Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-36/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1988-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri, Hacılar küçəsi ev 3-də qeydiyyatda olmaqla yaşamış, Xəzər rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində «həbs» qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmiş və özgənin əmlakını gizli olaraq talama məqsədilə oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən və tamah niyyəti ilə, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 məxsus Biləsuvar şəhərində yerləşən qeyri yaşayış sahəsinə görə Zərərçəkmiş şəxs5la icarə müqaviləsi bağlayacağına dair qarşılıqlı razılığa gəldikdən sonra həmin qeyri-yaşayış sahəsi üçün nəzərdə tutulan 1050 manat dəyərində “Acer" markalı noutbuka proqram yazdıracağına dair Zərərçəkmiş şəxs5 yalandan vəd verib aldadaraq bu adla xx xxx 2018ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 36 ünvanında yerləşən A.Şaiq adına “Kukla” teatrının qarşısında Zərərçəkmiş şəxs5 “Acer’’ markalı noutbuku alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs5 verdiyi vədə əməl etməyib ona 1050 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 məxsus Şamaxı şəhərində yerləşən qeyri yaşayış sahəsinə görə Zərərçəkmiş şəxs6lə icarə müqaviləsi bağlayacağına dair qarşılıqlı razılığa gəldikdən sonra həmin qeyri-yaşayış sahəsinə videomüşahidə kameralarının quraşdırılmasına dair Zərərçəkmiş şəxs6 yalandan vəd verib aldadaraq bu adla xx xxx 2019-cu il tarixdə saat 16 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 87 ünvanında “Azneft” dairəsinin yaxınlığında yerləşən “Anar Optik" eynək mağazasının qarşısında Zərərçəkmiş şəxs6 815 manat pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs6 verdiyi vədə əməl etməyib ona 815 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 məxsus Goranboy rayonu, Goran qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə görə Zərərçəkmiş şəxs4la icarə müqaviləsi bağlayacağına dair qarşılıqlı razılığa gəldikdən sonra həmin qeyri-yaşayış sahəsinə kondisionerin və videomüşahidə kameralarının quraşdırılmasına dair Zərərçəkmiş şəxs4 yalandan vəd verib aldadaraq bu adla xx xxx 2019-cu il tarixdə, saat 15 radələrində Nəsimi rayonu, Moskva prospketi 46 ünvanında Zərərçəkmiş şəxs4 2800 manat pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs4 verdiyi vədə əməl etməyib ona 2800 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 məxsus Ağcabədi şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən qeyri yaşayış sahəsinə görə Zərərçəkmiş şəxs3la icarə müqaviləsi bağlayacağına dair qarşılıqlı razılığa gəldikdən sonra həmin qeyri-yaşayış sahəsinə kondisionerin və videomüşahidə kameralarının quraşdırılmasına dair Zərərçəkmiş şəxs3 yalandan vəd verib aldadaraq bu adla xx xxxx 2019-cu il saat 01:00 radələrində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs3 1000 manat pul vəsaitini alıb ələ keçirərək sonuncuya verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs3 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 telefon aksessuarlarını alacağına dair yalandan vəd verib Zərərçəkmiş şəxs2 aldadaraq bu adla xx xxxxxxx 2019-cu il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 unvanında yerləşən “İn Telekom" mağazasında sonuncudan 2000 manat pul vəsatini alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2019-cu il tarixdə, saat 14 radələrində Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən “İn Telekom" mağazasında Zərərçəkmiş şəxs2 məxsus 1000 manat dəyərində olan noutbuku stolun üstündən gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 1000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 12 radələrində ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Dıvısıon" kompyuter texnikası mağazasının rəfindən 2570 manat dəyərində “Lenovo” markalı, Yoga x xxx 1370 modelli noutbuku gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 2570 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə cinayət törətdiyinə gorə məhkum olunmuşdur. 2014-cü ildə cəzəçəkmə müəssisəsindən azadlığa buraxılmış və azadlığa çıxdıqdan sonra bir müddət cinayət törətməmişdir. xx xxx 2018-ci il tarixdə o, Biləsuvar rayonunda olan zaman obyektin icarəyə verildiyini görüb elanda olan ***-***-**-** mobil telefon nömrəsinə özünün istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən zəng etmiş və özünü “Arif” adı ilə təqdim edən şəxsə onunla “Palmali” şirkətlər qrupundan “Bəhruz”un danışdığını və obyektini icarəyə götürmək istədiyini bildirmişdir. Sonradan ad və soyadını bildiyi Zərərçəkmiş şəxs5la xx xxx 2018-ci il tarixdə Biləsuvar rayonunda yerləşən obyektdə görüşmüş, obyektlə tanış olduqdan sonra obyekti bəyəndiyini bildirərək 350 manata icarəyə götürəcəyini demişdir. Daha sonra obyektə bir ədəd noutbukun da lazım olduğunu Zərərçəkmiş şəxs5 bildirmişdir. Sonuncu xx xxx 2018ci il tarixdə Biləsuvar şəhərində yerləşən “Soliton” adlı mağazadan 1052 manata ''Acer'’ markalı noutbuk almış və sonradan görüşmüşlər. Bundan sonra Zərərçəkmiş şəxs5 Bakı şəhərinə gedib şirkətlə müqavilə imzalamağı təklif etmişdir. Həmin günü Zərərçəkmiş şəxs5la birlikdə Bakı şəhərinə gəlmiş və saat 17 radələrində Bakı şəhəri, Neftçilər prospektində yerləşən “Kukla” teatrının yanında olan zaman sonuncuya noutbuka proqram yükləməyin lazım olduğunu bildirərək noutbuku götürüb çıxıb getmiş və geri qayıtmamışdır. Sonradan isə noutbuku tanımadığı adama satmışdır. xx xxx 2019-cu il tarixdə isə Şamaxı rayonunda olan zaman Zərərçəkmiş şəxs6 obyektinə gəlmiş və sonuncuya özünü “Cəbrayıl” olaraq təqdim edib obyekti icarəyə götürmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs6 əvvəl onunla razılaşmasa da, sonradan o, sonuncuya icarə haqqı olaraq 700 manat verəcəyini deyərək onunla razılaşmışdır. Zərərçəkmiş şəxs6 obyektində kamera sisteminin olmadığını buna görə də, obyektə kamera quraşdırılması üçün 1215 manat pul lazım olduğunu və obyektin icarəyə götürülməsi ilə bağı sənədləşmənin aparılmasından ötrü Bakı şəhərinə getməli olduqlarını demişdir. Həmin gun Zərərçəkmiş şəxs6 avtombili ilə Bakı şəhərinə gəlmiş, saat 16 radələrində onlar Bakı şəhərinə gəldikdən sonra kamera sistemlərinin quraşdırılması üçün lazım olan ilkin məbləğin ödənilməli olduğunu sonuncuya bildirib 815 manat pulunu Səbail rayonunun ərazisində yerləşən “Azneft" dairəsinin yaxınlığındakı “Anar Optika" mağazasının qarşısında almışdır. Həmin mağazaya getmiş, daha sonra geri qayıdaraq Zərərçəkmiş şəxs6 pulu ödədiyini demişdir. Avtomobillə “Gənclik" metrosuna, oradan isə metronun “28 May" stansiyasına gəlmişlər və su almaq adı ilə sonuncudan uzaqlaşmış və bir daha geri qayıtmamışdır. xx xxx 2019-cu il tarixdə, saat 09 radələrində o, Goranboy rayonu, Goran qəsəbəsində olan zaman qeyri yaşayış sahəsinin icarəyə verilməsi haqqında məlumatı görüb həmin elanda yazılan mobil nömrəyə stifadəsındə olan ***-***-**-** mobil telefon nömrəsindən zəng edib adının “Kənan” olduğunu demiş və onunla danışan şəxs isə adının “İsa” olduğunu demişdir. O, sonradan ad və soyadını bildiyi Zərərçəkmiş şəxs4 ona məxsus olan obyektlə maraqlandığını demiş, daha sonra ona yenidən zəng edəcəyini bildirmişdir. Bir müddət sonra ***-***-**-** mobil nömrəsindən zəng edərək Zərərçəkmiş şəxs4 obyektin qarşısına neçə dəqiqəyə gələ biləcəyini soruşduqda, sonuncu müəyyən müddət ərzində obyektin qarşısında olacağını bildirmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs4 icarəyə verdiyi obyektin qarşısına gəlmiş və onlar orada görüşmüşlər. Sonuncuya obyekti icarəyə götürmək istədiyini dedikdə Zərərçəkmiş şəxs4 onunla razılaşmış və obyektin qapısı açıldıqdan sonra obyektə daxil olmuşlar. Zərərçəkmiş şəxs4 aylıq icarə haqqı olaraq 3000 manat verəcəyini dedikdən sonra razılaşdıqlarına görə Bakı şəhərinə gedib müqavilə bağlamağı təklif etmişdir. Zərərçəkmiş şəxs4 həm də obyektə kondisioner və müşahidə kameraları quraşdırmaq üçün 1800 manat lazım olduğunu dedikdə Zərərçəkmiş şəxs4 onunla razılaşmışdır. Onlar birlikdə avtomobillə Bakı şəhərinə gəlmişlər və xx xxx 2019-cu il tarixdə, saat 15 radələrində onlar Nəsimi rayonu, Moskva prospekti 46 ünvanına çatdıqda sonuncu ona kondisioner və müşahidə kameraları qurşadırmaq üçün 1800 manat vermiş və o, Zərərçəkmiş şəxs4 pulu yaxınlıqda olan aptekə verib qayıdacağını deyib uzaqlaşmışdır. Zərərçəkmiş şəxs4 onun arxasınca gəldiyini görüb getdiyini soruşduqda sonuncu ona ayaqyoluna getdiyini bildirmişdir. Zərərçəkmiş şəxs4 apketdə olan ayaqyoluna kənar şəxsləri buraxmadıqlarını və yaxınlıqda olan digər yerə getməsini məsləhət görmüşdür. Daha sonra Zərərçəkmiş şəxs4 uzaqlaşmasından istifadə edərək həmin ərazidən uzaqlaşmışdır. xx xxxx 2019-cu il tarixdə, saat 16 radələrində o, Ağcabədi rayonunda olan zaman qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında elanı görüb elanda olan mobil nömrəyə özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən zəng etmiş və sonradan ad və soyadını bildiyi Zərərçəkmiş şəxs3 adının “Kənan” olduğunu deyib elandan nömrəsini götürdüyünü və obyekti icarəyə götürmək istədiyini, buna görə onunla görüşmək istədiyini demişdir. Həmin nömrə ilə o, istifadəsində olan ***-***-**-** möbil telefon nömrəsi ilə əlaqə saxlamış və Zərərçəkmiş şəxs3 obyektə nə vaxt gələcəyini soruşmuş, aldığı cavabdan təxminən 30 dəqiqə sonra sonuncu icarəyə verdiyi obyektin qarşısına gəlmiş və orada görüşmüşlər. O, taksi ilə gəlmiş və həmin şəxs də onun yanında olmuşdur. Taksi sürücüsünü o, tanımamış və kim olduğunu da bilməmişdir. Zərərçəkmiş şəxs3 obyektin qapısını açdıqdan sonra onlar obyektə girmişlər. O, formal olaraq obyektə baxmış və Zərərçəkmiş şəxs3 obyekti bəyəndiyini bildirərək aylıq icarə haqqı məbləğini 2000 manata razılaşdıqdan sonra sonuncuya Bakı şəhərinə gedib müqavilə bağlamalı olduqlarını demişdir. Daha sonra Zərərçəkmiş şəxs3 obyektə kondisioner və müşahidə kameraları quraşdırmaq üçun ona 1000 manat verməsini təklif etmiş, sonuncuda onunla razılaşmışdır. Onlar birlikdə həmin gün taksi kimi istifadə edilən “Mersedes Benz" markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə gəlmişlər və artıq tarix xx xxxx 2019-cu il tarixdə, saat isə 01:00 rədələrində onlar Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev kuçəsı 2 ünvana çatdıqda Zərərçəkmiş şəxs3 obyektə kondisioner və müşahidə kameraları quraşdırmaq üçün ona 1000 manat pul vəsaiti vermişdir. Bundan sonra sonuncuya səhər görüşüb müqavilə bağlamağı təklif etmiş və razılaşdıqdan sonra o, mobil telefonlarını söndürmüş və Zərərçəkmiş şəxs3la görüşə getməmişdir. Ruhindən aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləmiş və verdiyi sözə əməl etməmişdir. 2019-cu ilin oktyabr ayında Lənkəran şəhərində “Arçelik” hotelində bir günlük qalmışdır və sonradan ad və soyadını bildiyi Zərərçəkmiş şəxs2 da oradan tanımışdır. Sonuncu ilə söhbət zamanı onun Bakı şəhərində telefon mağazaları ilə yaxşı münasibətlərinin olduğunu, həmin mağazalardan topdan satış qiymətinə telefon aksessuarları almaqda ona köməklik edə biləcəyini demişdir. xx xxxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2la Lənkəran şəhərindən taksi vasitəsilə Bakı şəhərinə gəlmişlər. Həmin gün saat 14 radələrində Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Azadlıq prospekti 24 ünvanında yerləşən “İn Telekom" mağazasına aparmışdır. Mağazada telefon və telefon aksessuarlarına baxıb siyahı tutmuşlar və telefon aksessuarlarının alınması üçün Zərərçəkmiş şəxs2 ona 2000 manat məbləğində pul vəsaiti vermişdir. Sonradan Zərərçəkmiş şəxs2 dostu ilə görüşmək üçün mağazadan çıxıb getdikdə o, sonuncuya aksessuarları alacağına və pulu kassaya ödəyəcəyinə dair söz vermişdir. Lakin Zərərçəkmiş şəxs2 gələnədək o, 2000 manat pulu və sonuncunun mağazada stolun üzərində qoyub getdiyi noutbuku götürüb mağazadan çıxmışdır. Telefonunu sonra söndürmüş və Zərərçəkmiş şəxs2 ona zəng edə bilməmişdir. Noutbuk xarab olduğundan sata bilməmiş və zibilliyə atmışdır, ancaq 2000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. xx xxxxxx 2020-ci il tarixdə günorta saat 12 radələrində ünvan 5 ünvanında yerləşən elektrik mallarının satıldığı "Dıvısıon” mağazasına gəlmişdir. Mağazada texniki avadanlıqlara baxmış, bu zaman rəfdə olan “Lenovo" markalı noutbuku oğurlamaq qərarına gəlmişdir. Mağazaya bir qədər göz gəzdirmiş və onu heç kəsin görmədiyinə əmin olduqdan sonra narıncı rəngli “Lenovo” markalı noutbuku götürüb gizlədərək mağazadan çıxmışdır. Mağazada olan satıcı kompüterlə məşğul olduğundan onun noutbuku götürdüyünü görməmişdir. xx xxxxxx 2020-ci il tarixdə taksi sürücüsü olan Elmir adlı şəxsin isitfadəsində olan ***-***-**-** mobil nömrəsinə özünün istifadəsində olan ***-***-**-** mobil nömrəsindən zəng edib həmin şəxsə avtomobili ilə “Sahil” metrosunun yanına gəlməsini xahiş etmişdir. Sonradan ad və soyadını bildiyi Şahid **-OC-*** nömrəli avtomobili sürmüşdür və o, həmin şəxsin avtomobilindən müştəri olaraq həmişə taksi kimi istifadə edib yol haqqını ödəmişdir. Az müddət sonra Şahid avtomobili ilə onun yanına gəlmiş və onun avtomobilində əyləşdikdən sonra söhbət zamanı Şahid onda, guya, özünə məxsus “Lenovo” markalı noutbukun olduğunu demiş və həmin noutbuku satmaqda ona köməklik göstərməsini xahiş etmişdir. Şahid ona belə bir tanışının olmadığını və fikirləşib bir söz deyəcəyini demişdir. Bundan sonra sonuncu ilə Azadlıq prospektində yerləşən mağazalardan birinə getmiş və noutbuku o, satıcıya göstərib satmaq istədiyini demiş, satıcı 300 manata alacağını ona dedikdən sonra o, satıcıya noutbukun cərəyan qidalandırıcısının olmadığını dediyinə görə satıcı noutbuku ondan almamışdır. Digər mağazada isə satıcı başqa bir nəfərin mobil nömrəsini ona verib həmin nömrənin sahibinin noutbuku almaq istədiyini demişdir. O, Şahid mobil telefon nömrəsi ilə oğlanın mobil römrəsinə zəng etsə də, həmin şəxs kompüteri almamışdır. O, “Lenovo” markalı noutbuku Şahid avtomobilində saxlamış və sonuncuya noutubuku bir müddət onun avtomobilində qalmasını və alan olarsa sonradan satacağını demişdir. Şahid noutbukun oğurluq olduğunu bilməmişdir. Daha sonra Şahid 22-ci Polis Şöbəsinə dəvət etdikdə o, Polis Şöbəsinə gedib onun oğurladığı kompüteri polisə təhvil vermişdir. Sonda törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşiman olduğunu bildirərək, məhkəmədən barəsində daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, uzun müddətdir ünvan 5 ünvanında yerləşən "Dıvısıon” kompyuter texnikası mağazasını işlədir və mağazada oıan bütün texniki avadarnlıqlar və məhsullar onun özünə məxsusdur. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 17 radələrində mağazanın rəfindən 2570 manat dəyərində “Lenovo” markalı, Yoga x xxx 1370 modelli markalı noutbukun rəfdə qoyulduğu yerdə olmadığını aşkar etmişdir. Mağazada müşahidə kamerası olmadığına görə noutbukun kim tərəfindən oğurlandığını dəqiqləşdirə bilməmiş və özü axtarıb tapacağını düşünmüşdür. Həmin noutbukdan Bakı şəhərində yalnız onun mağazasında olmuşdur. Belə ki, bahalı olduğundan hər kəs həmin noutbukun ticarəti ilə məşğul olmur. Noutbukun korpus hissəsi narıncı rəngdə olmuşdur. Bir neçə gün ərzində noutbuku tapa bilmədiyi üçün 22-ci Polis Şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Noutbukun oğurlanmasına çörə ona 2570 manat məbləğində maddi ziyan dəymişdir. Sonradan həmin oğurluq cinayətinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bilmişdir. Lakin oğurlanmış “Lenovo” markalı, Yoga x xxx 1370 modelli noutbuk ona qaytarıldığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən ona təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 verdiyi ifadəsində göstərmişdir ki, o, Şamaxı rayonunda yerləşən özünə məxsus 3 mərtəbəli obyektin sahibidir. xx xxx 2019-cu il tarixdə Şamaxı rayonunda yerləşən obyektinin qarşısına tanımadığı bir nəfər şəxs gəlmiş və ona özünü “Cəbrayıl” kimi təqdim edərək obyekti icarəyə götürmək istədiyini demişdir. Sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxsla o, əvvəl razılaşmasa da, sonradan sonuncunun 700 manat qarşılığında obyekt icarəyə götürmək istəməsi ona sərf etdiyindən o, təkliflə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona obyektində kamera sisteminin olmadığını, buna gorə də, obyektə kamera quraşdırılması üçün 1215 manat manata pul lazım olduğunu demişdir. Eyni zamanda Təqsirləndirilən şəxs obyektin icarəyə götürülməsi ilə bağlı sənədləşmənin aparılmasından ötrü və kamera sisteminin quraşdırılması bəhanəsi ilə birlikdə Bakı şəhərinə getməli olduqlarını təkidlə ona dediyinə görə onlar onun idarə etdiyi avtomobillə həmin gün Bakı şəhərinə gəlmişlər. Onlar Bakı şəhərinə gəldikdən sonra Təqsirləndirilən şəxs bir nəfər tanəmadığı şəxslə telefonla əlaqə saxladıqdan sonra ona kamera sistemlərinin quraşdırılması uçun lazım olan ilkin məbləğin ödənilməli olduğunu deyib 815 manat pul vəsaiti istəmişdir. Daha sonra Təqsirləndirilən şəxs yenə də tanımadığı şəxslə əlaqə saxlamış və 815 manat pulu Səbail rayonunun ərazisində yerləşən "Azneft” dairəsinin yaxınlığındakı "Anar Optika" mağazasına verməli olduğunu ona demişdir. Onlar "Anar Optika" mağazasının qarşısında olan zaman onun özü avtomobildə qalmış, Təqsirləndirilən şəxs isə 815 manat pulu ondan alıb "Anar Optika” mağazasına daxil olmuşdur. Bundan 3-5 dəqiqə sonra sonuncu onun yanına gəlib pulu verdiyini ona demişdir və daha sonra "Gənclik" metrosunun yaxınlığında yerləşən özlərinə məxsus ofisə getməli olduğunu demişdir. O, Təqsirləndirilən şəxs dediyi istiqamətdə hərəkət edərək “Gənclik" metrosuna, oradan isə metronun "28 May" istiqamətinə doğru getmişlər. Həmin istiqamətdə yerləşən marketin qarşısından keçərkən Təqsirləndirilən şəxs ona marketdən su almaq istədiyini dediyinə görə, o, avtomobili saxlamış sonuncu avtomobildən düşüb marketə getmiş, onun özü iso avtomobildə gözləmişdir. Təxminən 5 dəqiqəyə yaxın o, Təqsirləndirilən şəxs gözləmiş və sonuncunun gəlmədiyini görüb avtomobildən düşüb marketə daxil olmuşdur. Təqsirləndirilən şəxs marketdə olmadığını görüb onu aldatdığını başa düşmüşdür. Bundan sonra o, aidiyyəti orqana müraciət edərək hadisə barədə məlumat vermişdir. Ona dəymiş maddi ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 xx.xx.2020-ci il tarixdə, Zərərçəkmiş şəxs4 xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq şikayətçi olduqlarını bildirmişlər. Digər Zərərçəkmiş şəxs2 Sərhaddin oğlu xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və istintaq zamanı verdiyi ifadəsini nəzərə alıb hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 Sərhaddin oğlunun və Zərərçəkmiş şəxs4 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış Zərərçəkmiş şəxs3 məhkəmə iclaslarına gəlməmiş, onun məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Müdafiə tərəfi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3nnun, Zərərçəkmiş şəxs2 Sərhaddin oğlunun və Şahid məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 Sərhaddin oğlunun və Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. xx xxxx 2019-cu il tarixdə, saat 16 radələrində Ağcabədi rayonunda yaşadığı evdə olarkən onun istifadəsində olan mobil telefon nömrəsinə ***-***-**-** mobil telefon nömrəsindən zəng gəlmiş və o, zəngə cavab verdikdə tanımadığı şəxs ona icarəyə verdiyi obyektlə maraqlandığını demişdir. Həmin şəxs onun icarəyə verdiyi obyektə görə onunla təzədən əlaqə saxlayacağını deyib 7-8 dəqiqə sonra yenidən ona ***-***-**-** nömrəli telefon nömrəsindən zəng etmiş və ondan obyektin qarşısına neçə dəqiqəyə yaxınlaşa biləcəyini soruşduqda o, həmin şəxsə bir neçə dəqiqəyə obyektin qarşısında olacağını demişdir. Danışıqdan 30 dəqiqə sonra o, icarəyə verdiyi obyektin qarşısına gəlmiş və orada tanımadığı iki nəfər şəxsin olduğunu görüb sonuncu dəfə ona zəng edən şəxsə zəng etmiş və daha sonra həmin şəxslərlə görüşüb obyektin qapısını açıb obyektə daxil olmuşlar. Bundan sonra onlar obyektə baxmışlar, fotoşəkillərini çəkib kiməsə göndərmişlər və mobil telefonla danışdıqdan sonra obyekti bəyəndiklərini ona demişlər. Onlar aylıq icarə haqqını 2000 manata danışdıqdan sonra həmin şəxslərdən biri ona dərhal Bakı şəhərinə gedib müqavilə bağlamalı olduqlarını ona təklif etmiş, həmçinin obyektə kondisioner və müşahidə kameraları quraşdırmaq üçün ondan 1000 manat istəmişdir. O, həmin şəxslə razılaşıb həmin günü birlikdə "Mersedes Benz” markalı 99- KX-969 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə yola düşmüşlər və saat 00:00 radələrində onlar ünvan 8 ünvana çatdıqda həmin şəxs obyektə kondisioner və müşahidə kameraları quraşdırmaq üçün ondan 1000 manat almışdır. O pulu “Kənan” adlı şəxsə verdikdən sonra sabahı gün görüşüb müqavilə bağlayacaqlarına dair razılaşmışlar. xx xxxx 2019-cu il tarixdə o, dəfələrlə həmin şəxsə zəng etməsinə baxmayaraq həmin şəxsin mobil nömrələri bağlı olmuşdur. O, bundan sonra bu barədə atası Azərə zəng edib məlumat verimiş və atası isə 102 xidmətinə zəng etmişdir (cild 2, i/v 22-24). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 Sərhaddin oğlu ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır və Lənkəran şəhərində “Arçelik" hotelini işlədir. Hotelin birinci mərtəbəsində 2019-cu ilin oktyabr ayında telefon mağazası da olmuşdur. Hazırda həmin mağaza fəaliyyət göstərmir. 2019-cu ilin oktyabr ayında Təqsirləndirilən şəxs hotelin müştərisi olduğundan həmin ərəfədə hoteldə qalmış və elə Cəbrayılı o, hoteldən tanımışdır. Cəbrayılla söhbət zamanı Cəbrayıl ona Bakı şəhərində çoxlu sayda telefon mağazaları ilə yaxın münasibətinin olduğunu, həmin mağazalardan topdan satış qiymətinə telefon aksessuarları almaqda ona da köməklik edə biləcəyini demişdir. Buna gorə də xx xxxxxxx 2019-cu il tarixdə o, Lənkəran şəhərindən Cəbrayılla taksi ilə Bakı şəhərinə gəlmişdir. Həmin günü saat 14 radələrində Cəbrayıl onu Bakı şəhəri, Azadlıq prospekti 24 ünvanında yerləşən “İn Telekom" mağazasına aparmışdır. Mağazada telefon və telefon aksessuarlarına baxıb syahı tutmuş və siyahıda yazdığı telefon aksessuarlarının alınması üçün Cəbrayıla 2000 manat pulu vermiş və Cəbrayıl ona aksessuarları alacağına söz vermişdir. O, malların yığıldığını görüb dostu ilə görüşmək üçün mağazadan çıxmış, çıxan zaman Cəbrayıla pulun onda olduğunu və pulu mallar yığıldıqdan sonra odməsinı tapşırmışdır. Cəbrayıl da ona narahat olmamasın demişdir. Bundan başqa o, markasını bilmədiyi notebuku isə mağazada stolun üstünə qoymuşdur. İki saatdan sonra o, həmin mağazaya gələndə görmüşdür ki, Cəbrayıl mağazada yoxdur və satıcıdan o, onunla gələn oğlanı görüb-görmədiyini, oğıanın mal alıb-almadığını soruşanda satıcı ona dedi ki, oğlan mağazadan heç nə almamışdır. Satıcıdan notebukunun harada olduğunu soruşduqda satıcı ona görmədiyini demişdir. Bununla da, başa düşmüşdür ki, Cəbaryıl onu aldadıb və 2000 manat pulunu mənimsəməklə yanaşı 1000 manat dəyərində olan noutbukunu da oğrulayıb. Bundan sonra o, Cəbrayılı tapa bilmədiyinə görə 22-ci Polis Şöbəsinə ərizə ilə müraciət eimışdir (cild 1, i/v 118-120). Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1ci maddələrinə əsasən Şahid iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə yaşayır. Evlidir və onun himayəsində iki azyaşlı uşağı var. “Tofaş Şahin" markalı **-OC-*** nömrəli avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Əslən Lənkəran rayonundan olan Təqsirləndirilən şəxs bir aya yaxındır ki, taksi müştərisi kimi tanıyır və Təqsirləndirilən şəxsla o, müştəri kimi tanış olmuş, tanış olduqdan sonra istifadəsində olan mobil nömrəsini sonuncuya vermişdir ki, taksi lazım olduqda onu çağırsın. xx xxxxxx 2020-cı il tarixdə günorta saat 12 radələrində Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** mobil cin nömrəsinə özünün istifadəsində elan ***-***-**-** mobil nömrəsindən zəng edib onu “Sahil” metrosunun yanına çağırdığına görə o, Təqsirləndirilən şəxs dediyi ünvana getmişdir. Sonuncu onun maşınına əyləşdikdən sonra ona “Lenovo” markalı noutbuk olduğunu və həmin noutbuku satmaqda ona köməklik etməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs o, belə bir tanışının olmadığını və fikirləşib bir söz deyəcəyini demişdir. Sonuncu onunla Azadlıq prospektində yerləşən mağazalardan birinə getmiş və noutbuku Təqsirləndirilən şəxs satıcıya göstərib satmaq istədiyini dedikdə satıcı ona 300 manata alacağını dedikdə, satıcıya noutbukun adapterinin olmadığını dediyinə görə satıcı noutbuku almamışdır. Digər mağazada isə satıcı başqa bir nəfərin mobil nömrəsini Təqsirləndirilən şəxs verib demişdir ki, həmin nömrənin sahibi noutbuku almaq istəyir. Təqsirləndirilən şəxs da onun mobil telefon nömrəsi ilə həmin şəxsin mobil nömrəsinə zəng etmiş və həmin şəxs noutbuku almaqdan imtina etmişdir. Nəyə görə həmin noutbuku almadığını isə o, bilməmişdir. Təqsirləndirilən şəxs noutbuku onun avtomobilində saxlamış və həmin vaxt onun maşınında qalmasını və alan olarsa, sonra satacağın ona demişdir O, noutbukun oğurluq olduğunu bilməmişdir. Onu 22-ci Polis Şöbəsinə çağırdiqda o, Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində olan zaman Təqsirləndirilən şəxs mağazadan oğurluq etdiyini öyrənmiş və buna qədər isə Təqsirləndirilən şəxs oğurluq etdiyindən onun xəbər olmamışdır. Sonra o, avtomobilindən həmin noutbuku gətirib polisə təhvil vermişdir (cild 1 46-49). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Nicat Ədilbəyli tərəfindən tərtib edilmiş və hal şahidləri Səbuhi Əliyev və Emin Həsənov tərəfindən, həmçinin Şahid tərəfindən imzalanmış “götürmə haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, 01 ədəd "Lenovo” markalı, “Yoga Pro" modelli noutbuk Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Nicat Ədilbəyli tərəfindən hal şahidlərinin iştirakı ilə Şahid götürülmüşdür (cild 1, i/v 17). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(006)-39/2020 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 4(006)- 208/2020 saylı qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri xx xxxx 2020-ci il tarixədək uzadılmışdır (cild 1, i/v 71-72, 158-162, cild 3, 13-14). İş materiallarında olan “Tutma haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan və “Qətimkan tədbiri seçilməsi haqqında” xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin gün onun barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (cild 2, 97-98, 116-117). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2169 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd istifadədə olmamış Çin istehsalı “Lenovo” markalı, Yoga x xxx 1370 modelli İntel Core m xüsusiyyətli noutbukun üzərində cərəyan qidalandırıcısı və kompelktləşdirilməsinə daxil edilən aksesuarlarının olmamasını nəzərə almaqla 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 2400,0 manat müəyyən edilmişdir (cild 2, i/v 229-230). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus olan “Lenovo” markalı, Yoga x xxx 1370 modelli noutbuk maddi sübut qismində tanınmışdır və saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir (cild 3, i/v 51-69). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən və Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2020ci il tarixli, 1(003)-3/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir və cəzaçəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 3, i/v 38-40, 41-49). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin istintaq Şöbəsinin müstəntiqi Əli İmanov tərəfindən tərtib olunmuş “Videogörüntülərə baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, videogörüntülərin yazıldığı DVD diskə müdafiəçi Aqil Nuriyevin və Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirilərkən 25 dəqiqə 33 saniyəlik video yazıda bir neçə şəxsin Ağcabədi rayonu, Ü.Hacıbəyov prospektində yerləşən iaşə obyektinin qarşısında söhbət etdiyi müəyyən olunmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində baxışda iştirak edən Təqsirləndirilən şəxs videoyazılarda olan şəxsin özü olduğunu və qeyri-yaşayış obyektinə videomüşahidə kameralarının quraşdırılması ilə bağlı danışıqlar apardığını bildirmişdir (cild 3, 77). Məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyinə görə barışmışdır və heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməklə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, vəziyyətini yüngülləşdirən halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Xəzər rayon məhkəməsinin 1(003)-3/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon məhkəməsinin 1(003)-3/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş Zərərçəkmiş şəxs1 məxsus olan “Lenovo” markalı, Yoga x xxx 1370 modelli noutbuk sahibinə qaytarılmalı, ondan 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına və X3 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, xx xxxxxx 2020-ci il tarixli “Şübhəli şəxsin hüquqlarının müdafiə edilməsi üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin edilməsi haqqında” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-229/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərara əsasən xx xxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 80 (səksən) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 480 (dörd yüz səksən) manat və Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanmaqla ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-3/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş Zərərçəkmiş şəxs1 məxsus olan “Lenovo” markalı, Yoga x xxx 1370 modelli noutbuk sahibinə qaytarılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 480 (dörd yüz səksən) manat və X1 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-36/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-36/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver