Məhkəmə qərarları › İş №1(006)-35/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-35/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-35/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2001-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Yardımlı şəhəri, H.Aslanov küçəsi, ev 20-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Bünyadzadə küçəsi, ev 49-da yaşayan, məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışları Şahid3 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə X8 məxsus ünvan 2 evin 39 nömrəli mənzildə heç kimin yaşamaması və dəyərli əşyaların olmasını bildikdən sonra özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 may 2020-ci il tarixdə, saat 02 radələrində Şahid2 idarə etdiyi “Kia Rio” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin ünvanın yaxınlığına gəlmiş, orada aralarında olan razılığa əsasən Şahid2 evin yaxınlığında avtomobildə gözləyib ətrafı müşahidə etmiş, o isə Şahid3lə birlikdə binanın arxa tərəfinə keçərək birinci mərtəbəyə quraşdırılmış kondisionerin üzərinə dırmaşmaqla ikinci mərtəbədə yerləşən həmin mənzilin eyvanına çıxmış, Şahid3 üzərində daşıdığı dəmir parçası ilə eyvanın plastik konstruksiyalı pəncərəsinə güc tətbiq edib açdıqdan sonra birlikdə mənzilə qanunsuz daxil olub qonaq otağından V.Şamailova məxsus, qiyməti 80 manata olan 01 ədəd 0,75 litrlik “Stradivari” markalı, hər birinin qiyməti 90 manata olan 04 ədəd 0,75 litrlik “Otard XO” markalı, hər birinin qiyməti 120 manat olan 05 ədəd 01 litrlik “Chivas Royal 1801 Whisky” markalı, hər birinin qiyməti 30 manat olan 06 ədəd 01 litrlik “Jim Beam” markalı, hər birinin qiyməti 24 manat olan 02 ədəd 01 litrlik “Remy Martin” markalı, qiyməti 55 manat olan 01 ədəd 0,75 litrlik “Dimple Whisky” markalı, qiyməti 60 manat olan 01 ədəd 0,75 litrlik “Frangelico” markalı içkiləri gizli olaraq talamaqla X8 ümumilikdə 1.383 manat, habelə həmin otaqdan X4 məxsus, qiyməti 02 manat olan 01 ədəd “Anne Klein” markalı qadın qol saatı qutusunu, qiyməti 45 manat olan qızılı rəngli “Ted Baker” markalı 01 ədəd dəmir qolbaqlı qadın qol saatını, hər birinin qiyməti 40 manat olan “Anne Klein” markalı qızılı rəngli içərisində 12 ədəd kiçik ölçülü qaşlar olan 04 ədəd qadın qol saatını, qiyməti 45 manat olan “Anne Klein” markalı qızılı-boz rəngli dəmir qolbaqlı qutusu ilə birlikdə 01 ədəd qadın qol saatını, hər birinin qiyməti 20 manat olan “Vince Camuto” markalı qızılı rəngli kənarlarında və içərisində kiçik ölçülü qaşlar olan dəmir qolbaqdan 02 ədəd qadın qol saatını, qiyməti 02 manat olan “Michael Kors” markalı 01 ədəd qadın qol saatı qutusunu, hər birini qiyməti 30 manat olan “Betsey Johnson” markalı 02 ədəd çantanı, qiyməti 400 manat olan 01 ədəd “Swarovski” markalı qol saatını, hər birinin qiyməti 340 manat olan 02 ədəd “Michael Kors” markalı qol saatını, qiyməti 204 manat olan 01 ədəd “Tommy Hilfiger” markalı qol saatını, qiyməti 170 manat olan 01 ədəd “U.S.Polo.ASSN” markalı qol saatını, qiyməti 170 manat olan 01 ədəd “Reaction” markalı qol saatını, qiyməti 204 manat olan 01 ədəd “Calvin Klein” markalı qol saatını, qiyməti 255 manat olan 01 ədəd “Versace” markalı qol saatını, qiyməti 85 manat olan 01 ədəd “Tommy” markalı pul kisəsini, qiyməti 255 manat olan 01 ədəd “Ted Baker” markalı pul kisəsini, hətr birinin qiyməti 204 manat olan 02 ədəd “Unnclain” markalı pul kisəsini, qiyməti 170 manat olan 01 ədəd “Raven Klein” markalı kişi ayaqqabısını, qiyməti 340 manat olan 01 ədəd “Ralph Lauren” markalı kişi gödəkcəsi və hər birinin qiyməti 50 manat olan 02 ədəd iri həcmli çantanı gizli olaraq talamaqla X4 3.795 manat, ümumilikdə isə zərər çəkmiş şəxslərə xeyli miqdar təşkil edən 5.178 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 01 may 2020-ci ildə, saat 02 radələrində yaşadığı evdə olan zaman tanışı Şahid3 ona zəng edib Şahid2la birlikdə oğurluq etməyə gedəcəklərini bildirmiş və ona təklif etmişlər ki, əgər onlarla getsə, oğurlayacaqları əşyalardan ona da verəcəklər. O da bununla razılaşmışdır. Sabunçu rayonu, Sabunçu dairəsində gözləyən zaman Əli Etibarla birlikdə sonuncunun idarə etdiyi “Kia Rio” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş, o da bu avtomobilə əyləşib Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən binanın yaxınlığına gəlmişlər. Etibar aşağıda dayanaraq ətrafa göz gəzdirəcəyini bildirmiş, Əli isə onunla birlikdə mənzilə daxil olacaqlarına razılaşmışlar. Bundan sonra hər ikisi binanın arxa tərəfinə keçərək birinci mərtəbəyə quraşdırılmış kondisionerin üzərinə dırmaşmaqla ikinci mərtəbədə yerləşən həmin mənzilin eyvanına çıxmış, Əli üzərində daşıdığı dəmir parçası ilə eyvanın plastik konstruksiyalı pəncərəsinə güc tətbiq edib açdıqdan sonra birlikdə mənzilə daxil olmuşlar. İçəridən ilk öncə, sonra çoxlu sayda asılqandan asılmış paltarları, güzgünün qarşısında olan saatları və qadın pul kisələrini orada olan iki ədəd böyük ölçülü çantalara yığmış, sonra Əli ona çantaları götürüb düşürtməyi, özünün isə evə son dəfə baxıb gələcəyini demişdir. O da çantaları götürərək aşağı düşüb Etibarın yanına gələrək çantaları avtomobilə yerləşdirmiş, sonra Əli digər çanta ilə avtomobilə yaxınlaşaraq onu yük yerinə qoymuşdur. Onlar oradan uzaqlaşmış və o, Sabunçu dairəsində düşmüş, Əli də ona bir cüt ayaqqabı və bir ədəd gödəkcəni verib getmişdir. Sonra ona məlum olmuşdur ki, Əlinin gətirdiyi digər çantada silah da olmuşdur. Zərər çəkmiş şəxslər X5 və X10 məhkəmədə iştirak etməmişlər. Cinayət prosesi tərəfləri hazırki cinayət hadisəsi ilə bağlı məhkum edilmiş digər iki nəfər şəxs - Şahid3 və Şahid2 barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 1(006)-232/2021 saylı hökmündə (İ cild, i.v.144-151) əks edilmiş X5 və X7 nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadələrinin elan olunmasını təklif etmişlər. Məhkəmə də bunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3-cü və 142.1-ci maddələrinə müvafiq olaraq preyudisial qaydada məcburi qüvvəyə malik hal kimi qəbul etmişdir. Qeyd olunan hökmdə zərər çəkmiş şəxs X3 ifadəsinə görə o, 2020-ci ilin mart ayının sonlarında Azərbaycan Respublikasında “COVİD 19” virusu ilə əlaqədar olaraq mağazalar bağlandığı üçün qudası Zərərçəkmiş şəxs2lə icarəyə götürdüyü mağazada olan əşyaları sonuncunun əmisi oğlu Vidadiyə məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31, mənzil 20-yə yığmış, sonuncu dəfə də həmin yerə 23 aprel 2020-ci il tarixdə getmişlər. 07 may 2020-ci il tarixdə o, Alikə zəng vuraraq bu mənzilə gedib orada saxladığı əşyalara baxmaq istədiyini bildirmiş, Alik də heç bir problem olmadığını, qısa müddət ərzində həmin ünvanın qarşısına gələcəyini demişdir. Aliklə birlikdə evə daxil olduqdan sonra isə hər ikisi evin dəhlizinin dağınıq olduğunu, evdə onun saxladığı paltarların bir hissəsinin yerdə olduğunu görmüşlər. O, evin qonaq otağında saxladığı ona məxsus olan, qiyməti 02 manat olan 01 ədəd “Anne Klein” markalı qadın qol saatı qutusunu, qiyməti 45 manat olan qızılı rəngli “Ted Baker” markalı 01 ədəd dəmir qolbaqlı qadın qol saatını, hər birinin qiyməti 40 manat olan “Anne Klein” markalı qızılı rəngli içərisində 12 ədəd kiçik ölçülü qaşlar olan 04 ədəd qadın qol saatını, qiyməti 45 manat olan “Anne Klein” markalı qızılı-boz rəngli dəmir qolbaqlı qutusu ilə birlikdə 01 ədəd qadın qol saatını, hər birinin qiyməti 20 manat olan “Vince Camuto” markalı qızılı rəngli kənarlarında və içərisində kiçik ölçülü qaşlar olan dəmir qolbaqdan 02 ədəd qadın qol saatını, qiyməti 02 manat olan “Michael Kors” markalı 01 ədəd qadın qol saatı qutusunu, hər birini qiyməti 30 manat olan “Betsey Johnson” markalı 02 ədəd çantanı, qiyməti 400 manat olan 01 ədəd “Swarovski” markalı qol saatını, hər birinin qiyməti 340 manat olan 02 ədəd “Michael Kors” markalı qol saatını, qiyməti 204 manat olan 01 ədəd “Tommy Hilfiger” markalı qol saatını, qiyməti 170 manat olan 01 ədəd “U.S.Polo.ASSN” markalı qol saatını, qiyməti 170 manat olan 01 ədəd “Reaction” markalı qol saatını, qiyməti 204 manat olan 01 ədəd “Calvin Klein” markalı qol saatını, qiyməti 255 manat olan 01 ədəd “Versace” markalı qol saatını, qiyməti 85 manat olan 01 ədəd “Tommy” markalı pul kisəsini, qiyməti 255 manat olan 01 ədəd “Ted Baker” markalı pul kisəsini, hətr birinin qiyməti 204 manat olan 02 ədəd “Unnclain” markalı pul kisəsini, qiyməti 170 manat olan 01 ədəd “Raven Klein” markalı kişi ayaqqabısını, qiyməti 340 manat olan 01 ədəd “Ralph Lauren” markalı kişi gödəkcəsi və hər birinin qiyməti 50 manat olan 02 ədəd iri həcmli çantanın orada olmadığını müəyyən etmişdir. Həmçinin, evin sahibi Vidadiyə məxsus olan spirtli içkilər və iki ədəd ov silahı da oğurlanmışdır. Ona vurulmuş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Həmin hökmdə zərər çəkmiş şəxs X7 nümayəndəsi Zərərçəkmiş şəxs2 əks edilmiş ifadəsinə görə əmisi oğlu Vidadi Almaniyada yaşayır. ünvan 2 evin 20 nömrəli mənzili Vidadiyə məxsusdur, bu evdə heç kim yaşamadığı üçün ora nəzarəti Vidadi ona həvalə etmişdir. X12 icarəyə götürdüyü mağazanı bağladığına görə satdığı əşyaları həmin mənzilə qoymuş və hər dəfə birlikdə gedib əşyalara baxmışlar. Sonuncu 23 aprel 2020-ci il tarixdə həmin mənzildə olmuşdur. 07 may 2020-ci il tarixdə, saat 15 radələrində Gülnarə ona zəng edərək mənzilə gedib orada saxladığı əşyalara baxmaq istədiyini bildirmiş, o da razılaşaraq gün ərzində həmin ünvana gələcəyini demişdir. Bir müddət sonra həmin mənzilə gələndə dəhlizin dağınıq vəziyyətdə olduğunu, paltarların bir hissəsinin yerə dağıldığını görmüşlər. O və Gülnarə dəhlizdən soldakı birinci otağa daxil olan zaman sağ tərəfdə yerləşən rəfdən Gülnarəyə məxsus pul kisələrinin, saatların orada olmadığını və qonaq otağında dolabda olan, Vidadiyə məxsus, qiyməti 80 manata olan 01 ədəd 0,75 litrlik “Stradivari” markalı, hər birinin qiyməti 90 manata olan 04 ədəd 0,75 litrlik “Otard XO” markalı, hər birinin qiyməti 120 manat olan 05 ədəd 01 litrlik “Chivas Royal 1801 Whisky” markalı, hər birinin qiyməti 30 manat olan 06 ədəd 01 litrlik “Jim Beam” markalı, hər birinin qiyməti 24 manat olan 02 ədəd 01 litrlik “Remy Martin” markalı, qiyməti 55 manat olan 01 ədəd 0,75 litrlik “Dimple Whisky” markalı, qiyməti 60 manat olan 01 ədəd 0,75 litrlik “Frangelico” markalı içkiləri və divanın altında saxlanılan iki ədəd ov silahının, habelə pasportların yerində olmadığını müəyyən etmişdir. Təqsirləndirilən şəxslər Şahid3 və Şahid2 tərəfindən vurulmuş ziyan tamamilə ödənilmiş, onlara qarşı şikayət və tələb yoxdur. Məhkəmə istintaqında Şahid2 ifadəsində bildirdi ki, 01 may 2020-ci il tarixdə, saat 01 radələrində Şahid3 ona zəng vuraraq harada olduğunu soruşmuş, evdə probleminin olduğunu deyərək əvvəllər yaşadığı ünvan 2 evin 39 nömrəli mənzilindən bəzi əşyaları oğurlamaq lazım olduğunu bildirmişdir. Əli bu barədə Təqsirləndirilən şəxs də məlumat vermişdir. O, idarə etdiyi “Kia Rio” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Asimi Sabunçu dairəsindən götürüb qeyd olunan ünvana gəlmişlər. Əli Asim ilə birlikdə binanın evin eyvanından mənzilə qalxmış, o isə idarə etdiyi avtomobildə onları gözləmişdir. Təxminən yarım saatdan sonra Asim içərisində saatlar, çanta, ayaqqabı, gödəkcə və içkilər olan böyük bir çanta ilə qayıtmış, o da onu avtomobilin yük yerinə yerləşdirmişdir. Bir qədər keçdikdən sonra Əli də çanta ilə gəlib onu da yük yerinə qoymuş, sonra onlar həmin ünvandan uzaqlaşmışlar. Yolda Əli demişdir ki, atası ilə əvvəllər həmin mənzildə yaşayan zaman atası özünə məxsus silahları orada qoyduğu üçün o, onları götürmüş, lakin silahları özündə saxlaya bilməyəcəyini söyləmişdir. Çünki ailə üzvləri silahları görsələr biləcəklər ki, o, Vidadinin mənzilində olub. O da Əlinin dediklərinə inanıb silahları ondan götürüb özündə saxlayacağını və nə vaxt istəsə verəcəyini bildirmişdir. Əli Ramana qəsəbəsində avtomobildən düşdükdən sonra o, Asimi Sabunçu dairəsinə aparmış, oğurladıqları bir ədəd gödəkcəni və bir ədəd ayaqqabını Asimə vermiş, çantada ona məlum olmayan əşyaları isə özü ilə aparmışdır. Əlinin ona verdiyi əşyaların bir hissəsini evində, digər hissələrini silahlarla birlikdə avtomobilində saxlamış, sonradan isə 3-4 ədəd spirtli içkini içmişdir. İş materiallarında olan: • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 1(006)-232/2021 saylı hökmünə əsasən Şahid3 tanışları Şahid2 və şəxsiyyəti istintaq məlum olmayan “Asim” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə X8 məxsus ünvan 2 evin 39 nömrəli mənzildə heç kimin yaşamaması və dəyərli əşyaların olmasını bildikdən sonra özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 may 2020-ci il tarixdə, saat 02 radələrində Şahid2 idarə etdiyi “Kia Rio” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin ünvanın yaxınlığına gəlmiş, orada aralarında olan razılığa əsasən Şahid2 evin yaxınlığında avtomobildə gözləyib ətrafı müşahidə etmiş, Əli isə “Asim” adlı şəxslə birlikdə binanın arxa tərəfinə keçərək birinci mərtəbəyə quraşdırılmış kondisionerin üzərinə dırmaşmaqla ikinci mərtəbədə yerləşən həmin mənzilin eyvanına çıxmış, Əli üzərində daşıdığı dəmir parçası ilə eyvanın plastik konstruksiyalı pəncərəsinə güc tətbiq edib açdıqdan sonra birlikdə mənzilə qanunsuz daxil olub qonaq otağından V.Şamailova məxsus, qiyməti 80 manata olan 01 ədəd 0,75 litrlik “Stradivari” markalı, hər birinin qiyməti 90 manata olan 04 ədəd 0,75 litrlik “Otard XO” markalı, hər birinin qiyməti 120 manat olan 05 ədəd 01 litrlik “Chivas Royal 1801 Whisky” markalı, hər birinin qiyməti 30 manat olan 06 ədəd 01 litrlik “Jim Beam” markalı, hər birinin qiyməti 24 manat olan 02 ədəd 01 litrlik “Remy Martin” markalı, qiyməti 55 manat olan 01 ədəd 0,75 litrlik “Dimple Whisky” markalı, qiyməti 60 manat olan 01 ədəd 0,75 litrlik “Frangelico” markalı içkiləri gizli olaraq talamaqla X8 ümumilikdə 1.383 manat, habelə həmin otaqdan X4 məxsus, qiyməti 02 manat olan 01 ədəd “Anne Klein” markalı qadın qol saatı qutusunu, qiyməti 45 manat olan qızılı rəngli “Ted Baker” markalı 01 ədəd dəmir qolbaqlı qadın qol saatını, hər birinin qiyməti 40 manat olan “Anne Klein” markalı qızılı rəngli içərisində 12 ədəd kiçik ölçülü qaşlar olan 04 ədəd qadın qol saatını, qiyməti 45 manat olan “Anne Klein” markalı qızılıboz rəngli dəmir qolbaqlı qutusu ilə birlikdə 01 ədəd qadın qol saatını, hər birinin qiyməti 20 manat olan “Vince Camuto” markalı qızılı rəngli kənarlarında və içərisində kiçik ölçülü qaşlar olan dəmir qolbaqdan 02 ədəd qadın qol saatını, qiyməti 02 manat olan “Michael Kors” markalı 01 ədəd qadın qol saatı qutusunu, hər birini qiyməti 30 manat olan “Betsey Johnson” markalı 02 ədəd çantanı, qiyməti 400 manat olan 01 ədəd “Swarovski” markalı qol saatını, hər birinin qiyməti 340 manat olan 02 ədəd “Michael Kors” markalı qol saatını, qiyməti 204 manat olan 01 ədəd “Tommy Hilfiger” markalı qol saatını, qiyməti 170 manat olan 01 ədəd “U.S.Polo.ASSN” markalı qol saatını, qiyməti 170 manat olan 01 ədəd “Reaction” markalı qol saatını, qiyməti 204 manat olan 01 ədəd “Calvin Klein” markalı qol saatını, qiyməti 255 manat olan 01 ədəd “Versace” markalı qol saatını, qiyməti 85 manat olan 01 ədəd “Tommy” markalı pul kisəsini, qiyməti 255 manat olan 01 ədəd “Ted Baker” markalı pul kisəsini, hətr birinin qiyməti 204 manat olan 02 ədəd “Unnclain” markalı pul kisəsini, qiyməti 170 manat olan 01 ədəd “Raven Klein” markalı kişi ayaqqabısını, qiyməti 340 manat olan 01 ədəd “Ralph Lauren” markalı kişi gödəkcəsi və hər birinin qiyməti 50 manat olan 02 ədəd iri həcmli çantanı gizli olaraq talamaqla X4 3.795 manat, ümumilikdə isə zərər çəkmiş şəxslərə xeyli miqdar təşkil edən 5.178 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Sonra Əli cinayət əməlini bilavasitə özü icra edərək mənzilin qonaq otağında divanın altında saxlanılan V.Q.Şamailova məxsus, ABŞ-da zavod üsulu ilə istehsal olunmuş 12 kalibrli, L-376587 №-li, “MOSSBERQ 590” markalı, çaxmaqsız, hamar tək lüləli, sürüşən lüləaltı yastıq vasitəsilə təkrar doldurulan pompalı odlu yivsiz silah hesab edilən 01 ədəd tüfəngi və ABŞ-da zavod üsulu ilə istehsal olunmuş 12 kalibrli, MY33524E nömrəli “Maverick” markalı yivsiz lüləli 01 ədəd ov silahını talamış və gələcəkdə istifadə etməklə maddi mənfəət əldə etmək məqsədi və digər şəxsi niyyətləri ilə V.Q.Şamailovun adına 2 ədəd pasportları, X2 adına 01 ədəd pasportu, X6 adına 01 ədəd pasportu, V.Q.Şamailovun adına 01 ədəd pasportu, digər mühüm şəxsi sənəd hesab edilən V.Q.Şamailovun adına məxsus hərbi bileti və 12 kalibrli “Maverick” markalı və 12 kalibrli “Mossberg” markalı silahların saxlanmasına dair V.Q.Şamailova icazə verilməsi ilə bağlı şəhadətnaməni talamışdır. Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 232.1, 326.1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 03 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Şahid2 isə həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 il 01 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Ted Baker” markalı qol saatı, 01 ədəd “Anne Klein” markalı qol saatı, 01 ədəd “Anne Klein” markalı qol saatı, 01 ədəd “Vince Camuto” markalı qol saatı, 01 ədəd “Anne Klein” markalı qol saatı qutusu ilə birlikdə, 01 ədəd “Anne Klein” markalı qol saatı qutusu ilə birlikdə, 01 ədəd “Betsey Johnson” markalı çanta, 01 ədəd üzərində “Anne Klein” yazıları olan ağ rəngli saat üçün nəzərdə tutulmuş qutu və 01 ədəd “Michael Kors” yazıları olan ağ rəngli qutu zərər çəkmiş şəxs X4 təhvil verilməsi nəzərə alınmış, məhkəmə ekspertizasının xərci 164 manat Şahid3 və Şahid2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hökm edilmişdir (İ cild, i.v.144-151); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 011-10901-1222 saylı məktubuna əsasən ünvan 2 ünvanda yerləşən mənzil 20-də baş vermiş oğurluq faktı ilə ələqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədəd əl-barmaq izi xx.xx.2001-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs oglunun sol əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil edir (İ cild, i.v.153-154); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru vəzifəsini müvəqqəti icra edən F.Dadaşov tərəfindən xx.xx.2022-ci il tarixdə imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.166-167, 196-198, 202-203); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.208); • Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun axtarışı elan edilmiş, xx.xx.2022-ci il tarixdə o, tutularaq aidiyyəti üzrə təhvil verilmişdir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 01 ay 15 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəsini alanadək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. İş üzrə maddi sübutlarla bağlı məsələnin və ekspertiza xərcinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-232/2021 saylı hökmü ilə həll olunması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu 01 (bir) ay 15 (on beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Bünyadzadə küçəsi, ev 49-u hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlarla bağlı məsələnin və ekspertiza xərcinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-232/2021 saylı hökmü ilə həll olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar