Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-362/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1982-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(057)-21/2022 saylı hökmü ilə 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qeyri-rəsmi nikah münasibətində yaşadığı Şahid2 özünün dövlət orqanında işləməsi ilə bağlı vəzifəli şəxslərlə əlaqəsi olmasını yalandan bildirib sonuncunun qonşusu olan Zərərçəkmiş şəxs ilə yaxın münasibətdə olmasından istifadə edərək Zərərçəkmiş şəxs əri Ceyhun Mustafayevə əlillik təqaüdü təyin etdirəcəyinə dair yalan vəd verməklə aldatmış və 2020-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs ona çatdırılması üçün ünvan 2 ünvanında Şahid2 verdiyi 3000 manat məbləğində pulun 500 manatını “Milli ön” ödəmə sistemindən köçürülmə qaydasında kart vasitəsilə, 2500 manatını isə sözügedən ünvanda Şahid2 götürüb ələ keçirərək həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləyib verdiyi vədinə əməl etməməklə Zərərçəkmiş şəxs 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə qeyri-rəsmi nikah münasibətində yaşadığı Şahid2 özünün dövlət orqanında işləməsi ilə bağlı vəzifəli şəxslərlə əlaqəsi olmasını yalandan bildirib sonuncunun qonşusu olan Zərərçəkmiş şəxs ilə yaxın münasibətdə olmasından istifadə edərək Zərərçəkmiş şəxs oğlu Şahid1 Yasamal Rayon Polis İdarəsinin Post Patrul Xidmətində işə düzəldəcəyinə dair yalan vəd verməklə aldatmış və 2021-ci ilin may ayında Zərərçəkmiş şəxs ona çatdırılması üçün oğlu Şahid1 vasitəsilə Şahid2 göndərdiyi 6000 manat məbləğində pulu ünvan 2 ünvanında Şahid2 götürməklə, həmin ilin iyul ayında isə vahid niyyətlə əhatə olunan qəsdlə işin yekunlaşma mərhələsində olmasını deyib xidməti polis geyim forması ilə təmin ediləcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs verdiyi 300 manat pulu Şahid1 “Milli ön" ödəmə sistemi ilə Şahid2 onda olan kartına köçürməsindən sonra ələ keçirərək pul vəsaitlərini şəxsi ehtiyaclarına xərcləyib verdiyi vədinə əməl etməməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 6300 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid1 əvvəllər qeyri-rəsmi nikahla birlikdə yaşadığı Şahid2 vasitəsilə tanımışdır. Şahid2 isə təxminən 3-4 ildir ki, tanıyır. 2021 -ci ilin təxminən 4-5 ayı ərzində Şahid2 ilə qeyri-rəsmi nikahla sonuncunun yaşadığı evdə birlikdə yaşamış, həmin vaxtdan əvvəllər də Yeganə ilə qeyrirəsmi münasibətləri olmuşdur. Şahid2 dövlət orqanında işlədiyini bildirdiyindən Yeganə onun dövlət orqanında işlədiyini zənn etmişdir. 2020-ci ilin payız aylarında Yeganə ona qonşuluqda yaşayan Zərərçəkmiş şəxs əri Ceyhun adlı şəxsin əlilliklə bağlı təqaüdə çıxmaq istəməsinə baxmayaraq təqaüdə çıxa bilməməsini bildirmiş və bu barədə köməklik göstərə bilib-bilməyəcəyini ondan soruşmuşdur. O, Yeganəyə bu barədə köməklik edə biləcəyini, lakin, 4000 manat pulun bəzi şəxslərə şirinlik kimi verilməli olacağını bildirmişdir. Bundan sonra Yeganə qonşuluğunda yaşayan Kəmaləyə bu barədə məlumat vemiş, lakin, Kəmalə 3000 manat pula gücü çatacağını bildirdikdə, o da bununla razılaşmışdır. 2020-ci ilin dekabr ayında bu məsələ ilə bağlı Zərərçəkmiş şəxs Yeganəyə 3000 manat pulu verdikdən sonra Yeganə bu barədə ona bildirmişdir. O, həmin vaxtda Salyan rayonunda olduğundan Yeganədən həmin pulu ona poçt vasitəsilə göndərməsini xahiş etmiş, həmin gün şənbə günü olduğundan Yeganə ona pulu poçt vasitəsilə göndərə bilməmiş, buna görə də o, Yeganədən həmin pulun 500 manatını ona məxsus bank kartına göndərməyini xahiş etmişdir. Yeganə də həmin gün “Milli ön'' ödəmə terminalı vasitə`silə onun kartına 500 manat pulu göndərmiş və o həmin gün Salyan şəhərində yerləşən bankomat vasitəsilə Yeganənin onun kartına göndərdiyi 500 manat pulu kartdan çıxartmışdır. Növbəti gün Bakı şəhərinə, Yeganənin yaşadığı evin yaxınlığına getmiş, saat 14-15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində, Yeganənin yaşadığı evin yaxınlığında Yeganə Kəmalənin verdiyi 3000 manat pulun qalan hissəsini, yəni 2500 manat pulu da ona vermişdir. Eyni zamanda, o Yeganəni və Kəmaləni inandırmaq üçün Ceyhunun xəstəliyinə dair sənədlərin surətlərini də istəmiş və Yeganə pul ilə eyni vaxtda həmin sənədlərin surətlərini də ona vermişdir. O, Yeganəyə işin 3-4 ay içində həll olacağını bildirmiş, sonrakı müddətdə Yeganənin ona verdiyi ümumilikdə 3000 manat pulu şəxsi məsrəflərinə və borclarına xərcləmişdir. Həmin puldan Kəmalənin əri Ceyhunun təqaüdə çıxarılması üçün heç kimə pul verməmişdir. Təxminən 2-3 ay sonra Yeganə ona Kəmalənin oğlu Ataxanın da işə düzəlmək istədiyini bildirmiş, onun istəyi ilə sonradan Ataxan özü ona zəng etmişdir. O, Ataxana onu Fövqəladə Hallar Nazirliyinə və ya Daxili İşlər Nazirliyinə işə düzəldə biləcəyini bildirmiş, həmçinin, Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsi üçün 14000 manat, Daxili İşlər Nazirliyinə isə 8000 manat pul lazım olacağını demişdir. Ataxan anası ilə danışdıqdan sonra Daxili İşlər Nazirliyində işə düzəlmək istədiyini, lakin, 8000 manata gücü çatmayacağını bildirmiş, o, bundan sonra 8000 manatlıq işi 6000 manata da həll edə biləcəyini Ataxana söyləmişdir. Bundan bir müddət sonra Ataxana zəng edərək, Yasamal RPİ-də Post Patrul Xidmətində işə düzəldə biləcəyini söyləmiş və 6000 manat pulun tez bir zamanda çatdırılmalı olduğunu da qeyd etmişdir. 2021-ci ilin may ayında Yeganə ona zəng edərək, Ataxanın gecə saatlarında 6000 manat pulu verdiyini bildirmiş, o da Yeganəyə taksi sürücüsü göndərəcəyini və həmin pulu sürücüyə verməsini xahiş etmişdir. Növbəti gün, səhər saatlarında o, taksi ilə Bakı şəhərinə, Yeganənin yaşadığı evin yaxınlığına getmiş, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində, Yeganənin yaşadığı evin yaxınlığında Yeganə Kəmalənin verdiyi 6000 manat pulu tam şəkildə ona vermişdir. O, Yeganəyə həmin işin də 3-4 ay ərzində həll olunacağını və Ataxanın Yasamal RPİ-də Post Patrul xidmətində işə düzələcəyini bildirmişdir. Sonrakı müddətdə aldığı 6000 manat pulu da şəxsi məsrəflərinə və borclarına xərcləmiş, Ataxanın işə düzəlməsi üçün heç bir hərəkət etməmiş, yaxud heç kimə pul verməmişdir. Ataxan ona zəng etdiyi vaxtlarda bir qədər gözləməsini, hər iki işi həll edəcəyini demiş, eyni zamanda, hər dəfə müxtəlif bəhanələr işlədərək vaxt əldə etməyə çalışmışdır. Təxminən 2-3 aydan sonra o, Ataxana zəng edərək, işin alınmasına, yəni Yasamal RPİ-də Post Patrul Xidmətində işə düzəlməsinə az müddət qaldığını bildirmiş, həmçinin, işə düzəlməsi üçün polis geyim forması da lazım olduğunu, bunun müqabilində 300 manat pul ödəməli olduğunu da qeyd etmişdir. Ataxan bununla razılaşmış, əvvəlcə pulun yarısını, yəni 150 manatını onun istəyilə həmin vaxt onda olan Yeganənin kartına göndərmişdir. O, yenə də Salyan şəhərində yerləşən bankomat vasitəsilə Yeganənin kartından 150 manat pulu çıxartmış, 2-3 gün sonra yenə də Ataxanla əlaqə saxladığı vaxt sonuncu qalan 150 manat pulu da Yeganənin kartına göndərmiş və o, həmin pulu da Salyan şəhərində yerləşən bankomatdan çıxartmışdır. Ümumilikdə 9300 manat pulu özü yalan vəd verməklə əldə etmiş, əldə etdiyi 9300 manat puldan Şahid2 hər hansı məbləğdə pul verməmişdir. Hazırda 9300 manat tam şəkildə zərər çəkmiş şəxsə qaytarmışdır. Daha sonra törətdiyi əməldən səmimi peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş zərəri tam ödəməsini və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 16 ildir ki, ünvan 3 ünvanda Şahid2 ilə qonşuluqda yaşayır. 2020-ci ilin dekabr ayının sonlarında Yeganəgilə getmiş, pandemiya ilə əlaqədar iş olmadığını və dolana bilmədiklərini bildirmişdir. Şahid2 onlara kömək etmək istədiyini və həyat yoldaşı kimi təqdim etdiyi Təqsirləndirilən şəxs həyat yoldaşına pensiya düzəldə biləcəyini bildirmişdir. Pensiya düzəltmək üçün 3.000 manat pul lazım olduğunu, 3 ay ərzində düzələcəyini və düzəlmədiyi halda pulunu geri qaytaracağını demiş, o da razılaşmışdır. Dekabr ayının sonunda Şahid2 3.000 manat pul vermiş, 3 ay vaxt keçməsinə baxmayaraq pensiya hələ düzəlməmişdir. Yeganə müəyyən məsələlərə görə pensiyanın düzəlməsinin ləngidiyini bildirmişdir. Daha sonra Şahid2 oğlu Ataxanı işə düzəldə biləcəyini bildirmiş və bunun üçün 6.000 manat pul istəmişdir. Həmin vaxt oğlu avtomobilini satmış, həmin 6.000 manat pulu 2021-ci ilin may ayında oğlunu işə düzəltmək adı ilə onlardan almışdır. 300 manat pul da sonra istəmiş, lakin iş alınmamış, pulu da qaytarmamışdır. Yeganə əvvəllər söhbət zamanı işin alınmayacağı təqdirdə pulu özü ona qaytaracağına söz vermişdir. Lakin iş həll olunmadıqdan sonra Yeganə kənarda dayanaraq bütün məsuliyyəti Eminin üzərinə atmışdır. Daha sonra zərər çəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş zərərin tam ödənildiyini, Təqsirləndirilən şəxs şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun işə düzəlməyi ilə bağlı Şahid2 ilə söhbətləri olmuş, dəqiq yadında qalmayan tarixdə onu işə düzəltməsi üçün Şahid2 6.000 manat pul vermişdir. Bu məsələ ilə bağlı Təqsirləndirilən şəxsla da söhbəti olmuş, onun telefonuna sənədlərinin şəklini çəkib göndərmişdir. Bundan başqa anası Zərərçəkmiş şəxs atasına pensiya düzəltməsi üçün Şahid2 3.000 manat pul vermişdir. Daha sonra Təqsirləndirilən şəxs forma ilə bağlı pul istəmiş, o da 300 manat pulu Yeganə xanımın kartına göndərmişdir. Təqsirləndirilən şəxs bir dəfə atasının pensiyası üçün sənəd imzalatmağa gələn zaman görmüş, ondan sonra sonuncu ilə telefon vasitəsilə əlaqə saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun 14-15 illik qonşusudur. Təqsirləndirilən şəxs isə qardaşının uşaqlarına sosial yardım düzəldən zaman tanımışdır. Daha sonra 2021-ci ilin 6-7 ayı ərzində Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ailəli olmuş və birlikdə yaşamışlar. 2020-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs ilə söhbət zamanı Kəmalə əri Ceyhunu əlilliklə bağlı təqaüdə çıxartmaq üçün ona köməklik göstərə bilib-bilməyəcəyini soruşmuş, o, isə Eminin bununla bağlı yuxarı orqanlarda tanışlarının olduğunu və onun köməklik edə biləcəyini söyləmişdir. Bundan sonra o, Eminə bu barədə dedikdə, Emin düzəldə biləcəyini və bunun müqabilində 4.000 manat pul lazım olduğunu bildirmiş, o, bunu Kəmaləyə bildirdikdə, Kəmalə 3.000 manata gücü çatdığını demiş və Emin razılaşaraq 3.000 manata həll edə biləcəyini bildirmişdir. Bir gün sonra Kəmalə 3.000 manat pulu yaşadığı mənzilə gələrək ona vermişdir. Həmin vaxt Emin hələ ki, onunla birlikdə yaşamırdı, Salyanda yaşayırdı. O, Eminə pul barədə məlumat verəndə Emin həmin pulun 500 manatını ona göndərməyini bildirmiş və o da həmin gün 500 manatı Eminin bank kartına göndərmişdir. Yerdə qalan 2.500 manat pulu da sonra Emin gəlib ondan götürmüşdür. Həmin söhbətlərdən bir müddət sonra o xəstə olduğundan Kəmalə yanına gəlmişdir. Kəmalə ilə söhbət edən zaman Emin ona zəng etmiş və nə etdiyini soruşduqda qonşusu Kəmalə ilə oturub söhbət etdiklərini bildirmişdir. Bu zaman Kəmalə Ataxanı işə düzəldə bilib-bilməyəcəyini Emindən soruşmasını demiş, o da Emindən bu barədə soruşmuşdur. Emin nə iş istəyirsə düzəldəcəyini bildirərək Ataxanın özünün onunla danışmasını demişdir. O da Kəmaləyə hansı sənədlərin və işə düzəlmək üçün nə qədər pul lazım olduğunu bilməyəcəyini, özünün danışması üçün Eminin nömrəsini verməyini demiş və Eminin telefon nömrəsini Kəmaləyə vermişdir. Bundan sonra Eminlə Ataxan özləri öz aralarında danışmışlar və Emin pulu aparıb ona vermələrini demişdir. 2021-ci ilin may ayında gecə saat 01 radələrində Ataxan yaşadığı ünvana gələrək işə düzəlməsi üçün Eminin istədiyi 6.000 manat pulu və sənədləri ona vermiş və təcili Eminə çatmalı olduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra Emin zəng edib ondan bu barədə soruşmuş və pul ilə sənədləri səhər taksi ilə gəlib götürəcəyini bildirmişdir. Həmin günün səhəri Emin onun yaşadığı ünvana gəlmiş və o, həmin pulu Eminə vermişdir. Həmçinin, Emin sonradan Ataxandan 300 manat da xidməti geyim almaq adı ilə almışdır. Emin Ataxanı 6 aya işə düzəldəcəkdi, lakin iş uzandığından Kəmalə ona əgər iş alınmırsa, pulunu qaytarmağını bildirmişdir. Cavabında Kəmaləyə narahat olmamasını, əgər iş düzəlməsə, pulunu qaytarması üçün Eminə deyəcəyini bildirmişdir. Bu barədə Eminə dedikdə, Emin iş alınmasa pulu qaytaracağını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “İttiham elan edilməsi üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmişdir (i.v.69-70); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.91-92); - Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-333/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 10 (on) gün müddətinə “həbs” qətimkan tədbiri seçilməsi barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən Nəsimi Rayon Məhkəməsinə təqdimat verilmiş, lakin məhkəmə tərəfindən vəsatət təmin edilməyərək Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir (i.v.131-135); - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.136-137); - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(103)-401/2022 saylı qərarından görünür ki, prokuror tərəfindən verilmiş apellyasiya protesti təmin edilməyərək Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilməsinə dair 18 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (i.v.147-149); - “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 01 ədəd CD diskin içərisində 04 ədəd səs yazısı vardır, həmin səs yazıları müvafiq olaraq, 1 dəqiqə 12 saniyə; 55 saniyə; 5 dəqiqə 33 saniyə və 23 saniyədir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin səs yazılarındakı səsin Təqsirləndirilən şəxs məxsus olduğunu, Təqsirləndirilən şəxs həmin səs yazılarını “Whatsapp” vasitəsilə ona və oğlu Şahid1 göndərdiyini bildirmişdir. - Baxış zamanı 1-ci səs yazısında Təqsirləndirilən şəxs məxsus səs yazısı bildirilən şəxs qeyd edir ki, “Ataxan məni pis vəziyyətdə niyə qoyursan, sən 12000 versəydin, tez alınardı, ama 12000 vermədiyin üçün möhlət lazımdı, 3 aya alınacaq”. - Baxış zamanı 2-ci səs yazısında Təqsirləndirilən şəxs məxsus səs yazısı bildirilən şəxs qeyd edir ki, “Fövqəladə 11000, 12000-dir, amma mənə görə tanışlığa görə 3-4 min keçir ordan, Fövqəladə hardasa 8000, polis, post patrul, mühafizə xidməti isə 6000 manata başa gəlir, getsin maraqlansın başqa yerdə 10000 manatdan aşağı deyil”. - Baxış zamanı 3-cü səs yazısında Təqsirləndirilən şəxs məxsus səs yazısı bildirilən şəxs qeyd edir ki, “Salam Kəmalə xanım, Emindi Yeganənin yoldaşı, dalımca çox söz deyilir onu qoyuram qırağa, keçirəm Ataxanın pul söhbətinə, bu gün bir nəfərdən pul alınıb verilməi idi, Ataxan zaminə razılaşmadı, çünki mənə söz veriblər pul məndə deyil, həmin adam da pis vəziyyətdədi pulu verə bilmir, mən də ona demişəm ki, kasıb adamdı 3 aya deyilmişdi, artıq 7 ay keçib, pul verilməlidir, sadəcə olaraq 1-5 gün vaxt lazımdır, xahiş edirəm, gözləyin pul sizə çatdırılacaq, Yeganə də darıxır, mən pulu ya Ataxana, ya da Yeganəyə verəcəm, bankdan pul götürməliydik alınmadı, heç olmasa 15-nə kimi gözləyin, Yeganə də utanır, baş xarab olub, mən həmin adama deyirəm pul qayıtmalıdır, vallah pul məndə yoxdur, pul məndə olsaydı deyərdim alınmadı götürün pulunuzu, siz deyirsiz ki, 9300 puldur, 9300 pulun hamısını bu adama verməmişəm, ayrı-ayrı şəxslərdədir, pulunuz da qəpiyinə kimi Kəmalə xanıma qaytarılacaq, 3-4 gün səbr edin, 15-i çatacaq sizə pul, qələt elədim yaxın adamın işinə girdim, xahiş edirəm 15-16-sı pul alınacaq pul qaytarılacaq, pulunuz çatmasa mənim haqqda tədbirinizi görərsiniz”, - Baxış zamanı 4-cü səs yazısında Təqsirləndirilən şəxs məxsus səs yazısı bildirilən şəxs qeyd edir ki, “Qardaş başıva dönüm, elə bilirsən ki, pul mənim cibimdədi, deyirsənki səhər gəl haqq hesab edək, haqq-hesab bilinir də, 6300 puldu, məni pis vəziyyətdə qoyursan” (i.v.48-49); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi təqsirli bilinərək, 01 (bir) il 07 (yeddi) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.52-53); - Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(057)-21/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi təqsirli bilinərək, 01 (bir) il 07 (yeddi) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.151-158). - Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm və hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə qəbul edilərək şöbənin qeydiyyatına alınmışdır. Məhkumun cəza müddətinin əvvəli xx.xx.2022-ci il, cəza müddətinin sonu xx.xx.2023-cü il tarixdir. xx.xx.2022-ci il tarixə çəkilmiş cəzası 05 ay 11 gün, çəkilməmiş cəzası 01 il 02 ay 15 gün təşkil edir. - İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanlanan ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı 9300 (doqquz min üç yüz) manat zərəri tam ödəmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. 8 sentyabrda keçiriləcək iclasa onun iştirakı olmadan baxılmasını nəzərə alınmasını xahiş etmişdir. - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü azyaşlı övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə, həmin Məcəllənin 178.2.2-ci maddəsi eyni əməlin təkrar törədilməsinə, 178.2.4-cü maddəsi isə eyni əməlin xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini və himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini və himayəsində azyaşlı uşağının olmasını, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(057)-21/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 07 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm və hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə qəbul edilərək şöbənin qeydiyyatına alınmışdır. Məhkumun cəza müddətinin əvvəli xx.xx.2022-ci il, cəza müddətinin sonu xx.xx.2023-cü il tarixdir. xx.xx.2022-ci il tarixə çəkilmiş cəzası 05 ay 11 gün, çəkilməmiş cəzası 01 il 02 ay 15 gün təşkil edir. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(057)-21/2022 saylı hökmü çıxarılmazdan əvvəl törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(057)-21/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 07 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 01 gün tutulma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı və 02 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, həmçinin birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcı Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(057)-21/2022 saylı hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə Salyan rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı, xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Salyan şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 manat pul ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 01 (bir) gün tutulma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı 28 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Salyan şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Salyan şəhər İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-362/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-362/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver