Məhkəmə qərarları › İş №1(006)-345/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-345/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-345/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X4 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Saatlı rayonu, Sarıcalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, himayəsində iki azyaşlı uşağı olan, Sabirabad rayonu, Sabirabad şəhəri, M.ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsində yerləşən “New Baku” otelinin 304 saylı otağında olarkən gizli talama yolu ilə Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs məxsus olan 500 ABŞ dolları pul vəsaitini oğurlayaraq Azərbaycan Respublikası Milli Bankının xx.xx.2020-ci il tarixinə olan dolların alış qiymətinə əsasən (1 ABŞ dolları 1 manat 70 qəpik) 850 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,o, xx.xx.2020-ci il tarixdə, saat 15:00 radələrində “28 Mall” TM-nin qarşısında bacısı Aynur Mehtiyeva ilə birlikdə olarkən bir nəfər Türkiyə Respublikasının vətəndaşı onlara yaxınlaşaraq onunla tanış olmaq istədiyini bildirdikdə o, həmin şəxslə tanış olaraq yaxınlıqda yerləşən “Böyük Fırat” restoranına gedərək orada əyləşmiş, restorana gedərkən sonuncu ilə birlikdə bacısı və iki azyaşlı övladı olmuş, onlar restoranda əyləşdikdən sonra söhbət edən zamanı sonuncu həmin şəxsə adının Leyla olmasını bildirmiş, həmin şəxsdə ona adının Murat olmasını demişdir. Söhbət əsnasında Murat ona orada hansı səbəbdən gəzdiyini və nə axtardığını soruşdurduqda geyim almaq istədiyini bildirmişdir. Bu vaxt Murat sonuncuya alacağı geyim əşyalarının qiymətinin nə qədər olmasını soruşduqda sonuncu ona cavab olaraq 34 manat olmasını bildirmiş və Murat cibində olan pul vəsaitlərini çıxararaq sonuncuya geyim alması üçün 40 manat pul vəsaiti vermişdir.Bundan sonra, Murat onun yanında olan 2 azyaşlı uşaqlarının hər birinə xərclik olaraq 5 manat verdikdən sonra restoranında hesabını ödəyərək restorandan çıxmış, həmin zaman Murat ondan mobil nömrəsni istədikdə o, Murata mobil nömrəsini verərək oradan ayrılmışdır. Həmin gün saat 20:00 radələrində Murat ona məxsus olan ***- ***-**-** saylı mobil nömrəsinə zəng edərək onunla görüşmək istədiyini və otelə getmələrini təklif etdikdə o, Muratla razılaşaraq ona Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən “Xan Qızı”adlı restoranın qarşısına gələrək onu oradan götürməsini bildirmiş, bir qədər sonra Murat taksi ilə onun bildirdiyi ünvana gedib onu oradan götürdükdən sonra onlar birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsində yerləşən “New Baku” otelinə gələrək 304 saylı otağa qalxmışdır. Otaqda olan zaman Murat sonuncuya içki içməyi və yemək yeməyi təklif etmiş, bu vaxt sonuncu onun təklifi ilə razılaşaraq içki olaraq çaxır içəcəyini bildirmiş, Murat otağa yemək və 1 ədəd 0.5 litrlik çaxır sifariş etmişdir. Onların sifarişləri gəldikdən sonra bir qədər yeyib içmişlər və o, 2 dəfə Murat adlı şəxslə cinsi əlaqədə olduqdan sonra o, hamam otağına keçmişdir. Daha sonra o, Murat hamam otağında olan zaman onun paltarlarının otaqda olmasını müşahidə etmiş, anidən onun ciblərini axtarmaq barədə fikrə gəlmiş və dərhal ilkin olaraq onun şalvarının ciblərinə baxdıqda ciblərinin boş olmasını aşkar etmişdir. Bundan sonra o, Murata məxsus olan ayaqqabının çarpayının yanında olmasını və içində corab olmasını görərək şübhələnib ayaqqabının içərisinə baxmış, həmin zaman ayaqqabının içərisində 4.400 ABŞ dollarının olmasını görmüş və şübhə yaratmamaq üçün oradan 5 ədəd 100 ABŞ dolları əskinası götürmüş, həmin pul vəsaitini götürdükdən sonra onları ovcunda sıxaraq gizlətmiş, bir qədər sonra Murat hamam otağından çıxmış və o, dərhal hamam otağına girmiş, sonuncu hamam otağında olarkən duş kabinin altında yer taparaq 500 ABŞ dolları orada gizlətdikdən sonra hamam otağından çıxdıqda Murat ona 500 ABŞ dolları pul vəsaitinin oğurladığını bildirmişdir. Bu vaxt o,Murata bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Bundan sonra, Murat bir qədər otağı axtarsada pul vəsaitini tapa bilməmiş, ona aşağı otelin məlumat şöbəsinə düşüb video kamera görüntülərinə baxacağını və həmin müddətdə onun otağı axtarmasını, həmin pul vəsaitini tapmasını bildirmişdir. Murat təxminən 15 dəqiqə otelin məlumat şöbəsində olduqdan sonra yenidən otağa qalmış və həmin müddət ərzində sonuncu hamam otağına girərək duş kabinin altında gizlətdiyi 500 ABŞ dolları pul vəsaitini götürərək “büstqalter”inin sağ hissəsinə qoymuşdur. Daha sonra Murat yenidən otağa qayıdan zaman yanında polis əməkdaşları ilə birlikdə qayıtmış, həmin polis əməkdaşları onları PB-nə dəvət etmiş və PB-də olarkən ona ilkin olaraq Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs bildirdiyinə əsasən ondan oğurlanan500 ABŞ dolları onun tərəfindən oğurlandığı təqdirdə könüllü olaraq təhqiqata təqdim etməsi təklif edilmişdir. Bu vaxt o, polis əməkdaşları ilə razılaşaraq törəddiyi oğurluq hadisəsini etiraf edib, oğurladığı 500 ABŞ dolları pul vəsaitini könüllü olaraq təhqiqata təqdim etmək istədiyini demişdir. Daha sonra təhqiqatçı tərəfindən biri qadın olmaqla 2 hal şahidi çağırılaraq könüllü təqdim etmə protokolu tərtib edilmiş və sonuncu tünd yaşıl rəngli “büstqalter”in sağ yan hissəsində bükülü halda gizlətdiyi 5 ədəd CB28769260F, KE95739543A, KB57904518G, HE69265253B və KB86044811K nörrrəli 100 ABŞ dolları pul vəsaitlərini çıxararaq təhqiqata təqdim etmişdir. Daha sonra, özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını, məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, sonununcun ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmamasını, himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınmasını və cəza verildiyi halda hökmün icrasını təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə, 15:00 radələrində “28 Mall” TM-nin qarşısında olarkən 2 qadının ona baxdıqlarını və həmin qadınların yanında 2 azyaşlı uşaq olduğunu görmüş, həmin qadınlarla bir qədər baxışdıqdan sonra onlara yaxınlıqda yerləşən “Böyük Fırat” restoranına gəlmələrini əli ilə işarə etmiş və həmin qadınlar yanlarında olan azyaşlı uşaqlarla birlikdə restoranın çatdıqda, orada onlarla tanış olaraq restorana daxil olmuşdur. Restoranda olarkən həmin qadınlardan biri sonuncuya adının Leyla olmasını, digəri isə adını ona bildirməsinə baxmayaraqhəmin adı xatırlamadığnı bildirmişdir. O, qadınlarla birlikdə bir qədər restoranda oturaraq yemiş, daha sonra söhbət zamanı Leyla adlı qadın ona açıq mağaza axtardığını, özünə geyim paltarları alacağını bildirdikdə o, Leyladan alacağı geyimin qiymətini soruşmuş, sonuncu alacağı geyimin qiymətinin 34 manat olmasını bildirmişdir. O, dərhal cibində olan pul vəsaitlərini çıxararaq 40 manat pul vəsaitini geyim paltarı alması üçün Leylaya vermiş, sonra o, restoranın hesabını bağlayaraq həmin qadınların yanında olan hər iki azyaşlı uşaqa 5 manat xərclik pul vəsaiti verərək restorandan çıxmışdır. Restorandan çıxdıqda o, Leyla adlı qadın öz mobil nömrəsini ona məxsus olan mobil telefona yazaraq ona görüşərik deyib yanında olan qadın və 2 azyaşlı uşaqla birlikdə oradan uzaqlaşmışdır. Bundan sonra, o, öz işlərini həll etmək üçün oradan uzaqlaşmış, işlərini bitirdikdən sonra həmin tarixdə, saat 20:00 radələrində Leylaya məxsus olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək ona görüşmək istədiyini və birgə otelə getmələrini təklif etmiş, bu zaman Leyla dərhal onunla razılaşaraq onu Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən “Xan Qızı” adlı restoranın qarşısından götürməsini bildirmişdir. O, Leyla ilə razılaşaraq dərhal taksi sifariş edib sonuncunun bildirdiyi ünvana gedib onu götürdükdən sonra birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsində yerləşən “New Baku” otelinə gələrək 304 saylı otağa qalxmışdır. Otaqda olan zaman Leyla ona çaxır içmək istədiyini və ac olduğunu bildirmiş, bu vaxt o, otağa yemək və 1 ədəd 0.5 litrlik çaxır sifariş etmişdir. Onların sifarişləri gəldikdən sonra onlar yeyib içmiş və o, 2 dəfə Leyla ilə cinsi əlaqədə olduqdan sonra hamam otağına keçmişdir. O, Leyla ilə cinsi əlaqədə olarkən əynində olan paltarlarını çıxardığı üçün şalvarının cibindəki 4.400 ABŞ dolları pul vəsaitini özünə məxsus ayaqqabısının içərisinə qoymuşdur. Bir qədər sonra sonuncu hamam otağından çıxarkən şalvarının qoyduğu yerdən tərpəndiyini görərək dərhal ayaqqabısını götürüb içərisinə baxmış, həmin vaxt ayaqqabısının içərisində pul vəsaitini götürərək sayan zaman 4400 ABŞ dollarından 500 ABŞ dollarının əskik olmasını aşkar etmişdir. Bundan sonra sonuncu Leylaya 500 ABŞ dolları pul vəsaitinin oğurlamasını bildirərək ona hotelin məlumat şöbəsinə düşərək video kameralara baxacağını həmin müddətdə ərzində onunda otağı axtarmasını ona bildirmişdir. Təxminən 15 dəqiqə sonra o, otağa geri qayıdan zaman Leylanın otağda əyləşərək çaxır içməsini, otaqda axtarış aparmadığnı görmüş və ona nə üçün otağı axtarmadığını, ondan oğurladığı 500 ABŞ dolları pul, ona oğuru olmadığını onun arxasında güclü adamlar olmasını, heç kimin ona heçnə edə bilməyəcəyini bildirmişdir. Bu zaman o, dərhal DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisəbarədə məlumat vermişdir. Sonuncu məlumatı verdikdən sonra polis əməkdaşları ora gələrək onları PB-ə dəvət etmiş, PB-də olarkən sonuncuya Leylanın əsil adının Leyla olmadığını ona yalan deməsini əsil adının Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona vurulmuş ziyanın tamamilə ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və sonuncu barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Sadələşdirilmiş icraat materialında olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Sadələşdirilmiş icraat materialının 25-ci vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxsZərərçəkmiş şəxs məxsus olan 500 ABŞ dollarını könüllü olaraq təhqiqata təqdim etmişdir. Sadələşdirilmiş icraat materialının 32-ci vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli, maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 5 ədəd CB28769260F, KE95739543A, KB57904518G, HE69265253B və KB86044811K nörrrəli 100 ABŞ dolları pul əskinasları maddi sübut kimi tanınmışdır. Sadələşdirilmiş icraat materialının 38-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixdə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sadələşdirilmiş icraat materialının 42-ci vərəqəsində olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanan 5 ədəd CB28769260F, KE95739543A, KB57904518G, HE69265253B və KB86044811K nörrrəli 100 ABŞ dolları pul vəsaitləri Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, sonuncunun barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Sadələşdirilmiş icraat materialında olan AZ-İİİ seriyalı, 023195 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx xxxxxx 2013-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, atası X3, anası isə (Əmənova) Təqsirləndirilən şəxsdır. Sadələşdirilmiş icraat materialında olan AZ-İİ seriyalı, 828628 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx xxxx 2011-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, atası X3, anası isə (Əmənova) Təqsirləndirilən şəxsdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə sonuncunun özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi cinayəti tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını, məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, sonununcun ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları – özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, sonununcun ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və belə hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və sonuncu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli, həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən onatəyin edilmiş islah işləri cəzasının çəkilməsi azyaşlı uşaqlarından xx xxxx 2011-ci il tarixdə anadan olmuş X1 14 (on dörd) yaşına çatanadək təxirə salınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxsnın cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə İcra şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 5 ədəd CB28769260F, KE95739543A, KB57904518G, HE69265253B və KB86044811K nörrrəli 100 ABŞ dolları pul əskinasları Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzanın çəkilməsi ikinci uşağı xx xxxx 2011ci il təvəllüdlü X1 14 (on dörd) yaşına çatanadək təxirə salınsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 5 ədəd CB28769260F, KE95739543A, KB57904518G, HE69265253B və KB86044811K nörrrəli 100 ABŞ dolları pul əskinasları Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elanolunduğuandan 20 (iyirmi) günmüddətindəBakıŞəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar