Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-36/2024 23.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs5, X15, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 nümayəndəsi X2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta ixtisas təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, İmişli şəhəri, C.Nəsirov küçəsi, ev 10 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcısından və informasiya texnologiyalarından istifadə etməklə zərər çəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə X13 və digər istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan rolların bölgüsünə əsasən X13 və digər şəxslər “tap.az” elan saytında ev satışı ilə bağlı elan yerləşdirmiş Zərərçəkmiş şəxs4 ilə 09 fevral 2023-cü il tarixdə +9054-9357-6559 və ***-***-**-** saylı mobil nömrələrin vatsap ani mesajlaşma mübadilə sisteminin zəng xidməti vasitəsilə əlaqə saxlayıb guya elanda yerləşdirilmiş evi almaq üçün ilkin olaraq beh göndərmək adı ilə ümumi istifadə üçün nəzərdə tutulmayan, özündə bank sirrini təşkil edən Zərərçəkmiş şəxs4 məxsus "xxxx" ASC-yə aid 5522-0993-5309-7090 nömrəli elektron məlumat daşıyıcısı hesab edilən bank kartının məlumatlarını alaraq ələ keçirib informasiya texnologiyalarından istifadə etməklə həmin bank kartının hesabından 1500 manat pul vəsaitini tanışı X5 adına olmaqla onun istifadəsində olan 4127-2093-0701-2697 nömrəli bank kartının hesabına köçürdükdən sonra o, Zərərçəkmiş şəxs4 məxsus 1500 manat pul vəsaitini həmin tarixdə İmişli şəhəri, 20 Yanvar küçəsi 17 ünvanında quraşdırılmış "xxxx" ASC-yə aid ATM-də nağdlaşdırıb aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs4 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan tanışı X13 və digər istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan rolların bölgüsünə əsasən X13 və digər şəxslər “tap.az” elan saytında ev kirayəsi ilə bağlı elan yerləşdirmiş Şahid2 ilə 12 mart 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrənin vatsap ani mesajlaşma mübadilə sisteminin zəng xidməti vasitəsilə əlaqə saxlayıb guya elanda yerləşdirilmiş evin 2 həftəlik kirayə götürülməsi üçün ilkin olaraq beh göndərmək adı ilə Şahid2 sonuncunun tanışı Zərərçəkmiş şəxs1 məxsus ümumi istifadə üçün nəzərdə tutulmayan, özündə bank sirrini təşkil edən "xxxx" ASC-yə aid 5490-2641-0845-0956 nömrəli elektron məlumat daşıyıcısı hesab edilən bank kartının məlumatlarını alaraq ələ keçirib informasiya texnologiyalarından istifadə etməklə həmin bank kartının hesabından 13950 manat(+210 manat komissiya haqqı) pul vəsaitini tanışı X5 adına olmaqla onun istifadəsində olan 4127-2093-0701-2697 nömrəli bank kartının hesabına köçürdükdən sonra o, Zərərçəkmiş şəxs1 məxsus 13950 manat pul vəsaitini həmin tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus ATM-də nağdılaşdırıb aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 14160 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan tanışı X13 və digər istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan rolların bölgüsünə əsasən X13 və digər şəxslər “tap.az” elan saytında it satışı ilə bağlı elan yerləşdirmiş Şahid11 ilə 14 mart 2023-cü il tarixdə +**********9 və ***-***-**-** saylı mobil nömrənin vatsap ani mesajlaşma mübadilə sisteminin zəng xidməti vasitəsilə əlaqə saxlayıb guya elanda yerləşdirilmiş iti almaq üçün ilkin olaraq beh göndərməsi adı ilə Şahid11 sonuncunun tanışı Zərərçəkmiş şəxs2 məxsus ümumi istifadə üçün nəzərdə tutulmayan, özündə bank sirrini təşkil edən "xxxx" ASC-yə aid 4127-2081-3371-9905 nömrəli elektron məlumat daşıyıcısı hesab edilən bank kartının məlumatlarını alaraq ələ keçirib informasiya texnologiyalarından istifadə etməklə həmin bank kartının hesabından 1745 manat pul vəsaitini onun istifadəsində olan "xxxx" ASC-yə aid 4169********2395 nömrəli bank kartının hesabına köçürdükdən sonra o, Emil Niftəliyevə məxsus 1745 manat pul vəsaitini həmin tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-yə aid ATM-də nağdlaşdırıb aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan tanışı X13 və digər istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan rolların bölgüsünə əsasən X13 və digər şəxslər “lalafo.az” elan saytında yataq dəstinin satışı ilə bağlı elan yerləşdirmiş Zərərçəkmiş şəxs5 ilə 27 mart 2023-cü il tarixdə +**********6 saylı mobil nömrənin vatsap ani mesajlaşma mübadilə sisteminin zəng xidməti vasitəsilə əlaqə saxlayıb guya elanda yerləşdirilmiş yataq dəstini almaq istədiyini bildirib pulun ödənilməsi adı ilə Zərərçəkmiş şəxs5 məxsus ümumi istifadə üçün nəzərdə tutulmayan, özündə bank sirrini təşkil edən "xxxx" ASC-yə aid 5490-2641-0573-6753 nömrəli 9900 manat pulun 9541 manat hissəsini vahid niyyətlə əhatə olunan qəsdlə 2030 manat, 3045 manat, 4060 manat və 406 manat olmaqla onun tanışı X5 adına olan istifadəsindəki 4127-2093-0701-2697 nömrəli bank kartının hesabına, 359 manatını isə onun istifadəsində olan digər bank kartının hesabına köçürdükdən sonra o, Zərərçəkmiş şəxs5 məxsus 9541 manat pul vəsaitini ünvan 2 ünvanında quraşdırılmış "xxxx" ASC-yə məxsus ATM-dən, 359 manat hissəsini isə Bakı şəhəri, Yasamal rayonunda yerləşən ATM-dən nağdlaşdırıb aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 9900 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan tanışı X13 və digər istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan rolların bölgüsünə əsasən X13 və digər şəxslər “lalafo.az” elan saytında soyuducu satışı ilə bağlı elan yerləşdirmiş Şahid6 ilə 30 mart 2023-cü il tarixdə +**********6 və ***-***-**-** saylı mobil nömrənin vatsap ani mesajlaşma mübadilə sisteminin zəng xidməti vasitəsilə əlaqə saxlayıb guya elanda yerləşdirilmiş soyuducunu almaq istədiyini bildirib pulun ödənilməsi adı ilə Şahid6 oğlu Şahid7 sonuncunun tanışı Zərərçəkmiş şəxs3 məxsus ümumi istifadə üçün nəzərdə tutulmayan, özündə bank sirrini təşkil edən "xxxx" ASC-yə aid 4127-2081-1709-6106 nömrəli elektron məlumat daşıyıcısı hesab edilən bank kartının məlumatlarını alaraq ələ keçirib informasiya texnologiyalarından istifadə etməklə həmin bank kartının hesabından vahid niyyətlə əhatə olunan qəsdlə 5075 manat və 4770 manat 50 qəpik olmaqla ümumilikdə 9845 manat 50 qəpik məbləğində pul vəsaitini tanışı X5 adına olmaqla onun istifadəsində olan 4127-2093-0701-2697 nömrəli bank kartının hesabına köçürdükdən sonra o, Zərərçəkmiş şəxs3 məxsus 9845 manat 50 qəpik məbləğində pul vəsaitini həmin tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus ATM-də nağdılaşdırıb aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs3 ümumilikdə xeyli miqdarda 9845 manat 50 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Rusiya Federasiyasında yaşamış və orada olarkən X13 adlı şəxslə tanış olmuşdur. Daha sonra isə Azərbaycana Respublikasına gəlmiş və burada suvaq ustası kimi fəaliyyət göstərmişdir. 2023-cü ilin fevral ayında Vasiliy ona zəng edib nə işlə məşğul olduğunu soruşmuş, o da cavabında usta işlədiyini və qış ayları olduğu üçün işin bir az zəif olduğunu bildirmişdir. Vasiliy isə özünün “lalafo.az”, “tap.az” kimi saytlar, həmçinin müxtəlif ölkələrin də saytları vasitəsilə internet üzərindən müxtəlif əşyalar satdığını, həmçinin bazarda da alverlə məşğul olduğunu bildirmiş və həm internet saytlarında etdiyi satışlara görə, həm də bazarda etdiyi alverlə bağlı Azərbaycan Respublikasında verilən pulların Rusiya Federasiyasına göndərilməsi üçün tanış adam lazım olduğunu bildirmişdir. O da Vasiliyə heç bir problem olmadığını, pulu kim verməlidirsə gətirib ona verməsini, onun da həmin pulu ona göndərəcəyini bildirmiş, lakin Vasiliy pulu verən şəxslərin müxtəlif yerlərdə olduğunu bildirərək, pulu yalnız kart vasitəsilə göndərə biləcəklərini bildirmişdir. O da ailəsi Belarus Respublikasında yaşadığı üçün hər il oraya gedib gəldiyini, gömrükdən keçir deyə pulların onun adına göndərilməsinin problem yaradacağını, amma dost-tanışlardan pulu onların kartına göndərilməsini xahiş edəcəyini bildirmişdir. Bundan sonra o, tanışlarından kart tapıb nömrəsini Vasiliyə göndərmiş, həmin kartlara göndərilən pulları isə özü kartdan çıxardıb Rusiya Federasiyasına yollamışdır. Onun heç ağlına da gəlməyib ki, Vasilinin göndərdiyi pullar oğurluq pullardır. O, Vasiliyə sadəcə bir dost kimi kömək etmiş, onun oğurluq etmək məqsədi olmamışdır. Vasilinin ona verdiyi pullar da yol pulu olmuş, həmçinin kimdən kart xahiş etmişdisə, onlara kömək etdikləri üçün pul vermişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 nümayəndəsi X8 ifadəsində göstərmişdir ki, 30 mart 2023-cü il tarixdə təxminən saat 16 radələrində ünvan 4 ünvanında yerləşən iş yerində, yəni işlədiyi Azərbaycan Dəmiryol QSC-də olarkən onun qonşusu Şahid7 ona zəng edərək Rusiyada yaşayan bir nəfərin ona 150 manat məbləğində pul göndərəcəyini, lakin həmin şəxsin yalnız “Beynəlxalq Bank”a məxsus bank kartına pul göndərə biləcəyini demiş, ondan “Beynəlxalq Bank”a məxsus bank kartının olub-olmadığını soruşduqda o, “Beynəlxalq Bank”a məxsus bank kartının olduğunu deyərək 4127 2081 1709 6106 nömrəli həmin kartın ön hissəsinin fotoşəklini “Whatsapp” proqramı vasitəsilə Anarın istifadəsində olan mobil nömrəyə göndərmişdir. Təxminən 10-15 dəqiqə sonra 070 *** ** ** mobil nömrəsindən onun istifadəsində olan mobil nömrəyə “Whatsapp” proqramı vasitəsilə zəng gəlmiş, zəngi açdıqda biraz rus, biraz da Azərbaycan dilində danışan qadın ona Leyla bacıya 150 manat pul çatacağını, həmin pulu göndərmək üçün onun kartını ona verdiklərini bildirimiş, bank kartı ilə bağlı ona gələn kodu bildirib deməsini və daha sonra həmin karta pul atacağını demişdir. O, onunla danışan qadının Anarın ona bildirdiyi şəxsin olduğunu zənn edib həmin vaxt onun mobil nömrəsinə 6 rəqəmli kod gəlmiş və o, həmin kodu qadına demişdir. Bir az sonra Anara göndərdiyi “Beynəlxalq Bank”a məxsus 4127 2081 1709 6106 nömrəli kartdan deyil, ona aid “Beynəlxalq Bank”a məxsus 4127 2044 4202 1992 nömrəli kartından hissə-hissə 5075 manat və 4770 manat 50 qəpik məbləğində, ümumilikdə isə 9845 manat 50 qəpik məbləğində pulun çıxdığını görmüşdür. Həmin vaxt onun özü iş yerində, yəni inzibati binanın 3-cü mərtəbəsində olmuşdur. Kartından pul çıxarıldığını görüb nə edəcəyini bilməmiş və həmin Vidadinin arvadı Leyla ona zəng etmişdir. Telefon danışığı zamanı onların onun kartından pul çıxarıldığından xəbərlərinin olmadığını bilmişdir. Həmin gün aldanıldığını bilmiş və bununla bağlı olaraq Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət etmişdir. Ümumilikdə ona 9845 manat 50 qəpik məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyan məbləğindən 4000 manatı pul vəsaiti ona geri verilmişdir. Bundan başqa, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixində saat 16:22də Şahid7 +**********77 nömrəsindən (25 ilin qonşusu olan ailənin oğlu), o, işdə olduğu zaman ona +**********81 nomrəli “WhatsApp” tədbiqində zəng edib Beynəlxalq kartının olub olmadıgını soruşmuş, bildirmişdir ki, Rusiyadan ona 150 manat pul göndərəcəklər. Onun Rusiyada xalası yaşadığından o, pulun kim tərəfindən göndəriləcəyini soruşmamışdır. O, Beynəlxalq kartının olduğunu bildirmiş və ondan “WhatsApp” tədbiqinə göndərməsini istəmişdir. Ona etibar və inamı olduğundan əmək haqqı olan Beynəlxalq kartının 4127 2081 1709 6106 ön tərəfinin şəkilini çəkib ona göndərmişdir. Saat 16:42-də +**********67 nömrədən bir xanımdan zəng gəlmiş, ona Leyla Səfərovaya (Şahid7 anası) 150 manat pul göndərəcəyini bildirmiş və ona telefona gələn OTP kodunu bildirməsini istəmiş, o, elə bilmişdir ki, Rusiyadan pul göndərmək üçün bir şifrədi və o şifrəni demişdir. O, məlumatsız olduğuna görə həmin xanımın onun qohumu olduğunu düşünmüş və etibar etmişdir. Onlar onun icazəsi olmadan, telefon nömrəsini və onlara göndərdiyi əmək haqqı kartının ön tərəfinin şəklini zəng edən şəxsə verdiyinə görə, onda şübhə qalmamışdır ki, bu xanım onun qohumudur. Həmin dəqiqə ona məxsus olan 4127 2044 4202 1992 Tam kredit kartından 5075.00 manat (Anar adlı şəxsə (qonşusu Anar deyil) "xxxx" hesabına) və 4770.50 manat (Rahim adlı şəxsə “Beynəlxalq Bank” hesabına) məbləgində pul yönləndirilmişdir. X30 (Şahid7 anası) ona bildirmişdir ki, “Lalafo”ya soyuducu satışa qoymuş və həmin xanım +**********67 onlarla əlaqə saxlayıb “Beynəlxalq Bank” kartı istəmişdir. Ona bu alqı-satqı əməliyyatından heç bir məlumat vermədən və onun icazəsi olmadan, bildirmədən, ona məxsus olan +**********81 nomrəsini həmin xanıma göndərmişdir. Onun etibarından sui istifadə olunmuş və hazırda da köməksiz qalmışdır. Hal-hazırda bu işlə əlaqədar məhkəmə işi getməsinə baxmayaraq ABB bank nəinki kartından çıxarılan pulun faizini dayandırmır hətta əmək haqqısını tutur. Ona məxsus olan əmək haqqı kartı 4127 2081 1087 2594 bu tarixə qədər mənfi 1.865 manat göstərir. Debet kartı **********612778 isə mənfi 2116 manat göstərir, digər debet kartı **********697077 mənfi 2116 manat göstərir. ABB onun bütün kartlarına mənfi qoymuşdur. Bir ay əziyyət çəkir, işləyir, bank onu əlindən alır. Ailəsi maddi cəhətdən çox kasıb vəziyyətdə yaşayır. Yaşamaq üçün tez-tez borca düşür, hər dəfə də borc tapmaq olmur, kartdan goturmək onların köməyinə çatırmış. Buna görə də dəymiş ziyanın təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Daha sonra ona dəymiş zərərin tam ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 1986-cı ildən ünvan 5 ünvanında yerləşən 26 nömrəli poliklinikada tibb bacısı işləyir. Onun əri X6 mülkiyyətində olan Qax rayonunda yerləşən həyətyanı sahəsi olan fərdi yaşayış evi vardır. Bir müddət əvvəl onlar ailəvi şəkildə həmin əmlakı satmaq qərarına gəlmişlər və bunun üçün də onun oğlu X16 həmin evin fotoşəkillərini “tap.az” elan saytında satılması üçün yerləşdirmişdir. Oğlunun həmin evi hansı qiymətə satılması üçün qoyması barədə onun məlumatı yoxdur. 09 fevral 2023-cü il tarixdə oğlu Nahid ona zəng edərək bir nəfər qadının həmin ev ilə maraqlandığını ona demişdir. Oğlundan bu barədə ətraflı məlumat aldıqda oğlu Nahid qadının xarici bir nömrə ilə onunla “Whatsapp” vasitəsilə əlaqə saxladığını, özünün uzaqda olduğunu, evi almaq üçün beh göndərmək məqsəsilə “Beynəlxalq Bank”a məxsus bank kartının olmasının zəruri olduğunu ona dedikdə o, istifadəsində olan “Beynəlxalq Bank”a məxsus bank kartının ön hissəsinin fotoşəklini göndərmişdir. Həmin vaxt oğlunun işləri çox olduğu üçün oğlu onun mobil nömrəsini həmin qadına vermiş və qadın sonradan onunla +9054 9357 6559 və 070 *** ** ** mobil nömrələri ilə “Whatsapp” vasitəsilə əlaqə saxlamışdır. Qadın ona ev satqısı ilə bağlı zəng etdiyini, onun oğlu ilə danışdığını, mart ayının 3-nə kimi Azərbaycana gələcəyini, gəlmədiyi halda ona göndərəcəyi 1000 manat məbləğində behin ona qalacağını demiş və bundan sonra “Beynəlxalq Bank”a məxsus bank kartı ilə əlaqəli onun mobil nömrəsinə gələn şifrəni ona deməyini bildirmişdir. Daha sonra qadın ona verilmiş karta pul göndərə bilmədiyini, digər “Beynəlxalq Bank”a məxsus bank kartın fotoşəklini ona göndərməyini xahiş etdikdə o, özünə məxsus 5522 0993 5309 7090 nömrəli kartının fotoşəklini ona göndərmişdir. Biraz sonra onun mobil nömrəsinə şifrə gəlmiş və o, həmin şifrəni qadına vermişdir. Həmin vaxt kartından hissə-hissə olmaqla 1508 manat məbləğində pulun çıxarıldığını görmüşdür. Həmin gün o, işdən yaşadığı evə gəldiyi zaman bu barədə gəlini X17 məlumat vermiş və gəlini də bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Ümumilikdə ona 1508 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 27 mart 2023-cü il tarixdə günorta saatlarında onun oğlu Şahid5 “lalafo.az” saytında özünə məxsus 2 mərtəbəli yataq dəstini 350 manata satması barədə elan yerləşdirmişdir. Bundan təxminən 5-10 dəqiqə sonra Ayxanla rus dilində danışan bir qadın ***-***-**-** mobil nömrəsnin vhotsapp proqranı ilə əlaqə saxlayaraq həmin yataq dəstini almaq istədiyini, lakin özünün Qazaxıstan Respublikasında olduğunu, yataq dəstini aldıqdan sonra tanışlarının həmin dəsti gəlib götürəcəyini, ödənişi isə özünün edəcəyini, ödəniş etmək üçün “Beynəlxalq Bank”a məxsus bank kartının olmasının zəruri olduğunu bildirmişdir. Ayxan da ona məxsus olan “Beynəlxalq Bank”a aid 5490 2641 0573 6753 nömrəli bank kartının ön hissəsinin fotoşəklini həmin şəxsə göndərmişdir. Biraz sonra həmin qadın +**********6 mobil nömrəsindən onun istifadəsində olan 050 *** ** ** mobil nömrəsinə zəng edərək rus dilində danışıb elan saytında yataq dəsti qoyulduğunu, həmin yataq dəstinin pulunu onun kartına göndərmək üçün onun mobil nömrəsinə kod gələcəyini və həmin kodu ona deməyini ondan istəmişdir. Həmin vaxt o, oğlu Ayxanın hər hansı bir elan saytına yataq dəstinin yerləşdirdiyini bildiyi üçün bu barədə oğlu ilə dəqiqləşdirmə aparmamışdır. Həmçinin özü rus dilində bilmədiyi üçün həmin vaxt onun yanında olan iş yoldaşı Şahid8 həmin qadının dediklərini ona tərcümə etmiş və onun özünün də deyəcəklərini həmin qadına rus dilində çatdırmışdır. Qadınla danışarkən istifadəsində olan 050 344 49 97 mobil nömrəsinə 6 rəqəmli kod gəlmiş və həmin kodu o, qadına demişdir. Bundan bir neçə dəqiqə sonra onun bank kartından hissə-hissə olmaqla ümumilikdə 9900 manat məbləğində pul çıxarılmışdır. X38 məxsus 5490 2641 0573 6753 nömrəli bank kartının limiti 300 manat olmuş, o, həmin pulu xərcləmişdir, həmin vaxt kartda 1 manatdan az pul qalmışdır. Buna görə kartından 9900 manat pulun necə çıxarıldığını bilmir, bu məlumatı ona bank əməkdaşı vermişdir. Bununla bağlı olaraq sonradan Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət etmişdir. Ümumilikdə ona 9900 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərmişdir ki, onun tərəfindən elan saytlarının birində satılması üçün bir neçə əşyanın elanı verilmiş, ödəniş edilməsi üçün isə ona məxsus olan tam kartın nömrəsi qeyd olunmuşdur. 27 mart 2023-cü il tarixdə ********** mobil nömrəsinə həmin əşyaların alınması ilə bağlı zəng gəlmiş, ödəniş edilməsi üçün mobil nömrəsinə gələn kodun bildirilməsi tələb olunmuşdur. Qeyd edir ki, tam kartda heç pul vəsaiti olmadığı üçün həmin kodun verilməsini təhlükəli hesab etməmişdir. Kodu Təqsirləndirilən şəxs dedikdən sonra kart hesabına 9400 manat məbləğində pul vəsaiti yüklənmişdir. Daha sonra cavabdeh şəxs səhvliklə artıq pul yüklədiyini bildirmiş, telefona gələn kodları bildirməsini tələb edərək artıq məbləği geri çəkəcəyini istəmişdir. Tərəfindən telefona gələn smslərdəki kodlar cavabdehə verilmişdir. Bu zaman kartından ayrı-ayrlıqda 4000, 3000 və 2000 manat olmaqla pul çəkilmişdir. Növbəti gün "xxxx" ASC-ə getdiyi zaman xakerlər tərəfindən bankın informasiya ehtiyatlarına müdaxilə olunduğu, kartında kredit limitinin 9400 manat artırıldığı, bunun Rusiya Federasiyasından həyata keçirildiyi və həmin pul vəsaitinin kartından çıxarıldığı ona bildirilmişdir. Daha sonra bank əməkdaşları tərəfindən həmin məbləğin onun tərəfindən ödənilməyəcəyi dəfələrlə bildirilmiş və polisə şikayət etməyi bildirilmişdir. Hadisə ilə bağlı polisə şikayət etdikdən sonra bütün bunlar araşdırılmış, kartına müdaxilə edən şəxs, cavabdeh Təqsirləndirilən şəxs tutulmuş və barəsində Nizami Rayon Polis İdarəsində ********* saylı cinayət işi açılmışdır. Hal-hazırda cinayət işi üzrə lazımı istintaq hərəkətləri başa çatdırılmış və Təqsirləndirilən şəxs barəsində lazımi qərar çıxarılması üçün iş məhkəməyə göndərilmişdir "xxxx" ASC tərəfindən 2023-cü ilin avqust və sentyabr aylarında heç bir razılığı olmasına baxmayaraq əmək haqqına tutma yönəldilərək ümumilikdə 1440 manat məbləğində pul vəsaiti kredit ödənişi olaraq bankın hesabına köçürülmüşdür. 9400 manat pul vəsaiti ilə bağlı ödəmələrin əmək haqqına yönəldilməsi üçün heç bir yazılı sənədə imza etməmiş və razılığa dair heç bir canlı bağlantı olmamışdır. Həmçinin xüsusilə vurğulayır ki, hadisə baş verdikdən sonra bank əməkdaşları ona bunun xaker hücumu olduğunu və pulu onun ödəməyəcəyini bildirmişlər. Dələduzluq yolu ilə kartından çıxarılan pul vəsaitinə görə əmək haqqına tutma yönəldilməsi onu maddi itkilərə məruz qoyur. Hesab edir ki, cavabdeh Təqsirləndirilən şəxs dələduzluq yolu ilə kartından çıxardığı 9400 manat pul vəsaiti, həmçinin bu günə qədər hesablanmış 1000 manat faizi cavabdehdən tutulub ona ödənilməlidir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 14 mart 2023-cü il tarixdə saat təxminən 18 radələrində işi ilə bağlı olaraq Sumqayıt şəhəri, Qurd Dərəsi, Bağlar massivi, 3-cü avtobus dayanacağının yaxınlığında olan zaman Şahid11 adlı tanışı ona zəng edərək özünə məxsus iti satmaq üçün “Tap.az” saytında elan yerləşdirdiyini bildirmiş və ondan “Beynəlxalq Bank”a aid pul kartının olub olmadığını soruşduqda özünə məxsus “Beynəlxalq Bank”a aid 4127 2081 *** **** bank kartının fotoşəkilini çəkib Xəyalın istifadəsində olan telefon nömrəsinin “Whatsapp” proqramına göndərmişdir. Bir neçə dəqiqə sonra həmin kart hesabından 1745 manat pulun çıxarıldığını görmüş, bu barədə Xəyala zəng edib məlumat vermişdir. Xəyal onun kart hesabına itini ondan alan şəxsin itə görə 100 manat beh göndərməli olduğunu və 1745 manat pulu kimin çıxarmasından xəbərinin olmadığını dedikdən sonra ona məlum olmuşdur ki, kartından “Kapital Banka” aid 4169********2399 nömrəli karta 1745 manat pul köçürülmüşdür. Bununla da ona 1745 manat ziyan dəymişdir. Polisdə olan zaman kartdan pulunun Təqsirləndirilən şəxs tərəfindən çıxarıldığını öyrənmişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 12 mart 2023-cü il tarixdə ünvan 6 ünvanında olan zaman iş yoldaşı Şahid2 ona telefon zəngi edərək xarici ölkələrin birindən qohumunun ona pul göndərmək istədiyini deyib anasına məxsus "xxxx"ya aid bank kartına pul köçürüldüyü təqdirdə həmin puldan faiz tutulub-tutulmayacağını ondan soruşanda Şirinxanıma demişdir ki, ola bilər ki, pulun 1 faizi məbləğində faiz pul tutulsun. Şirinxanım onunla sağollaşdıqdan bir neçə dəqiqə sonra yenidən ona zəng edib ondan “Beynəlxalq Bank”a aid pul kartının olub-olmadığını soruşanda Şirinxanıma həmin banka aid pul kartının olduğunu dedikdə, Şirinxanım həmin bank kartının rekvizitlərini ona verməyini xahiş edib demişdr ki, həmin karta 800-900 manat arası pul köçürüləcək. O, da Şirinxanıma pul köçürüldükdən sonra həmin pulu özünə verəcəyini demişdir. Şirinxanım ona zəng edib bir qadının onunla rus dilində danışdığı üçün həmin qadını başa düşmədiyini və həmin qadınla rus dilində danışmağını ondan xahiş etdikdə Şirinxanımla razılaşdıqdan sonra onun istifadəsində olan mobil telefon nömrəsinin “Whatsapp” proqramına bir neçə dəqiqədən sonra +**********3 mobil nömərsinin vhatsapp proqramından zəng gəlmiş və zəng edən şəxs onunla danışıb ondan anket məlumatlarını soruşmuşdur. Bundan sonra qəflətən zəng kəsilmiş və təxminən 2-3 dəqiqə sonra 055 *** ** ** mobil telefon nömrəsinin “Whatsapp” proqramından yenidən onun istifadəsində olan mobil telefon nömrəsinin “Whatsapp” proqramına zəng gəlmiş və həmin şəxs ona Şirinxanımın tanışı olduğunu bildirdikdə o, həmin şəxsə ona köməklik edə biləcəyini rus dilində demişdir. Bundan sonra Şirinxanımla danışıb özünə məxsus "xxxx" ASC-nə aid 5490 2641 0845 0956 nömrəli “Tam” bank kartının şəklini Şirinxanıma göndərmişdir. Şirinxanım da onun bank kartını həmin şəxsin “Whatsapp” proqramına göndərmişdir. Şirinxanım həmin şəxsin ona yenidən zəng edəcəyini və ondan nə soruşsa həmin şəxsə deməsini dedikdə buna etiraz etməmişdir. 12 mart 2023-cü il tarixdə saat təxminən 18 radələrində yenidən ona zəng gəlmiş və özünü ona Tatyana kimi təqdim edən qadın ondan anket məlumatlarını, mobil telefon nömrəsini və həmin bank kartının ona aid olub-olmadığını ondan soruşduqda Tatyana kimi özünü ona təqdim edən qadına anket məlumatlarını, mobil telefon nömrəsini bildirmiş və bank kartının özünə aid olduğunu demişdir. Bundan sonra Tatyana onun mobil telefon nömrəsinə 5 rəqəmli kodun gələcəyini və həmin kodu ona deməyini ondan istəmişdir. O, Tatyananın dediyi kimi mobil telefon nömrəsinə gələn kodu Tatyanaya bildirmiş və daha sonra onunla sağollaşmışdır. Evə qayıdan zaman mobil telefonunda olan "xxxx"a aid mobil bank tətibiqi vasitəsilə bank hesab nömrəsinə daxil olmaq istədikdə daxil ola bilməmişdir. Daha sonra oğlu ona telefonunda olan mobil bank tətbiqinin şifrəsinin sındırıldığını və yenisi ilə əvəz edildiyini ona demişdir. Bundan sonra yeni şifrə ilə yeni mobil bank təbtiqi proqramına daxil olduqda "xxxx" ASC-nə aid 5490 2641 0845 0956 nömrəli “Tam” bank kartının hesabından 14160 manat pulun oğurlandığını aşkar etmişdir. O, bu barədə ilk dəfə Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmişdir. Beləliklə də ona oğurluq zamanı 14160 manat ziyan dəymişdir. Bundan başqa, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun 14160,00 manat pulunu mənimsəmişdir. Odur ki, Təqsirləndirilən şəxs 14160,00 manat maddi ziyanın və ödənilmiş 133 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 20 mart 2023-cü il tarixdə təxminən saat 15 radələrində evində istifadə etdikləri Rusiya istehsalı olan soyuducunun, Rusiya istehsalı olan köhnə modelli paltartikən aparatı və Rusiya istehsalı olan köhnə televizorun fotoşəkillərini çəkib 150, 100 və 30 manata satılmaları barədə “Lalafo.az” elan saytında yerləşdirmişdir. Bir neçə dəqiqə sonra ilk öncə +**********6, daha sonra isə 070 *** ** ** mobil telefon nömrələrinin whatsapp proqramı vasitəsilə onun istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsinə zəng gəlmişdir. Həmin mobil telefon nömrələri ilə onunla danışan şəxslər eyni şəxs olmuşdur. Həmin şəxs əvvəl bir, daha sonra başqa bir nömrə ilə onunla əlaqə saxlamışdır. Onunla rus dilində danışan qadın ondan elana yerləşdirdiyi soyuducunu almaq istədiyini, soyuducunu Sumqayıt şəhərində yaşayan anasının evinə göndərəcəyini, lakin ilk öncə ödəniş edəcəyini bildirib bunun üçün ondan “Beynəlxalq Bank”a aid kartının olub olmadığını soruşmuşdur. Onun özündə “Xalq Bank”a aid olsa da həmin qadın “Beynəlxalq Bank”a aid kartın lazım olduğunu dediyi üçün o, oğlu Şahid7 tanışlarında “Beynəlxalq Banka” aid kartın olub olmadığını soruşmuşdur. Həmin vaxt onun oğlu Şahid7 qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 zəng edərək onda “Beynəlxalq Bank”a aid kartın olub olmadığını soruşmuş, Emil Anara “Beynəlxalq Bank”a aid 4127 2081 1709 6106 nömrəli kartının olduğunu bildirib Anarın xahişindən sonra Emil kartının ön hissədən şəklini çəkib Anara göndərmişdir. Anar da həmin kartın şəklini ona göndərdikdən sonra onun özü həmin kartı onunla rus dilində danışan qadının istifadəsində olan +**********6 mobil telefon nömrəsinə göndərmişdir. Bundan sonra həmin qadın ondan kartın məxsus olduğu şəxsin mobil telefon nömrəsini istəmişdir. O da Emilin istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsini qadına demişdir. Təxminən 5-10 dəqiqə sonra Emil ona zəng edib bir qadının onunla whatsapp vasitəsilə əlaqə saxladığını, qadının rus dilində danışdığını, onun mobil telefon nömrəsinə gələn kodu istədiyi üçün kodu qadına dediyini və bundan sonra kartından 9845 manat 50 qəpik pulunun başqa bir karta köçürüldüyünü bildirmişdir. Bundan sonra o, aldandığını bilmiş və bununla bağlı olaraq Emil Nizami RPİ-nin 24-cü PŞnə müraciət etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısıdır. Dayısı Təqsirləndirilən şəxs uzun müddət Rusiya Federasiyasında yaşamış, orada məhkumluq həyatı keçirmişdir. Onun ailəsinin Anar ilə münasibəti yaxşı deyildir. Belə ki, onun atasının dayısı Anar ilə münasibəti yoxdur. Dayısı Anar 20 fevral 2023-cü il tarixdə təxminən saat 16 radələrində ona zəng edərək 3 nəfərin adından poçt vasitəsilə Rusiya Federasiyasına pul göndərməyin vacib olduğunu dedikdə dayısı Anardan pulun nə ilə əlaqədar göndərilməsi barədə soruşduqda dayısı Anar ona Rusiya Federasiyasında yaşayan dostunun kartof alış-verişi ilə məşğul olduğunu bildirib dostunun Azərbycanla bağlı pul işlərini gördüyünü demişdir. Dayısı ilə razılaşmış, lakin dayısının özünün pul göndərə bilməyəcəyini və anasının evdə olmadığını bildirib qonşuluqda yaşayan bibisinin pul göndərə biləcəyini demişdir. Bundan sonra dayısı Anar onun bibisi Şahid10 ilə əlaqə saxlayıb onun bibisini də pul göndərməyə razı salmışdır. Onun yaşadığı mənzil ilə poçtun binası arasında məsafə az olduğu üçün o və bibisi şəxsiyyət vəsiqələrini götürüb poçtun binasına getmşlər. Dayısı Anar isə onları onun yaşadığı binanın həyətində gözləmişdir. Onlar Anar ilə salamlaşdıqdan sonra poçtun binasına daxil olmuşlar. O, orada poçtun müdiri Kəmalə adlı qadının iştirakı ilə 1700 manat pulu Rusiya Federasiyasına göndərmişdir. Lakin həmin pulu Anarın kimə və hansı şəhərə göndərdiyini bilməmişdir. Bundan başqa o, hər hansı bir poçtla kiməsə pul göndərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 Şahid9 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, işindən əlavə olaraq tanışlarının evlərinin satılması barədə “Tap.az” saytında elan yerləşdirmişdir. 12 mart 2023-cü il tarixdə saat 16:31 radələrində onun istifadəsində olan mobil telefon nömrəsinin vhatsapp proqramına bir nəfər tanımadığı şəxsə aid +********** mobil telefon nömrəsindən sms gəlmiş və sms-də “Tap.az” saytında elanda yerləşdirdirdiyi evi iki həftəlik kirayə götürmək istədiyi bildirilmişdir. Həmin şəxs rus dilində danışdığı üçün onunla ünsiyyət qura bilməmişdir. Buna görə də qonşusundan xahiş etmişdir ki, həmin nömrədən gələn sms-ləri onun üçün rus dilindən azərbaycan dilinə tərcümə etsin. Qonşusu tərcümə etdikdən sonra ona bildirmişdir ki, sms-də “Tap.az” saytında yerləşdirilən iki otaqlı evi kirayə istəyirlər və onun kart hesabına pul göndərmək istədiyi barədə sms vardır. Həmin şəxs onunla mühasibinin əlaqə saxlayacağını dedikdən bir neçə dəqiqə sonra mobil telefonunda olan vhatsapp proqramına 055 *** ** ** mobil telefon nömrəsinin vhatsapp proqramından zəng gəlmiş və onunla danışan xanım ona “Azərbaycan Beynəlxalq Bankına” aid pul kartını göndərməyini və pul göndərəcəyini dedikdə o, həmin xanıma izah etmişdir ki, onda “Leo” bank kartı vardır. Xanım ona yalnız “Azərbaycan Beynəlxalq Bankına” aid pul kartı göndərməyini demişdir. Onun özündə “Azərbaycan Beynəlxalq Bankına” aid kart olmadığından anasının iş yoldaşı Saməddin müəllimə zəng edib ondan anasına məxsus “Bank Respublikaya” aid bank kartına pul köçürüldüyü təqdirdə həmin puldan faiz tutulub-tutulmayacağını soruşmuş, Saməddin müəllim də ona demişdir ki, ola bilər faiz pul tutulsun. Saməddin müəllimlə sağollaşdıqdan bir neçə dəqiqə sonra yenidən Saməddin müəllimə zəng edib ondan “Beynəlxalq Banka” aid bank kartının olub olmadığını soruşanda Saməddin müəllim həmin banka aid bank kartının olduğunu dedikdə həmin bank kartının şəklini çəkib ona göndərməsini xahiş etmiş və həmin karta pul köçürüləcəyini demişdir. Saməddin müəllim də pul köçürüldükdən sonra həmin pulu onun özünə verəcəyini demişdir. Saməddin müəllim özünə məxsus "xxxx" ASC-nə aid 5490 2641 0845 0956 nömrəli “Tam” bank kartının şəklini ona göndərdikdən sonra onun özü də həmin kartın şəkilini 055 *** ** ** mobil telefon nömrəsinin vhatsapp proqramına göndərmişdir. 055 *** ** ** mobil telefon nömrəsindən onun istifadəsində olan mobil telefon nömrəsinə yenidən zəng gəlmiş və onunla danışan qadın rus dilində danışdığından o, Saməddin müəllimdən həmin qadınla danışmasını xahiş edib onun mobil telefon nömrəsini qadına vermişdir. Müəyyən müddət keçdikdən sonra Saməddin müəllimə sms yazaraq demişdir ki, şəxsi məlumatlarını həmin qadına verməsin. Daha sonra Saməddin müəllim ona zəng edib demişdir ki, "xxxx" ASC-nə aid 5490 2641 0845 0956 nömrəli “Tam” bank kartından 14160 manat pul çıxarılıb. Həmin məbləğdə pulu kartdan kimin çıxardığını bilmir, yalnız Saməddin müəllimlə və onunla danışan qadının Tatyana olduğunu bilmişdir. Tatyana ilə onun heç bir tanışlığı olmayıb. Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, göstərmişdir ki, o, uzun müddətdir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən “Angel” kafesində ofisiant işləmişdir. 2023-cü ilin mart ayının əvvəllərindən Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs onun işlədiyi kafeyə müştəri qismində gəlmiş və həmin vaxtlarda Anarla onun münasibəti yaranmışdır. Anarla söhbət zamanı Anara işindən bezdiyini, 8 yaşında qızının olduğunu, qızını 2 aydan çox görmədiyini bildirib qızının Şəki rayonunda sığınacaqda qaldığını demişdir. Anar ona kafedən işdən çıxmağı və onunla birlikdə yaşamağı ona bildirmişdir. Həmin ərəfələrdə o, Anarın istəyi ilə kafedə işdən çıxmış və Anarla birlikdə “Baku Hotel” də qalmışdır. Onun şəxsiyyət vəsiqəsi olmadığında Anar ona şəxsiyyət vəsiqəsi düzəltməkdə köməklik etmişdir. Anar ona kartof, soğan və bu kimi tərəvəz məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, buna görə də onun kart hesabına Rusiya Federasiyasından pul gəldiyini və özünün də Rusiya Federasiyasına pul göndərdiyini demişdir. Anar ilə olduğu vaxtlarda Anar gün ərzində onunla müxtəlif taksi sürücüləri vasitəsilə müxtəlif bank və poçt şöbələrinə getsə də həmin vaxt o, avtomobildə qalıb Anarı gözləmişdir. 28 mart 2023-cü il tarixdə günorta saatlarında o və Anar taksi sürücüsü Şahid3 ilə 20 Yanvar metrosunun yaxınlığında yerləşən Poçt şöbəsinin qarşısına getmişlər. Anar həmin vaxt ondan şəxsiyyət vəsiqəsini istəmiş və onun şəxsiyyət vəsiqəsilə Rusiya Federasiyasına pul göndərəcəyini dediyinə görə Anara etiraz etməyib şəxsiyyət vəsiqəsini Anara vermişdir. Anar bir az sonra onu Poçt şöbəsinə çağırıb bir sənədə imza etməsini ona bildirdikdə həmin sənədə imza etmiş və bu barədə Anardan nəsə soruşmamışdır. Bundan başqa Anar onunla hansısa ödəniş etməmişdir. Anarı tanıdğı üçün və Anarın yaxşı işlər gördüyünü nəzərə alıb onun adından pul köçürməsinə Anara razılıq vermişdir. Anara onun şəxsiyyət vəsiqəsi ilə pul köçürməsinə razılıq verdiyinə görə Anar ona pul verməmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, göstərmişdir ki, o, təxminən 1 ildir ki, etibanamə əsasında idarə etdiyi “Hyundai İ30 minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Bolt” şirkətində taksi kimi fəaliyyət göstərir. 27 mart 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs məxsus hesabdan sifariş gəlmiş, sifarişə əsasən Təqsirləndirilən şəxs və Anarın yanında olan X9 Şamaxinka adlanan ərazidən götürüb Binəqədi rayonu, DSK yolunda yerləşən adını xatırlamadığı kafenin qarşısına aparmışdır. Bundan sonra da Anarın istəyi ilə onu və Güləri bir neçə məkana aparmışdır. Həmin gün Anar ondan istifadəsində olan mobil telefon nömrəsini götürüb onun taksi xidmətindən istifadə edəcəyini bildirdikdə Anara etiraz etməmişdir. Növbəti gün, yəni 28 mart 2023-cü il tarixdə Anarı və Güləri bir neçə məkana aparmışdır. 29 mart 2023-cü il tarixdə Anar ona telefon zəngi edib onu “Baku Hotel”dən götürməsini dedikdə o, həmin hotelin qarşısına getmiş, orada Anar və Gülər onun avtomobilinə əyləşmişdir. Anarın istəyi ilə avtomobillə onları Şamaxinkada yerləşən “Azərpoçtun” binasına aparmış, Anar “Azərpoçtun” binasına daxil olub az sonra həmin binadan çıxıb ona yaxınlıqda yerləşən "xxxx"ın binasına getməsini demişdir. Anar "xxxx"ın binasına daxil olduqdan az sonra həmin binadan çıxıb ondan onu yaxınlıqda yerləşən "xxxx"ın binasına aparmasını bildirdiyi üçün Anarı həmin banka aparmış, Anar “Unibanka” daxil olub az sonra bankdan çıxaraq onu bir az əvvəl getdikləri “Azərpoçtun” binasına aparmasını ona demişdir. Anar “Azərpoçtun” binasına daxil olmaq üçün avtomobildən endiyi zaman ciblərinə baxıb şəxsiyyət vəsiqəsinin üzərində olmadığını və dostu üçün xarici ölkəyə pul göndərəcəyini ona bildirib ondan şəxsiyyət vəsiqəsini istəmişdir. Bir neçə gündür ki, Anarı tanıdığından şəxsiyyət vəsiqəsini Anara vermişdir. Təxminən 5-10 dəqiqə sonra Anar onun avtomobilinə yaxınlaşıb onu poçtun binasına dəvət etmiş və o, poçta gedib imza edərək avtomobilinə geri qaytımışdır. Bundan sonra onlar bir neçə yerə getmiş və günün sonunda Anarı və Güləri “Baju Hotelə” aparmışdır. Növbət gün o, Anarın istəyi ilə onlara taksi kimi xidmət göstərmişdir. 31 mart 2023-cü il tarixdə Anar ondan onu və Güləri Şəki şəhərinə aparmasını xahiş etdiyi üçün səhər saatlarında Gülər Şəki şəhərində oğlunu uşaq evindən götürmüş, onlar şəhərdə yemək yedikdən sonra günorta saatlarında Bakı şəhərinə geri qayıtmışlar. 02 aprel 2023-cü il tarixdə polis əməkdaşları onları saxlayaraq Polis Şöbəsinə dəvət etmişlər. Onun Təqsirləndirilən şəxs oğurluq etməsindən xəbəri olmamışdır. Anara onun şəxsiyyət vəsiqəsi ilə pul köçürməsinə razılıq verdiyinə görə Anar ona pul verməmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, göstərmişdir ki, o, 27 mart 2023-cü il tarixdə günorta saatlarında “Lalafo.az” saytında özünə məxsus 2 mərtəbəli yataq dəstini 350 manata satmağı barədə elan yerləşdirmiş və əlaqə nömrəsi kimi 050 *** ** ** mobil nömrəsini qeyd etmişdir. Elanı yerləşdirdikdən təxminən 5-10 dəqiqə sonra +**********6 mobil nömrəsindən zəng edən bir qadın onunla rus dilində danışaraq elan barədə ona sual verdikdə həmin qadının suallarını cavablandırmışdır. Telefon danışığı zamanı həmin qadın yataq dəstini almaq istədiyini, lakin özünün Qazaxstan Respublikasında olduğunu, yataq dəstini aldıqdan sonra tanışlarının həmin dəsti gəlib onun bildirdiyi ünvandan götürəcəyini, ödənişi isə özünün edəcəyini, ödəniş etmək üçün ondan “Beynəlxalq Banka” aid bank kartının olmasının zəruri olduğunu bildirmişdir. Həmin qadına “Beynəlxalq Banka” aid kartının olmadığını, lakin “Xalq Banka” məxsus kartının olduğunu deyib həmin kartın ön hissəsinin şəklini çəkib qadına göndərmişdir. Sonradan həmin qadın 055 *** ** ** mobil nömrəsinin whatsapp proqramı vasitəsilə onunla əlaqə saxlayıb yalnız “Beynəlxalq Banka” məxsus bank kartına pul göndərə biləcəyini demişdir. Bundan sonra o, anası Zərərçəkmiş şəxs5 məxsus “Beynəlxalq Banka” aid 5490 2641 0573 6753 nömrəli kartıln ön hissəsinin şəklini çəkib whatsapp proqramı vasitəsilə qadına göndərmişdir. Təxminən 10-15 dəqiqə sonra anası ona zəng edib kartından pul köçürüldüyünü demişdir. O, həmin qadının anasının mobil telefon nömrəsi ilə necə əlaqə saxladığını bilməmişdir. Belə ki, anasına məxsus mobil telefon nömrəsini həmin şəxslərə o verməmişdir. Müəyyən müddət keçdikdən sonra kartla bağlı əməliyyatlara baxdıqda kartdan 9900 manat pul köçürüldüyünü görmüşdür. Bununla bağlı sonradan onun anası Zərərçəkmiş şəxs5 Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət etmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 20 ildir tanıyır. Belə ki, Anarla Rusiya Federasiyasının Saratov vilayətində tanış olmuşdur. Həmin vaxtlarda o, orada işləmişdir. Anar da öz ailə üzvləri ilə orada yaşamışdır. Təqsirləndirilən şəxs uzun müddət Rusiyada yaşamış, orada məhkum həyatı keçirmişdir. 2022-ci ilin son aylarında Anar ona zəng edib ondan adına bank kartı olub-olmadığını soruşmuşdur. Anara 2 ədəd Kapital banka və 1 ədəd isə Beynəlxalq banka məxsus olan bank kartının olduğunu bildirdmişdir. Anar ondan kartları ona verməyini xahiş edib demişdir ki, Rusiya Federasiyasından pul göndəriləcək və həmin pulları nağdlaşdıracaq. Bunun müqabilində Anar ona hörmət edəcəyini, yəni pul verəcəyini bildirmişdir. O, ehtiyacı olduğundan Anarla razılaşmış, lakin hansı məqsədlə kartları istədiyini bilməmişdir. Kartları Anara verdikdən sonra Anar hissə-hissə ona 100, 50, 40 olmaqla ümumilikdə təxminən 500 manat pul verib. 2023-cü ilin aprel ayında Anarın ondan və digər şəxslərdən aldığı kartlarla Rusiya Federasiyasında olan “Vasiliy” adlı şəxslə əlaqəyə girib müxtəlif şəxslərə məxsus bank kartlarından pullar çıxardaraq oğurluq etdiyini və həbs edildiyini öyrənmişdir. "xxxx"a aid kartların nömrələri yadında qalmasa da "xxxx" ASC-yə aid 4127 2093 0701 2697 nömrəli bank kartı da ona məxsusdur. Bank kart hesablarına nə qədər pulun köçürülməsindən onun xəbəri olmayıb. Bank kartından pulu Təqsirləndirilən şəxs özü çıxarmışdır. Vətəndaşlara məxsus pulların hansı yolla onun kartına köçürlməsini bilmir, kartları Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Anarın deməsinə görə o, Vasiliy adlı şəxslə meyvə-tərəvəz biznesi ilə məşğul olduğundan Vasiliy ona Rusiya Federasiyasından pul köçürmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.82-83); - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.153-155); - “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1, 177.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhər prokurorluğu vasitəsilə Nəsimi RPİ-nin İŞ-nə göndərilmişdir (İİ cild, i.v.63- 64); - “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaqı aparılan ********* №-li cinayət işindən şəxsiyyəti X10 və digər istintaqa məlum olmayan şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə ********* №-li cinayət işi ayrılmışdır (İİİ cild, i.v.1-7); - “Maddi sübutun götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs məxsus qara rəngli əl çantasına baxış keçirilmiş və baxış zamanı qeyd olunan çantanın içərisində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, Şahid1 məxsus şəxsiyyət vəsiqəsi, X19 adına 70.126.00 rubl, X11 adına 68.512.00 publ pul vəsaitinin “Zolotaya Korona” pul köçürtmə filialı vasitəsi ilə göndərilməsinə dair 2 ədəd qəbz, “Azercell” GSM-ə aid ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələrə aid sənədlər və nömrələr, 01 ədəd “Beynəlxalq Bank”a aid 4127 2093 0701 2697 nömrəli “Tam Kart”, 03 ədəd "xxxx"a aid 4169 7388 3675 3479, 4169 7388 1376 5876, 4169 7388 2141 8674 nömrəli “Bir Kart”, 04 ədəd "xxxx"a aid 5243 7544 4158 4578, 5243 7544 4239 6980, 5243 7544 4064 6972, 5243 7544 4184 7793 nömrəli hesab kartları, 01 ədəd "xxxx"a aid 6768 6753 8230 4028 nömrəli “DOST kart”, 01 ədəd "xxxx"a aid 4169 7413 6434 5528 nömrəli hesab kartı, 01 ədəd “Rabitə Bank”a aid 5261 6333 3639 8095 nömrəli hesab kartı, 01 ədəd "xxxx"a aid 4613 8602 0226 3495 nömrəli hesab kartı, 02 ədəd "xxxx"ya aid 5357 4141 1472 5246 və 5235 2222 3623 0716 nömrəli hesab kartları, müxtəlif ödəniş çekləri, dərman preparatları, adaptor və s. əşyalar olduğu müəyyən edilmişdir (İ cild, i.v.11); - “Maddi sübutun götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs 40 ədəd 100 manallıq pul əskinaslarını təqdim edərək, Vasiliy adlı dostuna göndərmək məqsədi ilə öz adına olan, "xxxx"a aid 5243 7544 4064 6972 nömrəli hesab kartının balansında 4.000 manat pul vəsaiti olduğunu bildirmişdir. O, həmin pulları nağdlaşdıraraq təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 40 ədəd 100 manallıq pul əskinasları sübut növü olduğundan götürülmüş və bu barədə protokol tərtib edilmişdir (İ cild, i.v.12); - “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs istifadəsində olan Redmi markalı mobil telefona baxış keçirilərkən qeyd olunan mobil telefonun “Qalereya” papkasında “Zolotaya Korona” pul köçürtmə əməliyyatı vasitəsi ilə Təqsirləndirilən şəxs adından “Nasirov Raufun, X22” adına, Şahid3 Elshan oğlunun adından “X23” adına, X1 adından “X22” adına, X7 adından “X22, X10” adına, X18 adından “X4” adına, X3 adından “X4” adına göndərilmiş pul vəsaitlərinə aid çeklərin fotoşəkilləri olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs özünə məxsus mobil telefonun “Qalereya” papkasında olan çeklərin müxtəlif vaxtlarda onun Vasiliy adlı dostuna göndərdiyi pul vəsaitlərinə aid olduğunu bildirmiş, Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi” markalı mobil telefonun “Qalereya” papkasında pul köçürmələrə aid olan çeklərin fotoşəkilləri sübut növü olduğundan çap olunaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Həmçinin ödəniş qəbzlərinin fotoşəkilləri baxış protokoluna əlavə edilmişdir (İ cild, i.v.13-19); - “Götürmə və baxış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 "xxxx" ASC-yə aid bank kartının balansından 14160 manat pulun oğurlanmasını təsdiq edən mobil bank təbtiqinə aid 04 vərəqədən ibarət çıxarış, "xxxx" tərəfindən verilmiş 03 vərəqədən ibarət 14 mart 2023-cü il tarixli bank çıxarışı və “Whatsapp” ani mesajlaşma proqramı ilə icra edilmiş 15 vərəqədən ibarət ismarıclar götürülərək baxış aparılmış və baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-nə aid 5490 2641 0845 0956 nömrəli elektron “Tam” bank kartının hesabından 14160 manat pul vəsaitinin "xxxx" ASC-yə aid 4127********2697 nömrəli bank hesab nömrəsinə köçürülməsi faktı öz təsdiqini tapmışdır (İİ cild, i.v.22-44); - “Baxış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs "xxxx" ASC-nin müstərisi Rahim Məmmədovun 4127-2093- 0701-2697 saylı plastik kartından istifadə edərək Zərərçəkmiş şəxs5 adına olan 5490- 2641-0573-6753 saylı kartdan xx.xx.2023-cü il tarixdə köçürülmüş 9541 manat pul vəsaitini, Zərərçəkmiş şəxs3 adına olan 4127-2044-4202-1992 saylı kartdan xx.xx.2023cü il tarixdə köçürülmüş 9845 manat 50 qəpik pul vəsaitini və Zərərçəkmiş şəxs4 adına olan 5522-0993-5309-7090 saylı kartdan xx.xx.2023-cü il tarixdə köçürülmüş 1500 manat pul vəsaitini "xxxx" ASC-yə məxsus bankomatlardan nağdlaşdıraraq məxaric etməsi faktı öz təsdiqini tapmışdır (İİ cild, i.v.185-226); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Zolotoya Korona” pul köçürmə sistemi vasitəsilə Rusiya Federaisyasında yaşayan X11 adına 67.900 rubl pul vəsaitinin köçürlməsinə dair xx.xx.2023-cü il tarixli, ********* nömrəli və “Zolotoya Korona” pul köçürmə sistemi vasitəsilə Rusiya Federasiyasında yaşayan X19 adına 69.500 rubl pul vəsaitinin köçürlməsinə dair xx.xx.2023-cü il tarixli, ********* nömrəli 02 ədəd qəbz, “Azercell” GSM mobil operatoruna aid *** *** ** **, 051 *** ** ** və 050 *** ** ** mobil sim nömrələri sənədləri ilə birlikdə, 01 ədəd "xxxx" ASC-yə aid 4127 2093 0701 2697 nömrəli elektron “Tam Kartı”, 03 ədəd "xxxx" ASC-yə aid 4169 7388 3675 3479 nömrəli, 4169 7388 1376 5876 nömrəli və 4169 7388 2141 8674 nömrəli elektron “Birbank” bank kartı, 04 ədəd "xxxx" ASC-yə aid 5243 7544 4158 4578 nömrəli, 5243 7544 4239 6980 nömrəli, hesabında 4000 manat pul vəsaiti olan 5243 7544 4064 6972 nömrəli və 5243 7544 4184 7793 nömrəli elektron “Sənin Kartın” bank kartı, 01 ədəd "xxxx" ASC-yə aid 6768 6753 8230 4028 nömrəli “Dost” bank kartı, 01 ədəd "xxxx" ASCY-yə aid 4169 7413 6434 5528 nömrəli elektron bank kartı, 01 ədəd "xxxx" ASC-yə aid 5261 6333 3639 8095 nömrəli elektron bank kartı, 01 ədəd "xxxx" ASC-yə aid 4613 8602 0226 3495 nömrəli elektron bank kartı, 02 ədəd "xxxx" ASC-yə aid 5357 4141 1472 5246 nömrəli və 5235 2222 3623 0716 nömrəli elektron pul kartı, “Redmi Xiaomi” markalı mobil telefon aparatı "xxxx" ASCyə aid 5243 7544 4064 6972 nömrəli elektron pul kartının hesabından çıxarılmış 4000 manat pul vəsaiti Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X27 tərəfindən qəbul edilmiş 14 aprel 2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut tanınmış və “Zolotoya Korona” pul köçürmə sistemi vasitəsilə Rusiya Federasiyasında yaşayan X11 adına 67.900 rubl pul vəsaitinin köçürülməsinə dair xx.xx.2023-cü il tarixli, ********* nömrəli və “Zolotoya Korona” pul köçürmə sistemi vasitəsilə Rusiya Federasiyasında yaşayan X19 adına 69.500 rubl pul vəsaitinin köçürlməsinə dair xx.xx.2023-cü il tarixli, ********* nömrəli 02 ədəd qəbz, “Azercell” GSM mobil operatoruna aid *** *** ** **, 051 *** ** ** və 050 *** ** ** mobil sim nömrələri sənədləri ilə birlikdə, 01 ədəd "xxxx" ASC-yə aid 4127 2093 0701 2697 nömrəli elektron “Tam Kartın”, 03 ədəd "xxxx" ASC-yə aid 4169 7388 3675 3479 nömrəli, 4169 7388 1376 5876 nömrəli və 4169 7388 2141 8674 nömrəli elektron “Birbank” bank kartı, 04 ədəd "xxxx" ASC-yə aid 5243 7544 4158 4578 nömrəli, 5243 7544 4239 6980 nömrəli, hesabında 4000 manat pul vəsaiti olan 5243 7544 4064 6972 nömrəli və 5243 7544 4184 7793 nömrəli elektron “Sənin Kartın” bank kartı, 01 ədəd "xxxx" ASC-yə aid 6768 6753 8230 4028 nömrəli “Dost” bank kartı, 01 ədəd "xxxx" ASC-yə aid 4169 7413 6434 5528 nömrəli elektron bank kartı, 01 ədəd "xxxx" ASC-yə aid 5261 6333 3639 8095 nömrəli elektron bank kartı, 01 ədəd "xxxx" ASC-yə aid 4613 8602 0226 3495 nömrəli elektron bank kartı, 02 ədəd "xxxx" ASCyə aid 5357 4141 1472 5246 nömrəli və 5235 2222 3623 0716 nömrəli elektron pul kartı, “Redmi Xiaomi” markalı mobil telefon aparatı Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş, "xxxx" ASC-yə aid 5243 7544 4064 6972 nömrəli elektron pul kartının hesabından çıxarılmış 4000 manat pul vəsaiti isə Zərərçəkmiş şəxs3 təhvil verilmiş, həmçinin, "xxxx" ASC tərəfindən təqdim edilmiş bank məlumtlarının qeyd edildiyi “CD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (İİİ cild, i.v.227-252); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X26 Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 111-ci maddəsi maddəsinin 4-cü hissəsi, 162-ci madəsinin 4-cü hissəsinin “B” bəndi, 69-cu maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək barəsində 13 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir (İİ cild, i.v.170-171). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.2-ci maddəsi təkrar törədilməsinə, həmin Məcəllənin 177.2.3-1-ci maddəsi bu əməlin elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməsinə görə, həmin Məcəllənin 177.2.4-cü maddəsi isə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, oğurluq etməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun dəymiş zərəri qismən ödəməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx.xx.2023-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı kamerasına təhvil verilən iş üzrə maddi sübut iş üzrə maddi sübut kimi tanınmış “Zolotoya Korona” pul köçürmə sistemi vasitəsilə Rusiya Federasiyasında yaşayan X11 adına 67.900 rubl pul vəsaitinin köçürlməsinə dair xx.xx.2023-cü il tarixli, ********* nömrəli və “Zolotoya Korona” pul köçürmə sistemi vasitəsilə Rusiya Federasiyasında yaşayan X19 adına 69.500 rubl pul vəsaitinin köçürlməsinə dair xx.xx.2023-cü il tarixli, ********* nömrəli 02 ədəd qəbz və "xxxx" ASC tərəfindən təqdim edilmiş bank məlumtlarının qeyd edildiyi “CD” disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış “Azercell” GSM mobil operatoruna aid *** *** ** **, 051 *** ** ** və 050 *** ** ** mobil sim nömrələrin sənədləri ilə birlikdə, 01 ədəd "xxxx" ASC-yə aid 4127 2093 0701 2697 nömrəli elektron “Tam Kart”, 03 ədəd "xxxx" ASC-yə aid 4169 7388 3675 3479 nömrəli, 4169 7388 1376 5876 nömrəli və 4169 7388 2141 8674 nömrəli elektron “Birbank” bank kartı, 04 ədəd "xxxx" ASC-yə aid 5243 7544 4158 4578 nömrəli, 5243 7544 4239 6980 nömrəli, hesabında 4000 manat pul vəsaiti olan 5243 7544 4064 6972 nömrəli və 5243 7544 4184 7793 nömrəli elektron “Sənin Kartın” bank kartı, 01 ədəd "xxxx" ASC-yə aid 6768 6753 8230 4028 nömrəli “Dost” bank kartı, 01 ədəd "xxxx" ASCY-yə aid 4169 7413 6434 5528 nömrəli elektron bank kartı, 01 ədəd "xxxx" ASC-yə aid 5261 6333 3639 8095 nömrəli elektron bank kartı, 01 ədəd "xxxx" ASC-yə aid 4613 8602 0226 3495 nömrəli elektron bank kartı, 02 ədəd "xxxx" ASC-yə aid 5357 4141 1472 5246 nömrəli və 5235 2222 3623 0716 nömrəli elektron pul kartı, “Redmi Xiaomi” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs geri qaytarılmalı, Təqsirləndirilən şəxs götürülmüş "xxxx" ASC-yə aid 5243 7544 4064 6972 nömrəli elektron pul kartının hesabından çıxarılmış 4000 manat pul vəsaitinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 mülki iddiası qismən, X21 mülki iddiası isə tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında mülki cavabdeh – təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxslər - mülki iddiaçılar Zərərçəkmiş şəxs5 9900,00 manat, Zərərçəkmiş şəxs1 14160,00 manat və Zərərçəkmiş şəxs3 9845,50 manat maddi ziyan dəydiyi (ibtidai istintaq zamanı 4000 manat pul vəsaiti zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ödənilmişdir) müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs5 mülki iddiası qismən təmin edilməli və Təqsirləndirilən şəxs dəymiş zərərə görə 9900,00 (doqquz min doqquz yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 119 (bir yüz on doqquz) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs5 ödənilməli, bundan başqa, Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilməli və Təqsirləndirilən şəxs dəymiş zərərə görə 14160,00 (on dörd min yüz altmış) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 133 (bir yüz otuz üç) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 ödənilməli, bundan başqa, Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilməli və Təqsirləndirilən şəxs dəymiş zərərə görə 5845,50 (beş min səkkiz yüz qırx beş, əlli) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 79 (yetmiş doqquz) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs3 ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X12 məhkəmədə iştirak etdiyi 05 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 02 aprel 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs5 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş maddi zərərə görə 9900,00 (doqquz min doqquz yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 119 (bir yüz on doqquz) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs5 ödənilsin. Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş maddi zərərə görə 14160,00 (on dörd min yüz altmış) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 133 (bir yüz otuz üç) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş maddi zərərə görə 5845,50 (beş min səkkiz yüz qırx beş manat, əlli qəpik) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 79 (yetmiş doqquz) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış “Zolotoya Korona” pul köçürmə sistemi vasitəsilə Rusiya Federasiyasında yaşayan X11 adına 67.900 rubl pul vəsaitinin köçürülməsinə dair xx.xx.2023-cü il tarixli, ********* nömrəli və “Zolotoya Korona” pul köçürmə sistemi vasitəsilə Rusiya Federasiyasında yaşayan X19 adına 69.500 rubl pul vəsaitinin köçürlməsinə dair xx.xx.2023-cü il tarixli, ********* nömrəli 02 ədəd qəbz və "xxxx" ASC tərəfindən təqdim edilmiş bank məlumtlarının qeyd edildiyi “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı kamerasına təhvil verilən iş üzrə maddi sübut kimi tanınmış “Azercell” GSM mobil operatoruna aid *** *** ** **, 051 *** ** ** və 050 *** ** ** mobil sim nömrələrin sənədləri ilə birlikdə, 01 ədəd "xxxx" ASC-yə aid 4127 2093 0701 2697 nömrəli elektron “Tam Kart”, 03 ədəd "xxxx" ASC-yə aid 4169 7388 3675 3479 nömrəli, 4169 7388 1376 5876 nömrəli və 4169 7388 2141 8674 nömrəli elektron “Birbank” bank kartı, 04 ədəd "xxxx" ASC-yə aid 5243 7544 4158 4578 nömrəli, 5243 7544 4239 6980 nömrəli, hesabında 4000 manat pul vəsaiti olan 5243 7544 4064 6972 nömrəli və 5243 7544 4184 7793 nömrəli elektron “Sənin Kartın” bank kartı, 01 ədəd "xxxx" ASC-yə aid 6768 6753 8230 4028 nömrəli “Dost” bank kartı, 01 ədəd "xxxx" ASCY-yə aid 4169 7413 6434 5528 nömrəli elektron bank kartı, 01 ədəd "xxxx" ASC-yə aid 5261 6333 3639 8095 nömrəli elektron bank kartı, 01 ədəd "xxxx" ASC-yə aid 4613 8602 0226 3495 nömrəli elektron bank kartı, 02 ədəd "xxxx" ASC-yə aid 5357 4141 1472 5246 nömrəli və 5235 2222 3623 0716 nömrəli elektron pul kartı, “Redmi Xiaomi” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs geri qaytarılsın. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-yə aid 5243 7544 4064 6972 nömrəli elektron pul kartının hesabından çıxarılmış 4000 manat pul vəsaitinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X12 məhkəmədə iştirak etdiyi 05 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-36/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-36/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver