Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-349/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluğa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı 07.03.2021-ci il tarixdə saat 05 radələrində ünvan 2 ünvanında yerləşən “Al market’" mağazasının giriş qapısını özündə olan dəmir ling vasitəsilə aralayıb açmaqla oraya qanunsuz daxil olub mağazanın vitrininə satış üçün qoyulmuş 1 ədədinin qiyməti 1 manat təşkil edən, ümumilikdə 23 manat dəyərində 23 ədəd Çin istehsalı olan “CNF063” markalı qaz alışqanını, 1 qutusunun qiyməti 3 manat 60 qəpik təşkil edən, ümumilikdə 10 manat 80 qəpik dəyərində 3 qutu “Kent 4" markalı qalın siqareti, 1 qutusunun qiyməti 3 manat 60 qəpik təşkil edən, ümumilikdə 50 manat 40 qəpik dəyərində 14 qutu “Kent 1” markalı siqareti, l qutusunun qiyməti 3 manat 90 qəpik təşkil edən, ümumilikdə 7 manat 80 qəpik dəyərində 2 qutu ağ nazik “Sobranie” markalı siqareti, 1 qutusunun qiyməti 2 manat 90 qəpik təşkil edən, ümumilikdə 5 manat 80 qəpik dəyərində 2 qutu “LD” marklı nazik siqareti, 1 qutusunun qiyməti 2 manat 10 qəpik təşkil edən, ümumilikdə 6 manat 30 qəpik dəyərində 3 qutu “Want” markalı siqareti, 1 qutusunun qiyməti 2 manat 10 qəpik təşkil edən, ümumilikdə 6 manat 30 qəpik dəyərində 3 qutu “West” markalı siqareti, 1 qutusunun qiyməti 3 manat 60 qəpik təşkil edən, ümumilikdə 36 manat dəyərində 10 qutu “Kent 8” markalı siqareti, 1 qutu 2 manat 10 qəpik dəyərində 100 qram çəkidə “Azərçay Buket” markalı çayı, 1 ədəd 4 manat 10 qəpik dəyərincə 250 ml həcmli “Panten” markalı şampunu, 1 ədədinin qiyməti 4 manat 60 qəpik təşkil edən, ümumilikdə 9 manat 20 qəpik dəyərində 2 ədəd 200 ml həcmli “Head Sholulders” markalı şampunu, 1 ədəd 4 manat 80 qəpik dəyərində 50 ml həcmli “Nive men” markalı antiperspirant spreyi, 1 ədəd 4 manat 80 qəpik dəyərində 50 ml həcmli “Nivea” markalı antiperspirant spreyi, 1 ədəd 4 manat 90 qəpik dəyərində 150 ml həcmli “Nivea men” markalı antiperspirant spreyini, 1 ədəd 6 manat dəyərində 1 litr həcmli “Möcüzə” markalı qarğıdalı yağını, 1 ədəd 4 manat dəyərində 250 ml həcmli “Zeytun bağları” markalı zeytun yağını, 1 ədəd 6 manat dəyərində 300 qram həcmli “Nutella” markalı şokolad yağını, 1 ədəd 1 manat 40 qəpik dəyərində içərisində 25 bağlamadan ibarət çay olan “Final” markalı çayı, 1 ədəd 4 manat 60 qəpik dəyərində 100 ml həcmli “Blend-a-med 3 d” markalı diş məcununu, 1 ədəd 5 manat 50 qəpik dəyərində 900 ml həcmli “Final” markalı qarğıdalı yağını, 1 ədədinin qiyməti 1 manat 20 qəpik təşkil edən, ümumilikdə 6 manat dəyərində 5 ədəd 175 qram həcmli “Bizim Tarla” markalı cemi, 1 ədədinin qiyməti 1 manat 90 qəpik təşkil edən, ümumilikdə 7 manat 60 qəpik dəyərində 04 ədəd 300 qram həcmli “Bizim Tarla” markalı cemi, 1 ədəd 2 manat 50 qəpik dəyərində 47,5 qram çəkidə “Neskafe” markalı kofeni və mağazanın şkafından 111 manat nağd pulu gizli olaraq talamış və həmin gün saat 05:40 radələrində mağazanın içərisində mağazaya çörək gətirən Şahid3 tərəfindən saxlanılaraq DİN-nin X4 Alayının əməkdaşlarına təhvil verildiyindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli özündən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 330 manat 90 qəpik maddi ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 15 yaşından bərbərliklə məşğul olur, sonuncu iş yeri ünvan 3 ünvanda yerləşən bərbərxana olmuşdur. Belə ki, o, həmin ünvanda yerləşən adsız obyekti icarəyə götürüb tək özü işlətmiş, həmin obyektdə təxminən 2 il müddətinə işləmişdir. Aylıq 300 manat icarə haqqı vermişdir. Lakin son 1 ildir ki, o, pandemiya ilə bağlı olaraq həmin obyektin icarə haqqını verə bilməmiş, buna görə də işsiz qalmışdır. Onun hazırda 1200 manat borcu vardır. Həmin pulun 700 manatı 1 il bundan əvvəl icarəyə götürüb işlətdiyi obyektin puludur, 500 manat pul isə tanışına olan pul borcudur. O, həmin borclarını verə bilmədiyinə görə məcbur olub oğurluq etmək fikrinə düşmüşdür. Bu niyyətlə o, 07 mart 2021-ci il tarixdə saat təxminən 04 radələrində yaşadığı evdən çıxıb özü ilə “Sport” markalı idman çantasım, bir ədəd “Zubil” alətini, o vaxtdan çantasında qalmış qadın parikini özü ilə götürmüşdür. O, yaşadığı mənzildən bayıra çıxıb yolun o biri tərəfinə keçib Zərərçəkmiş şəxsin qarşısına keçmişdir. O, çantasından '‘Zubil” alətini çıxarıb marketin plastik giriş qapısını aralamış, sonra isə marketə daxil olmuşdur. O, marketə daxil olub oradakı vitrinlərdən 23 ədəd “ CNF063” markalı mətbəx qaz alışqanını, 03 ədəd qalın “Kent 4”, 14 ədəd nazik “Kent l'\ 02 ədəd ağ nazik “Sabranie”, 02 ədəd nazik “LD”, 03 ədəd “Vant”, 03 ədəd “Vest” markalı siqaretləri, 01 ədəd “Azərçay” çay buketini, 01 ədəd “Panten” şampunu, 02 ədəd “Head Sholulders” şampunu, 01 ədəd “Nive man” kişi reksonası, 01 ədəd Nivea man” qadın reksonasını, 01 ədəd “Nivea man” spreyini, 1 blok “Kent 8”, markalı siqareti, 01 ədəd “Möcüzə” yağını, 01 ədəd Zeytun yağını, 01 ədəd “Nutella” şakalad yağını, 01 ədəd “Final” çay paketini, 01 ədəd “Blendamed” diş məcunu, 01 ədəd “Final” qarğıdalı yağını, 02 ədəd müddəti bitmiş “Labne” pendirini, 05 ədəd 175 qramlıq “Bizim Tarla” cemini, 04 ədəd 300 qramlıq “Bizim Tarla” cemini, 01 ədəd “Neskafe” kofesini və şkafdan 111 manat nağd pulu oğurlayıb çantasına qoymuşdur. Həmin vaxt görmüşdür ki, marketin qarşısından səs-küy gəlir, dərhal marketin üzbəüz anbarına keçib orada gizlənmişdir. Lakin içəriyə girən şəxslər onu görmüşlər, onlar əvvəlcə qapını bağlamışlar, daha sonra o, oğurluq etməyini səmimi etiraf etmişdir. Həmin şəxslər polisə məlumat vermişlər, yaxınlıqda olan polis əməkdaşları onu Nəsimi RPİ-nin 19-cu PŞ-nə aparmışlar, orada oğurluq etməyini səmimi etiraf edib bu barədə izahat yazmışdır. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Al Market MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, həmin oğurluq hadisəsinin baş verdiyi “AL Market MMC” Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 16 A saylı ünvanda yerləşir. Zərərçəkmiş şəxs-də rəsmi olaraq 3 nəfər işləyir. Marketdə müxtəlif yeyinti və içki məhsulları, qeyri-qida məhsulları satılır. 07 mart 2021-ci il tarixdə saat 05:48 radələrində marketə çörək gətirən İlqar adlı şəxs əvvəlcə həmin marketin filial müdüri Şahid6 sms yazmışdır ki, marketin qapısı açıqdır, bu barədə fotoşəkil çəkib ona atmışdır. O da sms-i oxuduqdan sonra yatağından qalxıb marketə getmişdir. O, İlqarla birlikdə marketə daxil olmuşdur. Hər ikisi birlikdə marketə baxmışlar, qab vitrinin qarşısında bir ədəd qara göy rəngli idman çantasını görmüşlər, gəlib çantaya baxdıqda çantada oğurluq məhsulları görmüşlər. Nurlanə bayıra çıxmazdan əvvəl İlqara demişdir ki, anbar tərəfə baxsın, özü isə bayıra çıxıb adam çağırmışdır. O, bayırdan Saleh adlı gül satanı çağırmışdır. İlqar onlara demişdir ki, oğurluq edən şəxs anbarın qapısının arxasında gizlənərək üzərini qara rəngli sellofan torba ilə örtüb. İlqar onu görən kimi anbarın qapısını dərhal bağlayıb ki, həmin şəxs qaça bilməsin. Daha sonra İlqar həmin şəxsə əlində kəsici deşici alət varsa yerə qoymasını bildirdi. O da əlində heçnə olmadığını bildirdikdən sonra İlqar qapını açmış, həmin vaxt polis əməkdaşları da gəlib çıxmışdılar. Oğurluq edən şəxsi Nəsimi RPİ-nin 19cu PŞ-nə aparmışlar. Oğurluq edən şəxs marketə qanunsuz daxil olmuş və marketdəki vitrinlərdən 23 ədəd “ CNF063” markalı mətbəx qaz alışqanını, 03 ədəd qalın “Kent 4”, 14 ədəd nazik “Kcnt 1”, 02 ədəd ağ nazik “Sabranie”, 02 ədəd nazik “LD”, 03 ədəd “Vant”, 03 ədəd “Vest” markalı siqaretləri, 01 ədəd “Azərçay” çay buketini, 01 ədəd “Panten” şampunu, 01 ədəd “Head Sholulders” şampunu, 01 ədəd “Nive man” kişi reksonası, 01 ədəd Nivea man” qadın reksonasım, 01 ədəd “Nivea man” spreyini, 1 blok “Kent 8”, markalı siqareti, 01 ədəd “Möcüzə” yağını, 01 ədəd Zeytun yağını, 01 ədəd “Nutella” şakalad yağını, 01 ədəd “Final” çay paketini, 01 ədəd “Blendamed” diş məcunu, 01 ədəd “Final” qarğıdalı yağını, 02 ədəd müddəti bitmiş “Labne” pendirini, 05 ədəd 175 qramlıq “Bizim Tarla” cemini, 04 ədəd 300 qramlıq “Bizim Tarla” cemini, 01 ədəd “Neskafe” kofesini, və şkafdan 111 manat nağd pulu oğurlamışdır. Hadisə nəticəsində marketə 336 manat 44 qəpik maddi ziyan dəymişdir. Daha sonra Nümayəndə məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmadığını və barışdığını bildirərək ərizəni nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında qeyd edilən ünvanda qalır. Subaydır. Azərbaycan dilində sərbəst danışıb yazıb oxuya bilir, tərcüməçiyə ehtiyacı yoxdur. Əvvəllər məhkumluğu olmamışdır, narkoloji və psixiatrik dispanserlərdə qeydiyyatda olmamışdır. O, “AL Market MMC”-nin Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 16 A saylı ünvanda yerləşən filialın müdürüdür. İş saatı saat 08:00-dan saat 22:-00-a qədərdir. Onun rəsmi əmək müqaviləsi vardır. “AL Markef’-də rəsmi olaraq hazırda 3 nəfər, o və iki nəfər satıcı işləyir. Marketdə müxtəlif yeyinti və içki məhsulları, qeyri-qida məhsulları satılır. O, 07 mart 2021-ci il tarixli oğurluq hadisəsi barədə bildirmişdir ki, həmin gün saat 05:48 radələrində marketə çörək gətirən İlqar əvvəlcə ona sms yazmışdır ki, marketin qapısı açıqdır, bu barədə fotoşəkil çəkib ona atmışdır. O da smsi oxuduqdan sonra yatağından qalxıb marketə gedərkən İlqar ona bu dəfə zəng vurmuşdur. İlqar ona mobil telefon aparatı vasitəsi ilə bildirmişdir ki, marketə kimsə oğurluq üçün girib. O da bunu eşidən kimi marketə gəlmişdir. İlqarla o, birlikdə marketə daxil olmuşlar. Onlar birlikdə marketə baxmışlar, qab vitrinin qarşısında bir ədəd qara göy rəngli idman çantasını görmüşlər, gəlib' çantaya baxdıqda çantada oğurluq məhsullarının olmasını görmüşlər. O, bayıra çıxmazdan əvvəl İlqara demişdir ki, anbar tərəfə baxsın, o, isə bayıra çıxıb adam çağırmışdır. O, bayırdan Saleh adlı gül satanı çağırmışdır, onlar birlikdə marketə girdikdə İlqar oıılara demişdir ki, oğurluq edən şəxs anbardadır, yəni oğurluq edən şəxs anbarın qapısının arxasında gizlənərək üzərini qara rəngli sellofan torba ilə örtüb. İlqar onu görən kimi anbarın qapısını dərhal bağlayıb ki, həmin şəxs qaça bilməsin. Daha sonra İlqar həmin şəxsə əlində lcəsici deşici alət varsa yerə qoymasını bildirmişdir. O da əlində heçnə olmadığını bildirdikdən sonra İlqar qapını açmış, həmin vaxt polis əməkdaşları da gəlib çıxmışlar. Onu yəni oğurluq edən şəxsi Nəsimi RPİ-nin 19-cu PŞ-nə aparmışlar. Həmin şəxs marketin qapısını hadisə vaxtı “Zubil” aləti ilə aralayaraq marketə qanunsuz daxil olmuş və marketdəki vitrinlərdən 23 ədəd “ CNF063” markalı mətbəx qaz alışqanını, 03 ədəd qalın “Kent 4”, 14 ədəd nazik “Kent 1”, 02 ədəd ağ nazik “Sabranie”, 02 ədəd nazik “LD”, 03 ədəd “Vant”, 03 ədəd “Vest” markalı siqaretləri, 01 ədəd “Azərçay” çay buketini, 01 ədəd “Pantcn” şampunu, 02 ədəd “Head Sholulders” şampunu, 01 ədəd “Nive man” kişi reksonası, 01 ədəc Nivea man” qadın reksonasını, 01 ədəd “Nivea man” spreyini, 1 blok “Kent 8”, markalı siqareti, 01 ədəd “Möcüzə” yağını, 01 ədəd Zeytun yağını, 01 ədəd “Nutella” şakalad yağını, 01 ədəd “Final” çay paketini, 01 ədəd “Blendamed” diş məcunu, 01 ədəd “Final” qarğıdalı yağını, 02 ədəd müddəti bitmiş “Labne” pendirini, 05 ədəd 175 qramlıq “Bizim Tarla” cemini, 04 ədəd 300 qramlıq “Bizim Tarla” cemini, 01 ədəd “Neskafe” kofesini, və şkafdan 111 manat nağd pulu oğurlamışdır. Hadisə nəticəsində marketə 336 manat 44 qəpik maddi ziyan dəymişdir.Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid X1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, Təqsirləndirilən şəxsu bir qəsəbə sakini kimi tanıyır, başqa heç bir münasibəti olmamışdır. 31 dekabr 2019-cu il tarixdə saat 21:00 radələrində yaşadığı qəsəbə ərazisində yerləşən «Playstation» oyun zalının qarşısında olan vaxtı Təqsirləndirilən şəxs ona yaxınlaşanda onun əlində paketdə nə isə olmasını görüb soruşduqda «fifa» siqnalı kimi adlanan qurğunun olmasını və satmasını bildirmiş, ondan siqnalı neçəyə satmasını soruşduqda ona 700 manata satmasını bildirmiş, daha sonra o, Təqsirləndirilən şəxsdan siqnalının qiymətinin aşağı yerinin olub-olmamasını soruşmuş, Talehdən siqnalı 500 manata razılaşıb verəcəyini bildirmiş, o, sonuncudan siqnalın oğurluq olub-olmamasını soruşanda oğurluq olmadığını bildirməsinə görə siqnalı yoxlamış və nasaz olmasına görə razılaşıb Talehə 320 manat verib siqnalı ondan almış, sonradan ona həmin siqnalın oğurluq olması məlum olmuşdur. O, Talehin satdığı siqnalın oğurluq olmasını əvvəlcədən bilməməsini, həmçinin Talehin həmin siqnalı haradan və hansı şəraitdə əldə etməsi barədə dəqiq heç bir məlumatının olmamasını, hazırda həmin siqnalın onda olmasını və təqdim edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 Alayında polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, o, 06 mart 2021-ci il tarixdə saat 20:00 radələrində xidməti iş yoldaşları Şahid5 və Şahid2 ilə birlikdə 2495 saylı **-AP-*** dövlət qeydiyyat nişanlı “Fiat Doblo ” markalı avtopatrulla ərazidə xidmət aparırmışlar. 07 mart 2021-ci il tarixdə saat 06:10 radələrində “Turan” çağırışı ilə onlara məlumat daxil oldu ki, ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs MMC-də içəridə oğurluq etmək məqsədi ilə daxil olmuş bir nəfər şəxsi marketin işçiləri tutub saxlayıblar. Onlar da həmin məlumatdan sonra marketə doğru irəliləmişlər. Onlar həmin marketə yaxınlaşıb oğurluq etmiş şəxsi xidməti avtomobilə əyləşdirib Nəsimi RPİ-nin 19- cu PŞ-nə təhvil vermişlər. Bu barədə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Əhmədzadəyə raportla məruzə etmişlər. Onlara sonradan məlum oldu ki, hadisəni törədən şəxsin adı Təqsirləndirilən şəxsdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 Alayında polis nəfərləri Şahid2 və Şahid5 onlardan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə icasında iştirak etməyən Şahid4 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki o, ifadəsində bildirmişdir ki, 07 mart 2021-ci il tarixdə saat 05:10 radələrində qonşu marketdə işləyən adını sonradan bildiyi Nurlanə ona yaxınlaşıb bildirmişdir ki, marketə oğurluq etmək üçün girən bir nəfər cavan oğlanı saxlayıblar və onun marketə saxlanılmasıüçün kömək etməyini xahiş edir. O da bu xahişi nəzərə alıb həmin marketə getmişdir. O, içəridə olan digər bir oğlanla oğurluq etmiş şəxsi saxlayıb marketə gələn polis əməkdaşlarına təhvil vermişdir. O, həmin oğurluq etmiş şəxsi tanımır, onun marketdən nə oğurlamasını da bilməmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə icasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki o, ifadəsində bildirmişdir ki, 07 mart 2021-ci il tarixdə saat 05:40 radələrində ünvan 4 ünvanda yerləşən “Al Marketə” çörək gətirmişdir. O, həmin vaxt görmüşdür ki, marketin qapısı açıq vəziyyətdədir. Bu barədə o, həmin marketdə işləyən Şahid6və mobil telefon aparatı vasitəsi ilə məlumat vermişdir. Nurlanə onun məlumat verməyindən bir neçə dəqiqə sonra marketə gəlmişdir. Onlar ikisi marketə daxil olub içəriyə baxmağa başlamışlar. Görmüşlər ki, marketdə onlara tanış gəlməyən bir ədəd qara göy rənglərdən ibarət idman çantası var. Çantanın içərisinə baxdıqda orada müxtəlif siqaretlər, yeyinti məhsulları, pul, zubil aləti, və digər məişət əşyaları görmüşlər. Onlar içəridə kiminsə olmasını hiss etmişlər. Nurlanə ondan xahiş etmişdir ki, o, marketin anbarına baxsın. O da Nurlanənin təklifindən sonra anbara yaxınlaşmışdır. O, anbarın qapısını fiziki güc tətbiq edib açdıqdan sonra görmüşdür ki, orada qara rəngli torba var, həmin vaxt qara torbanın altından bir nəfərin yuxarıya doğru qalxmasını görüb anbarın qapısını dərhal bağlamışdır. O, daha sonra həmin şəxsə bildirmişdir ki, əlində nəsə varsa yerə atsın, o da əlində heçnə olmamağını bildirdikdən sonra qapını açmış, həmin şəxsi bayıra çıxartmışdır. Sonra isə Nurlanənin çağırdığı gül dükanında işləyən satıcının köməkliyi ilə həmin oğurluq etmiş şəxsi hadisə yerinə çağırdıqları ÇPA-nın polis nəfərlərinə təhvil vermişlər. Ona sonradan məlum olmuşdur ki, oğurluq etmiş şəxs Təqsirləndirilən şəxsdir. Cinayət işinin 40-41-ci vərəqələrində olan olan 07 mart 2021-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 92-94-cü vərəqələrində olan 08 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 118-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2021-ci il tarixli, 9/1340 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 24 adda malların 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 219,90 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri aşağıdakı kimidir: - bir ədədinin qiyməti 1 manat, ümumi qiyməti 23 manat dəyərində olan 23 ədəd Çin istehsalı olan alışqanlar; - bir ədədinin qiyməti 3,6 manat, ümumi qiyməti 10,8 manat dəyərində olan 03 qutu “Kent 4” markalı qalın siqaret; - bir ədədinin qiyməti 3,6 manat, ümumi qiyməti 50,5 manat dəyərində olan 14 qutu Kent 1markalı siqaret; - bir ədədinin qiyməti 3,9 manat, ümumi qiyməti 7,8 manat dəyərində olan 2 qutu ağ nazik “Sabranie” markalı siqaret; - bir ədədinin qiyməti 2,9 manat, ümumi qiyməti 5,8 manat dəyərində olan 2ədəd “LD” marklı nazik siqaret; - bir ədədinin qiyməti 2,1 manat, ümumi qiyməti 6,3 manat dəyərində olan 3qutu “Want” markalı siqaret; - bir ədədinin qiyməti 2,1 manat, ümumi qiyməti 6,3 manat dəyərində olan 1qutu “West” markalı siqaret; -bir ədədinin qiyməti 2,1 manat, ümumi qiyməti 2,1 manat dəyərində olan 01 ədəd “Azərçay Buket” markalı 100 qr tutumlu çay; - bir ədədinin qiyməti 4,1 manat, ümumi qiyməti 4,1 manat dəyərində olan 1ədəd “Panten” markalı 250 ml tutumlu şampun; - bir ədədinin qiyməti 4,6 manat, ümumi qiyməti 9,2 manat dəyərində olan 2ədəd “Head Sholulders” markalı, 200 ml tutumlu şampun; - bir ədədinin qiyməti 4,8 manat, ümumi qiyməti 4,8 manat dəyərində olan 01 ədəd “Nive men” markalı, 50 ml tutumlu antiperspirant; - bir ədədinin qiyməti 4,8 manat, ümumi qiyməti 4,8 manat dəyərində olan 01 ədəd Nivea” markalı, 50 ml tutumlu antiperspirant; - bir ədədinin qiyməti 4,9 manat, ümumi qiyməti 4,9 manat dəyərində olan 01 ədəd “Nivea men” markalı, 150 ml tutumlu antiperspirant spreyi; - bir ədədinin qiyməti 3,6 manat, ümumi qiyməti 36 manat dəyərində olan 10 qutu “Kent 8” markalı siqaret; - bir ədədinin qiyməti 6 manat, ümumi qiyməti 6 manat dəyərində olan 01 ədəd “Möcüzə” markalı, 1 litr tutumlu qarğıdalı yağı; - bir ədədinin qiyməti 6 manat, ümumi qiyməti 6 manat dəyərində olan 01 ədəd “Zeytun bağları” markalı, 250 ml tutumlu zeytun yağı; - bir ədədinin qiyməti 4 manat, ümumi qiyməti 4 manat dəyərində olan 01 ədəd “Nutella” markalı, 300 qr tutumlu şokolad yağı; - bir ədədinin qiyməti 1,4 manat, ümumi qiyməti 1,4 manat dəyərində olan 01 ədəd “Final” markalı, 25 bağlamadan ibarət çay; - bir ədədinin qiyməti 4,6 manat, ümumi qiyməti 4,6 manat dəyərində olan 01 ədəd “Blend-a-med 3 d” markalı, 100 ml tutumlu diş məcunu; - bir ədədinin qiyməti 5,5 manat, ümumi qiyməti 5,5 manat dəyərində olan 01 ədəd “Final” markalı, 900 ml tutumlu qarğıdalı yağı; - müddəti bitmiş “Pinar Labne” markalı, 200 ml tutumlu krem pendir istifadəyə yararsız olduğu üçün qiymətsiz müəyyən edilir; - bir ədədinin qiyməti 1,2 manat, ümumi qiyməti 6 manat dəyərində olan 05 ədəd “Bizim Tarla” markalı, 175 qr tutumlu cem; - bir ədədinin qiyməti 1,9 manat, ümumi qiyməti 7,6 manat dəyərində olan 2 2ədəd “Bizim Tarla” markalı, 300 qr tutumlu cem; - bir ədədinin qiyməti 2,5 manat, ümumi qiyməti 2,5 manat dəyərində olan 01 ədəd “Neskafe” markalı, 47,5 qr tutumlu kofesi. Cinayət işinin 119-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 126-127-ci vərəqələrində olan maddi sübut kimi tanımaq haqqında 15 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq yolu ilə ələ keçirdiyi 23 ədəd “ CNF063” markalı mətbəx qaz alışqanını, 03 ədəd qalın “Kent 4” markalı siqareti, 14 ədəd nazik “Kent 1” markalı siqareti, 02 ədəd ağ nazik “Sabranie” markalı siqareti, 02 ədəd nazik “LD” marklı siqareti, 03 ədəd “Vant” markalı siqareti, 03 ədəd “Vest” markalı siqareti, 01 ədəd “Azərçay” çay buketini, 01 ədəd “Panten” şampunu, 02 ədəd “Head Sholulders” şampunu, 01 ədəd “Nive man” kişi reksonası, 01 ədəd Nivea man” qadın reksonasım, 01 ədəd “Nivea man” spreyini, 1 blok “Kent 8”, markalı siqareti, 01 ədəd “Möcüzə” yağını, 01 ədəd Zeytun yağını, 01 ədəd “Nutella” şakalad yağını, 01 ədəd “Final” çay paketini, 01 ədəd “Blendamed” diş məcunu, 01 ədəd “Final” qarğıdalı yağını, 02 ədəd müddəti bitmiş “Labne” pendirini, 05 ədəd 175 qramlıq “Bizim Tarla” cemini, 04 ədəd 300 qramlıq “Bizim Tarla” cemini, 01 ədəd “Neskafe” kofesini, və şkafdan 111 manat nağd pul maddi sübut kimi tanınaraq saxlanılması üçün zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə təhvil verilmişdir. Cinayət işinin 112-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 23 mart 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi A.M.Quliyevin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir tələb, şikayət və mülki iddiaları yoxdur, onunla barışmışlar və bunları nəzərə almasını məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluğa cəhd etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 177.2.3-cü maddəsinə əsasən özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını və barışmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və 07 mart 2021-ci il tarixdən 08 mart 2021-ci il tarixədək, şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 23 ədəd “CNF063” markalı mətbəx qaz alışqanı, 03 ədəd qalın “Kent 4” markalı siqareti, 14 ədəd nazik “Kent 1” markalı siqaret, 02 ədəd ağ nazik “Sabranie” markalı siqaret, 02 ədəd nazik “LD” markalı siqaret, 03 ədəd “Vant” markalı siqaret, 03 ədəd “Vest” markalı siqaret, 01 ədəd “Azərçay” çay buketi, 01 ədəd “Panten” şampunu, 02 ədəd “Head Sholulders” şampunu, 01 ədəd “Nive man” kişi reksonası, 01 ədəd “Nivea man” qadın reksonası, 01 ədəd “Nivea man” spreyi, 1 blok “Kent 8” markalı siqaret, 01 ədəd “Möcüzə” yağı, 01 ədəd Zeytun yağı, 01 ədəd “Nutella” şokolad yağı, 01 ədəd “Final” çay paketi, 01 ədəd “Blendamed” diş məcunu, 01 ədəd “Final” qarğıdalı yağı, 02 ədəd müddəti bitmiş “Labne” pendir, 05 ədəd 175 qramlıq “Bizim Tarla” cemi, 04 ədəd 300 qramlıq “Bizim Tarla” cemi, 01 ədəd “Nescafe” kofesi, 111 manat nağd pul zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 mart 2021-ci il tarixdən 08 mart 2021-ci il tarixədək, yəni 01 (bir) gün şübhəli şəxs qismində tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 23 ədəd “CNF063” markalı mətbəx qaz alışqanı, 03 ədəd qalın “Kent 4” markalı siqareti, 14 ədəd nazik “Kent 1” markalı siqaret, 02 ədəd ağ nazik “Sabranie” markalı siqaret, 02 ədəd nazik “LD” markalı siqaret, 03 ədəd “Vant” markalı siqaret, 03 ədəd “Vest” markalı siqaret, 01 ədəd “Azərçay” çay buketi, 01 ədəd “Panten” şampunu, 02 ədəd “Head Sholulders” şampunu, 01 ədəd “Nive man” kişi reksonası, 01 ədəd “Nivea man” qadın reksonası, 01 ədəd “Nivea man” spreyi, 1 blok “Kent 8” markalı siqaret, 01 ədəd “Möcüzə” yağı, 01 ədəd Zeytun yağı, 01 ədəd “Nutella” şokolad yağı, 01 ədəd “Final” çay paketi, 01 ədəd “Blendamed” diş məcunu, 01 ədəd “Final” qarğıdalı yağı, 02 ədəd müddəti bitmiş “Labne” pendir, 05 ədəd 175 qramlıq “Bizim Tarla” cemi, 04 ədəd 300 qramlıq “Bizim Tarla” cemi, 01 ədəd “Nescafe” kofesi, 111 manat nağd pul zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – cəmi 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-349/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-349/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver