Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-36/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, 21 yanvar 1968-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Şəki rayonu, Qudula kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə, öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Şanlı Azərbaycan” televiziya kanalının direktoru olmaqla öz qulluq mövqeyindən istifadə edib tanışı Zərərçəkmiş şəxs4 ilkin olaraq 7000 manat pul müqabilində Bakı şəhəri, Səbail rayonu ərazisində jurnalistlər üçün inşa edilən hündürmərtəbəli binada mənzil ilə təmin olunması üçün adını siyahıya saldıracağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 03 mart 2023-cü il tarixdə ünvan 2 ünvanda sonuncudan 7000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Şanlı Azərbaycan” televiziya kanalının direktoru olmaqla öz qulluq mövqeyindən istifadə edib tanışı Zərərçəkmiş şəxs1 ilkin olaraq 5000 manat pul müqabilində Bakı şəhəri, Səbail rayonu ərazisində jurnalistlər üçün inşa edilən hündürmərtəbəli binada mənzil ilə təmin olunması üçün adını siyahıya saldıracağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 21 aprel 2023-cü il tarixdə ünvan 2 ünvanda sonuncudan 5000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Şanlı Azərbaycan” televiziya kanalının direktoru olmaqla öz qulluq mövqeyindən istifadə edib tanışı Zərərçəkmiş şəxs2 ilkin olaraq 5000 manat pul müqabilində Bakı şəhəri, Səbail rayonu ərazisində jurnalistlər üçün inşa edilən hündürmərtəbəli binada mənzil ilə təmin olunması üçün adını siyahıya saldıracağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 28 aprel 2023-cü il tarixdə ünvan 2 ünvanda sonuncunun tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə ona verdiyi 5000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Şanlı Azərbaycan” televiziya kanalının direktoru olmaqla öz qulluq mövqeyindən istifadə edib tanışı Zərərçəkmiş şəxs3 ilkin olaraq 5000 manat pul müqabilində Bakı şəhəri, Səbail rayonu ərazisində jurnalistlər üçün inşa edilən hündürmərtəbəli binada mənzil ilə təmin olunması üçün adını siyahıya saldıracağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 28 aprel 2023-cü il tarixdə ünvan 2 ünvanda sonuncunun, tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə ona verdiyi 5000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, “Şanlı Azrəbaycan” televiziya şirkətinin rəhbəri kimi fəaliyyət göstərmişdir. Həmin şirkət Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “City Mall” ticarət mərkəzinin yaxınlığında yerləşir. Həmin ofisi icarə əsasında götürmüşdür. Zərərçəkmiş şəxs1 2024-cü ilin aprel ayından etibarən tanıyır. Onunla Günay adlı şəxsin vasitəsi ilə tanış olmuşdur. Günay onun televiziyasında çalışmışdır. Günay ona bildirmişdir ki, onun Murad adlı tanışı var və o, blogerdir. Murada televiziyada məhşur olmaq üçün köməklik etmək lazımdır. O, Muradla ilk dəfə Nəsimi rayonu, A.Mustafayev küçəsi ünvanında yerləşən ofisində görüşmüşdür. Görüş zamanı Murada onun yanında işləməsi üçün köməklik edəcəyini bildirmişdir. O, həmin gün Zərərçəkmiş şəxs1 Sadiq Heydərçi media mükafatı adlanan diplom vermişdir. Çünki Murad media sahəsində özünü göstərmiş və onun televiziya şirkətində işləmişdir. 10 gün sonra Murada ona məxsus şirkətin möhürü olan özünün hazırladığı qeyri-rəsmi jurnalist vəsiqəsini təqdim etmişdir. O, dövlət hesabına Səbail rayonu ərazisində tikilən jurnalistlər üçün tikilən binadan ev almaq üçün onun da adını siyahıya salmışdır. Bir neçə müddət sonra Murad Əmrah və Aynur adlı iş yoldaşlarını onunla tanış etmişdir. Onlara da eyni qaydada diplom və jurnalist vəsiqələrini təqdim etmişdir. Aynur və Əmrah adlı şəxslərin də adlarını binadan ev alan şəxslərin siyahısına yazmışdır. Bundan sonra onlar ona neçə-neçə hədiyyələr təklif etsələr də, bütün hədiyyələrdən imtina edərək bu etdiyi yaxşılığı Allah yolunda edəcəyini bildirmişdir. O, Əmrah, Murad və Aynur adlı şəxslərin adlarını həmin siyahıya əlavə edib 11 nəfərlik siyahını Azərbaycan Respublikası Prezidentinə göndərmişdir. Sonradan ona cavab məktubu gəlmişdir ki, onun məktubları qəbul olunub və tezliklə ölkə başçısı İlham Əliyevlə görüşəcək. O da bu barədə Murad və digər şəxslərə məlumat vermişdir. Lakin hələ də evlərlə bağlı heç bir məlumat olmamışdır. Yəni evlər jurnalistlərə verilməmişdir. Amma söz vermişdir ki, həmin evlər onlara veriləcək. Bundan başqa, o, Zərərçəkmiş şəxs4 uzun müddətdir ki, tanımış, lakin onun adını Günay kimi bilmişdir. Sənay onun televiziyasında işləmişdir. O, Sənaya hər hansı bir ev alacağına dair söz verməmiş və ondan hər hansı bir məbləğdə pul almamışdır. Əksinə Sənay onun yanında işçi kimi işlədiyindən dəfələrlə ona pul və digər yardımlar etmişdir. İttiham aktında göstərilən zərərdən 11000 manat ödəməyinin səbəbi isə o olmuşdur ki, ibtidai istintaq zamanı barəsində həbs qətimkan tədbiri seçilməsin. Halbuki o, zərər çəkmiş şəxslərdən hər hansı bir məbləğdə pul almamışdır. Göstərilənlərə əsasən məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, sosial şəbəkələrdə bloger kimi fəaliyyət göstərir. 2023-cü ili mart ayında sosial şəbəkələrin birində Günay adlı qadınla tanış olmuşdur. Günayla bir-iki dəfə Bakı şəhərində görüşmüşdür. Onunla aralarında dostluq münasibəti olmuşdur. 2023-cü ilin mart ayında Günay onunla görüşən zaman Şərqiyyə adlı tanışı olduğunu və onu onunla tanış etmək istədiyini bildirmişdir. O da Şərqiyyə adlı qadınla tanış olmağına razılıq vermişdir. O, ilk dəfə Şərqiyyə ilə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 30/14 ünvanında yerləşən “City Mall” ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisində görüşmüşdür. Görüş zamanı Şərqiyyənin televiziya kanalları ilə əlaqəsinin olduğunu və onu televiziya kanallarına çıxaracağını bildirmişdir. Bundan sonra, Şərqiyyə adlı qadının Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Belə ki, onunla münasibətləri daha da dərinləşmiş və onlar bir-birilərini daha da yaxından tanımışlar. Şərqiyyə 2023-cü ilin mart ayının sonlarında onu öz ofisinə çağıraraq Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində jurnalistlər üçün tikilən binada satılıq evlərin olduğunu və həmin evlərin əldə edilməsi üçün 5000 manat ilkin ödəniş etmək lazım olduğunu bildirmişdir. Bundan başqa, Şərqiyyə ona özündən başqa 2 nəfər də tapmalı olduğunu və onlara da onun kimi evlərin veriləcəyini vəd etmişdir. O, Şərqiyyədən bu prosesin necə olacağını soruşduqda o, həmin evlərin dövlət hesabına tikildiyini və həmin evlərin veriləcəyi şəxslərin siyahısına onu və 2 nəfər gətirəcəyi tanışlarını salacağını, ilkin ödəniş olaraq hər üçünün 5000 manat, evlər əldə olunandan sonra isə hərəsinin 20000 manat ödəniş etməli olduqlarını bildirmişdir. O, bu barədə iş yoldaşı olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məlumat verərək Şərqiyyənin ona dediklərini onlara izah etmişdir. Bundan sonra iş yoldaşları olan Əmrah və Aynur da onunla razılaşmışlar. 2023-cü ilin aprel ayının 21-də özünə məxsus olan 5000 manat pulu Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən ofisdə Şərqiyyəyə vermişdir. Şərqiyyə həmin pulu ondan aldıqdan sonra 22 iyul 2023-cü il tarixədək evin ona veriləcəyini bildirmişdir. Həmin söhbət zamanı Şərqiyyə yenidən ona 2 nəfərin də lazım olduğunu və həmin binada 2 mənzilin boş qaldığını və onları da satmaq istədiyini bildirmişdi. O, 5000 manat pulu Şərqiyyəyə verdikdən sonra guya onun jurnalist olduğunu təsdiq edən diplom vermişdir ki, həmin sənəd əsasında o, evi əldə edə bilsin. O, bundan sonra 28 aprel 2023-cü il tarixdə iş yoldaşları Əmrah və Aynur ilə birlikdə yenidən Şərqiyyəyə məxsus Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən ofisə getmişlər. Əmrah və Aynur onunla birlikdə ofisə daxil olaraq Şərqiyyə ilə görüşmüşlər. Şərqiyyə eyni ilə ona dediyi kimi 22 iyul 2023-cü il tarixdək evlərin veriləcəyini bildirmişdir. Bundan sonra Əmrah və Aynura ona verilən diplomdan verilmişdir. Şərqiyyə ona tanışlarından pulu almağa utandığını bildirdiyinə görə Əmrah və Aynurun ofisdən çıxaraq qapıda gözləmələrini xahiş etmişdir. Əmrah və Aynur ofisdən çıxdıqdan sonra onlardan hər birindən 5000 manat olmaqla ümumilikdə aldığı 10 min manat pulu elə oradaca Şərqiyyəyə təqdim etmişdir. Şərqiyyə də həmin pulları sayıb onu arxayın etmişdir ki, narahat olmasın, 22 iyul 2023-cü il tarixədək evlər onlarda olacaq. Evləri əldə etdikdən sonra isə hər biri 20000 manat ödəniş etməli idilər. Onlar oradan ayrılıb sağollaşmışlar. Bu hadisədən sonra dəfələrlə Şərqiyyə ilə əlaqə saxlasa da, o müxtəlif bəhanələrlə onu aldadaraq evlərin hazır olacağını və tezliklə onları evlə təmin edəcəyini bildirmişdir. 22 iyul 2023-cü il tarixdə məlum olmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Şərqiyyənin onlar üçün alacağı mənzillər şəhid ailələri və müharibə veteranlarına verilmişdir. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, hal-hazırda “ATU” Tədris Cərrahiyyə klinikasında uroloq həkim vəzifəsində çalışır. Zərərçəkmiş şəxs1 6-7 ildir ki, tanıyır. Onunla aralarında dostluq münasibəti var. Bundan başqa da onunla birlikdə işləyir. Uzun müddətdir ki, Bakı şəhərində kirayədə yaşadığından ev almaq istəmişdir. 2023-cü ilin aprel ayında Murad ona bildirmişdir ki, Şərqiyyə adlı tanışı var və Şərqiyyə ona ev almaqda köməklik edəcək. Həmçinin, Muradın ev almaq istədiyi binada satılıq olan digər mənzili də onun almağını istəyir. O, Muraddan bu prosesin necə olacağını soruşduqda Murad ona Şərqiyyə adlı qadına ilkin olaraq 5000 manat, sonra isə ev alındıqdan sonra 20000 manat verməli olduğunu bildirmişdir. O da Muradla razılaşmışdır. Həmin mənzil Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən jurnalistlər üçün tikilmiş binada yerləşir. Murad ondan başqa onunla birgə işləyən Zərərçəkmiş şəxs3 da ev almağı təklif etmiş, Zərərçəkmiş şəxs3 ev almaq istədiyindən bu təkliflə razılaşmışdır. Murad özü 5000 manat pulu Şərqiyyə adlı qadına verdiyi bildirmişdir. Beləliklə, o və Aynur Muradın təklifi ilə razılaşdıqdan sonra 28 aprel 2023-cü il tarixdə Murad və Aynur ilə birlikdə Şərqiyyəyə məxsus Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən ofisə getmişlər. Murad və Aynur onunla birlikdə ofisə daxil olaraq Şərqiyyə ilə görüşmüşlər. Şərqiyyə eyni ilə Murada dediyi kimi 22 iyul 2023-cü il tarixdək evlərin onlara veriləcəyini bildirmişdir. Bundan sonra, o və Aynur ofisdən çıxmışlar. Şərqiyyə Murada demişdir ki, onlardan pulu almağa utanır. Ona görə də hər biri 5000 manat pulu Murada vermişdir. Murad da onlar ofisdən çıxdıqdan sonra elə oradaca onlardan aldığı 10000 manat pulu Şərqiyyəyə vermişdir. Şərqiyyə Murada bildirmişdir ki, guya onlardan pul almağa utanır. Ona görə də onlar pulu Muradın vasitəsi ilə ona vermişdilər. Şərqiyyə ona məxsus ofisdən pulu aldıqdan sonra onlara diplom vermişdir. Guya həmin dilpom onların jurnalist olduqlarını təsdiq edəcək və ev almaqda onlara əsas vasitə rolunu oynayacaqdır. Şərqiyyə də həmin pulları sayıb onları arxayın etmişdir ki, narahat olmasın, 22 iyul 2023-cü il tarixədək evlər onlarda olacaq. Evləri əldə etdikdən sonra isə hər birisi 20000 manat ödəniş etməli olacaq. Onlar oradan ayrılıb sağollaşmışlar. Bundan sonra dəfələrlə Şərqiyyə ilə əlaqə saxlasa da, o müxtəlif bəhanələrlə onları aldadaraq evlərin hazır olacağını və tezliklə onları evlə təmin edəcəyini bildirmişdir. 2023-cü ilin iyul ayında onlara bəlli olmuşdur ki, həmin evlər Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə şəhid və mühairbə veteranı ailələrinə verilmişdir. Bundan sonra onlar dəfələrlə Şərqiyyə ilə əlaqə saxlayıb onların pullarını geri verməsini tələb etsələr də, Şərqiyyə onları müxtəlif bəhanələrlə aldatmış və ya telefonlarına cavab verməkdən imtina etmişdir. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən aprel ayının əvvəllərində iş yoldaşı Murad ona bildirmişdir ki, Şərqiyyə adında jurnalist var və o, jurnalistlərə məxsus binada ev almağa köməklik göstərə bilir. Tikilən bina Səbail rayonu, Bayıl qəsəbəsində yerləşir. Murad bildirmişdir ki, Şərqiyyəyə bu iş üçün ilk olaraq 5000 manat vermək lazımdır, sonradan isə 20000 manat məbləğində pul vermək lazım olacaq. Həmin vaxt o, özünə ev almaq istədiyindən Muradın bu təklifi ilə razılaşmışdır. O, aprel ayının 28-də 5000 manat pulu Murada vermiş və daha sonra onunla birlikdə Şərqiyyənin oturduğu Nəsimi rayonu, A.Musatafayev küçəsində yerləşən ofisinə getmişlər. Həmin vaxt Murad, o və Əmrah birlikdə “City Mall” ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən Şərqiyyəyə məxsus ofisə daxil olub Şərqiyyə ilə görüşmüşlər. Şərqiyyə onları əmin etmişdir ki, 22 iyul 2023-cü il tarixədək Səbail rayonu ərazisində jurnalistlər üçün tikilən binada onları mənzillə təmin edəcək. Murad onlara bildirmişdir ki, Şərqiyyə pulu onlardan almağa utanır. Ona görə də Əmrah və o, ofisdən çıxıb ofisin qapısında gözləmişlər. Murad isə pulu Şərqiyyəyə verdikdən sonra ofisdən çıxıb pulu verməsi barədə onlara məlumat vermişdir. O, pulu verdikdən sonra dəfələrlə Şərqiyyənin ofisində olmuş və hər dəfə Şərqiyyə ona 22 iyul tarixində evi ala biləcəyini səs yazılarında qeyd etmişdir. O, söhbət əsnasında 5000 manat pulu Muraddan aldığını ona bildirmişdir. 22 iyul 2023-cü il tarixində onlara məlum olmuşdur ki, cənab Prezident fərmanla həmin mənzilləri şəhid ailələrinə və müharibə veteranlarına vermişdir. Bu barədə o Şərqiyyəyə məlumat verib pulu geri istəsə də, sonuncu müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Daha sonra ona dəymiş zərərdən 1000 manatin ödənildiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, əvvəllər uşaq bağçasında tərbiyəçi-müəllimə kimi fəaliyyət göstərmişdir. Həmçinin, yazar və şair kimi şəxsi fəaliyyəti var. Təqsirləndirilən şəxs 2022-ci ildən etibarən tanıyır. Ondan əvvəl də o, onun kanalı olduğunu bilərək onu qiyabi olaraq tanımışdır. O, Şərqiyyə ilə Seymur adlı bir tanışının vasitəsi ilə tanış olmuşdur. 2022-ci ilin təxmini olaraq yay aylarında Seymur adlı şəxs Şərqiyyəyə zəng edərək onu onun kanalında işə götürməyi xahiş etmişdir. O istəmişdir ki, hər hansı bir kanalda əlyazmaları və şeirləri dərc olunsun və o, ictimaiyyətə tanınsın. Bu məqsədlə Seymurdan ona iş tapmasını xahiş etmişdir. 2022-ci ilin yay aylarında Şərqiyyəyə məxsus “Şanlı Azərbaycan” adlı sosial şəbəkə kanalının yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi ünvanında yerləşən “City Mall” ticarət mərkəzində olan ofisdə onunla görüşmüşdür. Görüş zamanı Şərqiyyə ona işlə bağlı məlumat verərək işin mahiyyətinin kanal olaraq tədbirlər keçirəcəyini, kanalın fəaliyyətini daha da genişləndirəcəyini, o da həmin kanalda aparıcı kimi işləyəcəyini, bundan sonra Şərqiyyə ona hələ ki, maaş verməyəcəyini, bir müddət işlədikdən və kanalı məhşurlaşdıqdan sonra ona aylıq 400 manat məvacib verəcəyini bildirmişdir. O, həmin vaxt işsiz olduğundan və əlyazmalarının kanal vasitəsi ilə məhşur olacağını düşünüb onunla razılaşmışdır. Bundan sonra Şərqiyyə ilə aralarında yaxın münasibət yaranmışdır. Belə ki, o, əlamətdar günlərdə Şərqiyyənin kanal adından keçirdiyi tədbirlərdə aparıcı jurnalist kimi iştirak etmişdir. 2023-cü ilin yanvar ayının sonlarında ofisdə olan zaman Şərqiyyənin bir neçə nəfər şəxsə mənzil almaqda kömək edəcəyini bilmişdir. Bu barədə Şərqiyyədən soruşduqda, ona dövlət hesabına jurnalistlər üçün tikilən binada öz işçiləri üçün mənzil ala biləcəyini bildirmişdir. Bundan sonra, o, Şərqiyyəyə onun işçisi olduğunu və ona da mənzil almaqda köməklik etməsini xahiş etmişdir. Şərqiyyə ona təzə işçi olduğunu və bir müddət işlədikdən sonra ona da mənzil almaqda köməklik edə biləcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Şərqiyyəyə yenidən mənzil almaqda ona köməklik etməsini xahiş etmişdir. 2023-cü ilin yanvar ayının sonlarında Şərqiyyə ilə birlikdə ona məxsus ofisdə olan zaman Şərqiyyə ona bildirmişdir ki, onun da adını ev siyahısına salacaq. Həmin siyahı isə yuxarı dövlət orqanlarına göndəriləcək. Lakin bunun müqabilində ondan ilkin olaraq 5000, sonra isə tez olması üçün 8000 manat pul istəmişdir. Lakin Şərqiyyəyə o qədər pulu olmadığını bildirdikdə Şərqiyyə ona digər siyahıda olan işçilərin də pulu olmadığını, onların da həmin pulu borc taparaq ona verdiklərini, onun da tez bir zamanda pulu taparaq ona verməsini və bundan sonra ona yeni tikilmiş jurnalistlər üçün olan binada mənzil alacağını söz vermişdir. O, bundan sonra sələmə pul götürüb 7000 manat düzəltmişdir. xx.xx.2023-cü il tarixdə sələmə götürdüyü 7000 manat pulu Şərqiyyəyə məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “City Mall” ticarət mərkəzinin 4-cü mərtəbəsində olan ofisdə Şərqiyyəyə vermişdir. Həmin vaxt ofisdə özü və Şərqiyyədən başqa heç kim olmamışdır. Şərqiyyə pulu aldıqdan sonra ona 22 iyul 2023-cü il tarixədək jurnalistlər üçün tikilən binada mənzilin hazır olacağını, həmin müddətədək onun mənzil sahibi olacağını bildirmişdir. Mənzili əldə edəndən sonra isə qalan pulu ona ödəməli olduğunu bildirmişdir. Pulu alandan sonra Şərqiyyə bu barədə heç kimə heç nə deməməyini tapşırmışdır. O, bundan bir neçə müddət sonra rayonda olduğundan bu işlə maraqlana bilməmişdir. Şəxsi problemləri olduğu üçün başı qarışıq olmuşdur. 2024-cü ilin fevral ayında isə Şərqiyyənin ondan başqa işçiləri də aldatdığını və onun barəsində cinayət işi olduğunu öyrənib polisə müraciət etmişdir. Bu ərəfələrdə Şərqiyyə ilə əlaqə saxlayan zaman o, ölkədə olmadığını, rayonda olduğunu və bu kimi bəhanələr gətirərək onunla görüşdən imtina etmişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlama və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.19); - “Tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.88-89); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir (İ cild, i.v.101); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (İ cild, i.v.121-122); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.123-124); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin axtarışa elan edilməsi və tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və tutulduğu halda Nəsimi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (İ cild, i.v.138); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır (İ cild, i.v.140); - “Cinayət işinin icraata qəbul edilməsi və təzələnməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir (İ cild, i.v.143); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (İ cild, i.v.149-150); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (İ cild, i.v.173-178); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.179); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Cinayət işlərin birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və ibtidai istintaqın ********* nömrə altında davam etdirilməsi qərara alınmışdır (İ cild, i.v.16-17); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (İİ cild, i.v.77-78); - xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (İ cild, i.v.98-100); - xx.xx.2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (İİ cild, i.v.13-14); - xx.xx.2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (İİ cild, i.v.20-22); - “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 götürülmüş Təqsirləndirilən şəxs ilə aralarında olan “Vatsap” ani mesajlaşma proqramı vasitəsi ilə olan sms yazışmalarının qeyd olunduğu sənədlərə baxış keçirilmişdir. Həmin yazışmalardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə müxtəlif tarixlərdə çoxsaylı telefon danışıqları aparılmış və sms mətni daxil olmuşdur. Sms mətnlərinə baxış zamanı orada “Hara kimi gedirsize camatı allada allada?, bilmirsiz ki bele olacag axırı, səbr ele” sms yazısına Təqsirləndirilən şəxs “Dedim axı rayonda torpaq satım gəlirəm. Hələ alıcı gavab deməyib. Sabaha qaldı. O razı oilacaq. Sora satacam” cavab verdiyini, “5 Mənə maraglı deyil torpaq satırsan satmırsa. Sən mənə dedin ki 3-ü gəl götür pulu” yazılan smslərə Təqsirləndirilən şəxs Əbül qızı cavab olaraq “Dedim, 3-4 gün gözlə” cavab verdiyi yazısının olduğu, bundan başqa “ 20 min pulumu vereceysen.” SMS-nə “ görüşəcəm səninlə” cavab verdiyini, bundan başqa, “bu gün 6-ya kimi pulu çatdır Şərqiyyə” smsnə “zəng vurub görüşəcəm səninlə. Amma bu gün yox. Səbir et” kimi smslərlə cavab verdiyi, “Bax Şərqiyyə xanım. Sabah bu karta 5000 manat pul gəlməsə Sonra mənə yalvarma niyə belə elədin?” sms-nə Təqsirləndirilən şəxs “2-3 gün” deyə cavab verdiyi müəyyən edilmişdir. Bu sms mətninin açıqlaması barədə Təqsirləndirilən şəxs sual verildikdə, qeyd olunan yazışma ilə bağlı heç bir şey xatırlamadığını bildirərək Zərərçəkmiş şəxs1 və digər şəxslərdən ev almaq üçün pul almadığını bildirmişdir (İ cild, i.v. 147); - “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 01 ədəd DVD diskin içərisində Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs arasında baş tutmuş telefon danışığının videolentə alındığı 01 ədəd videogörüntü, 04 ədəd Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 “Vatsap” ani mesajlaşma proqramı vasitəsi ilə göndərdiyi səs yazıları və hər ikisinin arasında olan sms yazışmalarını əks etdirən şəkillər mövcuddur. 04 ədəd Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 “Vatsap” ani mesajlaşma proqramı vasitəsi ilə göndərdiyi səs yazılarına baxış zamanı 1-ci 21 saniyəlik Təqsirləndirilən şəxs atdığı səs yazısında Təqsirləndirilən şəxs deyir ki, alınmasa deyə bir şey yoxdur. Alınacaq və evləri götürəcəklər. Bir dənə onlar deyil. 11 nəfərdi. Narahat olma. Bəlkə də tez. Ama ən son gün o gündür ki, jurnalistlərin günü. Mən sizə ilk gələn gündən dedim ki, mən ayın 10-na istəyirəm. Amma 22-nə qala bilər. Narahat olma, o günə kimi evlər həll ediləcək və açarları götürəcəklər. 2-ci 4 saniyəlik səs yazısında Təqsirləndirilən şəxs bildirir ki, Ən qısa zamanda sevinəcəyik. Azca da dözün. 3-cü 16 saniyəlik səs yazısında Təqsirləndirilən şəxs bildirir ki, mən yazdım, yazdım hövsələdən çıxdım. Belə şeylərə baxıb özünüzü neqativə yükləməyin. Mən dedim ki, müraciətim keçdi, imzalandı. İlham Əliyev şəxsən özü imzalayıb. Bunun da cavabı gəldi. Əgər mənə güvənirsinizsə gözləyin. 4-cü 22 saniyəlik səs yazısında Təqsirləndirilən şəxs bildirir ki, mən çox istəyirəm. Özün bilirsən ki mən ora adı yazmışam. Prezident ona qol çəkib. Yəni gedən adamlara, kimin ki, adı gedib ora, onlara prezident qol çəkib. O evlər veriləcək. 3 gün tez, 3 gün gec. Yenə də səninlə ikimiz oturub söhbət edəcəyik. Narahat olma. Baxışda iştirak edən Təqsirləndirilən şəxs səs yazılarının ona məxsus olmasını və onların Zərərçəkmiş şəxs1lə öz arasında olmasını təsdiqlədi. Lakin həmin səs yazılarında pul adı çəkilmədiyini, xeyirxahlıq etmək üçün Zərərçəkmiş şəxs1 və digərlərinə ev almaqda köməklik edə biləcəyini bildirmişdir (İ cild, i.v. 148); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında olan sms mətnlərini və səs yazılarını əks etdirən 01 ədəd DVD disk maddi sübut növü kimi tanınmışdır (İİ cild, i.v.108-118); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsinə əsasən qəti olaraq 2500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəriməni tam ödəyərək şöbənin qeydiyyatından çıxarılmışdır (İİ cild, i.v. 1-2); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan bir övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxslərin ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, həmin Məcəllənin 178.2.2-cü maddəsi təkrar törədilməsinə, həmin Məcəllənin 178.2.3-cü maddəsi şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsinə, həmin Məcəllənin 178.2.4-cü maddəsi isə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən dəymiş zərəri qismən ödəməsini və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, eləcə də himayəsində yetkinlik yaşına çatmayan bir övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, dəymiş zərəri qismən ödəməsini, iki nəfər zərər çəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində yetkinlik yaşına çatmayan bir övladının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 04 (dörd) gün tutulma müddəti 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 08 (səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməklə o, dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan, həmçinin, özəl sektorda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında olan sms mətnlərini və səs yazılarını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 05 saata görə 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan, həmçinin, özəl sektorda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 04 (dörd) gün tutulma müddəti 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 08 (səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, onun üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan, həmçinin, özəl sektorda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxsnun üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında olan sms mətnlərini və səs yazılarını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 05 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-36/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-36/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver