Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-363/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 06 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1985-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 17 mart 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 50 saylı binanın zirzəmisindəki avtomobil dayanacağında, yaşadığı mənzilə qalxmaq üçün avtomobildən düşərək liftə doğru hərəkət edən Zərərçəkmiş şəxs yaxınlaşıb aralarında əvvəlcədən olan sözlü mübahisə ilə əlaqədar sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətin mənafeylərinə toxunan hərəkətlər edərək Zərərçəkmiş şəxs zor tətbiq edib əlində olan silah qismində istifadə etdiyi bıçaqla çənəsinin sol hissəsinə kəsik izi ataraq bununla kifayətlənməyib kəllə və yumruq zərbələri ilə üz və baş nahiyəsindən zərbələr endirirək ona sol qaş nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol üst göz qapağının qançırı, sol çənəaltı nahiyyənin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən Şahid1 ilə ailə həyatı qurmuşdur və həmin nikahdan 11 yaşlı qız övladı vardır. Həyat yoldaşı Şahid1 2012-ci ildən 2018-ci ilədək İçərişəhər Dövlət tarix-memarlıq qoruğu idarəsinin mətbuat xidmətində çalışmışdır. Yoldaşı orada çalışdığı müddətdə onun rəisi, aparat rəhbəri Zərərçəkmiş şəxs olmuşdur. 2018-ci ildə ona, Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid1 müxtəlif mesajlar yazaraq sonuncu ilə ailəli olmasına baxmayaraq, bunu bildiyi halda münasibətlər qurmağa çalışdığı məlum olmuşdur. Həmin mesajlar barədə onun məlumatı olduqda, həm onun, həm də həyat yoldaşının öz istəyi ilə sonuncunun ərizə yazaraq işdən çıxması barədə razılığa gəlmişlər. Həmin ərəfələrdə Zərərçəkmiş şəxsla sonuncunun iş yerinin qarşısında görüşərək məsələ ilə bağlı onunla söhbət etməyə çalışmış, lakin sonuncu müxtəlif bəhanələrlə mövzudan yayınaraq oradan qaçmaq istəyərkən o, Reada ayaqla zərbə vurmuşdur. Həmin vaxtdan etibarən dəfələrlə Zərərçəkmiş şəxs mesaj yazaraq onunla görüşmək istədiyini bildirsə də, sonuncu ona cavab verməyərək görüşməkdən yayınmışdır. 2021-ci ilin fevral ayında o, təkrar İçərişəhər Dövlət tarix-memarlıq qoruğu idarəsinin yaxınlığında Zərərçəkmiş şəxsla görüşmüşdür. Həmin vaxtı onlar müvafiq mövzu barəsində danışarkən orada çalışan tanımadığı bir şəxs də olmuşdur. Söhbət zamanı Zərərçəkmiş şəxs özündən və həyat yoldaşından üzr istəməsini və öz adına nalayiq ifadə işlətməsini tələb etmişdir. Sonuncu isə onunla razılaşmadığından “Bu işi burada qoymayacağam!” deyib oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs işdən çıxma saatını bildiyi üçün 2021-ci ilin mart ayında sonuncunu izləmişdir və onun yaşadığı evin ünvanını müəyyən etmişdir. Sonuncuya onunla görüşmək istəməsi barədə xəbərdarlıq etmiş, lakin sonuncu görüşməkdən yayındığı üçün, 16 mart 2021-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 50 nömrəli binanın zirzəmisindəki avtomobil dayanacağına düşərək orada gözləmişdir. Sonuncu avtomobildən qısa zamanda enib liftə mindiyi üçün həmin gün onunla qarşılaşa bilməmişdir. Ertəsi gün 17 mart 2021-ci il tarixdə eyni saatlarda sonuncunu həmin ünvanda eyni yerdə gözləmişdir. Zərərçəkmiş şəxsla görüşə gedərkən evdən özü ilə bir ədəd taxta dəstəyi olan mətbəx bıçağını götürmüşdür. Bıçağı götürməkdə məqsədi özünü qorumaq və Zərərçəkmiş şəxs qorxutmaq olmuşdur. Belə ki, sonuncunun ətrafında sürücü və digər şəxslərin ola bilmə ehtimalı olmuşdur. Zərərçəkmiş şəxs sürücüsü ilə gəlmişdir və avtomobildən düşərək liftə yaxınlaşmışdır. Sonuncu liftə yaxınlaşdıqda o, üzərində olan bıçağı çıxarıb onun boğaz nahiyyəsinə dirəyərək sıxmışdır. Bundan sonra sonuncuya “özün bilirsən sənə nə edə bilərəm, amma evdə olan ailəvə görə etmirəm” deyib bıçağı sonuncuya uzatmışdır. Bıçağı sonuncuya uzadaraq götürməsini təklif etmişdir və əlbəyaxa dalaşmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs bıçağı götürməmiş və arxaya çəkilmişdir, həmin vaxtı bıçağı yerə salaraq sonuncunun üzərinə getmiş və onun üz və baş nahiyyəsinə ilk öncə başı ilə, daha sonra isə yumruq zərbələri endirmişdir. Sonuncunu döyən zaman ondan üzr istəməsini və özünü nalayiq ifadələrlə təhqir etməsini tələb etmişdir. Sonuncu qorxduğu üçün həmin ifadələri özünə qarşı işlətmişdir. Daha sonra həyat yoldaşına zəng edib telefonun səsini açmış və eyni sözləri ona da təkrar olaraq deməsini tələb etmişdir. Zərərçəkmiş şəxs dediyi kimi həmin sözləri təkrar etmiş və daha sonra isə həmin yerdən qaçaraq getmişdir. Bıçağı həmin vaxtı yerə atmış və ərazidən uzaqlaşdıqdan sonra həmin yerdən götürməmişdir. Onun bıçaqla Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirmək, sonuncunu öldürmək niyyəti olmamışdır. Məqsədi sonuncunun üzr istəməsi və bir daha bu cür hərəkətlərə yol verməməsi olmuşdur. Məlum hadisədən sonra özü Polis bölməsinə çağırılarkən könüllü şəkildə getmiş və hadisə barədə ətraflı şəkildə ifadə vermişdir. Lakin hal-hazırda ona qarşı irəli sürülmüş ittihamla, yəni CM-nin 221.3-cü maddəsi ilə razılaşmır və onun əməlinin həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini zəruri hesab edir. Belə ki, həmin vaxt Zərərçəkmiş şəxs xəsarət yetirərkən ətrafda kənar şəxslər olmamış və onun ümumiyyətlə, sonuncuya xuliqanlıq niyyəti ilə xəsarət yetirmək məqsədi olmamışdır. Hal-hazırda məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəldən tanımış və həmin şəxs ona dəfələrlə hədə-qorxu gəlmişdir. O, hadisə vaxtı İçərişəhər Dövlət tarix-memarlıq qoruğu idarəsində aparat rəhbəri olaraq çalışmışdır. Həmin idarədə Şahid1 adlı şəxs 2012ci ildən 2018-ci ilədək mətbuat xidmətində çalışmışdır və öz xahişi ilə işdən azad olub digər işlə məşğul olmağa başlamışdır. Şahid1 həyat yoldaşı Təqsirləndirilən şəxs kimi özünü təqdim edən şəxs 28 oktyabr 2020-ci il tarixdə sonuncunun iş yerinin qarşısına gələrək guya onun həyat yoldaşı ilə münasibəti olduğunu bildirib onu iş yerinin qarşısında söyüb təhqir etmiş və ayağı ilə ona zərbə endirmişdir. Bundan sonra mütəmadi olaraq iş yerinin qarşısına gələrək sonuncunu ölümlə hədələmişdir. Təqsirləndirilən şəxs onu hədələməsi barədə Səbail RPİ-nin 9-cu PB-nə müraciət etmiş, bundan sonra bir müddət həmin şəxs narahat etməmişdir. Lakin bir müddət sonra 09 fevral 2021-ci il tarixdə sonuncu təkrar zəng edərək görüşmək istədiyini bildirmişdir. Onunla iş yerinin qarşısında həmin gün görüşmüşdür və söhbət zamanı ona Şahid1 ilə hər hansı münasibəti olmadığını bildirmişdir. Lakin sonuncu həmin söhbət zamanı həyat yoldaşına zəng edərək ondan üzr istəməyini tələb etmiş, o heç bir səbəb olmadan Şahid1 üzr istəmişdir. Sonuncu söhbətdən sonra Təqsirləndirilən şəxs təkrar zənglər etməyə və sosial şəbəkə vasitəsi ilə yazmağa davam etmiş, lakin o əhəmiyyət verməməyə çalışmışdır. 17 mart 2021-ci il tarixdə, saat təxminən 19:30 radələrində işdən çıxıb evə gedərkən avtomobil ilə yaşadığı evin zirzəmisində olan qaraja daxil olmuşdur. Qarajda liftin önündə gözləyərkən Təqsirləndirilən şəxs onu səslədiyini eşitmişdir. Geri çevrilib ona baxdıqda bir əlində uzun bıçaq digər əlində isə qara rəngli paket olduğunu görmüşdür. Sonuncu “nəhayət tapdım səni” deyərək əlindəki bıçaqla bir neçə dəfə ona zərbə vurmağa çalışmış və xəsarət yetirmişdir. O, daha ağır xəsarətlərdən yayınaraq sonuncunun əlindəki bıçağı tutmağa nail olmuşdur və bıçaq onun əlindən yerə düşdükdə ayağı ilə bıçağın üzərinə basmışdır. Bundan sonra Təqsirləndirilən şəxs başı ilə onun üz nahiyəsindən, daha sonra yumruqla təkrar zərbələr vurmuşdur. Sonuncuya nə istədiyini soruşduqda, o birlikdə İçərişəhər Dövlət tarix-memarlıq qoruğu idarəsinin qarşısına gedib orada ondan dizi üstə üzr istəməsini tələb etmişdir. Daha sonra həmin şəxs Şahid1 mobil telefonu ilə zəng edib ondan üzr istəməyini tələb etmiş, o da sonuncunun dediyini etmişdir. Şahid1 zəng edilmiş və o, heç bir səbəb olmadan üzr istəmişdir. Bundan sonra kənarda olan şəxslər yaxınlaşıb, sonuncunun fikrinin yayınmasına nail olmuşlar. Məlum hadisə zamanı qaş nahiyyəsi partlamışdır və qaş nahiyyəsinə tibbi yardım zamanı tikiş qoyulmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs gödəkçəsini və bıçağı yerə atıb oradan uzaqlaşmışdır. Daha sonra polis əməkdaşları həmin bıçağı götürmüşlər. Bundan sonra təkrar mart ayının sonunda gecə saat 23 radələrində Təqsirləndirilən şəxs evinə gəlib əlində bıçaqla qapını döymüşdür, lakin qapını açmadıqları üçün çıxıb getmişdir. Şahid1lə hər hansı münasibəti olmamışdır və ona hər hansı məzmunda qeyri etik mesajlar göndərməmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və onun barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2009-cü ildən evli olmuşdur, hadisə vaxtı rəsmi olaraq evli olsalar da, uzun müddətdir ayrı olaraq valideynləri ilə birgə yaşamışdır. O, 2013-cü ildən 2018-ci ilədək İçərişəhər Dövlət tarix-memarlıq qoruğu idarəsinin hüquq və beynəlxalq əlaqələr şöbəsində çalışmışdır. İçərişəhər Dövlət tarix-memarlıq qoruğu idarəsində çalışdığı zaman Zərərçəkmiş şəxs həmin idarədə Hüquq və təşkilati təminat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2018-ci ilin əvvələrində Zərərçəkmiş şəxs “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə ona müxtəlif məzmunlu romantik mesajlar yazmışdır və həyat yoldaşı həmin mesajları oxumuşdur. Həmin vaxtdan etibarən 2021-ci ilədək Təqsirləndirilən şəxs həmin mesajlarla bağlı onu sorğu-sual etmiş, Zərərçəkmiş şəxsla arasında hər hansı digər münasibətlərin olub-olmaması barədə soruşmuş, o isə cavabında heç bir münasibətinin olmadığını bildirmiş və bu zəmində onun ailəsində mübahisələr yaranmışdır. 2021-ci ilin fevral ayında həyat yoldaşı Zərərçəkmiş şəxs iş yerinə getdiyini, sonuncu ilə həmin mesajlar göndərməsi səbəbindən mübahisə etdiyini və səs küy saldığını bilmişdir. Bundan sonra 17 mart 2021-ci il tarixdə axşam saatlarında evdə olduğu zaman Zərərçəkmiş şəxs istifadəsində olan hazırda xatırlamadığı mobil nömrədən ona zəng gəlmiş və həmin zəngə cavab verdiyi zaman Zərərçəkmiş şəxs salam vermədən, əvvəllər onu narahat etdiyi və mesaj yazdığı üçün sonuncudan qeyri-etik formada üzr istəmişdir. Ertəsi gün Təqsirləndirilən şəxs zəng edərək Zərərçəkmiş şəxs evinin yerini tapdığını, onunla görüşdüyünü və sonuncunu cəzalandırdığını bildirmişdir. Lakin həmin hadisə barədə hər hansı digər məlumatı olmamışdır. Daha əvvəllər də, Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxsla görüşməkdən çəkindirmiş, ona mübahisə etməməyini məsləhət görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, hadisə vaxtı ünvan 2 ünvanda yerləşən "xxxx" MTK adlı yeni yaşayış binasında mühafizəçi olaraq çalışmışdır. 17 mart 2021-ci il tarixdə növbədə olmuş, binanın zirzəmisində mühafizəçilərin oturması üçün nəzərdə tutulan yerdə əyləşmişdir. 17 mart 2021-ci il tarixdə, axsam saat 19 radələrində binanın zirzəmisindəki avtomobil dayanacağında liftin önündə səs-küy olduğunu eşitmişdir. Dərhal həmin yerə getmişdir, həmin binada yaşayan Zərərçəkmiş şəxs üzü qan içində olduğunu görmüş və dərhal ona yaxınlaşmışdır. O, həmin əraziyə yaxınlaşdıqda kənarda əlavə şəxslər də olmuşdur. Zərərçəkmiş şəxs təcili olaraq sürücüsünün yaxınlıqda olub-olmaması üçün ətrafa baxmağını və ona kömək etməyini xahiş etmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs vurulmasının birbaşa şahidi olmasa da, dayanacaqda yaranan səs-küyün və ətrafda olan şəxslərin dediklərindən Zərərçəkmiş şəxs xəsarət yetirilməsini bilmişdir. Sonuncuya Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməsinin şahidi olmamış və ümumiyyətlə sonuncunu həmin ərazidə şəxsən özü görməmişdir. İş materiallarında olan 17 mart 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, cinayət hadisəsinin ünvan 2 ünvanda yerləşən binanın zirzəmisində insanların sərbəst hərəkət edə biləcəyi avtomobil dayanacağında baş verməsi qeyd olunmuş və hadisə yerindən 01 ədəd üzərində qan ləkələri olan taxta dəstəkli bıçaq götürülüb baxış keçirilərək protokola əlavə edilmişdir (i/v 6-9). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Mahmud Mirzəyev tərəfindən tərtib edilmiş “Könüllü təqdim edilmiş sənədlərin və əşyaların götürülməsi və baxış keçirilməsi haqqında” 09 aprel 2021-ci il tarixli protokoldan, DVD diskdən və 01 ədəd fotoşəkildən görünür ki, həmin diskdə 04 ədəd audio formatlı “Whatsapp audio 2021-04-10” adlı səs yazıları görünmüşdür. Həmin səs yazılarının birincisinə qulaq asdıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək onu bağışlamayacağını, ondan üzr istəməyini, ondan görüş üçün zəng gözlədiyini bildirmişdir. İkinci səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “İçəri şəhər" gedəcəyi təqdirdə şikəst edəcəyi və xəsarət yetirəcəyi ilə hədələmişdir. 3-cü faylda olan səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs polis orqanlarına şikayət etdiyi üçün sonuncunu təhqir etməsi görünmüş, daha sonra isə Quran kitabı götürərək ondan üzr istəməsini tələb etmişdir və ona sonuncu xəbərdarlığı olduğunu bildirmişdir. 4-cü səs yazısında təkrar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan başqa DVD diskdə olan “Whatsapp image 2021” adlı fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə yazılı şəkildə də təhqir etmişdir. DVD formatlı diskdə dörd ədəd video formatlı “Whatsapp video 2021" adlı fayllar görünmüşdür. Həmin fayllardan birincisinə baxdıqda 17.03.2021-ci il tarixdə, saat 18:57-də Zərərçəkmiş şəxs xidməti avtomobili ilə yaşadığı ünvan 3 ünvana gəlib avtomobildən düşməsi görünmüş, Zərərçəkmiş şəxs avtomobildən düşdükdən sonra sağ istiqamətdə liftə tərəf hərəkət etmiş, avtomobil hərəkət edib getdikdən sonra qarşı tərəfdən Təqsirləndirilən şəxs əlində qara rəngli paketlə ona tərəf iti addımlar ilə qaçması müşahidə olunmuşdur. İkinci video formatlı fayla baxdıqda saat 19:12-də Zərərçəkmiş şəxs əlində telefonla qarajın orta hissəsinə kameranın qeydə aldığı tərəfə gəlməsi, Təqsirləndirilən şəxs onun ardı ilə gələrək ondan əl hərəkətləri ilə tələblər etməsi, daha sonra əli ilə sonuncunu özünə tərəf çəkməsi görünmüşdür. Həmin mübahisə zamanı kənardən bir neçə şəxsin baxaraq müşahidə etməsi öz əksini tapmışdır. Üçüncü və dördüncü videofaylda təkrar ilkin olaraq Zərərçəkmiş şəxs xidməti avtomobili ilə gəlməsi görünmüş, sonuncu videofaylda isə Təqsirləndirilən şəxs qarajda hərəkət etməsi və qarajı tərk etməsi müşahidə edilmişdir. Təqsirləndirilən şəxs görüntüyə baxdıqda videogörüntüdəki şəxsin özü olduğunu bildirərək bir daha etiraf etmiş, səs yazılarındakı səsin də özünə aid olduğunu həmin səsləri atarkən spirtli içki təsiri altında olduğunu, Zərərçəkmiş şəxs ölümlə hədələmədiyini sadəcə onu təhqir etdiyini bildirmişdir (i/v 47-50). Məhkəmə istintaqı zamanı qeyd olunan CD diskə baxış keçirilmiş və protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X4” X6 10 aprel 2021-ci il tarixli 179 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol üst göz qapağının qançırı, sol çənəaltı nahiyyənin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, 17.03.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq, demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (baş, əl və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetririlməsi az inandırıcıdır (cild 1, i/v 109-110). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X4” X6 13 aprel 2021-ci il tarixli 203/2021-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilən 01 ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qan qrupu AB0 sistemi üzrə təyin edildikdə yalnız A antigeni alınmışdır. Bu qan ləkələri AB0 sistemi üzrə A-(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (112-114). İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10.04.2021-ci il tarixli qərarı ilə onun barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i/v 61-62, 105-108). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 19 aprel 2021-ci il tarixli, 180-MTKŞ/2021 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış bıçaqlara uyğun gəlir və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər-hansı əlavə dəyişiklik edilməmişdir (i/v 120-122). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 27 aprel 2021-ci il tarixli, 909 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətdiyi anda hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir, ona ittiham edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, buna görə də ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab edilməlidir. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (i/v 139-140). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 20 may 2021-ci il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş 01 ədəd taxta dəstəyi olan, soyuq silah hesab edilməyən bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİnin növbətçi hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 152-160). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 18 mart 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmiş və həmin cətrimə cəzasını 11 sentyabr 2015-ci il tarixdə tam olaraq ödəmişdir (i/v 115-116, 143-151). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özü tərəfindən qismən etiraf edilsə də, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmada ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 09 aprel 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi hissəsində saxlanılan 01 ədəd taxta dəstəyi olan, soyuq silah hesab edilməyən bıçaq məhv edilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilən mülki iddiadan görünür ki, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs 5000 (beş min) manat maddi ziyanın, 5000 (beş min) manat mənəvi ziyanın, cəmi 10000 (on min) manat pulun alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 354-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, rədd edilməsi və baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası CPM-nn 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə, hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsini işin halları və Təqsirləndirilən şəxs həmin hallar barəsində verdiyi ifadələri ilə müqayisəli tədqiq edib hesab edir ki, onun iddiası hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan kənara çıxdığından təmin edilə bilməz. Əks halda məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan olunmuş ittihamın həcmini ağırlaşdırmış olardı. Bu səbəbdən də məhkəmə, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ona dəymiş, ümumilikdə 10000 (on min) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq, ona ödənilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılmasını və ona həmin tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia vermək hüququnun olmasının izah edilməsini əsaslı sayır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 09 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi hissəsində saxlanılan 01 ədəd taxta dəstəyi olan, soyuq silah hesab edilməyən bıçaq məhv edilsin. Zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılsın və ona həmin tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-363/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-363/2021
05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver