Məhkəmə qərarları › İş №1(006)-355/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-355/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-355/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1980-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. 03.05.2021-ci il tarixdə saat 18:00 radələrində ünvan 3-də yaşayan Zərərçəkmiş şəxs ilə qardaşı Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə zəminində yaranmış münaqişə zamanı Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr yetirməsi nəticəsində sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır, əvvəllər aralarında olan münasibət normal olmuş, heç bir münaqişələri və ya ədavətləri olmamışdır. Buna baxmayaraq, son zamanlar ailə məişət və şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs ilə münasibətləri korlanmışdır. Hadisədən bir neçə gün əvvəl qonşular vasitəsilə ona bacısı Zərərçəkmiş şəxs yaşadığı ünvanda tez-tez səs-küy olması barədə məlumat verilmişdir. O, bu barədə məlumatın nə dərəcədə doğru olmasını öyrənmək məqsədilə hadisədən bir iki gün öncə bacısı Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanına getmişdir. Həmin ünvanda anası onu gördükdən sonra Sevdanın onun sözünə baxmaması barədə şikayət etmişdir. Bundan sonra, o, anasına evin böyüyü olması və onun dediyi sözlərə hamının əməl etməsinin vacib olmasını bildirmişdir. 03 may 2021-ci il tarixdə o, yenidən bacısı Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanına getmiş və yorğun olduğuna görə mürgüləmək qərarına gəlmişdir. Bir müddət sonra bacısı Zərərçəkmiş şəxs mətbəxdə səs-küy salmasının və onun ünvanına nalayiq ifadələr işlətməsinin şahidi olmuşdur. Anası Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmış, lakin sonuncu anasının sözlərinə məhəl qoymayarq, səs-küy salmaqda davam etmişdir. Bu zaman o, bu məsələlərə aydınlıq gətirmək istəyərək onlara yaxınlaşmış, lakin həmin vaxt bacısı ona və anasına əl-qol hərəkətləri ataraq onun üzərinə gəlmiş, o isə öz növbəsində özünü müdafiə etmək üçün bacısını itələmiş, zərbənin təsirindən bacısı yerə yıxılmışdır. O, bacısnı vurmamış və ona heç bir xəsarət yetirməmiş, sadəcə olaraq münaqişənin qarşısını almışdır. Bundan sonra, Zərərçəkmiş şəxs ayağa qalxaraq yenidən mübahisəni davam etdirməyə çalışmışdır. O, isə mübahisənin daha da böyüməməsi üçün mənzili tərk edərək getmişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ilk öncə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş və daha sonra isə Nəsimi RPİ-nin 19-cu PŞnə şikayət ərizəsi yazmışdır. Qeyd olunanları nəzərə alaraq, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır, əvvəllər aralarında olan münasibətlər normal olmuş, heç bir münaqişə və ya ədavətləri olmamışdır. Lakin, atası vəfat etdikdən sonra Təqsirləndirilən şəxs ona qarşı aqressiv olmuş, onun evi tərk edərək getməsini istəmişdir. Qardaşı Təqsirləndirilən şəxs 02 may 2021-ci il tarixdə yaşadığı ünvan 5 ünvanına gəlmiş və onun mənzili tərk etməsini istəmiş, bu barədə anası ona məlumat vermişdir. 03 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən onun yaşadığı ünvana gələrək mübahisə yaratmış və yenidən onun mənzili tərk edərək getməsini bildirmişdir. Bundan sonra, o, əsəbləşərək onunla nəyə görə belə rəftar etməsini soruşmuş, sonuncu isə heç bir əsas olmadan ona nalayiq ifadələr işlədib əl və ayaq zərbələri ilə xəsarət yetirmişdir. Hətta baş vermiş hadisənin səs-küyünə yaxınlıqda yerləşən çayxanada olan şəxslər də gəlmiş və ona daha da böyük xəsarət yetirilməsinin qarşısını almışlar. Bundan sonra, o, qardaşı Təqsirləndirilən şəxs təhdidlərindən qorxduğu üçün gecə saatlarında ünvanı tərk edərək qaçmışdır. Sonradan isə DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxsla barışmadığından məhkəmədən onun barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 sağlamlığa zərər vurmanın təyininə dair 18 may 2021-ci il tarixli, 324 saylı rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - başın sol gicgah nahiyəsinin qançır-şişkinliyi (dərialtı hematoması), sol göz qapaqlarının və sol gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırları, sol kürəkaltı nahiyənin, sağ bazunun, hər iki saidin və hər iki baldırın qançırları, sol bazu və sol dirsək oynağı nahiyələrinin dirsək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan iri ölçülü qançır-şişkinliyi (dərialtı hematoması) küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdilər, qərarın təsviri hissəsində göstərilən tarixdə 03.05.2021-ci il tarixdə əmələ gələ bilərdirlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl, baş, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (i/v 20- 21). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 16.05.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 18). Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini inkar etməsi özünü müdafiə xarakteri daşıyır. Lakin onun bu əməli zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət tərtmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə görə cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Məhkəmə, həmçinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı heç bir qətimkan tədbiri seçilmədiyini nəzərə alaraq hesab edir ki, hal-hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində hər hansı bir qətimkan tədbirinin seçilməsi üçün əsaslar yoxdur. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilən mülki iddiadan görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs 1000 (min) manat maddi ziyanın, 20000 (iyirmi min) manat mənəvi ziyanın, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, cəmi 21030 (iyirmi bir min otuz) manat pulun alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 354-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, rədd edilməsi və baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası CPM-nn 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə, hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsini işin halları və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs həmin hallar barəsində verdiyi ifadələri ilə müqayisəli tədqiq edib hesab edir ki, onun iddiası hazırki məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan kənara çıxdığından təmin edilə bilməz. Əks halda məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan olunmuş ittihamın həcmini ağırlaşdırmış olardı. Bu səbəbdən də məhkəmə, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ona dəymiş, ümumilikdə 21030 (iyirmi bir min otuz) manat məbləğində pulun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tutularaq, ona ödənilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılmasını və ona həmin tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia vermək hüququnun olmasının izah edilməsini əsaslı sayır. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-355/2021 saylı, 25 may 2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 01 iyun 2021-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılsın və ona həmin tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia vermək hüququnun olması izah edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar