Məhkəmə qərarları › İş №1(006)-35/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-35/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-35/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs P.O.Ağayevanın hüquqi varisi, eyni zamanda mülki iddiaçı X13, onun nümayəndəsi və vəkili Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, müdafiəçilər Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər, eyni zamanda mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “xxxx” Klinikasında həkim anestezioloq-reanimatoloq işləmiş, ünvan 1 mənzil 144 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə, xx xxxxxx 1973-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “xxxx” Klinikasında həkim mama-ginekoloq işləmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə acıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 vəzifəli şəxs olmaqla işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx xxxxxxx 2019-cu il tarixdən ünvan 3 saylı ünvanda yerləşən “xxxx” özəl klinikasında həkim-anestezioloq reanimatoloq vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx xxxxxxxx 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim anestezioloq-rcanimatoloqun nümunəvi vəzifə təlimatının 6, 7, 8 və 24.1ci bəndlərinə əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını və diaqnozunu müəyyən etməli, zəruri müalicəni təyin etməklə ona nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı olduğu halda ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə həyata keçirməyərək qeyd olunan tələblərə əməl etməyib öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin başqasının ölümünə səbəb olacağı imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək öz xidməti vəzifəsini yerinə yetirməyib, xx xxxxxxx 2019-cu il tarixdə qeyd olunan ünvanda fəaliyyət göstərən həmin klinikada həkim mama-ginekoloq Təqsirləndirilən şəxs2 iştirakı ilə X8 üzərində “sistosele” (uşaqlıq yolunun ön divarının sallanması) və “rektosele” (uşaqlıq yolunun arxa divarının sallanması)'' diaqnozu əsasında, ümumi narkozla, «vaginanın arxa və ön divarının daraldılması» planlaşdırılmış plastik cərrahiyyə əməliyyatı olunması ilə bağlı görülmüş tədbirlər zamanı sonuncunun anestezioloji cərrahi riskini düzgün qiymətləndirməyərək əməliyyalönü EKQ və rentgenoskopiya müayinələrdən keçirməyərək, əməliyyat otağında süni tənəffüs aparatında oksigen təchizatı olub-olmamasını yoxlamayaraq, rcanimasion tədbirləri tam həyata keçirməyərək Pərvanə Ağayevaya ümumi anesteziya ilə əlaqədar sağ dirsək arteriyasının kateterizasiyası və 100 mq propofol yeridilməsini icra edərək, nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Pərvanə Ağayevanın propofol təsirindən baş vermiş anafilaktik şok nəticəsində ölümünə səbəb olmuşdur. Cinayət işinin ibtidai istintaq materiallarına əsasən digər Təqsirləndirilən şəxs2 vəzifəli şəxs olmaqla işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx xxxxxxx 2019-cu il tarixdən ünvan 4 saylı ünvanda yerləşən “xxxx” özəl klinikasında həkim mama-ginekoloq vəzifəsində işləyərkən, Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx xxxxxxxx 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatının 6, 7, 14 və 50.1-ci bəndlərinə əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasını və diaqnozunu müəyyən etməli, fizioloji və patoloji doğuşlar aparmalı, diaqnostik və müalicə prosedurlarının aparılmasının, abt, aparat və avadanlıqların istismarının, reaktiv və dərman preparatlarının səmərəli istifadəsinin düzgünlüyünə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etməli olduğu halda ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə həyata keçirməyərək qeyd olunan tələblərə əməl etməyib öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin başqasının ölümünə səbəb olacağı imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək öz xidməti vəzifəsini yerinə yetirməyib. xx xxxxxxx 2019cu il tarixdə qeyd olunan ünvanda fəaliyyət göstərən həmin klinikada həkim anestezioloq rcanimatoloq Təqsirləndirilən şəxs1 Qcnnadiyevnanın iştirakı ilə X8 üzərində “sistosele” (uşaqlıq yolunıın ön divarının sallanması) və “rekloselc” (uşaqlıq yolunun arxa divarının sallanması)” diaqnozu əsasında, ümumi narkozla, «vaginamn arxa və ön divarının daraldılması» planlaşdırılmış plastik cərrahiyə əməliyyatını apararkən, sonuncunun anestezioloji cərrahi riskini düzgün qiymətləndirməyərək, əməliyyatönü EKQ və rentgenoskopiya müayinələrdən keçirməyərək, əməliyyat otağında süni tənəffüs aparatında oksigen təchizatı olub-olmamasını yoxlamayaraq, reanimasion tədbirləri tam həyata keçirməyərək Təqsirləndirilən şəxs1 tələfindən Pərvanə Ağayevaya ümumi anesteziya ilə əlaqədar sağ dirsək arteriyasının katcterizasiyası və 100 mq propofol yeridilməsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Pərvanə Ağayevanın propofol təsirindən baş vermiş anafilaktik şokdan ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1992-ci il tarixdə Azərbaycan Tibb Universietinin müalicə işi fakültəsindən məzun olmuş, bundan sonra isə əvvəlcə həkimintern və sonrakı dövrdə həkim kimi işləmişdir. Elə həmin vaxtdan Topçubaşov adma Elmi Cərrahiyyə Mərkəzində anestezioloq kimi faəliyyət göstərmişdir. Bununla yanaşı müxtəlif özəl klinikalarda müqaviləli olaraq yarım gün işləmişdir. Şahid6 da onunla birlikdə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində cərrah kimi işləmişdir. Şahid6 ünvan 5 ünvanında yerləşən “xxxx" klinikasında direktor kimi işə başlamışdır. Anar təxminən 1 ay əvvəl ona adı çəkilən klinikanı inkişaf etdirmək və populyarlaşdırmaq istədiyini demiş, bu səbəbdən onu da klinikada işə dəvət etmişdir. Şahid6 onun işinə və təcrübəsinə bələd olduğundan ona güvənmişdir. Həmin klinikada işə başladıqdan sonra təxminən 10-a yaxın cərrahi əməliyyat həyata keçirilmişdir. Bütün əməliyyatlar da müvəffəqiyyətlə nəticələnmişdir. O. adətən günortadan sonra gəlib “McdAımC-da işləmişdir. xx xxxxxxx 2019-cu il tarixdə səhər tezdən “xxxx" klinikasına gəlmişdir. X14 təxminən saat 13 radələlərində klinikaya gəlmiş. Anar həkim ona məlumat vermişdir ki, vaginanın arxa və ön divarının daraldılması plastik əməliyyatı həyata keçiriləcəkdir. Həmin əməliyyatı Nailə həkim həyata keçirməli idi. Bundan sonra Pərvanə Ağayeva əməliyyata hazırlanmaq üçün palataya yerləşdirilmişdir. Pərvanə Ağayeva “YitaF' Klinikasında aparılmış müayinələrin nəticələrini də özü ilə gətirmişdir. Həmin sənədlər içərisində, qanın və sidiyin ümumi analizi, qanda şəkərin miqdarı, qan qrupu rezusfaktor və infeksiyalarla (hepatit, siflis və s.) bağlı bütün analizlər olmuş, lakin sənədlər içərisində zəruri olan EK.Q və Rentgenskopiya olmamışdır. Pərvanə Ağayevanın bədəninin əməliyyata kimi qidalanması üçün sistem qoyulmuş, təxminən 2 saat sonra Nailə həkim gəlmişdir. Bundan sonra Nailə xəstəni əməliyyatxanaya vermək lazım olduğunu demişdir. O, da Nailə həkimə EKQ və Rentgenskopiya nəticələrinin olmadığını bildirmiş, sonuncu hər iki yoxlamanın həyata keçirildiyini, gətirməyi unutduqlarını və gətirəcəklərini demişdir. O, fonondeskopla Pərvanə Ağayevanın ürəyinə ciyərlərinə qulaq asmış, təmiz olmuş, sonra xəstə ilə söhbət etmiş, xəstəliklərini, hər hansı dərmanı mütəmadi qəbul edib-etməsini və allergiyası olubolmaması barədə soruşmuş, sonuncu heç bir xəstəliyi olmadığını, iki dələ qeysəriyyə əməliyyatı olunduğunu demişdir. Bundan sonra ərnəliyyatxanada onsuzda elektron aparatda xəstənin EKQ-nin zəruri məlumatlarını görə biləcəyini və başqa şübhəli hal qalmadığını düşünərək xəstəni əməliyyatxanaya keçirtmişdir. Bundan sonra elektron sistem qoşulmuş və xəstənin təzyiqi, EKQ-si və saturasiyası (alınan nəfəsin toxumalara paylanması miqdarı) yoxlanılmışdır. Rentgenskopiya ağciyərlərdə xırıltı və ya digər şübhəli hal olduqda zəruridir ki, nəticədən sonra anesteziya verilsin. O, isə fonondeskopla qulaq asdıqda heç bir şübhəli hal hiss etmədiyindən düşünmüşdür ki, anesteziyanın verilməsi üçün problem yoxdur. Məlum olmuşdur ki, hər şey qaydasındadır. Bundan sonra o, giriş narkozu ilə başlamış, sağ qolun damarına 100 mq propofol yavaş-yavaş yeritmişdir. X18 yuxuya getməsini hiss etmiş, ancaq birdən Pərvanənin sağ əlinin bütün barmaqları göyərməyə başlamışdır. Bundan sonra Pərvanənin sol əlinə baxmış, həmin əldə qeyd olunan əlamətlər azda olsa olmuşdur. Həmin vaxt Pərvanənin saturasiyası aşağı düşməyə başlamış, bu səbəbdən dərhal xəstəyə ambu ilə nəfəs verməyə başlamış, daha sonra isə intubasiya aparılmışdır. Ancaq həmin vaxt nəbz azalmağa başlamış, o, artıq xəstənin vəziyyətinin daha da ağırlaşdığını anladığından ürək ağciyər rcanimasion tədbirlərini həyata keçirmişdir. Yəni deksomitazon, atrapin, adrenalin, bikarbonat natriya dərmanları damara yeridilmişdir. Bundan sonra isə qapalı ürək massajı həyata keçirilmi, lakin xəstəni geri qaytarmaq mümkün olmamışdır. Bundan başqa o ifadəsində göstərmişdir ki, klinikada işə başlayan zaman öz sənədlərini klinikaya təqdim etmiş, xidməti müqavilə bağlanmışdır. O, sonuncu dəfə xx xxxxxxxx 2019-cu il tarixdə sertifikasiyadan keçmişdir. Pərvanə Ağayevanın əməliyyat olunması ilə bağlı Nailə xanım klinikanın direktoru Şahid6 məlumat vermiş, hətta analizlərin cavablarını gətirəcəyini bildirmiş, bundan sonra xəstə Pərvanə Ağayeva klinikaya yaxınlaşmış, o, xəstəni qəbul edib, analizlərinə baxmış, palataya yerləşdirmiş, xəstədən özü barəsində vacib olan məlumat toplayıb əməliyyata hazırlamışdır. xx xxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində həkimi Nailə xanım gəlmiş, bundan sonra xəstə Pərvanə Ağayeva özünün razılığı ilə əməliyyat otağına yerləşdirilmiş, onun tərəfindən xəstə monitora qoşulmuş, EKQ, artcrial təzyiq və saturasiya izlənilmiş, daha sonra sidik kateter qoyulmuşdur. Belə ki. əməliyyata başlamazdan əvvəl xəstənin razılığı ilə sonuncuya ümumi narkoz verilməsi qərara alınmışdır. O, xəstənin sağlarr. olduğunu və fikri nəzərə alaraq ümumi narkoz vermişdir. Belə ki. o, ilk olaraq xəstəyə 100 mq propofol vurmuş. bundan sonra xəstənin əlinin göyərdiyini görmüşdür. O, monitorda xəstənin təzyiqinin, nəbzinin düşdüyünü görmüş, başqa dərman vurmamış, intubasiya etmişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, Nailə xanımın ona verdiyi məlumata görə xəstənin diaqnozu rcktosele, babasil, uşaqlığın sallanması olmuş, rcktosele diaqnozu nəticəsində vaginanm arxa və ön divarının daraldılması plastik əməliyyatının keçirilməsi birbaşa diaqnoza uyğun təyinatdır. Anestcziyadan sonra sağ əlin barmaqlarının göyərməsi halı ya şok, ya da ağciyər arteriyasının trombcvoliyasmdan ola bilər. Bunun müxtəlif səbəbləri ola bilər. O, xəstəyə narkoz verən zaman Nailə həkim tərəfindən əməliyyata başlanılmasını görməmiş, lakin sonradan əməliyyat otağında olan tibb bacısı Xuraman xanım ona Nailənin xəstəyə novakain vuraraq kəsik apardığını demişdir. Bundan başqa bildirmişdir ki, Pərvanə Ağayevanın əməliyyatı zamanı cərrahiyyə otağında olan oksigen verən, suni tənəffüs aparatı işlək vəziyyətdə olmuşdur. O, Pərvanə Ağayevaya narkoz vermədən öncə suni tənəffüs aparatının işlək vəziyyətdə olub-olmamasını yoxlamış, aparat işlək vəziyyətdə olmuşdur. Pərvanə Ağayevaya propofol dərmanı vurduqdan sonra baş verən reaksiyaya uyğun reanimasiyon tədbirlər şəklində xəstə tərəfindən intubasiya olunmuş, daha sonra məcburi rejimdə süni tənəffüs aparatına qoşularaq süni tənəffüs verilmişdir. Onlar direktor Şahid6 köməyə çağırdıqdan sonra Anar həkim panikaya düşdüyü üçün xəstəyə oksigen verilməsində problem olduğunu güman edib oksigen balonlarının gətirilməsini tapşırmış, buna səbəb Anar həkimin xəstəni xilas etmək üçün mümkün bütün vasitələrdən istifadə etmək istəyi olmuşdur. Süni tənəffüs aparatından gələn oksigen orqanizm tam şəkildə qəbul etmədiyi üçün Anar həkim otağa oksigen balonları gətizdirmişdir. Lakin həmin balondan istifadə edilməmiş, çünki balonun qoşulması üçün ayrıca avadanlıq olmalıdır. Avadanlıq olmadığı üçün balondan oksigen götürülməmişdir. Xəstə anaflaktik şok keçirdiyi üçün və bu şokun fəsadı olaraq orqanizm oksigeni tam şəkildə qəbul etməmişdir. O, Təqsirləndirilən şəxs2 süni tənəffüs aparatının oksigen ötürmədiyini deməmiş, həmçinin, balona şlank qoşub xəstəyə oksigen verməmişdir. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1997-ci il tarixdə Azərbaycan Tibb Universielinin müalicə profilaktika fakültəsindən məzun olmuş, bundan sonra Milli Onkoloji mərkəzdə internatura keçmiş, 2000-ci ildən 2009-cu il tarixədək yoldaşı hərbçi olduğu üçün Ağcabədi rayon Mərkəzi Xəstəxanasında mamaginekoloq vəzifəsində, 2009-2014-cü illərdə Abşeron rayon mərkəzi xəstəxanasının doğum şöbəsində şöbə müdiri vəzifəsində, 2014-2017-ei ildə “Vital” klinikasında mamaginckoloq vəzifəsində işləmiş. 2017-ci ildən hal-hazıradək isə Respublika Klinik Xəstəxanasında mamaginekoloq kimi fəaliyyət göstərmişdir. Belə ki, “xxxx” klinikasının direktoru Şahid6 4-5 il olar ki, tanımış, sonuncu ilə birlikdə “Vital klinikasında dəfələrlə əməliyyatlarda iştirak etmişdir. Təxminən 2019-cu ilin sentyabr ayının axırlarında Şahid6 ona ünvan 5 ünvanında yerləşən “xxxx" klinikasında direktor kimi işə başladığını bildirib klinikam inkişaf etdirmək və populyarlaşdırmaq istədiyini deyib birlikdə həmin klinikada işləmələrini təklif etmişdir. O, xx xxxxxxx 2019-cu il tarixdə həmin klinikaya gəlmiş və klinikanın palatalarına, əməliyyat otaqlarına baxmış və bəyəndiyi üçün Şahid6 birlikdə işləməyə razılıq vermişdir. Bundan sonra xx xxxxxxx 2019cu il tarixdə həmin klinika ilə xidməti müqavilə bağlamışdır. Razılaşmalarına görə o. həmin xəstəxanada öz xəstələrini əməliyyat edəcəkdi. Belə ki, o, X10 7 ildir ki, tanımışdır. İlk dəfə 2013-cü ildə, daha sonra “VitaP klinikasında 2015-ci ildə Pərvanə Ağayevanın təbii yolla doğuş əməliyyatım həyata keçirmişdir. Pərvanə Ağayeva və ailəsi ilə onun çox yaxın münasibətləri olmuşdur. 2019-cu ilin oktyabr ayının əvvəllərində Pərvanə Ağayeva onun yanına gələlək sidiyə tez-tez getdiyini, qəbz olduğunu, babasil qanamalarımn olduğunu, cinsi əlaqə zamanı narahatçılıqlar yaşadığı söyləmişdir. O, “Vital klinikasında Pərvanə Ağayevaya baxış keçirtmiş və sistosele (uşaqlıq yolunun ön divarının sallanması) və rektosele (uşaqlıq yolunun arxa divarının sallanması), uşaqlıc boynunun psevdo eroziyası və babasil olduğunu söyləmişdir. Pərvanəyə iri uşaqlar doğduğunu, qəbzə mey i İli olduğunu izah edib qadınlarda belə halların olduğunu bildirmiş, əməliyyatla uşaqlıq yolunun həm ön, həm də arxa divarının sallanmasım ləğv edə biləcəyini, uşaqlıq boynunu dek edə biləcəyini, həm babasili əməliyyatla ləğv edəcəyi halda problemi aradan qaldıra biləcəyini bildirmişdir. Həmçinin bütün bu əməliyyatları spinal anesteziya altında etmək fikrində olduğunu demişdir. Bundan öncə Pərvanəyə siyahı üzrə qanın ümumi analizi, leykoforma ilə birgə, koaquloqrama, qanda şəkər, hepatit B, hepatit C, siflis, hiv, qan qrupu, rezos faktoru, vaginal USM, EKQ, döş qəfəsinin rengoneskopiyası müayinələrindən keçməyini tapşırmışdır. xx xxxxxxx 2019-cu il tarixdə Pərvanə Ağayeva 'kVitaP klinikasında bütün müayinələrdən keçdiyini və tezliklə əməliyyat olunmaq istədiyini bildirmişdir. Pərvanə Ağayevaya xx xxxxxxx 2019-cu il tarixdə əməliyyatı edə biləcəyini demiş, həmin vaxt Pərvanə yanında yaxın qohumunun qalmasını istədiyini bildirmişdir. O, buna görə də. Pərvanəyə “Vital klinikasında əməliyyatı edə bilməyəcəyini, bunun “xxxx’' klinikasında mümkün olduğunu dedikdə sonuncu onunla razılaşmışdır. xx xxxxxxx 2019-cu il tarixdə Pərvanə ona zəng edərək kardiaqrama, rentgenin nəticəsini unutduğunu və imalə olunmaq istəmədiyini bildirmişdir. C), Pərvanəyə əsəbiləşərək nəyə görə unutduğunu deyib, mütləq imalə olunacağını və klinikaya getməyini tapşırmışdır, fəxminən saat 12-13 radələrində xəstənin yaxınları ona zəng edərək hazır olduqlarını, onu gözlədiklərini demişdirlər. Təxminən saat 16 radələrində o. öz köməkçisi Flora ilə birlikdə “xxxx klinikasına gəlmişdir. Köməkçisi ilə bərabər xəstəni əməliyyat otağına verdikdən sonra o. da otağa daxil olmuş, həmin vaxt anesteziloq Ellada Mirzəycva demişdir ki. əməliyyatı spinal anesteziya altında yox intubasiyon narkoz altında icra edəcəkdir. Anesteziloq Ellada bunu xəstənin qorxması ilə əsaslandırmış, həmin vaxt xəstə də başı ilə razılıq etmişdir. O, anestezioloqa xəstənin rentgenoskopiyasının evdə qaldığını bildirdikdə ona xəstənin ağciyərlərini auskultasiya etdiyini demiş, kardiaqramanı soruşduqda isə monitorda EKQ-ni gördüyünü və problem olmadığını bildirmişdir. Bundan sonra o, əməliyyatdan öncə hər zaman olduğu kimi əməliyyat olunacaq yerin şəklini çəkmişdir. Əməliyyat otağına girəndə Ellada xanımın xəstənin venadaxilinə propofolu vurduğunu görmüşdür. O, Elladadan nəyə görə venadaxili narkoz etdiyini soruşduqda ona narahat olmamağını, işi ilə məşğul olmağını bildirmişdir. Bundan sonra o, əməliyyat obyektini antiseptiklərlə işləmə aparmış, steril mələfə ilə örtmüşdür. Xəstə ginekoloji vəziyyətdə olmuşdur. Həmin vaxt tibb bacısı Xuraman xanıma 0.25 faiz/ 2qr. novakain məhlulu 10 qr fizioloji məhlul ilə qarşılıqlı hazır etməyini tapşırmış, uşaqlıq yoluna güzgü qoyduqda uşaqlıq yolunda qanlı ifrazat görmüşdür. Elə bu zaman xəstə çox qəribə bir formaca xırıldamağa başlamış, o, Ellada xanımdan nə baş verdiyini soruşduqda sonuncu bəlğəm olduğunu və təmizləyəcəyini, narahatçılığa lüzum olmadığını söyləmişdir. O, uşaqlıq yolundan gələn qanı təmizləmiş, alətlə tutduğu yerin qanadığını görmüşdür. Xəstə təkrar xırıldamağa başladıqda o, təkrar Ellada xanımda nə baş verdiyini soruşmuş, sonuncu intubasiya edəcəyini, narahat olmamağını bildirib intubasiya etməyə başlamışdır. Həmin vaxt Elladanın standart ardıcılığa riayət etmədiyini görmüş, belə ki. Ellada mandrensiz intubasiya etdiyini gördükdə nəyə görə intubasiyam mandrensiz etdiyini soruşmuşdur. O, bunu dedikdən sonra Ellada mandreni salıb intubasiya etmiş, ıntubasiyadan sonra ona başla komandası vermiş, o, novakainli durulaşdırılmış məhlulu uşaqlıq yolunun ön divarına yeridəndə toxumaların rəngi xoşıına gəlməmiş, bir daha da o, Ellada xanıma problem olduğunu dedikdə Ellada əməliyyata başlamasını bildirmişdir. Uşaqlıq yolunun ön divarının selikli qişasını kəsmək istəyərkən (İsm kəsib) qəribə mürəbbə jilesinə bənzər qan ifrazatını görmüş, bu zaman Ellada xanıma qəzəblənərək bundan niyə belə qan gəldiyini soruşmuş, bundan sonra kardio manitora tərəf gəlmiş və orada saturasiyanın təmamilə olmadığını görmüşdür. Bunu Ellada xanıma dedikdə ona heç bir problem olmadığını, monitorun göstərmədiyini deyərək pulsometr sağ əlindən çıxararaq sol əlin barmağına keçirtmişdir. O. təkrar olaraq saturasiyanın göstərmədiyini bildirmiş. Ellada bir daha heç bir problem olmadığını, bu dəqiqə xəstəni nizama salacağını demişdir. Bıından sonra Ellada xanım ona süni tənəffüs aparatının oksigen buraxmadığını bildirmişdir. O, Elladadan aparatı yoxlayıb yoxlamadığını soruşduqda konkret cavab verməyərək əsəbləşməməyini. süni tənəffüs etməyini, kömək etməyini demişdir. Həmin vaxt o, mübahisənin yeri olmadığını başa düşmüş və çalışmışdır ki, xəstəni vəziyyətdən çıxarsın. O, Elladanın tapşırığı ilə xəstənin ürəyini masaj etmiş, Ellada isə süni tənəffüs aparatından oksigen gəlmədiyi üçün ambıı maskası ilə intubasiyon trupkadan tənəffüs elətdirmişdir. Həmin ərəfədə Ellada otaqda olan adlarını xatırlamadığı tibb bacılarına tapşırmışdır deyirdi ki. Firəngiz adlı tibb bacısına xəbər ver aşağı desin oksigeni açsınlar. Bunu dəfələrlə təkrarlamışdır. Buna baxmayaraq saturasiyanın olmadığını görmüş və xəstənin artıq öldüyünü bildirmişdir. Lakin Ellada xanım narahat olmamağını demiş, bıından sonra Anar həkimi çağırmışdır. Anar gələnə kimi Ellada ambu maskası ilə, o, da əllə ürəyi masaj etmiş. Anar həkim gələndə də, Ellada aparata oksigen ötürülmədiyini demişdir. Ellada sonuna qədər aparatın oksigen ötürmədiyini iddia etmişdir. Bir neçə dəqiqə sonra tanımadığı bir nəfər oksigen balonunu əməliyyat otağına gətirmişdir. Lakin oksigen balonundan istifadə olunmamışdır. Bundan sonra o, otaqdan çıxıb xəstənin yaxınlarına narkoz zamanı problem yarandığı üçün əməliyyata başlaya bilmədiyini demişdir. Daha sonra yenidən əməliyyat otağına girmiş və xəstədə artıq ölüm ləkələrinin olduğunu görmüşdür. Göstərilən bütün tibbi yardımlara baxmayaraq xəstəni xilas etmək mümkün olmamışdır. “xxxx” klinikası özəl klinika olduğu üçün Pərvanə Ağayevanın əməliyyat olunması ilə bağlı hər hansı rəsmi göndəriş olmamışdır. Sistosele və rektosele diaqnozu nəticəsində vaginanın arxa və ön divarının daraldılması plastik əməliyyatının keçirilməsi birbaşa diaqnoza uyğun təyinatdır. Pərvanə Ağayevanın əməliyyatı zaman cərrahiyyə otağında olan oksigen verən, suni tənəffüs aparatının işləyib işləməməsi barədə onun heç bir məlumatı yoxdur. Çünki suni tənəffüs aparatının işlək vəziyyətdə olub-olmamasını yoxlamaq anestezioloqun vəzifəsidir. Buna görə də anestezioloq Ellada ona bu barədə heç bir məlumat verməmişdir. Onun fikrincə xəstəyə verilən propofol dərmanı xəstənin ölümünə səbəb olmuşdur. Çünki həmin dərman vurulduqdan sonra xəstənin vəziyyəti ağırlaşmış və xırıldamağa başlamışdır. Əməliyyat otağına oksigen balonlarınm gətirilməsini Ellada tapşırmışdır. Çünki həmin vaxt Ellada tibb bacılarına aparata oksigen ötürülmədiyini, oksigeni açmalarını deyib qışqırmışdır. Ola bilsin ki, buna görə Ellada balon gətirilməsini tapşırmışdır. Lakin balonlardan istifadə olunmamışdır. Oksigen balonlarınm hansı qaydada və haradan açılmalı olması onun səlahiyyətində olmadığından bu barədə heç bir məlumatı yoxdur. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilsə də, digər Təqsirləndirilən şəxs2 hərəkətlərində həmin maddənin təkibi möcvud deyil. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs P.O.Ağayevanın hüquqi varisi, eyni zamanda mülki iddiaçı X19 ifadəsində göstərmişdir ki, o, P.O.Ağayeva ilə 2012-ci ildə ailə həyatı qurmuş, iki övladı vardır. Nailə adlı qızı 2013-cü il, Şəfəq adlı qızı isə 2015-ci il təvəllüdlüdür. Arvadı P.Ağayevanın əməliyyatlarının mamaginekoloq Təqsirləndirilən şəxs2 həyata keçirmişdir. Pərvanə sağlam insan olduğu üçün təbii doğuşla hər iki əməliyyat uğurla başa çatmışdır. Belə ki, 2019-cu ilin oktyabr ayının əvvəllərində pərvanə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Təqsirləndirilən şəxs2 yanında ümumi yoxlanışdan keçmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 Pərvanəyə uşaqlıq yolunun səliqəyə salınmasının zəruri olmasını, buna görə də əməliyyat edilməli olduğunu deyib əks halda gələcəkdə səhhətində problemlər yarana biləcəyini bildirmişdir. Bu barədə arvadı ona dedikdə fikirləşmişdir ki,əgər həkimin dediyi kimi gələcəkdə fəsadlar olacaqsa indidən bunun qarşısını almaq lazımdır. Buna görə də əməliyyata razılıq vermişdir. Qeyd olunan əməliyyatın keçirilməsi üçün arvadı Pərvanə Ağayeva “Vital” Klinikasında Təqsirləndirilən şəxs2 yazdığı siyahı üzrə bütün müayinələrdən keçmişdir. Həmin müayinələrin nəticələrini də arvadı Pərvanə Nailə həkimə “Whatsapp” proqramı vasitəsi ilə göndərmişdir. Onlar əməliyyatın “Vital” Klinikasında keçəcəyini gözələdikləri halda xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 arvadı Pərvanəyə zəng vuraraq əməliyyatl “xxxx” klinikasında edəcəyini demişdir. Səbəb kimi isə həmin klinikanın daha yaxşı vəziyyətdə olmasını göstərmişdir. xx.xx.2019-cu il tarixdə saat 12 radələrində arvadı Pərvanə ilə həmin Klinikaya getmişdir. Həmin vaxt Pərvanənin keçirdiyi bütün müayinələrin nəticələrini də aparmışlar. Arvadı palataya yerləşdirildikdən sonra tibb bacıları system “qlükoza” qoşmuşlar. Həmin vaxt Pərvanə Nailə həkimlə əlaqə saxlayaraq klinikada olduqlarını bildirdikdə sonuncu klinikada ilkin prosedurlardan keçəcəyini, özünün də təxmini 1 saata gələcəyini demişdir. Hətta o arvadına demişdir ki, “həkim özü gəlsin çıxsın, sonra prosedurlardan keçsin”. Lakin buna baxmayaraq Pərvanəyə system qoşulmuşdur. Saat 14:30 radələrində Nailə həkim klinikaya gəlib çıxmışdır. Nailə həkim gəldikdən sonra Pərvanəni hazırlayaraq əməliyyat otağına aparmışdırlar. Həmin vaxt o, qayınanası və böyük qızı otağın qarşısında gözləmişdirlər. Arvadı Pərvanə əməliyyalxanaya girəndən sonra təxminən 15-20 dəciqə sonra içəridən səs küy, qışqırıq səsləri gəlməyə başlamışdır. Həmin vaxt o, nə baş verdiyini öyrənmək üçün əməliyyat otağına girmək istəsə də baş tibb bacısı onlara narahat olmamalarını bildirmişdir. Bundan sonra əməliyyat otağından tibb bacısı bir neçə dəfə qapını açaraq dəhlizdə olan baş tibb bacısından kislorodun harada olduğunu soruşmuşdur. Baş tibb bacısı da kiməsə zəng edib kislorodun qoşulub qoşulmadığını soruşmuşdur. Bundan sonra əməliyyatdaxanada olan tibb bacısına kislorodun qoşulduğunu demişdir. 15-20 dəqiqə ərzində təxminən 3-4 dəfə bu formada kislorod danışıqları olmuşdur. Bütün bunlar onların gözü qabağında baş vermişdir. Hətta həmin ərəfədə dələlərlə əməliyyatxanaya dərmanlar daşımışdırlar. Təxminən 30 dəqiqə sonra klinikada mülki geyimdə olan bir nəfər kislorod balonunu kürəyində gətirərək əməliyyat otağına keçmişdir. Hətta həmin vaxt əməliyyat otaqlarının qapılarını da o, açmışdır. O, bu dərmanların, kislorodun gətirilməsini gördükdə əməmiyyatda nəsə problem olduğunu hiss elmişdir. Bir neçə dəqiqə sonra klinikanın direktoru Şahid6da əməliyyat otağına keçdiyini görmüşdür. Bütün bu proseslər təxminən 2 saat davam etmişdir. Bu müddət ərzində onlara heç kim dəqiq bir şey demədiyi üçün o, əməliyyat otağının girişində olan otağa daxil olmuşdur. Orada məlum olmuşdur ki, arvadı Pərvanə vəfat etmişdir. Bundan sonra hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verilmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki. Pərvanə sağlam insan olmuşdur. Heç bir xəstəliyi olmamışdır. Əməliyyat zamanı həkimlərin yəni, cərrah Təqsirləndirilən şəxs2nm, anestezioloq Təqsirləndirilən şəxs1 və əməliyyatda iştirak edvən digər tibb bacılarının səhlənkarlığı, işlərinə laqeyd yanaşmaları nəticəsində arvadı Pərvanə Ağayeva vəfat etmişdir. Təqsirləndirilən şəxs2 hansısa maddi marağı üçün Pərvanəni “Vital klinikasında deyil “xxxx” klinikasında əməliyyat etmək istəmişdir. Bundan başqa S.V.Ağayev məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs1 ilə barışdığını, sonuncunun ona 10.000 manat ödədiyini, bu səbəbdən də mülki iddiasının Təqsirləndirilən şəxs1 ilə bağlı hissəsindən imtina etdiyini bildirmiş və ona əlavə cəza verilmədən yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi S.V.Ağayev mülki iddiasını “xxxx” Klinikasına və digər Təqsirləndirilən şəxs2 münasbətdə müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 58 ildir ki, tibb sahəsində işləmişdir. 2011-ci ildən hal hazıradək “xxxx” Klinikasında baş tibb bacısı kimi fəaliyyət göstərmişdir. 2019-cu ilin oktyabr ayında Şahid6 həmin klinikanın direktoru olmuş, direktor keçəndən sonra 2019-cu ilin oktyabr ayında onunla xidməti müqavilə bağlanmışdır. Onun baş tibb bacısı kimi işi gələn xəstələr baəsində məlumatları yazmaq, qeydiyyata salmaq, xəstəlik tarixlərini yazmaq, təmizliyə baxmaq, dərmanlara nəzarət etməkdən ibarətdir. “McdAura” klinikasında işlədiyi müddətdə bir neçə dəfə əməliyyatlar həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixdə Pərvanə Ağayeva “vaginaplastika” diaqnozu ilə əməliyyata hazırlanmışdır. Hazırlıq ərəfəsində o, Pərvanə Ağayevadan əməliyyata hazır olub-olmaması ilə bağlı razılıq almışdır. Həmin razılıq barədə qeyd xəstəlik tarixində qeyd edilmişdir. Qeyd etdiyi tarixdə Pərvanə Ağayeva saat 14:30-da əməliyyat otağına ver İmişdir. Bundan sonra o, əməliyyat otağının qəbulunda oturmuşdur. Yanında isə xəstənin əri. anası və uşağı əyləşmişdir. Pərvanə Ağayevanın əməliyyatına anestczioloq Ellada Mirzəycv, cərrah Təqsirləndirilən şəxs2, tibb bacıları da Şahid5 və Şahid2 olmuşdur. Xəstə əməliyyat otağına keçəndən sonra təxminən saat 15 radələrində səs küy gəlməyə başlamışdır. Əməliyyat otağında olan səs küydən belə başa düşmüşdür ki, xəstəyə kislorod verilməsində nəsə problem vardır. Hətta həmin vaxt əməliyyatda olan həkimlər bilmədiyi kiməsə yığıb kislorodun verilməsini demişdirlər. Həmin vaxt əməliyyat otağında xatırladığı qədər tibb bacıları Əfsanə və ya Xuraman ona otaqdan səslənərək aşağıya zəng etməyini, kislorodu açmalarını tapşırmasını demişdir. O, da klinikanın daxili telefon ilə qeydiyyat yerinə zəng etmişdir. Telefona adını bilmədiyi bir kişi cavab vermişdir. O, həmin şəxsə tapşırmışdır ki, “zəhmət olmasa kislorodu deyin açsınlar". Bundan sonra telefonu üstünə qoymuş və əməliyyat otağına səslənərək kislorodun açıldığım demişdir. Bundan təxminən 15-20 dəqiqə sonra Vaqif və Zəfər adlı fəhlələr hərəsi bir ədəd kislorod balonunu gətirib əməliyyat otağına keçmişdirlər. Həmin ərəfədə hətta əməliyyatda iştirak edən tibb bacıları da gəlib dərmanlar götürüb aparmışdırlar. Belə ki, bir neçə dəqiqə sonra sonda klinikanın direktoru Şahid6 da gəlmişdir. Bildiyinə görə göstərilən tibbi yardımlara baxmayaraq xəstə vəfat etmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, qeydiyyat otağına zəng edib kislorodun açılmasını dedikdən sonra ona geri zəng edib kislorodu açıb açmamaları barədə deyən olmamışdır. Adətən o, aşağı oksigen balonlarını açmalarım tapşıran kimi baloıılar açılır. Buna görə də. cavab gözləmədən əməliyyat otağına kislorodun açıldığını demişdir. Əməliyyat otağına gətirilən balondan istifadə edilib-edilməməsi barədə məlumatı olmamışdır. Çünki əməliyyat otağına keçməmişdir. Kislorodun açılmasının kimə həvalə edilməsi ilə barədə məlumatı yoxdur. Belə ki. “xxxx'’ klinikasına müraciət edən xəstələri qeydiyyat yerində həmin ərəfədə Şahid8 qəbul etmişdir. Çünki Şahid8 qeydiyyat yerində oturmuş. Təranə xəstədən hansı həkimin yanma gəlməsi barədə məlumatlar aldıqdan sonra xəstəni qeydiyyata salıb xəstəni həkimin yanına istiqamətləndirmişdir. Ağır xəstələri isə özləri həkimin yanına aparmışdır. Pərvanə Ağayeva anası ilə birlikdə onun yanına yaxınlaşmış, o, Pərvanənin əməliyyatı olacağını qabaqcadan bilmişdir. Bundan sonra o. Pəravnənin sənədini götürüb qəbul etmiş və əməliyyat otağına hazırlamışdır. Pərvanə Ağayevan əməliyyat olan gün, yəni xx.xx.2019-cu il tarixdə Şahid8 işdə olub-olmamasını dəqiq bilməmişdir. Çünki o, adətən işə səhər tezdən gəlir, yalnız axşam işdən çıxanda Təranəni görə bilmişdir. Təranənin sonuncu dəfə xx.xx.2019-cu il tarixdə işdən çıxanda görmüşdür. Pərvanə Ağayevanın əməliyyatdan əvvəl müayinələrinin nəticələrini səliqə ilə hazırlayıb anestczioloq Təqsirləndirilən şəxs1 vermişdir. Həmin sənədlərə baxmaq Elladanm səlahiyyətindədir. Lakin o, xəstənin konkret olaraq hansı müayinələrdən keçib keçməməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2003-cü ildə Sumqayıt Dövlət Tibb Texnikumunun müalicə işi fakültəsindən məzun olmuş, 2004-cü ildə qadın məsləhətxanasında, 2005-2006-cı illərdə Hərbi Hospitalda tibb bacısı, 2019-cu ilin oktyabr ayında uxxxxv Klinikasında tibb bacısı kimi fəaliyyət göstərmişdir. Onun əməliyyatda tibb bacısı kimi işi xəstəni hazırlamaq, sistem qoşmaq, həkimin tapşırıqlarını yerinə yetirməkdən ibarətdir. “xxxx” klinikasında işlədiyi müddətdə bir neçə dəfə əməliyyatlarda iştirak etmişdir. Sonuncu dəfə Pərvanə Ağayevanın əməliyyatında iştirak etmişdir, belə ki, xx.xx.2019-cu il tarixdə Pərvanə Ağayeva “vaginaplastika” diaqnozu ilə əməliyyata hazırlanmışdır. Hazırlıq ərəfəsində onun tərəfindən xəstə imaləsi olunmuş, sistemi qoşulmuş, tromba qarşı corablar geyindirilmiş və digər tədbirlər görülməklə tam hazır vəziyyətdə əməliyyat otağına yerləşdirilmişdir. Pərvanə Ağayevanın əməliyyatında ondan başqa anestezioloq Ellada Mirzəyev, cərrah Təqsirləndirilən şəxs2, tibb bacısı Şahid5 iştirak etmişdir. Belə ki, əməliyyata başlayan zaman anestezioloq Təqsirləndirilən şəxs1 tərəfimdən xəstəyə ümumi narkoz verilmiş, narkoz dərmanı kimi xatırladığı qədər propofol və fentanil dərmanlan vurulmuşdur. Xəstəyə narkoz verildikdən sonra vəziyyəti ağırlaşmağa, əlləri göyərməyə başlamışdır. Bundan sonra vəziyyətin pis olduğunu, saturasiyanın düşdüyün görən anestezioloq Təqsirləndirilən şəxs1 ona adrenalin və sodium karbonat gətirməyini tapşırmış, o, həmin dərmanlan cərrahiyyə şöbəsinin qəbulundan götürüb gətirmişdir. Xəstənin vəziyyəti pisləşdiyi ərəfədə cərrah Təqsirləndirilən şəxs2 anestezioloq Elladaya xəstənin saturasiyasının düşdüyünü demiş. Ellada da xəstəyə oksigen verilməsində problem olduğunu, oksigen çatışmazlığı olduğunu bildirmişdir. Həmin vaxt Ellada ona tapşırmışdır ki. təcili əməliyyat otağının qarşısında əyləşən tibb bacısı Firəngizə desin ki, aşağıda Təranəyə zəng edib və oksigeni açmalarını bildirsin. Bundan sonra o, dərhal əməliyyat otağını qapısını açıb baş tibb bacısı Firəngizə klinikanın texniki işçisi Təranəyə zəng etməyini və balonların saxlanıldığı otaqdan oksigeni açmalarını tapşırmasını demişdir. Firəngiz elə onun yanında klinikanın daxili telefonu ilə Təranəyə zəng edərək oksigeni açmağını tapşırmışdır. Məmin vaxt Təranə oksigenin açıq olduğunu bildirmişdir. Lakin, o Təranənin oksigenin artıq açıq olduğunu və yaxud açdıqdan sonra Firəngizə bu barədə dediyini dəqiq bilməmişdir. Belə ki, bundan sonra o, içəri keçib Elladaya Təranənin oksigenin açıq olduğunu deməsini bildirmişdir. Lakin buna baxmayaraq Ellada xanım aparatlara baxıb oksigen gəlməsində yenə də problem olduğunu, oksigen çatışmazlığı olduğunu demişdir. Bir neçə dəqiqə keçmişdi ki, tanımadığı iki nəfər iki ədəd oksigen balonlarını əməliyyat otağına gətirmişdirlər. O, balonları gətirməyi kimin tapşırdığını bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 balonları hava verən şlanka birləşdirərək xəstəyə oksigen vermişdir. Həmin ərəfədə klinikanın direktoru Şahid6 artıq gəlmişdir. Xəstəyə göstərilən tibbi yardımlara baxmayaraq xəstə vəfat etmişdir. Pərvanə Ağayevaya narkoz verilən zaman Nailə həkim xəstəyə novakain vuraraq kəsik aparmışdır. Lakin, əməliyyata başlanılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hal hazırda Azərbaycan Dövlət Həkimlər Universitetinin Azərbaycan Dövlət X5 rezident həkimi kimi təhsil alır. Bununla bağlı Respublika Klinik xəstəxanasında cərrah rnamaginekoloq Təqsirləndirilən şəxs2nm kurasiyasmda təcrübə keçmiş, sonuncu tərəfindən aparılan əməliyyatlarda iştirak etmişdir. Belə ki, xx xxxxxxx 2019-cu il tarixdə Pərvanə Ağayevanın əməliyyatı ilə bağlı Təqsirləndirilən şəxs2 ilə birlikdə “xxxx” klinikasına getmişdir. Həmin əməliyyatı tibb bacılar Əfsanə, Xuraman, anestezioloq Ellada, cərrah kimi isə Nailə həkim həyata keçirməli idilər. O, Təqsirləndirilən şəxs2 ilə birlikdə klinikada olan zaman xəstə artıq əməliyyata hazırlanmışdır. Onlar əməliyyat otağına daxil olandan sonra xəstəni gətirmişdirlər. İlk iş olaraq Nailə həkim xəstənin uşaqlıq yolıınun şəklini çəkmişdir. Buna səbəb xəstəyə əvvəl və sonra həmin nahiyyəni necə olduğunu göstərməkdir. Bundan sonra anestezioloq Ellada xanım xəstəyə ümumi, narkoz verəcəyini demişdir. Xəstə də başı ilə razılıq vermişdir. Hətta o, özü də görmüşdür ki, Ellada xəstəyə venadaxili propofol dərmanı vurmuşdur. Bundan sonra o, Nailə həkimlə birlikdə yuyunma otağına keçmişdir. Yuyunma otağından qayıdandan sonra əməliyyat olunmalı yeri steril ilə təmizləmişdir. Həmin vaxt xəstədən xırıltılı səslər gəlməyə başlamışdır. Təqsirləndirilən şəxs2 Elladadan nə baş verdiyini soruşduqda Ellada işi ilə məşğul olmalarını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 tibb bacısı Xuraman xanıma 0.25 faiz/ 2qr. novakain məhlulu 10 qr fizioloji məhlul ilə qarşılıqlı hazır etməyini tapşırmışdır. Uşaqlıq yoluna güzgü qoyulanda uşaqlıq yolunda qanlı ifrazat görmüşdürlər. Elə bu zaman xəstə çox qəribə bir formada xırıldamağa başlamışdır. Nailə Ellada xanımdan nə baş verdiyini soruşduqda bəlğəm olduğunu və təmizləyəcəyini, narahatçılığa lüzum olmadığını söyləmişdir. Ellada intubasiya edəcəyini, narahat olmamağım bildirib intubasiya etməyə başlamışdır. İntubasiyadan sonra Ellada onlara başla komandası vermişdir. Nailə həkim novakainli durıılaşdırılmış məhlulu uşaqlıq yolunun ön divarına yeritmiş, bundan sonra uşaqlıq yolunun ön divarının selikli qişasını kəsmək istəyərkən (lsm kəsib) qərib mürəbbə jilesinə bənzər qan ifrazatını görmüşdür. Həmin vaxt o, ayaqiistə olduğundan kardio monitorda görmüşdür ki, heç bir göstərici göstərmir. Bundan sonra Nailə xanıma bu barədə məlumat vermişdir. Nailə monitora baxandan sonra bu barədə Ellada xanımdan soruşduqda sonuncu heç bir problem olmadığını, monitorun göstərmədiyini, pulsomelr sağ əlindən çıxararaq sol əlin barmağına keçirtmişdir. Nailə xanım təkrar olaraq saturasiyanın göstərmədiyini dedikcə Ellada heç bir problem olmadığını, bu dəqiqə xəstəni nizama salacağını bildirmişdir. Bundan sonra Ellada Nailə xanıma aparatın işləmədiyini bildirmişdir. Həmin vaxt Ellada Nailəyə xəstənin ürəyini masaj etməyini tapşırmış, özü isə ambu maskası ilə intubasiyon trupkadan tənəffüs elətdirmişdir. Təxminən bir neçə dəqiqə sonra otağa oksigen balonu gətirmişdirlər. Həmin talondan istifadə olunub-olunmamasını xatırlamamışdır. Bundan bir neçə dəqiqə sonra Anar həkim də klinikaya gəlmişdir. Xəstəyə göstərilən tibbi yardımlara baxmayaraq xəstəni xilas elmək mümkün olmamışdır. Hadisə olan vaxt özünü itirmişdir. Buna görə də, baş verənləri tam şəkildə anlamamışdır. Xatırladığı qədər Ellada aparatın işləmədiyini demiş, həmçinin otağa oksigen balonlarınm gətirilməsini tapşırmışdır. Bundan sonra Elladanın tapşırığı ilə otağa oksigen balonları gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 1986-cı il tarixdə 2 nömrəli MedTexnikumundan feldşer lobarant fakültəsindən məzun olmuş, universiteti qurtardıqdan sonra Cəbrayıl rayon mərkəzi xəstəxanasında, daha sonra Salyan rayon mərkəzi xəstəxanasında, 2002-ci ildən 2018-ci ilədək “Funda” Tibb Mərkəzində, sonuncu dəfə isə 2019-cu ilin oktyabr ayında “xxxx” Klinikasında tibb bacısı kimi fəaliyyət göstərmişdir. Onun əməliyyat tibb bacısı kimi işi əməliyyat zamanı cərrahlara xidməti kömək etməkdən ibarətdir. İşlədiyi müddətlərdə “Funda” Klinikasının direktoru Anar həkimlə bir neçə dəfə əməliyyatlarda olmuşdur. Bununla da, Şahid6la tanışlığı yaranmışdır. Belə ki. 2019-cu ilin oktyabr ayında Şahid6 direktor olduğu “xxxx” klinikasında xidməti müqaviləsi ilə işə düzəlmişdir. Həmin klinikada xx xxxxxxx 2019-cu il tarixdə işə başlamışdır. Belə ki, oktyabr ayında “xxxx’' klinikasında cərrah həkim olan Nailə xanım ona Pərvanə Ağayeva adlı qadının uşaqlıq yolunun plastik əməliyyatını həyata keçirəcəyini, bununla bağlı hazırlıq görməyini bildirmişdir. Belə ki, işlədiyi klinikada əməliyyatlara anestezioloq kimi Ellada Mirzəyevə və Sərxan adlı həkim iştirak etmişdir. Pərvanə Ağayevanın əməliyyatında anestezioloq Təqsirləndirilən şəxs1 olmuşdur. Belə ki, xx xxxxxxx 2019-cu il tarixdə Pərvanə Ağayeva əməliyyata hazırlanmış və əməliyyat icra edilməsi üçün əməliyyat otağına yerləşdirilmişdir. Hər bir əməliyyatda olduğu kimi Pərvanə Ağayevanın əməliyyatında da ilkin olaraq anestezioloq Təqsirləndirilən şəxs1 tərəfindən xəstənin yatızcırılması tiçün dərman vurulmuşdur. Təqsirləndirilən şəxs1 həmin vaxt propofol dərmanından istifadə etmişdir. Həmin ərəfədə o, Nailə xanımın tapşırığına əsasən 9 faizli natri xlorla 2 qr novakain durulaşdırıb 10 qramlıq şprisdə təqdim etmişəm. Adətən anesteziloq tərəfindən xəstə yatızdırılandan sonra, cərrah icazə alaraq əməliyyata başlamalıdır. Belə ki, anesteziloq propofol dərmanı verib xəstəni yatızdıran zaman xəstə xırıldamağa başlamış, həmin vaxt Nailə xanım nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs1 problem olmadığını, intubasiya edəcəyini demişdir. Anesteziloq intubasiya etdikdən sonra Nailə xanım ondan icazə alıb 9 faizli natri xlorla 2 qı- nova ka ini uşaqlıq yoluna vurmuşdur. Bundan sonra uşaqlıq yolundan tünd rəngdə qan gəlməyə başladı və xəstənin vəziyyətinin daha da ağırlaşdığını görmüşdürlər. Buna görə də, Ellada xanım dərhal Şahid6 zəng edərək çağırmış, Anar həkim gəldikdən sonra da xəstəyə tibbi yardımlar göstərilməsinə baxmayaraq onu xilas etmək mümkün olmamışdır. Pərvanə Ağayevanın əməliyyatı zaman cərrahiyyə otağında olan oksigen verən, suni tənəffüs aparatının işləyib işləməməsi barədə heç bir məlumatı yoxdur. Ellada Mir/.əyevamn süni tənəffüs aparatının oksigen buraxmadığın deməsini eşitməmişdir. Anar həkim əməliyyat otağına gələndə xəstə artıq ölmüşdü. Buna görə də, Elladanın ölüm hadisəsi ilə bağlı Şahid6 nəsə dediyini də eşitməmişdir. Şahid6 əməliyyat otağına gələndə orada olrr.uş, həmin vaxt otağa balon gətirilməsini də görməmişdir. O, həmin vaxt şok vəziyyətində olmuşdur. Buna görə də, baş verənləri tam dərk edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2003-cü il tarixdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsindən məzun olmuş, bundan sonra isə əvvəlcə 5 nömrəli xəstəxanada həkim-intern işləmiş, daha sonra hərbi xidmətə yollanmış, qayıtdıqdan sonra aspirantura oxunuş və 2007-ci ilin əvvəllərindən etibarən Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində həkim-ordinator, yəni cərrah kimi fəaliyyət göstərmişdir. Həmçinin, bütün bu dövr ərzində müxtəlif özəl klinikalarda müqaviləli olaraq yarım gün işləmişdir. Bəzi klinikalarda cərrahi əməliyyatlar keçirmiş, bəzilərində isə şöbə müdiri kimi də işləmişdir. xx xxxxxxx 2019-cu il tarixdə ünvan 6 ünvanında yerləşən “xxxx” klinikasında direktor vəzifəsində işə başlamışdır. Klinika yeni qurulduğundan baş həkim kimi fəaliyyət göstərən şəxs olmamışdır. O, da direktor kimi işə başladıqdan sonra Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən tanıcığı anestezioloq Təqsirləndirilən şəxs1 da həmin özəl klinikada işə dəvət etmişdir. Bundan sonra təxminən 10-a yaxın cərrahi əməliyyat həyata keçirilmişdir. Həmin əməliyyatlarda anestezioloq Təqsirləndirilən şəxs1 iştirak etmişdir. Bütün əməliyyatlar da müvəffəqiyyətlə nəticələnmişdir. xx xxxxxxx 2019-cu il tarixdə 10 gün müddətinə öz hesabına məzuniyyət götürüb klinikadakı işləri tənzimləməyi planlaşdırmışdır. Ancaq klinikanın təsisçisi Şahid10 ilə fikirləri uyğunlaşmadığından, yəni yola gedə bilmədiklərindən oradan çıxmaq qərarına gəlmişdir. Bu barədə Yusasifə şifahi olaraq məlumat vermiş, sonuncu da buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs2m təxminən 3-4 ildir ki, tanımışdır. Nailə həkim Mirqasımov adına Respublika Klinik Xəstəxanasında mamginekoloq kimi işləmiş, adətən cərrahi əməliyyatlar da həyata keçirmişdir. Onda olan məlumata görə Nailə “VitaT özəl tibb klinikasında da işləmişdir. Təxminən oktyabr ayının 17 və ya 18-i Təqsirləndirilən şəxs2 ona məlumat vermişdir ki, “xxxx" klinikasında ön və arxa kolporafiya cərrahi əməliyyatı həyata keçirmək istəyir. O, isə Nailəyə hələ klinikadakı vəziyyətinin dəqiq olmadığını, ancaq əməliyyatı həyata keçirmək istəyirsə gələ biləcəyini demişdir. xx xxxxxxx 2019-cu il tarixdə şəxsi işləri ilə bağlı başqa bir klinikada olmuş, saat təxminən 15 radələrində Ellada Mirzəyev ona zəng edərək məlumat vermişdir ki. hal-hazırda əməliyyatdadır və xəstədə saturasiya qalxmır, ehtimal edir ki, oksigendə problem vardır. O, başa düşmüşdür ki. Nailə Ozizovanın qeyd etdiyi əməliyyatı həyata keçirir. Ellada ona zəng edib oksigendə problem olduğunu dedikdə o. öz mobil telefonu ilə Şahid8 istifadə etdiyi ***-***-**-** mobil telefonuna zəng edib bildirmişdir ki, Ellada əməliyyat otağına oksigen gəlmədiyini deyir, dərhal balonların saxlanıldığı otağa baxsın. Təranə də həmin vaxt ona baxacağını demişdir. Bir neçə dəqiqə sonra Ellada ona təkrar zəng edib bir daha oksigenin gəlmədiyini demişdir. Bundan sonra dərhal klinikaya gedib əməliyyatxanaya daxil olmuşdur. Məmin vaxt orada Ellada, Nailə, tibb bacısı Xuraman, Əfsanə olmuşdur. O, içəri girən kimi Ellada ona həyəcanlı halda oksigen-oksigen deyib səslənmişdir. Buna görə də, onun həmin vaxt ağlına ilk olaraq oksigen balonları gəlmiş və dərhal tapşırıq vermişdir ki, oksigen balonlarını yuxarı qaldırsınlar. Özü də vəziyyətin yaxşı olmadığını görüb tez ürək masajı etməyə başlamış. Ellada da ambu maskası ilə intubasiyon trupkadan tənəffüs elətdirmişdir. Ellada ehtimal etmişdir ki, oksigendə problem var. Oksigen balonları gətirildikdən sonra şlankı balontın qazın çıxma tənzimləyicisi hissəsini qoşmuş və xəstəyə oksigen verilmişdir. Həyata keçirilmiş bütün reanimasyon tədbirlərə baxmayaraq xəstəni vəziyyətdən çıxarmaq mümkün olmamış və xəstə ölmüşdür. Əlavə olaraq bildirmişd ki, oksigen aparata yetərli qədər gəlmədikdə aparat səs salaraq xəbərdarlıq edir ki, təzyiq yetərli deyildir. O, klinikada olan zaman aparatdan heç bir səs gəlməmişdir. Buna görə də, aparatda heç bir nasazlıq olmamışdır. “Medaııra” klinikasında direktor vəzifəsində işlədiyi müddətdə oksigen balonlarının saxlanıldığı otaqda balonların açılıb bağlanmasına cavabdeh texniki işçi Şahid8 və həkim Cəlal Əliyev olmuşdur. Hadisə olan günü yəni xx.xx.2019-cu il tarixdə X24 Respublikasında olmuşdur. Hal-hazırda da X20 həkimlik fəaliyyətini davam etdirir. Belə ki, hadisə olan günü Şahid8 balonların açılması və bağlanmasına işinə qeyri rəsmi nəzarət etmişdir. O, Şahid8 rəsmi olaraq hadisədən təxminən 1 həftə əvvəl işdən çıxartmışdır. Lakin Şahid8 təsisçi Yüzasif Zeynallının qohumu olduğu üçün işdən çıxarıldıqdan sonra da klinikaya gəlib-getmişdir. Təranə klinikada uzun müddət dədiyindən klinikanın bütün işlərinə nəzarət etmişdir. xx xxxxxxx 2019-cu il tarixdə də Təranə klinikada olmuşdur. X22 xx.xx.2019-cu il tarixdə klinikaya gələndə sonuncunu Təranə və baş tibb bacısı Firəngiz qəbul etmişdir. “xxxx'' klinikasının mülkiyyətçisi, həmçinin təsisçisi Şahid10dır. 2019-cu ilin sentyabr ayında onun tərəfindən təsisçinin adma ərizə yazılmış, həmin ərizə əsasında onunla təsisçi arasında müqavilə bağlanmışdır. xx xxxxxxx 2019-ctı il tarixdən də klinikanın direktoru kimi işə başlamışdır. Pərvanə Ağayevaya hansı diaqnoz qoyulması ona məlum olmamış, ancaq Nailə xanımın ona dediyinə görə «vaginanın arxa və ön divarının daraldılması» əməliyyat həyata keçirilməli idi. “xxxx” klinikasında həmin əməliyyatının (ginekoloji) aparılması ilə bağlı klinikaya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilmişdir. O, direktor vəzifəsində işə başlayan zaman həm Təqsirləndirilən şəxs2, həm do, Cilada Mirzəyeva ilə xidməti müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında Təqsirləndirilən şəxs2 klinikada ginekoloq cərrah kimi, Cilada Mirzəyeva isə anestezioloq kimi fəaliyyət göstərmişdir. “Vital” klinikası məşhur, tanınmış klinikadır. Buna görə də, həmin klinikanın nəticələri onun klinikası tərəfindən tanınmışdır. Buna baxmayaraq həmin klinika ilə aralarında hər hansı müqavilə yoxdur. Müqaviləyə də ehtiyac yoxdur. Əməliyyatdan öncə mütləq CKQ keçirilməli, hətta xəstəlik tarixi üçün lazımdır. Lakin, əməliyyatdan öncə EKQ kcçirilməsədə əməliyyat zamanı monitorda nəticələr görsənir. Rentgenskopiya isə həmin əməliyyatdan öncə keçirilməsinə ehtiyac yoxdur. Pərvanə Ağayevaya anestezioloq tərəfindən propofol dərmanı vurulan kimi xəstənin vəziyyəti ağırlaşmışdır. Ola bilsin ki, həmin dərman xəstəyə anaflaktik şok vermiş və ölüm baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin may ayından xx xxxxxxx 2019-cu ilədək “xxxx” klinikasında kassir vəzifəsində işləmişdir. İşlədiyi ərəfədə klinikanın təsisçisi kimi Şahid10 tanımışdır. 2019-cu ilin oktyabr ayının əvvəllərində “xxxx” klinikasını direktor kimi Şahid6 işlətmişdir. Direktor Şahid6 dövründə oktyabr ayının 8-i tibbi bacısı kimi işə başlamış, lakin oktyabr ayının 19-u işdən çıxmışdır. İşdən çıxmağının səbəbi ailə həyatı qurmağı ilə bağlı olmuşdur. Belə ki, xx xxxxxxx 2019-cu il tarixdə işlədiyi günlərin maaşını almaq üçün “xxxx” klinikasına gəlmişdir. Klinikanın qəbul şöbəsində maaşını almaq üçün Şahid6 gözləyən zaman orada olan işçilərin danışıqlarından eşitmişdir ki, əməliyyat otağında ölüm hadisəsi baş vermişdir. O. həkimlərin başının qarışıq olduğunu görüb klinikadan çıxıb getmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, o, hadisə baş verən gün klinikanın girişində təxminən 30 dəqiqə oturub Anar həkimi gözləmiş, həkimlərin onun gəlməyindən xəbərləri olub-olmadığım bilməmişdir. O. klinikadan çıxanda bir nəfərin oksigen balonu qaldırdığını görmüşdür. Lakin balonları qaldırmağı kimin tapşırdığını, balonların nəyə görə aparıldığını bilməmişdir. Şahid1 həmin gün ona oksigen balonlarınm açılması ilə bağlı zəng etməmişdir. Klinikaya həmin gün maaşını almağa getmiş, orada olan işçilərin danışıqlarından əməliyyat otağında ölüm hadisəsinin baş verdiyini eşitmişdir. Lakin bunun necə baş verməsi barədə heçnə ilə maraqlanmamışdır. O, həkimlərin məşğul olduğunu gördükdən sonra klinikadan çıxıb getmişdir. Bundan başqa hadisə barədə heç bir məlumatı olmamışdır. O. klinkada olan müddətdə Şahid6la danışmamış, sonuncu da ona oksigenlə bağlı heçnə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, 2013-cü ilin aprel ayından hal hazıradək Azəbaycan Respublikas FHN-nin Sumqayıt Regional Mərkəzində xüsusi xilasetmə hissəsinin xilasetmə növbəsinin xilasedicisi vəzifəsində işləyir. 2013-2014-cü il tarixlərdə iş vaxtı olmayan saatlarda Topçubaşov adına X16 gedib mühafizəçi kimi işləmişdir. Məmin ərəfədə xəstəxananın cərrah həkimi Şahid6 tanımışdır. Münasibətləri həmin vaxtdan yaranmışdır. Hətta əvvəllər Anar həkim onun validyenlərinin də müayinələrini etmişdir. Belə ki, 2019-cu ilin oktyabr ayının əvvəllərində Şahid6 “xxxx” klinikasını götürdüyünü və klinikada direktor kimi fəaliyyətə başladığını bilmişdir. Həmin vaxtlarda hətta Anar özü də ondan klinikanın işlərində köməklik etməyini xahiş etmişdir. O, da vaxt olduqca Anarın işlərini görüb, köməklik etmişdir. xx xxxxxxx 2019-cu il tarixdə axşam saatlarında Sumqayıt şəhərində işdə olarkən Anar ona zəng edərək səhəri gün klinikaya gəlməyini, oradan köçəcəyini deyib avadanlıqların daşınmasında köməklik etməyini xahiş etmişdir. Belə ki, xx xxxxxxx 2019-cu il tarixdə səhər saatlarında işdən çıxıb saat 13 radələrində “xxxx” klinikasına gəlmişdir. Klinikada bir neçə saat oturub Anarı gözləmiş, saat təxminən 17 radələrində Anar həkim klinikaya gəlmiş və birbaşa yuxarı qalxmışdır. O, aşağıda qeydiyyat şöbəsinin qabağında əyləşib Anardan xəbər gözləmişdir. Həmin vaxt klinikada ağlaşma səslərini eşitmiş, bundan sonra qeydiyyatda əyləşən adını bilmədiyi qıza yuxarıdan zəng gəlmiş və oksigen balonlarınt qaldırılması tapşırılmışdır. Həmin vaxt qeydiyyat şöbəsində olan qız ona və yanında olan əvvəllərdə tanıdığı Vaqif adlı şəxsdən oksigen balonlannı qaldırmalarını xahiş etmişdir. Bundan sonra o və Vaqif xəstəxananın girişdən sol tərəfdə yerləşən klinikanın reanimasiya şöbəsini oksigenlə təmin edən yerdən hərəsi bir ədəd oksigen balonu götürüb yuxarı, yəni cərrahiyyə otağının qarşısına qalxmışdırlar. Cərrahiyyə otağının qapısının qarşısında anestezioloq Ellada Mirzəycva onlardan balonları götürüb içəri aparmışdır. Həmin vaxt orada olan səs küydən başa düşmüşdür ki, xəstəyə oksigen verilməsində nəsə problem yaşanmış, buna görə də onlardar. oksigen balonlannı qaldırmalarım xahiş etmişdirlər. O, balonu təhvil verdikdən sonra aşağı düşmüşdür. Bundan sonra klinikadan çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2015-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsindən məzun olmuş, 2016-cı ildən hal hazıradək Azərbaycan Dövlət X4 həkim rezident-cərrah vəzifəsində işləmiş. 2019-cu ilin oktyabr ayında ‘'xxxx" klinikasında xidməti müqavilə ilə növbətçi həkim vəzifəsinə işə düzəlmişdir. Onun əsas iş yeri Azərbaycan Dövlət X1 oradan işini qurtardıqdan sonra hər gün saat 16 radələrində klinikaya gəlmişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə saat 16 radə ərində “xxxx" klinikasına işə gəlmiş, növbətçi həkimcərrah olduğu üçün cərrahiyə şöbəsinə qalxmış və əməliyyat otağında xəstəyə ürək masajı edildiyini görmüşdür. Orada mamaginekoloq Təqsirləndirilən şəxs2, anestezioloq Təqsirləndirilən şəxs1 və Xuraman və Əfsanə adlı tibb bacıları olmuşdur. Həmin vaxt o, gələnə kimi əməliyyatın başlanmasından təxminən 30 dəqiqə vaxt keçmişdir. Xəstəyə həkimlər tərəfindən dərmanlar verildiyini, xəstənin intubasiyon boru vasitəsi ilə suni tənəffüs aparatında olduğunu və qapalı ürək masajının icra edildiyinin şahidi olmuşdur. Bir neçə dəqiqə sonra cərahiyyə otağına “xxxx” klinikasının direktoru Anar həkim daxil olmuşdur. Anar həkim gəldikdən sonra da ürək masajı etməyə başlamışdır. Görülən bütün tədbirlərə baxmayaraq xəstəni xilas etmək mümkün olmamışdır. Bildiyinə görə əməliyyatı zamanı suni tənəffüs aparatı işlək vəziyyətdə olmuşdur. Lakin, o cərrahiyyə otağına daxil olan zaman orada oksigen balonunun olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2018-ci il tarixdə ünvan 7 ünvanında yerləşən “xxxx” MMC-ni təsis etmişdir. xx xxxxxx 2018-ci il tarixdə “xxxx” MMC klinika kimi fəaliyyət göstərmiş, həmin tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilmişdir. Şahid6 onun tərəfindən xx.xx.2019-cu il tarixdə “xxxx” klinikasının direktoru vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən sonra k.inika ilə bağlı bütün səlahiyyətlər direktora həvalə olunmuşdur. Bununla bağlı xx.xx.2019-cu il tarixdə Vergilər Nazirliyinin Milli Gəlirlər İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən çıxarış verilmişdir. Həmin tarixdən sonra klinikada həkimlərin işə götürülməsi məsələsi direktorun səlahiyyətlərinə həvalə olunmuşdur. Şahid6 direktor kimi təyin edildikdən sonra klinikada bir neçə dəfə əməliyyatlar həyata keçirilmiş, bütün əməliyyatlar da müvəffəqiyyətlə nəticələnmişdir. Belə ki, xx xxxxxxx 2019-cu il tarixdə ona məlumat verilmişdir ki, klinikada həyata keçirilmiş əməliyyat zamanı bir qadın vəfat etmişdir. O. bu barədə klinikanın direktoru Şahid6 maraqlanan zaman ona əməliyyat zamanı xəstənin dərmandan şok keçirdiyini və öldüyünü bildirmişdir. “xxxx” klinikasında “sistosele və rektosele” əməliyyatının (ginekoloji) aparılması ilə bağlı klinikaya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilmişdir. X8 ölümünün səbəbi barədə heç bir məlumatı yoxdur. O, bu barədə Şahid6 soruşmuş, sonuncu xəstənin dərmandan şok keçirdiyini və öldüyünü bildirmişdir. xx xxxxxx 2018-ci il tarixdə “xxxx" MMC klinikasım təsis etdikdən sonra ona Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilmişdir. Həmin ərəfədə klinikada olan bütün avadanlıqlar yoxlanışdan keçmişdir. Həmçinin süni tənəffüs aparatı da “Metrologiya” idarəsinin əməkdaşları tərəfindən yoxlanılmış və işlək vəziyyətdə olması təsdiq edildikdən sonra onlara lisenziya verilmişdir. Klinikanı oksigenlə təmin edən süni tənəffüs aparatını “Vitta” firmasından almışdır. Bir neçə dəfə həmin firmadan Rövşən adlı ustanı çağırıb avadanlıqlara baxış keçirmişdir. Həmçinin aparatda hansısa nasazlıq olanda Rövşəni çağırırıb yoxlatdırmışdır. Belə ki, sonuncu dəfə təxminən 2019-cu ilin sentyabroktyabr ayında Rövşəni klinikaya çağırmış, aparatın çıxış borusunu oksigen balonlarından əməliyyat otağına gələn xəttə qoşub çıxıb getmişdir. “xxxx” klinikası direktoru kimi onunla “xxxx” MMC ilə aralarında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən həmin şirkət ölçmə vasitələrinin müqayisəli yoxlanılmasını həyata keçirmişdir. Həmin müqavilə xx.xx.2023-cü il tarixədək bağlanmış, xx.xx.2018-ci il tarixdə “xxxx” MMC tərəfindən yoxlanılmış avadanlıqların siyahısı və yararlılığı ilə bağlı cədvəl tərtib olurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, 2011-ci ilin fevral ayından Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Komisyon ekspertizalar şöbəsində ekspert vəzifəsində, 2019-eu ilin iyun ayının 1-dən etibarən isə Komisyon ekspertizalar şöbəsinin rəisi vəzifəsində işləyir. Ekspert kimi vəzifələri istintaq və məhkəmə orqanlarının qərarları əsasında təyin edilmiş komisyon ekspertizaların keçirilməsində iştirak etmək və müvafiq olaraq rəy verməkdən ibarətdir. X8 ölümü ilə bağlı təyin edilmiş komisyon məhkəmə tibb ekspertizası barədə qərarın icra olunması ilə bağlı məhkəmə tibbi ekspert komissiyasının sədri kimi ekspertiza tədqiqatının aparılmasında iştirak etmişdir. Aparılmış tədqiqat zamanı ekspertizaya təqdim olunmuş iş materialları və tibbi sənədlərə əsasən müəyyən edilmişdir ki, «xxxx» MMC-nin həkimi mama-ginekoloq Təqsirləndirilən şəxs2 və həkim-aneslcziloloq X7 tərəfindən X3 cərrahi əməliyyat və anesteziya metodu təyin edilmiş diaqnoza uyğun olmuşdur. Lakin əməliyyatönü hazırlıq, zəruri müayinələr, anestezioloji və reanimasiya tədbirləri yetərincə olmamışdır. Ölüm baş verdiyi üçün əməliyyat aparılmamışdır. X8 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun ölümünün səbəbi ümumi anesteziya ilə əlaqədar yeridilmiş propofol dərman preparatı təsirindən baş vermiş anafilaktik şok olmuşdur ki, buna əsasən demək olar ki, verilən ümumi narkozla ölüm arasında səbəbli əlaqə vardır. Buna məsul şəxs anestezioloq-reanimatoloqdur. Bundan başqa müəyyən edilmişdir ki, X8 planlaşdırılmış plastik əməliyyatı zamanı əməliyyat blokundan quraşdırılmış narkoz aparatı işlək vəziyyətdə olmuş, lakin oksigen balonlarının saxlanıldığı otaqda yerləşdirilən balonlar bağlı olduğundan narkoz aparatına oksigen ötürülməmişdir. X8 plastik cərrahiyyə əməliyyatı olunması ilə bağlı görülmüş tədbirlər zamanı saturasiyanın davamlı şəkildə enməsinin qarşısının alınması üçün göstərilən reanimasion tədbirlər yetərli olmamışdır. Belə ki, bu zaman xəstə təxirəsalınmadan mütləq şəkildə süni tənəffüs aparatına qoşularaq oksigen təchizatı ilə təmin olunmalı olduğu halda təmin edilməmişdir. Həmçinin əməliyyatönü EKQ və rentgenoskopiya müayinələri keçirilməmiş, əməliyyat otağında süni tənəffüs aparatında oksigen təchizatı olub-olmaması yoxlanılmamış, bunlar da reanimasion tədbirlərin tam həyata keçirilməməsinə səbəb olmuşdur. Qeyd olunan qüsurlu tibbi xidmətlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmuş və bu çatmamazlıqlara məsul şəxslər bir-başa anestezioloq- reanimatoloq və ümumi tibbi xidmətə cavabdeh olaıı cərrah mama-ginekoloqdur. Belə ki. X11 göstərilən tibbi xidmət zamanı mama-ginekoloq Əzizova X12 Nazirliyinin 2012-ci il tarixli 70 saylı əmrin, həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatının 6, 7, 14, 50.1-ci bəndlərinə yəni, tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasını və diaqnozunu müəyyən etməli, fizioloji və patoloji doğuşlar aparmalı, diaqnoslik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, reaktiv və dərman preparatlarının səmərəli istifadəsinin düzgünlüyünə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etməli, ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə həyata keçirməli, həkim-ancslcziloloq Təqsirləndirilən şəxs1 Qcnnadiyevna isə həkim anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatının isə 6, 7, 8, 24.1-ci bəndlərinə yəni, tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını və diaqnozunu müəyyən etməli, zəruri müalicəni təyin etməklə ona nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil elməli və ya müstəqil surətdə aparmalı, ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə həyata keçirməli olması ilə bağlı tələblərə əməl etməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, MTE və PA ETT Birliyinin Komisyon ekspertizalar şöbəsinin eksperti Şahid12 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid11 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid7 məhkəməyə teleqram unvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasını onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, ifadəsində göstərmişdir ki. o, 2019-cu ilin oktyabr ayının əvvəllərində “xxxx” klinikasında qəbul şöbəsində operator vəzifəsində işə başlamışdır. İşi xəstələri qəbul etmək və lazımı qaydada yönləndirməkdən ibarət olmuşdur. Həmin klinikada oktyabr ayının sontınadək işləmişdir. Klinikada işlədiyi ərəfədə onunla birlikdə qəbul şöbəsində Şahid8 adlı şəxs də işləmişdir. O, adətən qəbul şöbəsində olmadığı ərəfədə Təranə qəbulda əyləşmişdir. Təranə klinikada uzun müddət işlədiyindən qəbuldan başqa klinikanın digər işlərini də görmüşdür. Belə ki, xx xxxxxxx 2019-cu il tarixdə səhər saatlarda Pərvanə Ağayeva adlı xəstə əməliyyat olunmaq üçün “Mcdatıra5' klinikasına gəlmiş və qəbul şöbəsində onun tərəfindən qəbul edilmişdir. O, xəstəni qəbul eldikdən sonra əməliyyat otağının qarşısına qaldırıb tibb bacılarına təhvil vermiş, daha sonra qəbul şöbəsinə düşmüşdür. O, xəstənin kimin tərəfindən əməliyyat olunacağından məlumatı olmamışdır. Saat təxminən 15-16 radolərində qəbul şöbəsində olan zaman əməliyyat postundan adını bilmədiyi tibb bacısı daxili telefona zəng edərok Təranənin harada olduğunu ondan soruşmuş, o. Təranənin yanında olmadığını dedikdə ona bildirmişdir ki. Təranə gəldikdə balonu açmasını və aktivləşdirməsini tapşırsın. Həmin gün Təranə də işdə olduğundan dərhal istifadəsində olan ***-***-**-** və ya 070-826-91 - 06 nömrəli mobil telefonundan Təranənin istifadəsində olan xatırlamadığı telefonuna zəng etmiş və təcili yanma gəlməyini demişdir. Bir neçə dəqiqə keçmişdir ki, Təranə onun yanma yəni qəbul şöbəsinə gəlmişdir. O, Təranəyə əməliyyat postundan zəng olunduğunu, onu axtardıqlarını və oksigen balonunu açmasını tapşırdıqlarını bildirmişdir. Təranə ona “yaxşı” deyərək çıxıb getmişdir. Bundan sonra o, işinə davam etmişdir. Lakin Təranənin balonu açıb-açmadığından xəbəri olmamışdır. Təxminən bir neçə dəqiqə sonra yuxarıda səslər gəlməyə başlamışdır. Hətta Təranə aşağıya, onların yanına gələrək əməliyyat blokunda xəstənin vəziyyətinin ağır olduğunu demişdir. O, bundan sonra başa düşmüşdür ki, əməliyyat olunan xəstədən söhbət gedir. Cinayət işinin 3-cü cild 18-20-ci vərəqələrində olan qətimakan tədbirinin seçilməsi haqqında xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 44-46-ci vərəqələrində olan qətimakan tədbirinin seçilməsi haqqında xx xxx 2020-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs N.Ə.Əziova barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 4-cü cildində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və N.Ə.Əziova barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi mülki iddiaçı, təqsirləndirilən şəxslər isə mülki cavabdeh qismində tanınmışlar. Cinayət işinin 1-ci cild 11-13-cü vərəqələrində olan xx xxxxxxx 2019-cu il tarixli meyidin xarici müayinəsinin aparılması haqqında protokoldan görünür ki, P.O.Ağayevanın meyitin xarici müayinəsi zamanı müəyyən edilmişdir ki, meyit xəstəxanadan gətirildiyi üçün paltarsızdır. Meyit qadın cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 150 sm-dir. Meyit əllə yoxladıqda soyumuşdur, təbii büküş nahiyələri istihaldır. Meyit qacıması yoxlanılan bütün əzələ qruplarında zəif inkişaf etmişdir. Meyit ləkələri gövdənin arxa səthində olmaqla, yayılmış qırmızımtıl-bənövşəyi rəngdədir, təzyiq etdikdə ilir və 1,5-2 dəqiqəyə öz əvvəlki rənginə bərpa olur. Baş tükləri qara rəngdə olub, uzundur, sıxdır. Xarici qulaq keçəcəkləri sərbəstdir, ifrazat yoxdur. Gözləri qapalıdır, bəbəkləri genəlmişdir, sağ-sola bərabərdir, diameirləıi 0.5 sm-dir, buynuz qişa parlaqdır, konyuktivaya qansızmalar yoxdur. Burun sümükləri əllədikdə tamdırlar. Ağzı qapalıdır, dişləri tamdır, təbiidir. Dili ağız boşluğunda diş xəttindən arxada sərbəst yerləşmişdir. Boynu gövdəyə müvafiq uzunluqda və köklükdədir. Döş qəfəsi silindirik olub. Simmetrikdir, qabırğalar əllədikdə patoloji hərəkətsizdir. Süd vəziləri yarımşaı* formasındadır, döş gilələri qəhvəyimtil rəngdədir. Qarnı qabırğa qövsləri səviyyəsində yerləşmişdir, əllədikdə yumşaqdır. Xarici cinsiyyət üzvləri qadın tipinə müvafiq düzgün inkişaf etmişlər. Uşaqlıq yolunda qanla hopmuş tənzif tampon vardır, ifrazat xaric olmur. Arxa keçəcək nisbətən açıqdır və düz bağırsaq çıxacağı qansızmalıdır, ətrafında dəri təmizdir. Yuxarı və aşağı ətraf sümükləri əllədikdə tamdırlar, gövdəyə müvafiq inkişaf etmişlər. Meyitin bədən səthində xəsarət və ya xəsarət izləri aşkar edilmədi. Cinayət işinin 1-ci cild 29-39-cu vərəqələrində olan xx xxxxxx 2018-ci il tarixli, İNİL- 95/2018 nömrəli lisenziya və həmin lisenziyaya xx xxxxxx 2018-ci il tarixli əlavədən görünür ki, «xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvan 8 ünvanında yerləşən Klinikada mama-ginekologiya tibb xidmətlərinin göstərilməsinə icazə verilmişdir. Cinayət işinin 1-ci cild 81-ci vərəqəsində olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 035495 №-li şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “anesteziologiya-reanimatologiya" ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmağa icazə verilmişdir. Cinayət işinin 1-ci cild 82-83-cü vərəqələrində olan xx.xx.2019-cu il tarixli xidməti müqavilənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdən “xxxx Klinikası” MMC tərəfindən həkim anestezioloq-reanimatoloq kimi işə qəbul edilmişdir. Cinayət işinin 1-ci cild 72-ci vərəqəsində olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 032013 №-li şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “mamalıq-ginekologiya” ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmağa icazə verilmişdir. Cinayət işinin 1-ci cild 73-74-cü vərəqələrində olan xx.xx.2019-cu il tarixli xidməti müqavilənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdən “xxxx” MMC tərəfindən həkim mama-ginekoloq kimi işə qəbul edilmişdir. Cinayət işinin 1-ci cild 122-128-ci vərəqələrində olan “Vital” klinikasının xx.xx.2019cu il tarixli 659 nömrəli məktubundan görünür ki, P.O.Ağayeva klinikada “qanın ümumi analizi”, “sidiyin ümumi analizi", “qan qrupu və rezus faktoru”, “qanın laxtalanma müddəti”, “qanın aclıq şəkəri”, “HBsAg”, “anti HCV”, “TP-luis testi”, “HİV” və “EKQ'‘ müayinələrdə keçmişdir. Cinayət işinin 1-ci cild 116-121-ci vərəqələrində olan MTE və PA ETT Birliyinin xx xxxxxx 2019-cu il tarixli 84/MEŞ №-li ekspert rəyindan görünür ki, P.O.Ağayevanın ölümünün bilavasitə səbəbi ümumi anesteziya ilə əlaqədar yeridilmiş propofol təsirindən baş vermiş anafilaktik şok olmuşdur. Meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyitin meyilxanada müayinəsindən təxminən 4-5 saat əvvəl baş vermişdir. Pərvanə Ağayevanın meyitində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmiş, meyitdən götürülmüş qanda məhkəmə kimyəvi tədqiqatı nəticəsində spirtli içki və ya narkotik vasitə aşkar edilməmişdir. Pərvanə Ağayevanın doğuş sonrası uşaqlıq və vagina sallanması, düz. bağırsaq sallanması istisna olmaqla xəstəlik dəyişiklikləri aşkar edilmədi. Pərvanə Ağayevanın ümumi anesteziya ilə əlaqədar sağ dirsək arteriyasının kateterizasiyası və 100 mq propofol yeridilməsi icra edilmişdir. Pərvanə Ağayevanın meyitində uşaqlıq yolu girəcəyinin selikli qişasında l,0sm ölçüdə qansızmasız kəsilmə sahəsi olan tibbi manipulyasiya yeri istisna olmaqla, digər xarakterli cərrahi əməliyyat yerləri aşkar edilmədi. Cinayət işinin 1-ci cild 231-232-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli xx/xx-10947 saylı baş anestezioloqreanimatoloqu dos. İ.Ş.Məhərrəmbəyli tərəfindən P.O.Ağayevanın xəstəlik tarixinə verdiyi rəydən görünür ki, “xx.xx.1982-ci il təvəllüdlü X14 xx.xx.2019-cu il tarixində Nəsimi rayon Salatın Əsgərova küçəsi 178 ünvanında yerləşən “xxxx” klinikasında doğuş sonrası uşaqlıq və vaginanın sallanmasını aradan qaldırılması məqsədilə plastik əməliyyat üçün anesteziya etdikdən sonra ölüm baş vermişdir. Verilən xəstəlik tarixlərində xəstənin vəziyyəti haqqında, əməliyyata hansı göstərişin olması barədə heç bir yazılı məlumata rast gəlinmədi. Eyni zamanda anestezioloji cərrahi riskin qiymətləndirilməsi, anestezioloqun baxışının olub-olmamasına dair məlumatlar öz əksini tapmamışdır. Xəstəlik tarixində, yalnız bir neçə analizlər (Ultrasəs müayinəsi, qanın və sidiyin ümumi analizi) göstərilmişdir. Ultrasəs müayinəsi zamanı Duqlas boşluğunda sərbəst maye aşkar edilmiş, qanda leykositlər 4,4x109/l, eritrositlər 4,6xlO12/l, hemoqlobin 13,1 g/dK hemotokrit 37.3%, trombositlər 197q/pl, EÇS-34mm/saat olmuşdur. Sidiyin analizində ciddi patologiya aşkar edilmədiyi qeyd edilib. EKQ və ExoKQ müayinələr olunmamışdır. Xəstə bu müayinələr fonunda həmin gün əməliyyat otağına verilmiş, vena daxilinə Atropin 0,l%-0,3ml; Profol lOOmg vurulmuşdur. Bundan sonra xəstənin sağ əlinin bütün barmaqlarında göyərmə başlamış, nəbzin seyrəlməsi müşahidə edilmişdir. Nəticədə xəstədə ürək dayanması olmuş, bioloji ölüm baş vermişdir. Xəstəlik tarixində xəstədə ürək dayanmasının hansı növ olduğu, hansı həcmdə və hansı müddətdə reanimasiya tədbirləri aparılması barədə də məlumat yoxdur. Yekun olaraq xəstəlik tarixində məlumtlar səthi qeyd edilmiş, xəstənin qiymətləndirilməsi barədə isə heç bir məlumat qeyd olunmamışdır. Əməliyyatönü hazırlıq aparılması barədə məlumat verilməmişdir və müayinələr adekvat aparılmamışdır. Buradan belə qənaətə gəlmək olar ki. xəstəyə səthi yanaşılmış, seçilən anesteziya növü düzgün qiymətləndirilməmiş və giriş narkozunda xəstə ölmüşdür. Baş verən ölümü anestezioloji ölüm kimi qiymətləndirmək olar. Cinayət işinin 2-ci cild 161-196-cl vərəqələrində olan Komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 570/KEŞ №-li rəyi və ona əlavə olunmuş sənədlərdən görünr ki, P.O.Ağayevanın meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun uşaqlıq yolu girəcəyinin selikli qişasında 1,0sm ölçüdə qansızmasız kəsilmə sahəsi olan tibbi manipulyasiya yeri istisna olmaqla, digər xarakterli cərrahi əməliyyat yerləri aşkar edilmədi. X8 meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünün bilavasitə səbəbi ümumi anesteziya ilə əlaqədar yeridilmiş propofol dərman preparatı təsirindən baş vermiş anafılaktik şokun olduğu müəyyən edilmişdir. Meyit əlamətlərinə əsasən ölüm meyitin meyitxanada (müayinə başlanmışdır xx.xx.2019-cu il, saat 19:35-də) müayinəsindən təxminən 4-5 saat əvvəl baş verdiyi qeyd edilmişdir. X8 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda «Rektoselle və sistoselle» kimi xəstəliklərdən başqa digər hər hansı bir patologiya müəyyən edilməmişdir. Müalicə həkimi Təqsirləndirilən şəxs2 ifadəsində göstərilənlərə əsasən X11 «Rektoselle və sistoselle» diaqnozu təyin edilmiş və diaqnoza uyğun planlı şəkildə operativ müalicə taktikası seçilmişdir. X8 üzərində planlaşdırılmış ön və arxa kolporafıya cərrahiyyə əməliyyatının aparılmasının ümumi narkoz altında icra edilməsi düzgün seçim olmuşdur. Cərrahiyyə əməliyyatı zamanı hansı növ narkozun verilməsi müdaxilənin xarakterindən, orqanizmin fərdi xüsusiyyəti və əməliyyatın müddətindən asılı olaraq anestezioloq tərəfindən müəyyən edilir. Narkoz verildikdən sonra xəstədə «saturasiya»ın davamlı şəkildə enməsinə səbəb ürək fəaliyyətinin pozulması olmuşdur. X8 anamnezindən asılı olmayaraq «saturasiya»nın aşağı düşməsi, yəni tənəffüs zamanı toxumaların oksigenlə təmin olunmaması orqanizmin propofola qarşı anafılaktik reaksiyası nəticəsində baş vermişdir. X9 «saturasiya»nın davamlı şəkildə enməsinin qarşısının alınması üçün təcili reanimasion tədbirlərdə istifadə olunan süni tənəffüs aparatının oksigen təchizatının olmaması saturasiyanın qaldırılmamasının səbəblərindən biridir. Əgər süni tənəffüs aparatı ilə oksigen təchizatı təmin edilərək tətbiq edilmiş olsaydı, xəstənin həyatını xilas etmə şansı çox ola bilərdi. X2 davamlı şəkildə enməsinin qarşısının alınması üçün göstərilən reanimasion tədbirlər yetərli olmamışdır. Belə ki, bu zaman xəstə ləxirəsalınmadan mütləq şəkildə süni tənəffüs aparatına qoşularaq oksigen təchizatı ilə təmin olunmalı olduğu halda təmin edilməmişdir. Qeyd olunan qüsurlu tibbi xidmətlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır, buna məsul şəxs anestexioloqreanimatoloqdur. Süni tənəffüs aparatının tətbiqi ilə oksigen təchizatının təmin edilməsi reanimasion tədbirlərdən biridir və xəstənin vəziyyəti ağırlaşdığı hallarda dərhal istifadə edilməlidir. X8 adına tərtib edilmiş xəstəlik tarixində anetezioloji vərəqə, USM, qanın və sidiyin analizlərinin cavablarından başqa hər hansı bir müayinə üsulları haqqında qeydiyyat yoxdur. X8 əməliyyatdan öncə EKQ və rentgenoskopiya müayinələrinin nəticələrinin olması zəruridir. Obyektiv, instrumental və laborator müayinələr tam həcmdə aparıldıqdan sonra xəstəyə adekvat anesteziya tətbiq oluna bilər. Həmçinin zəruri instrumental müayinələrin nəticələri xəstənin obyektiv durumunun qiymətləndirilməsində əsas həlledici rolu vardır, lakin istər müalicə həkimi, istərsə də anestezioloq-reanimatoloq tərəfindən buna əhəmiyyət verilməmişdir. «xxxx» MMC-nin həkimi mama-ginekoloq Təqsirləndirilən şəxs2 və həkim-anesteziloloq Təqsirləndirilən şəxs1 tərəfindən X17ma seçilmiş cərrahi əməliyyat və anesteziya metodu təyin edilmiş diaqnoza uyğun olmuşdur. Lakin əməliyytaönü hazırlıq, zəruri müayinələr, anestezioloji və reanimasiya tədbirləri yetərincə olmamışdır. Ölüm baş verdiyi üçün əməliyyat aparılmamışdır. X8 cərrahiyyə əməliyyatının həyata keçirilməsi məqsədilə narkoz verilən zaman onun vəziyyəti ağırlaşdıqdan dərhal sonra damar daxilinə deksametazon, atropin, adrenalin, bikorbanat natriy yeridilmişdir. Bu tədbirlər xəstənin vəziyyətinə uyğun olsa da, süni tənəffüs aparatında oksigen təchizatı olmadığından rcanimasion tədbirlər yetərli olmamış və nəticədə xəstənin ağır vəziyyətdən çıxarılması mümkün olmamışdır. X8 plastik cərrahiyyə əməliyyatı olunması ilə bağlı görülmüş tədbirlər zamanı əməliyyatönü EKQ və rentgenoskopiya müayinələri keçirilməmiş, əməliyyat otağında süni tənəffüs aparatında oksigen təchizatı olub-olmaması yoxlanılmamış, bunlar da reanimasion tədbirlərin tam həyata keçirilməməsinə səbəb olmuşdur. Qeyd olunan qüsurlu tibbi xidmətlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır və bu çatmamazlıqlara məsul şəxslər bir-başa anestezioloq-reanimatoloq və ümumi tibbi xidmətə cavabdeh olan cərrah mamaginekoloqdur. X8 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun ölümünün səbəbi ümumi anesteziya ilə əlaqədar yeridilmiş propofol dərman preparatı təsirindən baş vermiş anafılaktik şok olmuşdur ki, buna əsasən demək olar ki, verilən ümumi narkozla onun ölümü arasında səbəbli əlaqə vardır və buna məsul şəxs anestezioloqreanimatoloqdur. X8 müalicəsi zamanı tətbiqinə icazə verilməyən müalicə metodları və dərman preparatlarından istifadə olunmamışdır. X11 göstərilən qüsurlu tibbi xidmət Səhiyyə Nazirliyinin 2012-ci il tarixli 70 saylı əmrin, yəni həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatının 6. 7, 14, 50.1-ci və həkim anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatının 6, 7. 8, 24.1-ci bəndlərinə əməl edilməmişdir. Cərrahiyyə əməliyyatı zamanı X8 ölümünə səbəb ümumi narkoz zamanı yerdilmiş “Propofol" dərman preparatına qarşı orqanizmin yüksək həssaslığı nəticəsində baş vermiş anafılaktik şok olmuşdur. Cinayət işinin 3-cü cild 98-118-ci vərəqələrində olan təkrar komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 243 №-li rəyindən görünür ki, P.O.Ağayevanın meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun uşaqlıq yolu girəcəyinin selikli qişasında 1,0 sm ölçüdə qansızmasız kəsilmə sahəsi olan tibbi manipulyasiya yeri istisna olmaqla, digər xarakterli cərrahi əməliyyat yerləri aşkar edilmədi. X8 meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünün bilavasitə səbəbi ümumi anesteziya ilə əlaqədar yeridilmiş propofol dərman preparatı təsirindən baş vermiş anafilaktik şokun olduğu müəyyən edilmişdir. Meyit əlamətlərinə əsasən ölüm meyitin meyitxanada (müayinə başlanmışdır xx.xx.2019-cu il, saat 19:35-də) müayinəsindən təxminən 4-5 saat əvvəl baş verdiyi qeyd edilmişdir. X8 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda «Rektosellc və sistosellc» kimi xəstəliklərdən başqa digər hər hansı bir patologiya müəyyən edilməmişdir. Müalicə həkimi Təqsirləndirilən şəxs2 ifadəsində göstərilənlərə əsasən, X17ma «Rektosellc və sistosellc» diaqnozu təyin edilmiş və diaqnoza uyğun planlı şəkildə operativ müalicə taktikası seçilmişdir. X8 üzərində planlaşdırılmış ön və arxa kolporafıya cərrahiyyə əməliyyatının aparılmasının ümumi narkoz altında icra edilməsi düzgün seçim olmuşdur. Cərrahiyyə əməliyyatı zamanı hansı növ narkozun verilməsi müdaxilənin xarakterindən, orqanizmin fərdi xüsusiyyəti və əməliyyatın müddətindən asılı olaraq anestezioloq tərəfindən müəyyən edilir. Narkoz verildikdən sonra xəstədə «saturasiya»nın davamlı şəkildə enməsinə səbəb ürək fəaliyyətinin pozulması olmuşdur. X8 anamnezindən asılı olmayraq «saturasiya»nın aşağı düşməsi, yəni tənəffüs zamanı toxumaların oksigenlə təmin olunmaması orqanizmin propofola qarşı anafılaktik reaksiyası nəticəsində baş vermişdir. X9 «salurasiya»nın davamlı şəkildə enməsinin qarşısının alınması üçün təcili reanimasion tədbilərdə istifadə olunan süni tənəffüs aparatının oksigen təchizatının olmaması saturasiyanın qaldırılmamasının səbəblərindən biridir. Əgər süni tənəffüs aparatı ilə oksigen təchizatı təmin edilərək tətbiq edilmiş olsaydı, xəstənin həyatını xilas etmə şansı çox ola bilərdi. X2 davamlı şəkildə enməsinin qarşısının alınması üçün göstərilən reanimasion tədbirlər yetərli olmamışdır. Belə ki, bu zaman xəstə təxirəsalınmadan mütləq şəkildə süni tənəffüs aparatına qoşularaq oksigen təchizatı ilə təmin olunmalı olduğu halda təmin edilməmişdir. Qeyd olunan qüsurlu tibbi xidmətlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır, buna məsııl şəxs anestezioloq- reanimatoloqdur. Süni tənəffüs aparatının tətbiqi ilə oksigen təchizatının təmin edilməsi reanimasion tədbirlərdən biridir və xəstənin vəziyyəti ağırlaşdığı hallarda dərhal istifadə edilməlidir. X8 adına tərtib edilmiş xəstəlik tarixində anetezioloji vərəqə, USM, qanın və sidiyin analizlərinin cavablarından başqa hər hansı bir müayinə üsulları haqqında qeydiyyat yoxdur. X8 əməliyyatdan öncə EKQ və rentgenoskopiya müayinələrinin nəticələrinin olması zəruridir. Obyektiv, instrumental və laborator müayinələr tam həcmdə aparıldıqdan sonra xəstəyə adekvat anesteziya tətbiq oluna bilər. Həmçinin zəruri instrumental müayinələrin nəticələri xəstənin obyektiv durumunun qiymətləndirilməsində əsas həlledici rolu vardır, lakin islər müalicə həkimi, istərsə də anestezioloq-reanimatoloq tərəfindən buna əhəmiyyət verilməmişdir. «xxxx» MMC-nin həkimi mama-ginekoloq Təqsirləndirilən şəxs2 və həkim-anesteziloloq Təqsirləndirilən şəxs1 tərəfindən X3 cərrahi əməliyyat və anesteziya metodu təyin edilmiş diaqnoza uyğun olmuşdur. Lakin, əməliyyatönü hazırlıq, zəruri müayinələr, anestezioloji və reanimasiya tədbirləri yetərincə olmamışdır. Ölüm baş verdiyi üçün əməliyyat aparılmamışdır. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, X8 cərrahiyyə əməliyyatının həyata keçirilməsi məqsədilə narkoz verilən zaman onun vəziyyəti ağırlaşdıqdan dərhal sonra damar daxilinə deksametazon, atropin. adrenalin. bikorbanat natriy yeridilmişdir. Bu tədbirlər xəstənin vəziyyətinə uyğun olsa da sünii tənəffüs aparatında oksigen təchizatı olmadığından reanimasion tədbirlər yetərli olmamış və nəticədə xəstənin ağır vəziyyətdən çıxarılması mümkün olmamışdır. X8 plastik cərrahiyyə əməliyyatı olunması ilə bağlı görülmüş tədbirlər zamanı əməliyyatönü EKQ və rentgenoskopiya müayinələri keçirilməmiş, əməliyyat otağında süni tənəffüs aparatında oksigen təchizatı olub-olmaması yoxlanılmamış, bunlar da reanimasion tədbirlərin tam həyata keçirilməməsinə səbəb olmuşdur. Qeyd olunan qüsurlu tibbi xidmətlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır və bu çatmamazlıqlara məsul şəxslər bir-başa anestezioloq-reanimatoloq və ümumi tibbi xidmətə cavabdeh olan cərrah mama-ginekoloqdur. X8 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun ölümünün səbəbi ümumi anesteziya ilə əlaqədar yeridilmiş propofol dərman preparatı təsirindən baş vermiş anafılaktik şok olmuşdur ki, buna əsasən demək olar ki, verilən ümumi narkozla onun ölümü arasında səbəbli əlaqə vardır. Buna məsul şəxs anestezioloq-reanimatoloqdur. X8 müalicəsi zamanı tətbiqinə icazə verilməyən müalicə metodları və dərman preparatlarından istifadə olunmamışdır. X11 göstərilən qüsurlu tibbi xidmət Səhiyyə Nazirliyinin 2012-ci il tarixli 70 saylı əmrin, yəni həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatının 6, 7. 14, 50.1-ci və həkim anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatının 6, 7. 8, 24.1-ci bəndlərinə əməl edilməm şdir. Cərrahiyyə əməliyyatı zamanı X8 ölümünə səbəb ümumi narkoz zamanı ycrdilmiş “Propofol” dərman preparatına qarşı orqanizmin yüksək həssaslığı nəticəsində baş vermiş anafılaktik şok olmuşdur. Narkoz aparatına oksigenin verilib- verilməməsi oksigen monometri ilə müəyyən edilir. Tibbi avadanlıqların texniki baxımdan qiymətləndirilməsi məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətinə aid deyil. Cinayət işinin 4-cü cildində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli, xx/xx-3605 nömrəli məktubundan görünür ki, xəstələrin əməliyyat otağında hazırlanması, anestezioloji təminatın təmin edilməsi, istifadə olunan aparatların, monitorların o cümlədən aparatlarda oksigen təchizatının olmasına, həmin aparatların saz və işlək vəziyyətdə olmasına nəzarət bilavasitə anestezioloq-reanimatoloqun vəzifə öhdəliklərinə daxildir və onları əməliyyat önü yoxlamağa borcludur. Cinayət işinin 4-cü cildində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu əməkdar həkim, t.e.n. Sevinc Məmmədovanın 30 dekabr 220-ci il tarixli məktunundan görünür ki, planlı ginekoloji əməliyyatlar zamanı əməliyyatlar önü verilmiş analizlərin yararlıq müddəti rentgen müayinəsi (döş qəfəsi orqanlar) – 6-12 ay, elektrokardioqramma – 10-14 gün, ginekoloji orqanların USM – 30 gün, qanın ümumi analizi – 10-14 gün, sidiyin ümumi analizi – 10-14 gün, qan qrupu – müddətsiz, rezus faktoru – müddətsiz, qanda şəkərin təyini – 10 gün, koaquloqramma – 14 gün, qanda HSV – 1 ay, qanda HBV – 3 ay, RW – 90 gün, HİV – 3 aydır. Cinayət işinin 4-cü cildində “Vital” Klinikasına ödəniş qəbzlərinin surətindən görünür ki, P.O.Ağayeva xx.xx.2019-cu il tarixdə Vital Klinikasında EKQ və rentgenoskopiya müayinələrindən keçmiş və həmin müayinələrə görə klinikanın kassasına ödəniş etmişdir. Cinayət işinin 2-ci cild 58-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya Məlumatları İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 2-ci cild 57-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya Məlumatları İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi, eyni zamanda mülki iddiaçı S.Ağayevin məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ona 10.000 manat ödəniş etmiş, hazırda Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı olan mülki iddiasından imtina edir, ona əlavə cəzanın təyin edilməməsini və yüngül cəzanın təyin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə yuxarıda sadlananan sübutları, yəni təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, ilkin, təkrar və komisyon məhkəmətibbi ekspertizasının rəylərini, sorğu verilərək Səhiyyə Nazirliyindən və “Vital” Klinikasından alınmış cavab məktublarını tədqiq edərək, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxxxx 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim mamaginekoloqun” və “Həkim anestezioloq-reanimatoloqun” nümunəvi vəzifə təlimatlarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs həkim anestezioloqreanimatoloq Təqsirləndirilən şəxs1 vəzifəli şəxs olmaqla işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ilk məhkumluğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını, ona əlavə cəzanın təyin edilməməsini və yüngül cəzanın təyin edilməməsini xahiş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər.. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən tibb və müalicə işi sahəsində rəhbər və məsul vəzifə tutma hüququndan məhrum edilməklə həmin Məcəllənin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və cəzasını məntəqə tipli cəzaçəkmə məssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır.“ Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Məhkəmə yuxarıda sadlananan sübutları, yəni təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, ilkin, təkrar və komisyon məhkəmə-tibbi ekspertizasının rəylərini, sorğu verilərək Səhiyyə Nazirliyindən və “Vital” Klinikasından alınmış cavab məktublarını tədqiq edərək, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxxxx 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun” və “Həkim anestezioloq-reanimatoloqun“ nümunəvi vəzifə təlimatlarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə digər təqsirləndirilən şəxs həkim mama-ginekoloq Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi mövcud olmadığından onun barəsində bəraət hökmü çıxıarılmalıdır. Belə ki, cinayət işi üzrə ibtidai istintaqı zamanı keçirilmiş ilkin, təkrar və komisyon məhkəmə-tibbi ekspertizalarının rəylərinə əsasən mərhumə P.O.Ağayevanın ölümünün bilavasitə səbəbi ümumi anesteziya ilə əlaqədar yeridilmiş propofol dərman preparatı təsirindən baş vermiş anafilaktik şok olmuşdur. Təkrar məhkəmə tibbi ekspertiza üzrə verilmiş xx.xx.2020-ci il tarixli rəydə 12,13-cü suallar üzrə cavablara əsasən P.O.Ağayevada saturasiyanın davamlı şəkildə enməsinin qarşının alınması üçün təcili reanimasion tədbirlərdə istifadə olunan süni tənəffüs aparatının oksigen təchizatının olmaması saturasiyanın qaldırılmasının səbəblərindən biridir. Əgər süni tənəffüs aparatı ilə oksigen təchizatı təmin edilərək tətbiq edilmiş olsaydı, xəstənin həyatını xilas etmə şansı çox ola bilərdi. 14,15-ci suallar üzrə göstərilmişdir ki, P.O.Ağayevada saturasiyanın davamlı şəkildə enməsinin qarşısının alınması üçün göstərilən reanimasion tədbirlər yetərli olmamışdır. Belə ki, bu zaman xəstə təxirəsalınmadan mütləq şəkildə süni tənəffüs aparatına qoşularaq oksigen təchizatı ilə təmin olunmalı olduğu halda təmin edilməmişdir. Qeyd olunan qüsurlu tibbi xidmətlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır, buna məsul şəxs anestezioloq reanimotoloqdur. 20-ci sual üzrə göstərilmişdir ki, P.O.Ağayevanın cərrahiyyə əməliyyatının həyata keçirilməsi məqsədilə narkoz verilən zaman onun vəziyyəti ağırlaşdıqdan dərhal sonra damar daxilinə deksametazon, atropin, adrenalin, bikorbonat natriy yeridilmişdir. Bu tədbirlər xəstənin vəziyyətinə uyğun olsa da süni tənəffüs aparatında oksigen təchizatı olmadığından reanimasion tədbirlər yetərli olmamış və nəticədə xəstənin ağır vəziyyətdən çıxarılması mümkün olmamışdır. 21,29-cu suallar üzrə göstərilmişdir ki, əməliyyat otağında süni tənəffüs aparatında oksigen təchizatı olub-olmaması yoxlanılmamış, bunlar da reanimasion tədbirlərin tam həyata keçirilməməsinə səbəb olmuşdur. Qeyd olunan qüsurlu tibbi xidmətlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır və bu çatışmamazlıqlara məsul şəxs bir başa anestezioloq-reanimotoloqdur. 14-15-ci suallar üzrə göstərilmişdir ki, P.O.Ağayevada saturasiyanın davamlı şəkildə enməsinin qarşısının alınması üçün göstərilən reanimasion tədbirlər yetərli olmamışdır. Belə ki, bu zaman xəstə təxirəsalınmadan mütləq şəkildə süni tənəffüs aparatına qoşularaq oksigen təchizatı ilə təmin olunmalı olduğu halda təmin edilməmişdir. Qeyd olunan qüsurlu tibbi xidmətlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır, buna məsul şəxs anestezioloq reanimotoloqdur. Komisyon ekspertizanın rəyində göstərilmişdir ki, xəstə təxirəsalınmadan mütləq şəkildə süni tənəffüs aparatına qoşularaq oksigen təchizatı ilə təmin olunmalı olduğu halda təmin edilməmişdir. Qeyd olunan qüsurlu tibbi xidmətlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır, buna məsul şəxs həkim anestezioloq-reanimotoloqdur. Eyni zamanda əməliyyat otağında süni tənəffüs aparatında oksigen təchizatının olub-olmamasının yoxlanılmasına məsul şəxs kimi də həkim anestezioloq-reanimotoloq göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxxxx 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatının 6-cı bəndində göstərilmişdir ki, həkim mama-ginekoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir. 7-ci bənddə göstərilmişdir ki, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, fizioloji və patoloji doğuşları aparır. 14-cü bəndində göstərilmişdir ki, diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, reaktiv və dərman preparatlarının səmərəli istifadəsinin düzgünlüyünə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir. 50.1-ci bəndində göstərilmişdir ki, ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatında onun vəzifə öhdəliyi kimi məhz əməliyyat otağında süni tənəffüs aparatının işlək olub-olmaması, aparatda oksigen təchizatının olub-olmamasını yoxlamaq vəzifəsi göstərilməmişdir, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx/xx-3605 nömrəli cavab məktubunda göstərilmişdir ki, xəstələrin əməliyyat otağında hazırlanması, anestezioloji təminatın təmin edilməsi, istifadə olunan aparatların, monitorların o cümlədən aparatlarda oksigen təchizatının olmasına, həmin aparatların saz və işlək vəziyyətdə olmasına nəzarət bilavasitə anestezioloqreanimatoloqun vəzifə öhdəliklərinə daxildir və onları əməliyyat önü yoxlamağa borcludur. Məhkəmə Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə zərərçəkmiş şəxsi əməliyyat önü EKQ və rentgenoskopiya müayinələrdən keçirməməsi ilə bağlı məsələyə münasibətdə qeyd edir ki, qeyd edilən müayinələr Təqsirləndirilən şəxs2 tərəfindən keçirilmiş, lakin istintaq zamanı həmin müayinələrin keçirilməsinə dair sənədlər əldə edilərək iş materiallarına əlavə edilməmiş və nəzərə alınmamışdır. Belə ki, “Vital” Klinikasının” sorğuya verdiyi cavab müəyyən edilir ki, P.O.Ağayeva Klinikada bütün zəruri müayinələrdən, o cümlədən vaginal ginekoloji orqanların USM müayinəsi, qan və sidiyin ümumi analizi, qan qrupu, resus faktoru, qanda şəkərin təyini, koaquloramma, qanda HSV, HBV, RW, HİV infeksiyaların təyini, uşaqlıq yolundan yaxma analizlərindən keçmişdir. Həmçinin göstərilmişdir ki, X14 xx.xx.2019-cu il tarixində klinikada ağ ciyərlərin rentgen skopiyası və elektrokardioqramma (EKQ) müayinələrindən keçmişdir. Müayinələrin nəticəsi zamanı onda heç bir potologiya aşkar olunmamışdır. Həmçinin müdafiə tərəfinin “Vital” Klinikasına verdiyi sorğuya əsasən əldə edərək məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərinə əsasən mərhum P.O.Ağayeva xx.xx.2019-cu il tarixdə Vital Klinikasında EKQ və rentgenoskopiya müayinələrindən keçmiş və həmin müayinələrə görə klinikanın kassasına ödənişlər etmişdir. Bundan əlavə mərhum P.O.Ağayevanın əməliyyat öncəsi keçdiyi müayinələrin (analizlərin) qüvvədə olma müddəti ilə bağlı müdafiə tərəfinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanladığı sorğuya Nazirliyin baş mama-ginekoloqu əməkdar həkim, t.e.n. Sevinc Məmmədova tərəfindən verilmiş cavab məktubuna əsasən müəyyən edilir ki, planlı ginekoloji əməliyyatlar zamanı əməliyyatlar önü verilmiş analizlərin yararlıq müddəti rentgen müayinəsi (döş qəfəsi orqanlar) – 6-12 ay, elektrokardioqramma – 10-14 gün, ginekoloji orqanların USM – 30 gün, qanın ümumi analizi –10-14 gün, sidiyin ümumi analizi –10-14 gün, qan qrupu – müddətsiz, rezus faktoru – müddətsiz, qanda şəkərin təyini – 10 gün, koaquloqramma – 14 gün, qanda HSV–1 ay, qanda HBV – 3 aydır. Bundan əlavə iş üzrə keçirilmiş xx.xx.2020-ci il tarixli məhkəmə komisyon ekspertizasının rəyində 3-cü suala cavab olaraq göstərilmişdir ki, P.O.Ağayevanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda “Rektoselle və sistoselle” kimi xəstəliklərdən başqa digər hər hansı bir patologiya müəyyən edilməmişdir. Həmçinin meyidin daxili müayinəsi zamanı da belə nəticəyə gəlinmişdir ki, P.O.Ağayevada doğuş sonrası uşaqlıq və vagina sallanması, düz bağırsaq sallanması istisna olmaqla xəstəlik dəyişilikləri aşkar edilməmişdir. Qeyd edilənlər belə qənaətə gəlməyə əsas verir ki, həkim mama-ginekoloq Təqsirləndirilən şəxs2 tərəfindən P.O.Ağayevanı əməliyyat öncəsi zəruri olan bütün müayinələrdən keçirmiş və tam sağlam vəziyyətdə əməliyyata hazırlamışdır. Bundan sonra baş verən məsələlərdə isə həkim mama-ginekoloq Təqsirləndirilən şəxs2 heç bir rolu olmamışdır. Məhkəmə qeyd etməyi də zəruri hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu dos. İ.Ş.Məhərrəmbəyli tərəfindən mərhumə P.O.Ağayevanın xəstəlik tarixinə verdiyi giriş narkozundan ölməsi barədə rəyi və məhkəmə iclasında təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrindən də sübüt edilir ki, həkim mamaginekoloq Təqsirləndirilən şəxs2 tərəfindən əməliyyat başlamamışdan xəstə artıq rəhmətə getmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda məsuliyyətə səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 işinə vicdansız və ya laqeyd yanaşmamış, öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirmişdir. Mərhum P.O.Ağayevanın ölümü ilə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 hərəkətləri arasında heç bir səbəbli əlaqə yoxdur. P.O.Ağayevanın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən onun ölümünün bilavasitə səbəbi kimi ümumi anesteziya ilə əlaqədar yeridilmiş propofol dərman preparatı təsirindən baş vermiş anafilaktik şokun olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 tibb sahəsində hər hansı qanun, təlimat və ya normativ aktın pozuntusu aşkar edilməmişdir. Məhkəmə komisyon ekspertizasının xx.xx.2020-ci il tarixli rəyində ekspertlər tərəfindən ümumi tibbi xidmətə cavabdeh kimi cərrah mama-ginekoloqu göstərilməsi isə əsasssızdır. Belə ki, hər bir həkimin hansı hallara cavabdeh olması yalnız oların nümunəvi vəzifə təlimatı ilə müəyyən edilə bilər. Tibb sahəsində olan normativ aktlarda, həmçinin həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatında həkim mama-ginekoloqun belə bir vəzifə öhdəliyi daşıması qeyd edilməmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edimiş - həkim mama ginekoloqun, həkim anestezioloq-reanimatoloqun, həkim travmatoloq-ortopedin, həkim onkoloqun, həkim oftalmoloqun, həkim ürək-damar cərrahının, həkim uroloqun nümunəvi vəzifə təlimatlarından da görünür ki, onların hər birinin həmin təlimatlarda vəzifə öhdəlikləri və məhsuliyyəti eyni göstərilib. Belə ki, vəzifə öhdəliklərinə - ixtisaslaşdırılmış sahələri üzrə tibbi praktikada tədbiqinə icazə verilmiş muasir profilaktika, diaqnostika,müalicə və reabilitasiya metodlardan istifadə etməklə öz ixtisası üzrə peşakar səviyyədə tibbi yardım göstərmək; müvafiq qaydalara və standartlarauyğun olaraq xəstənin aparılması taktikasını(anamnezin) və diaqnozunu müəyyən etmək; zəruri müalicəni təyin etməklə ona nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək; öz işini planlaşdırmaq və öz fəaliyyətinin göstəriçilərini təhlil etmək, məsuliyyətinə isə - onlar həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətlə həyata keçirməkdən və sair, ən əsası isə yalnız öz ixtisaslaşdırılmış sahələri üzrə ümumi tibbi xidmətə görə cavabdehdilər. Bununla da , məhkəmə belə qənaətə gəlir ki, hər bir həkim öz ixtisaslaşdırılmış sahəsi üzrə nümunəvi vəzifə təlimatlarında göstərilmiş ümumi tibbi xidmətə görə məsuliyyət daşıyır, yəni həkim mama ginekoloq öz sahəsi üzrə, həkim anestezioloqreanimatoloqun öz sahəsi üzrə və sair və əməliyyat zamanı yalnız öz üzərlərinə düşən sahə (bilavastə etdiyi cərrahi əməliyyata görə) üzrə məsuliyyət daşıyırlar. Belə ki, ümumi tibbi xidmətə görə məsuliyyət daşıma o anlama gəlmir ki, həkim mama ginekoloq həkim anestezioloq-reanimatoloqun işinə görə məsuliyyət daşısın. Bu səbəbdən, də hər bir həkim digərinin törətdiyi əmələ görə məsulliyyət daşıya bilməz. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs2ın əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü“çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən, “bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxx 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Beləliklə məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin tərkibi mövcud deyil. Ona görə də, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri dərhal ləğv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs2 bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Mülki iddia ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi, eyni zamanda mülki iddiaçı S.V.Ağayevin təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı mülki iddiasından imtinası nəzərə alınaraq sonuncuya münasibətdə mülki iddiaya xitam verilməli, digər təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs2 hazırki iş üzrə bəraət verildiyi üçün mülki iddia ona münasibətdə rədd edilməli, “xxxx” Klinikasına münasibətdə isə mülki iddia baxılmamış saxlanılmalı və klinikaya qarşı müstəqil, mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququ zərərçəkmiş şəxsin hüquqi varisinə izah edilməlidir. Belə ki, hazırki iş üzrə barəsində cinayət təqibi həyata keçirilmiş şəxslər yalnız Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuş, “xxxx” Klinikası üzrə hər hansı araşdırma aparılmamışdır. Azərbaycan Respublikasının CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Bundan əlavə fəaliyyətində kobud qanun pozuntularına yol vermiş cinayət işi üzrə istintaq aparmış müstəntiq Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi, İ dərəcəli hüquqşünas X15 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 42.1.2, 44, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə tibb və müalicə işi sahəsində rəhbər və məsul vəzifə tutma hüququndan məhrum edilməklə edilməklə 02 (iki) il müddətə azadlığın məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə məssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs2 izah edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi, eyni zamanda mülki iddiaçı X13 təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı mülki iddiasından imtinası nəzərə alınaraq sonuncuya münasibətdə mülki iddiaya xitam verilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi, eyni zamanda mülki iddiaçı X13 təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs2 qarşı mülki iddiası təmin edilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi, eyni zamanda mülki iddiaçı X13 “xxxx” Klinikası qarşı mülki iddiası baxılmamış saxlanılsın və onun klinikaya qarşı müstəqil, mülki məhkəmə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar