Məhkəmə qərarları › İş №1(006)-345/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-345/2024

02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-345/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, müdafiəçi “EKOL” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə etməklə özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 şəxsi əlaqələri vasitəsilə 4200 manat pul müqabilində sonuncuya və əri Şahid4 təqaüd düzəltdirməkdə köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin mart ayının sonlarında ünvan 2 ünvanında Zərərçəkmiş şəxs3 3000 manat, 2023-cü ilin mart ayının sonlarında həmin ünvanda Zərərçəkmiş şəxs3 500 manat və 2023-cü ilin may ayının əvvəllərində Şahid4 Qobustan rayonu ərazisində yerləşən ödəniş terminalı vasitəsilə onun istifadəsində olan bank kartının hesabına göndərdiyi Zərərçəkmiş şəxs3 məxsus 700 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə 4200 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 Əmirxan oğluna şəxsi əlaqələri vasitəsilə 6000 manat pul müqabilində sonuncuya və arvadı X1 təqaüd düzəltdirməkdə köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 30 aprel 2023-cü il tarixdə ünvan 3 ünvanında Zərərçəkmiş şəxs5 3000 manat və 01 iyun 2023-cü il tarixdə Qobustan rayonunda yerləşən “Vahidin kafesi" adlı restoranda 3000 manat pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 ümumilikdə 6000 manat məbləğində, xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 şəxsi əlaqələri vasitəsilə 2500 manat pul müqabilində sonuncu üçün, 5000 manat pul müqabilində isə Zərərçəkmiş şəxs4 tanışları X6 və arvadı X2 təqaüd düzəltdirməkdə köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin aprel ayının əvvəllərində ünvan 5 ünvanında Zərərçəkmiş şəxs4 2500 manat pulunu, xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 500 manat olmaqla sonuncunun, tanışları İsmayıl Şahverdiyev və Nailə Şahverdiyevanın əvəzinə Qobustan rayonu ərazisində yerləşən ödəniş terminalı vasitəsilə onun istifadəsində olan “Kapital Bank" ASC-nə aid 4169-7388-2851-3469 nömrəli bank kartının hesabına göndərdiyi özünə məxsus ümumilikdə 5000 manat pulu ələ keçirib verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs4 ümumilikdə 7500 manat məbləğində, xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2022-ci ilin avqust ayınınəvvəllərində tanışı Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC tərəfindən verilmiş 5490-2641-0671-6119 nömrəli “Tam kart" kredit kartına dair zəruri məlumatları Zərərçəkmiş şəxs1 xəbərsiz qanunsuz yolla əldə edib həmin məlumatları özünə aid mobil telefonda informasiya texnologiyası hesab edilən “ABB" mobil bank tətbiqinə daxil edərək elektron məlumat daşıyıcısı hesab olunan 5490-2641-0671- 6119 nömrəli bank kartının hesabına qanunsuz daxil olub həmin hesabdan 19 avqust 2022-ci il tarixdən 14 avqust 2023-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda və istintaqa məlum olmayan müxtəlif yerlərdə vahid niyyətlə əhatə olunan qəsdlə onlayn va köçürmə əməliyyatları etməklə ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 8099 manat 77 qəpik məbləğində pulu gizli olaraq talayıb sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 kirayədə yaşadığı ünvan 6 ünvanında yerləşən 10 nömrəli mənzilin şəxsi mülkiyyətində olduğuna və həmin mənzili ipoteka yolu ilə sonuncuya sata biləcəyinə inandırıb etibarından sui-stifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin apre! ayında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Duma Zeynalovanın 8000 manat, 2023-cü ilin avqust ayında ünvan 7 ünvanında 5000 manat, 2023-cü ilin avqust ayında həmin ünvanda 2100 manat və 2023-cü ilin oktyabr ayında həmin ünvanda 1400 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 16500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən tutulmamışdan qabaq bir ildən çox müddətdə tanımışam. 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs1 oğlu cinayət hadisəsi törətdiyi üçün oğlunu məhkəmədə müdafiə etməm üçün Zahilə məndən köməkl istəmişdir. Zərərçəkmiş şəxs1 tanışlarım vasitəsilə kömək edə biləcəyimi demiş və bu məqsədlə Zahilə ümumilikdə mənə 900 manat pul vermişdir. Mən də həmin pulun 600 manatını təqsiləndirilən şəxsə hüquqi yardım göstərmiş vəkilə və qalan 300 manatını isə Zahilənin kreditinə ödəmişəm, özüm də Zərərçəkmiş şəxs1 ilə birlikdə Zahilənin oğlunun məhkəmə prosesirdə iştirak etmişəm. Daha sonra Zərərçəkmiş şəxs1 pul lazım olduğu üçün 2022-ci ilin iyul ayında onunla birlikdə Bakı şəhərində "28 May" adlanan ərazidə yerləşən “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin filialına gedib Zahilə üçün 4000 manat kreditə pul götürmüşük. Həmin pulun hamısını Zahilə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa həmin krediti götürərkən bank tərəfindən Zərərçəkmiş şəxs1 balansında 300 manat pul olan “Tamkart" kredit kartı da verilmişdir. Zahilə pulu bankdan götürərkən bütün onlayn əməliyyatları mənim mobil telefonum vasitəsilə həyata keçirmişdir. Buna görə də Zahilənin bütün şəxsi məlumatları mənim mobil telefonumda “ABB” mobil tətbiqində qalmışdır. Mən bundan istifadə edib tətbiq vasitəsi ilə onlayn müraciət edib Zahiləyə məxsus “Tamkart" kredit kartı vasitəsilə 3700 manat kredit götürüb daha sonra həmin pulu öz kart hesabıma köçürmüşəm. Belə ki, Zərərçəkmiş şəxs1 məxsus kredit kartında olan cəmi 3700 manat pulu şəxsi ehtiyaclarıma xərcləmişəm. Daha sonra mən həmin 3700 manat pulu hissəhissə olmaqla Zərərçəkmiş şəxs1 kartına yükləmişəm. Mən Zərərçəkmiş şəxs1 bu barədə məlumatı olmaması üçün hər ay həmin məbləğin faizini ödəmişəm. Mən ümumilikdə götürdüyüm kreditdən 700 manatını ödəmişəm. Lakin Zahilə qəflətən xx.xx.2023-cü il tarixdə banka gedib kredit tarixçəsi ilə maraqlandığı üçün bu barədə bankın əməkdaşı ona məlumat vermiş və Zahilə də mənə zəng edib özünə məxsus kredit kartından 8099 manat pul oğurladığını bildirmişdir. Mən Zahiləyə etdiyim əməlin məsuliyyətini dərk etdiyimi bildirmiş və vurduğum maddi zərəri ödəməm üçün vaxt verməsini xahiş etmişəm. Zərərçəkmiş şəxs1 mənim barəmdə polisə şikayət edəcəyini bildirmişdir. Mən qeyd olunan 8099 manat pulun 3000 manatı oğurlamışam, qalan pul Zahilənin ilk dəfə kredit götürərkən götürdüyü məbləğdir. Zərərçəkmiş şəxs2 təxminən 5 ildir ki, tanıyıram, həmin şəxslə 2023-cü ilədək qeyri-rəsmi nikahda birlikdə yaşamışıq. Zərərçəkmiş şəxs2 ilə əvvəllər münasibətim yaxşı olmuş, aramızda heç bir ədavətimiz olmamışdır. Mən həmin şəxslə birlikdə yaşadığım üçün mütəmadi olaraq həmin qadının maddi ehtiyaclarını da qarşılamışam və bu məqsədlə Zərərçəkmiş şəxs2 istifadəsində olmuş 4127-2093-0364- 2663 seriyalı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nə məxsus kart hesabına müxtəlif məbləğlərdə pullar göndərmişəm. Bəzi vaxtlarda isə özüm də Zərərçəkmiş şəxs2 borc pul almışam və sonradan geri qaytarmışam. Xatırladığıma görə 2022-ci ilin yay aylarında Zərərçəkmiş şəxs2 2500 manat, 2023-cü ilin yanvar ayında 500 manat borc pul almışam. Həmin məbləğin 1300 manatını Zərərçəkmiş şəxs2 sürücülük vəsiqəsinin alınması üçün, qalan pulu isə şəxsi ehtiyaclarıma xərcləmişəm. Mən Zərərçəkmiş şəxs2 yeni ev alması üçün axtarmaqda köməklik göstərsəm də, Durnaya özümə məxsus evi ipoteka yolu ilə satacağıma dair hər hansı bir vəd verib pulunu ələ keçirməmişəm. Şahid4 mənim kirvəmdir, həmin şəxslə münasibətim həmişə yaxşı olmuşdur. Mən 2023-cü ilin mart ayında İsmayılın evində olaraq aramızda olan söhbət zamanı İsmayıl mənə özü və yoldaşı üçün pensiya düzəltdirmək istədiyini, lakin bunun üçün lazımı adam tapa bilmədiyini bildirmişdir. Mən də İsmayıla köməklik göstərə biləcəyimi demişəm. Bunun üçün İsmayıla tanımadığı şəxsə verdiyi pulu geri alıb mənə verməsini bildirmişəm və biz razılaşmışıq. 2023-cü ilin mart ayında dəqiq xatırlamadığım gündə mən Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsində yerləşən Şahid4 evinə getmişəm. Orada mən İsmayıldan arvadının yanında 3000 manat pul almış və sonuncuya pensiya düzəldilməsində köməklik göstərəcəyimi bildirmişəm. Bundan bir neçə gün sonra İsmayılla həmin evdə görüşmüş və əlavə olaraq 500 manat da pul almışam. Bir neçə gün sonra isə İsmayıl mənim bank kartıma onlayn şəkildə 700 manat pul köçürmüşdür. Belə ki, aramızda olan danışığa əsasən mən İsmayıldan özü və arvadına pensiya düzəltməsi üçün hər birinə görə 2500 manat istəmişəm. Lakin həmin şəxslər mənə yaxın olduğundan həmin işi 4500 manata edəcəyimi bildirmişəm. Sonunda isə mən bu işi 4200 manata görəcəyimə razıllıq vermişəm. Bu səbəbdən də İsmayıl özünə və arvadına pensiya düzəltməsi üçün mənə ümumilikdə 4200 manat pul vermişdir. Danışıq zamanı ismayıla pensiyasının 250 manat olacağını bildirmiş və sonuncuya pensiya kartını alanadək özüm pensiyasını ödəyəcəyimi bildirib 3 ay müddətində hər ay 250 manat olmaqla ümumilikdə Şahid4 750 manat pul vermişəm. Zərərçəkmiş şəxs4 mənimlə Şahid4 tanış edibdir. Safalı müəllim İsmayılın tanışı olubdur. İsmayıl mənimlə 2023-cü ilin aprel ayında əlaqə saxlayaraq öz tanışına pensiya düzəltdirilməsində köməklik etməmi istəmiş və mən də buna etiraz etməmişəm. 2023-cü ilin aprel ayında X9 evində görüşdüyüm zaman Safalı pensiya düzəltdirməsi üçün mənə 2500 manat pul vermişdir. Həmin vaxtı mən Zərərçəkmiş şəxs4 öz anam Şahid1 adına olan “Azərbaycan Beynəlxalq Bankı" ASC-nə məxsus plastik bank kartını vermişəm. Lakin həmin kartın istifadə müddəti bitdiyindən Zərərçəkmiş şəxs4 kartdan pul çıxarmaq istədiyi zaman bankomat kartı geri qaytarmamışdır. Safalı mənə bu barədə bildirdiyindən mən Şahid4 vasitəsilə Səfalıya öz arvadım Şahid2 adına olan “Kapital Bank" ASC-nə məxsus 5103 0714 7166 8315 seriyalı bank kartını vermişəm. Bundan bir neçə gün sonra İsmayıl mənimlə əlaqə saxlayaraq Səfalının arvadı üçün də pensiya düzəltdirmək istədiyini bildirmişdir. Mən 2023-cü ilin may ayında yenidən Safalı ilə İsmayılın evində görüşmüşəm, söhbət zamanı Safalı mənə nağd şəkildə 2000 manat pul vermiş və imkanı olmadığından qalan 500 manatı verə bilmədiyini bildirmişdir. Aramızda olan razılaşmaya əsasən Safalı pensiya kartını aldığı zaman ona qalan 500 manatı verməli idi. Həmin vaxtı Səfalıya bir ədəd öz adına olan “Kapital Bank" ASC-nə məxsus 4169 7388 2851 3469 seriyalı plastik kart, bir ədəd hazırda psixoloji xəstə olan, İİ qrup əlil bacısı X7 adına olan “Azərbaycan Beynəlxalq Bankı" ASC-nə məxsus 4127 2211 1034 1387 seriyalı plastik bank kartını vermişəm. Safalı 3 ay müddətində “KapitalBank" ASC-nə məxsus kartdan 100 manat, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nə məxsus kartdan isə 150 manat pul çıxarmışdır. X20 əlilliyi ilə bağlı hər ay 150 manat pensiya almış, mən isə Səfalıya öz pensiya kartını alanadək həmin kartlara aylıq 250 manat pul köçürüləcəyinə dair söz verdiyim üçün özümün digər kartın hesabına da 100 manat pul mədaxil etmişəm. Sonradan isə maddi imkanım zəif olduğundan Zərərçəkmiş şəxs4 pulunu qaytara bilməmişəm. Həmçinin Zərərçəkmiş şəxs5 da Şahid4 vasitəsilə tanımışam. Belə ki, İsmayıl mənimlə əlaqə saxlayaraq Atamkişi adı tanışına pensiya düzəltmək lazım olduğunu bildirmiş və biz razılaşdıqdan sonra 2023-cü ilin may ayının əvvəllərində Atamkişi ilə İsmayılın evində görüşdük. Aramızda olan söhbət zamanı Atamkişiyə 2500 manat pulun qarşılığında pensiya düzəldəcəyimə söz vermişəm. Biz razılaşmış və Atamkişi həmin vaxtı mənə İsmayılın yanında 2500 manat pul vermişdir. Mən pulu qəbul etdikdən sonra Atamkişiyə öz arvadım Şahid2 adına verilmiş “Kapital Bank" ASC-nə məxsus 5103 0714 7166 8315 seriyalı bank kartını vermiş və öz pensiya kartını alana kimi həmin kartdan aylıq 250 manat pul nağdlaşdıracağını bildirmişəm. Biz ayrıldıqdan bir neçə gün sonra Atamkişi kartın Şahid2 məxsus olması səbəbindən onu İsmayıla geri qaytarmışdır. Mən isə İsmayıla kartı özündə saxlamasını bildirmişəm, daha sonra isə yuxarıda qeyd etdiyim kimi həmin kartı Zərərçəkmiş şəxs4 göndərmişəm. Bundan sonra mən Şahid4 vasitəsilə Atamkişiyə 2 dəfə 250 manat nağd pul göndərmişəm. Bundan sonra Atamkişi onunla əlaqə saxlayaraq öz arvadı üçün də pensiya düzəltdirmək istədiyini bildirmiş və biz razılaşaraq xx.xx.2023cü il tarixdə Qobustan rayonunda kafelərin birində görüşmüşük. Həmin vaxtı öz yanında heç kim olmamış və Atamkişi mənə 2000 manat pul vermişdir. Mən isə Atamkişiyə hazırda adını xatırlamadığım şəxsin adına olan bir ədəd bank kartı vermişəm. Atamkişi də həmin kart vasitəsilə bir ay 400 manat pul nağdlaşdırmışdır. Sonradan isə maddi imkanı zəif olduğundan Zərərçəkmiş şəxs5 aldığı pulu geri qaytara bilməmişəm. Mən ümumilikdə Şahid4 həmin şəxsə və arvadına pensiya düzəltmək üçün 4200 manat pul almış, həmin məbləğin 3 ay 250 manat olmaqla 750 manatını qaytarmışam. Mən özünü pensiya düzəldəcəyinə dair söz verdiyim şəxslərə hər hansı bir nazirliyin əməkdaşı kimi təqdim etməmişəm, sadəcə olaraq həmin şəxslərə tanışlarım vasitəsilə pensiya düzəltdirməkdə köməklik göstərəcəyini vəd etmişdir. Həmin şəxslərə özümün və digər şəxslərin adına olan bank kartlarını verməkdə məqsədi onlardan pensiya düzəltmək adı ilə aldığım pulları hissə- hissə olmaqla geri ödəmək olmuşdur. Belə ki, uşağım autizm xəstəsi olduğundan və müalicəsi üçün xeyli miqdarda pul lazım olduğundan məcbur qalıb həmin şəxslərdən pul almış, niyyətim həmin şəxslərin pullarını ələ keçirmək olmamışdır. Lakin sonradan maddi imkanı daha da pisləşdiyindən vurduğum ziyanları tam şəkildə ödəyə bilməmişəm. Zərərçəkmiş şəxslərə verdiyim öz anamın, bacımın və arvadıma məxsus bank kartlar həmişə mənim istifadəmdə olmuş, kartları zərərçəkmiş şxəslərə verməm barədə kart sahiblənin məlumatı olmamışdır. Zərərçəkmiş şəxs5 verdiyim kart isə hazırda adını xatırlamadığım şəxsə məxsus olmuş, mən sosial yardım alması üçün köməklik göstərdiyindən həmin şəxsin bank kartı şifrəsi ilə birlikdə özümdə saxlamış və sonradan isə həmin şəxslə aramızda mübahisə yarandığından həmin kartın dublikatını çıxardıb istifadə etməyə başladığından Atamkişi sonradan həmin kartdan pul nagdlaşdıra bilməmişdir. Mən isə kart sahibinə Zərərçəkmiş şəxs5 tərəfindən nağdlaşdırılan pulu aylıq olaraq öz hesabına ödəmişəm. Mən Zərərçəkmiş şəxs4 özünə pensiya düzəltmək üçün 2500 manat, sonuncunun arvadına görə isə 2000 manat pul almış, aramızda olan danışığa əsasən Safalı mənə pensiya kartını aldığı zaman əlavə olaraq 500 manat da verməli idi. Zərərçəkmiş şəxs4 ifadəsində adlarını qeyd etdiyi şəxsləri, yəni Səfalının tanışı X5 və sonuncunun arvadı X3 tanımıram. Ola bilsin ki, Safalı mənim adımdan istifadə edərək həmin şəxslərdən qeyd olunan məbləğdə, yəni ümumilikdə 5000 manat pul almışdır. Çünki həmin şəxslərin pul köçürdüyüm öz adıma olan ‘Kapital Bank" ASC-nə məxsus 4169 7388 2851 3469 seriyalı plastik bank Səfalının istifadəsində olmuşdur. Həmin pulu mən özüm almış olsaydım Səfalıya həmin məbləği başqa bir karta köçürtdürmüş olardı. Zərərçəkmiş şəxs4 qeyd olunan kartı istifadə etməsi üçün vermişəm, Safalı da mənim qeyd etdiyim məbləğdə pul nağdlaşdırmışdır. Zərərçəkmiş şəxs4 Mirzah oğlu ilə aramızda olan söhbət zamanı sonuncu arvadı üçün də pensiya düzəltdirmək istədiyini ona bildirmişdir. 2023-cü ilin may ayında yenidən Zərərçəkmiş şəxs4la Şahid4 evində görüşüb söhbət edən zamanı Safalı ona nağd şəkildə 2000 manat pul vermiş və imkanı olmadığından qalan 500 manatı verə bilmədiyini bildirmişdir. Aramızda olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs4 pensiya kartını aldığı zaman ona qalan 500 manatı verməli idi. Həmin vaxtı Safalıya bir ədəd öz adıma olan "xxxx" ASC-nə məxsus 4169 7388 2851 3469 seriyalı plastik kart, bir ədəd hazırda psixoloji xəstə olan, İİİ qrup əlil bacısı X7 adına olan “Azərbaycan Beynəlxalq Bankı" ASC-nə məxsus 4127 2211 1034 1387 seriyalı plastik bank kartını vermişdir. Zərərçəkmiş şəxs4 3 ay müddətində “Kapital Bank" ASC-nə məxsus kartdan 100 manat, Azərbaycan Beynəlxalq Bankı' ASC-nə məxsus kartdan isə 150 manat pul çıxarmışdır. Zərərçəkmiş şəxs4 onun adınadna istifadə edərək öz tanışlarından pul tələb etmiş, onun adına olan karta mədaxil olunmuş məbləği Safalı bankomat vasitəsilə naqğdlaşdırıb istifadə etmişdir. Mən öz mobil telefonumda olan “Bir bank" mobil tətbiqindən istifadə edilməklə qeyd olunan kartdan xərclənmişdir. Lakin mən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi məbləğləri həmin tətbiqdən istifadə edərək xərcləməmişəm. Həmin məbləğlər nağdlaşdırılmış, lakin bu hesabdan çıxarışda öz əksini tapmamışdır. Mən mobil tətbiq vasitəsilə digər özümə məxsus kartdan sözügedən kartın balansına mədaxil etdiyim pulları xərcləmişəm. Mən Zərərçəkmiş şəxs5 verdiyim bank kartının sahibi Bağırova Fidan Hacımirzə qızına sosial yardım alması üçün köməklik göstərdiyindən sonuncunun kartı şifrəsi ilə birlikdə məndə olmuşdur. Sonradan isə Fidan Bağırovla aramızda mübahisə yarandığından sonuncu həmin kartın dublikatını çıxardıb istifadə etməyə başladığından Atamkişi sonradan həmin kartdan pul nağdlaşdıra bilməmişdir. Zərərçəkmiş şəxs5 həmin hartdan bir dəfə 400 mana pul nağdlaşdırmışdır. Mən isə kart sahibinə həmin məbləği öz hesabıma vermişəm. Həmin şəxsin hazırda yaşadığı ünvan mənə məlum deyildir. Sonda Təqsirləndirilən şəxs özünü qismən təqsirli hesab edərək, əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir ildən çoxdur tanıyıram. 2022-ci ilin iyul ayında oğlum cinayət törətdiyi üçün onu məhkəmədə müdafiə etməsi məqsədilə vəkil axtarmışam, həmin vaxt Təqsirləndirilən şəxsla tanış olmuşam. Ramin özünü hüquqşünas kimi təqdim edərək məhkəmədə mənim oğlumun hüquqlarını müdafiə edəcəyini demişdir. Mən də Təqsirləndirilən şəxs sözünə aldanıb Raminə bu məqsədlə 1200 manat pul vermişəm. Ramin mənimlə birlikdə oğlumun məhkəmə prosesində iştirak etmişdir. Lakin məhkəmədə oğluna dövlət hesabına vəkil təyin olunmuş və həmin vəkil məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmişdir. Mən Ramindən hansı səbəbdən məhkəmə prosesində çıxış etmədiyini və oğlumu müdafiə etmədiyini soruşduqda Ramin mənə öz işimə məşğul olmamı və onun işinə qarışmamamı tələb etmişdir. Daha sonra oğlumun məhkəmə işi ilə bağlı pula ehtiyac yarandığı üçün 2022-oi ilin iyul ayında Raminlə birlikdə Bakı şəhərində “28 May" adlanan ərazidə yerləşən “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin filialına gedib 4000 manat kreditə pul götürmüşəm. Həmin pulu oğlumun ehtiyaclarına xərcləmişəm. Bundan başqa həmin krediti götürərkən bank tərəfindən mənə balansında 3000 manat pul olan 5490-2641-0671-6119 nömrəli “Tamkart” kredit kartı da verilmişdir. Tamkart kredit kartını həmin vaxt Təqsirləndirilən şəxs məndən götürüb bankomata daxil edib şifrə təyin etdikdən sonra sonra kartı özümə geri qaytarmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs mənə məxsus kredit kartının məlumatlarını ələ keçirmişdir. Mən bankdan götürdüyüm “Tamkart" kredit kartımdan heç vaxt istifadə etməmişəm. Çünki mən həmin kredit kartını bankdan alarkən bankın əməkdaşı məni təlimatlandıraraq həmin kredit kartından pul nağdlaşdırdığı halda əsas borcun üzərinə xeyli faiz hesablanacağını bildirmişdir. 24.08,2023-cü il tarixdə həmin bankda olan kredit tarixçəsini yoxlatmaq üçün getdikdə bankın əməkdaşı “Tamkart" kredit kartıma görə banka 8099 manat kredit borcunun olduğunu bildirmişdir. Mən bankdan bu barədə arayış tələb etmiş və həmin arayışa nəzər yetirərkən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrlə kart hesabıma müdaxilə edildiyini və məndən xəbərsiz olaraq kredit kartından oğurluq edildiyini müəyyən etmişəm. Təqsirləndirilən şəxs mənim məlumatım olmadan kredit kartımdan qeyd olunan məbləğdə pulumu oğurlamışdır. Belə ki, Təqsirləndirilən şəxs məni aldadaraq kartı və şəxsiyyət vəsiqəsini götürüb öz mobil telefonu ilə kartımın və vəsiqənin şəklini çəkərək mənə geri qaytarmışdır. Mən yalnız bu barədə banka müraciət etdikdən sonra Raminin kredit kartından istifadə etməsi, kartın balansında olan pul oğurlamasını öyrəmişəm. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hazırda 107 saylı MKİS-də xadimə işləyirəm. Təqsirləndirilən şəxs 2019-cu ildə sentyabr ayında ev almaq üçün vasitəçiyə müraciət etdikdən sonra tanış olmuşam. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxtı ünvan 8 ünvanında yerləşən evi 9500 manata satdığını bildirmişdir. Mən həmin vaxtı nikahda olduğum ərim X8 ilə birlikdə qeyd etdiyim evə baxdıqdan sonra oranı almaq qərarına gəlmişik. Həmin ev Raminin yaşadığı evin həyətində olmuşdur. Biz həmin evə köçdükdən sonra Təqsirləndirilən şəxs bizimlə daha yaxın münasibət saxlamağa başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs bizə özünün vəkil olduğunu bildirmiş və həmin vaxtı ailə vəziyyəti ilə əlaqədar ərim götürdüyü krediti vaxtında ödəyə bilmədiyi üçün Ramin bizə köməklik edəcəyini bildirmişdir. Biz Raminin məsləhəti ilə məhkəmə qaydasında boşanmış və uşaqlarımın saxlanılması üçün aliment təyin olunmuşdur. Ramin mənim ərimə bildirmişdir ki, əgər əmək haqqından aliment tutularsa həmin şəxsdən bank pul tuta bilməz. Mən yoldaşımdan rəsmi olaraq boşansam da, faktiki olaraq birlikdə yaşamışıq. Həmin müddətdə işsiz olmuş və həyətdə qonşum ilə söhbət etdiyim zaman Ramin də öz evinin damında iş görmüşdür. Həmin vaxtı qonşuma işsiz olduğumu, əvvəlki işindən azad olunduğum barədə danışmışam. Sonradan isə qonşum mənə müəyyən sənədləri Raminin istədiyini və sonuncunun məni əvvəlki işimə bərpa etdirəcəyini bildirmişdir. Mən də lazımi sənədləri verdikdən sonra Təqsirləndirilən şəxs həqiqətən də məni işə bərpa etdirmişdir. Lakin sonradan Ramin mənim yoldaşımla aralarında münasibətləri pozduğu üçün ərim faktiki olaraq boşanmışdır. Mən də məcbur olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki “Kəpənəkçi" adlı marketin yaxınlığında olan fərdi yaşayış evinə köçmüş və orada uşaqlarımla birlikdə yaşamağa başlamışam. Həmin ünvanda yaşadığım zaman mənimlə eyni həyətdə qalan İlahə adlı qonşumu Ramin ələ alaraq yəni, sonradan öyrəndiyimə görə həmin qadına mobil telefon hədiyyə edərək məni izləməsini, barəmdə məlumat ötürməsini tapşırmışdır. Təqsirləndirilən şəxs mənim mobil telefonuma tanımadığı nömrələrindən mesajlar yazaraq ilk gündən məndən xoşladığını bildirmiş, mən isə Raminə bununla bağlı iradımı bildirmişəm. Bir müddət sonra isə Təqsirləndirilən şəxs mənimlə əlaqə saxlayaraq öz bacısına olan borcu ilə bağlı barəsində polisə şikayət edildiyini, həmin borcu ödəməsi üçün 2500 manat pul lazım olduğunu bildirib köməklik etməyimi xahiş etmişdir. Belə ki, Ramin mənim bir nəfər tanışım olduğunu və həmin şəxsdən faizlə pul götürdüyümü əvvəlcədən bilmişdir. Mən də Raminin məni işə bərpa etdirdiyi üçün qarşılığında köməklik göstərməyimi özümə borc bilmişəm. Mən 2020-ci ildə lazım olan məbləği faizlə götürüb Raminə vermişəm. Lakin Ramin faizləri ödəməsə də, qısa müddət ərzində borcunu tamamilə bağlayacağını demişdir. Bundan bir müddət sonra Ramin zəng edərək yolnəqliyyat hadisəsi törətdiyini deyib ziyan ödəməsi üçün 1400 manat pul lazım olduğunu və qısa müddətdə tam ödəyəcəyini bildirib köməklik etməmi xahiş etmişdir. Mən də qeyd olunan məbləği yenidən faizlə götürüb Raminə vermişəm. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxtı 2-3 gün ərzində bir nəfər şəxsin xeyli miqdarda pul verəcəyini və borclarını tam bağlayacağını demişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Ramin borcunu ödəməmişdir. 2023-cü ilin aprel ayının əvvələrində keçmiş ərim Müşfiq qəsəbəsindəki evdən çıxıb getdiyi üçün mən də, həmin evi 16.000 manata satmışam. Mən notariat ofisinə alqı-satqı üçün getdiyim zaman Raminin bir vəkil kimi mənim yanımda iştirak etməsini istədiyim üçün Ramini də özümlə aparmışam. Bundan sonra mən Bakı şəhərində kreditlə ev almaq istədiyimi Raminə bildirmişəm. Belə ki, özüm də bir neçə yerə baxaraq ev axtarmışam. Sonda isə Ramin özü mənə ünvan 9 ünvanındakı evini sataraq həyət evinə köçmək istədiyini, həmin evin ipotekada olduğunu, iki il müddətində ödəniş etdiyini qeyd edərək evi mənim almamı təklif etmişdir. Aramızda olan söhbət zamanı ilkin olaraq 8000 manat pul ödəmək lazım olduğunu Ramin mənə bildirmişdir. Bundan sonra mən Raminlə birlikdə gedib həmin mənzilə baxmışam. İki otaqlı mənzili bəyəndiyim üçün Raminlə razılaşmışam. Bundan bir neçə gün sonra, yəni 2023-cü ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs mənim ünvan 10 ünvanında kirayə yaşadığım evə gəlmişdir. Həmin vaxtı mən Raminə təklikdə 8000 manat pul vermişəm. Ramin isə bununla bağlı mənimlə hər hansı bir müqavilə bağlamamış, mənə hər hansı bir sənəd verməmişdir. Bundan sonra Ramin mənə ev üçün ilkin ödəniş olaraq 13000 manat ödədiyini bildirib qalan 5000 manat pulu da məndən istəmişdir. Mən də 2023-cü ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxsla sonuncunun yaşadığı yəni, mənə satacağı ünvan 9 ünvanındakı evində görüşmüş və təklikdə Raminə 5000 manat pul vermişəm. Təqsirləndirilən şəxsla həmin vaxtı aramızda olan söhbət zamanı Ramin mənə xx.xx.2023-cü il tarixdə yeni evimə köçəcəyimi bildirmişdir. Mən də Raminin sözlərinə arxayın olub kirayə qaldığım evin sahibinə qeyd etdiyim tarixdə evdən çıxacağımı demişəm. Lakin həmin tarix çatsa da, Təqsirləndirilən şəxs evi mənə satmadığı üçün mən etirazımı bildirmişəm. Bu zaman Ramin məndən əlavə olaraq bu məqsədlə 2100 manat pul istəmiş, həmin məbləği evin sahibinə verərək qalan borcunu ödəyəcəyini bildirmişdir. Mən də Raminin sözlərinə inanıb 2023-cü ilin sentyabr ayının sonlarında sonuncunun yaşadığı mənzildə qeyd olınan məbləği Raminə təklikdə vermişəm. Bundan sonra yəni, 2023-cü ilin oktyabr ayının ilk günlərində mən Ramindən ev tələb etdikdə Ramin ipoteka ilə bağlı müəyyən sənədləşdirmə işlərinin aparılması üçün əlavə 1400 manat pula ehtiyac olduğunu bildirmişdir. Mən də razılaşaraq 2023-cü ilin oktyabr ayının əvvəllərində Raminin yaşadığı evdə görüşüb həmin məbləğdə pulu sonuncuya vermişəm. Bundan sonra uzun müddət keçməsinə və Ramin mənə həmin mənzili ipoteka yolu ilə sataraq adına rəsmiləşdirməsinə dair vəd verib ümumilikdə 16500 manat pulumu almasına baxmayaraq Ramin məni müxtəlif bəhalələrlə aldaraq evi mənim adıma rəsmiləşdirməmişdir. Sonradan Təqsirləndirilən şəxs məni aldadaraq pulumu ələ keçirdiyini başa düşdüyüm üçün pulumu ödəməsini tələb etdikdə isə Ramin mənə yenidən bəhalər gətirib evi adıma keçirməsi üçün notariat ofisinə gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs məni aldatdığını görüb həmin mənzilin yerləşdiyi ünvana getmişəm, lakin qapının bağlı olduğunu görüb bu barədə qonşulardan soruşduqda həmin şəxslər mənə Raminin həmin mənzildə kirayə yaşadığını bildirmişlər. Bundan sonra mən Nəsimi RPl-nin 19-cu Polis şöbəsinə şikayətimi bildirmişəm. Təqsirləndirilən şəxs yalan ifadələr vermiş, Təqsirləndirilən şəxs məni aldadaraq aldığı 16.500 manat puldan başqa da, mən Raminə ifadəmdə qeyd etdiyim məbləğdə pullar vermişəm. Raminin Bədəlovun ifadəsində bildirdiyi 4127-2093-0364-2663 seriyalı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nə məxsus “Tam Kart" plastik bank kartı uzun müddət Raminin öz istifadəsində olub. Belə ki, Ramin özünə məxsus bank kartlarını itirdiyini mənə bildirib istifadə etməsi üçün kartımı müvvəqqəti claraq ona verməmi xahiş etmişdir. Bundan başqa mənim ifadəmdə göstərdiyim xüsusatlar Raminlə aramızda “Whatsapp" mesajlaşma proqramı vasitəsilə aparılmış yazışmalarla da öz təsdiqini tapır. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Şahid4 mənim ərimdir. Təqsirləndirilən şəxs uşaq vaxtından yetim olduğundan ərim onun kirvəsi olmuşdur. Yəni uzun müddətdir ki, Təqsirləndirilən şəxs tanıyıram və həmişə də münasibətlərimiz normal olmuşdur. 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs evimizə gəlmiş, söhbət zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini və pensiya düzəltməsi üçün kömək göstərə biləcəyini bildirmişdir. Mən də Ramini uzun müddətdir tanıdığım üçün inanmışam. Həmin vaxtı Ramin mən və İsmayıl üçün 4500 manat pulun qarşılığında hər ikimizin 350-400 manat pensiya alacağımızı, 2-3 ay müddətində işimizi həll edəcəyini bildirmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs bizə yaxın olduğu üçün bu işi 4200 manata həll edəcəyini demiş və biz də razılaşmışıq. Bundan sonra bu məqsədlə 2023-cü ilin mart ayının sonunda Təqsirləndirilən şəxs mənim yaşadığım evə gəlmiş, həmin vaxtı mən özümə məxsus iribuynuzlu heyvanlarımı satmış və ərimin yanında Raminə 3000 manat pul vermişəm. Ramin mənə pensiya kartını alanadək pensiyasını aylıq 200 manat nağd olaraq ödəyəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra, yəni 2023-cü ilin mart ayının sonunda Təqsirləndirilən şəxs mənim yaşadığım evə gələrək əvvəlcədən aramızda olan razılığa əsasən İsmayılın yanında əlavə olaraq məndən 500 manat pul almışdır. Bundan sonra 2023-cü ilin may ayının əvvəllərində mən həmin vaxtı Qobustan rayonunda olan ərim İsmayıla Raminə verməsi üçün 700 manat pul göndərmişəm. İsmayıl da həmin pulu ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona bildirdiyi bank kartına göndərmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üç ay müddətində mənə 250 manat olmaqla ümumilikdə 750 manat pul verib, bunun İsmayıl üçün düzəltdiyi pensiya olduğunu bildirmişdir. Qalan pulu isə hazırki vaxtadək qaytarmamışdır. Mənim isə pensiyasımın düzəldilməsinin bir müddət gecikdiyini bildirmişdir. Bundan sonra Ramin telefonunu söndürdüyü üçün onun bizi aldatdığını başa düşdüyümüzdən ərim Şahid4 Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs bizə pensiya düzəltməsi üçün yalnız mənim və ərimin şəxsiyyət vəsiqələrinin surətlərini tələb edib götürmüş, özünün ƏƏSMNnin əməkdaşı olduğunu bildirib digər hər hansı bir sənədə ehtiyac olmadığını demişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qohumum Şahid4 vasitəsilə tanımışam. Belə ki, bilirdim ki, İsmayılla Ramin kirvədirlər. 2023-cü ilin aprel ayında İsmayılla aramızda olan söhbət zamanı İsmayıl Raminin pensiya düzəltdiyini və bunun üçün onunla razılaşaraq müəyyən məbləğdə pul verdiyini bildirmişdir. Mən də özüm üçün pensiya düzəltdirmək istədiyimi İsmayıla demişəm. İsmayıldan bunun xərcinin nə qədər olacağını soruşduqda İsmayıl mənə 2500 manat pul lazım olacağını bildirdi. Mən 2023-cü ilin aprel ayının əvvəllərində yaşadığım Qobustan rayonundan Abşeron rayonu, Müşfıqabad qəsəbəsinə getmişəm. X22 birlikdə məni qarşılayaraq həmin qəsəbədə yaşadığı evinə aparmışdır. Həmin evdə olarkən İsmayılın yoldaşı Nayıbxanım da evdə olmuşdur. Söhbət əsasında Təqsirləndirilən şəxs özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. Mən də inanaraq İsmayılın yanında Raminə 2500 manat pul vermişəm. Raminə işimi həll edəndən sonra ona daha iki nəfərin də pensiyasını düzəltməsi üçün pul verəcəyimi bildirmişəm. Həmin vaxtı Təqsirləndirilən şəxs mənə bir ədəd “Azərbaycan Beynəlxalq Bankı" ASC- nə məxsus kart vermiş və pensiyası hazır olanadək həmin kartdan üç ay müddətində aylıq 150 manat pul çıxaracağımı, daha sonra isə 300 manat pensiya alacağımı bildirmişdir. Mən də Raminin bildirdiyi kimi həmin kartdan 4 ay müddətində 150 manat pul nağdlaşdırmışam. Sonuncu dəfə isə 2023-cü ilin iyul ayında, yəni Ramin kartı mənə verdiyi vaxtdan 4 ay sonra Qobustan rayonu ərazində yerləşən bankomatdan pul nağdlaşdırmaq istəyərkən kartın istifadə müddətinin bitməsi səbəbindən kart bankomat tərəfindən qaytarılmamışdır. Belə ki, mən kartdan pul çıxardığım müddətdə Təqsirləndirilən şəxs etibar etdiyim üçün əvvəlcədən bildirdiyim dostum X6 və onun arvadı X2 da pensiya düzəltməsi üçün müraciət etmişəm. Belə ki, əvvəlcədən dostum İsmayıl Şahverdiyevlə aramızda olan razılığa əsasən maddi imkanı zəif olduğundan pensiyanının düzəldilməsi üçün Təqsirləndirilən şəxs mən öz hesabıma 5000 manat verməli, daha sonra isə İsmayıl mənim pulumu qaytarmalıydı. Razılaşmaya əsasən mən 2023-cü ilin iyul ayı ərzində müxtəlif vaxtlarda 3 dəfəyə olmaqla hissə-hissə yəni, 2500, 1800 və 700 manat olmaqla Təqsirləndirilən şəxs mənə hesabına pul vurması üçün verdiyi “Kapital Bank" ASC-nə məxsus 4169 7388 2851 3469 seriyalı plastik bank kartınının hesabına Qobustan rayonunda yerləşən “Dost Market" adlı ərzaq mağazasında yerləşən ödəniş terminalı vasitəsilə köçürmüşdür. Pulları köçürən kimi Raminlə mobil telefonla əlaqə saxlayaraq bu barədə məlumat vermişəm. Hazırda həmin kart özümdə olduğundan istintaq orqanına təqdim etmişəm. Bundan sonra Təqsirləndirilən şəxs mənə bir ədəd “Azərbaycan Beynəlxalq Bankı" ASC- nə məxsus 4127 2211 1034 1387 seriyalı, bir ədəd "xxxx" ASC-nə məxsus “5103 0714 7166 8315" seriyalı kartları şifrələri ilə birlikdə vermiş və adları qeyd olunan şəxslərin pensiyaları hazır olanadək, yəni 3 ay müddətində hər bir kartın balansına 220 manat pul köçürüləcəyini, pensiya hazır olandan sonra isə 300 manat pul alacaqlarını bildirmişdir. Lakin mən bir dəfə 2023-cü ilin iyul ayında Qobustan rayonda “Azərbaycan Beynəlxalq Bankı" ASC-nə məxsus kartdan 155 manat, “Kapitalbank’ ASCnə məxsus kartdan isə 199 manat pul nağdlaşdırmışam. Təqsirləndirilən şəxsla əlaqə saxlayıb bu barədə soruşmaq istəsəm də, telefonu söndürdüyü üçün əlaqə saxlaya bilməmişəm. Həmin kartlar da özümdə olduğundan istintaq orqanına təqdim etmişəm. Mən pulu köçürdükdən sonra Təqsirləndirilən şəxsla telefonla əlaqə saxlayıb bu barədə bildirdiyi üçün ödəniş qəbzlərini özümdə saxlamamışam. Şahid4 mənim qohumum olduğundan məndən qazanc məqsədilə özü üçün pul istəməmişdir. Ramin də məndən aldığı puldan İsmayıla verib-verməyəcəyi barədə mənə heç bir söz deməmişdir. İsmayılla əvvəlcədən aramızda olan söhbət zamanı sonuncu öz arvadının əlil olması ilə bağlı pensiya düzəltmək istədiyi barədə dedikdə ondan belə bir adam taparsa mənə də köməklik etməsini xahiş etmişəm. Ona görə də Şahid4 özü mənə Təqsirləndirilən şəxs pensiya düzəltməkdə köməklik edə biləcəyini tövsiyə etmişdir. Mən ümumilikdə pensiya düzəltməsi üçün Təqsirləndirilən şəxs 7500 manat pul vermiş, həmin pulun 2500 manatını özüm üçün, 5000 manatını isə dostum İsmayıl Şahverdiyev və sonuncunun arvadı Nailə Şahvediyeva üçün vermişəm. Təqsirləndirilən şəxs yalnız mənim və digər şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini tələb edib götürmüş, özünün ƏƏSMN-nin əməkdaşı olduğunu bildirib digər hər hansı bir sənədə ehtiyac olmadığını demişdir. 2023-cü ilin iyul ayında Qobustan rayonunda sonuncu dəfə pul çıxarmaq istəyərkən kartın istifadə müddətinin keçməsi səbəbindən bankomart kartı geri qaytarmamış, mən də əvvəlcədən kartın üzərində olan istifadə müddətinə baxmadığım üçün onu bankomata daxil etmişəm. Bu səbəbdən də həmin kartı istintaqa təqdim edə bilməmişəm. Kartın üzərində olan seriya nömrəsini isə xatırlamıram. Təqsirləndirilən şəxs mnə verdiyi "xxxx" ASC-nə məxsus kartın üzərində “Rafiqa Mammadova" adı qeyd olunmuş, həmin şəxsin kim olması da, mənə məlum deyildir. Mən əvvəlcədən buna fikir verməmişəm, sonradan isə diqqətlə baxdıqda üzərində başqa şəxsin adı yazıldığını görmüşəm. Lakin Raminlə sonradan əlaqə saxlaya bilmədiyim üçün bu barədə soruşa bilməmişəm. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Əmirxan oğlu ifadəsində göstərdi ki, Şahid4 uzun müddətdir ki, tanıyıram, həmişə münasibətlərimiz normal olmuşdur. Şahid4 2023-cü ilin aprel ayında mənim Qobustan rayonunda çalışdığım fermaya gəlmiş, aramızda olan söhbət zamanı İsmayıl öz xəstəliyi ilə əlaqədar kirvəsi Təqsirləndirilən şəxs ona pensiya düzəltdiyini bildirmişdir. Mən də bu barədə maraqlandıqda Təqsirləndirilən şəxs mənə də pensiya düzəldə biləcəyini, bu məqsədlə həmin şəxsə pul verən kimi dərhal pensiya kartıni vercəyini demişdir. Bunun qarşılığında Təqsirləndirilən şəxs nə qədər pul tələb etdiyini İsmayıldan soruşduqda İsmayıl penisya düzəltmək üçün Raminin 3000 manat pul istədiyini bildirmişdir. Mən də razılaşdığım üçün xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Müşfiqabad qəsəbəsinə getmişəm, orada İsmayıl məni qarşılayıb və həmin qəsəbədə yaşadığı öz evinə aparmışdır. Bir qədər sonra isə Təqsirləndirilən şəxs da İsmayılın evinə gəlmişdir. Raminlə aramızda olan söhbət zamanı Ramin özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, pensiyamın 250 manat olacağını, pensiya hazır olanadək mənə kart verəcəyini və həmin kartdan hər ay 250 manat pul çıxara biləcəyimi demişdir. Mən tələb olunan 3000 manat pulu Şahid4 yanında Təqsirləndirilən şəxs vermişəm. Ramin pulu sayaraq qəbul etmiş və dərhal mənə bir ədəd “Kapital Bank" ASCnə məxsus kartı şifrəsi birlikdə vermişdir. Bundan sonra yaşadığım rayona qayıtmışam. Evimdə olarkən Təqsirləndirilən şəxs verdiyi kartın üzərinə baxdıqda orada “Rafiqa Mammadova” yazıldığı, kartın həmin şəxsə məxsus olduğunu görüb dərhal Şahid4la mobil telefonla əlaqə saxlayıb bu barədə məlumat verib kartı geri qaytarmaq istədiyimi demişəm. Bir neçə gün sonra mən Şahid4la görüşüb kartı geri qaytarmışam. 2023-cü ilin may ayının sonlarında Şahid4 Qobustan rayonuna getdiyi zaman biz görüşmüş və İsmayıl mənə 250 manat nağd pul verib həmin pulu Raminin göndərdiyini bildirmişdir. X21 evində ilk dəfə görüşüb söhbət etdiyim zaman Ramin başqa şəxslərə də, pensiya düzəldə biləcəyini, həmin şəxsin 400 manat pensiya alacağını və bunun qarşılığında 4000 manat pul lazım olduğunu bildirmişdir. Buna görə də, Ramin ilk dəfə mənə 250 manat pul verdiyi zaman inandığım üçün öz arvadım X4 da, pensiya düzəltməsini telefon danışığı zamanı Ramildən xahiş etmişəm. Ramin də, mənimlə razılaşdığı üçün xx.xx.2023-cü il tarixdə İsmayılla birlikdə Qobustan rayonuna gəlmişəm. Biz birlikdə həmin vaxtı Qobustan rayonunun mərkəzində yerləşən ‘'Vahidin kafesi" adlı kafedə görüşmüşük. Bu zaman mən İsmayılın yanında Təqsirləndirilən şəxs arvadıma pensiya düzəltməsi üçün 3000 manat pul vermişəm. Mənim Raminlə əvvəlcədən aramızda olan razılaşmaya əsasən mən Raminə 3000 manat pulunun olduğunu bildirmiş və Ramin də mənimlə razılaşmışdır. Mən 3000 manat pulu verdiyim zaman pensiyanı aldığım vaxtı əlavə olaraq 500 manat da pul verməmi Ramin məndən tələb etmiş və biz razılaşmışıq. Həmin vaxtı Təqsirləndirilən şəxs bir ədəd “Kapital Bank" ASC-nə məxsus 4169 7416 7176 4395 seriyalı kartı şifrəsi ilə birlikdə mənə təqdim etmişdir. Mən də həmin kartdan bir dəfə 2023-cü ilin iyun ayının sonlarında Qobustan rayonunda istifadə etməklə 400 manat pul nağdlaşdırmışam. Həmin kart özümdə olduğunda istintaq orqanına təqdim etmişəm. Bundan sonra Təqsirləndirilən şəxs telefon zənglərinə cavab vermədiyi üçün sonuncu ilə əlaqə saxlaya bilməmişəm. Təqsirləndirilən şəxs məni aldatdığını başa düşdüyüm üçün sonradan onun barəsində şikayət etmişəm. Şahid4 mənim tanışım olduğundan məndən özü üçün qazanc olaraq pul istəməmiş, Ramin də məndən aldığı puldan İsmayıla verib- verməyəcəyi barədə mənə heç bir söz deməmişdir. Mən ümumilikdə bu məqsədlə Təqsirləndirilən şəxs 6000 manat pul vermiş, həmin pulun 3000 manatını özüm, 3000 manatını isə arvadım üçün vermişəm. Mən Təqsirləndirilən şəxs iki dəfəyə olmaqla ümumilikdə 6000 manat pul vermişəm, hər dəfəsində Şahid4 mənim yanımda olmuşdur. Təqsirləndirilən şəxs mənə verdiyi 650 manatın isə 250 manatını Şahid4 vasitəsilə mənə nağd göndərmiş, 400 manatını isə mənə verdiyi kartdan çıxartmışam. Belə ki, Raminin məndən ümumilikdə 4500 manat pul aldığını ifadəmdə qeyd etməm tamamilə yalandır. Təqsirləndirilən şəxs yalnız mənim və arvadımın şəxsiyyət vəsiqələrimin surətlərini tələb edib götürmüş, özünü ƏƏSMN-nin əməkdaşı olduğunu bildirib digər hər hansı bir sənədə ehtiyac olmadığını demişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 Əmirxan oğlu ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 mənim bacımdır. xx.xx.2023-cü ildə, saatını xatırlamadığım vaxtda bacım Zahilə mənə ağlayaraq zəng vurdu ki, Ramin adlı şəxs onu aldadaraq 8000 manat pulun kartdan oğurlamışdır. Mən bacıma iradımı bildirdim ki, nə üçün mənə deməmiş belə iş tutmuşdur. Bacım mənə bildirdi ki, oğlu Aslan Kərimovun həbsdə olması ilə bağlı vəkil lazım olduğundan Ramin adlı şəxslə tanış olduğunu, həmin şəxs özünü bacıma vəkil kimi təqdim edərək aldatmış, daha sonra bacıma pul lazı olduğundan bacım onunla birlikdə X17 filialına gedərək bacımın adına pul çıxartmışlar, həmin vaxt bacımın adına «Tam Kart» vermişlər. Təqsirləndirilən şəxs həmin kartı və bacımın şəxsiyyət vəsiqəsinin surətini telefonuna çəkmiş və bacım olmadan həmin kartdan 3000 manat çəkərək öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hal hazırda həmin borc 8000 manata qalxmışdır. Vəkil haqqı ilə aldadaraq aldığı pulla birlikdə bacıma ümumilikdə 10.000 manata yaxın ziyan vurmuşdur. Bununla bağlı Abşeron Rayon Polis İdarəsinə şikayət ünvanlamışıq. Mən bacımla onu axtarmışam, lakin o, mənim adımı eşidib qaçıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs uşaq vaxtı yetim olduğundan mən ona kirvə durmuşam. Mən uzun müddətdir ki, Təqsirləndirilən şəxs tanıyıram. 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs evimizə gəlmişdir, Ramin özünü həmin vaxt bizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işçisi kimi təqdim etdi və pensiya düzəltməsi üçün kömək göstərə biləcəyini bildirdi. Mən və həyat yoldaşım Nayıbxanım onun dediklərinə inandıq və mənə və arvadım Naibxanıma təqaüd düzəltməsini xahiş etdik. Həmin vaxtı Ramin mənə və arvadıma 4500 manat pulun qarşılığında hər ikimizin 350-400 manat pensiya alacağımızı, 2-3 ay müddətində işimizi həll edəcəyini bildirdi. Söhbət zamanı Təqsirləndirilən şəxs bizə yaxın olduğu üçün bu işi 4200 manata həll edəcəyini dedi və mən razılıq verdim. 2023-cü ilin mart ayının sonunda Təqsirləndirilən şəxs bizim evə gəldi. Həmin vaxt arvadım özünə məxsus iribuynuzlu heyvanlarını satmışdı. Arvadım mənim yanımda Raminə 3000 manat pul verdi. Ramin yoldaşıma pensiya kartını alanadək pensiyasını aylıq 200 manat nağd olaraq ödəyəcəyini bildirdi. Bundan bir neçə gün sonra, yəni 2023-cü ilin mart ayının sonunda Təqsirləndirilən şəxs yenə bizim evə gələrək əvvəlcədən aramızda olan razılığa əsasən mənim yanımda əlavə olaraq arvadımdan 500 manat pul almışdır. Bundan sonra 2023-cü ilin may ayının əvvəllərində mən Raminə 700 manat pul göndərmişəm. Mən həmin pulu ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs mənə bildirdiyi bank kartına göndərmişəm. Bundan sonra isə Təqsirləndirilən şəxs üç ay müddətində yoldaşıma 250 manat olmaqla ümumilikdə 750 manat pul verib, bunun mənim üçün düzəltdiyi pensiya olduğunu bildirmişdir. Qalan pulu isə hazırki vaxtadək qaytarmamışdır. Arvadım Nayibxanımın isə pensiyasının düzəldilməsinin bir müddət gecikdiyini bildirmişdir. Bundan sonra Ramin telefonunu söndürdüyü üçün onun bizi aldatdığını başa düşdüyümüzdən mən Təqsirləndirilən şəxs barəsində şikayət etmişəm. Təqsirləndirilən şəxs bizə pensiya düzəltməsi üçün yalnız arvadımın və mənim şəxsiyyət vəsiqələrimin surətlərini tələb edib götürmüş, özünün ƏƏSMN-nin əməkdaşı olduğunu bildirib digər hər hansı bir sənədə ehtiyac olmadığını demişdir. Bundan başqa mən bu barədə tanışlarım Zərərçəkmiş şəxs4 və Atamoğlan Xankişiyevin yanında danışarkən onlar da təqaüd almaq istədiklərini bildirmiş və bu səbəbdən mən həmin şəxsləri Raminlə öz evimdə görüşdürmüşəm. Onlar özləri arasında danışıq aparmış və aralarında olan razılaşmaya əsasən Raminə təaüdlərinin düzəlməsi üçün tələb olunan pulları vermişlər. Xankişiyev Arzuman bir dəfə bizim evdə və bir dəfə də kafedə olmaqla hər dəfəsində 3000 manat olmaqla Raminə pul vermiş, həmin puldan Atamoğlana verilmiş kart vasitəsi ilə müəyyən məbləğdə vəsait geri qayıtmış, ziyanın böyük hissəsi isə ödənilməmiş qalmışdır. Həmçinin Zərərçəkmiş şəxs4 mənim evimdə Raminə 2500 manat pul vermiş, sonradan isə Raminin kart hesabına ödənişlər etmiş və ona da eyni üsulla kart vermiş, həmin kartdan pul çıxartmaqla zərərin müəyyən hissəsi Safalıya geri qaytarılmış. Zərərin böyük bir hissəsi ödənilməmiş qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ramin oğlumdur, hələ Raminin barəsində cinayət işi başlanmazdan əvvəl Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında pulla bağlı mühasibə olduğunu öyrənmişəm. Belə ki, Təqsirləndirilən şəxsovun Zahilə Zeynalovaya məxsus bank kartından pul çıxardıb şəxsi ehtiyaclarına xərcləməsi, Zərərçəkmiş şəxs2 Raminə pul verməsi mənə məlum olsa da, Raminin Zahilənin bank kartından nə qədər pul çıxarıb xərcləməsi, Durnadan hansı məqsədlə nə qədər pul aldığı ona məlum deyildir. Təqsirləndirilən şəxs barəsində şikayət etmiş Nayıbxanım Celilovanın əri Şahid4 Raminin kirvəsidir. Həmin şəxslərdən başqa İsmayılın tanışları Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 də Təqsirləndirilən şəxs barəsində şikayət etdiklərini eşitsəm də, həmin şəxsləri tanımıram və hansı məsələ ilə bağlı Raminin barəsində şikayət etmələri mənə məlum deyildir. Təqsirləndirilən şəxs mənim adıma olan “Azərbaycan Beynəlxalq Bankı" ASC-nə məxsus plastik bank kartını, qızım X7 adına olan “Azərbaycan Beynəlxalq Bankı" ASC-nə məxsus 4127 2211 1034 1387 seriyalı plastik bank kartını Zərərçəkmiş şəxs4 verməsi barədə heç bir məlumatım olmamışdır. Belə ki, ailə üzvlərinə məxsus əmək haqqı və pensiya kartları hamısı Raminin istifadəsində olmuş, ailənin büdcəsini Ramin idarə etdiyi üçün mənim bu baş verənlərdən heç bir məlumatım olmamışdır. Mən həmin kartları ailə büdcəsini idarə etməsi üçün özüm könüllü olaraq Raminə vermişəm. Çünki həmin vaxtı mən İİİ qrup əlil olan qızım Fatimə ilə birlikdə Raminin evində yaşamışam. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs mənim ərimdir, mən Raminlə 2012-ci ildə nikaha daxil olmuş və bu nikahdan 3 azyaşlı uşağımız vardır. Hələ Raminin barəsində cinayət işi başlanmazdan əvvəl Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında pulla bağlı mühasibə olduğunu öyrənmişəm. Belə ki, Təqsirləndirilən şəxsovun Zahilə Zeynalovaya məxsus bank kartından pul çıxardıb şəxsi ehtiyaclarına xərcləməsi, Zərərçəkmiş şəxs2 Raminə pul verməsi mənə məlum olsa da, Raminin Zahilənin bank kartından nə qədər pul çıxarıb xərcləməsi, Durnadan hansı məqsədlə nə qədər pul aldığı mənə məlum deyildir. Təqsirləndirilən şəxs barəsində şikayət etmiş Nayibəxanım Cəlilovanın əri Şahid4 Raminin kirvəsidir. Həmin şəxslərdən başqa İsmayılın tanışları Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 də Təqsirləndirilən şəxs barəsində şikayət etdiklərini eşitsəm də, həmin şəxsləri tanımıram və hansı məsələ ilə bağlı Raminin barəsində şikayət etmələri mənə məlum deyildir. Təqsirləndirilən şəxs mənimlə birgə yaşadığı ünvan 9 ünvanındakı mənzili Zərərçəkmiş şəxs2 həmin vaxtı ipotekada olduğunu bildirib 16500 manat qarşılığında sonuncunun adına rəsmiləşdirəcəyinə dair vəd verib aldatmaqla həmin məbləğdə pulunu ələ keçirməsi barədə əvvəlcədən heç bir məlumatım olmamış və mən sonradan bu barədə öyrənmişəm. Hazırda xatırlamadığım vaxtda Zərərçəkmiş şəxs2 bizim həmin vaxtı kirayə yaşadığımız qeyd olunan ünvandakı mənzilə gəlmiş və Ramini gözləməyə başlamışdır. Həmin vaxtı aramızda olan söhbət zamanı Durnadan hansı səbəbdən Ramini axtardığını soruşduqda sonuncu Raminin ona pul verməli olduğunu bildirmişdir. Lakin Təqsirləndirilən şəxs həmin vaxtı evə gəlmədiyindən Durna çıxıb getmişdir. Durna isə Raminin ona hansı səbəbdən pul verməli olduğunu mənə açıqlamamışdır. Bundan sonra xeyli müddət keçsə də, Ramin evə gəlmədiyindən və mənim maddi çətinliyim olduğundan həmin mənzildən çıxaraq atamın evinə getmişəm. Bundan sonra Ramin mənim yanıma gəldikdə Durna ilə aralarında olan mübahisə barədə soruşmuşam, Ramin mənə Durnadan pul aldığını, sonuncunun həmin pulun qarşılığında ondan həmin vaxtı yaşadıqları evi istədiyini, lakin Durnaya həmin mənzilin özünə məxsus olmadığını, orada kirayə yaşadığını izaha edə bilmədiyini demişdir. Təqsirləndirilən şəxs mənim adıma olan "Kapital Bank” ASC-nə məxsus 5103 0714 7166 8315 seriyalı bank kartımı və baldızım X7 adına olan “Azərbaycan Beynəlxalq Bankı" ASC-nə məxsus 4127 2211 1034 1387 seriyalı plastik bank kartını Zərərçəkmiş şəxs4 verərək həmin şəxsdən aldığı pulun qarşılığında düzəlcəyi pensiyanı qeyd olunan kartlar vasitəsilə nağdlaşdıracağını bildirməsi barədə məlumatım yoxdur. Belə ki, ailə üzvlərinə məxsus əmək haqqı və pensiya kartları hamısı Ramin istifadəsində olmuş, ailənin büdcəsini Ramin idarə etdiyi üçün mənim bu baş verənlərdən əvvəlcədən heç bir məlumatım olmamışdır. Bu barədə mənim mobil nömrəmə bank tərəfindən heç bir bildiriş göndərilməmişdir. Cinayət işinin İ cildinin 1-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərara görə, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli iş üzrə cinayət işi başlanılmışdır. Cinayət işinin İ cildinin 17-24-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 21 yanvar 2024-cü il tarixli protokollardan görünür ki, hadisənin baş verdiyi yer Qobustan rayonunda yerləşən kafe və “Dost” supermarketi olmuşdur. Cinayət işinin İ cildinin 95-ci vərəqələrində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 16 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elam edilmişdir. Cinayət işinin İ cildinin 114-117-ci vərəqələrində olan “cinayət işlərinin bir icraatda birləşdirilməsi cinayət əməlinin tövsif edilməsi” haqqında 16 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin məcəllənin 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin İ cildinin 227-ci vərəqindən görünür ki, Abşeron rayon RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X18 tərəfindən 03 oktyabr 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 238-ci vərəqindən görünür ki, Abşeron rayon RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X18 tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin İİ cildinin 3-5-ci vərəqlərində olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin barədə vəsatətin təmin edilməməsi haqqında” 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron rayon RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X10 xx.xx.2023-cü il tarixli vəsatəti təmin edilməmişdir. Cinayət işinin İİ cildinin 32-33-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli qərara əsasən, qətimkan tədbirinin şərtlərini pozduğuna görə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozduğuna görə onun barəsində axtarış elan edilmiş və tutulduğu andan Nəsimi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 38-ci vərəqində olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, həmin tarixdə 71415 nömrəli axtarış işi üzrə axtarışda olan təqsirləndirilən şəxs Bədəlov X14 rayonu, Qobu qəsəbəsində saxlanılaraq Nəsimi RPİ-yə gətirilmişdir. Cinayət işinin İİ cildinin 68-ci vərəqində olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-588/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 04 dekabr 2023-cü il tarixdən hesablanmaqla istintaq müddətinin sonunadək, yəni xx.xx.2024-cü ilədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cildinin 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinin 92-93-cü vərəqlərində olan 28 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin İİ cildinin 114-116-cı vərəqlərində olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-610/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 27 mart 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin İİ cildinin 160-164-cü vərəqlərində olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 04 may 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin İİ cildinin 193-202-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(103)-385/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİ cildinin 212-218-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-214/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 iyun 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin İİİ cildinin 39-59-cu vərəqlərində olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki cinayət işi üzrə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi, zərər çəkmiş şəxslər və şahid ifadələri, ifadənin yerində yoxlanması, üzləşdirmə, baxış keçirilməsi, götürmə və baxış keçirilməsi protokolları, bank hesabından çıxarışlar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü qismində qiymətləndirilməsi, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 götürülmüş bir ədəd cd-disk, Zərərçəkmiş şəxs4 götürülmüş 3 ədəd bank kartları, Zərərçəkmiş şəxs5 Əmirxan oğlundan götürülmüş 01 ədəd bank kartının foto şəkili, "xxxx" MMC-dən və DİN-nin BİKİ-dən əldə olunmuş 02 ədəd cd-disklər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut növü qismində qiymətləndirilməsi və cinayət işində saxlanması qərara alınmışdır. Cinayət işinin İİİ cildinin 61-62-ci vərəqlərində olan 07 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli tam etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkumluğunun olmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını (əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkumluğunun olmaması, himayəsində 3 azyaşlı uşağının olması) və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in onun təqsirli bilindiyi 177.2.2, 177.2.4, 177.2.3-1, 178.2.2 və 178.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, təyin olunmuş cəzalar qismən toplanılmaqla cəza müəyyən edilməli (CM- 66.2.), istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən hesablanmalı (CPM-158.2.1., 158.6., CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, İş üzrə maddi sübut kimi tanınmış – zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 götürülmüş bir ədəd cd-disk, Zərərçəkmiş şəxs4 götürülmüş 3 ədəd bank kartları, Zərərçəkmiş şəxs5 Əmirxan oğlundan götürülmüş 01 ədəd bank kartının foto şəkili, "xxxx" MMC-dən və DİN-nin BİKİ-dən əldə olunmuş 02 ədəd cd-disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “EKOL” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “EKOL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 177.2.3-1-ci maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 04 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış – zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 götürülmüş bir ədəd cd-disk, Zərərçəkmiş şəxs4 götürülmüş 3 ədəd bank kartları, Zərərçəkmiş şəxs5 Əmirxan oğlundan götürülmüş 01 ədəd bank kartının foto şəkili, "xxxx" MMC-dən və DİN-nin BİKİ-dən əldə olunmuş 02 ədəd cd-disklər cinayət işinin materiallarında saxlanılsın. “EKOL” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “EKOL” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar