Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-351/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X4, müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 08 mart 2022-ci il tarixdə axşam saatlarında ünvan 3 ünvanda yerləşən telefon mağazasında olarkən tanışı Şahid1 onun yanına gələrək söhbət əsnasında digər tanışları Zərərçəkmiş şəxs Eldətıiz oğluna məxsus “Nama mini" markalı mopedin yanacaq doldurulması üçün sonuncu tərəfindən ona etibar edilməsi, açarının özündə olması və mopedin ünvan 4 ünvanda yerləşən “Bolmall" supermarketin qarşısında saxlanıldığını bildirməsindən sonra özgənin əmlakını gizli olaraq talama məqsədilə Şahid1 mopedin açarını masanın üzərinə qoymasından və başının qarışıq olmasından istifadə edib açarı gizli formada masanın üzərindən götürərək həmin gün saat 23 radələrində “Bolmart” supermarketin qarşısına gəlib Zərərçəkmiş şəxs məxsııs 1000 manat dəyərində “Nama mini" markalı mopedi hərəkətə gətirib idarə etməklə gizli olaraq talayaraqıb sonunciya maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda, istintaqa, məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,905 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 12 mart 2022-ci il tarixdə saat 18:00-da ünvan 5 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gəlirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan açıq mavi rəngli şalvarın sağ yan cibindəki 01 ədəd şəffaf selofanın içərisindən 03 ədəd ayrıayrılıqda təmiz çəkiləri 0,261 qram, 0,350 qram və 0,294 qram olmaqla ümumi təmiz çəkisi 0,905 qram təkil edən şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022 ci il tarixdə saat 14 radələrində yaşadığı evin yaxınlığında dostu Sadiqlə görüşmüşdür. Onun başında kask olduğunu görüb dostu Toğrulun mopedinin onda olduğunu başa düşmüşdür. O, mopedi Şamil Əzizbəyov küçəsində yerləşən Bolmart marketinin yanında saxlamışdır. Ondan mopedi verməsini və işlərini yoluna qoyduqdan sonra qaytaracağını demişdir. Mopedin açarını götürüb Bolmar, marketin yanına gəlib mopedi işə salıb əvvəlcə Azərbaycan Neft Akademiyasının yaxınlığındakı zibil yeşiklərinin yanına gedib orada tullantıların içərisində yararlı vəziyyətdə ola biləcək telefon aksesuarları axtarmışdır. Tapmadığı üçün Rəşid Behbudov küçəsində Avtoş Dönər adlı kafeyə gəlib orada işləyən Əmrah adlı oğlandan ona borclu olduğu 50 manat pulu istəmək üçün gedmiş lakin Əmrah orada olmamışdır. Mopedi evinin yaxınlığındakı C.Hacıbəyli küçəsi 2 saylı ünvanda yerləşən “Evrohome" ticarət mərkəzinin arxasındakı mühafizə olunan dayanacaqda saxlayıb çıxıb getmişdir və açarı yaşadığı məhlən.n yanında Sadiqə vermişdir. Elə həmin vaxt onların yanına mopedin sahibi Toğrul da gəlmişdir. Onun mopedin oğurlanması ilə bağlı hər hansı şikayət etdiyindən məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində evinin yanında yerləşən “Evrohome” ticarət mərkəzinin qarşısındakı avtobus dayanacağında dayandığı zaman kiçik zibil qutusunun yanında yerdə Vinchester markalı siqaret qutusü görüb onun dolu olduğunu fikirləşdiyi üçün onu yerdən götürüb baxmışdır. Qutunun içərisində siqaret dənəsi yox idi lakin şəffaf sellofanın içərisində 3 ədəd büküm olduğunu görmüşdür. Bükümlərin içərisinə baxdıqda onların dördündə də narkotik vasitə olan kokos olduğunu görüb maraqlı gəldiyi üçün cibinə qoymuşdur. Siqaret qutusunu isə tullamışdır. Saat 18 radələriııdə isə məhlənin qarşısında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və cinayətdə şübhəli olduğunu bildirərək onu 22-ci PŞ-nə dəvət etmişlər. PŞ-də olan zaman təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub olmadığı soruşulmuşdur. Bu zaman həmin proses mütəxəssis tərəfindən video kamera ilə qeydə alınırdı. Həmin suala cavab olaraq üzərində narkotik vasitə hesab olunan hcroin olmasını bildirmişdir. Daha sonra masaya yaxınlaşaraq əynində olan açıq mavi şalvarının sağ yan cibindəki 01 ədəd şəffaf sellofanın içərisində olan 03 ədəd ayrı-ayrılıqda sellofana bükülmüş bükümləri çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümləri açdıqda isə onun içərisində tünd qəhvəyi rəngli maddə olan heroini təhqiqata təqdim etmişdir. Daha sonra həmin maddə boş bir zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənib MEM-ə göndərilmişdir. Daha sonra həmin videogörlintüyə baxılmış və sonra protokol tərtib olunaraq imzalanmışdır. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, cavan olmasını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, əvvəllər məhkum olunmamasını, atasının birinci qrup əlil olmasını və atasına ondan başqa baxan kimsənin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərində olan videogörüntülər və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində dindirilmiş E.Ə.Əliyeva ifadəsində göstərmişdir ki, oğlu Toğrul xx.xx.2022-ci il tarixdə saat təxminən 25 radələrində oğlunun idarə eldiyi “Nama mini" markalı mopedi Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi ilə Ş.Əzizbəyov küçələrinin kəsişməsində yerləşən ‘‘Bolmart” supermarketin qarşısında benzininin az olduğu üçün saxlamışdır. Buna görə də mopedi saxladıqdan sonra piyada yaşadığı ünvan 7 ünvanda tanışı Sadiq də orada olmuş və o yorulduğu üçün mopedin açarını Sadiqə verərək benzin doldurmasını ondan xahiş etmiş, sonuncuda ondan açarı götürərək getmişdir. Daha sonra isə üzərindən uzun müddət keçməsinə baxmayaraq Sadiqdən bir xəbər çıxmamışdır. Toğrul isə bu zaman artıq mopedinin oğurlanmağından şübhələnib DİN-in 102 xidmətinə müraciət elmişdir. Polis əməkdaşları tərəfindən Toğrulun müraciətindən sonra həmin moped Rəvanın yaşadığı evinin yaxınlığında aşkar edilərək götürülmüş və Toğrula geri qaytarılmışdır. Daha sonra E.Ə.Əliyeva məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən oğluna vurulmuş ziyan tamamilə ödənilmişdir, sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur və olmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Toğrul onun kirayədə yaşadığı ünvana gəlmiş və mopedi Bolmart marketinin yanında saxladığını, mopeddə benzin olmadığını bildirib benzin vurmağını ondan xahiş etmişdir. Yaşadığı evlə üzbəüz yerləşən və qonşu Rəvanən işlətdiyi telefon mağazasına təmir üçün verdiyi telefonu götürmək üçün həmin mağazaya girmişdir. Mağazada Rəvanla söhbət edərkən Toğruldan götürdüyü mopedin açarını, pul kisəsini masanın üzərinə qoymuşdur. Bu zaman Toğrula mopedinin bolmart marketin qarşısında saxlayaraq bura qədər piyada gəldiyini söyləmişdir. Elə həmin vaxt Rəvan dükandan çıxmışdır. O çıxdıqdan təxminən 5-10 dəqiqə sonra mopedin açarının masanın üzərində olmadığını görüb itirdiyini düşünmüşdür. Təxminən 15-20 dəqiqə orada dayanıb ətrafı axtarmışdır ki, açarı tapsın. Bu vaxt Rəvan dükana gəldikdə ondan açarı götürübgötürmədiyini soruşanda ssonuncu aşağı əyilib qalxaraq əlindəki açarı masanın üzərinə qoymuşdur. Guya açarın yerə düşdüyünü ona bildirmişdir. Rəvan telefonun hələ təmir olmadığını dediyi üçün oradan çıxıb mopedi götürmək üçün gələndə mopedi Bolmart Supermarketinin qarşısında tapmamışdır. Evə gedib Toğrula mopedin saxladığı yerdə olmadığını bildirmişdir. Toğrul da gedib polis şöbəsinə mopedin oğurlanması ilə bağlı şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, PŞ-nın digər əməkdaşı əməliyyat müvəkkili Şahid3 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində S.Osgərova küçəsi, 207 saylı ünvanında yaşadığı evinin qarşısında dayanan Zərərçəkmiş şəxs məxsus ’‘Nama" markalı mopedi oğurluq etməkdə şübhəli bilinən Rəvan adlı şəxsə yaxınlaşmışlar. Yaxınlaşdıqdan sonra müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Həmin zaman o, narkotik vasitə aludəçisi olduğunu və üzərində də narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərini yoxlamaq məqsədi ilə onu PŞ-nə dəvət etmişlər. Şöbədə dəvət edilmiş müdafiəçinin iştirakı ilə saxlanılan şəxsə hüquq və vəzifələri izah olunduqdan sonra həmçinin dəvət edilmiş mütəxəssisin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı sonuncuya təhqiqatçı rərəfındən üzərində ola biləcək qanunsuz əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, könüllü şəkildə açıq mavi rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofanın içərisində olan 04 ədəd ayrı-ayrılıqda sellofana bükülmüş bükümləri çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümləri açdıqda isə onların içərisində tünd qəhvəyi rəngli maddə olan bükümü, yəni heroini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan heroin zərfə qoyulmaqla qablaşdırılıb möhürlənmiş və ekspertiza tədqiqatına göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin CA-üzrə əməliyyat müvəkkili Şahid3 ondan əvvəl şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan açıq mavi rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofanın içərisində olan 03 ədəd ayrı-ayrılıqda sellofana bükülmüş bükümlərdə heroin aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 20-21-ci vərəqələrində olan 12 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 89-93-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 mart 2022ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 149-151-ci vərəqələrində olan Bakı Appellyasiya Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və sonuncu həbsdən azad edilmişdir. Cinayət işinin 1-ci cild 152-ci vərəqəsində olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi M.Əliyevin 04 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş seçilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 23 avqust 2022ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 56-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2022-ci il tarixli, 6/1452 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N9190'' dairəvi mölıiir oksi olan “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə (üç ədəd ayrı-ayrılıqda təmiz çəkisi 0,261 qraıvı, 0,350 qram, 0,294 qram ümumi təmiz çəkisi 0,905 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi – 0,905 qram, tədqiqata sərf edildi – 0,12 qram, qalıq 0,785 qram. Cinayət işinin 1-ci cild 212-214-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2022-ci il tarixli, 9/4525 saylı ekspert rəyindən görünür ki, analoji malların markasına, modelinə, müvafiq olaraq ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd “Nama mini” markalı mopedin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1000 manat müəyyən edilir. Cinayət işinin 1-ci cild 57 və 213-cü vərəqələrində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat və 50 (əlli) manat cəmi olaraq 115 (bir yüz on beş manat )müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 208-209-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 10 may 2022-ci il tarixli, 2340 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 192-193-cü vərəqələrində olan 23 may 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş və ekspertiza tədqiqatdan sonra qalan 0,785 qram heroin Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 221-230-cu vərəqələrində olan 08 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 02 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, digər maddi sübut “Nama mini” markalı moped Zərərçəkmiş şəxs qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilmişdir. Cinayət işinin 1-cild 167-168-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 11 may 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 52-ci vərəqəsində olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 12 mart 2022-ci il tarixdə, saat 21:00dan 21:35-dək qeydə alınmışdır. Nəsimi RPİ-nin 22-ci PB-nin inzibati binasında xidməti iş otağında bölmənin təhqiqatçısı tərəflərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Bundan sonra, iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə özlərini təqdim edir, təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edir və ondan üzərində, paltarlarında, ciblərində, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofanın içərisində olan 03 ədəd ayrı-ayrılıqda sellofana bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni digər hər hansı əşyanın olub-olmaması soruşulduqda, sonuncu heç bir əşyanın olmadığını bildirir. Bundan sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır lakin heç nə aşkar edilmir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün nədən ibarət olması barədə soruşduqda, sonuncu həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni evinin yanında yerləşən “Evrohome” ticarət mərkəzinin qarşısındakı avtobus dayanacağında dayandığı zaman kiçik zibil qutusunun yanında yerdə Vinchester markalı siqaret qutusunun içində tapdığını bildirir. Cinayət işinin 1-ci cild 191-ci vərəqəsində olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, videogörüntü ünvan 8 ünvanda yerləşən “Eurohome" ticarət mərkəzinin içəsirisində olan kamerada 09 mart 2022-ci il tarixdə 00:52:27-dən 00:52:58-dək müddət ərzində çəkilmişdir. Videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs "Eurohome" ticarət mərkəzinin həyətinə mopedlə daxil olur və orada saxlayır. Cinayət işinin 1-ci cild 218-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 xx.xx.2022-ci il tarixli, 6102 saylı məktubunun surətindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-yə qəbul olunub, halhazırda müalicəsi davam edir. Zərərçəkmiş şəxs ruhi vəziyyəti istintaq hərəkətlərinin aparılmasına imkan verir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 xx.xx.2022-ci il tarixli, 7567 saylı məktubundan görünür ki, T.E. Dövlətov xx.xx.2018-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə adı yuxarıda göstərilən xəstəxanada stasionar müalicədə olub. Axırıncı dəfə Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə AR SN RPX-na stasionar müalicəyə qəbul olunub, hal hazırda müalicəsi davam olunur. Diaqnoz: Şəxsiyyətin emosional davamsız tip pozuntusu, tez-tez baş verən dekompensasiyalar və özünükəsmələrlə. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, E.Ə.Əliyeva Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi E.Ə.Əliyevanın ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğluna vurulmuş ziyan tamamilə ödənilmişdir, sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur və olmayacaqdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Azərbaycan Respublikası SN-nin Ambulator Kitabçadan olan çıxarışın və X1 tibb kartının sürətindən görünür ki, X6 (Təqsirləndirilən şəxs atası) baş-beyin xəstəliklərindən əziyyət çəkir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyləri, iş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan videogörüntülər və digər iş materialları ilə onun tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlama və daşıma cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.1 və 234.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, cavan olmasını, əvvəllər məhkum olunmamasını, atasının birinci qrup əlil olmasını və atasına ondan başqa baxan kimsənin olmamasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ona qarşı heç bir şikayətinin, tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, cavan olmasını, əvvəllər məhkum olunmamasını, atasının birinci qrup əlil olmasını və atasına ondan başqa baxan kimsənin olmamasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ona qarşı heç bir şikayətinin, tələbinin, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, təyin edilmiş cəzalar həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və sonuncunun 12 mart 2022-ci il tarixindən 04 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 23 (iyirmi üç) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 10 may 2022-ci il tarixli, 2340 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,785 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 02 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus “Nama mini” markalı moped sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 115 (bir yüz on beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 177.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdən 04 aprel 2022-ci il tarixədək, yəni 23 (iyirmi üç) gün həbsdə saxlama müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 01 (bir) ay 16 (on altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,785 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus “Nama mini” markalı moped sonuncuya qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 115 (bir yüz on beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-351/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-351/2022
03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver