Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-349/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağdam rayonu, Qasımlı kəndində qeydiyyatda olmaqla, Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2024-cü il tarixdə Nəsimi rayonu, 3-cü mikrorayon, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında tapdığı X2 istifadəsində olan elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169 7388 6910 2164 nömrəli bank kartının üzərində sonuncuya aid məlumatlar olmasına baxmayaraq sahibinə qaytarmaq əvəzinə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmin bank kartı vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən “Baku City” mağazasından 10 manat 40 qəpik, 9 manat 90 qəpik, 12 manat 60 qəpik, həmin gün ünvan 8at” marketdən 5 manat 01 qəpik, 2 manat 90 qəpik, 3 manat 19 qəpik, 3 manat 10 qəpik, 2 manat 60 qəpik, həmin gün ünvan 1 ünvanda yerləşən “OBA” marketdən 4 manat 57 qəpik, 5 manat 80 qəpik, 12 manat 61 qəpik, 1 manat 88 qəpik, həmin gün ünvan 2 ünvanda yerləşən “Dokta 90" mağazasından 60 qəpik, 1 manat 80 qəpik, həmin gün Bakı şəhəri, Nəsimi rayonu. Alı Mustafayev küçəsində yerləşən “Al Market"dən 5 manat 40 qəpik, 2 manat 90 qəpik, 9 manat 24 qəpik, 4 manat 09 qəpik, 7 manat, 5 manat 20 qəpik, 4 manat 29 qəpik, 4 manat 97 qəpik, 5 manat 75 qəpik, 3 manat 21 qəpik, həmin gün Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən “Əcəmi market"dən 5 manat 40 qəpik, 2 manat 60 qəpik, 11 manat 40 qəpik, 8 manat 10 qəpik, 50 qəpik, həmin gün ünvan 3 ünvanda yerləşən “Zəfər marketindən 3 manat, 3 manat 10 qəpik, 10 manat 40 qəpik dəyərində təmassız ödəniş vasitəsilə alış-veriş etməklə və həmin gün qeyd olunan kart hesabından 2 manat mobil balans artımı etməklə elektron məlumat daşıyıcısı hesab edilən 4169 7388 6910 2164 nömrəli bank kartının hesabından ümumilikdə 175 manat 51 qəpik məbləğində pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş şəxs Zaur Nəsibliyə maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.4, 133.2.6, 134-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 2024-cü ilin yay aylarından iş axtarmaq üçün yaşadığı Ağcabədi rayonu, Hindarx qəsəbəsindən ünvan 4 ünvanında kirayə ev tutaraq yaşamaqla fərdi işlərlə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, «Memar Əcəmi» metrostansiyasının çıxışı ətrafında metrostansiyanın yaxınlığında yerdə olan “Kapital Bank"a aid son 4 dörd rəqəmi 2164 olduğunu xatırladığı hesab kartı diqqətini cəlb eltiyindən həmin kartı yerdən götürərək cibinə qoymuş və kartın balansında pul vəsaitinin olub-olmamasını yoxlamaq məqsədilə “Memar Əcəmi” metrostansiyası yaxınlığındakı H.B.Əliyev küçəsində olan kiçik marketlərdən birinə daxil olaraq oradan həmin kartla təmassız ödəniş edib 10,40 manatlıq siqaret, enerji içkisi və sair ərzaq aldıqda kartın aktiv olduğu və hesabında pul vəsaitlərinin olduğunu bilmişdir. Kartın balansında pul vəsaiti olduğunu bildikdən sonra yenidən həmin mağazadan 9,90 manat məbləğində ərzaq almışdır. Az sonra eyni mağazadan 12,60 manatlıq ərzaq almışdır. Bundan sonra Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsi 24 ünvanındakı “Rahat" marketdən 5,01 manatlıq enerji içkisi və toyuq filesi almışdır. Kartın tanımadığı sahibinin həmin kartın fəaliyyətini dayandıracağını düşünərək xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrindən başlayaraq ünvan 8at” market, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “AL market”, “OBA” market, “BOL XƏZƏR”, H.Əliyev küçəsində yerləşən “Baku City” marketlərindən və sonuncu dəfə Nəsimi rayonu, H.B.Əliyev küçəsi 40 ünvanında yerləşən “Zəfər market”ə daxil olaraq həmin kartdan istifadə edib təmassız ödənişlər etməklə 10.40, 9.90, 12.60, 2.00, 5.01, 4.57, 5.80, 2.90, 12.61, 3.19, 1.88, 3.10, 0.60, 2.60, 1.80, 5.40, 2.90, 9.24, 4.09, 7.00, 5.40, 2.60, 11.40, 8.10, 3.00, 0.50, 5.20, 4.29, 3.10, 4.97, 5.75, 3.21, 10.40 manat olmaqla ümumilikdə eyni gün ərzində 175,51 manat pulu kartdan məxaric etmiş və sonuncu dəfə həmin ünvanların birində təkrar kartdan ödəniş etmək istərkən kartın balansında ödəniş üçün pul vəsaiti qalmadığını bilmişdir. İstintaq zamanı həmin kartın X6 adlı şəxsə məxsus olduğunu bilmiş, əvvəllər həmin şəxsi tanımamış, kartı onun cibindən, üzərindən, əl çantasından oğurlamamış, yerdən tapmışdır. Daha sonra dəymiş zərəri ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən zərərçəkmiş şəxs X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı Dövlət Universitetinin Qazax filialının Tarix fakültəsinin 1-ci kurs tələbəsidir. Tələbə olduğuna görə özünün bir sıra maddi təminatının qarşılanmasında valideynlərinə köməklik göstərmək üçün yay aylarında və tətillərdə fərdi işlərdə, əsasən ofisiant işlərində çalışıb kiçik məbləğlərdə pul qazanır və atası Şahid adına olan, istifadə etmək üçün ona vermiş olduğu "xxxx" ASC-yə məxsus 4169 7388 6910 2164 identifıkasiya nömrəli bank kartına mədaxil edərək lazım olduğu halda gündəlik bazarlıq və ya kirayə pullarına istifadə etmişdir. 30 avqust 2024-cü il tarixdə kartının balansında 45 manat 80 qəpik pul olmuş və xx.xx.2024-cü il tarixdə həmin məbləğin 5 manatını istifadə etdikdən sonra balansda 40 manat 80 qəpik pulu qalmışdır. Həmin gün kartının hesabına 135.00 manat pul mədaxil etmiş və ümumi balansdakı pulu 175 manat 80 qəpik olmuşdur. 01 sentyabr 2024-cü il tarixdə axşam radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Memar Əcəmi» metrostansiyası ərtafındakı mağazalardan birindən evə lazım olan xatirində qalmayan bir şeylər alıb mağazadan çıxaraq kirayədə yaşadığı, yaxınlıqda yerləşən Nəsimi rayonu, 2-ci mikrorayon, H.Əliyev küçəsindəki nömrəsini xatırlamadığı ünvana getmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 02:00 radələrində kirayədə yaşadığı evdə yatarkən atasının adına olan mobil nömrəsinə kart hesabından pul vəsaitlərinin məxaric edilməsi barədə "xxxx" ASC-dən SMS məlumatları daxil olmağa başlamışdır. Telefondakı məlumatlara baxıb sonra ciblərini yoxladıqda kartını mağazadan çıxarkən itirdiyini başa düşmüşdür. Telefondakı məlumatlara baxdıqda kartından ünvan 6 ünvanda yerləşən “Sarı market”, indiki “Rahat” market və “Memar Əcəmi” metrostansiyası ətrafındakı mağazalarda təmassız ödənişlər edildiyi, xx.xx.2024cü il tarixdə “Sarı ACAMİ, 2-ci mkr, Cavadxan 24” ünvanındakı, indiki “Rahat“ marketdə 5,01 manat, 2,90 manat və bu kimi xırda pulların çıxarıldığı məlum olmuşdur. Kart hesabından naməlum şəxsin pul vəsaitlərini ələ keçirib taladığını başa düşərək dərhal bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, sonra atasını məlumatlandırmış, daha sonra Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları tərəfindən kart hesabından pul vəsaitlərinin çıxarıldığı tarixə, saata və ünvana əsasən “Rahat" marketdən götürmüş olduqları görüntü əsasında əvvəllər tanımadığı, istintaq zamanı adı məlum olan Təqsirləndirilən şəxs adlı şəxs müəyyənləşdirilmişdir. Sonradan bankdan əldə etdiyi çıxarışdan bir daha ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə kartın balansında 175 manat 80 qəpik pul olmuş, həmin gündən başlayaraq bir gün ərzində Nəsimi rayonu ərazisində müxtəlif mağaza və marketlərdən hissələrlə olmaqla ümumilikdə 175 manat 51 qəpik məbləğində pulu məxaric edilərək xərclənmişdir. Sonradan bankdan karta aid götürmüş olduğu məlumatlardan bir daha məlum olmuşdur ki, sonradan adı məlum olan Təqsirləndirilən şəxs adlı şəxs xx.xx.2024-cü il tarixdə kartın hesabından 10.40, 9.90, 12.60, 2.00, 5.01, 4.57, 5.80, 2.90, 12.61, 3.19, 1.88, 3.10, 0.60, 2.60, 1.80, 5.40, 2.90, 9.24, 4.09, 7.00, 5.40, 2.60, 11.40, 8.10, 3.00, 0.50, 5.20, 4.29, 3.10, 4.97, 5.75, 3.21, 10.40 manat olmaqla Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsi 24 ünvanda yerləşən “Rahat” market, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “AL market”, “OBA” market, “BOL XƏZƏR”, H.Əliyev küçəsində yerləşən “Baku City” marketlərindən və sonuncu dəfə Nəsimi rayonu, H.B.Əliyev küçəsi 40 ünvanda yerləşən “Zəfər market’’dən 10.40 manatlıq təmassız ödəniş edərək kartın balansında olan 175 manat 80 qəpik puldan 175 manat 51 qəpik ələ keçirmiş, kartda cəmi 0,29 qəpik pul qalmışdır. Bundan başqa zərərçəkmiş şəxs Zaur Nəsibli, həmçinin ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə ana babası X3 onun tələbə olmasına görə kömək məqsədilə həmin kart hesabına 40 manat pul göndərmiş, lakin həmin anda kartın oğurlanmış olduğunu bildikdən sonra göndərdiyi vəsaiti özü geri qaytarmışdır. Zərərçəkmiş şəxs Z.Nəsibli ifadəsində göstərilənlərin təsdiqi üçün 02 vərəqədən ibarət çıxarışı, 01 vərəqədən ibarət həmin kartın identifıkasiya nömrəsinin fotosurətini, cəmi 03 vərəqədən ibarət sənədləri istintaq materiallarına əlavə olunması üçün təqdim etmişdir. Daha sonra məhkəməyə teleqram ünvanlayaraq ona dəymiş zərərin ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, X7 onun oğludur. Zaur Nəsibli Bakı Dövlət Universitetinin Qazax filialının tarix fakültəsinin 1-ci kurs tələbəsidir. Təhsil vaxtı yaşayış yerindən kənarda kirayədə yaşamaqla təhsil aldığına görə ona maddi dəstək göstərmək və özünün maddi tələbatını qarşılamaq üçün yay aylarında və tətil vaxtlarında Bakı şəhərinə gedərək restoran və kafelərdə ofisiant işləmişdir. Bu məqsədlə o, təxminən 2021ci ildə öz adına açdırmış olduğu “Kapital Bank" ASC-yə məxsus 4169 7388 6910 2164 nömrəli Birbank ödəniş kartını oğluna istifadə etməsi üçün vermişdir. Oğlu isə işləyib pul qazandıqca həmin kartın hesabına xırda məbləğlərdə pullar mədaxil etməklə özünün kirayə pulu və gündəlik xərclərinə istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında oğlu Zaur Nəsibli ona zəng edərək kartını kirayədə yaşadığı, Nəsimi rayonu, 2ci mikrorayon, H.Əliyev küçəsi ünvanının ətrafında, yəni “Memar Əcəmi" metrostansiyası yaxınlarındakı mağazalardan birindən alış-veriş edib çıxdıqdan sonra itirdiyini, gecə saatlarında kart hesabından pul vəsaitlərinin məxaric edilməsi barədə ona SMS məlumatlarının daxil olduğunu və dərhal bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat verdiyini bildirmişdir. Oğlunun müraciəti əsasında birlikdə Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət olunmuş və orada oğlu yetkinlik yaşına çatmayan olaraq onun iştirakı ilə ərizə və izahat verərək kart hesabından hissə-hissə olmaqla ümumilikdə 175 manat məbləğində pulların məxaric edildiyini bildirmişdir. Polis Şöbəsində oğlunun müraciəti əsasında araşdırmalar aparılaraq sonradan ad və soyadını bildiyi, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxsin saxlandığını və həmin şəxsin oğlunun kartını taparaq sonradan Nəsimi rayon ərazisindəki “Rahat" market, «Oba market», «Zəfər market» və sair bu kimi marketlərdə təmassız ödənişlər etməklə 175 manat məbləğində pulunu kart hesabından oğurlayıb xərclədiyini etiraf etməsini bilmişdir. Kart onun adına olsa da oğlunun istifadəsinə vermiş və həmin kartın balansında olmuş və sonradan gizli talanmış 175 manat və məbləğini bilmədiyi qəpiklərdən ibarət pul vəsaitləri oğlu Zaur Nəsibliyə məxsus olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (i.v.37); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.49); - “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmişdir (i.v.64-65); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.66-67); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozmasına görə barəsində axtarış elan olunmuş və cinayət iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.94,97); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.102); - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.105-106); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v.134-135); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X2 istifadəsində olan bank kartının hesabından pul vəsaitinin məxaric olunmasına dair mobil telefonuna kartın məxsus olduğu “Kapital bank" ASC-dən daxil olmuş SMS məlumatına əsasən xx.xx.2024-cü il tarixdə kartdan istifadə olunmaqla təmassız ödəniş olunan ünvanın ünvan 8at market" olduğu müəyyən olunmuşdur. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.10-11); - “Videogörüntünün götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X2 istifadəsində olan, atası Şahid adına olan, “Kapital bank" ASCyə məxsus 426973******2164 identifikasiya nömrəli bank kartı ilə xx.xx.2024-cü il tarixdə saat 20:16, 20:18 radələrində ünvan 8at" marketin kassasında təmassız ödəniş etmiş qara rəngli qısaqol köynək, qara rəngli şalvar və başında qara rəngli beysbol papağı olan kişi cinsli şəxsə aid hər biri 05,10,15, 20, 35 və s. saniyələrdən ibarət görüntülərin götürülməsi, xx.xx.2024-cü il tarixdə saat 20:16, 20:18 radələrində ünvan 8at" marketin kassasında təmassız ödəniş etmiş qara rəngli qısaqol köynək, qara rəngli şalvar və başında qara rəngli beysbol papağı olan kişi cinsli şəxsin 01 sentyabr 2024-cü il tarixdə saat 20:13-də Rahat marketin daxilində soyuducu vitrini açaraq oradan 01 ədəd şüşə qabda pivə içkisi götürərək kassaya yaxınlaşmaqla əlindəki bank kartı ilə təmassız ödəniş edib marketi tərk etdiyi, bundan başqa digər kiçik həcmli görüntülərdə də həmin şəxsin saat 20:16-da marketin vitrinləri qarşısında gəzərək soyuducu vitrindən 01 ədəd file, sonda içkilər şöbəsindəki vitrinlərə yaxınlaşaraq saat 20:17-də 01 ədəd enerji içkisi götürərək 20:18-də kassa qarşısında kartla təmassız ödəniş edərək marketi tərk etdiyi təsdiq olunmuşdur (i.v.16-17); - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsini hadisə yerində təsdiq etmişdir (i.v.61); - “Baxış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “Rahat market”in nəzarət-müşahidə kameralarından götürülmüş videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs videogörüntüdə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsi 24 ünvanında yerləşən "Rahat" marketdə zərər çəkmiş şəxs X5 məxsus "xxxx" ASC-yə məxsus bank kartı ilə təmassız ödəniş edərək ərzaq, içkilər və s. alan əynində qara rəngli qısaqol köynək, qara rəngli şalvar və başında qara rəngli beysbol papağı olan kişi cinsli şəxsin özü olduğunu bildirmişdir (i.v.69); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zaur Nəsiblinin təqdim etmiş olduğu “Kapital bank" ASC-yə məxsus **********102164 identifikasiya nömrəli bank kartının ödəniş kartı üzrə çıxarışına və bank kartının identifikasiya nömrələrinin fotosurətinə baxış keçirilmiş və “Kapital bank" ASC-yə məxsus **********102164 identifikasiya nömrəli bank kartının hesabından xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsi 24 ünvanda yerləşən "Rahat" market, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən "AL market”, “OBA" market, "BOL XƏZƏR”, H.Əliyev küçəsində yerləşən “Baku City" marketlərində, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 40 ünvanda yerləşən “Zəfər market" və bu kimi marketlərdə 10.40, 9.90, 12.60, 2.00, 5.01, 4.57, 5.80, 2.90, 12.61, 3.19, 1.88, 3.10, 0.60, 2.60, 1.80, 5.40, 2.90, 9.24, 4.09, 7.00, 5.40, 2.60, 11.40, 8.10, 3.00, 0.50, 5.20, 4.29, 3.10, 4.97, 5.75, 3.21, 10.40 manat olmaqla təmassız ödənişlər edilərək kartın hesabından bir gün ərzində 175 manat 51 qəpik məbləğində pul vəsaitinin məxaric olunduğu, kart hesabında cəmi 0,29 qəpik pul qalığının olduğu təsdiq olunmuşdur (i.v.114-117); - X2 ərizəsindən görünür ki, istifadəsində olan hesab kartından 175 manat 51 qəpik pulun Təqsirləndirilən şəxs tərəfindən oğurlanması ilə bağlı ona dəymiş ziyan tam olaraq sonuncu tərəfindən ödənildiyindən bununla bağlı hər hansı şikayət və tələbi yoxdur (i.v.121); - “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X2 istifadəsində olan, atası Şahid adına sənədləşdirilmiş 01 ədəd “Kapital bank" ASC-yə məxsus 4169 7388 6910 2164 identifikasiya nömrəli bank kartı vasitəsilə təmassız ödənişlər edilməklə hesabından pul vəsaitlərinin ələ keçirilməsini təsdiq edən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk və həmin kart hesabında xx.xx.2024-cü il tarixədək 175 manat 80 qəpik pul vəsaitinin olmasını, eləcə də həmin məbləğin 175 manat 51 qəpiklik hissəsinin hissələrlə məxaric edildiyini təsdiq edən ödəniş kartı üzrə 02 vərəqədən ibarət çıxarış iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmışdır (i.v.124-131); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən alınmış xx.xx.2024-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Məmmədov X4 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 133.2.3, 133.2.4, 133.2.6, 134-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 cə 70-ci maddələrinə əsasən 02 il 06 ay şərti sınaq müddəti ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi hökmdən çıxarılmış və üzərində 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v.99-100); Məhkəmə iclasında iş materiallarında olan diskə baxış zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 istifadəsində olan "xxxx" ASC-yə məxsus bank kartı ilə təmassız ödəniş edərək ərzaq, içkilər və s. alması müşahidə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.3-1-ci maddəsi isə eyni əməlin elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etraf edərək peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini, peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 02 gün tutulma müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Kapital bank" ASC-yə məxsus 4169 7388 6910 2164 identifikasiya nömrəli bank kartı vasitəsilə təmassız ödənişlər edilməklə pul vəsaitlərinin ələ keçirilməsini təsdiq edən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk və həmin kart hesabında xx.xx.2024-cü il tarixədək 175 manat 80 qəpik pul vəsaitinin olmasını, eləcə də həmin məbləğin 175 manat 51 qəpiklik hissəsinin hissələrlə məxaric edildiyini təsdiq edən ödəniş kartı üzrə 02 vərəqədən ibarət çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 04 saata görə 24 (iyirmi dörd) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 16 saata görə 176 (yüz yetmiş altı) manat olmaqla, ümumi 20 saata görə cəmi 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 02 (ik) gün tutulma müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Kapital bank" ASC-yə məxsus 4169 7388 6910 2164 identifikasiya nömrəli bank kartı vasitəsilə təmassız ödənişlər edilməklə pul vəsaitlərinin ələ keçirilməsini təsdiq edən videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk və həmin kart hesabında xx.xx.2024-cü il tarixədək 175 manat 80 qəpik pul vəsaitinin olmasını, eləcə də həmin məbləğin 175 manat 51 qəpiklik hissəsinin hissələrlə məxaric edildiyini təsdiq edən ödəniş kartı üzrə 02 vərəqədən ibarət çıxarış cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-349/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-349/2025
03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver