Məhkəmə qərarları › İş №1(006)-345/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-345/2023

01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-345/2023 01.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-460/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 27 sentyabr 2021-ci il tarixdən cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin iyul ayında tanışı Şahid yaşadığı ünvan 3 ünvanında qonaq qismində olarkən həmin həyətdə yerləşən Zərərçəkmiş şəxs məxsus evin hasarına bitişik qoyulmuş masanın kənarından sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC tərəfindən verilmiş 5167-5111-0387-0758 nömrəli plastik bank kartını özgənin əmlakını gizli olaraq talama məqsədilə götürüb vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2020-ci il tarixdə saat 15:40-da "xxxx" ASC-nin Sumqayıt şəhəri ATM CNV Z.Tağıyev adlı bankomatından plastik kartın üzərində qeyd olunmuş 4 rəqəmli identifikasiya nömrəsindən istifadə etməklə 570 manat, eyni üsulla xx.xx.2020-ci ıl tarixdə saat 15:21-də "xxxx" ASC-nin Bakı şəhəri ATM Meliorasiya Su TESS adlı bankomatı vasitəsilə 230 manat, xx.xx.2020-ci ıl tarixdə saat 15:22-də "xxxx" ASC-nin Sumqayıt şəhəri ATM 00008 adlı bankomatı vasitəsilə 7 manat, xx.xx.2020-cı il tarixdə saat 09:35də "xxxx" ASC-nin Sumqayıt şəhəri ATM CNV Z.Tağıyev adlı bankomatı vasitəsilə 160 manat, xx.xx.2020-ci ıl tarixdə saat 19:25-də "xxxx" ASC-nin Bakı şəhərində yerləşən CCS Kitab Evi ATM adlı bakomatı vasitəsilə 2 manat, xx.xx.2020-ci il tarixdə 12:14-də ünvan 4 ünvanda quraşdırılmış "xxxx" ASC-nın ATM CNV İBA HED 3 adlı bankomatı vasitəsilə 161 manat. xx.xx.2020-ci il tarixdə saat 09:25-də "xxxx" ASC-nin Bak/ şəhəri ATM 5 mərtəbə adlı bankomatı vasitəsilə 162 manat, xx.xx.2020-ci il tarixdə saat 23:52-də ünvan 5 ünvanda yerləşən həmin bankın ATM CNV İBA HED 3 adlı bankomatı vasitəsilə 160 manat məbləğində pulu nağdlaşdırmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1452 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid keçmiş arvadı Türkanə Rufullayeva vasitəsi ilə tanımış, Cahanşahla ailəvi yaxın olmuş və sonuncunun yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Azadlıq küçəsində yerləşən evində təxminən 2 il bundan əvvəl bir ay müddətində qonaq qalmışdır. Belə ki, 2020-ci ilin iyun ayının sonlarında yaşamaq üçün yeri olmadığından Cahanşahın ona şərait yaratdığı qeyd olunan ünvanda yerləşən mənzilinin zirzəmisindəki otaqda təxminən bir ay yaşamışdır. Zərərçəkmiş şəxs Şahid qardaşıdır. Onlar eyni ünvanda yaşamış, lakin Cahanşah qardaşı ilə münasibəti olmadığından evi iki hissəyə bölmüşlər. Həyət hissəsi ilə dəmir torla bölünsə də, tor divara bərkidilmədiyindən sərbəst gediş-gəliş olmuşdur. O, həmin yerdə olduğu müddətdə Şahvələd ailəsi ilə birlikdə Rusiya Federasiyasında olmuşdur. Orada yaşadığı müddətdə həyətin Cahanşaha məxsus olan hissəsinə açıq olan ərazidən keçərək odun götürərkən, hasara bitişik qoyulmuş masanın kənarına bir ədəd plastik bank kartının sıxılmış vəziyyətə qaldığını görmüş, kartı götürüb baxdıqda üzərində şifrəsinin yazıldığını müəyyən etmişdir. Həmin kart Zərərçəkmiş şəxs məxsus olmuşdur. Həmin vaxtı maddi vəziyyəti yaxşı olmadığından, kartda pul olacağı təqdirdə çıxarıb istifadə edəcəyini düşündüyü üçün bu barədə Cahanşaha bildirməmişdir. Bir müddət sonra isə o, Cahanşahın evindən çıxmış və həmin kartı ilk dəfə 2020-cı ilin avqust ayının əvvəllərində “Azərbaycan Beynəlxalq Bankı“ ASC-nin Sumqayıt şəhərində dəqiq xatırlamadığı ünvanda yerləşən bankomatı vasitəsilə pul çıxarmışdır. Bundan sonra o, müxtəlif vaxtlarda Sumqayıt və Bakı şəhərlərində hazırda dəqiq xatırlamadığı ünvanlarda yerləşən bankomatlar vasitəsilə pullar nağdlaşdıraraq şəxsi ehtiyaclarına xərcləmişdir. Sonuncu dəfə 2020-ci ılın dekabr ayının sonlarında Bakı şəhərində yerləşən “Azərbaycan Beyxəlxalq Bank" ASC-nin baş ofisinin binasında yerləşən bankomat vasitəsinə həmin kartdan pul çıxarmış. Sonra isə kartın şıfrəsıni səhv yazdığı üçün kart bloklanmış və bir daha kartdan istifadə edə bilməmişdir. O, qeyd olunan kartı həyətdən tapmış, Şahid əvvəlcədən və sonradan bu barədə heç bir məlumatı olmamış, Zərərçəkmiş şəxs evinə daxil olmamış, belə olan halda sonuncu evinə geri döndüyü zaman bunu anlamış olardı. Daha sonra özünü təqsirli bilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi, CD disklərdəki olan məlumatlara və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, gözündə olan xəstəliklə bağlı müalicə olunması üçün 14 mart 2020-ci ildə arvadı X5 ilə birlikdə Rusiya Federasiyasının Vladıqafqaz şəhərinə getmiş, 15 fevral 2022 ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Ölkəyə qayıtdıqdan bir müddət sonra özünə məxsus təqaüd kartını evində tapa bilməmiş, həmin kartı itirdiyini güman etdiyi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə ərizə ile müraciət etmişdir. Daha sonra “Azərbaycan Beynəlxalq Bank" ASC-nin Sumqayıt şəhər filialına gedərək orada təqaüd kartının itməsi və yaxud oğurlanmasını bildirib kartın bloklanmasını xahiş etmiş, həmin kartla aparılmış əməliyyatlara dair ona çıxarış verilməsi üçün rəsmi qaydada ərizə ilə həmin banka müraciət etmişdir. Çıxarış aldıqdan sonra kart hesabından ümumilikdə 1128 manat məbləğində pulun nağdlaşdırılaraq ələ keçirilməsi ona məlum olmuşdur. Bundan sonra o, təqaüd kartını itirmədiyini, kartın evindən oğurlandığını başa düşmüşdür. Bir müddət sonra isə kartından oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs olması ona polis orqanı tərəfindən bildirilmişdir. O, Təqsirləndirilən şəxsın şəklini gördükdən sonra Rusiya Federasiyasında olarkən 2020-ci ilin iyun ayında qardaşı Şahid evində dost kimi qalan şəxs olduğunu öyrənmişdir. O, qardaşı ilə eyni heyətdə ata evində yaşamış, o, ailə qurduqdan sonra qardaşı ilə münasibətləri pisləşdiyi uçün həmin evi iki hissəyə bölmüşlər. O, Rusiya Federasiyasına gedən vaxt özünə məxsus təqaüd kartını evdə olan tumbanın içərisində saxlamışdır. Onun evinə və ya həyətyanı sahəsinə qardaşından başqa heç kim getməmişdir. Evinin açarı həmişə özündə olsa da. Rusiya Federasiyasına gedərkən açarı həyətdə qoyduğunu guman edir. Çünki evin nə qapı, nə də pəncərəsinə hər hansı müdaxilə olunmamışdır. Ümumiyyətlə evində təqaüd kartından başqa heç bir əşya oğurlanmadığı uçun evə kənar şəxsin girmədiyini ehtimal edir. Yalnız qardaşı Şahid yaxud onun yanında qalmış dostu Təqsirləndirilən şəxs onun kartını oğurlamışdır. Belə ki, Şahid söhbət əsasında həqiqətən də Təqsirləndirilən şəxs onun evində bir müddət qonaq qaldığını bildirmişdir. Bundan başqa o, Rusiya Federasiyasından qayıdıb evə çatdıqda qarcaşı Cahanşahın ona ilk sözü “təqaüdləri kəsiblər" olmuşdur. Baxmayaraq ki, o, qardaşından bu barədə heç bir söz soruşmamışdır. Təxminən bır neçə dəqiqə keçdikdən sonra Cahanşah qapını döyərək zirzəminin ümumi açarlarının cibindən oğurlandığını, qapıların açarlarını dəyişdırdiyıni bildirib birini də ona vermişdir. Bütün qeyd olunanlardan belə qənaətə gəlmişdir ki. Şahid kartın oğurlanmasında və təqaüdün çıxarılmasından xəbəri olmuşdur. Belə ki, o, kartın oğurlanmasında Təqsirləndirilən şəxslə Şahid əlbir olduğunu ehtimal edir. Belə ki, Cahanşahın yataq otağı ilə kart saxladığı otaq arasında yalnız bir taxta qapı var və həmin kapı içəri üzdən sellofanla bağlanmışdır. Yəni, kimsə həmin otağa daxil olarsa bundan Cahanşahın xəbərdar olmaması mümkünsüzdür. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs yalan deyir onun kartı evində olmuş və oradan oğurlanmış, ona dəymiş zərər bu günə kimi ödənilməmiş, bu səbəbdən də təqsirləndirilən şəxslə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Hal-hazırda yaşadığı ünvan 8 ünvanında yerləşən mənzil onun ata mülkidir və həmin ünvanda qardaşı ilə birlikdə yaşayır, tikili bir olsa da, evin girişləri ayrıdır. Qardaşının gözündəki xəstəliklə bağlı müalicə olunması üçün 14 mart 2020-ci ildə arvadı S.D.Hacıyeva ilə birlikdə Rusiya Federasiyasının Vladiqafqaz şəhərinə getmiş və 15 fevral 2022-ci il tarixdə geri qayıtmışlar. 2022-cı ilin aprel ayının əvvəllərində qardaşı ona evdən plastik təqaüd kartının oğurlanması barədə bildirmişdir. O, qardaşına əgər oğurluq hadisəsi baş verıbsə polisə müraciət etməsini demişdir. 24 iyun 2022-ci il tanxdə qardaşına məxsus kartdan pul oğurlayan şəxsin Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Sonuncunu tanıyı, həmin şəxs onun tanışı Nurəddin Hüseynovun bacısı qızı ilə ailə həyatı qurmuşdur. Təqsirləndirilən şəxs 2020-ci ilin iyun ayının axırlarında onun yaşadığı evə gedib yeri olmadığını bildirdiyi üçün sonuncuya yaşamaq üçün evinin zirzəmisində olan otağı vermiş və Valeh orada təxminən bir ay müddətində yaşamışdır. Sonra onun arvadı X3 təkidi ilə Təqsirləndirilən şəxs oradan çıxartmış, sonra Valehdən xəbəri olmamışdır. Onun Təqsirləndirilən şəxs tərəfindən qardaşına məxsus təqaüd kartını hansı yolla ələ keçirməsi, həmin kartdan pul çıxarması barədə heç bir xəbəri olmamış, o sonuncu ilə qabaqcadan əlbir olmamış, Təqsirləndirilən şəxs ona kartın oğurlaması barədə heç bir məlumat verməmişdir. Cinayət işinin 2-ci cild 81-82-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmışdır. Cinayət işinin 1-ci cild 54-56-cı vərəqələrində olan CD diskdəki məkumatlara məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskə daxil olduqda orada "Shahvalad Hacıyev” adlı qovluqda "Bankomat 308”, “Bankomat 742-11.10.20-161 AZN”, "Bankomat 1353-11.08.20-230 AZN" adlı papkalar və "5167-0758” adlı sənədlər var. “Bankomat 308” adlı qovluqda olan "06.08.20 - 570 AZN adlı qovluğa daxil olduqda oradakı foto şəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş 5167-5111-0387-0758 saylı plastik təqaüd kartından istifadə etməklə ATM WİNCOR-dan xx.xx.2020-ci il tarixdə saat 16:38-dən 16:40-dək olan müddət ərzində, “Bankomat 308" adlı qovluqda olan "11.09.20-160 AZN” adlı qovluğa daxil olduqda oradakı foto şəkillərdən müəyyən ecilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş 5167- 5111-0387-0758 saylı plastik təqaüd kartından istifadə etməklə ATM WİNCOR-dan xx.xx.2020-ci il tarixdə saat 10:33-dən 10:35-dək olan müddət ərzində, “Bankomat 742-11.10.20-161 AZN adlı qovluğa daxil olduqda oradakı foto şəkillərdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş 5167-5111-0387-0758 saylı plastik təqaüd kartından istifadə etməklə ATM-0742-dən xx.xx.2020-ci il tarixdə saat 12:08-dən 12:09-dək olan müddət ərzində, “Bankomat 1353-11.08.20-230 AZN" adlı qovluğa daxil olduqda oradakı foto şəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus "Azərbaycan Beynəlxalq Bank” ASC tərəfindən verilmiş 5167-5111-0387-0758 saylı plastik təqaüd kartından istifadə etməklə A~M-1353-dən xx.xx.2020-ci il tarixçə saat 15:20-dən 15:22-dək olan müddət ərzində pul çıxarması aşkar edilir. “5167—0758" saylı sənədə daxil oduqda orada həmin bankın çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus "Azərbaycan Beynəlxalq Bank” ASC tərəfindən verilmiş 5167- 5111-0387-0758 saylı plastik təqaüd kartından istifadə etməklə xx.xx.2020-ci il tarixdə saat 15:40-da "xxxx" ASCnin Sumqayıt şəhəri ATM CNV Z.Tağıyev vasitəsi 570 manat, xx.xx.2020- cı il tanxdə saat 15:21-də "xxxx" ASC-nin Bakı şəhəri ATM Meliorasiya Su TESS vasitəsi ilə 230 manat, xx.xx.2020-ci il tarixdə saat 15:22-də "xxxx" ASC-nin Sumqayıt şəhəri ATM 00008 vasitəsi ilə 7 manat, xx.xx.2020-ci il tarixdə saat 09:35-də "xxxx" ASC-nin Sumqayıt şəhəri ATM CNV Z.Tağ'yev vasitəsi 160 manat, xx.xx.2020-ci il tarixdə saat 19:25-də "xxxx" ASC-nin Bakı şəhərində yerləşən CCS Kitab Evi ATM vasitəsi ilə 2 manat, xx.xx.2020-ci il tarixdə 12:14-də ünvan 9 ünvanda yerləşən "xxxx" ASC-nin ATM CNV İBA HED 3 vasitəsi ilə 161 manat, xx.xx.2020-ci il tarixdə saat 09:25-də "xxxx" ASC-nin Bakı şəhəri ATM 5 mərtəbə vasitəsi ilə 162 manat. xx.xx.2020-ci il tarixdə saat 23:52-də ünvan 10 ünvanda yerləşən həmin bankın ATM CNV İBA HED 3 vasitəsi ilə 160 manat məbləğində pul çıxarmışdır. Cinayət işinin 1-ci cild 189-190-cı vərəqələrində olan CD disklərdəki məkumatlara məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, "Azərbaycan Beynəlxalq Bank ASC-nin 6-2-41/2-545/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş “ABB Səbail Rayon Məhkəməsinin qərarı İŞ 5(009)-4253/2022, xx.xx.2022 Zərərçəkmiş şəxs kartı" sözləri yazılmış cd diskə keçirilmiş baxış zamanı diskə daxil olduqda orada ‘584378-Sabail” qovluğunda "Shahvalad Haciyev" adlı qovluq və ‘‘5103001.pdf’ fayl mövcudur. "Shahvalad Haciyev" adlı qovluğa daxil olduqda orada «Bankomat 308», «Bankomat 742-11.10.20-161 AZN», «Bankomat 1353- 11.08.20-230 AZN» adlı qovluqlar və «5167-0758» adlı sənəd mövcuddur. «Bankomat 308» adlı qovluqdakı «06.08.20-570» AZN adlı qovluqda 07 ədəd. "11.09.20-160 AZN" adlı qovluqda isə 11 ədəd. "Bankomat 742-11.10.20- 161 AZN" adlı qovluqda 08 ədəd, "Bankomat 1353-11.08.20-230 AZN" adlı qovluqda isə 07 ədəd foto şəkillər olması, “5167—-0758” adlı sənəddə plastik kartla aparılmış əməliyyatlara dair çıxarış, "Bankomatların ünvanı" adlı sənəddə isə həmin banka məxsus 308 ATM CNV Z.TAGİYEV QAYALİ MARKETSumqayıt, H.Z.Tağıyev qəsəbəsi.S.Bəhlulzadə,150 "Qayalı” market, 742 ATM CNV İBA HEAD OFFİCE - 3 Bakı, Səbail rayonu. Nizami küçəsi, 67 (Azərbaycan Beynəlxalq Bankı, Baş İdarə), 1353 ATM CNV MELİORASİYA SU TESS Yasamal r-nu, Moskva pr.69a (Azərbaycan Meliorasiya və su təsərrüfatı ASC - inzibati binanin girişində yazılarının olması, “5103001" adlı fayla daxil olduqda isə orada Səbail Rayon Məhkəməsinin 5(009)- 4253/2022 nömrəli 21 oktyabr 2022-ci il tarixli qərarı və həmin məhkəmənin “ABB" ASC- nə ünvanlanmış məktubunun surətinin olması müəyyən olunur. “Azərbaycan Beynəlxalq Bank ASC-nin qeyd olunan məktubuna əlavə edilmiş üzərində “ABB həmin məhkəmənin qərarı İŞ 5(009)-4253/2022, xx.xx.2022 Əlavə CD, Zərərçəkmiş şəxs kartı-Bankomat 742- xx.xx.2020" sözləri yazılmış cd diskə keçirilmiş baxış zamanı diskə daxıl olduqda orada “Bankomat 742-22.12.20" adlı qovluq və "5167—-0758” adlı fayl olması müəyyən olunur. "5167— -0758” sənədə baxış keçirdikdə orada plastik kartla aparılmış əməliyyatlara dair çıxarış olması görünür. “Bankomat 742-22.12.20" adlı qovluğa daxil olduqda qovluqda 07 ədəd foto şəkillər olması müəyyən olunur. Cinayət işinin 1-ci cild 203-211-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 3/1630 nömrəli məhkəmə-portret ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş təqdim edilmiş üzərində “ABB Sumqayıt şəhər məhkəməsinin qəran ış 5(060)- 342/2022- xx.xx.2022 Zərərçəkmiş şəxs kartı - 2020-ci ildə aparılmış əməliyyatlar” yazı qeydləri olan diskin daxilindəki “Bankomat 308" və "Bankomat 1353-11.08.20-230AZN" adlı qovluqda olan fotoşəkillərdə əks olunmuş şəxsin xarici görünüşünün sifət elementləri (yanaqlar, gözlər, göz yarıqları, goz qapaqları, burun, qaşlar, ağız, çənə və s.) tam və aydın əks olunmadığından, həmçinin şəxsin maska və günəş eynəyindən istifadə etməsinə görə sifət elementlərinin görünməməsi səbəbindən müqayisəli tədqiqat üçün yararsızdır. Təqdim edilmiş üzərində “ABB Sumqayıt şəhər məhkəməsinin qərarı ış 5(060)- 342/2022-xx.xx.2022 Zərərçəkmiş şəxs kartı - 2020-ci ildə aparılmış əməliyyatlar" yazı qeydləri olan diskin daxilindəki "Bankomat 742-11.10.20-161 AZN” adlı qovluqda olan fotoşəkillərdə əks olunmuş kiş' cinsli şəxsin xarici görünüşünün ümumifiziki və bir neçə anatomik element və əlamətləri - sifət konfiqurasiyası, qaşlar, ağız, dodaq, burun, qulaq, çənə müqayisəli tədqiqat üçün qismən yararlıdır. Təqdim edilmiş üzərində “ABB Sumqayıt Şəhər Məhkəməsinin qərarı iş 5(060)- 342/2022-xx.xx.2022 Zərərçəkmiş şəxs kartı - 2020-ci ildə apanlmış əməliyyatlar" yazı qeydləri olan diskin daxilindəki “Bankomat 742-11.10.20-161AZN" adlı qovluqda olan fotoşəkillərdə və müqayisəli material qismində təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus videogörüntü və eksperimental fotoşəkillərdə e/ni bir şəxsin əks olunması istisna olunmur. Cinayət işinin 1-ci cild 204-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 146 (bir yüz qırx altı) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 109-111-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu, yəni 5-ci dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin 1-ci cild 115-119-cu vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-460/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmışdır. Cinayət işinin 2-ci cild 31-42-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 4 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işində saxlanılımışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxs, şahidin ifadələri, ekspert rəyi, 04 ədəd CD diskdə olan məlumatlar və digər iş materialları ilə onun elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli, 4 saylı qərarına əsasən ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini, əvvəllər dəfələrlə məhkum olunmasını lakin islah olunmamasını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-460/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)- 460/2022 saylı hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, sonuncuya hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həmin Məhkəmənin hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona qəti cəza təyin edilməli və həmin Məhkəmənin hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-460/2022 saylı hökmünə əsasən xx.xx.2021-ci il tarixdən hesablamalı və sonuncunun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 146 (bir yüz qırx altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili P.V.Hacıyevaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)- 460/2022 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-460/2022 saylı hökmünə əsasən 27 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 146 (bir yüz qırx altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 14 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar