Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-349/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X1, Müdafiəçi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2əsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacları və kolları qanunsuz kəsərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 1D, mənzil 19 ünvanına məxsus eyvanın qarşısındakı həyətyanı sahədə Azərbaycan Respublikası Meşə Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq dövlət mülkiyyətində olan torpaq sahəsindəki meşə fonduna aid olmayan bioloji inkişafda, köküstə yaş vəziyyətdə müxtəlif cinsli, diametri 16 sm olan 01 ədəd xurma ağacını, diametri 4 sm olan 01 ədəd sərv ağacını, 02 ədəd nar və 03 ədəd dekorativ kolları tikinti və abadlaşdırma məqsədi olmadan qanunsuz olaraq kəsərək kökündən çıxarıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ümumilikdə 1890 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanındakı dörd otaqlı mənzili 2004-cü ildə almış və orada ailəsi ilə birlikdə yaşamışdır. Həmin evi satmaq qərarına gəlmiş və bu barədə vasitəçilərə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında evi satmış və evi satanda alıcıya bildirmişdir ki, evin Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsinə baxan hissəsində eyvanın qarşısında olan ağacları oradan çıxaracaqdır. Evin alqı-satqısından sonra 01 ədəd xurma, 01 ədəd sərv, 02 ədəd nar və 03 ədəd dekorativ ağac olmaqla ümumilikdə 07 ədəd ağacı oradan çıxarmışdır. Həmin ağacları özü əkib becərmiş, qulluq etmiş, oradan köçən zaman isə qonşular ağaclara ziyan verməsin deyə həmin ağacları kökündən çıxararaq özü ilə aparmış və başqa yerdə əkmişdir. Çünki əvvəllər həmin ərazidə əkdiyi bir neçə ağac qonşular tərəfindən məhv edilmişdir. O, ağac və kolu xx.xx.2023-cü il tarixdə kökündən çıxarmışdır. Həmin ağac və kolları özü əkdiyi üçün onların oradan çıxarılaraq aparılmasının cinayət olduğunu güman etməmişdir. Daha sonra törətdiyi əməldən səmimi peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini, ilk dəfə cinayət törətməsini və himayəsində yetkinlik yaşına çatmayan bir övladının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X7nə nəzarət və X4 əməkdaşları Şahid1, Şahid3 və Şahid2 Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 1D ünvanının həmin küçəyə baxan hissəsində 07 ədəd müxtəlif cinsli ağacların qanunsuz olaraq kəsilərək məhv edilməsi barədə Şahid4 müraciəti əsasında 22 dekabr 2023-cü il tarixdə əraziyə baxış keçirmişlər. Baxış zamanı ünvan 5 ünvanının Həsən Əliyev küçəsinə baxan eyvanının qarşısında 01 ədəd xurma (d=16 sm, 150x3=450) ağacının, 01 ədəd sərv (d=4 sm, 80x3=240) ağacının, 02 ədəd nar (kol, 80x2x3=480) və 03 ədəd dekorativ (80x3x3=720) kolun kökündən çıxarılaraq məhv edilməsi müşahidə edilmişdir. Bununla da Azərbaycan Respublikası Ekologiya və Təbii Sətvətlər Nazirliyinə 1890 (min səkkiz yüz doxsan) manat ziyan vurulmuşdur. Daha sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdıqlarını və sonuncudan şikayətlərinin olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1991-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyir. 2018-ci ilə kimi müxtəlif vəzifələrdə işləmişdir. 2019-cu ildən Nazirliyin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin X7 və X3 baş məsləhətçi-müfəttiş vəzifəsində işləyir. ünvan 4 ünvanında Həsən Əliyev küçəsi istiqamətində olan eyvanın qarşısındakı ərazidə tikinti və abadlaşdırma məqsədi istisna olmaqla 07 (yeddi) ədəd müxtəlif cinsli ağacın qanunsuz olaraq kəsilərək məhv edilməsi barədə Şahid4 müraciəti əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X7 və X4 əməkdaşları olaraq onlar tərəfindən əraziyə baxış keçirilmişdir. Baxışda Şahid4 özü də iştirak etmiş və Şahid4 onlara ərazinin əvvəlki vəziyyətinə dair şəkillərini təqdim etmişdir. Onlar tərəfindən aparılmış baxış və araşdırma zamanı müəyyən edilmişdir ki, ərazidən 1 ədəd diametri 16 sm olan xurma, 1 ədəd diametrı 4 sm olan sərv, 2 ədəd nar və 3 ədəd dekorativ kollar çıxarılaraq məhv edilmişdir. Qeyd edilən faktlarla bağlı onlar tərəfindən xx.xx.2023-cü il tarixdə 80926 nömrəli akt tərtib edilmiş, dəymiş ziyan hesablanaraq akta əlavə edilmiş, fotoşəkillər çəkilmiş və toplanmış material aidiyyəti üzrə idarəyə təqdim edilmişdir. Ağacların kəsildiyi ünvana baxış zamanı məlum olmuşdur ki, ağacların kəsildiyi ünvanda həmin istiqamətə baxan mənzil qeyri-yaşayış sahəsinə çevrilimiş, eləcə də mənzilin zirzəmisinin qarşısında işlər aparılır. Baxışda özü, sektorun baş məsləhətçi müfəttişi Amin Seyidov, aparıcı məsləhətçi müfəttiş Şahid2 iştirak etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və X9 Şahid1 ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 1D ünvanında yarımzirzəmidə yerləşən iaşə obyektinə faktiki olaraq sahiblik edir və hazırda obyekti icarəyə vermişdir. Obyekt 1993-cü ildən ona məxsusdur. Təqsirləndirilən şəxs ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşamış və Təqsirləndirilən şəxsın mənzilinin Həsən Əliyev küçəsinə baxan hissəsində eyvanının qarşısında ağaclar olmuşdur. Həmin ağaclardan xurma ağacını 1993-cü ildə onun atası əkmişdir. Digər ağaclar isə 1993-cü ildən orada olub, ağaclara davamlı olaraq onun özü qulluq etmişdir. Amma bəzən Təqsirləndirilən şəxs da ağacları sulamışdır. Təqsirləndirilən şəxs yaşadığı evi satışa qoymuşdur. 2023-cü ilin sentyabr ayında ona məlum olmurdur ki, obyektin yanında olan ağaclar budanıb və üzərinə işarələr qoyulmuşdur. Həmin günü o, oraya gəlmiş və baxdıqda görmüşdür ki, şam ağacları baş hissəsinə qədər budanıb, xurma ağacı isə mişarla qismən kəsilmiş, kəsilmiş hissəyə görsənməməsı üçün torpaq vurulmuşdur. Bundan sonra eyvandan Təqsirləndirilən şəxs çağırmış, bu barədə Yaşardan soruşduqda Yaşar ona bildirmişdir ki, bu barədə məlumatı yoxdur. 26 sentyabr 2023-cü il tarixdə obyektə gəldikdə 01 ədəd xurma, 01 ədəd sərv, 02 ədəd nar, 03 ədəd dekorativ ağac olmaqla ümumilikdə 07 ədəd ağac və kolun kökündən çıxarılaraq məhv edildiyini gördükdə yenə də Təqsirləndirilən şəxs çağırmış və ondan bu barədə soruşduqda Təqsirləndirilən şəxs ona yenə də məlumatı olmadığını bildirmişdir. O, Yaşara bildirmişdir ki, ağacların bəziləri motorlu mişarla kəsilmiş və bunun səsini eşitməyə bilməz. Bununla belə Təqsirləndirilən şəxs əməlini etiraf etməmişdir. Hadisə barədə onun özü Azərbaycan Respublikan Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzi sisteminə məlumat verdikdən sonra əraziyə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları gəlmişlər. ünvan 4 ünvanının Həsən Əliyev küçəsinə baxan eyvanının qarşısında olan 01 ədəd xurma, 01 ədəd sərv, 02 ədəd nar və 03 ədəd dekorativ ağacların çıxarılaraq məhv edilməsinin şahidi olmasa da həmin ağacların Təqsirləndirilən şəxs tərəfindən çıxarılaraq məhv edildiyini bilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1-3); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.157-158); - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, 80926 №-li aktından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 1D, mənzil 19 ünvanın qarşısında 01 ədəd xurma, 01 ədəd sərv ağacı, 02 ədəd nar və 03 ədəd dekorativ kolların, ümumilikdə 7 ədəd ağac və kolların məhv edilməsi aşkar edilmişdir (i.v.11-12); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq edərək hadisənin ünvan 6 ünvanın qarşısında olduğunu sərbəst şəkildə göstərmişdir (i.v.56-57); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/3086 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş iş materialında olan 11 saylı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional X6 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 80926 №-li akt və ona əlavə edilmiş cədvələ əsasən Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 1D, mənzil 19 ünvanın qarşısından bioloji inkişafda, köküstə yaş vəziyyətdə müxtəlif cinsli, müxtəlif diametrli 01 ədəd xurma d=16 sm xurma ağacı, 01 ədəd sərv d=4 sm sərv ağacı, 02 ədəd nar və 03 ədəd dekorativ kolların, ümumilikdə 7 ədəd ağac və kolların məhv edilməsi (tikinti və abadlaşdırma istisna olmaqla) nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəl Qərarına əsasən nəzəri qaydada 1890,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.115-118); - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı X6 İdarəsinin hesabına 1890,00 manat ödəniş etmişdir (i.v.74); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.164); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan bir övladı var; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurulmasına görə məsuliyyət yaradır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 259.1-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamını və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini səmimi etiraf edərək peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və onunla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf edərək peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və onunla barışıq əldə etməsini, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Daha ağır cəzanın tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 saata görə 192 (yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 saata görə 192 (yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-349/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-349/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver