Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-356/2025 13.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1982-ci ildə Zərdab rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, usta, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 10 iyun 2023-cü il tarixdə saat 18 radələrində ictimai yer olan ünvan 3 ünvanında yerləşən Azərbaycan Tibb Universiteti X3 həyətində olarkən gördüyü təmir işi qarşılığında tanışı Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs razılaşdıqları pulu ona tam ödəməməsini cüzi səbəb kimi bəhanə gətirərək, orada digər şəxslərin olmasına əhəmiyyət verməyib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxsı nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib sonuncuya zor tətbiq edərək xuliqanlıq niyyətilə sifət nahiyəsindən qəsdən kəllə zərbəsi vurmaqla Zərərçəkmiş şəxs burun sümüyünün yerini dəyişən sınığı kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır və əvvəllər həmin şəxslə birlikdə kiçik təmir-tikinti işlərini götürərək birlikdə işləmişdir. 2018-ci ildən isə Zərərçəkmiş şəxs Bakı şəhərində özünə inşaat şirkəti qurduqdan sonra onun şirkətində santexnik kimi fəaliyyət göstərməyə davam etmişdir. Zərərçəkmiş şəxs götürdüyü inşaat və təmir-tikinti işlərində ona aid olan işləri, yəni santexnik və elektrik işlərini ona vermiş, özü də çox vaxt həmin işləri təkbaşına və ya köməkçisi ilə birlikdə görərək bitirmişdir. Ödənişi isə əvvəlcədən danışdıqları şəkildə Zərərçəkmiş şəxs işi bitirdikdən sonra ona tam və ya hissə-hissə olmaqla etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu ərazisində yerləşən X10 Korpusunda fövqəladə hallarda binanın ehtiyyat çıxış pilləkənləri quraşdırılmadığından bina təhvilə getməmiş və onlara binadakı digər bütün işləri tamamlamalarına baxmayaraq binanın fövqəladə çıxış pilləkənləri quraşdırılmadığından binanı təhvil götürməyəcəkləri bildirilmişdir. 10 gün əvvəl bitirdiyi işlərə görə Tahsinin ona 600 manat borcu qalmış, həmçinin Ağ şəhərdəki gördüyü işlərə görə də təqribən 6 ay Tahsinin ona 3000 manat borcu qalmış və hər dəfəsində pulu olanda verəcəyini ona bildirmişdir. Sonuncu dəfə isə Zərərçəkmiş şəxs pilləkən işini də ona həvalə etdiyindən və iş bitən kimi sonda pulu tam şəkildə ödəyəcəyini bildirdiyindən, həmin işi görməsi üçün oraya əlavə 1 fəhlə və 1 qaynaqçı da gətirmiş və materialları cibinin pulu ilə almışdır. Əvvəlcədən Tahsinə pulunu iş bitən kimi alacağını, belə ki, həmin xərclədiyi pulun onun əməliyyat pulu olduğunu bildirmişdir. Birlikdə 1 gün ərzində qeyd etdiyi X10 Korpusunda binanın fövqəladə çıxış pilləkənlərini quraşdırıb işi yekunlaşdırmışdır. Zərərçəkmiş şəxs saat 18:00 radələrində həmin əraziyə gəlib işi təhvil almış, lakin gördükləri işin qarşılığında materialla birlikdə ödəməli olduğu 900 manat pulu verməkdən imtina edərək, hazırda pulunun olmadığını, verməli olduğu 900 manat pulu 2 gün sonra ödəyəcəyini bildirmişdir. Həmin vaxt aralarında pul məsələsinə görə mübahisə yaranmış və həmin anda bir anlıq əsəblə Zərərçəkmiş şəxs üz nahiyyəsindən bir kəllə zərbəsi vurmuş və sonuncu zərbənin təsirindən yerə yıxlmışdır. Bundan sonra alətlərini götürüb avtomobilinə minərək oradan uzaqlaşmışdır. Hadisə yerində Şahid1, özü və Tahsin olmuşdur. Əvvəldən Tural da iş gördükləri müddətdə yanlarında olsa da, hadisə baş verməzdən bir az əvvəl Turalı taksi çağırmaq üçün göndərmiş və Tahsini vuran zaman Tural yanlarında olmamışdır. Onun törətdiyi əməldə hər hansı xuliqanlıq niyyəti olmamışdır. Sonda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, himayəsində bir uşağının və xəstə anasının olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O uzun müddət Zərərçəkmiş şəxs direktoru olduğu inşaat şirkətlərində müxtəlif vəzifələrdə çalışmış və hadisə vaxtı "xxxx" MMC şirkətində təchizat idarəsinin müdiri vəzifəsində çalışmışdır. Müxtəlif vaxtlarda şirkətin bəzi işlərində usta kimi çalışmış Təqsirləndirilən şəxs də uzun müddətdir tanıyır. Sonuncu dəfə direktorları Zərərçəkmiş şəxs Samirə ünvan 4 ünvanında yerləşən X3 həyətindən 5-6 pilləkəndən ibarət nərdivan düzəltməsini tapşırmışdır. Həmin iş 1 günlük iş olmuş və tapşırılmış işin yekunlaşdırılması qarşılığında Samir adlı şəxs onun direktoru olan Zərərçəkmiş şəxs materialların pulu ilə birlikdə 750 manat pul almalı olması barədə razılaşmışdır. Samir yanında gətirdiyi 2 işçi ilə birlikdə tapşırılan işi həmin gün yəni xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində bitirmişdir. Lakin direktorlarının pul alacağı idarə həftəsonu bağlı olduğundan və ona pulu həmin idarədən həftənin 1-ci günü, yəni 2 gün sonra ödəyəcəklərini bildirdiklərindən Zərərçəkmiş şəxs özü başqa yerdən 400 manat pul taparaq gördükləri iş qarşılığında Samirə təklif edərək qalan 350 manatı isə 2 gün sonra yəni həftənin bazar ertəsi günü ona ödəyəcəyin bildirmişdir. Samir isə həmin pulu götürməkdən imtina edərək Zərərçəkmiş şəxsla mübahisə edib həmin yerdə anidən kəllə zərbəsi ilə Zərərçəkmiş şəxs üz nahiyyəsindən, yəni burnundan bir zərbə vurmuşdur. Zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmış və burnundan qan açılmışdır. Cəld ona köməklik edərək yerdən qaldırıb Klinikanın təcili yardım bölməsinə aparmış və bir gün ərzində orada saxlanılaraq ona ilkin tibbi yardım göstərilərək evə buraxılmışdır. Samirin vurduğu zərbənin nəticəsində Zərərçəkmiş şəxs burnu sınmışdır. Buna baxmayaraq, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsı vurduqdan sonra hadisə yerindən uzaqlaşmışdır. Zərərçəkmiş şəxsla Samir arasında əvvəlcədən hər hansı ədavət və ya düşmənçilik olmamış, birinci dəfə olaraq belə hadisənin şahidi olmuş, onların aralarında yaranmış mübahisənin səbəbi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulun 1-2 günə ona tam şəkildə ödəniləcəyini bildirməsi, Samirin isə pulu həmin anda tam şəkildə istəməsi məsələsi olmuşdur. Həmin vaxt yanlarında Samirin özüylə gətirdiyi qaynaqçı olmuş, biraz sonra Tural hadisə yerinə gəlmişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və barışdığını bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Şahid2 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təqribən 2023-cü ilin iyun ayında tanımışdır. Həmçinin həmin vaxtda Şəki rayonundan olan Raqif adlı tanışı vasitəsilə Bakı şəhərirdə inşaat şirkətində işləyən Elçin adlı şəxsi və Elçin vasitəsilə isə Bakı şəhərində inşaat şirkəti olan Türkiyə Respublikasının vətəndaşı olan Zərərçəkmiş şəxsı tanımışdır. Həmin şirkətdə ona iş verildikdən sonra 2023-cü ilin iyun ayının əvvəllərindən Bakı şəhəri Nəsimi rayonunda yerləşən X4 aparılan təmir işləri ilə əlaqədar olaraq orada malyar kimi işləməyə başlamışdır. Samir adlı şəxslə də orada tanış olmuş və normal münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə həmin Klinikada işini davam etdirən zaman Samir və yanında gətirdiyi 1 nəfər tanımadığı qaynaqçı isə binanın həyətində yan tərəfdə metal pilləkən yığmaqla məşğul olmuşlar. 1 gün ərzində Samirə kömək üçün gətirdiyi şəxs həmin pilləkəni quraşdırıb bitirmişdir. Bildiyi qədəriylə Samir işi ona verən Tahsinlə başdan danışmışdır ki, işin materiallarını da öz vəsaiti ilə alacaq və işi yekunlaşdırdıqdan sonra materialların pulu ilə birlikdə Tahsin Samirə həmin gün 900 manat pul verməlidir. Samir işə başlamazdan əvvəl Tahsindən işin sonunda pulunu tam verib-verə bilməyəcəyini soruşduqda Tahsin bildirmişdir ki, materialları da alsın və narahat olmasın, işi bitirdiyi gün pulunu tam şəkildə ona ödəyəcəkdir. Həmin gün özünün də orada işdə olmağına baxmayaraq saat təqribən 16:00-dək işləməyi üçün gözlədiyi iş materialları gətirilmədiyindən və görəcəyi başqa iş olmadığından Klinikadan çıxaraq şəxsi işlərini görmək üçün getmişdir. xx.xx.2023-cü il tarixdə saat təqribən 18:10 radələrində Elçin ona zəng vuraraq bildirmişdir ki, Tahsin Samiri aldadıb işi bitirdikdən sonra onun pulunu tam şəkildə həmin gün vermədiyi üçün aralarında mübahisə yaranmışdır və Klinikanın həyətində Samir Tahsini vurmuşdur, Klinikadadırlar, Tahsinin burnu qanayır, özü Tahsinin yanında təkdir, gələ bilsə o da Klinikaya gəlsin. Elçinlə danışan zaman özü yaşadığı evdə olmuş və bu sözdən sonra həmin vaxt yaşadığı Keşlə qəsəbəsindəki ünvanından çıxıb təqribən 20-25 dəqiqəyə malyar kimi işlədiyi X5 çatmış və Zərərçəkmiş şəxs həkim otağında stulda oturdulduğunu və burnuna ilkin tibbi yardım göstərildiyini görmüşdür. Biraz sonra polis əməkdarları hadisə yerinə gəlmiş və Tahsinlə Elçinə izahat verməli olduqları bildirilmiş, Tahsin vəziyyətinin yaxşı olmadığını və indi heç nə yaza bilməyəcəyini polis əməkdaşlarına demişdir. Elçin də onun yanında qalmış və bildirmişlər ki, səhər gəlib özləri izahat verəcəklər. Bundan sonra Elçinlə birlikdə Tahsini xəstəxanadan çıxarıb Ağ şəhərdə yaşadığı ünvana aparmış və nəsə lazım olub-olmadığını ondan soruşmuşlar. Tahsin isə vəziyyətinin normal olduğunu və əlavə nəyəsə ehtiyac olmadığını onlara bildirmişdir. Sonra isə oradan çıxıb öz yaşadığı ünvana qayıtmışdır. Bildiyi qədəriylə Tahsinlə Samir arasında xx.xx.2023-cü il tarixdə baş vermiş münaqişə Tahsinin materialları özü almaq şərtilə Samirə iş tapşırması və işin sonunda materialların pulu ilə birlikdə xidmət haqqını tam şəkildə ödəyəcəyini bildirməsi, lakin tam ödəniş etməməsi səbəbindən baş vermişdir. Həmin şəxsləri hadisə baş verən zaman yeni tanıdığı üçün əvvəllər onların aralarında bu cür münaqişələrin baş verib verməməsini dəqiq deyə bilməyəcəyini bildirmiş, bildiyi qədəriylə həmin şəxslərin əvvəllər münasibətləri normal olmuş və əvvəllər bu cür münaqişələri baş verməmişdir. Hadisə baş verən zaman orada olmamış, lakin bildiyi qədəriylə Klinikanın həyətində Samirlə Tahsinin yanında Elçin və Samirin kömək üçün gətirdiyi tanımadığı qaynaqçı olmuşdur. Həmin Klinikanın həyətində nahardan sona demək olar ki, elə adam olmamış, lakin hadisə baş verən zaman onların yanlarında və ya ətrafda sadaladığı şəxslərdən başqa şəxs və ya şəxslərin olub olmaması barədə dəqiq məlumat verə bilməyəcəyini, həmin vaxt onun orada olmadığını və Samirin Tahsini vurub xəsarət yetirdiyini öyrəndikdən sonra X1yıdan zaman Samiri orada görmədiyini, çox gümanki çıxıb getdiyini və Tahsinlə Elçinin isə Klinikanın içərisində həkimin otağında olduqlarını bildirmişdir. (i/v 128-131). İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol və fotoşəkillərdən müəyyən olunmuşdur ki, hadisənin baş verdiyi ünvan Bakı şəhəri, Nəsimi rayonu, 58 ünvanında yerləşən və Azərbaycan Tibb Universitetinə aid olan X3 həyətidir. (i/v 10-12). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X11 canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 03 saylı rəyindən görünür ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət-burun sümüyünün yerini dəyişən sınığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (i/v 37-38). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 06 ay sınaq müddəti ilə 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nəsimi rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 11 may 2007-ci ildə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay mqddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i/v 73-75). İş materiallarında olan cinayət işi üzrə icraatın dayandırılması haqqında 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatı dayandırılmışdır. (i/v 83). İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00-da saxlanılaraq Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə gətirilmişdir. (i/v 87). İş materiallarında olan cinayət işi üzrə icraatın təzələnməsi haqqında 17 fevral 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i/v 88-89). İş materiallarında olan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında olan 17 fevral 2025-ci il tarixli üzləşdirmə istintaq hərəkətindən görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiqləmişdir (i/v 116- 118). İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, 17 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 119-120). İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X9 adlı bir uşağı vardır. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi özünün qismən etirafı, şahidin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmada ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində bir uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məclləsinin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmçinin təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatı baxımından böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir və həmin əməl Təqsirləndirilən şəxs tərəfindən 2023-cü ilin iyun ayında törədilmişdir. Bununla belə, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin təqsirləndirilən şəxsə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan başqa, həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə, ittiham hökmü çıxarır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah – tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, hökmün icrasına nəzarət Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-356/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına xx.xx.2025-ci il tarixədək 4 iş saatı üçün 24 manat, xx.xx.2025-ci il tarixdən 48 iş saatı üçün 528 (beş yüz iyirmi səkkiz) manat, cəmi 552 (beş yüz əlli iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin, AR Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmasın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Zərdab rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına xx.xx.2025-ci il tarixədək 4 iş saatı üçün 24 manat, xx.xx.2025-ci il tarixdən 48 iş saatı üçün 528 (beş yüz iyirmi səkkiz) manat, cəmi 552 (beş yüz əlli iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-356/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-356/2025
13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver