül telefonda ağlayaraq Məhəmməddən vaxt istəmişdir. O da bundan sonra Məhəmmədin Türkiyədə təhsil alması məsələsi ilə bağlı bir neçə tanışından maraqlandıqda ona bildirmişdilər ki, Könül Məhəmməddən 15.000 manat məbləğində pulu yersiz yerə almış, bunun üçün o qədər pul lazım olmur. Belə ki, Türkiyədə təhsi üçün yer pulu qalmaq pulu kimi xırda məsələlərə görə pullar lazım olur. Bundan sonra o, Məhəmmədə olanları danışmış və bunun üçün ilk olaraq 400 manat pul lazım olacağını qeyd etmiş və daha sonra isə Məhəmmədin pul verməli olacağını elə onun özünə demişdir. Məhəmməd də Könülə verdiyi pulları geri alıb ona ödəyəcəyini bildirmişdir. O, bu minvalla 2019-cu ilin təxminən yanvar ayının əvvəllərində Məhəmməddən ilkin olaraq 400 nanat pul almışdır. Həmin pulu isə bilet pulu adı ilə almış və sonradan, yəni birinci pul aldığı vaxtdan təxminən bir neçə gün sonra qalmaq pulu üçün Məhəmməddən 300 manat və 1000 manat pul istəmişdir. Məhəmməd də tanışı Sevda adlı qadınla birlikdə onunla görüşərək 300 manat və 1000 manat olmaqla 2 dəfəyə ona pul vermişdir. Bundan sonra o, Məhəmməddən yenə də Türkiyədə təhsil alması məsələsinin həlli üçün 600 manat və 200 manat olmaqla tanışı Sevdanın yanında pul almışdır. Daha sonra isə yenidən Məhəmməddən 200 manat pul almışdır. Danışıq belə olmuşdu ki, Könülün Məhəmməddən aldığı 15.000 manatı Məhəmməd geri almalı və ona ödəməli imiş ki, onun Türkiyədə təhsil alması məsələsini həll edə bilsin, lakin sonradan Könül Məhəmməddən aldığı 15.000 manatı geri qaytarmadığı üçün Məhəmməd də ona hər hansı bir formada ödəniş edə bilməmişdir. O, Məhəmməddən onun Türkiyədə təhsil alması məsələsinin həlli üçün hissə-hissə olmaqla ümumilikdə 5000 manat pul almış və polisdə olarkən pulu tam olaraq Məhəmmədə qaytarmışdır. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 məhkəməyə teleqram ünvanlayaraq səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, A.Zərərçəkmiş şəxs ailəvi tanışıdır, Türkiyə Respublikasında təhsil almaq istəyirmiş və bu barədə söhbət əsnasında ona bildirmişdir. Bunu eşidərkən o, ona Təhsil Nazirliyində tanışı olduğunu və onunla məsləhət edə biləcəyini bildirmişdir. 2018-ci ilin sentyabr ayında o, bu barədə Könülə dedikdə sonuncu ona demişdir ki, təhsil sahəsində tanışları var və məhəmmədə köməklik edə bilər. O da ona inanıb Könül ilə ilk dəfə Məhəmmədin iştirakı ilə görüşmüşlər. Könül Məhəmmədə izah etmişdir ki, ilkin olaraq sığorta, viza, yataqxana, illik təhsil haqqı və bilet xərcləri ödənilməli və buna görə də, həmin xərcləri ödəmək üçün ümumilikdə 15.000 manat pul lazımdır. Məhəmməd ona inanıb onun iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının qarşısında Könülə 10.000 manat pul vermiş, lakin ona heç bir qəbz təqdim etməmişdir. Təxminən bir həftə sonra Könül Məhəmmədə zəng vurmuş və Türkiyədə qiymətlər dəyişdiyi üçün ondan əlavə olaraq 5000 manat pul da istəmişdir. Bunu eşidən zaman Məhəmməd qəzəblənmiş və əlavə pulun nə üçün ödəniləcəyini soruşmuşdur. Bu zaman X4 adlı qadınla tanış etmiş və ona Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. Məhəmməd Cəvahirin yanına getdikdə Cəvahir özünü ona Təhsil Nazirliyinin nümayəndəsi kimi təqdim etmiş və qiymətlərin doğurdan da dəyişdiyini, Könülün ona yalan demədiyini və onun işini özü görəcəyini bildirmişdir. Bundan sonra Məhəmməd Cəvanirə inanıb Könülə onun iştirakı ilə "Qış Parkı” adlanan yerdə 5000 manat pul vermişdir. Bundan sonra Məhəmməd Könülə zəng vurmuş və onun işinin nə yerdə olduğunu soruşduqda Könül onun işini Cəvahirin həll edəcəyini bildirmiş, buna görə də telefon əlaqələrini Cəvahirlə saxlamağı bildirmişdir. Bundan sonra Məhəmməd Cəvahirlə mütəmadi olaraq əlaqə saxlamış, lakin işində heç bir irəliləyiş olmamış, sonradan Cəvahir də, ona müxtəlif bəhanələr gətirərək onu aldatmış və ondan ümumilikdə 5000 manat pul almışdır. Beləliklə, Məhəmməd ümumilikdə 20.000 manat pul vermiş, həmin puldan 5000 manat pulun Cəvahirə, 15.000 manat pulun isə Könülə vermişdir. Cinayət işinin İ cild 219-221-ci vərəqələrində olan qətimkan tədbiri seçilməsi haqqında 22 fevral 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİ cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli Məhkəmə iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirakını təmin edilməsi məqsədilə barəsində məcburi gətirmə haqqında qərar çıxarılmışdır. Cinayət işinin İİ cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə iclaslarında üzürlü səbəb olmadan iştirak etməməsi səbəbindən axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin İİ cildinə əlavə edilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin 27 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Nəsimi RPİnin MSY-ə təhvil verilmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş Bakı İstintaq Təcridxanasının 30 sentyabr 2021ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2021-ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq 29 sentyabr 2021-ci il tarixdə Təcridxanaya təhvil verilmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnərək məhkəmə iclası 13 oktyabr 2021-ci il tarixə, saat 12-00-a təyin edilmişdir. Cinayət işinin 1-ci cild 252-265-ci vərəqələrində olan 19 aprel 2021-ci il tarixli maddi sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə götürülmüş və cinayət işinə əlavə olunmuş 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır. Cinayət işinin İ cildinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş CD diskdə olan audio səs yazıları dinlənilərkən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə arasında olan mobil telefon danışığı zamanı bildir ki, " Könül xanım mən sizə 10.000 manat vermişəm, 5000 manat vermişəm, təhsillə bağlı vermişəm, mən kiməsə borc verməmişəm, faziə verməmişəm, cehiz əşyalarını alması üçün verməmişəm. Təqsirləndirilən şəxs da bildirir ki, "mən elə çirkin söhbətlər etməmişəm”. Məhəmməd birdaha bildir ki, "Könül xanım biz görüşəcəyik, mən sizə 10.000 bir vemişəm, 5000 min bir vermişəm, mən Şizi hardan tanıyırdım, mən kiməsə borc veməmişəm". Təqsirləndirilən şəxs da etiraf edərək təsdiq etmişdir ki, “bəli mən 10.000 almışam, 5000 almışam”. Məhəmməd sonra bildirir ki, digər məsələləri isə Cəvahir həll edəcək. Təqsirləndirilən şəxs da ona bildirir ki, “sən Cəvahirə 5000 manat pul vermisən, bunu ona niyə demisən? Məhəmməd də ona bildirir ki, “bəli Cəvahirə 5000 manat pul vermişəm, o da sonradan 4000 manatını geri qaytarıb”. İkinci qovluğa baxış zamanı müəyyən edilmişdir ki, Məhəmməd Könülə bildirmişdir ki, “Cəvahir deyir sən ona 15.000 manat pul verməmisən" Könül də bildirir ki, “mən 15.000 manat pulu Cəvahirə vermişəm". Cinayət işinin İİ cildinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun hal-hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, barışmışlar, sonuncu tərəfindən ona vurulmuş maddi ziyan yəni 15.000 manat tamamilə ödənilmişdir. Həmin halları nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Cinayət işinin 1-ci cild 105-107-ci vərələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 29 iyun 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21.08.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək 2700 manat cərimə cəzasına məhkum edilmiş, 2) Nəsimi Rayon Məhkəməsinin 06.12.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 69.3, 66.5, 68.2 və 70-ci maddələri ilə təqsirli bilinərək 2 il 9 ay 5 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tədbiq edilərək 2 il şərti sınaq müddəti və 2700 manat cərimə cəzasına məhkum edilmiş, 3) Ağcabədi Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.4, 69.4-cü maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş, həmin Məhkəmənin 07.08.2019-cu il tarixli Qərarı ilə 21.08.2015-ci il tarixli hökm yeni qanunvericiliyə uyğunlaşdırılaraq, CM-nin 178.2.4-cü maddəsi həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilərək cinayət məsiliyyətindən azad edilmiş, həmin Məhkəmənin 07.08.2019-cu il tarixli Qərarı ilə 06.12.2017-ci il tarixli hökm yeni qanunvericiliyə uyğunlaşdırılaraq, 21.08.2015-ci il tarixli hökmlə cinayət məsiliyyətindən azad edilməsi nəzərə alınmaqla 06.12.2017-ci il tarixli hökmündən CMnin 66.5 və 68.2-ci maddələri xaric edilib, 2 il 9 ay 5 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib, həmin Məcəllənin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə cəzası şərti hesab edilib(müstəqil icra edilməklə), 27.12.2019-cu il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin İ cildinin 221-240-cı vərəqələrində olan hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.12.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 69.3, 66.5, 68.2 və 70-ci maddələri ilə təqsirli bilinərək 2 il 9 ay 5 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tədbiq edilərək 2 il şərti sınaq müddəti və 2700 manat cərimə cəzasına məhkum edilmişdir. 2700 manat cərimə cəzası müstəqil icra olunmuşdur. Cinayət işinin İİ cildinə əlavə edilmiş Kapital Bankın 28 oktyabr 2021-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir (3.750 manat məbləğində pul vəsaiti). Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, CD diskində olan audio səs yazıları və digər iş materialları ilə onun qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilməlidir. Lakin qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar vardır. Belə ki, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən və 28 oktyabr 2021-ci il tarixli qəbzdən görünür ki, sonuncu Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, sonuncu tərəfindən ona vurulmuş maddi ziyan tamamilə ödənilmiş, həmçinin, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş 15000 (on beş min) manat məbləğində ziyanın 25 % (iyirmi beş) faizi miqdarında, yəni 3.750 (üç min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir (Qeyd: 01 may 2020-ci il tarixli Qanunla həmin maddəyə edilmiş dəyişikliklər 2020-ci ilin iyunun 1-dən qüvvəyə minmişdir ). Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübüt yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-343/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-343/2021
28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver