Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-348/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Şahid1, müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 29, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin sentyabr ayının əvvəllərində cinayətdən xəbərsiz olan tanışı Şahid4 vasitəsi ilə tanıdığı Şahid1, Şahid2 və sonuncuların tanışı Şahid3 ilə ünvan 2 yerləşən ona məxsus evin həyətində görüşüb Şahid1 övladı Şahid2 hərbi xidmət yerinin hazırda qulluq etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən N saylı hərbi hissəsindən Bakı şəhəri ətrafında yerləşən Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə dəyişdirilməsində köməklik göstərilməsinə dair özünə müraciəti ilə əlaqədar həmin şəxslərə özünün Bakı Apellyasiya Məhkəməsində işləməsini yalandan bildirməklə onlarda inam yaradaraq, hüquq mühafizə orqanları və Azərbaycan Respublikasının Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək, Şahid1 övladı Şahid2 xidmət yerinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən N saylı hərbi hissəsindən Bakı şəhəri ətrafında yerləşən Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə dəyişdirilməsinə nail olacağını yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Müdafiə Nazirliyinin yüksək səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 15000 (on beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1, Şahid2 və sonuncuların tanışları Şahid3 və Şahid4 özü barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək yalandan bildirməklə, ilkin olaraq 9.000 (doqquz min) manat, 3 aydan sonra isə 3.000 (üç min) manat olmaqla ümumilikdə 12.000 (on iki min) manat pul vəsaitinin rüşvət qismində səlahiyyətli vəzifəli şəxsə verilməsi ilə bağlı Şahid1 razılığını almaqla onunla sövdələşib, həmin adla 8 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaxınlığında Şahid1, Şahid2 və Şahid4lə görüşüb, bir daha həmin şəxslərə məsələnin müsbət həll edilməsinə nail olacağını yalandan vəd verib, Tofiq və Şahid2lərlə sağollaşdıqdan sonra, cinayətdən xəbərsiz olan tanışı Şahid4 əvvəlcədən Şahid1 tərəfindən verilmiş sonuncuya məxsus 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini Şahid4 alıb həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid1 məxsus 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunun atası Şahid1 vahid niyyətlə təhrik etmiş, sonradan Şahid1 övladı Şahid2 xidmət yerinin dəyişilməsi ilə bağlı aldadılmasını bilib qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid1 məxsus 12.000 (on iki min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri sakini Şahid1 və sonuncunun övladı Şahid2 tanıyır, belə ki, həmin şəxslərlə 2021-ci ilin sentyabr ayının təxminən əvvəllərində tanışlığı yaranmışdır. Şahid1 övladı Elxanın xidmət yerinin Qusar rayonundan Müdafiə Nazirliyinin Bakı şəhəri ətrafı hərbi hissələrdən birinə keçirilməsinə köməklik göstərməyi ilə bağlı müraciəti əsasında tanış olmuş və Şahid1 oğlunun xidmət yerinin dəyişdirilməsinə yalandan guya Müdafiə Nazirliyində tanıdığı vəzifəli şəxslər vasitəsi ilə köməlik edəcəyinə söz vermiş, lakin konkret olaraq bununla bağlı heçnə etməmiş, qəbul etdiyi 9.000 manat pul vəsaitini də özü üçün xərcləmişdir. Lakin sonracan şikayət olduqdan sonra həmin pulu qaytarmışdır. Belə ki, 2021-ci ilin sentyabr ayının əvvəllərində Abşeron rayonu, Mehdiabad qəsəbəsində qonşuluğunda yaşayan, Müdafiə Nazirliyinin 177 saylı Hərbi hissəsində çavuş kimi xidmət edən Şahid4 onunla Mehdiabad qəsəbəsində görüşərək demişdir ki, qohumu Şahid3 Şahid1 adınca tanışı vardır, həmin şəxs övladı Şahid2 hazırki xidmət yerinin, yəni Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən hərbi hissəsindən Bakı şəhər ətrafı hərbi hissələrdən birinə dəyişdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bildirmişdir ki, həmin şəxs Qusarda hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edir. Ona görə də onun kömək edə biləcəyini düşünərək ona bu barədə söhbət açmışdır. Şahid4 onu Bakı Apellyasiya Məhkəməsində yüksək vəzifədə işləyən şəxs kimi tanımışdır. Eyni zamanda dövlət və hüquqmühafizə orqanlarında, güc strukturlarında, Müdafiə Naziliyində yüksək vəzifədə işləyən vəzifəli tanışları olan şəxs kimi tanımışdır, çünki o özü Anarla söhbətləri zamanı bu barədə demiş, özünü Bakı Apellyasiya Məhkəməsinin əməkdaşı kimi təqdim etmişdir, həmçinin bildirmişdir ki, ona tanış olan vəzifəli tanışları vasitəsi ilə işə qəbul olmaq və ya iş yerini dəyişmək istəyən şəxslərə pul müqabilində köməklik göstərə bilir. Hətta Anara adi qırmızı rəngli, içərisi boş olan bir vəsiqə qabı da kənardan göstərmişdir, məhkəmədə işlədiyini demişdir, Anar da təbii ki, ona inanmışdır. Anarın onunla olan bu söhbətindən sonra yalandan demişdir ki, əmisi Tofiq Abdullayev, eləcə də ona tanış olan vəzifəli şəxslər vasitəsi ilə köməklik edə bilər. Anar da buna inanmış, çünki bilirdi ki, əmisi X4 rayon İcra hakimiyyətində çalışmışdır. Anara bildirmişdir ki, bu barədə maraqlanaraq məlumat verər. Sonradan isə Anara demişdir ki, bəli, Tofiqə oğlu Elxanın xidmət yerinin Bakı şəhərinə köçürülməsi üçün köməklik edəcək, bunun üçün görüşüb danışmaq lazımdır. Təxminən bu hadisədən 1-2 gün sonra, 06 sentyabr 2021-ci il tarixdə Şahid4 qohumu Şahid3, eyni zamanda Şahid1 və Şahid2lə birlikdə onun yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki həyət evinə gəlmişlər. Həyətdə həmin şəxsləri qarşılamış və salamlaşaraq görüşmüşlər. Söhbət zamanı o, həmin şəxslərə yalandan Bakı Apellyasiya Məhkəməsində yüksək vəzifədə işlədiyini, eyni zamanda hüquq mühafizə orqanlarında və güc orqanları strukturlarında, Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləyən vəzifəli tanışlarının olduğunu da bildirmişdir. Həmin vəzifəli tanışları vasitəsi ilə, xüsusən Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışı vasitəsi ilə Elxanın hərbi xidmət yerinin Qusar rayonundan Bakı şəhərinə dəyişdirilməsinə köməlk edə biləcəyini yalandan qeyd etmişdir. Həmçinin Şahid4, qohumu Şahid3 yanında Şahid1 və Şahid2 demişdir ki, bu işin görülməsi müqabilində 15.000 manat pul verməlidirlər. Yalandan demişdir ki, 2021-ci ilin sentyabr ayının sonunadək Elxanın xidmət yerinin dəyişilməsinə konkret olaraq köməklik göstəriləcəkdir. Həmin pul vəsaiti bu işi təşkil edəcək vəzifəli tanışlarına çatacaqdır, özünə pul lazım olmadığını, yetəri qədər imkanının olduğunu, sadəcə bir insan kimi köməklik etməyə çalışdığını demişdir. Şahid1 də hamının yanında ona demişdir ki, kömək edilməsinə razıdır, lakin həmin 15000 manat pul vəsaiti çoxdur, həmin pula gücü çatmır. O isə Tofiqə 12.000 manat verməyini təklif etmiş, lakin sonuncu həmin məbləğin də çox olduğunu bildirdikdə, Tofiqə ilkin olaraq vəsaitin 9.000 manatını verməyini, qalan 3.000 manatı isə 3 aydan sonra verməyini təklif etmiş, eyni zamanda bildirmişdir ki, həmin pul vəsaitini Şahid4 vasitəsi ilə ona verərlər. Tofiq də bu təklifi ilə razılaşmış və sağollaşmışlar. xx.xx.2021-ci il tarixdə Şahid4 istifadəsində olan ***-***-**-** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək Tofiqgillə görüşdüyünü, pulu qəbul etdiyini, onunla görüşmək istədiklərini demişdir. O da Anara bildirmişdir ki, Xarici İşlər Nazirliyinin qarşısında görüşsünlər. Beləcə, həmin şəxslərlə Xarici İşlər Nazirliyinin inzibati binası yerləşən küçədə, nazirliyin qarşısında görüşmüşlər. Söhbət zamanı başa düşmüşdür ki, Şahid1 Şahid4 9.000 manat pul verməsi ilə bağlı 14 saylı Notariusda müqavilə bağlamışdır, pul artıq Anardadır. O, bir daha Şahid1 və Şahid2lə söhbət edərək narahat olmamağı. Elxanın xidmət yerinin 1 ay ərzində Bakı şəhəri ətrafı hərbi hissələrdən birinə dəyişiləcəyinə köməklik edəcəyinə yalandan söz vermişdir. Əslində isə onun dediyi qurumlarda heç bir tanışı olmamış, məqsədi pulu almaq olmuşdur. Daha sonra Tofiq və oğlu Elxan getmişlər. Həmin şəxslər getdikdən sonra Anar Tofiqdən aldığı 9.000 manat pul vəsaitini ona məxsus “Audi Q7" markalı nəqliyyat vasitəsində əyləşərək təklikdə ona vermişdir. O da həmin vaxt Anara bildirmişdir ki, Şahid1 tərəfindən gələcəkdə 3.000 manat verilən zaman 1.000 manat pul verəcəkdir. Lakin Anar pul lazım olmadığını bildirmiş, eyni zamanda demişdir ki, burda heç bir maddi marağı da yoxdur, sadəcə həmin şəxslər tanışdırlar, istəyir ki, işləri düzəlsin. Daha sonra isə Anarla sağollaşaraq ayrılmışlar. O həmin pul vəsaitini daha sonra öz şəxsi ehtiyaclarına xərcləmişdir. Elxanın hərbi hissəsinin yerinin dəyişilməsinə 1 ay vəd müddəti vermiş, həmin müddət ərzində Anarla danışmış, məsələnin həll ediləcəyini demişdir. 1 ay müddət bitdikdən sonra Şahid4 mütəmadi olaraq ona zənglər etməyə başlamışdır, Tofiqgilin narahat olduğunu, işin niyə həll edilmədiyini soruşmuşdur. O da artıq müxtəlif yalan bəhanələr gətirərək, yaxın günlərdə işin həll olunacağına dair yalan vədlər vermişdir. Bundan bir müddət sonra Şahid1 artıq aldadıldığını başa düşərək israrla verdiyi pulu tələb etdikdə, o, Anara artıq işin alınmadığını və qısa zamanda aldığı pulu qaytaracağını söz verməyə başlamışdır. Beləcə, həm Anar, həm Şahid3 onunla tez-tez telefonla danışmışlar. O da həmin şəxslərə hər dəfə bugün-sabah deyə-deyə vaxtı uzatmağa çalışmışdır ki, bəlkə yorulub əl çəkərlər. Daha sonra Şahid1 də istifadəsində olan ***-***-**-** saylı telefonla onunla telefonda danışmağa başlamış, həmin şəxsə də səbrli olmasını, pulu qısa zamanda qaytaracağını demişdir. Daha sonra artıq əl çəkmədiyini görüb pulu kimə veribsə gedib həmin şəxsdən pulunu tələb etməsini Tofiqə bildirmişdir. Anar pulu ondan tələb edən zaman Anara ilk əvvəllər həmin vəsaiti guya əmisi Tofiqə verdiyini demişdir, lakin sonradan Anarın ona inanmadığını görüb, həmin vəsaiti guya Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən polkovnik rütbəli Elşən adlı şəxsə verdiyini və həmin vəsaiti alaraq qaytaracağını bildirmişdir. Əslində isə o, Elşən adlı şəxsi tanımamışdır, elə bir tanışı da yoxdur. Sonradan hətta Anar telefon zənglərini açmadığına görə əmisi Tofiqlə görüşərək onun həmin şəxsləri aldatdığını bildirmişdir, əmisi də bundan sonra onunla əlaqə saxlamış, nə məsələ olduğunu soruşmuş, o da əmisinə tezbir zamanda pulu qaytaracağına söz vermişdir, lakin pulu qaytarmamışdır. 2021-ci ilin təxminən dekabr ayında Anarın qardaşı Şahid5 də məsələdən xəbər tutaraq onu telefonla yığmağa başlamışdır. Telefonla danışan zaman Rauf ondan Tofiqdən aldığı 9000 manat pulu qaytarmağını xahiş etmişdir. O da eyni zamanda vaxt istəyərək pulu qaytaracağını Raufa söz versə də, lakin sonradan vaxt tamam olanda müxtəlif bəhanələr gətirmiş, pulu qaytarmamışdır. Hər dəfəsində Anargilə, Raufgilə demişdir ki, guya pulu verdiyi vəzifəli şəxs pulu ona qaytarmağa söz verir, lakin qaytarmır, o da ona görə Tofiqin pulunu verə bilmir. Sonradan isə eşitmişdir ki, Şahid1 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli "Qaynar xətt” mərkəzinə zəng edərək pul vəsaitini onun ələ keçirdib aldatmağı barədə məlumat vermiş və şikayəti əsasında araşdırma başlanılmışdır. O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə araşdırma ilə əlaqədar çağırılmışdır, izahat vermişdir, həmin izahatı da təsdiq edir. Ola bilər ki, izahatında müəyyən xüsusatları dəqiq ifadə edə bilməmiş, ancaq hazırki ifadəsində ətraflı olaraq izah vermişdir. Araşdırma gedişatı zamanı Şahid4 vasitəsi ilə 2022- ci ilin yanvar ayının 19-da Şahid1 pulunu tam olaraq qaytarmışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və iddiasının olmamasını, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, CD disklərdə olan məlumatlara və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs kimi tanınmış və dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, övladı Şahid2 uzun müddətdir ki, Qusar rayonunda yerləşən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi qulluqçu kimi, yəni tağım komandiri vəzifəsində xidmət edir. Oğlu Elxan baş leytenantdır. Elxan əvvəllər Müdafiə Nazirliyinin Qaraheybət hərbi poliqonunda tağım komandiri vəifəsində xidmət etmişdir, lakin sonradan təxminən 2020-ci ilin əvvəllərində Qusar rayonunda yerləşən N saylı Hərbi Hissəyə tağım komandiri vəzifəsinə keçirilmişdir. 44 günlük Vətən müharibəsi zamanı oğlu Elxan torpaqların azad edilməsi uğrunda vuruşmuş, Xocavənd rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən zaman isə xx.xx.2020-ci il tarixdə ağır yaralanmış və bir müddət müalicə olunduqdan sonra yenidən hərbi xidmətə qayıtmışdır. Müharibə bitdikdən sonra oğlu Elxanı Qusar rayonundan Bakı şəhərinə hərbi hissələrdən birinə keçirtmək istəmişdir. Çünki Qusar rayonu Bakı şəhərindən uzaq yerləşmiş, həm də oğlunun azyaşlı övladı, oğlunun arvadı Nərgiz İsayeva, o, eləcə də arvadı Təranə İsayeva xəstə olduqlarına görə övladı Elxanın onların yaşadıqları yerə yaxın ərazidə xidmət etməsini istəmişdir. Buna görə də dostlarla, tanışlarla bu barədə söhbət düşəndə danışmışdır. 2021 -ci ilin sentyabr ayının təxminən əvvəllərində əvvəllər uzun müddət oğlu Elxanla birlikdə Bakı şəhərində hərbi xidmət etmiş və yaxından tanıdığı Şahid3 ilə görüşləri zamanı oğlu Elxanı Bakı şəhərinə hərbi hissələrdən birinə gətirmək istədiyini, buna görə yollar axtardığını bildirmişdir. Oğlu Şahid2 də yanında olmuş, bildirmişdir ki, xidmət yeri uzaqda yerləşir, ailəsinə yaxın yerdə qulluq etmək istəyir. Bundan sonra bu işlə bağlı onlara kömək edə bilib-bilməyəcəyini Raqifdən soruşmuşlar. Söhbət zamanı Şahid3 da tanışı vasitəsi ilə oğlu Elxanın Bakı şəhər ətrafında hərbi hissələrin birinə keçirilməsinə köməklik göstərə biləcəyini demiş, lakin həmin vaxt həmin tanışının adını deməmişdir. Onlar da Raqifin bu təklifini qəbul etmiş, tanışın kömək etməsini bir daha xahiş etmişlər. Təxminən bu hadisədən 1-2 gün sonra o, istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Şahid3 istifadəsində olan ***-***-**-** saylı nömrəsi ilə danışmış, əvvəlcədən razılaşdıqları kimi Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində adını xatırlamadığı yanacaqdoldurma məntəqəsində görüşmüşlər. Görüşdə oğlu Şahid2 də iştirak etmişdir. Söhbətləri zamanı Raqif bacanağının qardaşı Şahid4 Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətçi (MAXİ) olduğunu bildirmiş, Şahid4 tanışlarının olduğunu, kömək edə biləcəyini demişdir. Biraz sonra isə həmin şəxs, yəni Şahid4 də onların yanına gələrək söhbətə qoşulmuş, Raqif Anarı onlarla tanış etmişdir. Bundan sonra Şahid4 ona Elxanın Bakı şəhəri ətrafı hərbi hissələrin birinə köçürülməsi üçün məhkəmə orqanlarında - Bakı Apellyasiya Məhkəməsində yüksək vəzifədə işləyən tanışı Təqsirləndirilən şəxs vasitəsi ilə köməklik olunacağını bildirmişdir. Həmin günü də Anar onu, oğlu Elxanı və Raqifi görüşdükləri Mehdiabad qəsəbəsində yerləşən bir həyət evinə aparmış, hazırda təmiri gedən evin tanışı Təqsirləndirilən şəxs məxsus olduğunu demişdir. Həyət evinə girən zaman bir nəfər onları qarşılamış və salamlaşaraq görüşmüşlər. Şahid4 də həmin şəxsin Yunis olduğunu demişdir. Beləcə, onlar Yunislə tanış olmuşlar. Söhbət zamanı Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsində yüksək vəzifədə işlədiyini, eyni zamanda hüquq mühafizə orqanlarında və güc orqanları strukturlarında, Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləyən vəzifəli tanışlarının olduğunu bildirmiş, həmin vəzifəli tanışları vasitəsi ilə, xüsusən Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən adını demədiyi tanışı vasitəsi ilə Elxanın hərbi xidmət yerinin Qusar rayonundan Bakı şəhərinə dəyişdirilməsinə köməklik edə biləcəyini xüsusilə vurğulamışdır. Həmçinin Təqsirləndirilən şəxs Şahid4 və Şahid3 yanında ona və oğlu Elxana demişdir ki, bu işin görülməsi müqabilində 15.000 manat pul verməlidirlər, 2021 -ci ilin sentyabr ayının sonunadək oğlunun xidmət yerinin dəyişilməsinə konkret olaraq köməklik göstəriləcəkdir. Yunis ona həmçinin demişdir ki, həmin pul vəsaiti bu işi təşkil edəcək vəzifəli tanışlarına çatacaqdır, özünə isə pul lazım deyil, sadəcə bir insan kimi köməklik edəcəkdir. O da həmin şəxslərin yanında Yunisə demişdir ki, “sənin mənə kömək etməyinə razıyam, lakin həmin 15.000 manat pul vəsaiti çoxdur, mənim o pula gücüm çatmır”. Yunis isə ona 12.000 manat verməyini təklif etmiş, lakin həmin məbləğin də çox olduğunu bildirdikdə, Yunis ilkin olaraq vəsaitin 9.000 manatını və qalan 3.000 manatı isə 3 aydan sonra verməyini təklif etmiş, eyni zamanda bildirmişdir ki, həmin pul vəsaiti Şahid4 vasitəsi ilə verilməlidir. O da bu təklif ilə razılaşmış və sağollaşmışlar. Bundan sonra "xxxx" ASC- dən 9.000 manat pul vəsaiti kreditə götürmüş, həmin 9.000 manat pul vəsaitini təqdim etmək üçün xx.xx.2021-ci il tarixdə oğlu Şahid2lə birlikdə Bakı şəhəri, 20 yanvar metrostansiyasının Şamaxınkaya gedən çıxışı yaxınlığında olan ərazidə avtobus dayanacağının yaxınlığında Şahid4lə görüşmüşlər. 9.000 manat pul vəsaitini Anara təqdim etməmişdən əvvəl avtobus dayanacağının arxasında yerləşən 14 saylı Notarius ofisinə getmişlər, orada Anarla onun arasında 9.000 manat pulun borc kimi verilməsi ilə bağlı müqavilə bağlanmışdır. O, öz işini ehtiyatlı tutmaq üçün belə bir addım atmışdır. Daha sonra isə 9.000 manat pulu oğlu Elxanın yanında Anara təqdim etmişdir. Anar da pulu qəbul etdikdən sonra onlara demişdir ki, həmin pulu aparıb Təqsirləndirilən şəxs verəcəkdir. Hətta birlikdə görüşmələrini də təklif etmişdir. O və oğlu Elxan da razılaşmışlar. Daha sonra Anar Yunislə telefon əlaqəsi saxladıqdan sonra o, oğlu Elxan və Anar birlikdə həmin günü Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin düz qarşısına gedərək həmin ərazidə Təqsirləndirilən şəxslə görüşmüşlər. Yunis bir daha onlara demişdir ki, Elxanın hərbi xidmət yeri 1 ay ərzində Bakı şəhəri ətrafı olan hərbi hissələrdən birinə dəyişdiriləcəkdir. Daha sonra o və Elxan Yunis və Anarla sağollaşıb ayrılmışlar. Sonradan Anar ona zəng edərək demişdir ki, onlar ayrılandan dərhal sonra 9.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Onun Şahid4lə telefon danışıqları sonuncunun istifadəsində olan ***-***-**-** saylı nömrəsi ilə olmuşdur. Anar da ona bir neçə dəfə demişdir ki, Təqsirləndirilən şəxs yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələri vardır, hətta Yunisin atas' əvvəllər Şirvan şəhər Polis Şöbəsinin rəisi olmuşdur, bu səbəbdən də Anar ona narahat olmamağını, qısa müddət ərzində Yunisin oğlunu Bakı şəhər ətrafında yerləşən Hərbi hissələrin birinə keçirilməsinə köməklik göstərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs verdiyi vədd müddəti bitdikdən sonra, təxminən 2021-ci ilin oktyabr ayından başlayaraq o, həmin şəxsə, yəni Yunisə istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə, eyni zamanda Şahid3 və Şahid4 zəng edərək işlə bağlı maraqlandıqda, həmin şəxslər narahat olmamağını, qısa zamanda oğlunun işinin alınacağı barədə vədlər vermişlər. Lakin sonradan onun mütəmadi zənglərindən sonra, Şahid3 və Şahid4 ona işi Təqsirləndirilən şəxs gördüyünü və pul vəsaitinin həmin şəxsə verildiyini, vasitəçi kimi onları tanış etdiklərini ona bildirmişlər. Daha sonra o, həmin şəxsləri başa düşərək Təqsirləndirilən şəxs şəxsən özü ilə telefonda danışanda sonuncu Elxanın işinin uzandığını, biraz da gözləməli olduğunu demiş, o da belə olan halda pulunu geri istəmiş. Yunis isə ondan pul almadığını, pul vəsaitini kimə vermişsə, həmin şəxsdən tələb etməyini və bundan sonra narahat edərsə, onu tutduracağı ilə hədələməyə başlamışdır. O, Yunislə yalnız iki dəfə 2021 -ci ilin sentyabr ayının əvvəllərində canlı olaraq görüşmüş, qalan əlaqələri isə yalnız telefonla olmuşdur. Raqif və Anarla da demək olar ki, telefonla əlaqələr saxlamışdır. Yunis onunla sonuncu dəfə belə danışdıqdan sonra artıq telefonlarını da açmamışdır. O, Anarla danışan zaman demişdir ki, Yunis bildirir ki, pul almamışdır, pulu kim alıbsa pulu həmin şəxs qaytarmalıdır. Anar da ona bildirmişdir ki, Yunis yalan danışır, ondan aldığı 9.000 manat pulu Yunisə vermişdir. Bundan sonra artıq o, Yunis tərəfindən aldadıldığını başa düşərək pulunun geri qaytarılması üçün mübarizə aparmağa başlamışdır. Həmin ərəfədə 2021 -ci ilin təxminən dekabr ayında özünü Anarın qardaşı kimi təqdim edən Rauf (070) ***-**-** saylı telefon nömrəsindən və özünü Təqsirləndirilən şəxs dayısı kimi təqdim edən Abdulla adlı şəxs isə (050) ***-**-** saylı telefon nömrəsindən ona dəfələrlə zənglər edərək ona hədə-qorxu gəlmişlər və bildirmişlər ki, pulu geri qaytarsalar, oğlunun və onun başına oyun açaraq onları həbs etdirəcəklər. O, həmin şəxsləri görməmiş və görüşməmişdir. Lakin sonradan başa düşmüşdür ki, həmin şəxslər də əslində ona kömək etmək istəmişlər, sadəcə telefon danışıqları zamanı inamsızlıq olduğu üçün arada müəyyən gərginlik yaranmışdır. Yunis yalan vədləri ilə həmin şəxsləri də aldadaraq pulunu guya qaytaracağını dəfələrlə deyərək vaxtı uzatmışdır. O, artıq bütün bunlara dözməyərək, aldanıldığını da artıq başa düşdüyü üçün bu qeyd olunanlar ilə bağlı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli "Qaynar xətt" mərkəzinə zəng edərək olanlar barədə məlumat vermişdir. Şikayəti əsasında araşdırma başlanılmış, onu dəvət edərək izahatını almışlar. Həmin izahatını da təsdiq edir. İzahatında ola bilsin ki, bəzi fikirlərini tam olaraq dəqiq ifadə edə bilməmiş, o cümlədən hadisənin tarixini 2020-ci il kimi göstərmişdir, lakin hazırda ifadəsində dəqiq olaraq fikirlərini ətraflı olaraq ifadə etmişdir, 2021-ci ilin sentyabr ayının əvvvələrində Təqsirləndirilən şəxslə tanış olmuş və pulu vermişdir. Oğlu Şahid2 xidmət yerini Bakı şəhər ətrafı Hərbi hissələrin birinə keçirilməsinə köməklik göstərilməsi üçün Şahid3, Şahid4, Təqsirləndirilən şəxslə telefon danışıqları aparmışdır. Rauf və Abdulla adlı şəxslər isə dediyi kimi özləri ona zəng etmişlər. Həmin bu qeyd etdiyi telefon danışıqlarından bəzilərini telefonunda olan xüsusi proqramla yazmışdır, ilkin araşdırma zamanı izahat verdikdən sonra səs yazılarını 1 ədəd “CD" diskinə köçürdərək araşdırmaya təqdim etmişdir. O, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etdikdən sonra Şahid4 ona zəng edərək Yunisdən 9.000 manat pulu aldığını, görüşüb pulu qaytarmaq istədiyini demişdir. 2022-ci ilin yanvar ayının 19-da Bakı şəhəri, 20 yanvar metrostansiyasının Şamaxınkaya gedən çıxışı yaxınlığında olan ərazidə avtobus dayanacağında görüşmüşlər və Anar 9.000 manat pulu ona təqdim etmişdir. Daha sonra pulun qaytarılmasını 14 saylı notariusda təsdiqlətdirdikdən sonra sağollaşmışlar. Ona görə də bildiri ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək 9.000 manat pulunu ələ keçirtmişdir, lakin onun etdiyi şikayətdən sonra Yunis qeyd olunan pulunu tam olaraq qaytarmışdır. Ona görə də hal-hazırda Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti və tələbi yoxdur. Eyni zamanda Anarın qardaşı kimi bildiyi Rauf adlı şəxsdən, Təqsirləndirilən şəxs dayısı kimi bildiyi Abdulla adlı şəxsdən də heç bir şikayəti və tələbi yoxdur. Həmçinin ifadəsində qeyd etmişdir ki, o, bu qeyd olunan hadisə ilə bağlı hər hansı digər dövlət orqanına bu barədə müraciət etməmişdir. Təqsirləndirilən şəxs oğlu Şahid2 xidmət yerini Qusar rayonundan Bakı şəhər ətrafı Hərbi hissələrin birinə keçirilməsinə köməklik edəcəyi adı altında həmin məbləği ondan almışdır. Ona həmin məbləği guya vəzifədə işləyən tanışlarına verəcəyini, həmin şəxslərin də məsələni həll edəcəyini demişdir. Əslində isə sonradan anlamışdır ki, Təqsirləndirilən şəxs onu aldatmışdır. Təqsirləndirilən şəxs ilə tanış olan zaman özünü onlara Bakı Apellyasiya məhkəməsində yüksək vəzifədə işləyən şəxs kimi təqdim etmişdir, eyni zamanda Müdafiə Nazirliyində, güc strukturlarında, habelə dövlət və hüquq mühafizə orqanlarında yüksək vəzifələrdə işləyən tanışlarının olduğunu demişdir. Yunis ona Elxanın Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən adını demədiyi vəzifəli tanışı vasitəsi ilə xidmət yerinin dəyişilməsinə köməklik göstərəcəyini bildirmişdir. Lakin konkret olaraq vəzifəli tanışının adını, vəzifəsini ona deməmişdir. Daha sonra Şahid1 məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxs kimi tanlnmasını və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiasının olmamasını bildirmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdən etibarən Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində xidmət edir. Sonuncu hərbi xidmət yeri 2019-cu il tarixdən bu vaxta kimi Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin “N" saylı hərbi hissəsidir, orada Paliqon bölüyünün baş çavuşu vəzifəsində işləyir, hal-hazırda gizir rütbəsindədir. Şahid1 uzun illərdir ki tanıyır, aralarında hər zaman xoş münasibətlər olmuşdur. Tofiqin övladı Şahid2 yaxından tanıyır, belə ki, Elxanla əvvəllər Bakı şəhəri ətrafında yerləşən Qaraheybət hərbi şəhərciyində birlikdə hərbi xidmət etmişdir. Elxanın daha sonra səhv etmirsə, 2020-ci ilin əvvəllərində xidmət yeri Qusar rayonunda yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə dəyişdirilmişdir. Amma buna baxmayaraq münasibətləri hər zaman davam etmişdir. Şahid2 hazırda tağım komandiri vəzifəsində xidmət edir, baş leytenantdır. Vətən müharibəsi bitdikdən sonra 2021-ci ilin sentyabr ayının təxminən əvvəllərində Şahid2 və atası Şahid1lə Bakı şəhərində görüşləri zamanı Tofiq oğlu Elxanı Bakı şəhərinə hərbi hissələrdən birinə gətirmək istədiyini, buna görə yollar axtardığını bildirmişdir. Elxan özü də ona demişdir ki, xidmət etdiyi rayon Bakı şəhərindən uzaqda yerləşir, ailə üzvüləri xəstədir, evinə yaxın olmaq istəyir. Daha sonra hər ikisi bu işlə bağlı kömək edə bilib-bilməyəcəyini ondan soruşmuşlar. O da söhbət zamanı çalışıb Elxanın Bakı şəhər ətrafında hərbi hissələrin birinə keçirilməsinə köməklik göstərə biləcəyini demişdir. Lakin həmin vaxt kimin kömək edəcəyini deməmişdir. Çünki bunu özü də hələ dəqiq bilməmişdir. Tofiq və Elxan bu təklifini qəbul etmişlər, kömək etməsini xahiş etmişlər. O da bundan sonra məhlə qonşusu, eyni zamanda bacanağının qardaşı Şahid4lə görüşləri zamanı Elxanın məsələsi ilə bağlı olanları danışmışdır. Çünki Anar özü də hərbiçidir, düşünmüşdür ki, bəlkə əlaqələri, tanış adamları ola bilər, Elxangilə köməklik göstərə bilər. Anar da söhbət zamanı demişdir ki, Təqsirləndirilən şəxs adında tanışı vardır, həmin şəxs Bakı Apellyasiya Məhkəməsində yüksək vəzifədə işləyir, həmçinin çox geniş əlaqələri vardır. Həmin şəxslə danışıb xəbər edəcəkdir. Təxminən bu hadisədən 1-2 gün sonra Anar istifadəsində olan ***-***-**-** saylı nömrəsi ilə onun istifadəsində olan ***- ***-**-** saylı telefonla danışaraq Təqsirləndirilən şəxs bu işə görə biləcəyini demişdir. Daha sonra o, Şahid1 istifadəsində olan 050-327- 22-76 saylı nömrə ilə öz istifadəsində olan ***-***-**-** saylı nömrə ilə danışmış, olanları demiş, əvvəlcədən razılaşdıqları kimi Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində adını xatırlamadığı yanacaqdoldurma məntəqəsində görüşmüşlər və görüşə Tofiqin oğlu Elxan da gəlmişdir. O, söhbəti zamanı qardaşının bacanağı Şahid4 Müdafiə Nazirliyinin “N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətçi olduğunu bildirmiş, həmçinin demişdir ki, Şahid4 tanışları var, onlara kömək edə biləcəkdir. Biraz sonra isə Şahid4 də onların yanma gələrək söhbətə qoşulmuşdur. O, Tofiqi və oğlu Elxanı Anarla tanış etmişdir. Bundan sonra Şahid4 onlara Elxanın Bakı şəhəri ətrafı hərbi hissələrin birinə köçürülməsi üçün məhkəmə orqanlarında - Bakı Apellyasiya Məhkəməsində yüksək vəzifədə işləyən tanışı Təqsirləndirilən şəxs vasitəsi ilə köməklik olunacağını bildirmişdir. Həmin günü də Anar onu və Elxan, Tofiqi görüşdükləri Mehdiabad qəsəbəsində yerləşən bir həyət evinə aparmış, hazırda təmiri gedən evi göstərərək tanışı Təqsirləndirilən şəxs məxsus olduğunu demişdir. Həyət evinə girən zaman bir nəfər onları qarşılamış və salamlaşaraq görüşmüşdür. Şahid4 də həmin şəxsin Yunis olduğunu onlara demişdir. Beləcə, Yunislə tanış olmuşlar, söhbət zamanı Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsində yüksək vəzifədə işlədiyini, eyni zamanda hüquq mühafizə orqanlarında və güc orqanları strukturlarında, Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləyən vəzifəli tanışlarının olduğunu bildirmişdir. Həmin vəzifəli tanışları vasitəsi ilə, xüsusən Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən adını demədiyi tanışı vasitəsi ilə Elxanın hərbi xidmət yerinin Qusar rayonundan Bakı şəhərinə dəyişdirilməsinə köməlik edə biləcəyini xüsusilə vurğulamışdır. Həmçinin Təqsirləndirilən şəxs Şahid4, onun yanında Şahid1 və Şahid2 demişdir ki, bu işin görülməsi müqabilində 15.000 manat pul verməlidirlər, 2021-ci ilin sentyabr ayının sonunadək Elxanın xidmət yerinin dəyişilməsinə konkret olaraq köməklik göstəriləcəkdir. Yunis həmçinin demişdir ki, həmin pul vəsaiti ou işi təşkil edəcək vəzifəli tanışlarına çatacaqdır, özünə isə pul lazım deyil, sadəcə bir insan kimi köməklik edəcəkdir. Şahid1 də hamının yanında Yunisə demişdir ki, kömək etməyinə razıdır, lakin həmin 15.000 manat pul vəsaiti çoxdur, həmin pula gücü çatmır. Yunis isə Tofiqə 12.000 manat verməyini təklif etmiş, lakin sonuncu həmin məbləğin də çox olduğunu bildirdikdə, Yunis Tofiqə ilkin olaraq vəsaitin 9.000 manatını və qalan 3.000 manatı isə 3 aydan sonra verməyini təklif etmişdir, eyni zamanda bildirmişdir ki, həmin pul vəsaiti Şahid4 vasitəsi ilə özünə verilməlidir. Tofiq də bu təklif ilə razılaşmış və sağollaşmışlar. Həmin günü atası Bilal İsgəndərov dünyasını dəyişmiş, bu xəbəri eşidən kimi dərhal atasının yaşadığı Göygöl rayonuna yola düşmüşdür. Atasının 7 mərasimindən sonra Bakı şəhərinə gəlmiş, düzü başı elə qatışmışdır ki, Tofiqin Təqsirləndirilən şəxslə məsələni necə həll etdiklərini də bilməmiş və bu hadisənin də konkret olaraq şahidi olmamışdır. Yalnız atasının 40 mərasimindən sonra, təxminən 2021-ci ilin oktyabr ayının ortalarında Tofiq, eləcə də oğlu Elxan ona telefon zəngləri etməyə başlamışlar. Və yalnız ondan sonra bilmişdir ki, Şahid1 9.000 manat pulu bankdan kreditə götürərək 08 sentyabr 2021-ci il tarixdə Şahid4 vasitəsi ilə Bakı şəhərində Təqsirləndirilən şəxs vermişdir, Yunis də eyni zamanda söz vermişdir ki, Elxanın xidmət yeri 1 ay müddətində Bakı şəhəri ətrafında yerləşən hərbi hissələrdən birinə dəyişdiriləcəkdir. Tofiq ona baş verən hadisəni danışaraq Yunis tərəfindən aldadıldığını, 1 ay vəd verilməsinə baxmayaraq oğlunun işinin həll edilmədiyini bildirmişdir. O da açığı Tofiqə, eləcə də oğlu Elxana telefon danışıqları zamanı bu işdə onluq heçnə olmadığını, sadəcə olaraq bir tanışları kimi həmin şəxslərə kömək etmək istədiyini, Təqsirləndirilən şəxs deyil, Anarı tanıdığını, həmin şəxslər kimi özünün də Yunisgilə inandığını demişdir. Sonra isə artıq Şahid1 ondan da narazı qaldığını, ona zənglər etdiyini görüb bir insan kimi Yunis və Anarla danışacağına, pulun geri qaytarılmasında köməklik edəcəyinə söz vermişdir. Bundan sonra təxminən 2021-ci ilin oktyabr-noyabr-dekabr ayları ərzində (tarixləri konkret olaraq xatırlamır) Şahid4lə istifadəsində olan 077- ***-**-** saylı, eləcə də Təqsirləndirilən şəxslə istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı telefonlarla dəfələrlə zəng edərək danışmışdır. Yunis telefon danışığı zamanı ona bir neçə dəfə vaxt deyərək, həmin vaxt ərzində Tofiqin pulunu tam qaytaracağını vəd etmiş, lakin söz verdiyi vaxt tamam olanda isə müxtəlif bəhanələr gətirərək heç bir vədinə əməl etməmişdir. Bəzən isə artıq telefonlarına da cavab verməmişdir. Şahid4lə isə hətta telefon danışıqlarından başqa, canlı olaraq görüşmüş, məsələnin həll edilməli olduğunu izah etmişdir. Anar isə ona həm telefonda, həm görüşdə həmişə bildirmişdir ki, Yunisdən pul alınmalı və Tofiqə qaytarılmalıdır. Anar özünü də Yunisin camaatın yanında pis vəziyyətə saldığını demişdir. Beləcə, bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs qəbul etdiyi 9.000 manat pulu Şahid1 qaytarmamışdır. Sonradan isə məlumat almışdır ki, Şahid1 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli "Qaynar xətt” mərkəzinə zəng edərək Təqsirləndirilən şəxs pul vəsaitini ələ keçirdib aldatması barədə məlumat vermişdir və şikayəti əsasında araşdırma başlanılmışdır. Yalnız şikayətdən sonra eşitdiyinə görə Təqsirləndirilən şəxs Şahid4 vastəsi ilə 2022-ci ilin yanvar ayında Şahid1 pulunu tam olaraq qaytarmışdır. O, Tofiq və Şahid2lərə sadəcə olaraq bir tanışları kimi kömək etmək istəmiş, ona görə də həmin şəxsləri Şahid4lə tanış etmişdir. Onun bu məsələdə, yəni Elxanın Bakı şəhəriətrafı hərbi hissələrdən birinə xidmət yerinin dəyişdirilməsi məsələsində heç bir maddi marağı olmamışdır, Elxanın atası Tofiqdən alınmış olan 9.000 manat puldan 1 manat olsun belə ona çatmamışdır, yenə də demək istəyir ki, pul alınmasında və qaytarılmasında iştirak etməmişdir. Həmin vaxt o, Göy-göl rayonunda olmuş, atasının yas mərasimi ilə məşğul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2016-cı ildən bu günədək Azərbaycan Respublikasının Silahlı qüvvələrində xidmət edir və hazırda Müdafiə Nazirliyinin 177 saylı Hərbi hissəsində manqa komandiri vəzifəsində xidmət edir, kiçik çavuşdur. Təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində qardaşı - Şahid5 qohumu (bacanağı) Şahid3 ona müraciət edərək bir vaxtlar Müdafiə Nazirliyinin Bakı şəhəri ətrafında yerləşən Qaraheybət hərbi şəhərciyində birlikdə hərbi xidmət etmiş Şahid2 adlı tanışının hərbiçi olduğunu və həmin şəxsin Bakı şəhər ətrafı hərbi hissələrdən birinə keçirilməsinə köməklik göstərməyini ondan xahiş etmişdir. Belə ki, qohumu, eyni zamanda onlarla qonşuluqda yaşayan Şahid3 ona görüşləri zamanı bildirmişdir ki, Elxan və atası Şahid1 ilə söhbət edən zaman bu barədə köməklik göstərilməsini xahiş etmişlər, bundan sonra çalışıb köməklik edəcəyinə söz vermişdir. O özü də hərbiçi olduğu üçün bu barədə ona danışmaq qərarına gəlmişdir. O da Raqiflə söhbəti zamanı demişdir ki, Təqsirləndirilən şəxs adında tanışı vardır, həmin şəxs Bakı Apellyasiya məhkəməsində yüksək vəzifədə işləyir, həmçinin çox geniş əlaqələri vardır. Həmin şəxslə danışıb xəbər edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs də onun qonşuluğunda yaşayır, özünün dediyinə əsasən həmin şəxsi Bakı Apellyasiya məhkəməsində yüksək vəzifədə işləyən şəxs kimi tanımışdır. Ona görə də həmin şəxsin kömək ede biləcəyini düşünərək bu məsələ barədə Təqsirləndirilən şəxslə görüşərək sonuncuya məlumat vermişdir. Yunis də qeyd etmişdir ki, əmisi Tofiq Abdullayev vasitəsi ilə köməklik göstərəcəkdir. Söhbətləri zamanı Təqsirləndirilən şəxs ona demişdir ki, əmisi X4 rayon İcra başçısının müavini vəzifəsində, digər əmiləri X6 rayonu, Digah kənd orta məktəbinin direktoru və Vaqif Abdullayev Azərbaycan Respublikası Prezident Admistrasiyasında yüksək vəzifədə işləyir, atası X3 isə əvvəllər Polis rəisi olmuşdur, özü isə Bakı Apellyasiya Məhkəməsində yüksək vəzifədə işləyir. Həmçinin ona bildirmişdir ki, dövlət və hüquqmühafizə orqanlarında, güc strukturlarında, Müdafiə Naziliyində yüksək vəzifədə işləyən vəzifəli tanışları vardır, həmin vəzifəli tanışları vasitəsi ilə işə qəbul olmaq və ya iş yerini dəyişmək istəyən şəxslərə pul müqabilində köməklik göstərə bilir. Yunis eyni zamanda ona qırmızı rəngli bir vəsiqəni kənardan göstərərək məhkəmədə işlədiyini danışmışdır. Lakin o, həmin vəsiqənin üstünə nə yazıldığını görməmiş, kənardan həmin şəxsin əlində baxmış, içərisinə nə yazılması barədə də nəsə deyə bilməz. O da bütün bunlara görə Yunisə qeyd etdiyi məsələni həll etməyi üçün xahiş etmişdir. Təxminən bu hadisədən 1-2 gün sonra istifadəsində olan ***- ***-**-** saylı nömrəsi ilə Şahid3 istifadəsində olan ***-***-**-** saylı telefonla danışaraq tanışı Təqsirləndirilən şəxs bu işə görə biləcəyini demişdir. Bundan az sonra isə səf etmirsə, 06 sentyabr 2021-ci il tarixdə əvvəlcədən razılaşdıqları kimi Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində “İspetrof yanacaqdoldurma məntəqəsində Raqif, Şahid1 və sonuncunun oğlu Şahid2lə görüşmüşlər. Bundan sonra o, həmin şəxslərə Elxanın Bakı şəhəri ətrafı hərbi hissələrin birinə köçürülməsi üçün məhkəmə orqanlarında - Bakı Apellyasiya Məhkəməsində yüksək vəzifədə işləyən tanışı Təqsirləndirilən şəxs vasitəsi ilə köməklik olunacağını bildirmişdir. Tofiq və Elxan da buna razılaşmışlar. Həmin günü də o, Raqifi, eləcə də Tofiq və Elxanı görüşdükləri Mehdiabad qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs məxsus həyət evinə aparmışdır. Həyət evinə girən zaman Təqsirləndirilən şəxs onları qarşılamış və salamlaşaraq görüşmüşdür. Söhbət zamanı Təqsirləndirilən şəxs həmin şəxslərə Bakı Apellyasiya Məhkəməsində yüksək vəzifədə işlədiyini, eyni zamanda hüquq mühafizə orqanlarında və güc orqanları strukturlarında, Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləyən vəzifəli tanışlarının olduğunu bildirmiş, həmin vəzifəli tanışları vasitəsi ilə, xüsusən Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışı vasitəsi ilə Elxanın hərbi xidmət yerinin Qusar rayonundan Bakı şəhərinə dəyişdirilməsinə köməlik edə biləcəyini xüsusilə vurğulamışdır. Həmçinin Təqsirləndirilən şəxs onun, qohumu Şahid3 yanında Şahid1 və Şahid2 demişdir ki, bu işin görülməsi müqabilində 15.000 manat pul verməlidirlər. 2021-ci ilin sentyabr ayının sonunadək Elxanın xidmət yerinin dəyişilməsinə konkret olaraq köməklik göstəriləcəkdir. Yunis həmçinin qeyd etmişdir ki, həmin pul vəsaiti bu işi təşkil edəcək vəzifəli tanışlarına çatacaqdır, özünə isə pul lazım deyil, yetəri qədər imkanı vardır, sadəcə bir insan kimi köməklik edəcəkdir. Şahid1 də hamının yanında Yunisə demişdir ki, kömək etməyinə razıdır, lakin həmin 15000 manat pul vəsaiti çoxdur, həmin pula gücü çatmır. Yunis isə Tofiqə 12000 manat verməyini təklif etmiş, lakin sonuncu həmin məbləğində çox olduğunu bildirdikdə, Yunis Tofiqə ilkin olaraq vəsaitin 9.000 manatını və qalan 3.000 manatı isə 3 aydan sonra verməyini təklif etmişdir, eyni zamanda bildirmişdir ki, həmin pul vəsaiti onun vasitəsi ilə özünə verilməlidir. Tofiq də, o da bu təklif ilə razılaşmış və sağollaşmışlar. xx.xx.2021-ci il tarixdə o, Şahid1 və Şahid2lə Bakı şəhəri, 20 yanvar metrostansiyasının Şamaxınkaya gedən çıxışı yaxınlığında olan ərazidə avtobus dayanacağında görüşmüşlər. 9.000 manat pulu qəbul etməmişdən əvvəl Tofiqin təklifi ilə həmin avtobus dayanacağının arxasında yerləşən 14 saylı Notarius ofisinə getmişlər, orada Tofiqlə onun arasında 9.000 manat pulun ona borc kimi verilməsi ilə bağlı müqavilə bağlanmışdır. Daha sonra Tofiq 9.000 manat pulu ona təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs ilə Xarici İşlər Nazirliyinin düz qarşısında görüşmüş və Yunis Tofiq və Elxanla bir daha söhbət edərək narahat olmamağı, Elxanın xidmət yerinin 1 ay ərzində Bakı şəhəri ətrafı hərbi hissələrdən birinə dəyişiləcəyinə köməklik edəcəyinə söz vermişdir. Yunis həmin vaxt pulun Tofiq tərəfindən ona verildiyini bildirmişdir. Daha sonra Tofiqgil getmişlər. Həmin şəxslər getdikdən sonra o, aldığı 9.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs məxsus dövlət qeydiyyat nişanını unutduğu “Audi Q7” markalı nəqliyyat vasitəsində əyləşərək təklikdə vermişdir. Onların yanında həmin vaxt kimsə olmamışdır. Yunis də həmin vaxt ona bildirmişdir ki, Şahid1 tərəfindən 3.000 manat verilən zaman ona 1.000 manat pul verəcəkdir. Lakin o, Yunisə ona pul lazım olmadığını bildirmişdir. Eyni zamanda izah etmişdir ki, burda onun heç bir maddi marağı da yoxdur, sadəcə tanışdılar, istəyir ki, işləri həll olunsun. Daha sonra sağollaşmışlar. Təqsirləndirilən şəxs verdiyi 1 ay vədd müddəti bitdikdən sonra Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrə vasitəsi ilə ona, eləcə də Şahid3 zənglər etməyə başlamışdır. Çünki artıq 1 ay müddət keçmiş, lakin Elxanın işi həll edilməmişdir. O da öz növbəsində istifadəsində olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı telefonlara zənglər etmişdir, Tofiqgilin narahat olduğunu, işin niyə həll edilmədiyini soruşmuşdur. Lakin Yunis müxtəlif yalan bəhanələr gətirərək, yaxın günlərdə işin həll olunacağına dair yalan vədlər vermişdir. Bundan bir müddət sonra Şahid1 artıq aldadıldığını başa düşərək israrla verdiyi pulu tələb etdikdə, Təqsirləndirilən şəxs artıq işin alınmadığını və qısa zamanda aldığı pulu qaytaracağını söz verməyə başlamışdır. Beləcə, həm Tofiq, həm Raqif onunla, eyni zamanda Yunislə də telefonla danışmışlar. O da Yunislə danışmışdır, sonuncu hər dəfə bugün-sabah deyə-deyə vaxtı uzatmışdır. O da həmişə Yunisə demişdir ki, onu camaatın qarşısında pis vəziyyətə salmışdır. Yunis isə cavabında narahat olmamağını, pulu qaytaracağını demişdir O, Təqsirləndirilən şəxs pulu tələb edən zaman Yunis ilk əvvəllər həmin vəsaiti guya əmisinə verdiyi barədə ona bildirmişdir, lakin sonradan həmin vəsaiti Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən polkovnik rütbəli Elşən adlı şəxsə verdiyini və həmin vəsaiti həmin şəxsdən alaraq qaytaracağını bildirmişdir. Qeyd olunanlarla bağlı o, dəfələrlə Təqsirləndirilən şəxs zəng etmiş, hətta hazırda yaşadığı yeni evinə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamalda yerləşən 308 saylı orta məktəbin yaxınlığında yerləşən yeni tikili binada (3-cü blok, 10-cu mərtəbə, sağ qapı) yerləşən cvine də getmişdir. Eyni zamanda Yunisin onlara qarşı etdiyi əmələ görə o, Yunisin əmisi Tofiq Abdullayevin yanına gedərək həmin şəxsə Yunisin öz əmisinin adından istifadə edərək pul aldığı barədə məlumat vermişdir. Tofiq Abdullayev isə özünün bu işə aidiyyəti olmadığını bildirərək onun yanında Yunisə zəng edərək aldığı pulu qaytarmasını tələb etmişdir. Yunis isə pulu Elşən adlı şəxsə verdiyini və həmin pulu həmin şəxsədn alaraq qaytaracağını bildirmişdir. 2021ci ilin təxminən dekabr ayında (tarixi artıq xatırlamır) Yunisin onları aldatması barədə qardaşı Şahid5 də məlumat vermiş, Rauf da Yunislə dəfələrlə danışmış, görüşmüş, Tofiqdən aldığı 9.000 manat pulu qaytarmasını xahiş etmişdir. Yunis də eyni zamanda vaxt istəyərək pulu qaytaracağına söz versə də, lakin sonradan vaxt tamam olanda müxtəlif bəhanələr gətirmişdir. Rauf özü bu barədə ətraflı məlumat verə bilər. Beləcə, bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs qəbul etdiyi 9.000 manat pulu Şahid1 qaytarmamışdır. Sonradan isə Şahid1 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli “Qaynar xətt” mərkəzinə zəng edərək Təqsirləndirilən şəxs pul vəsaitini ələ keçirdib aldatması barədə məlumat vermişdir və şikayəti əsasında araşdırma başlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şahid1 2021-ci ilin təxminən dekabr ayında tanımış, həmin vaxt Tofiqin istifadəsində olan ***-***-**-** saylı nömrəsi ilə təxminən bir neçə dəfə istifadəsində olan (070) ***-**-** saylı nömrə vasitəsi ilə əlaqə saxlamışdır. Əlaqə saxlamağına səbəb isə Şahid1 9.000 manat pulunun qardaşı Şahid4 tanışı, eyni zamanda həm Anarla, həm də onunla Abşeron rayonu, Mehdibad qəsəbəsində eyni məhlədə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq ələ keçirilməsi və Yunisin həmin pulu qaytarmaması olmuşdur. Bu barədə ona dekabr ayında (tarixi konkret xatırlamır) qardaşı Şahid4 ətraflı məlumat vermiş, Təqsirləndirilən şəxs özünü, eləcə də Şahid1 də aldatdığını, pulu qaytarmadığını bildirmişdir. Belə ki, qardaşı Anarın ona danışdıqlarından sonra bilmişdir ki, Şahid1 oğlu Şahid2 hərbi xidmət yeri olan Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən hərbi hissəsindən Bakı şəhəri ətrafı ərazidə yerləşən hərbi hissələrdən birinə yerdəyişməsi üçün kömək göstərilməsi məqsədi ilə tanışı olan Şahid3 vasitəsi ilə 2021-ci ilin sentyabr ayının təxminən əvvəllərində qardaşı Şahid4lə tanış olmuşdur. Şahid3 onların qohumudur. Anar da bundan sonra qonşuluqda yaşayan, onların hamısının Bakı Apellyasiya Məhkəməsinin yüksək vəzifəli əməkdaşı kimi bilib tanıdıqları Təqsirləndirilən şəxs bu işə kömək edə biləcəyini düşündüyü üçün həmin şəxsləri Təqsirləndirilən şəxslə tanış etmişdir, Təqsirləndirilən şəxs də birdaha həmin şəxslərə Bakı Apellyasiya Məhkəməsində yüksək vəzifədə işlədiyim demiş, eyni zamanda hüquq mühafizə orqanlarında və güc orqanları strukturlarında, Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləyən vəzifəli tanışlarının olduğunu da bildirmişdir. Həmin vəzifəli tanışları vasitəsi ilə də məsələni həll edəcəyini demişdir. Lakin konkret olaraq həmin vaxt vəzifəli tanışının adını, vəzifəsini kiməsə deməmişdir. Bundan sonra Şahid1, Raqif, eləcə də qardaşı Anar Yunisin bu işi görə biləcəyinə inanmışlar. Nəticədə Şahid1 Təqsirləndirilən şəxslə razılaşaraq sonuncuya 08 sentyabr 2021-ci il tarixdə ilkin olaraq istənilən 9.000 manat pul vəsaitini vermək qərarına gəlmişdir. Şahid1 həmin tarixdə Bakı şəhəri, 20 yanvar metrostansiyasının Şamaxınkaya gedən çıxışı yaxınlığında olan ərazidə avtobus dayanacağında Şahid4lə görüşmüşlər, 14 saylı Notarius ofisinə gedərək 9.000 manat pulun borc verilməsi ilə bağlı aralarında müqavilə bağlamışlar. Daha sonra Tofiq pulu Anara təqdim etmişdir. Yunis çünki pulu Anarın özünə gətirməsini əvvəlcədən görüşləri zamanı Tofiqə bildirmişdir. Daha sonra isə birlikdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin qarşısına gedərək orada Təqsirləndirilən şəxslə görüşmüşlər. Yunislə eyni məsələni bir daha müzakirə etdikdən sonra Tofiq sağollaşıb getmiş, qardaşı isə 9.000 manat pulu Yunisə vermişdir. Yunis də eyni zamanda Elxanın hərbi xidmət yerinin 1 ay ərzində tanıdığı vəzifəli şəxslər vasitəsi ilə Bakı şəhərinə dəyişəcəyinə söz vermişdir. Bütün bunları qardaşı 2021-ci ilin dekabr ayında ona danışmışdır, həmçinin qeyd etmişdir ki, bu hadisənin üstündən nəqədər müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs pulu qaytarmır, işi də həll etmir. Ona görə də Şahid1 özünü, eyni zamanda Şahid3 mütəmadi olaraq telefonla narahat edir, pulun qaytarılmasını tələb edir. Anar həmçinin demişdir ki, bu işdə heç bir marağı olmamışdır, alınıb verilən 9.000 manat puldan 1 manat olsun belə özünə çatmamışdır. Sadəcə bir insan kimi köməklik etməyə çalışmışdır. Bundan sonra o, narahat olaraq Anarın böyük qardaşı kimi özü Yunislə görüşüb danışmaq qərarına gəlmiş, Yunislə Mehdibad qəsəbəsində yerləşən evində görüşmüş, pulun qaytarılmasını xahiş etmişdir. Qardaşının Şahid1lə üz-üzə qaldığını, burda günahının olmadığını izah etmiş, Yunis də söz vermişdir ki, pulu qısa zamanda qaytaracaqdır. Lakin Yunis pulu deyilən vaxtlarda qaytarmamış, hətta bir neçə dəfə telefonla da danışmışlar, məsələni tezliklə yoluna qoymasını xahiş etmişdir. Yunis də hər dəfə söz vermiş, lakin vaxtı çatanda müxtəlif bəhanələr gətirmişdir. O, həmçinin məsələnin həll ediləcəyini, narahat olmaması üçün Şahid1lə də dediyi kimi bir necə dəfə təxminən dekabr ayında telefon əlaqəsi saxlamış, bildirmişdir ki, o da çalışıb Yunisin pulunu qaytarmasına köməklik edəcəkdir. Lakin Şahid1 ilk danışıq zamanı telefonda onunla çox kobud danışmışdır, hətta onun barəsində məlumatları öyrənməklə səsini yazması ilə onu hədələmişdir. Niyə zəng etdiyini ondan kobudcasına soruşmuş, onunla əsəbi danışmış, fikrini izah etməyə qoymamışdır. O da izah etməyə çalışmışdır ki, niyyəti pul məsələsinin həll edilməsinə nail olmaqdır. Lakin Tofiqin onun guya Yunisi müdafiə etdiyini düşünərək ona qarşı aqressiv danışdığı görəndə, onu təhqir edəndə o da telefonla danışan zaman ilk telefon danışığı zamanı Tofiqə qarşı qəzəbli danışmışdır. Ona dediklərini özünə qaytarmışdır. İnsandır, ola bilər ki, özündən çıxmış, amma onun niyyəti həqiqətən də Tofiqə kömək etmək olmuşdur. Bunu da qardaşına görə etmişdir ki, günahı olmadığı halda qardaşını narahat etməsinlər. Daha sonra X9 Abdullayevin pul qaytarmadığını görüb, sonuncunun barəsində xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli "Qaynar xətt” mərkəzinə zəng edərək şikayət etmişdir. Cinayət işinin 1-ci cild 249-250-ci vərəqələrində olan 24 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 131-132-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 119-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 mart 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cild 12-59-cu vərəqələrində olan 25 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, telefon məlumatlarını özündə əks etdirən 2 ədəd CD disk, “Azercell Telekom”, “Bakcell LTD” və "xxxx" MMC-dən əldə olunmuş 3 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. Cinayət işinin 2-ci cild 1-ci vərəqəsində olan 24 iyun 2022-ci il tarixli 1599 nömrəli Mehdiabad qəsəbəsi, ƏD üzrə Nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda qeydiyyatsız yaşayır. Cinayət işinin 2-ci cild 2-ci vərəqəsində olan 24 iyun 2022-ci il tarixli Mehdiabad qəsəbəsi, ƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Cinayət işinin 2-ci cild 10 və 11-ci vərəqələrində olan doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, Təqsirləndirilən şəxs Yusif oğlu 15 iyul 2021-ci il tarixdə, X1 29 dekabr 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşlar, ataları Təqsirləndirilən şəxs, anaları isə X2r. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, CD disklərdə olan məlumatları və digər iş materialları ilə onun aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmə, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə vahid niyyətlə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmə cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 29, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi – beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, məhkumluğunun, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, məhkumluğunun, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, cəzanı ağırlaşdırıcı halların olmamasını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4, 29, 178.2.4 və 32.4, 312.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzaya məhkum olunmalı və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk, “Azercell Telekom”, “Bakcell LTD” və "xxxx" MMC-dən əldə olunmuş 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 29, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 178.2.4, 29, 178.2.4 maddələri ilə 4.000 (dörd min) manat miqdarında cərimə cəzasına, həmin Məcəllənin 32.4, 312.1-ci maddəsi ilə 5.000 (beş min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7.000 (yeddi min) manat miqdarında cərimə cəzası təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış 05 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-348/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-348/2022
26.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver