Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-344/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1994-cü il tarixdə Neftçala rayonu, Mirqurbanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Neftçala rayonu, Mirqurbanlı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs 28 mart 2023-cü tarixdə saat 21 radələrində işlədiyi ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsində olarkən həmin ərazidə rəngsaz işləyən tanışı Şahid ona yaxınlaşaraq müştərisi Zərərçəkmiş şəxs məxsus «X4» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını təqdim edib növbəti günədək təhlükəsiz şəraitdə qalması üçün avtoyuma məntəqəsində saxlaması ilə bağlı xahişini nəzərə alaraq avtomobili orada saxladıqdan sonra 29 mart 2023-cü il tarixdə saat 01:30 radələrində həmin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmək məqsədilə avtoyuma məntəqəsinə qayıdıb özündə olan açar vasitəsilə «X4» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətə gətirərək idarə etməklə qaçırmışdır. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 25 mart 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Gündüz adlı şəxsin icarəyə götürdüyü avtomobil yuma məntəqəsində yuyucu kimi işə başlamışdır. İşlədiyi avtomobil yuma məntəqəsinin yanında Şahid işlədiyi avtomobillərin rənglənmə sexi yerləşir. 28 mart 2023-cü il tarixdə təxminən saat 20 radələrində Şahid onun işlədiyi avtomobili yuma məntəqəsinə gəlmiş, tünd göy rəngli «X4», markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili ona göstərib və açarlarını verərək xahiş etmişdir ki, işini bitirib evə gedəndə həmin avtomobili məntəqənin içərisinə salsın, gecəni orada təhlükəsiz şəraitdə qalsın, səhəri günü işə gələndə oradan çıxarıb kənarda saxlayar. O, saat 21 radələrinə kimi işdə olmuş, daha sonra evə gedərkən «X4» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək avtomobil iş yerinə salmış, məntəqənin qapılarını bağlamışdır. Abşeron rayonu, Xırdalan şəhərinə gələndən sonra kafelərin birində təxminən 8-9 bakal pivə içib sərxoş olduqdan sonra qərara gəlmişdir ki, iş yerində saxlanılan «X4» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb şəhərdə sürərək bir qədər gəzsin. Bu məqsədlə o, 29 mart 2023-cü il tarixə keçən gecə təxminən saat 01:00 radələrində taksiyə əyləşib Xırdalan şəhərindən ünvan 1 ünvanında yerləşən iş yerinə gəlmişdir. Özündə olan açarla avtomobil yuma məntəqəsinin qapısını açmış, daha sonra isə Ruslanın ona verdiyi açarla «X4» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili işə salıb məntəqədən çıxararaq idarə etməyə başlamışdır. Təxminən yarım saat şəhərdə gəzdikdən sonra, 29 mart 2023-cü il tarixdə gecə saat 02:00 radələrində «X4» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili «20 Yanvar» metrostansiyasından Xırdalan şəhəri istiqamətində idarə edərkən «Ekologiya postu» deyilən yerə çatmağa bir az qalmış idarəetməni itirərək avtomobili yolun kənar tərəfində olan divara vurmuşdur. Avtomobil dayandaıqan sonra «X4» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobildən yerə düşüb oradan uzaqlaşmışdır. Səhəri günü onu Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə dəvət etmişlər və orada məlum olmuşdur ki, «X4» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil X3ninin cərimə meydançasına gətirilmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini və peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, «X4» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat şəhadətnaməsinə əsasən qohumu X1 adına olsa da avtomobili sonuncudan almış və avtomobil faktiki olaraq ona məxsusdur. Həmin avtomobili etibarnaməyə əsasən idarə edir. 28 mart 2023-cü il tarixdə səhər saat 09:30 radələrində «X4» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında yerləşən avtomobil təmir sexində rəngsaz işləyən Ruslan adlı ustaya vermişdir ki, avtomobildə kosmetik işlər görsün. Ruslan ona söz vermişdir ki, bir neçə gün ərzində avtomobildə işlərini görüb başa çatdıracaqdır. 29 mart 2023-cü il tarixdə, səhər saat 10:00 radələrində Ruslan ona zəng edib demişdir ki, 28 mart 2023-cü il tarixdə gecə işdən evə gedərkən «X4» markalı, **- XS-*** dövlət qeydiyyat nişanlı avtomobili öz iş yerinin yanında avtomobil yuma məntəqəsində işləyən Təqsirləndirilən şəxs işdən gedərkən yuma məntəqəsinə salması üçün vermiş, avtomobilin açarı Vüsalda qalmış və sonuncu gecə avtomobili qaçırmışdır. Bundan sonra o, Ruslanın iş yerinə gələrək onunla bir qədər söhbət etmiş, «X4» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtoyuma məntəqəsinə işləyən Təqsirləndirilən şəxs tərəfindən qaçırıldığını tam yəqin etdikdən sonra 19-cu polis şöbəsinə gələrək ərizə yazmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs «X4» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili iş yerindən götürərkən sərxoş olmuş, Bakı-Sumqayıt yolunda «Ekologiya postu» kimi tanınan X3 postuna çatmamış, avtomobili yolun kənar tərəfində olan tikiliyə vuraraq yol-nəqliyyat hadisəsi törətmiş və avtomobili orada atıb qaçıb getmişdir. Bugünədək təqsirləndirilən şəxs ona dəymiş ziyandan heç nə ödəməmiş və onunla barışığa cəhd etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən avtomobillərin rənglənməsi sexini icarəyə götürməklə orada rəngsaz işləyir. Onun iş yerinin yanında yerləşən avtomobil yuma məntəqəsində 2023-cü ilin mart ayının 20-dən Təqsirləndirilən şəxs yuyucu kimi işə düzəlmişdir. 28 mart 2023-cü il tarixdə səhər saatlarında tanışı Zərərçəkmiş şəxs özünə məxsus olan «X4» markalı, **- XS-*** dövlət qeydiyyat nişanlı avtomobili onun işlədiyi sexə gətirərək xahiş etmişdir ki, avtomobilin üzərində kosmetik rəngsaz işləri görsün. O, rəngsaz işini 4 gün müddətində görərək başa çatdıracağını Seymura bildirmiş və avtomobili açarı ilə birlikdə ondan təhvil almışdır. O, gün ərzində həmin avtomobilin üzərində müəyyən işləri görmüşdür. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs avtomobil yuma məntəqəsinin qapısını bağlamaq istədiyini görüb «X4» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını Vüsala verərək ondan xahiş etmişdir ki, həmin avtomobili yuma məntəqəsinin içərisinə salsın, səhər işə gələndən sonra oradan çıxarar. Vüsal da onun xahişini yerinə yetirərək, avtomobili məntəqəyə salmış, qapını bağlamışdır. 29 mart 2023-cü il tarixdə səhər saat 10 radələrində iş yerinə gələndə Vüsalın işlədiyi avtomobil yuma məntəqəsinin qapısının açıq olmasını və «X4» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlıqda olmamasını görüb yuma məntəqəsinə gələrək bunu Təqsirləndirilən şəxs soruşmaq istəmişdir. Həmin yuma məntəqəsinin icarədarı Gündüz adlı şəxs bildirmişdir ki, Vüsal bu gün işə gəlməmişdir. Vüsalın mobil telefonuna zəng etmiş, lakin zəng çatmamışdır. «X4» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Təqsirləndirilən şəxs orada olmamasından başa düşmüşdür ki, gecə Vüsal avtomobili qaçırıb nə isə bir hadisə edib ki, bu gün işə gəlməmişdir. Dərhal həmin avtomobilin sahibi Zərərçəkmiş şəxsla telefonla danışıb məlumat vermiş, Seymur isə öz növbəsində 19-cu polis şöbəsinə şikayət etmişdir. Bir qədər sonra məlum olmuşdur ki, gecə Təqsirləndirilən şəxs «X4» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə qaçıraraq Bakı-Sumqayıt avtomobil yolunda həmin avtomobili maneəyə vurmaqla hadisə törətmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.44); - “Qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.80-81); - “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilmişdir (i.v.44); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v.125-126); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.127-128); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, «X4» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 ünvanında yerləşən avtomobil yuma məntəqəsindən qaçırılmışdır (i.v.14-17); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2643 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Farsaj Avtoservis” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla «X4» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3655,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.117-121); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, «X4» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır (i.v.130-133); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-cü maddəsi ilə təqsirli bilinərək 05 il 11 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilmiş və ona təyin edilmiş 05 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası 03 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (i.v.91-82); - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-28/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 326.2-ci maddəsi ilə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır (i.v.94-101); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin və şahidin ifadəsi, həmçinin iş materialları ilə onun avtomobil nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini səmimi etiraf etməsini və peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının CM-nin 83.3.4-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Beləliklə, hazırki halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmamışdır. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini və peşman olmasını, eyni zamanda məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlanıldığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlanıldığı müddət, yəni 03 (üç) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış “X4” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək tutulduğu 1(bir) gün, cəmi 3 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “X4” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-344/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-344/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver