Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-350/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, İİ qrup əlilliyi olan, QİÇS xəstəliyindən əziyyət çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədilə qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs 16 aprel 2022-ci il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:00-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bölmənin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins gödəkcənin sağ döş cibində olan sarımtıl rəngli şəffaf plastmas qutunun içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,024 qram, 0,014 qram, 0,013 qram, 0,024 qram, 0,019 qram, 0,022 qram, 0,032 qram, 0,020 qram, 0,020 qram, 0,026 qram, 0,028 qram, 0,028 qram olmaqla ümumi təmiz çəkisi 0,270 qram təşkil edən 12 ədəd kağız bükümdə narkotik vasitə heroin və ayrıayrılıqda təmiz çəkiləri 0,017 qram, 0,036 qram, 0, 025 qram və 0,012 qram olmaqla ümumi təmiz çəkisi 0,090 qram təşkil edən 4 ədəd kağız bükümdə həmin psixotrop maddə melamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər bir neçə dəfə, müxtəlif vaxtlarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilmişdir. Məmməd kimi tanıdığı iran əsilli şəxsdən təxminən 4-5 gün əvvəl onlayn qaydada 200 manata bir qədər narkotik vasitə kakos və şüşə adlanan psixotrop maddə almışdır. Həmin narkotik vasitə və psixortop maddəni ‘'Xətai’' metrostansiyasının yaxınlığından götürmüşdür. xx.xx.2022-ci il tarixdə günün ikinci yarısında Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov küçəsində yerləşən hamamın üst hissəsində olan soküntü ərazisinə gedərək, 2 gün əvvəl Məmməd adlı şəxsdən aldığı narkotik vasitə və psixotrop maddəni istifadə etmək istəmişdir. Həmin zaman çoxdan tanıdığı Elton adlı şəxsin də həmin yerdə narkotik vasitədən istifadə etdiyini görmüşdür. Orada olan zaman tanımadığı dörd nəfər şəxs onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, xidməti vəsiqələrini təqdim etmişdirlər. Bundan sonra onlara narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli bildiklərini bildirərək, onları Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət etmişdilər. O Bölməyə gəldikdən sonra ona hüquqlarının müdafiəsi üçün vəkil lazım olacağını bildirdiklərində o maddi imkanının olmadığını bildirmişdir. Bundan sonra ona təqdim olunmuş siyahıda qeyd olunan vəkillərdən hər hansı birinin onun hüquqlarını müdafiə etməsini seçməyini bildirmişdilər və o, həmin vəkillərdən hər hansı birinin hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Bununla yanaşı ona videoçəkilişlə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Beləliklə də, videoçəkilişlə üzərinə baxış keçirilər zaman ona üzərində və ya əşyalarında hər hansı bir əşyanın olub olmaması sual edildikdə, o içərisində təxminən 4-5 gün əvvəl Məmməd adlı şəxsdən aldığı və üzərində gəzdirdiyi 12 ədəd ağ rəngli kağız bükümlərində olan narkotik vasitə “Kakos" yəni heroin, digər 04 ədəd ağ rəngli kağız bükümlərində olan psixotrop maddə "Şüşə" yəni melamfetamin olan 01 ədəd sarımtıl rəngli şəffav plastik qabı əynindəki qara rəngli cins gödəkçənin sağ döş cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi ilə birlikdə çıxararq masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmişdir və o üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra onun üzərində axtarış aparılmağa başlanılmışdır, lakin heç bir əşya aşkar edilməmişdir. Bundan sonra isə onun təqdim etdiyi,01 ədəd sarımtıl rəngli şəffav plastik qab və onun içərisində olan ayrı-ayrılıqda on altı büküm açılaraq onların içərisində olan maddələrin nə olduğunu demək ona təklif edilmişdir və ,o, on iki bükümün içərisində narkotik vasitə “Kakos” yəni heroin, digər dörd bükümlərin içərisində isə psixotrop maddə “Şüşə" yəni melamfetamin olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitənin və psixotrop maddənin haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual ediləndə, haradan, necə və nə məqsədlə əldə etməyini bildirmişdir.Bundan sonra iştirakçıların və onların iştirakları ilə, çəkiliş zamanı onun təqdim etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminlər ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürlənmişdir və istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında verilmiş suala Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, o, xeyli müddətdir ki, narkotik vasitədən və psixotrop maddələrdən istifadə edir, o, narkotik vasitəni və psixotrop maddəni özü üçün almışdır və öz istifadəsi üçün üstündə saxlamışdır, onun əldə etdiyi maddələri kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyə vermək fikri olmamışdır. Özünü yalnız narkotik vasitənin istifadəçisi kimi təqsirli bilməsini, İİ qrup əlilliyi olmasını və QİÇS xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 16 aprel 2022-ci il tarixdə vətəndaş Elton və Rəşad adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirmələri barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılmasından ötrü 21-ci PB-nin rəisinə raportla məruzə olunmuşdur. Polis bölməsinin əməliyyat müvəkkili, Şahid2, baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid3 və onun iştirakı ilə xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanın qarşısında keçirilən əməliyyat tədbiri zamanı Rəşad və Elton adlı şəxslər saxlanılaraq Nəsimi RPİ-nin 21-ei PB-yə gətirilmişdilər. 21-ci Polis Bölməsində həmin Rəşad adlı şəxsin xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra sonuncuya onun hüquq və vəzifələri, həmçinin müdafiəçinin hüquqlarından istifadə elmək hüququq izah edilərək ona hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra Bplmənin təhqiqatçısı Şahin Fərhadovun xidməti iş otağında vidcoçəkiüşlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif edilmişdir. O, əynində olan qara rəngli cins gödəkçəsinin sağ döş cibindən 01 ədəd sarımtıl rəngli şəffav plastik qabı və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa heç bir qanunsuz əşyanın və ya narkotik vasitənin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir və heç bir əşya aşkar edilməmişdir. Daha sonra ondan üst-başını səliqəyə salması tələb edilmişdir. Daha sonra həmin 01 ədəd sarımtıl rəngli şəffav plastik qab açılaraq onun içərisində olan ümumilikdə 16 ədəd ağ kağız bükümü çıxarılaraq masanın üzərinə qoyulmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi, 01 ədəd sarımtıl rəngli şəffav plastik qabın içərisində olan ayrı-ayrılıqda 16 büküm açılaraq onların içərisində olan maddələrin nə olduğunu demək ona təklif edilmişdir və Təqsirləndirilən şəxs on iki bükümün içərisində narkotik vasitə “Kakos” yəni heroin, digər 4 bükümlərin içərisində isə psixolrop maddə “patı” yəni metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddənin haradan əldə eldiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual ediləndə, o, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və Məmməd kimi tanıdığı İran əsilli şəxsdən təxminən 2-3 gün əvvəl həmin şəxsin kartına pul köçürməklə 200 manata əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs çəkiliş zamanı təqdim etdiyi maddələr həmin 01 ədəd sarımtıl rəngli şəffav plastik qabın içərisinə yerləşdirilmiş və həmin qab içərisində olan maddələrlə birlikdə ekspertiza tədqiqatına göndərilməsi üçün zərlə qoyularaq möhürlənmiş və istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlər Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid1 və Şahid3 onlardan əvvəl şahid qismində dindirilmiş Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişlər ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli cins gödəkçəsinin sağ döş cibindən 01 ədəd sarımtıl rəngli şəffaf plastik qabı və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxararaq masanın üzərinə qoymuş, həmçinin 01 ədəd sarımtıl rəngli şəffav plastik qab açılarkən onun içərisində olan ümumilikdə 16 ədəd ağ kağız bükümü aşkar edilmiş və sonuncu 12 ədəd bükümün içərisində narkotik vasitə “Kakos” yəni heroin, digər 4 bükümün içərisində isə psixotrop maddə “Patı” yəni metamfetamin olduğunu göstərərək həmin bükümlərin Məmməd kimi tanıdığı İran əsilli şəxsdən təxminən 2-3 gün əvvəl həmin şəxsin kartına pul köçürməklə 200 manata əldə etdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 22-23-cü vərəqələrində olan 16 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 130-134-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 aprel 2022-ci il tarixdən 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 174-177-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 05 avqust 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 189-190-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 58-63-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2022-ci il tarixli 6/2189 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «AR DİN Zərflər üçün № 189» dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədə qabın içərisində 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,024 qram, 0,014 qram, 0,013 qram, 0,024 qram, 0,019 qram, 0,022 qram, 0,032 qram, 0,020 qram, 0,020 qram, 0,026 qram, 0,028 qram, 0,028 qram olmaqla ümumi təmiz çəkisi 0,270 qram olan qəhveyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,017 qram, 0,036 qram, 0, 025 qram və 0,012 qram olmaqla ümumi təmiz çəkisi 0,090 qram olan ağ rəngli kristalik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroinin təmiz çəkisi 0,270 qram, tədqiqata sərf olundu – 0,12 qram, qalıq 0,150 qramdır, metamfetaminin təmiz çəkisi 0,090 qram, tədqiqata sərf olundu – 0,04 qram, qalıq 0,050 qramdır. Cinayət işinin 1-ci cild 59-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 171-172-ci vərəqələrində olan 20 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza keçirildikdən sonra təmiz halda qalıq çəkisi – 0,150 qram təşkil edən narkotik vasitə heroin və 0,050 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 2-ci cild 98-115-ci vərəqələrində olan 23 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və P.M.Süleymanovun üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 0,150 qram təşkil edən narkotik vasitə heroin və 0,050 qram metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 205-206-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 11 iyun 2022-cı il tarixli, 3178 saylı rəyindən görünür ki, opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. razi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 210-213-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1531 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs anlaqlı olmaqla etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmuşdur. Bu səbəbdən, o, Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin 1-ci cild 166-169-cu vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 may 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 4-cü dəfə Yasamal Rayon Məhkəməsinin 12 iyun 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Qaradağ Rayon Məhkəməsinin 27 fevral 2015ci il tarixli qərarı ilə 6 ay vaxtından əvvəl şərti azad olunmuşdur, 5-ci dəfə Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 10 avqust 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 1-ci cild 175-190-cı vərəqələrində olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli 1(001)-153/2016 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 53-cü vərəqəsində olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 16 aprel 2022-ci il tarixdə saat 21:00dan başlayaraq qeydə alınmışdır. Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasında xidməti iş otağında bölmənin təhqiqatçısı Şahin Fərhadov özünü təqdim edir, bundan sonra Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkilləri Şahid2, SşR.Məmmədovun, Şahid1 və Şahid3, mütəxəssis qismində dəvət edilmiş X1 iştirakı ilə P.M.Süleymanovun üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Bundan sonra P.M.Süleymanovun üzərinə şəxsi axtarış keçirilir. Daha sonra, iştirakçılar, təhqiqatçının təklifi ilə özlərini təqdim edir, təhqiqatçı P.M.Süleymanova hüquq və vəzifələrini izah edərək ondan üzərində, paltarlarında, ciblərində, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsini xahiş edir. P.M.Süleymanov əynində olan qara rəngli cins gödəkçəsinin sağ döş cibindən 01 ədəd sarımtıl rəngli şəffav plastik qabı və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxararaq masanın üzərinə qoyur, həmçinin 01 ədəd sarımtıl rəngli şəffav plastik qab açılarkən onun içərisində olan ümumilikdə 16 ədəd ağ kağız bükümü aşkar edilir və sonuncu 12 ədəd bükümün içərisində narkotik vasitə “Kakos” yəni heroin, digər 4 bükümün içərisində isə psixotrop maddə “Patı” yəni metamfetamin olduğunu göstərərək həmin bükümlərin Məmməd kimi tanıdığı İran əsilli şəxsdən təxminən 2-3 gün əvvəl həmin şəxsin kartına pul köçürməklə 200 manata öz istifadəsi üçün əldə etdiyini bildirir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun onun satış məqsədilə qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma və satma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələrində 16 ədəd büküm narkotik vasitələrinin və psixotrop maddələrin yalnız özünün istifadəsi üçün əldə etdiyini bildirsə də, məhkəmə hesab edir ki, 16 ədəd bükümün ayrı-ayrılıqda olması onun sadəcə şəxsi istifadəsi üçün deyil həminçinin satmaq niyyətini də özündə ehtiva edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 saylı qərarının 9-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən İİ qrup əlil olmaslnl və QİÇS xəstəliyindən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli resedivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü və 83.3.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə 6 ay vaxtından əvvəl şərti azad olunmasına, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və 10 avqust 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq qeyd edilmiş həm birinci həm də ikinci hökmlər üzrə cəzasını çəkib qurtardığı gündən iki il keçmədən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda 16 aprel 2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli resedivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək o, həmin maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 16 aprel 2022-cı il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın 11 iyun 2022-cı il tarixli, 3178 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,150 qram narkotik vasitə olan heroin və 0,050 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Ş.A.Abduləzizliyə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 № Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 2 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi Rayon Polis İdarəsini Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,150 qram narkotik vasitə olan heroin və 0,050 qram psixotrop maddəs olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE ********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-350/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-350/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver