Məhkəmə qərarları › İş №1(006)-355/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-355/2025

11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-355/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçi – «Alyans» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ucar şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən binaya qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2024-cü ilin iyun ayında işlədiyi 7 saylı Asan Xidmət Mərkəzində olarkən iş yoldaşı Gülab Məmmədlinin əl çantasından sonuncunun əri Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı ünvan 3 ünvanının giriş qapısının açarını gizli götürüb, 2024-cü ilin iyun ayının ortalarında istintaqla dəqiq müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs və ailə üzvlərinin mənzildə olmadığından istifadə edib qeyd olunan mənzilin giriş qapısını həmin açarla açdıqdan sonra oraya qanunsuz daxil olub, mənzildən Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1200 manat dəyərində 01 ədəd üzük və 01 cüt sırğadan ibarət qızıl dəsti, 01 ədəd 1500 manat dəyərində üzərində qaşı olan qızıl qadın üzüyünü, 01 ədəd 1200 manat dəyərində tək qaşlı qızıl qadın üzüyünü, 01 cüt 800 manat dəyərində üzərində brilliant qaşları olan qızıl uşaq sırğasını, 01 ədəd 200 manat dəyərində qızıl qolbağı, 01 ədəd 400 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 500 manat dəyərində üzərində gül formasında qızıl kulon olan qızıl boyunbağını, 01 cüt 300 manat dəyərində üzərində gül formasında qaşları olan qızıl uşaq sırğasını, 01 cüt 300 manat dəyərində qızıl uşaq sırğasını və 100 manat nağd pulu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 6500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 yanvar 2025-ci il tarixdə, saat 10 radələrində əvvəlcədən 7 saylı Asan Xidmət Mərkəzində iş yoldaşı Gülab Məmmədlinin əl çantasından gizli götürdüyü açarla sonuncunun əri Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları mənzilin giriş qapısını açıb, oraya qanunsuz daxil olaraq, mənzildən Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 2500 manat dəyərində «Tissot» markalı qızıl kişi qol saatını, 01 ədəd 6000 manat dəyərində ağ qızılı nişan üzüyünü, ümumilikdə 800 manat dəyərində 03 cüt qızıl uşaq sırğalarını, 01 ədəd 700 manat dəyərində «Tissot» markalı kışı qol saatını, 01 cüt 400 manat dəyərində qızıl sırğanı, 01 ədəd 50 manat dəyərində cins gödəkcəni, 01 ədəd 50 manat dəyərində gödəkcəni, 01 ədəd 30 manat dəyərində cins şalvarı, 01 ədəd 400 manat dəyərində «Canon» markalı fotoaparatı və 300 manat nağd pulu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 11230 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər heç vaxt məhkum olunmamış, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamışdır. O, 01 iyun 2022-ci il tarixdən isə 7 saylı Asan Xidmətdə baş mütəxəssis işləmişdir. Gülab Məmmədli də onun kimi həmin ərəfələrdə 7 sayılı Asan Xidmətə işə düzəlmiş, baş mütəxəssis vəzifəsində işləmişdir. Gülab Məmmədli ilə münasibətləri həmişə yaxşı olmuşdur. Hətta 2024-cü ilin yay aylarına kimi Gülab Məmmədlinin yaşadığı ünvan 3 ünvanında olmuş, sonuncu həmin ünvanda əri Cavid və övladı ilə birlikdə yaşamışdır. 2024-cü ilin yay aylarında onun 3000-4000 manat borcu yaranmış və bu səbəbdən də Gülab Məmmədlinin yaşadığı evindən oğurluq etmək qərarına gəlmişdir. İşlədiyi yerdə işçilər üçün çay, kofe içmək üçün xüsusi otaq vardır ki, onlar işə gələndə əl çantalarını həmin otaqda qoyurlar. Bu səbəbdən oğurluq etmək qərarına gəldikdən sonra həmin otaqda Gülab Məmmədlinin əl çantasından sonuncunun yaşadığı mənzilin açarını gizlincə götürmüşdür. Bundan sonra 2024-cü ilin iyun ayında Gülab Məmmədli ailə üzvləri ilə Türkiyə Respublikasına istirahətə gedib-gəldikdən sonra rayona gedəcəklərini dedikdə, o, qərara gəlmişdir ki, onların mənzilinə daxil olub oğurluq etsin. Belə də olmuş, tarixi dəqiq yadında qalmayan bir gün, 2024-cü ilin iyun ayında Gülab Məmmədli və ailə üzvləri evdə olmadığı vaxt saat 15-16 radələrində o, taksi sifariş verib onların yaşadığı ünvan 3 ünvanına getmişdir. Mənzil binanın 17-ci mərtəbəsində yerləşir. O, liftlə 17-ci mərtəbəyə qalxmış və özündə olan açarla mənzilin giriş qapısını açıb mənzilə daxil olmuşdur. Mənzildə o, şkafları və şifoneri axtarmışdır. Şifonerə baxan zaman orada 01 ədəd qızıl qaşlı üzük və 01 cüt qızıl sırğadan ibarət komplekt və 01 ədəd təkqaşlı qızıl üzük görüb onları götürmüşdür. Daha sonra isə o, mənzildən çıxıb getmişdir. Həmin qızılları sonradan Moskva Univermağında tanımadığı şəxsə satmış və əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 2024-cü ilin dekabr ayının son günlərində işdə olarkən Gülab Məmmədli ona bayram günlərində ailə üzvləri ilə rayona gedəcəklərini demişdir. Bu səbəbdən o, qərara gəlmişdir ki, yenə də Gülab Məmmədlinin yaşadığı mənzilə daxil olub oğurluq etsin. Hətta səhv etmirsə 31 dekabr 2024-cü il tarixdə Gülab Məmmədli ilə danışdıqda sonuncu ona rayonda olduqlarını demişdir. 01 yanvar 2025-cı il tarixdə saat 10 radələrində o, taksi sifariş verib Gülab Məmmədlinin yaşadığı ünvan 3 ünvanına getmişdir. Orada o, yenə də liftlə 17-ci mərtəbəyə qalxmış və özündə olan açarla Gülab Məmmədlinin yaşadığı mənzilin qapısını açıb içəri daxil olmuşdur. Daha sonra o, mənzildə axtarış aparmış, lakin axtarışı səliqəli aparmışdır ki, axtarış aparılmağı bilinməsin. O, evin yataq otağındakı dolabın çəkməsini açdıqda orada pul və qızıl əşyalarını görmüşdür. O, həmin çəkmədə olan 300 manat nağd pulu, 01 ədəd ağ qızıldan olan qaşlı üzüyü, 03 cüt qızıl uşaq sırğası, 01 cüt qızıl qadın sırğası, 01 ədəd qızıl kişi qol saatı, 01 ədəd sadə kişi qol saatı, evdəki şkafdan 01 ədəd markasını xatırlamadığı fotoaparat, paltar şkafından 01 ədəd göy rəngli qadın cins gödəkcəsi, 01 ədəd qara rəngli qadın şalvarını götürüb evdən tapdığı çantaya qoyaraq mənzildən çıxmış və qapını bağlamışdır. Daha sonra o, oradan uzaqlaşmış və yaşadığı evə gəlmişdir. 02 yanvar 2025ci il tarixdə o, oğurladığı 03 cüt qızıl sırğa və 01 ədəd ağ qızıldan olan qadın üzüyünü ünvan 5 ünvanda yerləşən lombarda girov qoyaraq oradan 1100 manat pul götürmüşdür. Oğurladığı qadın gödəkcəsi ilə qadın şalvarını isə Ucar rayonunda tanışına göndərmişdir ki, istifadə etsin. 10 yanvar 2025-ci il tarixdə səhər saatlarında evdən çıxan zaman isə oğurladığı qızıl kişi qol saatı, sadə kişi qol saatı və fotoapparatı sumkaya qoyub həmin sumkanı Kazım adlı binanın komendantına vermişdir ki, sonra gəlib ondan götürsün. Elə həmin gün polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin sonuncu dəfə oğurluq etdikdən sonra Gülab Məmmədlinin evinin açarını tullamışdır. Gülab Məmmədli ona mənzilin açarını itirdiyini demişdir. Oğurluq cinayətləri törədən zaman o, tək olmuş, yanında heç kim olmamış, ona heç kim kömək etməmişdir. Lombard işçisinə qızılların özünə məxsus olduğunu demişdir. Kazım adlı şəxsin verdiyi əşyaların oğurluq olmasından məlumatı olmamışdır. O, mənzildən ifadəsində göstərdiyi əşyaları oğurlamış, başqa heçnə oğurlamamışdır. Oğurladığı digər sırğanı itirmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, ünvan 6 ünvanında X5 və övladı Mələk Tağıyeva ilə birlikdə yaşayır. Yaşadıqları mənzil binanın 17ci mərtəbəsində yerləşir, mənzilin açarlarının biri onda, biri həyat yoldaşında, biridə baldızında olmuş, həmçinin mənzilin açarının biri isə 2024-cü ilin yay aylarında itmişdir. 30 dekabr 2024-cü il tarixdə, saat 14 radələrinə kimi ailə üzvləri ilə evdə olmuşlar, daha sonra isə ailəsi ilə Tovuz şəhərinə getmişlər və 05 yanvar 2025-ci il tarixdə yaşadığı ünvan 3 ünvanına qayıtmışlar. 08 yanvar 2025-ci il tarixdə saat 19 radələrində həyat yoldaşı Gülab evdə pul qoyduqları yerdən pul götürmək istəyən zaman pulun yerində olmadığını aşkar etmişdir. Həmin vaxt pul qoyduqları yerdə qızıllar da olmamışdır. O, başa düşmüşdür ki, onlar evdə olmadığı vaxt evə kimsə daxil olaraq evdəki pul və qızılları oğurlamışdır. O, dərhal DİN-in «102» xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Evindən yataq otağına girişdən sağ tərəfdəki dolabın çəkməsindən 300 manat nağd pul, 01 ədəd 2500 manat dəyərində əyyarını və çəkisini bilmədiyi «Tissot» markalı qızıl kişi qol saatı, 01 ədəd 6000 manat dəyərində əyyarını və çəkisini bilmədiyi ağ qızıl nişan üzüyü, 03 cüt əyyarını və çəkisini bilmədiyi ümumilikdə 800 manat dəyərində uşaq sırğaları, 01 ədəd 700 manat dəyərində «Tissot» markalı kişi qol saatı, 01 cüt 400 manat dəyərində çəkisini və əyyarını bilmədiyi qızıl sırğa, 01 ədəd 50 manat dəyərində cins gödəkcə, 01 ədəd 50 manat dəyərində tiqrovıy gödəkcə, 01 ədəd 30 manat dəyərində cins şalvar, 01 ədəd 400 manat dəyərində «Canon» markalı fotoaparat oğurlanmışdır. Onlar 05 yanvar 2025-ci il tarixdə evə qayıtdıqda evin giriş qapısına müdaxilənin olub-olmamasını aşkar etməmişlər. Ümumiyyətcə evdə dağınıqlıq olmamış, sanki evə daxil olan şəxs pul və qızılın harada olmasını bilmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Tovuz rayonuna gedərkən cibində olan 300 manat pulu həmin dolaba qoyan zaman qeyd olunan qızıl-zinyət əşyalarını həmin çəkməcədə görmüşdür. Əvvəllər evindən pulun və qiymətli əşyanın itməsi halı baş vermişdir. Belə ki, ölən qayınanasına məxsus olan və sonradan baldızı vasitəsi ilə yoldaşına verilmiş qızıl-zinyət əşyaları naməlum şəraitdə yoxa çıxmışdır. Lakin onlar bunun oğurlanmadığı, sadəcə təsadüf nəticəsində itdiyini fikirləşmişlər. Təqsirləndirilən şəxs X5nin iş yoldaşı kimi tanıyır, sonuncu onların evində bir neçə dəfə olmuşdur. X5 7 saylı Asan Xidmət Mərkəzində işləyir. Əvvəllər yaşadıqları mənzildən qayınanasına məxsus və sonradan X5yə verilmiş qızıl-zinət əşyalarının arasında qədimi qızıllar da olmuş və həmin qızıllar arvadına yadigar qalmışdır ki, bunun da dəyəri pul ilə ölçülmür. Qayınanasına məxsus və sonradan X5yə verilmiş qızıl-zinət əşyaları 1200 manat dəyərində 01 ədəd üzük və 01 cüt sırğadan ibarət qızıl komplekti, 1500 manat dəyərində 01 ədəd üzərində qaş olar qızıl qadın üzüyü, 1200 manat dəyərində 01 ədəd tək qaşlı qadın qızıl üzüyü, 800 manat dəyərində 01 cüt üzərində brilliant qaşları olan qızıl uşaq sırğası, 200 manat dəyəı ndə 01 ədəd qızıl qolbaq, 400 manat dəyərində 01 ədəd qızıl boyunbağı, 500 manat dəyərində 01 ədəd üzərində gül formasında qızıl klon olan qızıl boyunbağı, 300 manat dəyərində 01 cüt üzərində gül formasında qaşları olan qızıl uşaq sırğası, 300 manat dəyərində 01 cüt qızıl uşaq sırğasından ibarət olmuşdur. Həmçinin 2024-cü ilin iyun ayında evlərindən oğurluq olarkən 100 manat nağd pul da oğurlanmışdır. Baş vermiş oğurluqlar rəticəsində ona ümumilikdə 17.730 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, "xxxx" MTK-ya məxsus ünvan 7 ünvanda yerləşən binada mühafizəçi işləyir, hər gün axşam saat 19:00-dan səhər saat 08:00-dək işdə olur, sonrakı müddətdə isə başqa mühafizəçi işdə olur. Təqsirləndirilən şəxs tanıyır, sonuncu mühafizəçi işlədiyi binada kirayə yaşayır, onunla aralarında heç bir münasibəti yoxdur, sadəcə bina sakini kimi tanıyır. 10 yanvar 2025-ci il tarixdə saat 07:30 radələrində o, işdə olarkən Təqsirləndirilən şəxs binadan çıxan zaman ona bir ədəd çanta vermişdir ki, özü işə tələsir, bir avtomobil gəlib həmin çantanı götürəcək, bu barədə götürən adam ona məlumat verəcək. O, da etiraz etməmiş və çantanı götürüb mühafizəçinin otağına qoymuşdur. Sonradan o, növbəsini təhvil verib yaşadığı evə getmişdir. Sonrakı müddətdə isə o, evdə olan zaman polis əməkdaşları ona zəng vurub onu Nəsimi RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs ona verdiyi çantada nə olmasından məlumatı yoxdur. Təqsirləndirilən şəxs ona sadəcə çantanı vermişdir ki, həmin çantanı hansısa tanışı gəlib götürəcək. O, həmin çantada olan əşyaların oğurluq olmasından məlumatlı olmamışdır. Ümumiyyətlə çantanı açıb baxmamışdır, çünki Təqsirləndirilən şəxs mühafizəçisi olduğu binanın sakinidir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. “cinayət işinin başlanması və icraata qbul edilməsi haqqında” 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yenəşən Zərərçəkmiş şəxs məxsus mənzildir (i.v. 4-5); “şübhəli şəxsin tutulması haqqında” 10 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixdə, saat 17:00-da Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 28); “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 10 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd girov bileti GJN/1 №607118 nömrəli olmaqla girov biletinin üzərində «Şahid2 VÖEN №**********, Ünvan: 3 MKR. Cavadxan 10. Tel: (055)413-47-47, (070)288-88-95» yazılmışdır. Girov biletinin üzərində həm çap, həm də əlyazma ilə yazılar vardır. Həmin yazılardan müəyyən edilir ki, 02 yanvar 2025-ci ıl tarixdə şəxsiyyət vəsiqəsinin nömrəsi və seriyası AA******* olan Təqsirləndirilən şəxs tərəfindən lombarda 01 ədəd üzük, 03 cüt sırğa təqdim edilməklə sonuncuya həmin lombarddan 1100 manat pul verilmiş, həmin pul müqabilində aylıq 44 manat ödəniş olunmalıdır. Müqaviləyə baxış keçirilən zaman həmin müqavilədə həm çap həm də əlyazma ilə yazıların olması, orada Təqsirləndirilən şəxs tərəfindən müqavlənin şərtləri ilə razı olması qrafasında imza edilməsi müəyyən edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evdən oğurladığı qızılları məhz təqdim etdiyi girov bileti ilə müqavilədə göstərilən tarixdə, yəni 02 yanvar 2025-ci il tarixdə lombarda girov qoymaqla oradan 1100 manat pul götürdüyünü bildirmişdir (i.v. 38); “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 10 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi bir ədəd çanta müxtəlif rənglərdən ibarət çanta olmaqla həmin çanta açıldıqda içərisində bir ədəd qara rəngli qutunun içərisində kəməri qara rəngdə olmaqla rezin materialdan olan, üzərində «TİSSOT», onun alt hissəsində isə «750» damğası olan kişi qol saatı, 01 ədəd gümüşü rəngli üzərində «TİSSOT», «STAİNLESS STEEL BLACK NRESİSTANT AE-1108» yazılmış kişi qol saatı, 01 ədəd «Canon» markalı fotoaparatın olması müəyyən edilir. Kişi qol saatları və fotoaparat işlək vəziyyətdədir. Baxışda iştirak edən Şahid1 qeyd olunan əşyalar olan çantanı ona Təqsirləndirilən şəxs verdiyini bildirmişdir (i.v. 46); “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 12 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v. 57-58); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 60-61); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-28/2025 nömrəli qərarından görünür ki, vəsatətin təmin olunması, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin 10 yanvar 2025-ci il tarixdən, saat 11:00-dan hesablanması qərara alınmışdır (i.v. 82-87); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 97); “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 11 fevral 2025-ci il tarixli protokoldan görünür ki, X2 təqdim etdiyi 01 ədəd üzük və 03 cüt sırğa sonuncudan götürülməklə həmin əşyalara baxış keçirilərkən müəyyən odrmişdir ki, təqdim edilmiş qızıl üzük gümüşü rəngli olmaqla üzərində çoxlu sayda şəffa qaşları vardır, üzərində «G 18K 750» damğası vurulmuşdur. Təqdim edilmiş 01 cüt sırğa sarı rəngdə olmaqla üzərində «Alexandra 585» damğası vurulmuşdur. Təqdim edilmiş 01 cüt sırğa sarı rəngli olmaqla üzərində «Efe Model 585» damğası vurulmuşdur. Təqdim olunmuş 01 cüt sırğa sarı rəngdə olmaqla üzərində çoxsaylı qaşları vardır, həmçinin üzərində «585» damğası vurulmuşdur Baxışda iştirak edən Ağamurad Hüseynov təqdim etdiyi qızılları bacısı Təqsirləndirilən şəxs lombarda qoyduğunu, özünün həmin qızılların pulunu ödəyib girovdan çıxardığını bildirmişdir (i.v. 100); “Baxış keçirilməsi haqqında” 11 fevral 2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 təqdim etdiyi bir ədəd çantaya, həmçinin X2 təqdim etdiyi qızıl-zinət əşyalarına Zərərçəkmiş şəxs iştirakı ilə baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 təqdim etdiyi bir ədəd çanta müxtəlif rənglərdən ibarət çanta olmaqla həmin çanta açıldıqda içərisində bir ədəd qara rəngli qutunun içərisində kəməri qara rəngdə olmaqla rezin materialdan olan, üzərində «TİSSOT», onun alt hissəsində isə «750» damğası olan kişi qol saatı, 01 ədəd gümüşü rəngli üzərində «TİSSOT», «STAİNLESS STEEL BLACK NRESİSTANT AE-1108» yazılmış kişi qol saatı, 01 ədəd «Canon» markalı fotoaparatın olması müəyyən edilir. Kişi qol saatları və fotoaparat işlək vəziyyətdədir. Bundan başqa, X2 təqdim etdiyi 01 ədəd üzük və 03 cüt sırğa sonuncudan götürülməklə həmin əşyalara baxış keçirilərkən müəyyən odrmişdir ki, təqdim edilmiş qızıl üzük gümüşü rəngli olmaqla üzərində çoxlu sayda şəffa qaşları vardır, üzərində «G 18K 750» damğası vurulmuşdur. Təqdim edilmiş 01 cüt sırğa sarı rəngdə olmaqla üzərində «Alexandra 585» damğası vurulmuşdur. Təqdim edilmiş 01 cüt sırğa sarı rəngli olmaqla üzərində «Efe Model 585» damğası vurulmuşdur. Təqdim olunmuş 01 cüt sırğa sarı rəngdə olmaqla üzərində çoxsaylı qaşları vardır, həmçinin üzərində «585» damğası vurulmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs baxış keçirilən əşyaları nəzərdən keçirib, həmin əşyaların məhz evindən oğurlanmış və ifadəsində qeyd etdiyi əşyaların olduğunu bildirmişdir (i.v. 101); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2025-ci il tarixli, 3-16-16/2-6/662-9/1269 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərgərlik məmulatlarının ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (damğası, adlaı, qaşları və s) Cədvəl 1-də göstərilmişdir. Təqdim edilmiş məmulatların üzərində istehsal yerinə aid hər hansı bir işarə olmadığından harada istehsal olunduqların müəyyən etmək mümkün olmamış, təqdim edilmiş məmulatlar kustar üsulla hazırlanmışdır. Ekspertiza tədqiqatına təqdim edilmiş malların 2025-cı ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7429 manat müəyyən edilir (i.v. 111-113); “sübutların qiymətləndirilməsi haqqında” 07 mart 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd girov bileti, 01 ədəd müqavilə, Şahid1 təqdim etdiyi 01 ədəd qızıl kişi qol saatı, 01 ədəd gümüşü kişi qol saatı, 01 ədəd fotoaparat, X2 təqdim etdiyi 01 ədəd qızıl üzük, 03 cüt sırğanın maddi sübut kimi tanınması və zərər çəkmiş şəxsə qaytarılması qərara alınmışdır (i.v. 124-133); xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, 01 ədəd “Canon” markalı fotoaparat, 01 ədəd “Tissot” markalı qızıl kişi qol saatı, 01 ədəd “Tissot” markalı gümüş rəngli kişi qol saatı, 01 ədəd qızıl nişan üzüyü və 03 cüt qızıl sırğa Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır, bununla bağlı hər hansı bir şikayət və tələbi yoxdur (i.v. 151); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-164/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir (i.v. 152-153); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd olunur ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bankomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bankemitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxsin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) ay 2 (iki) gün müddət, ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd girov biletinin, 01 ədəd müqavilənin, Şahid1 təqdim etdiyi 01 ədəd qızıl kişi qol saatının, 01 ədəd gümüşü kişi qol saatının, 01 ədəd fotoaparatın, X2 təqdim etdiyi 01 ədəd qızıl üzüyün və 03 cüt sırğanın zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) ay 2 (iki) gün müddət, ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 29 (iyirmi doqquz) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 1 (bir) il 2 (iki) gün müddət çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2nını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd girov biletinin, 01 ədəd müqavilənin, Şahid1 təqdim etdiyi 01 ədəd qızıl kişi qol saatının, 01 ədəd gümüşü kişi qol saatının, 01 ədəd fotoaparatın, X2 təqdim etdiyi 01 ədəd qızıl üzüyün və 03 cüt sırğanın zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar