Məhkəmə qərarları › İş №1(006)-354/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-354/2025

29.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-354/2025 29.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 14:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X11 və Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs Mumci (Abduləzizova) Əntiqə Habil qızı, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Mumci (Abduləzizova) Əntiqə Habil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mumci (Abduləzizova) Əntiqə Habil qızı tamah niyyəti ilə vəzifəli şəxs kimi informasiya resurslarına bilə-bilə yalan məlumat daxil edib vəzifə saxtakarlığı etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəmişdir. Belə ki, o, xx.xx.2021-ci il tarixli 82-21/kş nömrəli əmr, əmək müqaviləsi və elektron bildiriş əsasında xəzinədar vəzifəsində işlədiyi ünvan 2 ünvanında yerləşən “Spero Hospital” adı ilə fəaliyyət göstərən Zərərçəkmiş şəxsndə vəzifəli şəxs olmaqla pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatların yerinə yetirilməsi, fəhlə və qulluqçuların əmək haqqı və mükafatlarının verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi üçün müəyyən olunmuş qaydaya uyğun olaraq dövlət bankı idarələrindən rəsmiləşdirilmiş sənədlərin, pul vəsaitlərinin və qiymətli kağızların alınması, mədaxil-məxaric sənədləri əsasında kassa kitabçasının aparılması, pulun və qiymətli kağızların faktiki məbləğinin kitabçadakı qalıqla yoxlanılması, kassa hesabatının tərtib edilməsi kimi ona həvalə edilmiş əmək funksiyaları əsasında tibbi xidmətlərdən istifadə edən şəxslərdən onlara göstərilmiş tibbi xidmətlərin qarşılığında ödənilməli olan pul vəsaitlərini nağd qaydada və ya plastik kartla post terminal aparatı vasitəsilə edilmiş ödəniş kimi qəbul edib kassaya mədaxil etməklə klinikanın mərkəzi kompyuter sistemi olan “AkGün” proqram təminatına ödəmə metoduna uyğun olaraq qeyd etməli olduğu halda post terminal aparatı ilə “AkGün” proqram təminatı arasında inteqrasiyanın olmaması və iş günün sonunda verdiyi hesabat zamanı “AkGün” proqram təminatında qeyd edilmiş post terminal ödənişləri ilə Zərərçəkmiş şəxsn bank hesabına köçürülmüş pul vəsaitlərinin uyğunluğunun həmin cəmiyyətin mühasibatlığı tərəfindən yoxlanılmamasından istifadə edib xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində müxtəlif vaxtlarda hospitalın birinci mərtəbəsində yerləşən 5 nömrəli kassada tibbi xidmətlərdən istifadə edən şəxslərin bir qismindən onlara göstərilmiş tibbi xidmətlərin qarşılığında ödənilməli olan pul vəsaitini nağd qaydada alıb kassaya mədaxil etmədən tamah niyyəti ilə klinikanın rəsmi informasiya resursu olan “AkGün” proqram təminatına həmin ödənişlərin plastik kartla post terminal aparatı vasitəsilə edilməsi kimi bilə-bilə yalan məlumat daxil edib vəzifə saxtakarlığı etməklə ələ keçirib qeyd olunan dövr ərzində vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 30.288,45 manat (otuz min iki yüz səksən səkkiz manat 45 qəpik) məbləğində xeyli miqdarda pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə mənimsəmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs Mumci (Abduləzizova) Əntiqə Habil qızı ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən etibarən “Spero” Hospitalda işləmişdir. Belə ki, həmin klinikada əvvəlcə həkim köməkçisi vəzifəsində, daha sonra qeydiyyatçı, xx.xx.2021-ci il tarixdən isə xəzinədar vəzifəsində işləmişdir. Klinikada 4 kassa vardır. O, bir qayda olaraq birinci mərtəbədə yerləşən əsas kassada işləmişdir. Kassir kimi vəzifəsi klinikanın göstərdiyi xidmətlər qarşılığında nağd qaydada edilən ödənişləri şəxslərdən qəbul edərək kassaya mədaxil etmək və həmin şəxslərə qəbz verməkdən ibarət olmuşdur. Terminal ödənişlərində isə ödənişlər post terminal aparatı vasitəsilə edilmiş və müvafiq qəbzlər şəxslərə verilmişdir. Lakin, qeyd etdiyi prosedur bütün ödənişlərlə bağlı bu cür həyata keçirilməmişdir. Belə ki, bahalı və müəyyən qrup prosedurlar üçün ödənişlər nağd olaraq alınsa da şəxslərə qəbz verilməmişdir. Bu müdiriyyətin şifahi qaydada qoyduğu qayda olmuşdur. Bu cür prosedurlarda terminal ödənişləri üzrə də şəxslərə qəbz verilməmiş və klinikada mütəmadi olaraq vətəndaşlar şikayət etmişlər. O, pulu alıb kassaya mədaxil etdikdən sonra kassada olan kompyuter vasitəsilə həmin şəxsin qarşısında ödənişin nağd və ya kartla edilməsi barədə müvafiq qeyd aparmışdır. O, işlədiyi dövrdə klinika rəhbərliyinə dəfələrlə müraciət edərək kassanın düzgün işləmədiyini, kassada kamera olmadığını bildirmişdir. Belə ki, dəfələrlə kassada olan kompyuterdə proqramın donması nəticəsində ödənişlərdə problem olmuşdur. Klinikada “Akgün” adlanan proqram təminatı olmuşdur. Həmin proqrama Vergilər Xidməti tərəfindən nəzarət edilmişdir. Bundan əlavə “AkgünMed” adlı başqa proqram təminatı da olmuşdur ki, həmin proqram “qara siyahı” adlanmış və ödənişlərin bir hissəsi yalnız həmin proqramda qeyd edilmişdir. Vergidən yayınmaq üçün həmin proqramdan istifadə edilmişdir. 2023-cü il noyabr-dekabr aylarından etibarən “Akgün” adlı əsas proqramda texniki problemlər olmuşdur. Düzəlişlər etmək, səhv ödənişləri dəyişmək mümkün olmamışdır. Buna görə də kassada problemlər yaranmışdır. Belə ki, əsas proqramla qara siyahı adalanan ikinci proqramda uyğunsuzluqlar olmuşdur. Lakin, proqramda düzəliş etməklə həmin uyğunsuzluğu aradan qaldırmaq mümkün idi. xx.xx.2024-cü il tarixdə həmişəki kimi, işdə olmuş və ödənişləri qəbul edib təhvil-təslimi də etmişdir. Lakin, kompyuter proqramında olan problemlərlə bağlı səhv qeydiyyatını apardığı ödənişlərdə düzəliş edə bilmədiyi üçün 4 nəfər şəxsin ümumilikdə etdiyi təqribən 800 manatlıq ödənişlər barədə izahat yazmışdır. Belə ki, həmin şəxslər kartla ödəniş etdikləri halda o, onları səhvən nağd ödəniş kimi qeyd etmişdir. Bu barədə də izahat yazmışdır. Bunun səhəri günü ona müdiriyyət tərəfindən günahın onda olduğu və guya ki, həmin məbləği mənimsədiyi deyilmişdir. Ərizə yazıb işdən xaric olunmağını istəmişlər. O, da məcbur olub ərizə yazmışdır. Bundan bir neçə gün sonra ardıcıl olaraq onu klinikaya çağırıb əvvəlcə 4900 manat kassada çatışmazlıq olduğunu, bundan sonra isə 40000 manata qədər çatışmazlıq olduğunu, həmin məbləği guya onun mənimsədiyini bildirmişlər. Bundan sonra onun barəsində Nəsimi RPİ-nin 19-cu PŞ-nə şikayət etmişlər. Lakin, o, “Spero hospital”da işlədiyi dövrdə heç bir pul vəsaitini mənimsəməmiş və ələ keçirməmişdir. Kassada olan nağd vəsaitləri iş günün sonunda müdir müavini Solmaz xanıma təhvil vermiş və Solmaz xanım da həmin pul vəsaitinin məbləği ilə “Akgün Med” proqramında olan hesabları yoxlayıb təhvil almışdır. Əksiklik olduğunda isə bunun qeydiyyatı aparılmış və maaşından tutulmuşdur. Terminal ödənişləri ilə bağlı isə hər hansı gündəlik təhvil-təslim olmamışdır. Terminal çekləri yığılmış və bir-iki həftə sonra mühasibə verilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə klinikanın birinci mərtəbəsində olan kassada fəaliyyət göstərmişdir. Solmaz xanım ona MRT müayinəsi və cərrahi əməliyyatlar üzrə ödənişləri şəxslərə qəbz vermədən almağı bildirmişdir. Belə ki, həmin müayinələr üzrə ödənişləri qara siyahı olan “Akgün MED” proqramında qeyd etmişdir. Rəsmi sistem olan “Akgün”də qeyd etməmişdir. Digər ödənişlər isə hər iki sistemdə qeyd edilmişdir. Terminal ödənişləri üzrə məlumatları da “Akgün Med” proqramına qeyd etmişdir. “Akgün” proqramına isə yalnız rəhbərlik tərəfindən icazə verilən və rəsmi olaraq qeyd edilən ödənişləri daxil etmişdir. Yəni “Akgün MED” proqramında bütün ödənişlər olduğu halda rəsmi proqram olan “Akgün” proqramında isə yalnız icazə verilən müəyyən ödənişlər qeyd edilmişdir. Buna da səbəb klinikanın vergidən yayınmaq istəyi olmuşdur. Ödənişlərin proqramda qeydiyyatı onun tərəfindən edilmişdir. Belə ki, qeydiyyat şöbəsində ödəniş etməli şəxs barədə məlumatlar və ödənişin məbləği “Akgün” ya da “AkgünMed” proqramına qeyd edilmişdir. Həmin şəxs kassaya gəlib ödəniş etdikdə ödəniş nağd olduqda həmin proqramda nağd, terminal vasitəsilə olduqda kart ödənişi kimi qeyd etmişdir. Həmin proqramlara onunla yanaşı rəhbərliyin də giriş imkanı olmuşdur. Ola bilər ki, onlar həmin məlumatlarda dəyişiklik edib həmin çatışmazlığın məsuliyyətini ona yükləmişlər. O, hamilə olduğu və klinika rəhbərliyi tərəfindən də mütəmadi olaraq narahat edildiyi üçün klinikada yazdığı izahatı təzyiq altında yazmışdır. Eyni zamanda şöbədə verdiyi izahat zamanı isə klinikanın ondan əl çəkməyi üçün əvvəlki izahatını təsdiq etmişdir. Çünki, həmin dövrdə hamilə olmuşdur. Toyu ərəfəsində hissə-hissə olmaqla ümumi olaraq 12 gün məzuniyyətə çıxmışdır. Toyu xx.xx.2023-cü il tarixdə olmuşdur. Toydan 3-4 gün sonra, təqribən dekabr ayının 22-i işə çıxmışdır. Bundan əlavə isə qeyd edilən dövrdə xatırlamadığı tarixlərdə öz hesabına məzuniyyətə çıxmışdır. Bəzən isə günlük icazələr almışdır. Lakin, bu tarixləri dəqiq bilmir. İşdə olduğu dövrlərdə Solmaz xanıma “whatsapp” tətbiqi vasitəsilə göndərdiyi iş qeydləri vardır. Həmin qeydlər klinikanın işçilərə verdiyi pullar və klinikanın təsərrüfat, mətbəx xərcləri ilə bağlı olmuşdur. Bu qeydlər gündəlik olmuşdur. O, heç bir pul vəsaiti mənimsəməmişdir. O, audit yoxlamasında iştirak etməmişdir. Əgər sistem üzərində hər hansı kəsr yaranıbsa deməli başqa şəxs tərəfindən sistemə səhv məlumatlar daxil edilmişdir. Nümayəndə tərəfindən təqdim edilmiş səs yazısındakı danışıq 2024-cü il fevral ayının ortasında onunla Nümayəndə arasında olmuşdur. Həmin vaxt “dediyim ayı götürmüşəm fso başqa ay götürməmişəm” dedikdə yanvar ayında olan 4900 manatlıq kəsri qeyd etmişdir. Həmin pulu o, götürmədiyi halda səs yazısında belə deməyinə səbəb həmin səs yazısına qədər Nümayəndə tərəfindən psixoloji təzyiq altında həmin pulu götürməyi barədə yazdığı izahat olmuşdur. Göstərilənləri nəzərə alaraq, barəsində bəraət hökmünün verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxsn nümayəndəsi Nümayəndə verdiyi izahatında göstərmişdir ki, o, təqsirləndirilən şəxs Mumci (Abduləzizova) Əntiqə Habil qızını hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2023cü il noyabr ayının 23-dən "xxxx" MMC-yə məxsus “Spero Hospital”da hüquq şöbəsinin müdiri vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixdə rəhbərlik tərəfindən ona kassa hesablarının təhvil-təslimi zamanı 5 nömrəli kassada 800 manatlıq kəsr yaranması barədə məlumat vermişdir. Həmin kassada xəzinədar vəzifəsində X6 işləmişdir. Əntiqə xx.xx.2021-ci il tarixdən klinikada xəzinədar vəzifəsində işləmiş və adətən birinci mərtəbədə yerləşən 5 nömrəli kassada fəaliyyət göstərmişdir. Belə ki, həmin gün təhviltəslim vaxtı nağd əməliyyatları təhvil-təslim edərkən klinikanın sistemindəki məlumatlarla kassa məlumatları arasında uyğunsuzluq yaranmışdır. X12 adlı xəstənin qarşısında 352 manat, Gülnaz Mərdanova adlı xəstənin qarşısında 274 manat, Semur Quliyev adlı xəstənin qarşısında 191 manat, Asiman Musayev adlı xəstənin qarşısında 23 manat ödəniş etməsi qeyd edilsə də kassada olan pul sayılarkən həmin məbləğdə kəsr yaranmışdır. Əntiqə adları özü qeyd edib səhvən həmin şəxslərin ödənişlərini sistemə nağd kimi vurduğunu demiş, lakin realda həmin şəxslər terminal vasitəsilə ödəniş etmişlər. Buna görə Əntiqə həmin tarixdə izahat yazmış və səhvən belə etdiyini bildirmişdir. O da şübhələnib bir müddət sonra bank çıxarışları ilə 2024-cü il yanvar ayı ərzində Əntiqənin kassasında olan əməliyyatlarla bağlı ödənişləri yoxladıqda yanvar ayının sonunda 4900 manatlıq kəsr müəyyən edildiyini görmüşdür. Bundan sonra müəssisəyə audit dəvət etməklə və bank çıxarışlarını götürməklə müvafiq audit yoxlaması təyin etmiş və müəyyən etmişlər ki, Əntiqə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində 30.288 manat 45 qəpik məbləğində mənimsəmə etmiş və müəssisəyə zərər vurmuşdur. Bundan sonra Əntiqənin həmin dövr ərzində nağd ödənişlərin bir hissəsini müəssisədə olan “Akgün” adlı proqram təminatına terminal vasitəsilə müəssisənin bank hesabına edilmiş ödənişlər kimi qeyd etməklə həmin pulları mənimsədiyini müəyyən etmişdir. Əntiqənin xəzinədə olan pulları mənimsəməsi və onların bundan xəbəri olmamasına səbəb ondan ibarət olmuşdur ki, “AkGün” proqramı terminal aparatı ilə inteqrasiya olunmamışdır. Onlar isə elə bilmişdir ki, inteqrasiya vardır. Buna görə də terminal ödənişləri ilə bağlı yoxlamalar mühasib tərəfindən yalnız bank məlumatları və terminal qəbzlərinin uyğunluğunun yoxlanması ilə aparılmışdır. Əntiqənin xəzinədən pul mənimsəməsini isə onun xx.xx.2024-cü il tarixdə etdiyi səhv əsasında şübhə yarandığı üçün müəyyən etmişlər. O, bu hadisədən sonra Əntiqəni qəbul edib birlikdə də yoxlama aparmışlar. Hətta Əntiqə 4900 manat pulu həqiqətən mənimsədiyini bildirmiş və bu barədə klinikada izahat da yazmışdır. Audit yoxlaması zamanı xüsusilə Əntiqənin işdə olmadığı dövrləri də yoxlamış və müəyyən etmişlər ki, Əntiqə işdə olmadığı, yəni icazə aldığı və məzuniyyətdə olduğu dövrlərdə həmin kassada çatışmazlıq olmamışdır. Klinikada təhviltəslim zamanı nağd əməliyyatlar kassada olan pullarla sistem məlumatlarının uyğunluğunun yoxlanması ilə həyata keçirilir. Terminal ödənişləri ilə bağlı əməliyyatlar isə terminal qəbzlərinin sayı və üzərində qeyd edilən məbləğlərlə müəyyən edilir. Həmin qəbzlərin sistemdəki məlumatlarla uyğunluğu yoxlanılmır. Buna görə də bu müddət ərzində Əntiqənin pul vəsaitlərini mənimsəməsini müəyyən edə bilməmişlər. Müəyyən etmələrinə səbəb isə Əntiqənin nağd əməliyyatlarda səhvə yol verməsi olmuşdur. Şirkətin əvvəlki bank hesabı “Paşa Bank”a aid olmuşdur. “Paşa Bank” üzrə hesabdan çıxarışlar isə yalnız banka müraciət etməklə götürülmüş və bank tərəfindən həmin çıxarış hər bir post terminal üzrə ödənişləri ayırmadan ümumi olaraq verilmişdir. Bu halda hansı post terminal aparatı üzrə nə qədər ödəniş edildiyini bilmək mümkün olmamışdır. Lakin, xx.xx.2023-cü il tarixdən şirkətin bank hesabı “Kapital Bank”a köçürülmüş və artıq post terminal aparatları üzrə hansı məbləğdə ödəniş edildiyini bilmişlər. Buna görə də maliyyə yoxlaması həmin tarixdən aparılmışdır. Əntiqə xx.xx.2023-cü il tarixli 81-23 nömrəli əmrə əsasən rəsmi olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 21 gün müddətinə məzuniyyətə buraxılsa da, xx.xx.2023-cü il tarixdə əmək fəaliyyətinə başlamışdır. Belə ki, həmin dövrdə məzuniyyətdə olduğu müddətdə Əntiqəni qeydiyyatçı vəzifəsində işləyən Turan əvəz etmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixli 147-23 nömrəli əmrə əsasən Əntiqənin rəsmi olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 8 gün müddətində əmək məzuniyyətinə buraxıldığı qeyd edilsə də belə olmamışdır. Çünki, Əntiqənin xx.xx.2023-cü il tarixdə toyu olmuşdur. Faktiki olaraq toyu olduğu dövrdə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 8 gün müddətində işdə olmamışdır. Həmin dövrdə işə gəlməməyi rəhbərlik tərəfindən verilmiş şifahi razılıq əsasında olmuşdur. Sadəcə olaraq işdə olmadığı dövrlər sonrakı vaxtda əmək məzuniyyətinə çıxması kimi rəsmiləşdirilmişdir. Faktiki olaraq isə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək fəaliyyətini icra etmişdir. Toyu olduğu dövrdə isə Əntiqəni yenə də qeydiyyatçı Turan əvəz etmişdir. Belə ki, Əntiqənin həmin dövrdə müdir müavini Solmaz xanımla “whatsapp” tətbiqi vasitəsilə yazışmaları vardır. Eyni zamanda klinikada təsərrüfat işləri ilə bağlı xərclərin qeydiyyatını dəftərdə əlyazma kimi qeyd etmiş və kassadan həmin məbləğdə pullar ayırmışdır. Həmin əlyazmaların şəklini də Əntiqə Solmaz xanıma göndərmişdir. Həmin şəkillər, səs yazıları və mesajlardan görünür ki, Əntiqə rəsmi olaraq əmək məzuniyyətində qeyd edilmiş dövrlərdə işdə olmuşdur. Audit tərəfindən aparılan yoxlama nəticəsində 30.288 manat 45 qəpik kəsr olduğu müəyyən edilmişdir. Əntiqə Abduləzizova tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli izahat ona təqdim edilməmişdir. Çünki, ona verilən izahatı o, A4 vərəqində alır. Təqdim etdiyi səs yazısındakı dialoq xx.xx.2024cü il tarixdə qeydə alınmışdır. Elə əməliyyatlar olur ki, onların qiyməti sabit deyildir və həkimə görə dəyişir. Buna görə də əvvəlcə talon verilir və sonradan bu sistemə daxil edilir. O, 2024-cü il yanvar ayının son dövrünü yoxladıqda 4900 manatlıq kəsr müəyyən etmişdir. Əntiqəni çağırıb ondan nəyə görə pul mənimsədiyini soruşmuşdur. Lakin, Əntiqə etiraf etməmişdir. O da Əntiqəyə ona dəqiq məlumat verməsini bildirib, hansı məbləğdə pulu mənimsədiyini, 4900 manatdan artıq pul vəsaitini mənimsəyib-mənimsəmədiyini soruşduqda yalnız 4900 manat pulu mənimsədiyini, heç kimin bundan xəbəri olmadığını, anasının xəstəliyi üçün xərclədiyini bildirmişdir. O da inanıb yazığı gəldiyi üçün və uzun müddət də klinikada işçi olduğu, eləcə də hamilə olduğu üçün humanistlik göstərib Əntiqənin öz ərizəsi ilə işdən çıxmasına şərait yaratmışdır. Lakin, sonradan yoxlama zamanı Əntiqənin 4900 manat deyil, 30.288 manat 45 qəpik pul vəsaitini mənimsədiyini öyrənmiş, yenə də Əntiqəni çağırıb nəyə görə ona yalan dediyini soruşmuş, lakin, Əntiqə digər pul vəsaitlərini mənimsədiyini etiraf etməmişdir. Hal-hazırda şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmədə Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Mumci (Abduləzizova) Əntiqə Habil qızını hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2016-cı il iyun ayından “Spero Hospital” adı ilə fəaliyyət göstərən və rəsmi adı "xxxx" MMC olan şirkətdə direktor müavini vəzifəsində işləyir. Direktor tərəfindən nağd əməliyyatlar üzrə gündəlik kassa yoxlanışının həyata keçirilməsi vəzifəsi də ona həvalə edilmişdir. Belə ki, klinikada 4 kassa vardır. Bu kassalardan üçündə əlavə olaraq bank ödənişləri üçün post terminal aparatları da vardır. İş günün sonunda hər bir kassir kassada olan nağd pul vəsaitini ona təqdim edir və həmin pul vəsaitinin məbləği ilə klinikanın “Akgün” adlı proqramında olan nağd ödənişlərin məlumatları ilə uyğunluğunu yoxlayır. xx.xx.2024-cü il tarixdə 5 nömrəli kassa adlanan və klinikanın birinci mərtəbəsində yerləşən əsas kassada işləyən kassir Əntiqə Abduləzizova pul vəsaitləri ilə birlikdə iş günün sonunda yanına gəlmişdir. Nağd pul vəsaitləri ilə “Akgün” proqramında olan məlumatların uyğunluğunu yoxlayarkən müəyyən etmişdir ki, 840 manat nağd pul vəsaiti çatışmır. Əntiqədən nəyə görə kəsr yarandığını soruşduqda Əntiqə sistemə baxıb bu barədə məlumat verəcəyini demişdir. Əntiqə bir müddət sonra gəlib bildirmişdir ki, 4 nəfər müştəri guya ki, post terminal vasitəsilə ödəniş etmiş, lakin Əntiqə səhv edərək onları sistemdə nağd ödəniş kimi qeyd etmiş, buna görə də nağd pul vəsaitində çatışmazlıq olduğunu bildirmişdir. Əntiqə növbəti gün bu barədə izahat da yazmışdır. Hətta o, Əntiqədən əgər ödəniş terminal vasitəsilə edilibsə terminal qəbzlərini tələb etmiş, lakin, Əntiqə təqdim edə bilməmişdir. Bundan sonra hüquq şöbəsinn müdiri Ceyhun müəllimlə yoxlama apardıqda müəyyən etmişlər ki, həmin 840 manat vəsait nə nağd olaraq, nə də bank hesabına ödənilmişdir. Həmin müştərilərlə əlaqə saxladıqda isə bildirmişlər ki, ödənişi nağd olaraq etmişlər. Müdiriyyətlə birlikdə yoxlamalar keçirdikdən, müvafiq audit yoxlaması keçirdikdən sonra müəyyən etmişlər ki, Əntiqə 30288,45 manat məbləğində pul vəsaitini mənimsəmişdir. Belə ki, nağd olaraq müştərilərdən aldığı pul vəsaitlərinin bir hissəsini klinikanın “Akgün” proqramında post terminal ödənişi kim qeyd etmişdir. Buna görə də ona gələn gündəlik pul vəsaiti və proqram məlumatları uyğunluq təşkil etmişdir. Bu hadisədən sonra öyrənmişlər ki, kassa aparatı ilə “Akgün” proqramının inteqrasiyası olsa da, post terminal aparatı ilə proqramın inteqrasiyası yoxdur və hər bir post terminal ödənişi üzrə ödəniş məlumatları proqrama kassir tərəfindən birbaşa daxil edilir. Buna görə də kassir, faktiki halda isə Əntiqə qeyd olunan boşluqdan istifadə edərək nağd pul vəsaitlərinin bir hissəsini proqrama terminal ödənişi kimi qeyd etmişdir. Onda olan hesablar arasında isə heç bir ziddiyyət yaranmamışdır. Əntiqə tərəfindən mənimsənilmiş pul vəsaitləri üzrə nağd ödənişlərin kassaya daxil edilməməsini müəyyən edə bilməmişdir. Bunu müəyyən etmək isə mümkün deyil. Bunu müəyyən etmək üçün gərək post terminal ödənişləri üzrə qəbzlərlə “Akgün” proqramında olan məlumatları təktək tutuşdurmaqla yoxlamaq lazımdır. Bu isə onun səlahiyyətinə aid deyildir. Lakin, bundan sonra artıq nağd ödənişləri tələb etdikdə terminal qəbzlərini də tələb etmişlər. Hadisədən sonra Ceyhun müəllim Əntiqə və anası ilə birlikdə yoxlamalar aparmışlar. Hətta həmin vaxt Ceyhun müəllim Əntiqənin anasından onkoloji xəstə olub-olmamasını soruşduqda anası olmadığını bildirmişdir. Halbuki, Əntiqə anasının xəstəliyi ilə bağlı 4900 manat pulu kassadan götürdüyünü bildirmişdir. Əntiqənin rəsmi qaydada işdə olmadığı müddətlərin də yoxlaması aparılmış və həmin dövrlərdə kassada hər hansı çatışmazlıq müəyyən edilməmişdir. Nağd əməliyyatlar zamanı pul vəsaiti kassa aparatına əlavə edilir və kassa aparatının da “Akgün” proqramına inteqrasiyası olduğu üçün avtomatik olaraq həmin məbləğ sistemdə görünür. Buna görə də nağd əməliyyatlar üzrə qəbzlər bir nüsxədə olmaqla müştəriyə verilir, ikinci bir nüsxə tərtib edilmir. Post terminal ödənişləri üzrə gündəlik yoxlamalar mühasib tərəfindən həyata keçirilir. Əntiqə Abduləzizova tərəfindən mənimsənilmiş və klinikaya məxsus 30288,45 manat nağd pul vəsaitinin vergi ödənişləri ilə bağlı klinikada hər hansı problem olmamışdır. Çünki, sistemdə qeyd olunan pul vəsaitləri müştərilər tərəfindən verilmiş real vəsaitlər olduğundan və sistemdə də həmin pul vəsaitləri qeyd edildiyindən həmin pul vəsaitlərinin vergisi ödənmişdir. Əntiqə Abduləzizova tərəfindən klinikaya məxsus pul vəsaitlərinin mənimsənilməsinin uzun müddət ərzində müəyyən edilməməsinə səbəb Əntiqənin sistemdə olan boşluqdan öz xeyrinə istifadə etməsi və hesablar arasında uyğunsuzluğun olmaması olmuşdur. Buna əsas səbəb isə post terminal aparatının “Akgün” proqram təminatına inteqrasiyasının olmaması olmuşdur. Əgər belə olarsa, əlavə yoxlamaya da ehtiyac qalmayacaqdı və post terminal ödənişləri kassir tərəfindən sistemə birbaşa deyil avtomatik olaraq əlavə ediləcəkdi. Bunu dəyişdirmək isə mümkün deyildir. Klinikada olan hər kassa aparatına şərti olaraq rəqəm verilmişdir. Əntiqənin işlədiyi kassa “Akgün” proqramında şərti olaraq 5 nömrəsi ilə qeyd edilmişdir. Post terminal aparatlarının isə İP nömrələri vardır. Əntiqənin işlədiyi post terminal aparatının İP nömrəsi isə “R1150667”-dir. Təqdim edilmiş sistem üzərindən bank çıxarışlarında da terminal ödənişlərinin qarşısında terminal nömrələri qeyd edilmişdir. Əntiqənin mənimsədiyi pulları haraya xərcləməsi barədə onda hər hansı məlumat olmamışdır. Məhkəmədə Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Mumci (Abduləzizova) Əntiqə Habil qızını hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2016-cı il iyun ayından “Spero Hospital” adı ilə fəaliyyət göstərən və rəsmi adı Zərərçəkmiş şəxs MMC olan şirkətdə mühasib vəzifəsində işləyir. Mühasib kimi vəzifəsi əmək haqqı hesabatları, vergi hesabatları, DSMF hesabatları, debitor və kreditor hesabatları aparmaq, eləcə də bank hesablaşmaları və ödənişlərinin günlük və aylıq yoxlanmasını həyata keçirməkdən ibarətdir. Bank ödənişlərinin günlük yoxlanması hər gün xəzinədarlar tərəfindən ona təqdim edilmiş "xxxx" hesabatı ilə onun tərəfindən aparılır. Belə ki, gün ərzində klinikada olan 03 ədəd kassaya həm bank ödənişləri, həm də nağd ödənişlər edilir. Bank ödənişləri plastik kart vasitəsilə post terminal aparatlarına edilir. 4-cü kassaya isə yalnız nağd ödənişlər edilir. Hər bir post terminal aparatının da özünün fərdi İP nömrəsi vardır. Hər bir kassir gün sonunda əvvəlcə kassa aparatından çıxarılmış "xxxx" hesabatı ilə MMC-nin direktor müavini Şahid1 yanına gedir və nağd hesablaşmaların yoxlanışını həyata keçirirlər. Bundan sonra kassirlər post terminal aparatlarının "xxxx" hesabatı ilə nağdsız ödənişlərin yoxlanışı üçün onun yanına gəlirlər. O da post terminal aparatının "xxxx" hesabatında olan nağdsız əməliyyatların cəmi ilə MMC-nin bank hesabında olan nağdsız əməliyyatlar üzrə məbləğlərin cəmini yoxlayır. İndiyə kimi də hər hansı çatışmazlıq olmamışdır. xx.xx.2024-cü il tarixdə Solmaz xanım ona Əntiqə Abduləzizovanın kassasının təhvil-təslimində 840 manat kəsr yaranması və Əntiqənin həmin ödənişləri səhv olaraq nağd ödəniş kimi göstərməsi, əslində isə post terminal ödənişi kimi qəbul etməsini demişdir. Buna görə də o, sistem vasitəsilə MMC-nin bank hesabına girmiş və qeyd olunan məbləğlərdə ödəniş olmadığını görmüşdür. Həmin müştərilərlə əlaqə saxladıqda isə bildirmişlər ki, həmin ödənişləri nağd şəkildə etmişlər. Bundan sonra Əntiqə həmin vəsaitləri mənimsədəyini və şəxsi istifadəsi üçün xərclədiyini etiraf etmişdir. Bundan sonra şirkət rəhbərliyi ilə əvvəlki dövrlərdə də bu cür kəsrlərin olubolmamağını müəyyən etmək üçün audit yoxlaması keçirmişlər və müəyyən etmişlər ki, Əntiqənin işlədiyi kassa üzrə ümumilikdə təqribən 6 ay ərzində 30288,45 manat kəsr yaranmış və həmin pul vəsaitini Əntiqə mənimsəmişdir. Əntiqə həmin dövrdə ona dəfələrlə post terminal aparatında problem olması, qəbzin verilməməsi barədə müraciət etmiş, bu səbəblə də bir çox hallarda bankdan müvafiq əməkdaşlar çağırılmış, lakin, aparatda hər hansı problem aşkar edilməmişdir. Lakin, Əntiqəyə etibar etdikləri üçün ondan şübhələnməmişlər. Əntiqə nağd olaraq müştərilərdən aldığı pul vəsaitlərinin bir hissəsini klinikanın “Akgün” proqramında post terminal ödənişi kim qeyd etmişdir. O isə yoxlamanı post terminal aparatından verilmiş "xxxx" hesabatı və qəbzlərlə, eləcə də şirkətin bank hesabı ilə yoxladığı üçün bütün məlumatlar düz olmuşdur. Lakin, həmin yoxlanışı “Akgün” proqramı vasitəsilə etməmişdir. Post terminal aparatları “Akgün” proqramına inteqrasiya olunmadığı üçün isə Əntiqə tərəfindən məlumatlar həmin proqrama əllə birbaşa daxil edilmiş və Əntiqə həmin məlumatları istədiyi kimi daxil etmişdir. Buna görə də məlumatlar arasında boşluq yaranmış və hesabda hər hansı çatışmazlıq görünməmişdir. O, yalnız post terminal aparatının "xxxx" hesabatı, qəbzlər və bank çıxarışlarında olan məlumatları gündəlik olaraq “Akgün” proqramında yoxlasa idi bunu görə bilərdi. Lakin, indiyə kimi belə yoxlama aparmamış və burada əsas boşluq post terminal aparatının “Akgün” proqramına inteqrasiya edilməməsi olmuşdur. Əgər bu inteqrasiya olsa idi əlavə yoxlamalara da ehtiyac olmayacaqdı. Post terminal əməliyyatları üzrə qəbzlər ona təqdim edilir. Post terminal ödənişləri üzrə gündəlik, həftəlik, ya da aylıq yoxlamalar onun tərəfindən həyata keçirilir. Əntiqə Abduləzizovanın klinikaya məxsus 30288,45 manat nağd pul vəsaitini mənimsəməsi ilə əlaqədar 2023-cü il iyul ayından 2024-cü il fevral ayına qədər qeyd olunan pul vəsaitinin vergi ödənişləri ilə bağlı klinikada hər hansı problem olmamışdır. Çünki, sistemdə qeyd olunan pul vəsaitlərini müştərilər tərəfindən verilmiş real vəsaitlər olduğundan və sistemdə də həmin pul vəsaitləri qeyd edildiyindən həmin pul vəsaitlərinin vergisi ödənmişdir. Klinikada olan hər kassa aparatına şərti olaraq rəqəm verilmişdir. Əntiqənin işlədiyi kassa “Akgün” proqramında şərti olaraq 5 nömrəsi ilə qeyd edilmişdir. Post terminal aparatlarının isə İP nömrələri vardır. Əntiqənin işlədiyi post terminal aparatının İP nömrəsi isə “R1150667”-dir. Əntiqə Abduləzizova tərəfindən təqdim edilmiş səs yazısı 2024-cü il fevral ayının əvvəlində olmuşdur. Həmin tarixdə Əntiqənin kassadan pul mənimsəməsi yeni müəyyən edilmişdir. Əntiqə ona kassadan hər hansı pul mənimsəmədiyini, ona qarşı haqsızlıq olduğunu demiş, o da Əntiqəyə bildirmişdir ki, əgər kassada kəsr olmuşdursa bu kassadakı nağd vəsait yoxlanılmaqla müəyyən edilə bilərdi. Nağd vəsaitlər də gün sonunda həmişə Solmaz xanıma verilmiş və onun seyfində saxlanılmışdır. Həmin dövrdə o, özü də inanmamışdır ki, Əntiqə bu qədər böyük məbləğdə nağd vəsaiti mənimsəmiş və Solmaz xanıma verdiyi hesabatlarda bu müəyyən edilməmişdir. Lakin, sonradan öyrənmişdir ki, Əntiqə Solmaz xanıma nağd ödənişlərlə bağlı hesabatı “AkGün” proqram təminatı üzərindəki məlumatlarla və nağd qaydada olmaqla düzgün vermişdir. Əntiqənin etdiyi hiyləgərlik ondan ibarət olmuşdur ki, Əntiqə müştərilərin bir qisminin nağd ödəniş etmələrinə baxmayaraq sistemdə kartla ödəniş kimi qeyd etməsi olmuşdur. O, bunu öyrənəndə başa düşmüşdür ki, Əntiqə hamını aldatmışdır və sistemdə olan boşluqdan istifadə etmişdir. Əntiqə bu üsulla pulları ələ keçirdiyi üçün Solmaz xanımın seyfindəki pullar sayılsa belə kəsr müəyyən edilməyəcəkdi. O, həmin səs yazısını məsələ barədə tam məlumatlı olmadan göndərmişdir. O, digər səs yazısında olan danışıqla bağlı isə təqribən 2023-cü il noyabr ayından etibarən Əntiqə demişdir ki, guya post terminal aparatında problem var və aparatın qəbz vermədiyini bildirmişdir. Buna görə də bir çox hallarda Əntiqə post terminal qəbzlərini verə bilməmişdir. Həmin dövrdə bir neçə dəfə bununla bağlı bankın texniki xidmətinə müraciət etmiş və texniki xidmətin əməkdaşları tərəfindən gəlib aparata baxdıqda hər hansı problem aşkar edilməmişdir. Digər kassalarda, ya da ki, Əntiqə işdə olmadığı dövrdə digər işçilər onu əvəz etdikdə belə bir problemlə bağlı müraciət edən olmamışdır. Lakin, sonradan müəyyən etmişlər ki, Əntiqə 30.288 manat 45 qəpik pul vəsaiti mənimsəmişdir. Hətta o, Əntiqəyə audit Novruz müəllimin onunla əlaqə saxladığını, telefona cavab verməsini və auditdə iştirak etməsini demişdir. Lakin, Əntiqə auditdə iştirak etməmişdir. Məhkəmədə Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Mumci (Abduləzizova) Əntiqə Habil qızını hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Türkiyə Respublikasında fəaliyyət göstərən “Akgün” proqram şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi olan “MEDSYS” şirkətində proqramçı mühəndis vəzifəsində işləyir. Zərərçəkmiş şəxs MMC-yə məxsus “Spero Hospital” adı ilə fəaliyyət göstərən klinikaya 10 ilə yaxındır ki, xidmət göstərirlər. Belə ki, həmin klinikada bütün qeydiyyat işlərinin aparıldığı “Akgün” proqram təminatı üzrə dəstək xidmətini o, həyata keçirir. Proqramın fəaliyyətinin xəzinə üzrə iş prinsipi ilə bağlı bildirir ki, həmin sistemin post terminal aparatı ilə inteqrasiyası yoxdur. Kassa ilə inteqrasiyası isə ondan ibarətdir ki, xəzinədar həmin proqram təminatında ödə düyməsini basdıqda hər bir halda ƏDV çeki verilir. Lakin, hər bir halda proqram təminatında hansı şəxsin hansı məbləğdə ödənişi nağd və ya kartla ödəməsi məlumatı xəzinədar tərəfindən həmin proqram təminatına müvafiq düymə seçilməklə əlavə edilir. Zərərçəkmiş şəxs MMC-də bir ədəd “Akgün” Proqram təminatı vardır. Heç vaxt iki proqram təminatı olmur. Yalnız proqram təminatında yeniliklər olduqda proqram yenilənir. Lakin, məlumatların olduğu baza təkdir və ayrı-ayrılıqda iki fərqli proqram təminatı olmur. Sadəcə olaraq keçid dövründə köhnə və yeni proqram fərqli interfeyslərlə istifadə edilir. “Akgün” şirkəti tərəfindən “Spero Hospital” da vahid bazaya əsaslanan yalnız bir proqram təminatı quraşdırılmışdır, ikinci bir proqram təminatı yoxdur. Ümumiyyətlə xidmət göstərdikləri heç bir müəssisədə ikinci bir proqram quraşdırılmır. Hər müəssisənin proqramı vahid olur və hər bir halda Vergi Xidmətinə inteqrasiya olunur. Sistemə daxil edilən hər bir məlumat sistemdə qalır və ona dəyişiklik etmək olmur. Xəzinədar nağd ödənişi əldə etdikdən sonra “Akgün” proqram təminatında bunu kart ödənişi kimi qeyd etmiş və hər bir halda ƏDV çeki verilmiş və Vergilər Xidmətində həmin ödəniş və ona uyğun ƏDV qeydiyyata alınmışdır. Bu halda nağd qaydada xəzinədar tərəfindən alınmış pul vəsaiti sistem üzərində post terminal ödənişi kimi qeyd edildiyi üçün klinika rəhbərliyi bu barədə məlumatsız olmuşdur. Lakin, günün sonunda hesabat vaxtı mühasib və ya digər vəzifəli şəxs Akgün Proqram təminatında edilmiş kartla ödənişlərin cəmi ilə post terminal aparatının həmin günün sonu üçün "xxxx" hesabatının uyğunluğunu yoxlayacağı təqdirdə həmin uyğunsuzluğu görə bilərdi. Məhkəmədə Şahid9 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Mumci (Abduləzizova) Əntiqə Habil qızını hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Onun mühasibat uçotu üzrə ali təhsili vardır və uzun müddətdir mühasib kimi işləyir. Sərbəst auditor X7 xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs MMC-də keçirdiyi audit yoxlamasında mütəxəssis kimi iştirak etmişdir. İştirak etməyinə səbəb aparılacaq audit yoxlamasında iş yükünün çox olması olmuşdur. MMC tərəfindən bildirilmişdir ki, həmin klinikada xəzinədar vəzifəsində işləmiş Əntiqə Abduləzizova kassadan pul vəsaitlərini mənimsəmişdr. Belə ki, xəzinədar MMC-nin “Akgün” proqram təminatında nağd qaydada edilmiş ödənişlərin bir hissəsinin post terminal vasitəsilə edilmiş ödəniş kimi qeyd etməklə həmin pul vəsaitini mənimsəmişdir. Bunu müəyyən etmək üçün klinikanın həmin kassa üzrə post terminal ödənişlərinin bank çıxarışı və “Akgün” proqram təminatında olan post terminal ödənişləri barədə məlumatların uyğunluğunu yoxlamaq lazım olmuşdur. O da şirkət tərəfindən ona verilmiş həmin bank çıxarışları ilə mövcud proqram təminatının məlumatlarının uyğunluğunu yoxlamışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində 30.288 manat 45 qəpik məbləğində çatışmazlıq yaranmışdır. Belə ki, proqram təminatında qeyd olunan məbləğdə post terminal ödənişlərinin edilməsi görünsə də, bank məlumatlarının yoxlanması zamanı həmin pul vəsaitinin bank hesabına daxil olmadığı müəyyən edilmişdir. Bu yoxlama əsasında tərtib etdiyi vəsaitin icmal cədvəlini sərbəst auditor Novruz Pənahova təqdim etmiş və audit yoxlamasında adı keçən şəxslərlə birlikdə audit yoxlaması həyata keçirilmiş və rəyi imzaları ilə təsdiq etmişlər. Novruz Pənahova uzun müddət ürək çatışmazlığından əziyyət çəkmiş və buna görə də xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Onun işi ona təqdim edilən sənədlər üzrə yoxlama aparmaqdan ibarət olmuşdur. Klinika tərəfindən ona təqdim edilmiş proqram təminatından çıxarış və 5 nömrə ilə adlanan “R1150667” nömrəli post terminal üzrə bank çıxarışlarının uyğunluğunu yoxladıqda 30.288 manat 45 qəpik çatışmazlıq müəyyən edilmişdir. Məhkəmədə Şahid7 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Mumci (Abduləzizova) Əntiqə Habil qızını tanımır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdə “Şamaxinka” adlanan ərazidə yerləşən “Spero” Hospitala müayinə üçün getmişdir. Belə ki, səhhəti ilə bağlı həmin klinikada müxtəlif qan analizləri vermiş və USM müayinədən keçmişdir. Bunların qarşılığında isə 1-ci mərtəbədəki kassaya təxminən 200 manata yaxın nağd ödəniş etmiş və ƏDV qəbzini də götürmüşdür. Kassada üzü yadında qalmayan bir cavan qız əyləşmişdir. O, ödənişləri bir qayda olaraq nağd edir. Həmin tarixdə də ödənişi nağd etmiş və kassada oturan xanım ödənişi qəbul etmişdir. Məhkəmədə Şahid10 verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Mumci (Abduləzizova) Əntiqə Habil qızını iş yoldaşı olaraq tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2015-ci il tarixdən hadisə vaxtınadək “Spero” Hospitalda qeydiyyatçı işləmişdir. O, birinci mərtəbədə qeydiyyatçı işləmişdir. Qeydiyyatçı kimi işi gələn şəxsin istədiyi xidməti “Akgün” proqramında qeyd etməkdən ibarət olmuşdur. Eləcə də üzürlü səbəbdən xəzinədar işə çıxa bilmədikdə onu əvəz etmişdir. Əntiqə də birinci mərtəbədə olan kassada xəzinədar vəzifəsində işləmişdir. Əntiqə məzuniyyətə çıxdığı və ya icazə aldığı günlərdə Əntiqəni kassada o, əvəz etmişdir. Belə ki, Əntiqənin ona verdiyi istifadəçi adı və profili əsasında kassa əməliyyatlarını icra etmişdir. Xəzinədarı əvəz etdiyi dövrdə işi isə qeydiyyatçı tərəfindən “Akgün” proqramında qeydiyyatı aparılmış şəxsin ödənişini nağd və ya post terminal vasitəsilə alıb həmin proqramda nağd və ya kartla ödəniş kimi qeyd etməkdən və şəxsə müvafiq qəbzi, yəni ƏDV qəbzini verməkdən ibarət olmuşdur. Gün sonunda isə nağd ödənişlərlə bağlı kassadan avtomatik olaraq çıxan yekun hesabat qəbzi və pulları Solmaz xanıma təhvil vermişdir. Solmaz xanım da, həm pul vəsaitinin sayı, həm yekun hesabat qəbzi, həm də “Akgün” proqramında olan qeydiyyatı nəzərdən keçirib pul vəsaitini təhvil almışdır. Qəbzləri və kartla ödənişlə bağlı hesabatı isə Gülbəniz xanıma təhvil vermişdir. Gülbəniz xanım da “Akgün” proqramında olan kartla ödəniş bölməsini, post terminalın və kassanın yekun hesabat qəbzlərini yoxlamış və qəbzləri təhvil almışdır. Klinikada yalnız bir proqram təminatı var, o da “Akgün” proqram təminatıdır. Ödənişlərlə bağlı qeydiyyatlar yalnız “Akgün” proqramında aparılır. Bundan başqa, hər hansı bir yerdə qeydiyyat aparılmır. Əvvəllər həmin proqramın köhnə versiyası olmuş, daha sonra yenilənmişdir. Lakin, eyni proqram təminatı olmuşdur. Şəxs ödənişi kart vasitəsilə etmək istədikdə əvvəlcə post terminal aparatında məbləği qeyd edib kartla ödənişi qəbul edir, ödənişin edilməsi barədə post terminal aparatının qəbzi çıxdqıdan sonra “Akgün” proqram təminatında həmin şəxsin qarşısında kartla ödəniş düyməsini basır və bundan sonra kassadan ƏDV qəbzi çıxır və həmin qəbzi də ödəniş edən şəxsə verir. “Akgün” proqram təminatının post terminal aparatı ilə inteqrasiyası yoxdur. Belə ki, şəxs post terminal aparatı ilə ödənişi etdikdə proqrama avtomatik olaraq hər hansı məlumat daxil edilmir. Bu məlumatı kassir daxil edir. Klinikada yalnız bir proqram təminatı vardır və bütün ödənişlərin qeydiyyatı orada aparılır. İndiyə kimi rəhbərlik tərəfindən ona hansısa ödənişi proqramda qeyd etməmək və ya hansısa başqa proqramda qeyd etmək kimi göstəriş verilməmişdir. İndiyə qədər aldığı bütün pulları qeydiyyata almış və şəxslərə də bütün hallarda qəbz vermişdir. Xəzinədarın vəzifəsini icra etdiyi dövrdə post terminal aparatı və ya proqram təminatı ilə bağlı hər hansı problem olmamışdır. O, 2023-cü il iyul ayının 3-dən 26-na qədər və Əntiqənin toy ərəfəsi, yəni 12 dekabr 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Əntiqəni əvəz etmişdir. Əntiqə istifadəçi adı və şifrəsini ona vermiş və həmin şifrə əsasında Əntiqənin adı ilə proqram təminatına daxil olub əməliyyatları icra etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6, Şahid3 və Şahid5 da Şahid10 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1ci maddələrinə əsasən Şahid8 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Şahid8 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən Şahid8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid8 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə “Şamaxinka" adlanan ərazidə yerləşən “Spero” Hospitala müayinə üçün getmişdir. Həmin vaxt qaraciyərində olan narahatlıqla bağlı USM müayinə, qana analizi və digər müayinələri etmiş və birinci mərtəbədə yerləşən kassaya 189 manat olmaqla nağd qaydada ödəniş etmişdir. Kassadan ona ƏDV qəbzi verilmiş və müayinələrdən keçdikdən soma klinikanı tərk etmişdir. O, ödənişləri bir qayda olaraq nağd edir. Həmin tarixdə də ödənişi nağd etmiş və kassada oturan xanım ödənişi qəbul etmişdir. (cild 2, i/v 109-111). İş materiallarında olan cinayət işinin başlanması haqqında 13 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Nərimanov rayon prokurorluğunun müstəntiqi Yusif Mehdizadə tərəfindən fakta görə Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılmışdır. (İ cild, i/v 1). İş materiallarında olan xx.xx.2024-cü il tarixli, müstəqil auditor X8 tərəfindən tərtib edilmiş audit rəyindən görünür ki, X6 “Səhhət-M" MMC-də xəzinədar vəzifəsində işlədiyi 14 iyul 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində 5 nömrəli kassada nağd olaraq qəbul etdiyi vəsaiti sistemdə plastik kart vasitəsilə ödənilməsi kimi qeyd etməklə ümumilikdə 30.288,45 (otuz min iki yüz səksən səkkiz manat qırx beş qəpik) manat məbləğində çatışmazlığa yol vermişdir (İ cild, i/v 7-9). İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 82-21/kş nömrəli Zərərçəkmiş şəxs MMC-nin direktoru Mətləb Cabalov tərəfindən verilmiş əmrdən görünür ki, X6 xx.xx.2021ci il tarixli ərizəsi əsasında qeydiyyatçı vəzifəsindən xəzinədar vəzifəsinə keçirilmişdir (İ cild, i/v 55). İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, X1 xəzinədar kimi əmək funksiyaları pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatların yerinə yetirilməsi, fəhlə və qulluqçuların əmək haqqı və mükafatlarının verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi üçün müəyyən olunmuş qaydaya uyğun olaraq dövlət bankı idarələrindən rəsmiləşdirilmiş sənədlərin, pul vəsaitlərinin və qiymətli kağızların alınması, mədaxil-məxaric sənədləri əsasında kassa kitabçasının aparılması, pulun və qiymətli kağızların faktiki məbləğinin kitabçadakı qalıqla yoxlanılması, kassa hesabatının tərtib edilməsindən ibarətdir (İ cild, 58-66). İş materiallarında olan xx.xx.2024-cü il tarixli Əntiqə Abduləzizova tərəfindən Zərərçəkmiş şəxs MMC-nin hüquqşünası Nümayəndə verilmiş izahatdan görünür ki, Əntiqə Abduləzizova 4900 manat məbləğində vəsaiti xəzinədən götürdüyünü, şəxsi ehtiyaclarına sərf etdiyini və qaytaracağını bildirmişdir (İ cild, i/v 69). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibat ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/6075 nömrəli rəyindən görünür ki, sərbəst auditor X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cfü il tarixli “X4 müəyyən olunan halların düzgünlüyü istintaq tərəfindən nəzərə alındığı təqdirdə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövr üzrə Zərərçəkmiş şəxs MMC-nin uçot sisteminə nağd olaraq qəbul edilən vəsaitin sistemdə plastik kart vasitəsilə ödənilməsi kimi qeyd edilməsi nəticəsində 30.288,45 manat məbləğində çatışmazlığın yaranması müəyyən edilir. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakterli olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir (İ cild, i/v 230-234). İş materiallarında olan 13 mart 2025-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsindən həmin Məcəllənin 179.2.3, 179.2.4 və 313-cü maddələrinə tövsif edilmişdir (İİ cild, i/v 198-199). İş materiallarında olan Şahid1 məxsus mobil telefonun “Whatsapp” tətəbiqinə baxış zamanı “Antiqa Resepsn” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə ilə olan yazışmalardan görünür ki, Əntiqə Abduləzizova xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif vaxtlarda kassada pul hesabları ilə bağlı əlyazma şəkilləri göndərmiş, işdə olması barədə səs yazıları göndərmişdir. xx.xx.2023-cü il tarixli səs yazısında Əntiqə Abduləzizova “Solmaz xanım siz bu gün işə gəlməmisiniz, mən də hesabladım, gətirmişdim təhvil verməyə, saxlayıram özümdə, sabah sizə verərəm" deyir. Şahid1 Əntiqə Abduləzizovanın faktiki olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdə olduğuru və əmək funksiyalarını icra etdiyini bildirmişdir. Həmin tarixdə Əntiqənin ona göndərdiyi şəkillər kassadan zəruri xərclər üçün ayrılmış vəsaitlərin qeydiyyatıdır (İİ cild, i/v 140-143). İş materiallarında olan X2 Sistemindən çıxarılmış məlumatdan görünür ki, Mumci (Abduləzizova) Əntiqə Habil qızının xx.xx.2024-cü il təvəllüdlü X3 adlı uşağı vardır (İİ cild, i/v 158). İş materiallarında olan X2 sistemindəki məhkumluq məlumatlarından görünür ki, Mumci (Abduləzizova) Əntiqə Habil qızı əvvəllər məhkum olunmamışdır (İİ cild, i/v 193). İş materiallarında olan Nümayəndə və Əntiqə Abduləzizova arasında olan 29 oktyabr 2024-cü il tarixli üzləşdirmə istintaq hərəkətindən görünür ki, Nümayəndə ifadəsində göstərdiyi xüsusatları Əntiqə Abduləzizovanın üzünə qarşı təsdiqləmişdir (İİ cild, i/v 77-81). İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Mumci (Abduləzizova) Əntiqə Habil qızının barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild, i/v 75). İş materiallarında olan 01 ədəd CD diskdən və 18 dekabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş 01 ədəd diskdə olan və xx.xx.2024-cü il tarixdə qeydə alınmış səs yazısında sonuncu ilə Əntiqə Abduləzizova arasında keçən dialoqda Əntiqə Abduləzizova yanvar ayında götürdüyü pul vəsaitini etiraf etdiyini, digər aylarda yaranmış pul vəasiti çatışmazlığından xəbəri olmadığını bildirir (İİ cild, i/v 133). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Mumci (Abduləzizova) Əntiqə Habil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özü tərəfindən inkar olunsa da, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, şahidlərin verdikləri ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə bu nəticəyə gələrkən həm qanunvericiliyin yuxarıda qeyd edilən normalarına, beynəlxalq müqavilələrin tələblərinə əməl edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini, bu tipli işlərə məhkəmələrdə baxılması zamanı bu cinayətlərin hüquqi tövsif ilə bağlı uzun illər formalaşmış vahid təcrübəni nəzərə alır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarın 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs Mumci (Abduləzizova) Əntiqə Habil qızının himayəsində bir azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən şəxs Mumci (Abduləzizova) Əntiqə Habil qızının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Mumci (Abduləzizova) Əntiqə Habil qızına cinayət qanunun təqsirli bilindiyi CM-nin 179.2.3 və 179.2.4 maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması və həmin Məcəllənin 313-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Mumci (Abduləzizova) Əntiqə Habil qızına təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə görə cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmaqla təqsirləndirilən şəxs Mumci (Abduləzizova) Əntiqə Habil qızına dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər, maddi-məsul və təşkilati sərəncamverici vəzifə tutmaq hüququndan məhrum edilməklə bağlı əlavə cəza da təyin edilməlidir. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh – təqsirləndirilən şəxs Mumci (Abduləzizova) Əntiqə Habil qızının törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Mumci (Abduləzizova) Əntiqə Habil qızı tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxsə (mülki iddiaçı) maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi ilə əlaqədar qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs MMC-nin direktorunun Mumci (Abduləzizova) Əntiqə Habil qızına qarşı vurulmuş maddi ziyana görə 30.288,45 (otuz min iki yüz səksən səkkiz manat qırx beş qəpik) manat və ödənilmiş 180,87 manat dövlət rüsumu, cəmi 30.469.32 (otuz min dörd yüz altmış doqquz manat otuz iki qəpik) manat məbləğində pul vəsaitinin tutulmasına dair iddiası təmin edilməlidir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs Mumci (Abduləzizova) Əntiqə Habil qızının barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Mumci (Abduləzizova) Əntiqə Habil qızı yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməli, Mumci (Abduləzizova) Əntiqə Habil qızı cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, məhkəmə ekspertiza xərci 100 (yüz) manat pul təqsirləndirilən şəxs Mumci (Abduləzizova) Əntiqə Habil qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Mumci (Abduləzizova) Əntiqə Habil qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə ona 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər, maddi-məsul və təşkilati sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırıması cəzası təyin edilsin. Mumci (Abduləzizova) Əntiqə Habil qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2000 (iki min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Mumci (Abduləzizova) Əntiqə Habil qızına təyin olunmuş 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər, maddi-məsul və təşkilati sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını 2000 (iki min) manat cərimə cəzası ilə tam toplamaqla üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər, maddi-məsul və təşkilati sərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırıması cəzası və 2000 (iki min) manat cərimə cəzası saxlanılsın. Mumci (Abduləzizova) Əntiqə Habil qızı yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Mumci (Abduləzizova) Əntiqə Habil qızı cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs MMC-nin direktoru tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh – təqsirləndirilən şəxs Mumci (Abduləzizova) Əntiqə Habil qızından vurulmuş maddi ziyana görə 30.288,45 (otuz min iki yüz səksən səkkiz manat qırx beş qəpik) manat və ödənilmiş 180,87 manat dövlət rüsumu, cəmi 30.469.32 (otuz min dörd yüz altmış doqquz manat otuz iki qəpik) manat pul tutularaq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ödənilsin. Məhkəmə ekspertiza xərci 100 (yüz) manat pul təqsirləndirilən şəxs Mumci (Abduləzizova) Əntiqə Habil qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X5, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar