Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-346/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X3 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində ünvan 4 ünvanında yerləşən, ictimai yer hesab edilən «Həkəri» kafesində kafenin icarədarı Zərərçəkmiş şəxs2 onun kafedə səs-küy salmasına iradını bildirməsini cüzi səbəb kimi bəhanə gətirərək uzun müddətə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozaraq, ətrafdakı şəxslər üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxllaqvəmənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin qanuni mənafelərinə toxunan hərəkətlər edib, özünün şəxsiyyətini digər şəxslərin fovqündə qoyub cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs2 zor tətbiq edib əlində olan silah qismində istifadə etdiyi pivə bakalını və çayniki baş nahiyəsindən qəsdən vuraraq və sonuncunun növbəti zərbələrin qarşını almaq üçün əlini qarşıya uzatması və pivə bakalının qırılmış hissəsinin əlini kəsməsi nəticəsində ona həyat üçün təhlükəli olmayan sağ əlin İİİ və İV barmaqlarının həmin əlin İİİ barmağında hərəkət məhdudluğu ilə müşayiət olunan kəsilmiş yaraları, sağ qaş nahiyəsinin səthi əzilmiş-cırılmış yarası, sol qulaq seyvanın qançırı ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 22:30 radələrində, ünvan 5 ünvanında yerləşən «Həkəri» kafesində kafenin icarədarı Zərərçəkmiş şəxs1 onun barəsində polisə şikayət edəcəyini deməsini cüzi səbəb kimi bəhanə gətirərək sonuncuya zor tətbiq edib əl-ayaq zərbələri ilə onun qol və ayaq nahiyələrinə qəsdən zərbələr vuraraq sağ baldırın qançırı və sağ saidin sıyrığı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilməyən bədən xəsarəti yetirməklə kafedə olan Zərərçəkmiş şəxs1 məxsus hər birinin ayrı-ayrılıqda qiyməti 5 manat təşkil edən, 4 ədəd 400 qramlıq pivə bakalını və markası olmayan hər birinin ayrı-ayrılıqda qiyməti 10 manat təşkil edən 2 ədəd bir litrlik çini materialından olan dəm çaynikini yerə vurub sındırmaqla məhv edərək sonuncuya ümumilikdə 40 manat maddi ziyan vurub xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təxminən 2019-cu ilin sentyabr-oktyabr aylarından tanıyır, belə ki, Tural ilə Fərqanə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 18 saylı binanın yaxınlığında yerləşən A.Mustafayev küçəsi 3 ünvanda olan «Həkəri» kafesini işlədirlər. xx xxxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində evinə gəlmiş və evdə spirtli içki qəbul etmiş və daha sonra «Həkəri» kafesinə getmiş, həmin kafeyə demək olar ki, mütəmadi gedirmiş, kafedə təxminən 4 bakal pivə içmiş, bundan sonra mahnı sifariş etmiş, oynadığı vaxt Tural kafeyə gəlmiş, onun mahnısını qəsdən kəsib onunla kobud danışaraq, ona vəhşi kimi oynama deyərək irad bildirmiş, oda Turala cavabını vermiş, bu zaman Tural ona başı il 5 kəllə ataraq bumundan vuraraq burnunu qanatmış, həmin vaxt oda Turalın sifet nahiyyəsindən bir dəfə yumruqla vurmuş və onları aralaşdırmışlar. O, Turala demişdir k , “mən içkiliyəm sən ayıqsan, indi gedirən bir iki günə geri gəlib səninlə ayıq başına söhbət edərik". xx xxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində «Həkəri» kafesinə getmişdir ki, Turaldan nəyə görə ona kəllə atmasını soruşsun. Kafeyə daxil olduğu zaman Tural ilə Fərqanə kafenin içində olmuşlar, həmin zaman da Fərqanə onunla küçə söyüşləri ilə danışaraq nəyə görə kafeyə gəlməyini və Tural ilə mübahisə etdiyini demiş, o, Fərqanəyə iradını bildirib “kişilərin söhbətinə qarışma” demiş, bu zaman üzünü Turala tutub “gəl küçəyə çıxaq orada söhbət edək” demiş, onun fikri var idi ki, Turalı onun burnundan kəllə ilə vurduğuna görə küçədə döysün. Tural isə ona cavab olaraq bildirmişdir ki, mətbəxə keçib orada söhbət etsinlər. Bundan sonra Tural ilə birlikdə kafenin mətbəxinə keçmiş, mətbəxə keçən zaman Tural kafedə stolun üstündən pivə bakalını əlinə götürmüş, Turala onu nə üçün xx xxxxxx 2020-ci il tarixdə vurdğunu soruşanda, Tural ona nəlayiq formada onun işlətdiyi kafedə heç bir var yoxu belə-belə olan adamın artıq hərəkət edə bilməməsini demiş və onun gözləmədiyi anda Tural pivə bakalını onun başından vurmuşdur. Tural pivə bakalını başına vuran zaman pivə bakalı başındaca qırılmış, bakalın şüşələri başına batdığından başından qan axmağa başlamış, pivə bakalının sınmasından, həmçinin Turalın pivə bakalını sağ əlinin ovucunun içində saxlamasından sonuncunun barmaqlarını pivə bakalının sınmış şüşə qırıntıları əlini kəsmiş və o, da qışqırmış, o, Turalın bu hərəkətindən əsəbiləşib onu söyəıək üstünə gəlmiş, Turalı vurmaq istəsədə hadisə yerinə gələn Fərqanə, kafedə işləyən Aygün, Ayxan, Şəbinə, Nüşabə və tanımadığı adamlar onları aralaşdırmışlar.Bir sözlə həmin zaman Tural və o, xəsarət aldığından Fərqanə əvvəl ondan polisə şikayət edəcəyini demiş, sonra isə qardaşı Eminə zəng etmişdir ki, gəlib onları xəstəxanaya aparsın. Təxminən 2-3 dəqiqədən sonra Emin gəlmiş və Turalı xəstəxanaya aparmış, ona təklif etdikdə o, xəstəxanaya getməkdən imtina etmiş vəbirbaşa evə getmişdir.Daha sonra Tural əlinin əməliyyat olunması üçün 600 manat pul tələb etmiş, qardaşı Turalın əlini müalicə etməsi üçün Turalı xəstəxanaya aparıb hər cür köməklik göstərmiş, dərmanına kimi alıb vermiş, bir müddətdən sonra ona zəng gəlmişdir ki, polislər onu axtarır, hadisə ilə bağlı polis şöbəsinə dəvət edirlər. Ona görə də özü durub 19-cu polis şöbəsinə gəlmiş və hadisə ilə bağlı izahatını vermişdir.Bundan da başqa ailəsində olan şəxsi problemlərilə bağlı istintaqa gedə bilməmiş, o, xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində yaşadığı bunanın yəni, Nəsimi rayonu, Cavadxan küçəsi 18 saylı ünvanın qarşısında dayanan zaman ona bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşmış, özlərini təqdim edib Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları olmasını bildirmiş, oda özünü polislərə təqdim etmiş, polis əməkdaşları onun axtarışda olmağını bildirib onlarla getməyini xahiş etmişlər, o, da polislərin xahişi ilə Polis Şöbəsinə gəlmiş, şöbədə polis əməkdaşları onun axtarışda olub tutulmağı barədə protokol tərtib edəndən sonra onu Nəsimi RPİ-nin MSY-nə təhvil vermişlər, o, axtarışda olmağından xəbəri olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə «Həkəri» kafesinin içərisində baş vermiş, həmin vaxt orada işləyən qadınlar və bir neçə nəfər tanımadığı oğlanlar olmuş,xx xxxxxx 2020-ci il tarixdə onun həmin kafeyə getməkdə məqsədi gedib Turalın ona kəllə atmağını aydınlaşdırmaq olmuş. Həmin vaxtda Aygün ona çaynik atmamış,sadəcə Tural ilə Fərqanə ondan şikayət etdiklərindən o, əsəbindən izahat və ifadə verən zaman Aygünündə ona çaynik atmasını yalan demişdir. Daha sonra özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin, tələbinin, mülki iddiasının olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini məhkəmədən nəzərə almağını xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmişZərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o,Nəsimi rayonu, A.Mustafayev küçəsi 3 ünvanında yerləşən «Həkəri» kafesini Zərərçəkmiş şəxs1 ilə icarəyə götürüb birlikdə şərik işlədirlər. Həmin kafeni işlətdiyi müddətdə Ramini tanımış, demək olar ki, sonuncu mütamədi olaraq kafeyə gəlirmiş. Raminə qarşı əvvəlcədən heç bir şəxsi qərəzliyi və ədavəti olmamış, hər dəfə Ramin kafeyə gələndə sərxoş vəziyyətdə olmuş və orada işləyən işçilərə, ona söz atmış və nalayiq sözlər işlətmişdir.Təxminən xx xxxxxx 2020-ci il tarixdə Ramin yenə kafeyə gəlmiş, hamıya sataşmağa başlamış, ona zəng edib Raminin kafedə problem yaratdığını bildirmişlər, oda kafeyə gəlmiş və Raminlə söhbət edərkən Ramin onun ünvanına nalayiq ifadələr işlətmiş, bu zaman aralarında mübahisə olsa da ətrafda olan hazırda adını xatırlamadığı şəxslərin köməkliyi ilə mübahisələrinə son qoyulmuşdur. xx xxxxxx 2020-ci il tarixində saat 22:00 radələrində Ramin yenidən sərxoş vəziyyətdə kafeyə gəlmiş, içəri daxil olub onun yanına gəlmiş və başına sığal çəkib alnından öpmüş, daha sonra onu söhbət etmək üçün mətbəxə aparmış, mətbəxdə olarkən sakit-sakit söhbət etmişlər, həmin vaxt orada ikisindən baş qa heç kəs olmamış, söhbət əsnasında ani anda heç bir səbəb olmadan Ramin mətbəxdə olan boş pivə bakalını götürüb onun sol qulaq nahiyəsindən və boynunun arxasından iki dəfə zərbəendirmiş, həmin vaxt bakal sınmış, bundan sonra Ramin onu bir daha vurmaq istəyərkən o, sağ əlilə özünü müdafiə etmək üçün bakalın qarşısına atmış, bu vaxt bakal onun barmaqlarını doğramış, qan çox axdığından müqavimətini itirmiş, bununla da Ramin kifayətlənməyib oradan çayniki götürüb bir daha sol qulaq nahiyəsindən vurmuş, o, yerə yıxılmış və Ramin onu vurmaq məqsədi ilə bir daha üzərində oturmuş, bu zaman mətbəxə səs-küyə Fərqanə xanım, Aygün xanım, Şəbinə xanım və müğənni Ayxan gəlmişlər və Ramini onun üzərindən durquzmuşlar. Daha sonra Raminin qardaşı kimi tanıdıqları Emin kafeyə gəlmiş, Emin Ramini danlamış və bayıra çıxartmış, Emin onu da götürüb xəstəxanaya aparmış, sonra barmaqlarına tikiş qoymuşlar, bundan sonra Emin onu evinə aparmışdır. Ramin hər dəfə kafeyə gələrkən, nalayiq sözlər işlətmiş və kafenin fəaliyyətini pozmuşdur. Baş vermiş mübahisə təxminən 15-20 dəqiqə davam etmiş, kafenin fəaliyyəti pozulmuş, müştərilər hesabı ödəməyib qaçdığından təxminən 100 manata qədər pul, bundan başqa baş vermiş hadisə zamanı kafeyə təxminən 30-40 manat dəyərində maddi ziyan dəymiş, belə ki, markası olmayan, 2020-ci ilin may ayında 8-ci km qəsəbəsində yerləşən bazardan Fərqanənin aldığı hər birinin ayrılıqda qiyməti 5 manat təşkil edən, 400 qramlıq, 04 ədəd pivə bakalı və markası olmayan, hər birinin ayrılıqda qiyməti 10 manat təşkil edən 1 litrlik, çini materialından 2 ədəd dəm çayniki qırılmışdır. Kafedə olan bakalları ilə çaynikləri Fərqanə öz pulu ilə aldığından maddi ziyanda məhz Fərqanəyə dəymişdir. O, xx xxxxxx 2020-ci il tarixdə saat saat 23:30 radələrində Travmatologiya institutuna Eminlə getmiş, orada ona ilk yardım edib sağ əlinə tikiş qoymuşlar, lakin xx.xx.2020-ci iltarixdə isə həmin Travmatologiya institundan xəsarət almağıla bağlı xəstəxananın kitabını qeydiyyatı xx.xx.2020-ci il tarixdə günorta saatlarında qeyd etmişlər, çünki gecə vaxtı xəstəxananın qeydiyyat kitabını yazan şəxs olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ramini ümumiyyətlə nə özü nədə ki, kimsə vurmamış,Ramin kafedə xəsarət almamış onun bədənində olan xəsarəti haradan alması barədə məlumatı olmamışdır. Daha sonra Zərərçəkmiş şəxs2məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını bildirmiş və sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki,Nəsimi rayonu, A.Mustafayev küçəsi 3 ünvanında yerləşən «Həkəri» kafesini Zərərçəkmiş şəxs2 iləicarəyə götürüb və birlikdə şərik işlədirlər. Həmin kafeni ona görə götürmüşlər ki, “Ümüdlə yaşa” xeyriyyə ictimai birliyində olan şəhid ailələri, kimsəsiz qocalar və uşaqlara yardım edilsin. Qeyd edib ki, həmin birlik 2005-ci ildə Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmışdır. Kafeni işlətdiyi vaxtdan Ramin adlı şəxs daimi olaraq müştəri kimi həmin kafeyə gəlmiş, Ramin gəldiyi vaxt hər dəfə müxtəlif problemlər yaratmış, bir neçə dəfə Ramin Tural ilə dava-dalaş etmiş, kafedə işləyən işçilərə sataşmış buna görə də Tural ilə aralarında mübahisələr olmuşdur. xx xxxxxx 2020ci il tarixdə saat 22:00 radələrində kafedə olarkən Ramin sərxoş vəziyyətdə kafeyə daxil olmuş, Turala yaxınlaşmış və Turalın başına sığal çəkib başından öpmüş, daha sonra Turalı mətbəxə apamış, təxminən 5 dəqiqə keçməmiş mətbəxdən səa küy gəlmiş, qapını açdıqda Ramin Turalı yerə yıxdığını, Turalın üzərinə çıxdığınıvə əlində olan pivə bakalının sınığı ilə onu vurmaq istədiyinin şahidi olmuşdur. Yerdə qan ləkələri olmuş, orada olan tanımadığı müştəri və o, Ramini Turalın üzərindən aralamağa çalışmışlar, Ramin Turalın üzərindən durmuş və kənara çəkilmiş, bu zaman o, Raminə bildirmişdir ki, ondan polisə şikayət edəcək, sonra o, Eminə zəng etmiş, təxminən 5 dəqiqə keçməmiş Raminin qardaşı Emin gəlmiş, Ramini danlamış və kafedən qovmuş və Turalıda götürüb xəstəxanaya aparmışdır. Daha sonra təxminən 10 dəqiqədən sonra Ramin təkrar kafeyə qayıtmış, onun üzərinə gəlmiş və onu təhqir etmişdir ki, nəyə görə Fərqanə hamının yanında ondan polisə şikayət edəcəyini demiş, hətta nalayiq ifadələrlə polisə şikayət etməyəni də söymüşdür. Bu zaman o, Raminin təhqirlərini onun özünə qaytarmış, Ramin təpiklə sağ qoluna və qarın nahiyəsinə vurmuş, daha sonra isə boğazından əli ilə tutub sifətinə sillə ilə vurmuş və onu boğacağını demiş, sonra isə boğazını buraxmış, bu dəfədə orada olan işçilər Ramini tutub bayıra çıxartmışlar. Ramin ona qənd qabı atsada dəyməmiş, Ramini bayıra çıxardıb qapını bağlasalarda Ramin qapını təpikləmiş, daha sonra Ramin çıxıb getmişdir. Baş vermiş hadisə zamanı «Həkəri» kafesinin işçiləri olmuş, hazırda da həmin kafe lə ofısant işləyən, Aygün, Nüşabə, aşbaz işləyən Şəbinə və müğənni Ayxan adlı şəxslər olmuşdur. Baş vermiş mübahisə təxminən 15-20 dəqiqə davam etmiş, kafenin fəaliyyətipozulmuş, müştərilər hesabı ödəməyib qaçdığından təxminən 100 manata qədər pul, bundan başqa baş vermiş hadisə zamanı kafeyə təxminən 30-40 manat dəyərində maddi ziyan dəymiş, belə ki, markası olmayan, 2020-ci ilin may ayında 8-ci km qəsəbəsində yerləşən bazardan aldığı hər birinin ayrılıcda qiyməti 5 manat təşkil edən, 400 qramlıq, 04 ədəd pivə bakalı və markası olmayan, hər birinin ayrılıqda qiyməti 10 manat təşkil edən 1 litrlik, çini materialından 2 ədəd dəm çayniki qırılmışdır. Kafedə olan əşyaların çoxunu, öz pulu ilə aldığından maddi ziyanda məhz ona dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Tural Ramini vurmamış, Ramin Turalı həm pivə bakalı, həmdə çayniklə vuraraq xəsarət yetirmiş, Ramini ümumiyyətlə heç kəs vurmamış, Ramin şər-xəta adamdır. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını bildirmiş və sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,o, Nəsimi rayonu, A.Mustafayev küçəsi 3 ünvanında yerləşən «Həkəri» kafesində aşbaz işləyir, işlədiyi kafeni Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 icarəyə götürüb birlikdə şərik işlədirlər. Kafedə işlədiyi vaxtdan Ramin adlı şəxs daimi olaraq müştəri kimi həmin kafeyə gəlmiş, Ramin gəldiyi vaxt hər dəfə müxtəlif problemlər yaratmış, bir neçə dəfə Ramin Tural ilə sözdədə də olsa dava-dalaş etmişlər. Ramin kafedə işləyən işçilərə sataşmış, buna görə də Tural ilə Raminin aralarında mübahisələr olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində kafedə olarkən Ramin sərxoş vəziyyətdə kafeyə daxil olmuş, Turala yaxınlaşmış və Turalın başına sığal çəkib başından öpmüş, daha sonra Turalı mətbəxə aparmış, təxminən 5 dəqiqə keçməmiş mətbəxdən səs-küy gəlmiş, qapını açdıqda Ramin Turalı yerə yıxmış və Turalın üzərinə çıxmışdır, Ramin əlində pivə bakalının sınığını tutmuşdu ki, Turalı vursun, yerdə qan ləkələri olmuş, orada olan tanımadığı müştəri və Fərqanə xanım Ramini Turalın üzərindən aralamağa çalışmış, Ramin Turalın üzərindən durmuş və kənara çəkilmiş bu zaman Fərqanə xanım Turala bildirmişdir ki, ondan polisə şikayət edəcək, sonra Fərqanə xanım Raminin qardaşı Eminə zəng etmiş, təxminən 5 dəqiqə keçməmiş Emin gəlmiş, Ramini danlamış və kafedən qovmuş, sonra Emin Turalıda götürüb xəstəxanaya aparmışdır.Təxminən 10 dəqiqədə sonra Ramin təkrar kafeyə qayıtmiş, həmin vaxt Ramin Fərqanə xanımın üzərinə gəlmiş və onu təhqir etmişdir ki, nəyə görə Fərqanə ondan polisə şikayət edəcəyini demiş, hətta nalayiq ifadələrlə polisə şikayət etməyəni söymüşdür. Buzaman Fərqanə xanım Raminin təhqirlərini onun özünə qaytarmış, onda Ramin təpiklə Fərqanə xanımın sağ qoluna və qarın nahiyəsinə təpiklə vurmuş, daha sonra isə Fərqanə xanımın boğazından əli ilə tutub sifətinə sillə vurmuş sonra isə Fərqanə xanımın boğazını buraxmış, bu dəfədə orada olan işçilər, yəni o, Aygün, Nüşabə və Ayxan Ramini tutub bayıra çıxartmışlar. Ramin Fərqanə xanıma qənd qabı atmış, lakin qənd qabı Fərqanə xanıma dəyməmiş, Ramini bayıra çıxardıb qapını bağlasalarda Ramin qapını təpikləmiş, daha sonra Ramin çıxıb getmişdir. Baş vermiş hadisə zamanı ətrafda «Həkəri» kafesinin işçiləri, yəni o, kafedə ofısant işləyənlər, Aygün, Nüşabə və müğənni Ayxan olmuşlar, baş vermiş mübahisə təxminən 15-20 dəqiqə davam etmiş, kafenin fəaliyyəti pozulmuş, müştərilər hesabı ödəməyib qaçdıqlarından təxminən 100 manata qədər pul müştərilər tərəfindən ödənilməmiş, bundan başqa baş vermiş hadisə zamanı Ramin kafedə olan 04 ədəd pivə bakalını və 2 ədəd dəm çayniki yerə vuraraq sındırmışdır. Ramin xx xxxxxx 2020-ci il tarixdə kafeyə sərxoş gəlsədə, işçilərə, müştərilərə,sintizatorda mahnı ifa edənə sataşsada, Tural kafeyə gələrək Raminə irad bildirmişdir ki, kafeyə sərxoş gəlib problem yaratmasın, lakin həmin günü dava-dalaş olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,o, Ramin onun əkiz qardaşıdır. Zərərçəkmiş şəxs2və Zərərçəkmiş şəxs1 təxminən 2019-cu ilin sentyabr-oktyabr aylarından tanıyır, belə ki, Tural ilə Fərqanə yaşadığı ünvan 2 ünvanın yaxınlığında yerləşən A.Mustafayev küçəsi 3 ünvanda olan «Həkəri» kafesini işlədirlər. xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında Fərqanə onun mobil telefonuna zəng edərək demişdir ki, “Tural ilə Raminin kaferə mübahisələri düşüb təcili olaraq kafeyə gəl”. Həmin zəngdən təxminən 2 dədiqə sonra o, «Həkəri» kafesinə gəlmiş, kafeyə gəlib mətbəx olan tərəfə keçəndə görmüşdür ki, yer qandır, həmin vaxtda Raminin başı qanlı, Turalın əli isə kəsilmiş vəziyyətdə olmuşdur. Oda başa düşmüşdür ki, Tural ilə Ramin dalaşıblar. Bundan sonra o, Ramini ilk öncə evə aparmış, sonra isə Turalı trvamatologiya institutuna aparıb ona ilk tibbi yardım göstərmişlər və Turalın əlinə tikiş qoymuşlaı. Bundan sonra həkim dərman reseptlərini yazmış, oda 50-60 manat civarında dərman alıb Turala vermiş, dərmanların qəbzinidə Turala vermişdir. Bundan sonra o, evə gəlmiş, Ramin xəstəxanaya getmək istəmədiyindən o, Ramini xəstəxanaya aparmamış, həmçinində şikayət etmək və polisə düşmək istəmişlər. Lakin Raminin ağrıları çox olduğundan xx xxxxxx 2020-ci il tarixdə o, Ramini ilk öncə “Semaşko”, yəni X6 aparmış, orada Raminin başına dərman qoyub sarımışlar, bundan sonra isə Ramini travmatologiya institutuna aparmış, orada Raminin qoluna gips qoymuşlar, bundan sonra o, və Ramin evdə və işlərində olmuşlar, Ramində həmin hadisədən sonra «Həkəri» kafesinə getməmişdir. Hətta həmin hadisədən sonra Ramin Türkiyə Respublikası İstambul şəhərinə gedib gəlmişdir. Həmin hadisədən təxminən 5-6 gün sonra Ramini 19-cu PŞ-nə dəvət etmişlər, Ramində 19-cu PŞ-də izahatını verib evə gəlmiş, hətta Ramin ona deiş ki, iş bağılanıb və o, Tural və Fərqanə ilə barışmışdır. Raminin cinayət etməsini o, heç cür qəbul edə bilmir, çünki Ramin özü ona demişdir ki, Tural onu pivə bakalı ilə başından vurmuş, həmin zamanda bakal sındığından Turalın əli kəsilmişdir., Hadisə A.Mustafayev küçəsi 3 ünvanda yerləşən «Həkəri» kafesinin içərisində baş vermiş, lakin o, hadisəni görməmiş, hadisə yerinə gələndə Ramin və Tural hər ikisi al qanın içində olmuşlar. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki,Nəsimi rayonu, A.Mustafayev küçəsi 3 ünvanında yerləşən «Həkəri» kafesində ofısant işləyir.Kafedə işlədiyi vaxtdan Ramin adlı şəxs daimi olaraq müştəri kimi həmin kafeyə gəlmiş, hər dəfə müxtəlif problemlər yaratmış, bir neçə dəfə Ramin Tural ilə sözlədə də olsa dava-dalaş etmiş, Ramin kafedə işləyən işçilərə sataşdığından Tural ilə Raminin aralarında mübahisələr olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində kafedə olarkən Ramin sərxoş vəziyyətdə kafeyə daxil olmuş, Turala yaxınlaşmış və Turalın başına sığal çəkib başından öpmüş, daha sonra Turalı mətbəxə aparmış, təxminən 5 dəqiqə keçməmiş mətbəxdən səs-küy gəlmiş, həmin vaxt, o, Fərqanə xanım, ofısant Aygün, odministrator Şəbinə xanım və müğənri Ayxan qapını açdıqda görmüşlər ki, Ramin Turalı yerə yıxaraqonun üzərinə çıxmış və əlində olan pivə bakalının sınığı ilə Turalı vurmaq istəmiş, yerdə qan ləkələri olmuşdur. O, həmin səhnədən dəhşətə gəlmiş, çünki baxanda Turalın əlinin barmaqlaıı qanlı və sallaq vəziyyətdə olmasını görmüş, həmin zamanda kafedə olan tanımadığı müştəri və Fərqanə xanım Ramini Turalın üzərindən aralamağa çalışmışlar. Ramin Turalın üzərindən durmuş və kənara çəkilmiş, bu zaman Fərqanə xanım Raminə bildirmişdir ki, ondan polisə şikayət edəcək, sonra Fərqanə xanım Raminin qardaşı Eminə zəng etmiş, təxminən 5 dəqiqə keçməmiş Emin gəlmiş, Ramini danlamış və kafedən qovmuş, sonra Emin Turalıda götürüb xəstəxanaya aparmış, təxminən birneçə dəqiqədən sonra Ramin təkrar kafeyə qayyıtmış, həmin vaxt Ramin Fərqanə xanımın üzərinə gəlmiş və Fərqanə xanımı təhqir etmişdir ki, nəyə görə Fərqanə xanım ondan polisə şikayət edəcəyini demiş, hətta nalayiq ifadələrlə polisə şikayət etməyəni də söymüşdür. Bu zaman Fərqanə xanım Raminin təhqirlərini onun özünə qaytarmış, bu zaman Ramin təpiklə Fərqanə xanımın sağ qoluna və qarın nahiyəsini təpiklə vurmuş, daha sonra isə Ramin Fərqanə xanımın boğazından əli ilə tutub sifətinəsillə ilə vurmuş və Fərqanə xanımı boğacağını demiş, sonra isə Fərqanə xanımın boğazını buraxmış, bu dəfədə orada olan işçilər, yəni o, Aygün, Şəbinə və Ayxan Ramini tutub bayıra çıxartmışlar. Ramin Fərqanə xanıma qənd qabı atmış, lakin qənd qabı Fərqanə xanıma dəyməmiş, Ramini bayıra çıxardıb qapını bağlasalarda sonuncu qapını təpikləmiş, daha sonra Ramin çıxıb getmişdir. Baş vermiş hadisə zamanı ətrafda «Həkəri» kafesinin işçiləri, yəni o, kafedə ofısant işləyən, Aygün, aşbaz və administrator işləyən Şəbinə və müğənni Ayxan və tanımadığım müştərilər olmuş, baş vermiş mübahisə təxminən 15-20 dəqiqə davam etmiş, kafenin fəaliyyəti pozulmuş, müştərilər hesabı ödəməyib qaçdıqlarından təxminən 100 manata qədər pul müştərilər tərəfindən ödənilməmiş, bundan başqa baş vermiş hadisə zamanı Ramin kafedə olan 04 ədəd pivə bakalını və 2 ədəd dəm çayniki yerə və divarı vuraraq sındırmışdır. Raminin dedikləri yalandır, o, xx xxxxxx 2020-ci il tarixdə kafeyə sərxoş gəlmiş, işçilərə, müştərilərə və sintizatorda mahnı ifa edənə sataşsada, Tural kafeyə gələrək Raminə irad bildirmişdir ki, kafeyə sərxoş gəlib problem yaratmasın, lakin həmin günü dava-dalaş olmamışdır. Ramin Turalı həm pivə bakalı, həmdə çayniklə vuraraq xəsarət yetirmiş, Ramini vuran belə olmamışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki,o, ifadəsində göstərmişdir ki,Nəsimi rayonu, A.Mustafayev küçəsi 3 ünvanında yerləşən “Həkəri” kafesində ofısant işləyir. Kafedə işlədiyi vaxtdanRamin adlı şəxs daimi olaraq müştəri kimi həmin kafeyə gəlmiş, Ramin gəldiyi vaxt hər dəfə müxtəlif problemlər yaratmış, bir neçə dəfə Ramin Tural ilə dava-dalaş etmiş, kafedə işləyən işçilərə sataşmış, buna görə də Tural ilə Raminin aralarında mübahisələr olmuşdur. xx.xx.2020 ci il tarixdə saat 22:00 radələrində kafedə olarkən Ramin sərxoş vəziyyətdə kafeyə daxil olmuşTurala yaxınlaşmış və Turalın başına sığal çəkib başından öpmüş, daha sonra Turalı mətbəxə aparmış, təxminən 5 dəqiqə keçməmiş mətbəxdən səs-küy gəlmiş, həmin vaxt, o, Fərqanə xanım, ofısant Şəhla, odministrator Şəbinə xanım və müğənni Ayxan qapını açdıqda görmüşlər ki, Ramin Turalı yerə yıxaraqonun üzərinə çıxmış və əlində olan pivə bakalının sınığı ilə Turalı vurmaq istəmiş, yerdə qan ləkələri olmuş, o, həmin səhnədən dəhşətə gəlmiş, çünki baxanda görmüşdür ki, Turalın əlinin barmaqları qanlı və sallaq vəziyyətdədir. Həmin zamandı kafedə olan tanımadığı müştəri və Fərqanə xanım Ramini Turalın üzərindən aralamağı çalışmışlar. Ramin Turalın üzərindən durmuş və kənara çəkilmiş, bu zaman Fərqanə xanını Raminə bildirmişdir ki, ondan polisə şikayət edəcək, sonra Fərqanə xanım Raminin qardaşı Eminə zəng etmiş, təxminən 5 dəqiqə keçməmiş Emin gəlmiş, Ramini danlamış və kafedən qovmuş, sonra Emin Turalıda götürüb xəstəxanaya aparmış, təxminən 10 dəqiqədən sonra Ramin təkrar kafeyə qayıtmış, həmin vaxt Fərqanə xanımın üzərinə gəlmiş və onu təhqir etmişdir ki, nəyə görə ondan polisə şikayət edəcəyini bildirmiş, hətta nalayiq ifadələrlə polisə şikayət etməyəni də söymüşdür. Bu zaman Fərqanə xanım Raminin təhqirlərini onun özünə qaytarmış, bundan sonra Ramin təpiklə Fərqanə xanımın sağ qoluna və qarın nahiyəsinə təpiklə vurmuş, daha sonra isə Ramin Fərqanə xanımın boğazından əli ilə tutub sifətinə sillə vurmuş və Fərqanə xanımı boğacağını demiş, sonra isə Fərqanə xanımın boğazını buraxmış, bu dəfədə orada olan işçilər, yəni o, Şəhla, Şəbinə və Ayxan Ramini tutub bayıra çıxartmışlar, Ramin Fərqanə xanıma qənd qabı atmış, lakin qənd qabı Fərqanə xanıma dəyməmiş, Ramini bayıra çıxardıb qapını bağlasalarda Ramin qapını təpikləmiş, daha sonra çıxıb getmişdir.Baş vermiş hadisə zamanı ətrafda Həkəri kafesinin işçiləri, yəni o, kafedə ofısant işləyən Şəhla, aşbaz işləyən Şəbinə və müğənni Ayxan olmuşlar, baş vermiş mübahisə təxminən 15-20 dəqiqə davam etmiş kafenin fəaliyyəti pozulmuş, müştərilər hesabı ödəməyib qaçdıqlarından təxminən 100 manata qədər pul müştərilər tərəfindən kafeyə ziyan dəymiş, bundan başqa ba; vermiş hadisə zamanı Ramin kafedə olan 04 ədəd pivə bakalını və 2 ədəd dəm çayniki yem vuraraq sındırmışdır.Raminin dedikləri yalandır, o, xx xxxxxx 2020-ci il tarixdə kafeyə sərxoş gəlmiş, işçilərə, müştərilərə və sintizatorda mahnı ifa edənə sataşsada, Tural kafeyə gələrək Raminə irad bildirmişdir ki, kafeyə sərxoş gəlib problem yaratmasın, lakin həmin günü dava-dalaş olmamışdır. Ramin Turalı həm pivə bakalı, həmdə çayniklə vuraraq xəsarət yetirmiş, Ramini vuran belə olmamışdır. Cinayət işinin 1-ci cild 136-cı vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 218-222-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-cı cild 153-154-cüvərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 164 saylı rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər - sağ baldırın qançırı və sağ saidin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2020-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədənin hissəsinin (əl, ayaq və s.) təsiri nəticəsində əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Cinayət işinin 1-ci cild 54-55-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Təcrübi və Tədris Birliyinin xx xxxxx 2020-ci il tarixli, 13 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - sağ əlin İİİ və İV barmaqlarının həmin əlin İİ barmağında hərəkət məhdudluğu ilə müşayiət olunan kəsilmiş yaraları iti kənarlı əşyanın (alətin), sağ qaş nahiyəsinin səthi əzilmiş-cınlmış yarası sol qulaq seyvanın qançırı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsindi göstərlən şəraitdə əmələ gələ bilmələri istisna edilmir. Cinayət işinin 2-ci cild 50-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 1776 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU AŞKAR OLUNUR. Bunu cinayət işi materilları, həmin cinayət işində anamnestik məlumatları və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs aşkar olunan emosional davamsız şəxsiyyət pozuntusu halhazırda və törətdiyi cinayət əməli dövründə o, dərəcədə ifadə olunmamışdır ki, onu öz hərəkətlərinin mənasını, faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin, yəni Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli dövründə öz hərəkətlərinin mənasını, faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs aşkar olunan emosional davamsız şəxsiyyət pozuntusu hal-hazırda və törətdiyi cinayət əməli dövründə o dərəcədə ifadə olunmamışdır ki, onu öz hərəkətlərinin mənasını, faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin, yəni, Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyin dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, sonuncu törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikasının CMnin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cild 43-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/3139 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki,1 ədəd 400 qramlıq pivə bakalı 2020-ci ilin fevral ayına təzə vəziyyətdə - 5,0 manat, 4 ədədi 20,0 manat, istifadədə olmuş, normal vəziyyətdə 1 ədədi 2,0 manat, 4, ədədi 8,0 manat, 1 ədəd 1 litr tutumlu çin materialdan olan dəm çayniki 2020-ci iln fevral ayına təzə vəziyyətdə - 10,0 manat, 2 ədədi 20.0 manat, istifadədə olmuş, normal vəziyyətdə 1 ədədi 5,0 manat, 2 ədədi 10,0 manat təşkil edir. Cinayət işinin 2-ci cild 44-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 238-240-cı vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1)Xaçmaz Rayon Məhkəməsinin 25aprel2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilətəqsirli bilinərək 15 faiz dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmiş, 2) Nərimanov Rayon Polis İdarəsində Azərbaycan Respublikasının CM-nin 132-ci maddəsi ilə xx xxxx 2010-cu il tarixdə cinayət təqibi başlanmış və həmin tarixdə Azərbaycan Respublikasının CPM-in 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, 3) Nizami Rayon Polis İdarəsində Azərbaycan Respublikasının CM-nin 132-ci maddəsi ilə xx xxxxxx 2010cu il tarixdə cinayət təqibi başlanmış və həmin tarixdə Azərbaycan Respublikasının CPMin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş,4) Nəsimi Rayon Məhkəməsinin 26yanvar 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 132-ci maddəsi ilətəqsirli bilinərək 200 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 5) Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilətəqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli qərarı ilə 06 ay 09 gün vaxtından əvvəl şərti azad olunmuş və xx xxxxxx 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 164-cü vərəqəsində olan Zərərçəkmiş şəxs2məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxsilə barışmış, sonuncuya qarşı heç bir şikayət, tələb və mülki iddiaları yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işinin 165-ci vərəqəsində olan Zərərçəkmiş şəxs1məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayət, tələb və mülki iddiaları yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işinin 166-cı vərəqəsində olan Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, məhkəmə iclasında iştirak etməyən şahidlər Şahid4 və Şahid3 məhkəməyədək istintaq dövründə verdikləri ifadələri ilə razıdır, onların ifadələrinin elan olunmasına etiraz etmir, məhkəmə istintaqını bitirib çıxışlara keçməsini və cinayət işinin yekunlaşdırılmasını məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin, şahidlərin verdikləri ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən həmin Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmada ifadə olunur. Həmin Qərarının 11-ci maddəsinə əsasən xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyəti nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən elan olunmuş ittihamda özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, şəxsin əvvəllərdə eyni xarakterli cinayətlərin törətməsini (Azərbaycan Respublikasının CM-nin 221.2.2, 132, 132, 132 və 234.1-ci maddələri ilə), nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza təyin ediməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 və və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili E.Q.Ağayevin məhkəməyədək istintaq dövründə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi cəzaçəkmə müəssisəsindəçəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – cəmi 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 istintaq orqanında iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxxxxxxxxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 140063561) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-346/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-346/2020
19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver