Məhkəmə qərarları › İş №1(006)-354/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-354/2024

20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-354/2024 20.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili X3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Xaçmaz rayonu, Xaçmaz şəhəri, X13 küçəsi ev 9 ünvanında qeydiyyatda olan, hazırki cinayət işi üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, ********* saylı cinayət işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)- 459/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerqə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,341 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 05 fevral 2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15:00-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanda yerləşən Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən bir bükümdə təmiz çəkisi 0,341 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,734 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 14 mart 2024-cü i tarixdə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 13:00-da ünvan 5 ünvanının qarşısında saxlanılaraq ünvan 6olis Bölməsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki idman gödəkçəsinin cibindən bir bükümdə təmiz çəkisi 0,734 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 05 fevral 2024-cü il tarixdə saat 15:00 radələrındə Bakı şəhəri, Nəsimi rayonu, C Səlimov küçəsi 16 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını bilidrıb mənə narkotik maddələri əldə edib saxlayaraq istifadə etməkdə şübhəli olduğumu deyib, onu Nəsimi Polis İdarəsinə dəvət etdilər. Etiraz etməyərək həmin şəxslərlə Nəsimi RPİ-nə gəlmişdir. İdarədə ona müdafiəçinin iştirakı ilə və mütəxəssis video-çəkiliş edərək üzərinə baxış keçirilməyə başlayarkən əvvəlcə ona üstündə, paltarının ciblərində, əşyalarda və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmiş, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd alışqan, 1 ədəd qara rəngli «Samsung» markalı mobil telefonu, şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində ağ şəffaf kristal formalı maddəni çıxararaq təqdim etmişdir. Ondan həmin bükümdə nə olduğu soruşulmuş və o da həmin 01 ədəd bükümün içərisində «patı» olduğunu və onu 05 02.2024-cü ıl tarixdə Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə üzdən tanıdığı Kamil adlı şəxsdən 20 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra onun üstündə aşkar edilən 01 ədəd büküm ekspertiza tədqiqatına göndərilməsi üçün içərisi boş olan zərfə qoyularaq zərfin ağzı bağlanaraq Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş «186» nömrəli möhürlə möhürlənmişdir. Sonra zərfin üzəri o da daxil olmaqla iştrakçılar tərəfindən imzalanmışdır. Bundan sonra 01 ədəd «Samsung» markalı mobil telefonda ayrıca qablaşdırılaraq istintaqa veriləcəyi bildirilmişdir. Bundan başqa, 14 mart 2024-cü il tarixdə saat 13:00 radələrində ünvan 7 ünvanın qarşısında olan zaman üç nəfər mülki geyimdə şəxs ona yaxınlaşmış, həmin şəxslər də özlərinin polis əməkdaşı olduqlarını bildirmiş və onun hərəkətlərinin şübhəli olduğunu demişlər. Sonra Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət etmişlər və onlarla birlikdə Nəsimi RPİ-nin 21-ci PB-nə getmişdir. Orada ona dövlət hesabına müdafiəçi təyin edilmiş, müdafiəçinin iştirakı ilə və mütəxəssis videoçəkiliş edərək üzərinə baxış keçirilməyə başlayarkən əvvəlcə üstündə, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif etmişlər. O da əynində olan qara rəngli idman gödəkçəsinin cibindən 01 ədəd sellofana bükülmüş bükümü, eyni zamanda 1 ədəd qara rəngli «Samsung» markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Ondan həmin bükümdə nə olması soruşulanda o da həmin 01 ədəd bükümün içərisində «patı-şüşə» olduğunu və onu 13 03.2024-cü il tarixdə «Sovetski» adlanan ərazidə tanımadığı, adını bilmədiyi şəxsdən 30 manata özü istifadə üçün aldığını bildirmişdir. Bundan sonra onun üstündə aşkar edilən 01 ədəd büküm ekspertiza tədqiqatına göndərilməsi üçün içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış, Nəsimi RPİ-nin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş «189» nömrəli möhürlə möhürlənmişdir. Sonra zərfin üzəri iştrakçılar tərəfindən imzalanmışdır. Bundan sonra 01 ədəd «Samsung» markalı mobil telefonda ayrıca qablaşdırılmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 14 mart 2024-cü il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və əməliyyat müvəkkili polis leytenantı Şahid3 ilə birlikdə ünvan 8 ünvanın qarşısında Ceyhun adlı şəxsin narkotik vasitə əldə etməsi və saxlaması barədə məlumat əldə etmişlər. Həmin məlumat üzrə qeyd olunan Ceyhun adlı şəxsin ifşa edilməsindən ötrü bölmə rəhbərliyinə raportla müraciət etmişlər. Ondan əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmiş, 14 mart 2024-cü il tarixdə saat 11:30-da ünvan 9 ünvanın qarşısına gəlmişlər. Ceyhun kimi tanınan şəxsi gördükdə həmin şəxsi saat 13:00-da yaxınlaşaraq özünü təqdim etmiş və ona narkotik vasitələrin qəbulunda, saxlanmasında və daşımasında şübhəli olduğunu bildirərək, onu 21-ci PB-nə dəvət etmişlər. Ceyhun buna etiraz etməmiş onunla birlikdə 21-ci PB-nə gəlmişdir. Ceyhun PB-nə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmış, həmin vaxt məlum olmuşdur ki, həmin şəxs Xaçmaz rayonu, Xaçmaz şəhəri, H.X.Fərzəliyev küçəsi ev 9-da qeydiyyatda olan. Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, ev 5, mənzil 42-də yaşayan Təqsirləndirilən şəxsdur. Ceyhuna narkotik vasitə saxlaması, qəbul etməsində şübhəli olması ehtimal edildiyindən onun üstünə şəxsi axtarış keçirilməsi məqsədilə rəhbərliyə raportla məruzə etmişlər və həmin raportun icrası Nəsimi RPİ-nin 21-ci PB-nın təhqiqatçısı polis mayoru Nicat Sadıqova həvalə edildiyi üçün Təqsirləndirilən şəxs təhqiqatçının xidmət iş otağına aparmışlar. Orada ona vəkil dəvət edilmiş və ona üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışında vəkil, mütəxəssis kimi dəvət olunmuş Nəsimi RPİ-nin KTQ-nın inspektor kriminalisti vəzifəsində çalışan X9, əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid3 və o özü iştirak etmişdir. Şəxsi axtarış başlanan zaman Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş və o ilkin olaraq əynindəki qara rəngli gödəkçəsinin cibindən 01 ədəd şəffaf selofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddə olan bükümü, sonra 1 ədəd qara rəngli «Samsung» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşya olub-olmaması sual edildikdə, o üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Ondan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs 01 ədəd selefon bükümün içərisində nə olduğunu, haradan və nə məqsədlə alması sual edildikdə o, cavab olaraq bildirmişdir ki, həmin bükümün içərisindəki ağ rəngli kristal şəkilli maddə «patı-şüşə»dir, onu 13 mart 2024-cü il tarixdə Bakı şəhəri Sovetski adlanan ərazidə üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən özü istifadə üçün 30 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün ekspertizaya göndərilməsi üçün zərfə qoyulacağı və qablaşdırılacağı bildirildi. Zərfin içərisi əvvəlcə iştrakçılara göstərildi və zərfin içərisi boş olduğu müəyyən edildiyi üçün Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd büküm həmin zərfə qoyularaq qablaşdırıldı. Sonra zərf «189» nömrəli möhürlə möhürlənərək üzəri iştrakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda bir ədəd «Samsung» markalı mobil telefon da başqa bir zərfə qoyularaq qablaşdırılmış və istintaqa veriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan axtarış ilk vaxtdan mütəxəssis tərəfindən video-çəkilişi edilərək qeydə alınmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid1 və Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid3 Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid4 izahatında bildirdi ki, Nəsimi RPİ-də NBM-də əməliyyat müvəkkili işlədiyi dövrdə, 05 fevral 2024-cü il tarixdə Ceyhun adlı şəxsin narkotik vasitə əldə etdiyi və saxladığı barədə məlumat əldə olunmuş, həmin məlumat rəhbərliyə rapotla məruzə olunmuş, rəhbərlik tərəfindən ondan və digər əməliyyat müvəkkili qurbaov Ruslan Yavər oğlundan ibarət əməliyyat qrupu yaradılmış, o və Şahid4 05 fevral 2024-cü il tarixdə ünvan 10 ünvanın qarşısına gəlmişlər. Təqribən saat 15:00 radələrində həmin ünvanda Ceyhun kimi bildiiyimiz şəxsi görərək ona yaxınlaşmışıq. Əvvəl özünü təqdim etmiş, ondan da anket məlumatlarını istəmişlər. Sonra ona narkotik vasitələrin qəbulunda, saxlanmasında şübhəli olduğunu bildirərək onu Nəsimi rayon polis İdarəsinə dəvət etmişlər. Onların dəvətinə etiraz etməyərək Ceyhun onlarla idarəyə gəlmiş, idarədə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmış və onlara məlum olmuşdur ki, həmin şəxs Xaçmaz rayonu, Xaçmaz şəhəri, X13 küçəsi, ev 9-da qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 5, mənzil 42-də yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və qəbul etməsində şübhəli olması ehtimal edildiyindən onun üstünə şəxsi axtarış keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmişlər. Həmin raportun icrası Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru Babək Mirzəyevə həvalə edildiyi üçün Təqsirləndirilən şəxs təhqiqatçının xidməti iş otağına aparmışlar. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, ona üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Sonra vəkil və mütəxəssis kimi dəvət olunmuş Nəsimi RPİ-nın KTQ-nin inspektor kriminalisti vəzifəsində çalışan X4, əməliyyat müvəkkili Şahid4 və o şəxsi axtarışda iştirak etmişlər. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. O da əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd alışqan, bir ədəd qara üzlüyü olan işlək vəziyyətdə olan «Samsung A-20» markalı mobil telefonu, şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümündə olan ağ şəffaf kristal formalı maddəni çıxararaq təqdim etmiş və bildirmişdir ki, həmin bükümün içərisində olan «Patı»-dır. Həmin içərisində ağ rəngli kristal formalı maddə olan bükümü 05 fevral 2024-cü il tarixdə səhər saatlarında 20 manata Nəsimi rayonu, Kubinka adlanan ərazidə üzdən tanıdığı Kamil adlı şəxsdən özü istifadə üçün almış və üzərində saxlayaraq gəzdirmişdir. Sonra isə bir neçə müddətdir ki, narkotik maddələrdən istifadə etdiyi, ancaq satışı ilə məşğul olmadığını bildirmişdir. Ondan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, hər hansı digər qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində ağ şəffaf kristalik formalı maddə olan bükümün ekspertizaya göndərilməsindən ötrü zərfə qoyulacağı bildirilmiş, ona görə zərfə əvvəlcə baxılmış zərfin içərisi boş olduğu üçün həmin bir büküm zərfə qoyularaq möhürlənmişdir. Sonra iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində aparılan axtarış mütəxəssis tərəfindən video çəkiliş edilərək qeydə alınmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Rzayev X11 RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:40-da CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 25-26); şəxsi axtarış və götürmə aparılması haqqında 14 mart 2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 42); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1520 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,734 qram olan ağrəngli krisallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (i.v. 55-66); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 70-71); Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyevin vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 16 mart 2024-cü il tarixli qərarından görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Kənan Əhədzadənin ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair 16 mart 2024-cü il tarixli vəsatəti rədd edilmiş, iş üzrə təqsirləndirilən şəxs Zeynalov X2 Saxlama Yerindən azad olunmuşdur (i.v. 86-87); Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Kənan Əhədzadənin 16 mart 2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.92); Şübhəli şəxsin tutulması haqqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.131-132); Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən qəbul edilmiş 07 fevral 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Rüstəm Şıxəliyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. (i.v.190-191); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/788 nömrəli rəyindən görünür ki, “DİN Zərflər üçün №186” dairəvi möhür əksləri, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə olan ..” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 0,341 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (i.v.164-165); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 02 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. (i.v. 210-213); İş materiallarında olan Bakı Şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-9/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona qəti olaraq 02 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. (i.v. 214-217); İş materiallarında olan Salyan rayon Məhkəməsinin 7(057)-375/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq azad edilmişdir. (i.v. 219-222); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 3904 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (i.v. 264-265); sübutların qiymətləndirilməsi haqqında 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümün içərisində təmiz çəkisi 0,341 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin və tədqiqatdan sonra 0,291 qram qalığının və 01 ədəd bükümün içərisində təmiz çəkisi 0,734 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınması və tədqiqatdan sonra 0,684 qram qalığının saxlanması üçün Nəsimi RPİ-nin növbətçi hissəsinə təhvil verilməsi nəzərə alınması qərara alınmışdır. (i.v. 267-275). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hallar kimi müəyyən edir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-9/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməlini 05 fevral 2024-cü il tarixdə törətmiş və həmin əməlləri törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. 240070490 saylı cinayət işi üzrə - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-459/2024 saylı, 24 avqust 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 22 avqust 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hər iki epizod üzrə şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 20 sentyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)- 459/2024 saylı, 24 avqust 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı və ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı vəkil bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hər iki epizod üzrə şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 (bir) il, 08 (səkkiz) ay, 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 20 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)- 459/2024 saylı, 24 avqust 2024-cü il tarixli qərarına əsasən 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc ayrıayrılıqda 80 manat və 81 manat olmaqla, cəmi 161 manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,684 qram və qalıq çəkisi 0,291 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar