Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-355/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxşlər Zərərçəkmiş şəxs1 oğlu və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Ermənistan, Noyemberyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 04 ay 04 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış və qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,029 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, 20 yanvar 2022-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 00:30-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 13 saylı ünvanda yerləşən “AL Market” mağazasının qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,029 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,041 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 02 mart 2022-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 16:10-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 8 saylı ünvanda yerləşən avtotəmir məntəqəsinin qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,041 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 10 mart 2022- ci il tarixdə, saat 03:30 ilə 04:00 radələri arasında olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Nəsimi rayonu. Müdafiəçi2 küçəsi 37 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 oğluna məxsus “Zəngəzur” kafesinin qarşısına gəlib istintaqla müəyyən edilməmiş vintaçanla kafenin plastik materialdan olan yan pəncərəsini açdıqdan sonra birlikdə oraya qanunsuz daxil olub içəridən 1 ədəd 120 manat dəyərində «Ander MMA-250» markalı qaynaq aparatını, 1 ədəd 30 manat dəyərində üzərində markalanma yazıları silinmiş laqondanı, 1 ədəd 80 manat dəyərində «Bosch» markalı 800 V-luq perforatoru, 2 ədəd hər birinin dəyəri 4 manat olmaqla, ümumilikdə 8 manat dəyərində, üzərində «GİYYSS» yazısı olan ikili elektrik yuvalarını, 1 ədəd 4 manat dəyərində üzərində «GİYYSS» yazısı olan elektrik açarını, 2 ədəd hər biri 15 manat olmaqla ümumilikdə 30 manat dəyərində üzərində «Max Glass» yazıları olan 16 sm ölçülü qapı sıxaclarını, 1 ədəd 20 manat dəyərində üzərində «Max Glass» yazıları olan 20 sm ölçülü qapı sıxacını, 1 ədəd 80 manat dəyərində üzərində «FK-84» yazıları olan, ikili qapı üçün mexanizmi, 1 ədəd 20 manat dəyərində üzərində «Tough metal» yazıları olan qapı kilidini, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 1 ədəd 370 manat dəyərində qaynaq aparatını, 2 ədəd hər biri 180 manat olmaqla, ümumilikdə 360 manat dəyərində perforatoru, 1 ədəd 110 manat dəyərində elektrik drelini, 9 manat dəyərində 15 metr ölçüdə elektrik naqilini, 1 ədəd 110 manat dəyərində samovarı, 1 ədəd 600 manat dəyərində havalandırma mühərrikini, 1 ədəd 120 manat dəyərində kiçik ölçülü laqondanı, 1 ədəd 100 manat dəyərində lobzik aparatını gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 oğluna ümumilikdə 2171 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 31 yanvar 2022-ci il tarixdə saat 01:30 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 idarə etdiyi «VAZ 21014» markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının açıq olmasından istifadə edərək avtomobilin qapısını açıb salonundan 01 ədəd 130 manat dəyərində “Pioneer” markalı, DEH-P7250SD modelli maqnitafonu, 01 cüt 3 manat dəyərində süni dəridən hazırlanmış kişi ayaqqabısını, yük yerindən 01 ədəd 130 manat dəyərində “Pioneer” markalı, GM-A6604 modelli maqnitafonu, salonda olan sandıqçadan zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 40 manat dəyərində “Tom Ford” markalı kişi ətirini, 80 manat nəğd pulu, qabaq oturacağın arxa cibindən 10 manat dəyərində 0,5 litr həcmdə spirtli içki arağı, sürətlər qutusunun yanından 6 manat məbləğində müxtəlif qəpiklərdən ibarət pulu, həmin günün məzənnəsi ilə 3 manat 40 qəpik təşkil edən 2 ədəd 1 ABŞ dolları pul əsginaslarını, salonda asılmış vəziyyətdə olan 01 ədəd 20 manat dəyərində “Borofonc” markalı səsgücləndiricini gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 422 manat 40 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 10 mart 2022-ci il tarixdə, saat 03:30 ilə 04:00 radələri arasında olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Nəsimi rayonu, Müdafiəçi2 küçəsi 37 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 oğluna məxsus “Zəngəzur” kafesinin qarşısına gəlib istintaqla müəyyən edilməmiş vintaçanla kafenin plastik materialdan olan yan pəncərəsini açdıqdan sonra birlikdə oraya qanunsuz daxil olub içəridən 1 ədəd 120 manat dəyərində «Ander MMA-250» markalı qaynaq aparatını, 1 ədəd 30 manat dəyərində üzərində markalanma yazıları silinmiş laqondanı, 1 ədəd 80 manat dəyərində «Bosch» markalı 800 V-luq perforatoru, 2 ədəd hər birinin dəyəri 4 manat olmaqla, ümumilikdə 8 manat dəyərində, üzərində «GİYYSS» yazısı olan ikili elektrik yuvalarını, 1 ədəd 4 manat dəyərində üzərində «GİYYSS» yazısı olan elektrik açarını, 2 ədəd hər biri 15 manat olmaqla ümumilikdə 30 manat dəyərində üzərində «Max Glass» yazıları olan 16 sm ölçülü qapı sıxaclarını, 1 ədəd 20 manat dəyərində üzərində «Max Glass» yazıları olan 20 sm ölçülü qapı sıxacını, 1 ədəd 80 manat dəyərində üzərində «EK-84» yazıları olan, ikili qapı üçün mexanizmi, 1 ədəd 20 manat dəyərində üzərində «Tough metal» yazıları olan qapı kilidini, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 1 ədəd 370 manat dəyərində qaynaq aparatını, 2 ədəd hər biri 180 manat olmaqla, ümumilikdə 360 manat dəyərində perforatoru, 1 ədəd 110 manat dəyərində elektrik drelini, 9 manat dəyərində 15 metr ölçüdə elektrik naqilini, 1 ədəd 110 manat dəyərində samovarı, 1 ədəd 600 manat dəyərində havalandırma mühərrikini, 1 ədəd 120 manat dəyərində kiçik ölçülü laqondanı, 1 ədəd 100 manat dəyərində lobzik aparatını gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 oğluna ümumilikdə 2171 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış və qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,547 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 19 yanvar 2022-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 01:30-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 15 ünvanının qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının qabaq sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,547 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 31 yanvar 2022-ci il tarixdə saat 01:30 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 idarə etdiyi «VAZ 21014» markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının açıq olmasından istifadə edərək avtomobilin qapısını açıb salonundan 01 ədəd 130 manat dəyərində “Pioneer” markalı, DEH-P7250SD modelli maqnitafonu, 01 cüt 3 manat dəyərində süni dəridən hazırlanmış kişi ayaqqabısını, yük yerindən 01 ədəd 130 manat dəyərində “Pioneer” markalı, GM- A6604 modelli maqnitafonu, salonda olan sandıqçadan zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 40 manat dəyərində “Tom Ford” markalı kişi ətirini, 80 manat nəğd pulu, qabaq oturacağın arxa cibindən 10 manat dəyərində 0,5 litr həcmdə spirtli içki arağı, sürətlər qutusunun yanından 6 manat məbləğində müxtəlif qəpiklərdən ibarət pulu, həmin günün məzənnəsi ilə 3 manat 40 qəpik təşkil edən 2 ədəd 1 ABŞ dolları pul əsginaslarını, salonda asılmış vəziyyətdə olan 01 ədəd 20 manat dəyərində “Borofone” markalı səsgücləndiricini gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 422 manat 40 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, onun cibinə narkotik vasitəni polis bölməsində qoymuşdurlar. Oğurluq etdikləri gün, yəni xx.xx.2022-ci il tarixdə Mahir onlarda olmuşdur. Axşam siqaret almaq üçün Mahir ilə evdən çıxan zaman Mahirə bir yer olduğunu, gedib oradan oğurluq etməkləri ilə bağlı təklif irəli sürmüşdür. Mahir də cavabında Xutor qəsəbəsində yerləşən “Zəngəzur” adlı kafedə təmir alətləri olduğunu, gedib onları götürmələrini bildirmişdir. O da Mahirlə razılaşmış və saat 03:30 radələrində birlikdə piyada həmin kafenin yerləşdiyi ünvana getmişlər. Mahir vintaçanla kafenin plastikdən olan pəncərəsini açmış, birlikdə içəriyə daxil olmuş və içəridə olan perforatoru, 01 ədəd samovarı, 01 ədəd lobzik aparatını, 02 ədəd dreli, 01 ədəd qaynaq aparatını və ittiham aktında qeyd edilən digər əşyaları götürmüşlər. İttiham aktında qeyd edilənlərdən sadəcə motoru götürməmişlər. Oğurladıqları əşyaları 2-3 ədəd sellafon torbalara yığmış, daha sonra həmin əşyaları piyada onun Xutor qəsəbəsində yerləşən həyət evinə aparmışlar. Yaşadığı ev oğurluq etdikləri kafedən 70-80 metr məsafədə yerləşir. Əşyaları götürüb gətirən zaman yolda onları heç kim görməmişdir. Oğurladıqları əşyaların bəzilərini, yəni samovarı, qaynaq aparatını, iki ədəd dreli və bir ədəd lobzik aparatını ümumilikdə 150 manata bazarda satmış, qalanını isə qaytarmışlar. Əldə etdikləri pulu Mahirlə aralarında bölmüşlər. Daha sonra törətdiyi əməldən peşman olmasını, ayağında yara olmasını, bir oğlunun müharibə iştirakçısı olmasını, digər oğlunun hazırda əsgərlikdə olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs3 ona qarşı elan olunmuş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmədiyini, belə ki, onun üzərində narkotik vasitə olmadığını qeyd edərək ifadəsində göstərmişdir ki, o, oğurluğu tək etmiş, Mahirin oğurluqdan xəbəri olmamışdır. 2022-ci ilin yanvar ayının sonlarında gecə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, 13-cü sıra ərazisində qırmızı rəngli “Vaz 21014” markalı avtomobilin dayandığını görüb avtomobilə yaxınlaşmış, avtomobilin sağ arxa qapısının açıq olduğunu görüb oradan avtomobilə daxil olmuş və avtomobilin içərisində olan “Pioneer” markalı, DEH-P7250SD model maqnitafonu, bir ədəd “Pioneer” markalı, GM-A6604 model səsgücləndiricini, bir cüt qara rəngli kişi ayaqqabısını 02 ədəd 1 ABŞ dollarını, ümumi dəyəri yadında qalmayan qəpikləri və spirtli içki olan arağı götürmüşdür. Oğurladığı əşyaları satmamış, onları istintaq müddətində Binqədi RPİ-nə vermişdir. Götürdüyü əşyaları Xutor qəsəbəsində yerləşən zavodun həyətində gizlətmişdir. Qayıdanda ayaqqabısının dəmirinin düşdüyünü görmüş, avtomobilin içərisinə baxanda ayaqqabısının dəmirinin orada olduğunu aşkar etmişdir. Bu zaman Mahirin gəldiyini görüb ondan həmin dəmir parçasını avtomobildən götürməsini xahiş etmişdir. Şübhə yaratmasın deyə Mahirə toydan gəldiyini, maşının dayısının maşını olduğunu, ayaqqabısının dəmirinin avtomobildə düşdüyünü bildirmiş, yer dar olduğundan özünün götürə bilmədiyini, arıq olduğu üçün ondan maşının arxa qapısını açıb götürməsini xahiş etmişdir. Mahir də avtomobilə daxil olaraq həmin dəmir parçasını götürmüşdür. Daha sonra zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayının sonlarında, gecə saat 01:00 radələrində mağazaya siqaret almağa gedən zaman yolda Nicatı görmüşdür. Nicat ayaqqabısının dəmirinin dayısının avtomobilinə düşdüyünü, dayısının yatdığını, bu səbəbdən onu yuxudan qaldırıb açarı götürmək istəmədiyini, avtomobilin arxa qapısının açıq olduğunu, lakin yer dar olduğu üçün girib götürə bilmədiyini demiş və ondan həmin dəmir parçasını götürməyini xahiş etmiş, o da həmin dəmir parçasını götürüb Nicata vermişdir. Üzərindən bir həftə keçdikdən sonra, gecə vaxtı polislər gəlib onu evdən aparmış və oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1la birlikdə də heç bir oğurluq etməmişdir. Onun “Zəngəzur” kafesindən edilən oğurluqdan xəbəri olmamış, İntiqam ona heç bir məbləğdə pul verməmişdir. Oğurluq etməsini sübut edən heç bir videogörüntü, əl izi yoxdur. Daha sonra törədilmiş oğurluq əməllərinə heç bir aidiyyəti olmadığını bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 oğlu ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə səhər saatlarında evdə olarkən ustalar zəng edib ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Müdafiəçi2 küçəsi 23-də yerləşən “Zəngəzur” kafesinin sol tərəfdən pəncərəsinin açıq olduğunu və oradakı əşyaların götürüldüyünü bildirmişlər. O kafeyə gəlmiş və kafedəki əşyaların, hərəsi 370 manat olmaqla ümumilikdə 740 manat dəyərində 02 ədəd qaynaq aparatının, hərəsi 180 manat olmaqla ümumilikdə 540 manat dəyərində 03 ədəd preferatorun, 01 ədəd 110 manat dəyərində elektrik drelinin, 9 manat dəyərində 15 metr elektrik naqilinin, 01 ədəd 530 manat dəyərində böyük ölçülü xüsusi mexanizimli komplekt qapı fıksatorunun, 01 ədəd 110 manat dəyərində samovarın, 01 ədəd 600 manat dəyərində havalandırma mühərrikinin, hərəsi 120 manat dəyərində olmaqla ümumilikdə 240 manat dəyərində 02 ədəd balaca laqondanın, 01 ədəd 100 manat dəyərində lobzik aparatının, hərəsi 7 manat olmaqla ümumilikdə 14 manat dəyərində 02 ədəd “CWSS” yazısı olan elektrik yuvasının, 01 ədəd 7 manat dəyərində olmaqla üzərində ‘‘CWSS” yazısı olan elektrik açarının oğurlandığını aşkar etmişdir. Ümumilikdə 3.000 manat dəyərində təmir tikinti materialları və alətlərinin oğurlandığını müəyyən etmişdir. Sonra isə bu barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət etmiş, daha sonra kamera görüntülərinə baxanda oğurluq edən şəxsləri müəyyən etmişlər. Daha sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saat 22 radələrində mülki etibarnamə əsasında özünə məxsus olan X2 adına “Vaz 21014” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qapılarını kilidləyərək yaşadığı evin qarşısında ümumi küçədə saxlamışdır. Növbəti gün saat 13 radələrində avtomobilinə yaxınlaşan zaman avtomobilinin arxa sağ yan qapısının açıq olduğunu, avtomobilindən 01 ədəd 130 manat dəyərində “Pioneer” markalı, DEH-P7250SD model maqnitafonun, 01 ədəd 130 manat dəyərində “Pioneer” markalı, GM-A6604 model səsgücləndiricinin və 01 cüt 3 manat dəyərində qara rəngli üzərində qüsurları olan süni dəridən olan kişi ayaqqabısının, həmçinin 10 manat dəyərində spitrtli içki olan arağın, 40 manat dəyərində “Tom Ford” markalı kişi ətirinin, 20 manat dəyərində 01 ədəd “borofone” markalı əldə gəzdirilən səs gücləndiricinin, avtomaşının bardaçokundan 80 manat, 2 ədəd 1 ABŞ dolları olmaqla xx.xx.2022-ci il tarixə olan valyuta məzənnəsinə görə 3.40 manat pulun, 6 manat dəyərində müxtəlif küprlü qəpiklərin oğurlandığını görmüşdür. Oğurlanmış əşyalardan ayaqqabı, maqnitafon səsgücləndirici qaytarılmış, digər əşyalar isə qaytarılmamışdır. Daha sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci polis bölməsinin kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 02 mart 2022-ci il tarixdə saat 16:10 radələrində «İntiqam» adlı şəxsin cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat qrupunun üzvü Şahid2la Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 8 saylı ünvanda yerləşən avtotəmir məntəqəsinin yaxınlığında olarkən «İntiqam» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb ona yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğunu öyrəndikdən sonra sonuncuya narkotik vasitələri gəzdirməsində şübhəli olduğunu bildirib, 7-ci polis bölməsinə gətirmişlər. 7-ci PB-də Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitəni 02 mart 2022-ci il tarixdə saat 11 radələrində “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə istintaqında iştirak etməyən şahid Binəqədi RPİ-nin 7-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 20 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində «İntiqam» adlı şəxsin cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat qrupunun üzvü Şahid4la Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 13 saylı ünvanda yerləşən “Al” market adlı mağazanın yaxınlığında olarkən «İntiqam» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb ona yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğunu öyrəndikdən sonra sonuncuya narkotik vasitələri gəzdirməsində şübhəli olduğunu bildirib, 7-ci polis bölməsinə gətirmişlər. 7-ci PB-də Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş psixotrop maddəni 19 yanvar 2022-ci il tarixdə günorta saatlarında “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci polis bölməsinin sahə müvəkkili Şahid4 da Şahid3 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək ona uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “Nicat” adlı şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 15-ci sırada narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə Binəqədi RPİ-nin 7-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə əməliyyat müvəkkli polis leytenantı Şahid6 ilə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişlər. Həmin qərarda göstərilən tədbirlərlə bağlı olaraq xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində onlar Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 15 ünvanına yollanmışlar. Həmin ünvanda təxminən 15-20 dəqiqə gözlədikdən sonra “Nicat” adlı şəxsin gəldiyini görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və daha sonra isə «Nicat» adlı şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib sonuncunun üzərinə baxış keçirilməsi məqsədilə Binqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər. Şəxsiyyəti sonradan onlara məlum olan, xx.xx.1995-ci il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 15 ünvanında qeydiyyatla yaşayan vətəndaş Təqsirləndirilən şəxs3 Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasındakı xidməti otaqların birində Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçsı polis kapitanı Zaur Qüdrətov tərəfindən müdafiəçi təyin edilmiş və sonuncunun üzərinə baxışın keçirilməsi və şəxsi axtarışın aparılmasını video qeydiyyata almaq üçün mütəxəssis dəvət edilmişdir. Onun, Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid6, Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Zaur Qüdrətov və video qeydiyyata almaq üçün çağırılmış mütəxəssisin iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs3 üzərinə baxış, şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs3 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs3 əynindəki göy rəngli cins şalvarının qabaq sağ yan cibindən 01 ədəd gümüşü rəngli bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs3 üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, sonuncu üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs3 üzərində axtarış aparılmağa başlanılmış və üzərindən hər hansısa başqa bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş büküm açılaraq, içərisində olan maddənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs3 həmin maddənin narkotik vasitə olan heroin olduğunu və onu şəxsi istifadəsi üçün 2022-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını qeyd etmişdir. Daha sonra aşkar olunmuş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, zərfə qoyulmuş və üzəri möhürlənərək bağlanılmışdır. Təqsirləndirilən şəxs3 Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasına gətirilən zaman və Binəqədi RPİ-nin 7-ci PB-nin inzibati binasında olduğu zaman hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid6 da Şahid5 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək ona uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 02 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.17- 18); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (l cild, i.v.68-69); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (l cild, i.v.70-71); - “Cinayət işlərinin birləşdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, müstəntiq Ramil Qabulov tərəfindən Təqsirləndirilən şəxs1 barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs1 barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir (l cild, i.v.99-100); - “Şübhəli şəxsin tutulması haqqında” 20 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.118-119); - “Vəsatətin rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (l cild, i.v.166-167); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (l cild, i.v.168-169); - “Cinayət işinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs1 barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, istintaq ********* nömrəsi altında davam etdirilməklə işə üzrə əməl Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ağabala Cəfərov tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. - “Şübhəli şəxsin tutulması haqqında” 13 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.249); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 4(006)-161/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.76-80); - “Cinayət işinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir (İİ cild, i.v.96); - “Şübhəli şəxsin tutulması haqqında” 13 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İl cild, i.v.18); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 4(006)-162/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.81-85); - “Şübhəli şəxsin tutulması haqqında” 16 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İl cild, i.v.166); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (l cild, i.v.168-169); - “Şübhəli şəxsin tutulması haqqında” 19 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (lİl cild, i.v.1); - “Vəsatətin rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (lll cild, i.v.51-52); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (lll cild, i.v.53-54); - “Şübhəli şəxsin tutulması haqqında” 16 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İl cild, i.v.147); - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 4(001)- 176/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.212-216); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 4(006)-268/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs3 həbsdə saxlanılma müddəti 13 iyun 2022-ci il tarixədək uzadılmışdır. (lİİ cild, i.v.89-93); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 4(006)-318/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 22 iyul 2022-ci il tarixədək uzadılmışdır. (lİİ cild, i.v.140-143); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 4(006)-319/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs3 həbsdə saxlanılma müddəti 16 iyul 2022-ci il tarixədək uzadılmışdır. (lİİ cild, i.v.144-147); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 4(006)-317/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 22 iyul 2022-ci il tarixədək uzadılmışdır. (lİİ cild, i.v.148-151); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən Binəqədi RPİ-nə daxil olmuş xx.xx.2022-ci il tarixli 011-1630-1222 nömrəli məktubdan görünür ki, ünvan 11 ünvanında, Zərərçəkmiş şəxs2 məxsus "Vaz 2114" markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək KTİ-yə təqdim edilmiş əl izləri DİNin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilərək, tədqiqat nəticəsində yararlı olan əl izlərindən 01 ədədinin (ADİS-in məlumat bankına Abşeron RPİ və Nəsimi RPİ-dən daxil olmuş) xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin ovuc əksi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir (İl cild, i.v.119-120); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, X5 əvvəllər məhkum olunmamışdır (İİl cild, i.v.104-105); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 04 ay 04 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (İİ cild, i.v.228- 229); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 sonuncu dəfə Kürdəmir rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1, 177.2.4, 326.2-ci maddələri ilə təqsirli bilinərək 3400 manat cərimə cəzasına, Azərbaycan Respublikası CMnin 69.4-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad olunmuşdur (İİ cild, i.v.226-227); - “Könüllü təqdim olunan əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan və “təqdim edilmiş sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 12 ünvanında, Zərərçəkmiş şəxs2 məxsus "Vaz 2114" markalı, **- NV-*** dövlət qeydiyyat nişanlı avtomaşından oğurladıqları 01 ədəd “Pioneer” markalı, DEH-P7250SD modelli maqnitafonu, 01 ədəd “Pioneer” markalı, GM-A6604 model səsgücləndiricini və 01 cüt qara rəngli üzərində qüsurları olan süni dəridən olan kişi ayaqqabısını könüllü olaraq istintaqa təqdim etmişdir (İİ cild, i.v.123,125); - “Təqdim etmə barədə” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Mehtiyev X4 Mahir İlqar oğlu ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Müdafiəçi2 küçəsi 23-də yerləşən “Zəngəzur” kafesindən oğurladıqları 01 ədəd üzərində “Ander MMA 250” yazısı olan qaynaq aparatını, 01 ədəd üzərində “Bosch” yazısı olan perforatoru, 01 ədəd üzərində markası yazılmayan laqondanı, 02 ədəd “CWSS” yazısı olan elektrik yuvasını, 01 ədəd üzərində eyni yazı olan elektrik açarını, 01 ədəd böyük ölçülü xüsusi mexanizmli qapı fiksatorunu, 03 ədəd kiçik ölçülü qapı mexanizmini, 01 ədəd qapı kilidini, 01 ədəd politilen sellofan paketin içərisində ölçüsü dəqiqləşdirilməmiş naqil kəsiklərini könüllü olaraq istintaqa təqdim etmişdir (İ cild, i.v.223- 225); - “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd üzərində “Ander MMA 250” yazısı olan qaynaq aparatı, 01 ədəd üzərində “Bosch” yazısı olan perforator, 01 ədəd üzərində markası yazılmayan laqonda, 2 ədəd “CWSS” yazısı olan elektrik yuvası, 01 ədəd üzərində eyni yazı olan elektrik açarı, 01 ədəd böyük ölçülü xüsusi mexanizmli qapı fiksatoru, 03 ədəd kiçik ölçülü qapı mexanizmi, 01 ədəd qapı kilidi, 01 ədəd politilen sellofan paketin içərisində ölçüsü dəqiqləşdirilməmiş naqil kəsikləri zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 oğluna tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1 qeyd olunan əşyaların hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək ona məxsus olduğunu bir daha təsdiq etmişdir (İll cild, i.v.110-115); - “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 təqdim etdiyi 01 ədəd “Pioneer” markalı, DEH- P7250SD model maqnitafon, 01 ədəd “Pioneer” markalı, GM-A6604 model səsgücləndirici və 01 cüt qara rəngli üzərində qüsurları olan süni dəridən olan kişi ayaqqabısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs2 qeyd olunan əşyaların hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək ona məxsus olduğunu bir daha təsdiq etmişdir (İll cild, i.v.82); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/329 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 176» dairəvi möhür əksi və «...təhvil verdi...Hüseynzadə N- imza; ...iştirak etdi –imzalar...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfin içərisində bükümdəki təmiz çəkisi- 0,547 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (İll cild, i.v.22-24); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/375 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №176» dairəvi möhür əksləri olan, «... Təqsirləndirilən şəxs1 ...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,029 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (İ cild, i.v.137-139); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1303 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №176» dairəvi möhür əksləri olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,041 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (İ cild, i.v.38-40); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2379 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin mart ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - üzərində qüsurları olan 1 ədəd «Ander MMA-250» markalı qaynaq aparatının 2022ci ilin mart ayına orta bazar qiyməti 120 manat, - 01 ədəd üzərində markalanma yazıları silinmiş, orta ölçülü, istifadədə olmuş, üzərində qüsurları olan laqondanın 2022-ci ilin mart ayına orta bazar qiyməti 30 manat, - 01 ədəd istifadədə olmuş, üzərində qüsurları olan 2012-ci il Almaniya istehsalı olan «Bosch» markalı 800 V-luq perforatorun 2022-ci ilin mart ayına orta bazar qiyməti 80 manat, - 02 ədəd istifadə olunmamış vəziyyətdə üzərində «GİYYSS» yazısı olan, ikili elektrik yuvalarının hər birinin 2022-ci ilin mart ayına orta bazar qiyməti 4 manat, - 01 ədəd istifadə olunmamış vəziyyətdə üzərində «GİYYSS» yazısı olan elektrik açarının 2022-ci ilin mart ayına orta bazar qiyməti 4 manat, - 02 ədəd üzərində «max glass» yazıları olan 16 sm ölçülü qapı sıxaclarımn hər birinin 2022-ci ilin mart ayına orta bazar qiyməti 15 manat, - 01 ədəd üzərində «max glass» yazıları olan 20 sm ölçülü qapı sıxacının 2022-ci ilin mart ayına orta bazar qiyməti 20 manat, - 01 ədəd üzərində «EK-84» yazıları olan, ikili qapı üçün mexanizmin 2022-ci ilin mart ayına orta bazar qiyməti 80 manat, - 01 ədəd üzərində «Tough metal» yazıları olan qapı kilidinin 2022-ci ilin mart ayına orta bazar qiyməti 20 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (İll cild, i.v.107-109); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1240 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda malların istifadədə olması nəzərə alınmaqla hazırda orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - 01 ədəd “Pioneer" markalı, DEH-P7250SD model maqnitafonun qiyməti 130 manat, - 01 ədəd “Pioneer” markalı, GM-A6604 model səsgücləndiricinin qiyməti 130 manat, - 01 cüt qara rəngli üzərində qüsurları olan süni dəridən olan kişi ayaqqabısının qiyməti 3 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (İll cild, i.v.66-67); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 3018 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərdən və alkoqoldan sui istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİl cild, i.v.162-163); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 2482 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİl cild, i.v.117-118); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1321 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 üzvi mənşəli yüngül koqnitiv pozuntu aşkar olunur, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəslərinin təsiri altına düşmür. (lll cild, i.v.157-159); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə 01 ədəd üzərində “Ander MMA 250" yazısı olan qaynaq aparatı, 01 ədəd üzərində “Bosch” yazısı olan perforator, 01 ədəd üzərində markası yazılmayan laqonda, 02 ədəd “CWSS” yazısı olan elektrik yuvası, 01 ədəd üzərində eyni yazı olan elektrik açarı, 01 ədəd böyük ölçülü xüsusi mexanizmli qapı fiksatoru, 03 ədəd kiçik ölçülü qapı mexanizmi, 01 ədəd qapı kilidi, 01 ədəd politilen sellofan paketin içərisində ölçüsü dəqiqləşdirilməmiş naqil kəsikləri, bir ədəd “Pioneer” markalı, DEH-P7250SD model maqnitafon, bir ədəd “Pioneer” markalı, GM-A6604 model səsgücləndirici, bir cüt qara rəngli kişi ayaqqabısı, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 1,041 qram narkotik vasitə heroin və 1,029 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş 0,547 qram narkotik vasitə heroin xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxslər müdafiəçilərinin iştirakı ilə cinayət işinin materialları və maddi sübutla tanış olduqdan sonra 01 ədəd üzərində “Ander MMA 250" yazısı olan qaynaq aparatı, 01 ədəd üzərində “Bosch” yazısı olan perforator, 01 ədəd üzərində markası yazılmayan laqonda, 02 ədəd “CWSS” yazısı olan elektrik yuvası, 01 ədəd üzərində eyni yazı olan elektrik açarı, 01 ədəd böyük ölçülü xüsusi mexanizmli qapı fiksatoru, 03 ədəd kiçik ölçülü qapı mexanizmi, 01 ədəd qapı kilidi, 01 ədəd politilen sellofan paketin içərisində ölçüsü dəqiqləşdirilməmiş naqil kəsikləri saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, bir ədəd “Pioneer” markalı, DEH-P7250SD model maqnitafon, bir ədəd “Pioneer” markalı, GM-A6604 model səsgücləndirici, bir cüt qara rəngli kişi ayaqqabısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılmış, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 0,991 qram qalığı, psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 0,979 qram qalığı, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 0,497 qram qalığı saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (lll cild, i.v.198-218); - Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd CD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs3 əynindəki göy rəngli cins şalvarın qabaq sağ yan cibindən 01 ədəd gümüşü rəngli büküm çıxararaq masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 həmin maddəni şəxsi istifadəsindən ötrü üzərində saxladığını, bir həftə öncə “Papanin” adlanan yerdən tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Daha sonra qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd “Marlboro” markalı siqaret çıxarıb masanın üzrəniə qoymuş və üzərində digər heç bir şeyin olmadığını bildirmişdir; - Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd CD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf sellofan büküm çıxararaq masanın üzərinə qoymuş və üzərində başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan həmin büküm açılan zaman bükümün içərisində ağ rəngli kristal halında olan maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin maddənin “şüşə” olmasını və həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, “Papanin” adlanan yerdə adını Əhməd kimi bildiyi şəxsdən 15 manata şəxsi istifadəsi üçün almasını bildirmişdir; - Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd CD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan büküm çıxararaq masanın üzərində qoymuş və üzərində başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan həmin büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli toz halında olan maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin maddənin narkotik maddə hesab edilən “kokos” olmasını və həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Nəsimi rayonu, “Papanin” adlanan ərazidən adını İlqar kimi bildiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün almasını bildirmişdir; - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən Nəsimi rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ona qarşı oğurluq edən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmışdır, heç bir şikayət və tələbi yoxdur; - Azərbaycan Respublikası medalının l-9253, l-5719, l-10250 nömrəli vəsiqələrindən görünür ki, X6 “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir; - Bakı Şəhər Probasiya İdarəsinin 10 dekabr 2021-ci il tarixli “Amnistiya aktının tərtib edilməsi barədə” Qərarından görünür ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs3 cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.2-ci maddəsi bu əməlin təkrar törədilməsinə, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onlara elan olunmuş ittiham üzrə özlərini qismən, yəni ancaq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri üzrə təqsirli bilmələri, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi üzrə təqsirli bilməmələri, Təqsirləndirilən şəxs2 isə ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri üzrə özünü təqsirli bilməməsinə dair məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrə tənqidi yanaşır və hesab edir ki, onların bu məzmunda ifadə vermələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxslərin bu ifadələri iş üzrə toplanmış sübutların məcmusu ilə təkzib edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri, Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlini qismən etiraf etməsini və peşman olmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, oğlunun “Vətən Müharibəsi” iştirakçısı olmasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddədə nəzərdə tutulan cinayəti təkrar törətməsini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlini qismən etiraf etməsini və peşman olmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, oğlunun “Vətən Müharibəsi” iştirakçısı olmasını, ilk dəfə cinayət törətməsini, habelə, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq 13 mart 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsin Ambulator X3 Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, 3018 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 barəsində məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq 13 mart 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən əməlini qismən etiraf etməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3-1, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilinərək , 3400 manat cərimə cəzasına və Azərbaycan Respublikasının CM-nin 69.4-cü maddəsi ilə təqsirli bilinərək, 1500 manat cərimə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs3 barəsində "08 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı tətbiq edilməklə o, cəzadan azad edilmişdir. "08 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 7-ci bəndinə görə Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxs hesab edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlini qismən etiraf etməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığı faktiki olaraq 16 fevral 2022ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsin Ambulator X3 Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, 2482 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində “Ander MMA 250" yazısı olan qaynaq aparatı, 01 ədəd üzərində “Bosch” yazısı olan perforator, 01 ədəd üzərində markası yazılmayan laqonda, 02 ədəd “CWSS” yazısı olan elektrik yuvası, 01 ədəd üzərində eyni yazı olan elektrik açarı, 01 ədəd böyük ölçülü xüsusi mexanizmli qapı fiksatoru, 03 ədəd kiçik ölçülü qapı mexanizmi, 01 ədəd qapı kilidi, 01 ədəd politilen sellofan paketin içərisində ölçüsü dəqiqləşdirilməmiş naqil kəsiklərinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, bir ədəd “Pioneer” markalı, DEH-P7250SD model maqnitafon, bir ədəd “Pioneer” markalı, GM-A6604 model səsgücləndirici, bir cüt qara rəngli kişi ayaqqabısının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,991 qram narkotik vasitə heroin, 0,979 qram psixotrop maddə metamfetamin və 0,497 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən üç ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 179 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 100 (yüz) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 03 gün tutulma müddəti ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 13 mart 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 gün tutulma müddəti ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 13 mart 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 177.2.1-ci maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 01 gün tutulma müddəti təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 fevral 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 179 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində “Ander MMA 250" yazısı olan qaynaq aparatı, 01 ədəd üzərində “Bosch” yazısı olan perforator, 01 ədəd üzərində markası yazılmayan laqonda, 02 ədəd “CWSS” yazısı olan elektrik yuvası, 01 ədəd üzərində eyni yazı olan elektrik açarı, 01 ədəd böyük ölçülü xüsusi mexanizmli qapı fiksatoru, 03 ədəd kiçik ölçülü qapı mexanizmi, 01 ədəd qapı kilidi, 01 ədəd politilen sellofan paketin içərisində ölçüsü dəqiqləşdirilməmiş naqil kəsiklərinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, bir ədəd “Pioneer” markalı, DEH-P7250SD model maqnitafon, bir ədəd “Pioneer” markalı, GM-A6604 model səsgücləndirici, bir cüt qara rəngli kişi ayaqqabısının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,991 qram narkotik vasitə heroin, 0,979 qram psixotrop maddə metamfetamin və 0,497 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən üç ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-355/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-355/2022
14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver