Məhkəmə qərarları › İş №1(006)-344/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-344/2021

15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-344/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərər çəkmiş şəxsin hüquqi varisi X1, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1959-cu il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi səhlənkarlıq, yəni işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi olarkən həmin MMC tərəfindən müvafiq müqavilə əsasında Nəsimi rayonu, Azadlıq prospekti 20-də yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas tədris binasında və onun ətrafında 2020-ci ilin aprel ayından 2021-ci ilin mart ayına olan dövr ərzində təmir-abadlıq işləri aparılan zaman həmin əraziyə kənar şəxslərin daxil olmasının qarşısının alınması və təhlükəsizlik tədbirlərinin təmin edilməsi üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas tədris binası ilə Cəfər Cabbarlının heykəlinin arasındakı «Azərbaycan Dövlət Dəmir yolu vağzalının meydançası» adlanan ərazidə avtomobil yolunun kənarında quraşdırılmış metal lövhələrin təmir işlərinin yekunlaşması ilə əlaqədar sökülməsini təmin etməsi barədə ona 01.03.2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid4 və həmin MMC-nin icraçı direktoru Şahid3 tərəfindən tapşırıqların verilməsinə baxmayaraq, MMC-nin sahə rəisinin vəzifə təlimatının tələblərini pozaraq, rəhbərliyin əmr və tapşırıqlarını vaxtında və dəqiq icra etməyib metal lövhələrin sökülməsini təmin etməyərək səhlənkarlıq etmiş, nəticədə 07 mart 2021-ci il tarixdə, saat 11.50 radələrində 26-29 metr/saniyə sürətlə əsən, güclü fırtına sayılan küləyin şiddəlli təsirindən aşan həmin metal lövhələrdən biri avtomobil yolunun kənarı ilə piyada gedən xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs üzərinə düşərək sonuncu baş beynin toxumasına, qişalarına, mədəciklərinə qansızma, kəllə sümüklərinin sınıqları, sol gicgah əzələsinə və başın sol təpə-ənsə, sol təpə-alın nahiyələrində yumşaq toxumalar altına qansızmalar, başın sol təpə-ənsə nahiyəsinin əzilmiş cırılmış yarası; sağdan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların sınıqları və qabırğaarası əzələlərə qansızmalar; hər iki ağ ciyərin və qaraciyərin çoxlu qanitirmə ilə müşaiyət olunan cırılmış yaraları; başın sol gicğah-alın, sağ diz oynağı nahiyəsinin sıyrıqları; döş qəfəsinin sağ yarısının qançır-sıyrığı kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alaraq, baş-beyin toxumasına, qişalarına, mədəciklərinə qansızma, kəllə sümüklərinin sınıqları, hər iki ağ ciyərin və qaraciyərin cırılması, qabırğaların çoxsaylı sınıqları nəticəsində baş verən travmatik və hemorragik şokdan hadisə yerində ölmüş, bununla da o, səhlənkarlıq nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06.04.2020-ci il tarixdən "xxxx"xxxx"xxxx" MMC tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda görülən bütün işlərə nəzarət etmək, rəhbərliyin verdiyi tapşırıqları vaxtında icra etməkdən ibarətdir. "xxxx" MMC-nin direktoru Şahid4, icraçı direktoru Şahid3dir. Hər gün səhər tərəfindən bütün işçilərə təhlükəsizlik qaydarı izah edilir, bütün təhlükəsizlik sənədlərinə imza edirlər. 01.05.2019-cu il tarixdə "xxxx"xxxx"xxxx"xxxx"xxxx" MMC "xxxx" MMC-nin tapşırığına əsasən Bakı şəhərinin mərkəzində yenidənqurma, bərpa və abadlıq işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. "xxxx" MMC "xxxx" MMC-nin tapşırığına əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda təmir işləri aparmış, təmir işləri 08.04.2020-ci il tarixdə başlanmışdır. Təmir işləri başlayanda MMCnin rəhbərliyinin tapşırığına əsasən Universitetin əsas korpusunun ətrafında təhlükəsizlik məqsədi ilə metal lövhələrdən ibarət hasar çəkilmişdir. "xxxx" MMC-nin işçiləri tərəfindən Universitetin həyətinə tamet plitələr vurulmuş, binanın əhatəsində park salınmış və sair işlər görülmüşdür. 01.03.2021-ci il tarixdə bütün tikinti təmir işləri tamamlanmışdır. 07.03.2021-ci il tarixdə, saat 09.00-da güclü külək əsdiyi üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunun yanına gəlib ətrafda quraşdırılmış dəmir lövhələrə baxış keçirmiş, bəzilərini külək silkələdiyi üçün məftillə lövhələri bir-birinə bərkitmişdir. Bundan sonra Universitetin həyətinə getmiş, saat 12 radələrində səs-küy gəldiyi üçün “28 Mall” ticarət mərkəzinin qarşısına çıxdıqda ADNSU-nin əsas korpusu ilə Cəfər Cabbarlının heykəlinin arasındakı avtomobil yolunun ortasına camaatın yığıldığını görmüşdür. Orada olan şəxslərdən eşitmişdir ki, Universitetin inzibati binasının ətrafında quraşdırılmış metal lövhələrdən biri güclü küləyin təsirindən yerindən qoparaq piyada gedən qadının üzərinə düşmüş və həmin qadın algığı xəsarətlərdən ölmüşdür. Həmin qadının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Həmçinin bildirmişdir ki, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə "xxxx" MMC-nin işçilərinə, texniki təhlükəsizlik qaydaları üzrə təlimlər onun tərəfindən verilir. Çünki təlimata uyğun olaraq təhlükəsizlik qaydalarına əməl olunmasına dair ilkin və vaxtaşırı təlimatların aparılması əmrlə ona həvalə edilmiş, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda "xxxx" MMC tərəfindən aparılan təmir işləri zamanı təhlükəsizliyə nəzarət edən şəxs də məhz odur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda inzibati binanın ətrafında quraşdırılmış metal lövhələrdən ibarət hasarlama "xxxx" MMC-nin briqadiri Şahid6 və fəhlə Fərid Orucov tərəfindən onun göstərişi ilə aparılmışdır. Onun tapşırığına əsasən Firudin və Fərid tərəfindən əvvəlcə yerə dəmir profillərdən hazırlanmış dirəklər bərkidilmiş, bundan sonra 3 metrdən bir araları dəmirdən yığılmış çərçivə, üzərinə isə bannu materialı bərkidilmişdir. Dəmir lövhələrin aşağısındakı künclüklər asfaltın üzərinə qoyulmuş, həmin künclüklər asfalta 50 sm dərinliyində armaturla qaynaq olunmuşdur. Çərçivələr armatur və məftillərlə çəpərlərin arxa tərəfində olan metal hasara və yerə basdırılmış armatura bərkidilmişdir. Həmin metal lövhələr arasında dəmir profillər olmuş, metal lövhələrin isə hər iki tərəfində həmin halqalara keçən təxminən 10 mm-lik armaturları olmuş, onlar da bir birinə qaynaq olunmuşdur. Metal lövhələr 3x2 metr ölçüdə olmuş həmin metal lövhəni onun tapşırığı ilə Firudin özü hazırlamışdır. Ölçüləri və hasarın hansı formada quraşdırılmasına işçilərə o, tapşırıq vermişdir. Metal lövhələr yerə yalnız armaturlar vasitəsi ilə bərkidilmiş, güclü küləyin təsrindən həmin armaturlar qırılıb metal lövhə yerindən çıxarmışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda inzibati binanın ətrafında quraşdırılmış metal lövhə 07.03.2021-ci il tarixdə həddindən artıq güclü külək əsməsi nəticəsində qopmuşdur. Ərazidəki təmir tikinti işləri yekunlaşanda, yəni 01.03.2021-ci il tarixdə "xxxx" MMC-nin direktoru Şahid4 və icraçı direktoru Şahid3 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda inzibati binanın ətrafında quraşdırılmış metal lövhələrin oradan götürülməsini ona tapşırmış, o, hər-hansı bir hadisənin baş verməsini güman etmədiyindən hasarın sökülməsini bir qədər ləngidib həmin vaxt həyata keçirməmiş, 09.03.2021-ci il tarixdə həmin dəmir hasarı sökdürməyi planlaşdırmışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda "xxxx" MMC tərəfindən aparılan təmir işləri zamanı təhlükəsizliyə nəzarət etmək üçün sifarişçi "xxxx" MMC-nin hər-hansı nümayəndəsi ayrılmamışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda inzibati binanın ətrafında quraşdırılmış metal lövhələrə, onların saz vəziyyətdə olmasını, düzgün bərkidilib-bərkidilməməsini yoxlamaq sahə rəisi kimi onun birbaşa vəzifəsi olmuşdur. Təqsirləndirilən şəxs təqsiri özünün etirafı ilə yanaşı, zərərşəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərər şəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Şəfəq xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, 2011-ci ildə Zair Nemətovla ailə həyatı qurmuş, 2012-ci ildə onların İbrahim Nemətov adlı oğlan övladları dünyaya gəlmişdir. 2015-ci ildən Şəfəq oğlu ilə birlikdə onun evində yaşamışdır. Ailə üzvlərinin hər biri ilə Şəfəqin münasibəti yaxşı olmuş, aralarında narazılıq, inciklik olmamışdır. 07.03.2021-ci il tarixdə, saat 12 radələrində oğlu ona zəng edərək qızı Zərərçəkmiş şəxs Nəsimi rayonu, Azadlıq prospekti 20 ünvanında yerləşən ADNSU-nun əsas korpusunda inzibati binanın ətrafında quraşdırılmış metal lövhələrin yanı ilə piyada gedərkən metal lövhənin birinin qoparaq onun üzərinə düşməsi və ölməsini bildirmişdir. Həmin günü Şəfəqin meyitini Nardaran kənd qəbirstanlığında dəfn etmişlər. Hazırda təqsirləndirilən şəxsə qarşı şikəyəti və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 07.03.2021-ci il tarixdə, saat 11.50 radələrində özünə məxsus 99UZ622 dövlət nömrə nişanlı “Renault Megane” minik markalı avtomobillə ünvan 3 ünvanında Cəfər Cabbarlının heykəli ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunun arasında olan avtomobil yolu ilə X13 tərəfə, təxminən 20 km/saat sürətlə hərəkətdə olarkən Universitetin ətrafına çəkilmiş dəmir lövhələrdən biri qopub bir tərəfi maşınının ön şüşəsinin sağ tərəfinə dəymiş, həmin hissə çatlayıb deşilmiş, o, maşını yolun kənarına verib saxlamış, geriyə baxanda isə görmüşdür ki, təxminən 15-20 metr aralıda yolun ortasında çoxlu sayda adamlar toplaşmışlar. Həmin yerə yaxınlaşanda tanımadığı qadının arxası üstə uzandığını görmüşdür. Ətrafdakı şəxslərdən eşitmişdir ki, həmin qadın Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunun ətrafında quraşdırılmış dəmir lövhələrin yanı ilə X12 tərəf piyada gedərkən küləyin təsirindən qopan dəmir lövhələrdən biri üzərinə düşmüş və qadın aldığı xəsarətdən ölmüşdür. Bundan sonra o, DİN 102 xidmətinə zəng edib maşınına ziyan dəyməsi barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 19.08.2019-cu il tarixdən "xxxx"xxxx"xxxx" MMC tərəfindən aparılan tikinti təmir işlərinə nəzarət edir və təchizat işləri ilə məşğul olur. "xxxx" MMC-nin fəaliyyəti hər növ tikinti-təmir işlərininin həyata keçirilməsindən ibarətdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda binaxarici ümumi abadlıq işlərinin aparılmasından ötrü "xxxx"xxxx"xxxx" MMC arasında 01.05.2019-cu il tarixdə müqavilə bağlanmış, müqavilədə "xxxx"xxxx"xxxx" MMC-nin işçiləri tərəfindən 08.04.2020-ci il tarixdə başlanılmışdır. Təmir işləri başlanan zaman onun və direktor Şahid4 göstərişi ilə işçilər tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunun ətrafında dəmir lövhələrdən ibarət hasar quraşdırılmış, həmin metal lövhələr "xxxx"xxxx"xxxx" MMC tərəfindən Universitetin həyətinə tamet piltələr vurulmuş, binanın əhatəsində park salınmışdır. Təxminən 01.03.2021-ci il tarixdə tikinti təmir işləri yekunlaş, yalnız binanın divarına rəngsazlar tərəfindən rəng vurulmuşdur. 08.03.2021 -ci il tarixdə sahə rəisi Təqsirləndirilən şəxs bildirmişdir ki, 07.03.2021-ci il tarixdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda inzibati binanın ətrafında quraşdırılmış metal lövhələrdən biri güclü küləyin təsirindən yerindən qoparaq piyada gedən qadının üzərinə düşmüş və qadın ölmüşdür. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə "xxxx" MMC-nin işçilərinə, yəni Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda işləyən işçilərə texniki təhlükəsizlik qaydaları üzrə təlimlər sahə rəisi Təqsirləndirilən şəxs tərəfindən keçirilmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda "xxxx" MMC tərəfindən aparılan təmir işləri zamanı təhlükəsizliyə nəzarət edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda inzibati binanın ətrafında quraşdırılmış metal lövhələr təmir işləri aparılan zaman kənar şəxslərin iş aparılan əraziyə daxil olmaması məqsədi ilə qurşadırılmışdır. Dəmir lövhələr Tikinti Bərpa MMC-nin sahə rəisi Təqsirləndirilən şəxs birbaşa nəzarəti altında, onun dediyi şəkildə MMC-nin işçiləri Firudin və Fərid tərəfindən quraşdırılmışdır. Firudin və Fərid tərəfindən əvvəlcə yerə dəmir profillərdən hazırlanmış dirəklər bərkidilmiş, bundan sonra 3 metrdən bir, araları dəmirdən yığılmış çərçivə, üzərinə isə bannu materialı bərkidilmişdir. Dəmir lövhələrin aşağısındakı künclüklər asvaltın üzərinə qoyulmuş, həmin künclüklər asvalta 50 sm dərinliyində armaturla qaynaq olunmuşdur. Çərçivələr məftil və armaturla çəpərlərin arxa tərəfində olan metal hasara və yerə basdırılmış armatura bərkidilmişdir. Metal lövhələr arasında dəmir profillər olmuş, metal lövhələrin isə hər iki tərəfində həmin halqalara keçən 10 mm-lik armaturları olmuş, onlar da bir-birinə qaynaq olunmuşdur. Metal lövhələr 3x2 metr ölçüdə olmuş həmin metal lövhəni Cavidin göstərişi ilə Firudin hazırlamışdır. Ölçüləri və hasarın hansı formada quraşdırılmasına işçilərə Təqsirləndirilən şəxs tapşırmışdır. Metal lövhələr yerə yalnız armaturlar vasitəsi ilə bərkidilmişdir. Güclü küləyin təsrindən həmin armaturlar qırılıb metal lövhə yerindən çıxmışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda inzibati binanın ətrafında quraşdırılmış metal lövhə 07.03.2021-ci il tarixdə güclü külək əsməsi nəticəsində qopmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda inzibati binanın ətrafında quraşdırılmış metal lövhələrdən ibarət hasar hadisədən 1 həftə əvvəl təmir tikinti işləri yekunlaşan kimi götürülməli idi. O və direktor Şahid4 tikinti işləri yekunlaşan kimi, yəni 01.03.2021-ci il tarixdə sahə rəisi Təqsirləndirilən şəxs həmin dəmir hasarların sökülməsini təmin etməsi barədə tapşırıq vermişlər, lakin Təqsirləndirilən şəxs həmin dəmir hasarların sökülməsini təmin etməmiş, deməsinə görə 09.03.2021-ci il tarixdə sökdürməyi planlaşdırmışdır. Sonradan, metal lövhələrin orada dayanmasına ehtiyac olmadığı üçün direktorun göstərişi ilə 09.03.2021-ci il tarixdə MMCnin işçiləri tərəfindən sökülmüşdür. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda "xxxx" MMC tərəfindən aparılan təmir işləri zamanı təhlükəsizliyə nəzarət etmək üçün sifarişçi "xxxx" MMC-nin hər-hansı nümayəndəsi ayrılmamış, bir ayda 2-3 dəfə "xxxx" MMC-nin nümayəndəsi gəlib görülmüş işlərin həcmini yoxlamışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda inzibati binanın ətrafında quraşdırılmış metal lövhələrə, onların saz vəziyyətdə olmasına, düzgün bərkidilibbərkidilməməsini yoxlamaq sahə rəisi kimi birbaşa olaraq Təqsirləndirilən şəxs vəzifəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəfərov X7 Sahib İsa oğlu ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 06.04.2020-ci il tarixdən "xxxx"xxxx"xxxx" MMC-nin fəaliyyəti hər növ tikinti-təmir işlərininin həyata keçirilməsindən ibarətdir. Vəzifə təlimatına əsasən vəzifəsi "xxxx" MMC tərəfindən aparılan tikinti təmir işlərində fəhlələrin üzərində dayanıb gördükləri işlərə nəzarət etməkdən ibarətdir. Hərdən özü də onlarla birlikdə işləyir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda ümumi abadlıq işləri aparılmasından ötrü "xxxx"xxxx"xxxx" MMC arasında 01.05.2019-cu il tarixdə podrat müqaviləsi bağlanmış, müqavilədə "xxxx"xxxx"xxxx" MMC-nin işçiləri tərəfindən 2020-ci ilin aprel ayının 8-də başlanmış, həmin vaxt Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunun ətrafında sahə rəisi Təqsirləndirilən şəxs tapşırığına əsasən o və MMC-nin işçisi Fərid Orucov tərəfindən təhlükəsizlik məqsədi ilə dəmir lövhələrdən ibarət hasar quraşdırılmışdır. O, həmçinin "xxxx" MMC-nin işçiləri tərəfindən Universitetin həyətinə beton tökülməsinə nəzarət etmişdir. Təxminən 01.03.2021-ci il tarixdə oradakı tikinti təmir işləri yekunlaşmış, binanın divarına rəngsazlar tərəfindən rəng vurulmuşdur. 09.03.2021-ci il tarixdə MMC-nin işçilərindən eşitmişdir ki, 07.03.2021-ci il tarixdə Nəsimi rayonu, Azadlıq prospekti 20-də yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda inzibati binanın ətrafında quraşdırılmış metal lövhələrdən biri güclü küləyin təsirindən armaturla bərkidildiyi yerdən qoparaq piyada gedən qadının üzərinə düşmüş və həmin qadın ölmüşdür. Proses iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, "xxxx" MMC vergi ödəyicisi kimi Vergi orqanlarında qeydiyyatdadır. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə "xxxx" MMC-nin işçilərinə, yəni Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda işləyən işçilərə texniki təhlükəsizlik qaydaları üzrə təlimlər sahə rəisi Təqsirləndirilən şəxs tərəfindən verilmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda "xxxx" MMC tərəfindən aparılan təmir işləri zamanı təhlükəsizliyə nəzarət edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda inzibati binanın ətrafında quraşdırılmış metal lövhələrdən ibarət hasar təmir işləri aparılan zaman kənar şəxslərin iş aparılan əraziyə daxil olmaması məqsədi ilə quraşdırılmışdır. Sahə rəisi Təqsirləndirilən şəxs göstərişi ilə o və Fərid tərəfindən əvvəlcə yerə dəmir profillərdən hazırlanmış dirəklər bərkidilmiş, bundan sonra 3 metrdən bir araları dəmirdən yığılmış çərçivə, üzərinə isə bannu materialı bərkidilmişdir. Dəmir lövhələrin aşağısındakı künclüklər asfaltın üzərinə qoyulmuşdur, həmin künclüklər asvalta 50 sm dərinliyində armaturla tərəfimdən qaynaq olunmuşdur. Çərçivələr armatur və məftillərlə çəpərlərin arxa tərəfində olan metal hasara və yerə basdırılmış armatura bərkidilmişdir. Həmin metal lövhələr arasında dəmir profillər olmuş, metal lövhələrin isə hər iki tərəfində həmin halqalara keçən təxminən 10 mm-lik armaturları olmuş, onlar da bir birinə qaynaq olunmuşdur. Metal lövhələr 3x2 metr ölçüdə olmuş həmin metal lövhəni Təqsirləndirilən şəxs dediyi qaydada o, hazırlamışdır. Metal lövhənin ölçülərini və hasarın hansı formada quraşdırılmasına sahə rəisi Təqsirləndirilən şəxs tapşırmışdır. Metal lövhələr yerə yalnız armaturlar vasitəsi ilə bərkidilmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda inzibati binanın ətrafında quraşdırılmış metal lövhələrdən ibarət hasar hadisədən 1 həftə əvvəl təmir tikinti işləri yekunlaşan kimi götürülməli idi. Sahə rəisi Təqsirləndirilən şəxs deməsinə görə tikinti təmir işləri qurtardıqdan sonra MMC-nin rəhbərliyi tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda inzibati binanın ətrafında quraşdırılmış metal lövhələrin sökülməsi Təqsirləndirilən şəxs tapşırılmış, lakin o, hər-hansı bədbəxt hadisənin baş verməsini güman etmədiyi üçün dəmir hasarın sökülməsini ləngitmişdir. Təqsirləndirilən şəxs hasarın sökülməsi barədə onlara heç bir göstəriş verməmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda inzibati binanın ətrafında quraşdırılmış metal lövhələr MMC-nin rəhbərliyinin tapşırığı əsasında Təqsirləndirilən şəxs göstərişi, həmçinin özünün iştirakı ilə sökülməli idi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda "xxxx" MMC tərəfindən aparılan təmir işləri zamanı təhlükəsizliyə nəzarət etmək üçün sifarişçi "xxxx" MMC-nin hər-hansı nümayəndəsi ayrılmamış, bir ayda 2-3 dəfə "xxxx" MMC-nin nümayəndəsi gəlib görülmüş işlərin həcmini yoxlamışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda inzibati binanın ətrafında quraşdırılmış metal lövhələrə, onların saz vəziyyətdə olmasına, düzgün bərkidilib-bərkidilməməsini yoxlamaq sahə rəisinin vəzifəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Firudin Tofiq oğlunun ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Seyfəddin oğlu ifadəsində göstərmişdir ki, 26.07.2020-ci il tarixdən "xxxx" MMC-də briqadir vəzifəsində işləyir. Tikinti Bərpa Firması» MMC-nin fəaliyyəti hər növ tikinti-təmir işlərininin həyata keçirilməsindən ibarətdir. Vəzifə təlimatına əsasən onun vəzifəsi "xxxx" MMC tərəfindən aparılan tikinti təmir işlərində fəhlələrin üzərində dayanıb, gördükləri işlərə nəzarət etməkdən ibarətdir. «Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda binaxarici ümumi abadlıq işləri aparılması məqsədi ilə "xxxx"xxxx"xxxx" MMC arasında 01.05.2019-cu il tarixdə podrat müqaviləsi bağlanmış, müqavilədə "xxxx"xxxx"xxxx" MMC-nin işçiləri tərəfindən 2020-ci ilin aprel ayında başlanmış, həmin vaxt Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunun ətrafında dəmir lövhələrdən ibarət hasar quraşdırılmışdır. O, işə başlayanda artıq həmin dəmir lövhələrdən ibarət hasar orada olmuşdur. Həmin metal lövhələrdən ibarət hasar "xxxx" MMC-nin işçiləri tərəfindən təhlükəsizlik məqsədi ilə quraşdırılmışdır. Tikinti-təmir işləri təxminən 01.03.2021-ci il tarixdə yekunlaşmışdır. 08.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs eşitmişdir ki, 07.03.2021-ci il tarixdə Nəsimi rayonu, Azadlıq prospekti 20-də yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda inzibati binanın ətrafında quraşdırılmış metal lövhələrdən biri güclü küləyin təsirindən armaturla bərkidildiyi yerdən qoparaq piyada gedən qadının üzərinə düşmüş və həmin qadın ölmüşdür. Proses iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə "xxxx" MMC-nin işçilərinə, yəni Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda işləyən işçilərə texniki təhlükəsizlik qaydaları üzrə təlimlər sahə rəisi Təqsirləndirilən şəxs tərəfindən keçirilmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda "xxxx" MMC tərəfindən aparılan təmir işləri zamanı təhlükəsizliyə nəzarət edən şəxs də məhz Təqsirləndirilən şəxs olmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda inzibati binanın ətrafında quraşdırılmış metal lövhələrdən ibarət hasar hadisədən 1 həftə əvvəl təmir- tikinti işləri yekunlaşan kimi götürülməli olsa da, həmçinin metal lövhələrin sökülməsi Təqsirləndirilən şəxs tapşırılsa da, sonuncu hər-hansı bir bədbəxt hadisənin baş verməsini ehtimal etmədiyi üçün dəmir hasarın sökülməsini ləngitmiş, 09.03.2021-ci il tarixdə sökməyi planlaşdırmışdır. Təqsirləndirilən şəxs hasarın sökülməsi barədə onlara heç bir göstəriş verməmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda "xxxx" MMC tərəfindən aparılan təmir işləri zamanı təhlükəsizliyə nəzarət etmək üçün sifarişçi "xxxx" MMC-nin hər-hansı nümayəndəsi ayrılmamış, ayda 2-3 dəfə "xxxx" MMC-nin nümayəndəsi gəlib görülmüş işlərin həcmini yoxlamışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda inzibati binanın ətrafında quraşdırılmış metal lövhələrə, onların saz vəziyyətdə olmasını, düzgün bərkidilib-bərkidilməməsini yoxlamaq sahə rəisi kimi Təqsirləndirilən şəxs vəzifəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Şahid7 Seyfəddin oğlunun ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarının 4-11-ci vərəqlərində olan “Baxış keçirilməsi haqqında" 07.03.2021-ci il tarixli protokola əsasən hadisə yeri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunun qarşısıdır. Yolun sağ tərəfi dəmir lövhələrlə düzülmüş,dəmir lövhələrin üzəri ağ rəngli qalın kağızdan örtülü olmuşdur. Yol boyu düzülmüş lövhələrdən birinin kağızı yerə düşmüş, birinin də sadəcə dəmirin çərçivəsi yerində qalmışdır. Yolun kənarında düzülmüş lövhələrdən yol tərəfə 1,5-2 metr məsafədə qadın cinsli meyit və onun yanında yuxarıda qeyd olunan dəmir lövhələrdən biri olmuşdur. Hadisənin şahidi Şahid2 həmin gün güclü külək olmasını, küləyin təsirindən qopan “28 Mall” ticarət mərkəzindən X13 tərəfə ADNSU-nin baş korpusunda həyata keçirilən təmir işləri ilə əlaqədar binanın ətrafına quraşdırılmış dəmir lövhələrdən birinin lövhələrin yanı ilə gələn qadının sifətinə dəyməsini, sonuncunun arxası üstə yerə yıxılmasını, qadın başını qaldırmaq istəyən zaman küləyin həmin lövhəni çevirməsini və sonuncunun başına dəyməsini bildirmişdir. Həmin dəmir lövhə düzbucaqlı formada olmaqla, eni 204 sm, uzunluğu isə 310 sm olması müəyyən edilmişdir. Həmçinin çərçivəsi dəmir profildən, çərçivənin içərisi isə dalğavari təbəqədən ibarət olmuşdur. Yolun kənarına düşmüş dəmir lövhənin yanında olan qadın meyitinin Zərərçəkmiş şəxs olması müəyyən edilmişdir. Cinayət işinin materiallarının 24-30-cu vərəqlərində olan, “Baxış keçirilməsi haqqında” 10.03.2021-ci il tarixli protokola əsasən hadisə yeri Nəsimi rayonu, Azadlıq prospekti 20-də yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas tədris binasının Cəfər Cabbarlının heykəli ilə üzbəüz giriş hissəsinin qarşısıdır. Binanın fasadında təmir işləri demək olar ki, tamamlanmış haldadır. Binanın divarından 8.4 metr məsafədə hündürlüyü 98 sm olan metal profillərlə hasara alınmışdır. Baxışda iştirak edən Şahid2 bildirdi ki, hasardan 2 metr məsafədə yəni, piyada səkisinin yola tərəf hissəsindən mühafizə çəpəri çəkilmişdir. Həmin mühafizə çəpəri düzbucaqlı metal profillərin üzərinə vurulmuş dalğavari təbəqə dəmirlərdən ibarət olmuş, hadisə həmin metal profillərinlövhənin küləyin təsirindən aşması nəticəsində zərər çəkmiş qadının üzərinə düşməsi nəticəsində baş vermişdir. Baxış zamanı mühafizə çəpərinin tamamilə hadisə yerindən söküldüyü müəyyən edildi. Şahid2 qeyd olunan düzbucaqlı formasında olan lövhənin olduğu yeri göstərdi. Həmin yerə baxış zamanı müəyyən edildi ki, torpağa basdırılmış iki ədəd 10 mm-lik armatur, torpaqdan 1 sm hündürlükdə qalmışdır. Armaturların kəsildiyi hisssə hamardır. Yəni hər-hansı alətlə (laqonda və s.) kəsilməsi üçün xarakterikdir. Baxış iştirakçıları bildirdilər ki, zərər çəkmiş qadının üzərinə düşmüş metal lövhə DYPNİ-nin inzibati binasına aparılmışdır. Bundan sonra həmin binanın həyətində metal lövhəyə baxış zamanı müəyyən edildi ki, qeyd olunan lövhə düzbucaqlı formasında 3x3 sm ölçülərində profildən ibarət çərçivənin üzərinə yığılmışdır. Çərçivənin mərkəzi hissəsində uzunluğu və eni boyunca çərçivənin dayanıqlığı üçün əlavə olaraq 3x3 sm ölçülərdə profillər qaynaq edilmişdir. Qeyd olunan çərçivənin üzərinə uzunluğu 300 sm, eni 122 sm olan dalğavari təbəqə dəmirlər məftil ilə bağlanmışdır. Çərçivənin alt hissəsinə əlavə olaraq 6x6 sm ölçülərində metal profil bağlanmışdır. Həmin profilin üzərində müxtəlif yerlərdən məftillər bağlanmış haldadır. 6x6 sm ölçülərində olan profilin içəri tərəfdən baxdıqda sol tərəfində uzunluğu 50 sm olan dəmir künclük vardır. Cinayət işinin materiallarının 165-170-ci vərəqlərində olan, iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının 07.04.2021-ci il tarixli, 29 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: baş beyinin toxumasına, qişalarına, mədəciklərinə qansızmalar, kəllə sümüklərinin sınıqları, sol gicgah əzələsinə və başın sol təpə-ənsə, sol təpə-alın nahiyələrində yumşaq toxumalar altına qansızmalar, başın sol təpə-ənsə nahiyəsinin əzilmiş cırılmış yarası; sağdan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların sınıqları və qabırğaarası əzələlərə qansızmalar; hər iki ağ ciyərin və qaraciyərin çoxlu qanitirmə ilə müşaiyət olunan cırılmış yaraları; başın sol gicğah-alın, sağ diz oynağı nahiyəsinin sıyrıqları; döş qəfəsinin sağ yarısının qançır-sıyrığı. Qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən Zərərçəkmiş şəxs ölümündən az əvvəl, qərarın təsvir hissəsində göstərilən 07.03.2021-ci il tarixdə əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər, ölümlə bir başa səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beynin toxumasına, qişalarına mədəciklərinə qansızma, kəllə sümüklərinin sınıqları, hər iki ağciyərin və qaraciyərin cırılması, qabırğaların çoxsaylı sınıqları nəticəsində baş verən travmatik və hemorragik şok olmuşdur. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (müayinə 07.03.2021-ci il tarixdə saat 14:00-da başlamışdır) 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarının 191-195-ci vərəqlərində olan, iş üzrə təyin edilmiş məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 09 aprel 2021-ci il tarixli, 10/909 nömrəli rəyində göstərilmişdir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə 07.03.2021ci il tarixdə əsasən küləyin sürəti 26-29 m/san olmuşdur. Bofort şkalasına görə güclü fırtına sayılan bu küləyin təsirindən böyük dağıntıların yarandığını, ağacları kökündən qoparan və güclü fırtına adlanan bu küləyin şiddətli təsiri nəticəsində Azərbaycan Dövlət Neft və Sənaya Universitetinin əsas korpusunda inzibati binanın ətrafında quraşdırılmış metal lövhənin aşması hadisənin səbəbi olmuşdur. "xxxx" MMC-nin sahə rəisi Təqsirləndirilən şəxs təmir işlərinin yekunlaşması ilə əlaqədar rəhbərlik tərəfindən metal lövhələrin sökülməsi barədə tapşırıq verilməsinə baxmayaraq metal lövhələrin vaxtında sökülməsini təmin etmədiyinə görə "xxxx" MMC-nin sahə rəisinin vəzifə təlimatının rəyin tədqiqat hisəsində göstərilmiş tələbləri Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Cinayət işinin materiallarının 159-cu vərəqində olan, Nəsimi rayon İcra Hakimiyyəti MKTB-nin 17 saylı MKİS-dən daxil olmuş 07.04.2021-ci il tarixli, 44 nömrəli məktubuna əsasən Nəsimi rayonu, Azadlıq prospekti 20 ünvanında yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əsas korpusu ilə Cəfər Cabbarlının heykəlinin arasındakı ərazi (avtomobil yolu) Azərbaycan Dövlət Dəmir yolu Vağzalının meydançası adlanır. Müəyyən edilmişdir ki, "xxxx" MMC 03.03.2011- ci il tarixdə VÖEN ********** №-li qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. (i.v 114), bundan başqa Təqsirləndirilən şəxs 06.04.2020-ci il tarixdən "xxxx" MMC-də sahə rəisi vəzifəsinə təyin edilərək onunla əmək müqaviləsi bağlanmışdır. (i.v 41) Cinayət işinin materiallarının 42-47-ci vərəqlərində olan, "xxxx" MMC (sifarişçi) və "xxxx" MMC (podratçı) arasında bağlanmış 01.05.2019-cu il tarixli 012/PM №-li podrat müqaviləsinə əsasən “Podratçı” “Sifarişçi”nin tapşırığına əsasən Bakı şəhərinin mərkəzində yenidənqurma, bərpa və abadlıq işlərinin yerinə yetirilməsini öhdəsinə götürür, “Sifarişçi” isə görülmüş işlər üçün müəyyən olunan məbləği bu müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş qaydada “Podratçı”ya ödəyir. Müqavilənin 3.2.14-cü bəndinə əsasən “Podratçı” öz iş icraçıları tərəfindən, partlayış və yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə qaydaların bütün tələblərinə əməl edilməsinə nəzarət və təmin etməyi öz üzərinə götürmüşdür. Cinayət işinin materiallarının 135-136-cı vərəqlərində olan "xxxx" MMC-də təqsirləndirilən şəxsin tutmuş olduğu sahə rəisi kimi təqsirləndirilən şəxsin vəzifə təlimatına görə “təhlükəsizlik texnikası üzrə nəzarətedici orqanların göstərişlərinin yerinə yetirilməsini təşkil etmək” kimi birbaşa vəzifəsinin olduğu müəyyən edilir. Cinayət işinin materiallarının 156-cı vərəqində olan, Azərbaycan Respublikası DİNnin BƏSİİ tərəfindən 09.04.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarının 153-cü vərəqində olan, 147 saylı MKİS tərəfindən verilmiş 010 nömrəli, 06.04.2021-ci il tarixli xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarının 232-233-cü vərəqlərində olan 03.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti, tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin törətmiş olduğu hərəkətlərin cinayət hadisəsi ilə səbəbli əlaqəsini və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi səhlənkarlıq, yəni işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan hərəkətlər etməsi - hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan hallarla tam sübuta yetirilir, odur ki, o, Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə əsasən, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə Azərbaycan Respublikasının CM-in 314.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın müəyyən müddətə məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan 12.01.1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi tövsiyə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Qeyd olunan maddənin məzmunundan görünür ki, təqsirləndirilən şəxs barəsində əlavə cəzanın təyin edilməsi ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmadığı halda işin faktiki hallarına qiymət verməklə məhkəmənin mülahizəsindən asılıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəliliyini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində əlavə cəzanın tətbiq edilməməsi ilə onun islah olunmasına nail olmaq olar. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan az ağır cinayət) təqsirli bilinib, ona azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasının icrasının əvvəli müvafiq probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 102 (yüz iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-nin NBPİ-nin DYNPİ-də saxlanılan 1 ədəd metal lövhə istifadəyə yararsız olduğundan məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-nin NBPİ-nin DYNPİ-də saxlanılan 1 ədəd metal lövhə istifadəyə yararsız olduğundan məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 102 (yüz iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar