Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-363/2022 20.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1999-cu il tarixdə Kürdəmir rayonu, Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)- 600/2021 saylı hökmü ilə 1000 manat cərimə cəzasına məhkum edilmiş, Kürdəmir rayonu, Topalhəsənli ərazi dairəsi, Şahsevən kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, “barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22 dekabr 2021-ci il tarixdə saat 12 radələrində barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat material üzrə ünvan 2 ünvanda yerləşən Nəsimi rayon Məhkəməsinin inzibati binasında keçirilmiş məhkəmə baxışından çıxdıqdan sonra keçmiş əri Zərərçəkmiş şəxs ilə məhkəmənin yaxınlığında aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncunu yumruqla sol sifət nahiyəsindən vuraraq, Zərərçəkmiş şəxs sol qaşüstü nahiyənin əzilmiş-cırılmış yarası və sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol üst göz qapağının qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan bir azyaşlı övladları var. xx.xx.2021-ci il tarixdə isə onlar boşanmışlar. Onlar boşanarkən 10 aylıq qızları Ayla Cahangirzadə məhkəmənin qərarı ilə onda qalmış və Zərərçəkmiş şəxs 120 manat aliment kəsilmişdir. Lakin Zərərçəkmiş şəxs həmin alimenti 2 ay ödəsə də, 2021-ci ilin may ayı daxil olmaqla bu günədək aliment pulunu ödəməmişdir. O, özünə iş axtarmağa başlamış, 2021-ci ilin sentyabr ayından ünvan 4 ünvanda yerləşən kafedə özünə ofisiant kimi iş tapmış və onun müdiri Şahid1 olmuşdur. 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs ilə ünvan 5 ünvanın yanında görüşmüş, həmin vaxt Zərərçəkmiş şəxs onu ağır küçə söyüşləri ilə təhqir etdiyindən əsəblərinə hakim ola bilməyib Rəşada bir dəfə yumruq zərbəsi endirmişdir. Rəşadın həmin günü Nəsimi RPİ-nin 19-cu PŞ-nə etdiyi müraciət əsasında toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı təhqiqatçı tərəfindən Nəsimi rayon Məhkəməsinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə təyin olunmuş məhkəmə iclası ilə bağlı o və Zərərçəkmiş şəxs ünvan 2 ünvanda yerləşən Nəsimi rayon məhkəməsinə getmişlər. Həmin vaxt Şahid1 da onunla birlikdə məhkəmədə iştirak etmişdir. Məhkəmə onun 1.000 manat cərimə olunmağı barədə qərar qəbul etmiş və məhkəmə bitdikdən sonra onlar məhkəməni tərk edərək çölə çıxmışlar. Nəsimi rayon Məhkəməsinin qarşı tərəfində olduğu zaman Zərərçəkmiş şəxs onu və Şahid1 öz mobil telefonu ilə çəkməyə başlamış və Rəmal buna dair Rəşada öz iradını bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs onun ünvanına nalayiq küçə söyüşləri ifadə etdiyindən, həmçinin Rəmalla onun şəkillərini çəkdiyi üçün o, Rəşada yaxınlaşaraq sağ əli ilə sonuncunun sol göz nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Bu vaxt Rəmal onun qolundan tutub taksiyə əyləşdirmiş və onlar oradan uzaqlaşmışlar. Daha sonra əməlini səmimi etiraf edərək peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Onlar xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahlarından bir qız övladları var. xx.xx.2021-ci il tarixdə isə onlar boşanmışlar. 13 noyabr 2021-ci il tarixdə azyaşlı övladını görmək məqsədilə keçmiş arvadı Təqsirləndirilən şəxs ilə görüşmüş, həmin vaxt aralarında mübahisə yaranmış və Təqsirləndirilən şəxs onun baş və bədən nahiyəsinə vuraraq xəsarət yetirmişdir. O, bununla bağlı polisə şikayət etmiş, onun şikayəti əsasında toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı təhqiqatçı tərəfindən Nəsimi rayon Məhkəməsinə göndərilmiş və xx.xx.2021-ci il tarixə Nəsimi rayon Məhkəməsinin binasında məhkəmə iclası təyin olunmuşdur. O, həmin iclasla bağlı məhkəməyə getmiş, Təqsirləndirilən şəxs isə məhkəməyə Şahid1la birlikdə gəlmişdir. Məhkəmə iclası bitdikdən sonra o, münaqişə edəcəklərini fikirləşdiyi üçün çölə çıxmadan təxminən 5 dəqiqə məhkəmənin içərisində onların getmələrini gözləmişdir. Daha sonra məhkəmənin həyətindən çölə çıxmış və 3-cü mikrorayon dairəsi istiqamətində piyada getmək istəyərkən Rəmal və Afaqın məhkəmənin sol yan tərəfində dayandıqlarını görmüşdür. Həmin vaxtı qonşusu Şahid2 da onun yanında olmuşdur. O, onlara əhəmiyyət verməyib getmək istədikdə Rəmal onu söyməyə başlamışdır. O da öz növbəsində Rəmala söydüyü söyüşlərin özünə qayıtmasını demişdir. Bunun ardınca Rəmal onun üzərinə hücum edərək sol əli ilə yaxasından tutub sağ əli ilə onun başından yumruq zərbələri və dizi ilə qarın nahiyəsindən zərbələr vurmuşdur. Zərbənin təsirindən onun bir qədər başı fırlanmış, həmin vaxtı Mabud və kənarda olan tanımadığı şəxslər Rəmalı tutaraq kənara çəkib onu vurmasına mane olmuşlar. Bu vaxt Afaq onun üzərinə hücum çəkib onu nalayiq sözlərlə təhqir edə-edə sağ əli ilə sifətinə yumruq zərbəsi vurmuşdur. Həmin vaxtı orada kənarda dayanmış tanımadığı şəxslər də Afaqın qarşısını kəsib onu vurmasına mane olmuşlar. Bundan sonra Afaq və Rəmal oradan çıxıb getmişlər. O isə DİN-in 102 zəng xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra X2 şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, X3 ilə 2021-ci ilin sentyabr ayından tanış olmuşdur. Belə ki, həmin ərəfədə o, ünvan 4 ünvanda yerləşən çay evini icarəyə götürərək işlətmişdir. Afaq Abdullaveva 2021-ci ilin sentyabr ayının əvvəllərində işləmək məqsədilə ona müraciət etdiyindən o, Afaqı ofisiant kimi işə götürmüşdür. Sonradan Afaqla aralarında qeyri-rəsmi nikah münasibəti olmuşdur. 2021-ci ilin noyabr ayında Afaqın keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs Afaqın onu vurması ilə bağlı polisə şikayət etmiş, həmin şikayət ərizəsi əsasında Nəsimi RPİ-nin 19cu PŞ-də araşdırma aparılmış və toplanmış material Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə Nəsimi rayon Məhkəməsində keçirilən sonuncu məhkəmə prosesinə dəvət olunduğu üçün o da Afaqla birlikdə məhkəmədə iştirak etmiş və Təqsirləndirilən şəxs məhkəmənin qərarına əsasən 1.000 manat cərimə olunmuşdur. Məhkəmə iclası bitdikdən sonra onlar məhkəmənin inzibati binasından çıxmış, maşına minmək istəyəndə Rəşad qışqıra-qışqıra söyüş söyməyə başlamışdır. O, Rəşadı vurmaq istəyəndə araya adamlar girib mane olmuş və bu zaman Afaq Rəşadın sol göz nahiyəsinə yumruq vurmuşdur. O, Afaqın qarşısını kəsib oradan uzaqlaşdırmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. xx.xx.2021-ci il tarixdə Nəsimi rayon Məhkəməsində olan iclasa o da Rəşadla birlikdə getmişdir. İclas bitdikdən sonra məhkəmədən çölə çıxdıqda Afaq Rəşadı təhqir etməyə başlamışdır. Rəşad da öz növbəsində Afaqı təhqir elmişdir. O, Rəşada onların arxasınca getməmələrini, kənar torpaq yolla getmələrini təklif etmişdir. Onlar torpaq yolla gedib asfalt yola çıxarkən Afaq yenə də ardıcıl olaraq Rəşadı söymüş, Rəşad da Afaqın cavabını qaytararaq sonuncunu söymüşdür. Həmin vaxt Rəmal da Rəşadı söyməyə başlamış və Rəşad da öz növbəsində Rəmalı söymüşdür. Bu vaxt Rəmal Rəşadın üzərinə hücum edərək sonuncunu yumruq və təpiklə vurmuşdur. Rəşad da Rəmalı vurmuşdur. O və digər adamlar araya girib Rəşad və Rəmalı aralamış, bu vaxt Afaq sağ əli ilə Rəşadın sol göz nahiyəsinə yumruq vurmuşdur. Bundan sonra Afaq və Rəmal taksiyə əyləşib oradan uzaqlaşmışlar. Onlar getdikdən sonra Rəşad DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlib sənədləşmə aparmağa başlamışlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx.xx.2022-ci il tarixli, 1281 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - başın sol təpə nahiyəsinin qançırşişkinliyi, sol qaşüstü nahiyənin əzilmiş-cırılmış yarası, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol üst göz qapağının qançırı küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, əl barmaqları, ayaq və sair) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (İ cild, i.v.96-98); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx.xx.2022-ci il tarixli, 09 saylı əlavə məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş başın sol təpə nahiyəsinin qançırşişkinliyi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Sol qaşüstü nahiyyənin əzilmiş-cırılmış yarası və sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol üst göz qapağının qançırı həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (İ cild, i.v.179-182); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 3401 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, i.v.190-191); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-600/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur (İ cild, i.v.113-114; 126-128); - Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs bu günə qədər Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-600/2021 saylı hökmü ilə ona təyin edilmiş cərimə cəzasından heç bir ödəniş etməmişdir; - Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şahid1 xx.xx.2021-ci il tarixdə ünvan 7 ünvanında Zərərçəkmiş şəxs döydüyü üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir; - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü azyaşlı övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğunun sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması özünün, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamını və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olmasını, gənc olmasını və himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf edərək peşman olmasını, gənc olmasını və himayəsində azyaşlı uşağının olmasını, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-600/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-600/2021 saylı hökmü qanuni qüvvəyə minmədən törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-600/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1000 (min) manat məbləğində cərimə cəzası ilə toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində cərimə cəzası müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-600/2021 saylı hökmü ilə təyin edilmiş 1000 manat cərimə cəzası ilə toplanılsın və onun üzərində qəti olaraq 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması və 1000 (min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-363/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-363/2022
20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver