Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-358/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Lerik rayonu, Kəlvəz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Kəlvəz kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci il tarixdə, saat 16:50-də etibarnamə əsasında idarə etdiyi, tanışı Zərərçəkmiş şəxs2 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy küçəsindən Nəsimi rayonu, S.Vurğun küçəsi istiqamətində 30 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77ci maddəsinin 1-ci hissəsində göstərilən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir kimi tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qanunun həmin tələblərinə riayət etməyib L.Tolstoy küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsinə daxil olduqda baş yolla S.Vurğun küçəsi ilə hərəkətdə olmaqla yol ayırıcına daxil olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Yamaha” markalı, 99-B- 135 dövlət qeydiyyat nişanlı motosiklın ön hissəsinin onun idarə etdiyi avtomobilin sağ yan hissəsi ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs1 sol bazu oynağı nahiyəsinin, sol körpücük-akromion birləşməsinin qopuğu ilə müşayiət olunan qançır-şişkinliyi, sol əlin V daraq sümüyünün qapalı yerdəyişən sınığı, sol ayağın iç topuğunun, sol göz qapaqları və gözaltı nahiyəsinin qançırları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına aid bədən xəsarətləri almasına, “Opel Astra” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs2 200 manat və “Yamaha” markalı, 99-B-135 dövlət qeydiyyat nişanlı motosiklın zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs1 2.500 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, "Bolt” taksi xidmətində müqavilə əsasında taksi fəaliyyəti ilə məşğul olur. 08.01.2021-ci il tarixdə, saat təxminən 17 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Opel Astra” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, L.Tolstoy küçəsi ilə üzü 1 nömrəli məktəb istiqamətində hərəkət etmiş, L.Tolstoy küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsinə çatdıqda ehtiyatsızlıq edərək gözləmədən yolayırıcını düzünə keçmiş, bu zaman sonradan markasını və nömrə nişanını gördüyü “Yamaha” markalı, 99-B-135 dövlət qeydiyyat nişanlı motosikletlə toqquşmuşdur. Hadisə olan vaxt hadisənin baş verdiyi yolda heç bir yol hərəkəti nişanı olmamış, sadəcə piyada keçidi olmuşdur. O, keçidə çatmamış dayanmış, motosikletin haradan gəldiyini bilməmiş və toqquşmuşlar. Bundan sonra 102 xidmətinə zəng etmiş və təhqiqatçı gəlmişdir. Sorğu sualdan sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 baş çəkmək üçün Sabunçu xəstəxanasına getmiş, lakin zərər çəkmiş şəxsin orada olmadığını demişlər. Öyrənmişdir ki, şəxsi Travmatologiya İnstitutuna aparmışlar. Zərərçəkmiş şəxs1 atası orada olmuş və MRT çəkdirmək lazım olduğunu bildirmişdir. O, MRT-nin xərcini ödəyəndə zərər çəkmiş şəxsin qardaşı ona demişdir ki, ondan pul istəmirlər, onlara sığortadan pullarını almağa kömək etsin. O, bunun üçün nə etmək lazım olduğunu soruşmuş, onlar isə ekspertə rəyi tez verməsini demək lazım olduğunu bildirmişlər. O da ekspertlə danışmışdır. Daha sonra zərər çəkmiş şəxsin qardaşı ona Elçinin əməliyyat olunmalı olduğunu və bunun üçün 600 manat pul lazım olduğunu demiş, o isə o qədər pulu olmadığını, amma tanış həkim olduğunu və həmin həkimlə danışıb Elnuru əməliyyat etdirə biləcəyini bildirmişdir. Onlar əvvəldə razılaşmış, növbəti gün isə onun tapdığı həkimə etibar etmədiklərini bildirmişlər. Hal-hazırda zərər çəkmiş şəxslərlə barışmasını, dəymiş zərəri tam olaraq ödəməsini, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 08.01.2020-ci il tarixdə, saat təxminən 16:40 radələrində Ağır Cinayətlər Məhkəməsi tərəfdən bulvar tərəfə gedirdi. İşıqforda dayanmış, daha sonra yaşıl işıq yananda hərəkət etməyə başlamışdır. Təqsirləndirilən şəxs qəflətən qarşısına çıxmış və həmin şəxsin idarə etdiyi avtomobillə onun idarə etdiyi motosiklet toqquşmuşdur. Zərbənin təsirindən o yıxılmış və xəsarət almışdır. Xəstəxanaya aparılmış, əməliyyat olunmuş, qoluna mil qoyulmuşdur. Qəzadan sonra artıq 7-ci aydır ki, işləmir. 514 manat vergi cəriməsi gəlmişdir. Xəstəxanaya xeyli xərc çəkmişdir. Əslində onun təqsirləndirilən şəxsdən şikayət etmək fikri olmamışdır. Lakin Təqsirləndirilən şəxs bir dəfə də olsun xəstəxanada ona baş çəkməmiş, səhhəti ilə maraqlanmamışdır. Hazırda isə ona vurulmuş zərər ödənilmiş, o, Z.Rüstəmov ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən cinayət işi üzrə icraata və Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin ödənildiyini və heç bir şikayəti olmadığını bildirmişdir. İş materiallarında olan: - AD seriyalı, 879062 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Opel Astra” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 mülkiyyətindədir (İ cild, i.v.24); - Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 18.12.2020-ci il tarixli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus “Opel Astra” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini 1 il müddətinə, yəni 18.12.2021-ci ilədək Təqsirləndirilən şəxs etibar etmişdir (İ cild, i.v.23); - “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, qeyd olunan hadisə zamanı hərəkət üçün təhlükə yaranan anda Zərərçəkmiş şəxs1 idarə etdiyi “Yamaha” markalı, 99-B-135 dövlət qeydiyyat nişanlı motosikletin toqquşma yerindən 8.23 metr məsafədə olması müəyyən edilmişdir (İ cild, i.v.146-147); - 08 yanvar 2021-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış” protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi istiqamətindədir. Baxış zamanı asfalt beton örtüyü quru vəziyyətdə olmuş, hadisə baş verən yol örtüyünün eni 9 metr, hərəkət zolaqlarının sayı 3 ədəddir. Hadisə yerinin fotoşəkilləri fotocədvəllər halında cinayət işi materiallarına əlavə edilmişdir (İ cild, i.v.7-14); - “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdədir, hadisə zamanı avtomobilin sağ, yan hissəsinin detalları əzilmiş və zədələnmişdir (İ cild, i.v.15-17); - “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Yamaha SZ 150” markalı, 99-B-135 dövlət qeydiyyat nişanlı motosiklet hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olsa da, hadisə zamanı motosikletin ön hissəsinin detalları əzilmiş və zədələnmişdir. Motosikletin iş həcmi 150 kubdur (İ cild, i.v.18-20); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 08.01.2021-ci il tarixli, 2/287 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə" protokolundan görünür ki, Təqsirləndirilən şəxs 08.01.2021-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur (İ cild, i.v.21); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 12.03.2021-ci il tarixli, 8/369 saylı rəyindən görünür ki, “Opel Astra” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə: - hərəkət üçün təhlükə yaranan anda “Yamaha” markalı, 99-B-135 dövlət qeydiyyat nişanlı motosikletin toqquşma yerindən 31.3 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. - hərəkət üçün təhlükə yaranan anda “Yamaha” markalı, 99-B-135 dövlət qeydiyyat nişanlı motosikletin toqquşma yerindən 31.3 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manatdır (i.v.53-56); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 28.01.2021-ci il tarixli, 29 saylı rəyinə əsasən vətəndaş Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - sol bazu oynağı nahiyəsinin, sol körpücük-akromion birləşməsinin qopuğu ilə müşayiət olunan qançır-şişkinliyi, sol əlin V daraq sümüyünün qapalı yerdəyişən sınığı, sol ayağın iç topuğunun, sol göz qapaqları və gözaltı nahiyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Elmi -Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 08.01.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər (İ cild, i.v.36-38); - Nəsimi Rayon Polis İdarəsinin 07 may 2021-ci il tarixli, 082-18173 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 03.10.2017-ci il tarixdə AE seriyalı 433135 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və 03.10.2027-ci il tarixədək etibarlıdır (İ cild, i.v.125-126); - “Sübutların qiymətləndirilməsi haqqında” 14 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi, Zərərçəkmiş şəxs2 məxsus, “Opel Astra" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs1 məxsus “Yamaha" markalı, 99-B-135 dövlət qeydiyyat nişanlı motosiklet maddi sübut kimi tanınmış, “Opel Astra” markalı, 99-RY- 654 dövlət qeydiyyat nişanlı avtomobilin hazırda Təqsirləndirilən şəxs, “Yamaha” markalı, 99-B-135 dövlət qeydiyyat nişanlı motosikletin Zərərçəkmiş şəxs1 olması nəzərə alınmış, işdə olan zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin, şahid qismində dindirilmiş şəxsin ifadələri, ifadələrin yerində yoxlanılması protokolları, yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu, nəqliyyat vasitəsinə baxış protokolları, ekspert rəyləri, hadisənin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk və digər istintaq sənədləri iş üzrə 14 may 2021-ci il tarixli qərarla sübut növü kimi qəbul olunmuş və ********* nömrəli cinayət işinə əlavə edilmişdir. (İ cild, i.v.156-166); - “Qətimkan tədbirinin seçilməsi haqqında” 08.05.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.171); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21.04.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqədar əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmaması qeyd olunmuşdur (i.v.69). Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 731.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati xətanın olub-olmamasını müəyyən edilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri 100 manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməli və iş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Yamaha” markalı, 99-B-135 dövlət qeydiyyat nişanlı motosikletin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Göstərilənlərə əsasən mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu, 43-cü, 320-321-ci, 346-347-ci, 356-cı, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasını müəyyən edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv olunsun. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 mülki iddiasına xitam verilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – “Opel Astra” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və “Yamaha” markalı, 99-B-135 dövlət qeydiyyat nişanlı motosikletin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-358/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-358/2021
14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver