Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-365/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs (mülki iddiaçı): Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (mülki cavabdeh): iştirakları ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 81-də (yataqxana) qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07.02.2021-ci il tarixdə, saat 18:30 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Samand Soren’’ markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Lev Tolstoy küçəsi istiqamətində 15 km/saat sürətlə hərəkətdə olarkən həmin küçələrin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinin (sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır) kimi tələblərinə riayət etməyərək yolu onun hərəkət istiqamətinə nəzərən soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomobilinin ön hissəsi ilə vuraraq nəticədə ehtiyatsızlıqdan sonuncuya sağ diz oynağı nahiyəsinin qamış sümüyün oynaq səthinin xətti sınığı və yan meniskin yırtığı ilə müşaiyət olunan qançırşişkinliyi, sol diz oynağı nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 07.02.2021-ci il tarixdə, saat 18:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Samand Soren” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə L.Tolstoy küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində olarkən yolu piyada qismində keçən bir nəfər şəxsi piyada zolağından kənarda vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı avtomobili 15 km/saat sürətlə idarə etmişdir. Adını sonradan bildiyi piyada Zərərçəkmiş şəxs yolu asta addımlarla keçib avtomobilin qarşısına qəfil çıxdığından onu son anda görmüşdür. Hadisə baş verdikən sonra o, dərhal Əliyə yaxınlaşmış, onun artıq ayağa qalxdığını görüb onu avtomobilinə əyləşdirib müayinədən keçmək üçün xəstəxanaya aparmışdır. Barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 07.02.2021-ci il tarixdə, saat 18:30 radələrində Nəsimi rayonu, Nizami küçəsi ilə üzü metronun “28 May” stansiyası istiqamətində yolu keçmək istəyərkən “Samand” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobil S.Vurğun küçəsi ilə L.Tolstoy küçəsinin kəsişməsində piyada xəttinin üzərində dayanmış, buna görə də o, yolu hərəkət hissəsindən istifadə edərək keçmişdir. Bu vaxtı həmin avtomobil dayandığı yerdən hərəkətə başlayıb ön hissəsi ilə onu vuraraq sağ ayağının diz nahiyəsini zədələmişdir. Avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobili saxlayıb dərhal ona yaxınlaşmış, onu müayinə üçün xəstəxanaya aparmışdır. Yolda Asim ondan polisə müraciət etməməyi xahiş etdiyindən, o müayinə olunarkən yıxıldığını bildirmişdir. Ayağında ağrılar artdığından o, 09.02.2021-ci il tarixdə Asimə zəng vurub “X8” xəstəxanasında “MRT” müayinəsindən keçməli olduğunu bildirmişdir. Asimlə orada görüşəndə sonuncu imkanının olmadığını deyib müayinə üçün yalnız 100 manat pul ödəyə biləcəyini söyləmişdir. Növbəti günü Asimə yenidən zəng edərək ayağının əməliyyat olunmalı olduğunu, bununla bağlı 2.200 manat pul lazım olduğunu demişdir. Lakin Asim ona pulunun olmadığını və əməliyyat xərclərini ödəməyəcəyini söyləmişdir. Bundan sonra o, 12.02.2021-ci il tarixdə “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ona qarşı biganə yanaşıb onun əməliyyat xərclərini qarşılamamış, onunla maraqlanmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona qarşı vermiş olduğu mülki iddianın da təmin olunmasını xahiş edir. İş materiallarında olan: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 15.02.2021-ci il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində baş vermişdir. Baxış tutqun hava şəraitində aparılmış, yolun işlək hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 10 metr, hərəkət zolağının işlək hissəsinin eni 10 metrdir. İşlək hissəyə bir tərəfli yol, yolun hər iki hissəsində sarı zolaqlar var, sağdan və soldan səki birləşir. Həmin sahədə hərəkət yol nişanları ilə nizamlanır (İ cild, i.v.08-16); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 Nəsimi rayon şöbəsinin 03.03.2021-ci il tarixli, 90 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sağ diz oynağı nahiyəsinin qamış sümüyün oynaq səthinin xətti sınığı və yan meniskin yırtığı ilə müşayiət olunan qançır-şişkinliyi, sol diz oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən 07.02.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının Zərərçəkmiş şəxs vruması nəticəsində əmələ gələ blərdilər (İ cild, i.v.38-39); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 15.03.2021-ci il tarixli, 8/454 saylı rəyinə əsasən istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Samand Soren” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manatdır (İ cild, i.v.40-42); Təqsirləndirilən şəxs verilmiş AC seriyalı, 739089 saylı, “BC” kateqoriyalı sürücülük vəsiqəsi 24.01.2029-cu il tarixədək etibarlıdır (İ cild, i.v.23, 94); AD 294847 saylı, 18.08.2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Samand Soren’’ markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1r. Həmin avtomobili idarə etmək səlahiyyəti etibarnamə əsasında 24.01.2029-cu ilədək Təqsirləndirilən şəxs verilmişdir (İ cild, i.v.23-24); “Video diskə baxış keçirilməsi barədə” 07.05.2021-ci il tarixli protokola əsasən görüntüdə olan ağ rəngli “Samand Soren’’ markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində dayanaraq sağdan gələn avtomobillərə yol verir, S.Vurğun küçəsi ilə avtomobillərin gəlmədiyini gördükdə hərəkətə gəlir, bu zaman yolu sağa keçən piyadanı vuraraq dayanır, daha sonra bu avtomobil yenidən hərəkətə gələrək kəsişməni keçir və L.Tolstoy küçəsində dayanır (İ cild, i.v.99); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16.05.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.101); “Sübutların qiymətləndirilməsi haqqında” 17.05.2021-ci il tarixli qərara əsasən “Samand Soren” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır (İ cild, i.v.102-107); Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlməyərək məhkəmədən yayındığı üçün Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək onun axtarışı elan olunmuş, 06 noyabr 2021-ci il tarixdə o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir (İİ cild); Mülki iddia ərizəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs ona vurulmuş 3.569 manat maddi zərərin və 2.000 manat mənəvi ziyanın əvəzi olaraq ümumilikdə 5.569 manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 30 manatın cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir və bununla bağlı tələbinin əsası kimi məhkəməyə onun “X5” və “X8” klinikalarında olan, ümumilikdə 1.094 manat təşkil edən müayinə xərcləri ilə bağlı ödəniş qəbzlərinin surətlərini təqdim edir (İİ cild). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz razılığı ilə amnistiya aktı tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 28-ci bəndinə görə birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinin tələbinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Samand Soren” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibinin istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 100 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində ona vurulmuş 3.569 manat maddi zərərin və 2.000 manat mənəvi ziyanın əvəzi olaraq ümumilikdə 5.569 manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 30 manatın cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir. Lakin Zərərçəkmiş şəxs tərəfindən hadisə nəticəsində aldığı xəsarətə görə çəkdiyi müalicə xərclərinin əvəzi olaraq irəli sürülmüş 3.569 manat maddi zərər tələbinin əsası kimi məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinin surətlərinə əsasən bu xərclərin məbləği olan 1.094 manat götürülməli, 2.000 manat mənəvi zərərin ödənilməsi tələbi isə təqsirləndirilən şəxsdən zərər çəkmiş şəxsin xeyrinə tutulan kompensasiya kimi qəbul edilə biləcək maddi zərərin məbləği də nəzərə alınmaqla, zərər çəkənin baş vermiş yolnəqliyyat hadisəsinin təsiri nəticəsində məruz qaldığı mənəvi sarsıntı və iztirabların əvəzi kimi daha münasib həddə - 500 manat məbləğində təmin edilməlidir. Qeyd olunanlarla əlaqədar təqsirləndirilən şəxsə qarşı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 1.094 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat pul tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad olunsun. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Samand Soren” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibinin istifadəsində saxlanılsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 1.094 (min doxsan dörd) manat, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin, iddia digər hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-365/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-365/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver