Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-346/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində avtomobil bazarı adlanan ərazidə kirayə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 40,34 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 05:00-da Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 52 ünvanının qarşısında olarkən özünü şübhəli apardığından Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin cibindən 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 20,15 qram və 19,82 qram, 01 ədəd papirosda isə təmiz çəkisi 0,37 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, lakin həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən istifadə etsə də heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, uzun müddətdir ki, narkotik maddə olan “qurudulmuş marixuana” qəbul edir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində “Papanin” kimi tanınan ərazidən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi “Ağ baş” ləqəbli şəxsdən şəxsi istifadəsi üçün narkotik maddə olan qurudulmuş marixuananı içərisində 02 büküm olan 01 ədəd iri həcmli bükümdə 200 manat ödəniş qarşılığında əldə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 05 radələrində Nəsimi rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında 2 polis əməkdaşı ona yaxınlaşmışlar. Həmin vaxt onun üzərində narkotik vasitə olduğundan tutulmamaq üçün qaçmaq qərarına gəlmişdir. Bir qədər üzü “Şamaxinka” adlanan ərazi istiqamətinə qaçdıqda ayağı daş parçasına dəymiş və o özünü saxlaya bilməyərək yerə yıxılmışdır. Bu zaman polis əməkdaşları onu tutaraq 19-cu Polis Şöbəsinə gedəcəklərini bildirmişlər. Bu zaman o, polis əməkdaşlarına səmimi olaraq etiraf etmişdir ki, üzərində narkotik vasitə olduğundan qaçmışdır ki, məsuliyyətə cəlb olunmasın. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin inzibati binasına xidməti otaqlardan birində olan zaman ona hüquqları izah edilmişdir. Bundan sonra ona üzərinə axtarış keçiriləcəyi bildirilmişdir. Təhqiqatçı tərəfindən ona ilk olaraq təklif edilmişdir ki, əgər üzərində hər hansı qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. Bu zaman masaya doğru yaxınlaşaraq əynində olan qısaqol gödəkçənin iç cibindən daha öncə əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı çıxararaq masanın üzərinə qoymuşdur. Həmçinin, həmin bükümün içərisində saxlanılmamışdan 1 saat öncə istifadə etmək üçün içərisinə qurudulmuş marixuana doldurduğu 01 ədəd siqaretdə var. Bundan sonra təhqiqatçı tərəfindən ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, bundan sonra o, əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 2 ədəd biri İphone və Samsung markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymuşdur, daha sonra üzərində başqa bir əşya və ya predmet olmadığını bildirmişdir. Sonra üzəri tam şəkildə yoxlanılmışdır, lakin hər hansı digər əşya aşkar edilməmişdir. Bundan sonra ondan təqdim etdiyi əşya barəsində məlumat verilməsi tələb olunmuşdur, buna cavab olaraq o həqiqətləri danışmışdır. Bundan sonra içərisi boş olan zərf ona və iştirakçılara edilmiş bundan sonra içərisində qurudulmuş marixuana olan 01 ədəd böyük həcimli büküm həmin zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüləcəyi bildirildi. Bundan sonra qeyd edilənlər zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürləndi və hər bir iştirakçılar tərəfindən həmin zərfin üzəri imzalandı. Bundan başqa təqdim etdiyi mobil telefonlar da, həmçinin zərfə qoyularaq qablaşdırılmışdır. Həmçinin üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə “qurudulmuş marixuana” ilə bağlı ona başqa hər hansı bir yerdə dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet saxlayıb-saxlamamağı barədə sual edildikdə buna cavab olaraq hər hansı bir əşya olmadığını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs narkotik maddənin istifadəsi və satışı ilə heç vaxt məşğul olmadığını bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri X5 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saat 19-dan etibarən Post-Patrul xidmətinin digər əməkdaşı olan Fərid Əliyevlə birlikdə təhkim olunmuş ərazidə xidməti təşkil etmək üçün RPİ-nin inzibati binasının həyətində təlimatda iştirak etdikdən sonra yola çıxmışdırlar. xx.xx.2024-cü il tarixdə saat 05 radələrində Nəsimi rayonu Moskva prospektində xidmətdə olan zaman bir nəfər şəxsin əli ilə əynində olan gödəkçənin sol tərəfini çox sən şəkildə sıxaraq piyada hərəkət etdiyini müşayət etmişdirlər. Bu zaman onlar həmin şəxsdən şübhə etmişdirlər və həmin şəxsə yaxınlaşmaq qərarına gəlmişdirlər. Bu minvalla Cabir Surxayev ilə həmin şəxsə yaxınlaşarkən həmin şəxs birdən-birə qaçmağa başlamışdır. Onlar dərhal həmin şəxsin arxasınca qaçmağa başlamışdırlar. Təxminən 100-150 metr qaçdıqdan sonra həmin şəxsin ayağı yerdə olan daş parçasına dəydi və o, müvazinətini saxlaya bilməyərək 20 Yanvar metrostansiyasımn Cavadxan küçəsi istiqamətində olan çıxışının yaxınlığında yerə yıxılmışdır. Bu zaman onlar hər ikisi həmin şəxsi yaxalamışlar və nə üçün qaçmasını sual etmişdirlər. Buna cavab olaraq həmin şəxs könüllü olaraq bildirmişdir ki, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğuna görə qaçmaq qərarına gəlmişdir, lakin əməlindən peşmandır. Bundan sonra onlar həmin şəxsi Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə dəvət etmişlər və orada raportla Polis şöbəsinin rəhbərliyinə müraciət edərək baş verənləri məruzə etmişdirlər. Polis şöbəsində olan zaman həmin şəxsin anket məlumatları dəqiqləşdirildi və məlum oldu ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra Polis şöbəsinin xidməti otaqlarının birində təhqiqatçı Elxan Qasımov tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edildi və həmçinin dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququnun olması izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi sıxıntılarının olması səbəbilə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən smayıl Şirəliyevə vəkillərin siyahısı təqdim olundu və izah edildi ki, o, həmin siyahıdan istənilən vəkili seçə bilər. Bu zaman Təqsirləndirilən şəxs bildirdi ki, həmin siyahıdan istənilən vəkilin dəvət olunmasına etirazı yoxdur. Bir müdət sonra polis şöbəsinə 14 saylı vəkil bürosunun vəkili Elman Ağayev gəlmişdir. Bundan sonra təhqiqatçı tərəfindən müvafiq sənədləşmə işləri aparıldı və F.lman Ağayev Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra X11 Şirəliyevin konfedensial söhbət etmələri üçün təhqiqatçı tərəfindən şərait yaradılmışdır. X11 Şirəliyev təxminən 5-10 dəqiqə ərzində konfedensial şöhbət apardılar. Bundan sonra Təqsirləndirilən şəxs bildirildi ki, onun üzərinə videoçəkilişlə şəxsi axtarış və baxış keçiriləcəkdir. Bundan sonra təhqiqatçı tərəfindən ilkin olaraq Təqsirləndirilən şəxs təklif edildi ki, o, üzərində olan əşyaları təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs ilk olaraq masaya doğru yaxınlaşdı və əynində olan gödəkçənin sol iç cibindən 01 ədəd iri həcimli şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 02 ədəd biri İphone markalı digəri isə Samsung markalı olmaqla mobil telefonları çıxararaq masanın üzərinə qoydu. Bundan sonra təhqiqatçı tərəfindən ilk olaraq təqdim olunan bükümə baxış keçirildi və məlum oldu ki, həmin sellofanın içərisində 02 büküm narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə vardır və həmçinin məlum oldu ki, həmin bükümün içərisində 01 ədəd içərisi doldurulmuş papiros vardır. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm barəsində məlumat verilməsi tələb edildi buna cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana vardır və o, həmin bükümü “Ağbaş” ləqəbli şəxsdən şəxsi istifadəsi üçün 200 manat qarşılığında əldə etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən ona üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edildi, bundan sonra o, əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 2 ədəd biri İphone və Samsung markalı mobil telefonları çxıarıb masanın üzərinə qoymuşdur, daha sonra üzərində başqa bir əşya və ya predmet olmadığını bildirmişdir. Sonra üzəri tam şəkildə yoxlanılmışdır, lakin hər hansı digər əşya aşkar edilməmişdir. Bundan sonra ondan təqdim etdiyi əşya barəsində məlumat verilməsi tələb olunmuşdur, buna cavab olaraq o həqiqətləri danışmışdır. Bundan sonra içərisi boş olan zərf ona və iştirakçılara edilmiş bundan sonra içərisində qurudulmuş marixuana olan 01 ədəd böyük həcimli büküm həmin zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüləcəyi bildirildi. Bundan sonra qeyd edilənlər zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürləndi və hər bir iştirakçılar tərəfindən həmin zərfin üzəri imzalandı. Bundan başqa, təqdim etdiyi mobil telefonlar da, həmçinin zərfə qoyularaq qablaşdırılmışdır. Həmçinin üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə “qurudulmuş marixuana” ilə bağlı ona başqa hər hansı bir yerdə dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet saxlayıb-saxlamamağım barədə sual edildikdə buna cavab olaraq hər hansı bir əşya olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri X7 digər şahid X3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 16-cı vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 30 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 dekabr 2024-cü il tarixdə, saat 05:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 28-29-cu vərəqlərində olan “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 30 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 19cu Polis şöbəsinin təhqiqatçısı, polis mayoru Elxan Qasımov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə hərəkətləri aparılmışdır. Bundan sonra qərara əsasən ona təklif edildi ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya narkotik maddə varsa könüllü olaraq təqdim edilmişdir. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan qısaqol gödəkçənin iç cibindən içərisində iki ədəd büküm və 01 qurudulmuş marixuana ilə doldurulmuş siqaret olan iri həcimli bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Şübhəli şəxs bükümün içində “marixuana” kimi bildiyi maddənin olduğunu bildirdi. Sellofanın içərisində bükümə baxış zamanı marixuanaya bənzər maddənin olduğu məlum oldu. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddə olan marixuanaya bənzər maddəni 30 dekabr 2024-cü il tarixdə saat 01 radələrində “Papanin” adlanan ərazidən tanımadığı “ağbaş” ləqəbli naməlum şəxsdən 200 manat ödəmək qarşılığında aldığını bildirmişdir. Ardınca isə tünd göy rəngli şalvarının yan cibindən 2 ədəd, biri İphone, digəri isə Samsung markalı olmaqla mobil telefonları çıxararaq masanın üzərinə qoydu, daha sonra şübhəli şəxsə şalvarının digər ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edildi. Şübhəli şəxs deyilənləri etdi, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmadı. Cinayət işinin 39-cu vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 dekabr 2024-cü il tarixli, 7/2063 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bır ədəd kağız paketdə iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 20,15 qram və 19,82 qram və bir ədəd papirosda tütün ilə qarışıqda təmiz çəkisi 0,37 qram olan kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın ümumi çəkisi 40,34 qram təşkil edir. Cinayət işinin 55-ci vərəqində olan “DVD diskə baxış keçirilməsi barədə” 31 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin təhqiqatçısı, polis mayoru, Elxan Qasımov şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin PPXB-nin polis nəfərləri, F.Əliyev, Şahid, 14 saylı vəkil bürosunun vəkili Elman Ağayevin iştirakları ilə sorğu-sual edir. Bundan sonra qərara əsasən ona təklif edildi ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya narkotik maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan qısaqol gödəkçənin iç cibindən içərisində iki ədəd büküm və 01 qurudulmuş marixuana ilə doldurulmuş siqaret olan iri həcimli bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Ardınca isə tünd göy rəngli şalvarının yan cibindən 2 ədəd biri İphone digəri isə Samsung markalı olmaqla mobil telefonları çıxararaq masanın üzərinə qoydu, daha sonra şübhəli şəxsə şalvarının digər ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edildi. Şübhəli şəxs deyilənləri etdi, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmadı. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi bükülülərə baxış keçirilməsinə başlandı. Təqdim olunan 01 ədəd bükümə baxış keçirilməsinə başlandı. Şübhəli şəxs həmin bükümün içində qurudulmuş marixuana kimi bildiyi narkotik maddənin olduğunu bildirdi. Sellofanın içərisində bükümə baxış zamanı qurudulmuş marixuanaya bənzər maddənin olduğu məlum oldu. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddə olan qurudulmuş marixuanaya bənzər maddəni 30 dekabr 2024-cü il tarixində saat 01 radələrində papanin adlanan ərazidən tanımadığı “ağbaş” ləqəbli naməlum şəxsdən 200 azn ödəniş qarşılığında əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində 02 ədəd büküm və 01 ədəd siqaret olan iri həcimli büküm ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə tərəfimizdən müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 187 saylı möhürü ilə möhürləndi və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdirlər. Cinayət işinin 73-74-cü vərəqlərində olan “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 31 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq Orxan Məmmədovun 31 dekabr 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 75-ci vərəqində olan “Qətimkan tədbiri seçmə barədə” 31 dekabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 80-81-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsinin Ambulator X1 dair xx.xx.2025-ci il tarixli, 33 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 82-ci vərəqində olan xx.xx.2025-ci il tarixli Əməliyyat tapşırığından görünür ki, X2 başqa şəxslərə narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi məqsədilə əməliyyat tədbirinin həyata keçirilməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu PŞ-nə tapşırılmışdır. Cinayət işinin 84-cü vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” 12 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 40,34 qram olan narkotik vasitə marixuananın maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 40,28 qram narkotik vasitə marixuananın saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 86-87-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzasını çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Cinayət işinin 94-95-ci vərəqlərində olan “Baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı yer ünvan 2 ünvanın qarşısıdır. Cinayət işinin 96-cı vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-51/27-043/2025 saylı məktubdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı satmış şəxsin şəxsiyyətini müəyyən etmək istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə etmək mümkün olmamış, lakin Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı qərəzsiz mənbələrdən məlumat daxil olmuş və bununla bağlı fakt öz təsdiqini tapmışdır. Cinayət işinin 97-ci vərəqində olan “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” arkalı və 01 ədəd “İphone” markalı mobil telefona baxış keçirilmişdir. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” arkalı və 01 ədəd “İphone” markalı mobil telefonda Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin alışı, satışı, istifadəsi ilə bağlı sübut əhəmiyyətli hər hansı bir material aşkar edilməmişdir. Cinayət işinin 98-106-cı vərəqlərində olan “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işinin 118-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 01 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2025-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 136-cı vərəqində olan “Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə” 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz olunması qərara alınmışdır. Məhkəmə tərəfindən qəbul edilmiş və digər sübutlarla birlikdə cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 1(006)-346/2025 saylı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqların siyahısı, göndərilən və qəbul edilən SMS-lərin mətni və siyahısı, danışıqların aparıldığı nömrələrin sahiblərinə, həmçinin aparılan danışıqların anten dairəsinə dair məlumatların məhkəməyə təqdim edilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarına əsasən təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMCnin xx.xx.2025-ci il tarixli, AZF/LGL-1812/25 nömrəli məktubundan görünür ki, ********** saylı mobil nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən 02 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni və 01 ədəd siqaret bükümünü təqdim etməsi müəyyən olundu. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin məqsədinin məhz əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitənin satmağa yönəldiyi sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri məhz satış məqsədilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı da Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq məqsədi birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Məhkəmə, bununla bağlı mövqeyini aşağıdakılarla əsaslandırır: İlk növbədə, ittiham tərəfinin bütün sübutları (şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübut kimi tanınmış 02 ədəd bükümdə və 01 ədəd papirosda qurudulmuş marixuana) Təqsirləndirilən şəxs tərəfindən yalnız narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama əməlinin törədilməsinə dəlalət edir. Həmin hərəkətlərin satış məqsədilə edilməsi isə nəinki iş üzrə mötəbər sübutların məcmusu ilə təsdiq edilmir, buna dair ümumiyyətlə sübut mövcud deyil. Buna görə də məhkəmə, iş üzrə ittiham tərəfinin sübutlarını həm ayrı-ayrılıqda, həm də məcmu halda qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: 1) Təqsirləndirilən şəxs 31 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində onun narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə əldə etməsi və daşımasına dəlalət edə biləcək hər hansı məqam mövcud deyil. Əksinə o, həmin ifadələrində də narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə məqsədilə əldə etdiyini bildimişdir (i.v. 52-54, 66-68). Belə olan halda təqsirləndirilən şəxsin ifadəsi yalnız narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama əməlinin törədilməsinə münasibətdə sübut növü kimi qəbul edilə bilər. Həmin ifadələrlə qeyd edilən əməllərin satış məqsədi ilə törədilməsi təsdiq olunmur. 2) şahidlər X7 və X3 ifadələri, ekspertiza rəyləri və 01 ədəd DVD disk: Məhkəmə, həmin sübutlara münasibətdə aşağıdakıları qeyd etməyi xüsusilə zəruri hesab edir: Şahidlər X7 və X3 ifadələri, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/2063 nömrəli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 33 nömrəli rəyi və şəxsi axtarış və götürmənin aparılmasının videogörüntülərini əks etdirən 01 ədəd disk yalnız təqsirləndirilən şəxsin narkotik vasitəni əldə etməsi və üzərində daşıması faktına dair təsdiqedici əhəmiyyət daşıyır. Onların təqsirləndirilən şəxs tərəfindən həmin hərəkətlərin satış niyyəti ilə edilməsinə dair heç bir sübutedici əhəmiyyəti mövcud deyil. Qeyd edilməlidir ki, sübutetmə predmeti ilə sübutetmə həddi bir-birilə sıx surətdə bağlıdır. Əgər sübuetmə predmeti tədqiqat obyektidirsə, sübutetmə həddi sübutemə predmetinə daxil olan halların tam əminliklə müəyyən edilməsi üçün zəruri olan sübut materiallarının məcmusudur. Lakin, hazırki halda şahid ifadələri, ekspertiza rəyləri və videogörüntü sübutetmə predmetinə daxil olan bütün halları (Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə satış məqsədini) müəyyən etmədiyindən, verilmiş ittiham üzrə sübutetmə həddi tamamlanmır. 3) “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol (i.v. 97). Həmin protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” arkalı və 01 ədəd “İphone” markalı mobil telefonda Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin alışı, satışı, istifadəsi ilə bağlı sübut əhəmiyyətli hər hansı bir material aşkar edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməli üzrə satış məqsədinin mövcudluğuna dəlalət edən hər hansı hal aşkar edilməmişdir. Bundan başqa, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, AZF/LGL-1812/25 nömrəli məktubundan görünür ki, ********** saylı mobil nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. 4) Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13- 51/27-043/2025 saylı məktubu. Cinayət-prosessual qanunvericilik yalnız mənbəyinin mötəbərliyi şübhə doğurmayan sübutların qəbuledilənliyini müəyyən edir. Şəxsin təqsirliliyinə dair cinayət təqibi orqanının mövqeyi mülahizələrə deyil, konkret sübutlarla müəyyən edilə bilən hallara əsaslanmalıdır. Faktiki məlumatların mənbəyi müəyyən edilə bilməzsə, belə məlumatların sübuti əhəmiyyəti yoxdur. İndiki halda, verilmiş ittihamda Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə qurudulmuş marixuananı onun satış məqsədi ilə əldə etməsi faktının nəyin əsasında qeyd edildiyi müəyyən olunmur. Məhkəmə qeyd edir ki, tezis, həqiqiliyi şübhə doğurmayan arqumentlərlə əsaslandırılarsa sübut olunmuş hesab edilir. Hazırki işə münasibətdə isə ümumiyyətlə, satış məqsədinə dair irəli sürülmüş ittihamı əsaslandıran arqument mövcud deyil. Belə ki, Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-51/27-043/2025 saylı məktubunda (i.v. 96) göstərilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı satmış şəxsin şəxsiyyətini müəyyən etmək istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə etmək mümkün olmamış, lakin Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı qərəzsiz mənbələrdən məlumat daxil olmuş və bununla bağlı fakt öz təsdiqini tapmışdır. Məhkəmə, istinad edilən məktuba münasibətdə bildirir ki, həmin məktub istintaq orqanının Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq niyyətində olduğu qənaətinə gəlmələri üçün yeganə əsas olmuşdur. Lakin, qeyd edilən məktub iş üzrə digər sübutlarla təsdiq edilmədiyindən və əks etdirdiyi faktiki məlumatların mənbəyi müəyyən edilə bilməməyindən, dolayısıyla, məhkəmə üçün qeyri-müəyyən dəlilə əsaslandığından iş üzrə sübut kimi qəbul edilə bilməz. Belə ki, qeyd edilən məktubun mötəbərliyi məhkəmədə şübhə doğurur. Əvvəla, həmin məktubda qeyd edilən hallar özü bir-biri ilə ziddiyyətlidir. Çünki, ilk olaraq Təqsirləndirilən şəxs marixuananı, satmış şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün əməliyyat axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə olmadığı göstərilir. İkinci olaraq isə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair “qərəzsiz mənbələr”dən məlumat daxil olduğu göstərilir. Belə olan halda, əgər həqiqətən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı qərəzsiz mənbələrdən məlumat daxil olmuşdusa, nəyə görə narkotik vasitələrin satıldığı istehlakçıların müəyyən edilməsi üçün həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsiz qalmışdır. Belə olan halda, ittiham tərəfin qeyd edilən faktiki məlumatların nədən ibarət olduğunu və mənbəyini araşdırmalı və həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə qiymətləndirməli idi. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Halbuki, ittiham tərəfi Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq niyyətində olması kimi qənaətə gəlmək üçün narkotik vasitələrin miqdarı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarını nəzərə alınmalı idi. İstintaq orqanı isə bu hallara diqqət yetirmək əvəzinə, əks etdirdiyi məlumatların həqiqiliyi heç nə ilə sübut olunmayan, mənbəyi qeyri-müəyyən olan və özünün də sübut kimi yaranma mənbəyinə, həqiqiliyinə və mötəbərliyinə görə qiymətləndirmədən sübut kimi qəbul etdiyi dəlilə - məktuba əsaslanmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. - Bükümlərin sayı: 30 dekabr 2024-cü il tarixdə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs iki ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və içərisində qurudulmuş marixuana olan bir ədəd papiros aşkar edilmişdir. Bu məqamda məhkəmə onu da qeyd etməyi lazım bilir ki, təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində ondan aşkar edilmiş papirosu tutulmamışdan əvvəl özünün istifadəsi üçün doldurmuşdur. - Təqsirləndirilən şəxs narkotik vasitə tiryəkin satışı ilə əlaqədar istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə, narkotik vasitələrin hazırlanması üçün avadanlığın olmasına dair hər hansı sübut mövcud deyil. İbtıdai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini, sonuncunun istehlakçı ilə razılıq əldə etməsinə dair sübutların mövcud olmadığı, onun tərəfindən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və digər hallar icra edilmədiyi təqdirdə, həmçinin narkotik vasitə qurudulmuş marixuananın iki bükümdə olmasını və həmin bükümün miqdarını nəzərə almayaraq onun satış niyyəti ilə narkotik vasitə əldə edib daşıması kimi qiymətləndirmişdir. Obyektiv sübutların məcmusu, xüsusən Təqsirləndirilən şəxs məxsus “İphone” və “Samsung” markalı mobil telefonlarda olan məlumatlara baxış keçirilməsi barədə 28 yanvar 2025-ci il tarixli protokolla, habelə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon danışıqlarını və məlumatlarını əks etdirən "xxxx" MMC-dən əldə edilmiş xx.xx.2025-ci il tarixli məktubla cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatların aşkar olunmaması Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin ola biləcəyi ehtimalının mövcudluğunu təkzib edir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması zamanı o, bir ədəd bükümün içərisində narkotik vasitə tiryək olduğunu, həmin maddəni öz şəxsi istifadəsi üçün aldığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri məhz satış məqsədilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı da Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq məqsədi birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). İş materiallarında isə Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitələrin yayılmasına yönəldilmiş hərəkət etməsinə dair hər hansı bir sübut yoxdur. Bundan başqa məhkəmə prosesində ifadə vermiş şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və ya saxlaması, hazırlaması, istehsal etməsi, emal etməsi, daşıması, göndərməsi, yaxud qanunsuz olaraq narkotik vasitələri satması öz təsdiqini tapmamış və ya iş materiallarında həmin halları təsdiq edən hər hansı bir sübut yoxdur. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin satış məqsədi ilə əldə edilib gəzdirməsini təsdiq edən başqa halların, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olması ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunmasına dair işdə olan rəyin nəticələri, iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün əldə etməsini bir daha təsdiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu da (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü) Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə bağlı olmuşdur. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 40,34 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanını qanunsuz olaraq əldə edib üstündə saxlamış və həmin narkotik vasitəni heç kimə satmadan (vermədən) polis əməkdaşları tərəfindən saxlanılaraq baxış zamanı üstündən aşkar edilərək götürülmüşdür. Həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Halbuki ibtidai araşdırmanı aparmış orqan təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli olması, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 19-cu bəndinə əsasən narkotik vasitə hesab edilən tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkin təmiz çəkisi 1,048 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 40,34 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamasının satış məqsədi ilə olması öz təsdiqini tapmır, buna görə də o, şəxsi istehlak miqdarından artıq olan həmin narkotik vasitəni qanunsuz əldə edərək saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmalı, yəni təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.». Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlində təqsirli bilib səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o, əvvəllər məhkum olunsa da onun məhkumluğu ödənilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün müddət (30-31 dekabr 2024-cü il və 01-03 mart 2025-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəuyğun hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 42 (qırx iki) iş saatına görə 462 (dörd yüz altmış iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 40,28 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 42 (qırx iki) iş saatına görə 462 (dörd yüz altmış iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-346/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-346/2025
24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver