Məhkəmə qərarları › İş №1(006)-365/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-365/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-365/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək, geniş şəxsi və işgüzar əlaqələrə malik olduğunu və həmin əlaqələrindən istifadə edərək sonuncunu xidmət etdiyi Daxili İşlər Nazirliyinin X2 Təhlükəsizlik Xidmətinə iş yerinin dəyişdirilməsi məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 2023-cü ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Babək prospektində Zərərçəkmiş şəxs2 ona məxsus 6000 manat məbləğində pulu nağd şəkildə ələ keçirib, Zərərçəkmiş şəxs2 ümumilikdə 6000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək, geniş şəxsi və işgüzar əlaqələrə malik olduğunu və həmin əlaqələrindən istifadə edərək sonuncunu xidmət etdiyi Daxili İşlər Nazirliyinin X2 Təhlükəsizlik Xidmətinə iş yerinin dəyişdirilməsi məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs3 onun istifadəsində olmuş müxtəlif bank kartlarına 28 sentyabr 2023-cü il tarixdə 6000 manat, 04 oktyabr 2023-cü il tarixdə 500 manat, 27 oktyabr 2023-cü il tarixdə 1000 manat, 29 oktyabr 2023-cü il tarixdə 400 manat və 31 oktyabr 2023-cü il tarixdə 600 manat məbləğində göndərdiyi pul vəsaitlərini vahid niyyətlə ələ keçirib, Zərərçəkmiş şəxs3 xeyli miqdarda ümumilikdə 8500 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək, geniş şəxsi və işgüzar əlaqələrə malik olduğunu və həmin əlaqələrindən istifadə edərək sonuncunu X12 Üzrə Dövlət Komitəsinin Saatlı Rayon Şöbəsinə işə qəbul olunması məsələsini müsbət həll edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs1 onun istifadəsində olmuş müxtəlif bank kartlarına 06 avqust 2023-cü il tarixdə 500 manat, 10 avqust 2023-cü il tarixdə 500 manat, 07 noyabr 2023-cü il tarixdə 150 manat məbləğində göndərdiyi pul vəsaitlərini, 14 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs1 tərəfindən onun özünə verilən 1000 manat məbləğində nağd pulu və həmin günü Bakı şəhəri, Nəsimi rayonu ərazisində “28 May” metrostasniyasının yaxınlığında yerləşən "xxxx" MMC-nin “28 May” filialından Zərərçəkmiş şəxs1 adına kredit yolu ilə aldığı 3.370 manat dəyərində məişət avadanlıqlarını vahid niyyətlə ələ keçirib, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ümumilikdə 5520 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir. Belə ki, o, nə 2023-cü ilin sentyabr ayında, nə də ki, başqa vaxt Zərərçəkmiş şəxs2 ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində görüşməmiş, ondan 6000 manat pul almamışdır. Həmin ittiham qanunsuz və əsassızdır. Belə ki, heç bir mümkün və mötəbər sübuta söykənmir. Musayev X1 Qoşunlardan Dövlət Təhlükəsizliyi Xidmətinə xidmət yerini dəyişmək üçün ona tanış tapmasını bildirmişdir. O, X7 ilə bu barədə söhbət edərkən Asif Elşənin xidmət yerini dəyişməyi öz öhdəsinə götürmüşdür. Elşən onun bank kartına 3000 manata yaxın pul göndərmidir. O, həmin 3000 manat pulu Asifə Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsində yerləşən Yasamal rayon Polis İdarəsinin yanında vermişdir. Təxminən bir neçə gün sonra Zərərçəkmiş şəxs2 ona zəng edərək uşağının səhhətində problem yarandığını, təcili pula ehtiyacı olduğunu, xidmət yerini dəyişməkdən vaz keçdiyini deyib pulunu geri istəmişdir. O, “Whatsapp”la Asifin 050 579 16 79 nömrəsinə zəng edib bu barədə ona demiş, bir neçə dəqiqə sonra Asif 3000 manat pulu onun kart hesabına geri qaytarmışdır. Bundan sonra, o da Asifin göndərdiyi pulları Zərərçəkmiş şəxs2 kart hesabına göndərmişdir. Həmin 3000 manatdan özünə heç nə götürməmişdir. Zərərçəkmiş şəxs2 ondan şikayət etməsinin səbəbini bilmir. Zərərçəkmiş şəxs2 pulu 2023-cü ilin sentyabroktyabr aylarında tam ödənilmişdir. Zərərçəkmiş şəxs2 verdiyi ifadə tam yalandır və onunla Babək prospektində və ya başqa yerdə görüşməmişdir. Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində təsvir etdiyi hadisə, yəni guya kostyum geyimində onunla görüşməyi, özünü vəzifəli şəxs kimi təqdim etməsi tam yalan, uydurmadır və ümumiyyətlə belə bir hadisə olmamışdır. Telefon nömrələrinin anten dairəsi məlumatları əldə olunsa dedikləri təsdiqini tapacaqdır. Bundan başqa, Zərərçəkmiş şəxs3 ilə bağlı epizod üzrə özünü təqsirli bilmir. Belə ki, Zərərçəkmiş şəxs2 pulunu geri aldığı ərəfədə ona demişdir ki, xidmət etdiyi hərbi hissədə bir nəfər Elmir adlı şəxs Xidmət yerini Dövlət Təhlükəsizlik Xidmətinə dəyişmək arzusundadır. O, bu barədə Asifə demiş, Asif ondan 10000 mant pul istəmişdir. Elşən Elmirin nömrəsini ona vermişdir ki, özü danışsın. X11 istədiyi məbləği dedikdə, Elmir 8500 manat pul verə biləcəyini bildirmişdir. O, bu məlumatı Asifə bildirmiş, Asif də razılaşmışdır. O, Elmirlə Asifi görüşdürmək istəmiş, lakin onların iş vaxtları hər dəfə üst-üstə düşdüyündən, həmçinin Elmir Qəbələ rayonunda xidmət etdiyindən onları görüşdürə bilməmişdir. Sonra Elmir hissə-hissə onun bank kartına 8500 manat pul göndərmiş, o da həmin pulun hamısını Bakı şəhəri, Yasamal rayonu, Qəbələ dairəsi yaxınlığında X4 vermişdir. Həmin vaxt Asif Məmmədov öz imzası ilə ona əlyazma da təqdim etmişdir. Həmin puldan ona heç nə verilməmiş, bu barədə heç danışıqları da olmamışdır. Beləliklə, X9 8500 manat pulunu ələ keçirmişdir. Bununla əlaqədar Yasamal rayon Polis İdarəsinə şikayət etmiş və hazırda araşdırma aparılır. O, istintaq orqanına da Asif Məmmədov barədə bildirsə də “işi qəlizləşdirmə”, “mən səninçün Asifi tapanam?!” kimi ifadələrlə Asifi məsələdən kənar qoymuşlar. Son nəticədə isə dedilər ki, “Asifi taparıq, Elmirin ziyanını verər”. O, Asifi tapacaqlarına ümid etsə də, bu olmamışdır. Asifin anası Mirvari xanımla özü Bakı İstintaq Təcridxanasında olarkən telefon əlaqəsi yaratmış və Mirvari xanım ona Asif barəsində cinayət işinin olduğunu, tutulduğunu və onun şikayət etməməsini xahiş etmişdir. Ona söz vermişdir ki, aylıq 500 manat olmaqla Elmirin 8500 manat pulunu geri qaytaracaqdır. İlkin olaraq 500 manat göndərmiş və həmin pulu qardaşı vasitəsilə məhkəmə zalında Elmirə təqdim etmişdir. Lakin Elmir 500 manat pulu qəbul etdikdən sonra bildirmişdir ki, iş yoldaşlarının yanında söyüş söyüb ki, pulu tam alacaqdır. Buna görə də 8000 mant pulu tam istəyir. O da məcbur qalıb X8 rayon Polis İdarəsinə şikayət etmişdir. Faktiki olaraq, o, Zərərçəkmiş şəxs3 8.500 manat pulunu ələ keçirməmiş, onun Zərərçəkmiş şəxs3 aldatmaq niyyəti olmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə özünü qismən təqsirli bilir. Belə ki, o, Zərərçəkmiş şəxs1 X12 üzrə Dövlət Komitəsinin Saatlı rayon nümayəndəliyinə işə düzəldəcəyinə vəd vermişdir. Bunu Zərərçəkmiş şəxs1 qohumu ondan xahiş etmiş, o da düşünmüşdür ki, bununla əlaqədar vəzifəli adam tapıb köməklik göstərə bilər. Buna görə Zərərçəkmiş şəxs1 bank kartına hissə-hissə 1150 mant pul göndərmişdir. O, həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Məişət avadanlıqları olan soyuducu və paltaryuyan maşının “Soliton” mağazasından kreditə götürülməsinin işə düzəltməyə heç bir aidiyyəti olmamışdır. Məişət avadanlıqlarına görə ilkin ödəniş kimi 310 manata yaxın pulu özü ödəmişdir. Kredit müddəti 24 ayadək olmuşdur. Onun barəsində həbs qətimkan tədbiri seçildiyi üçün kredit ödənişlərində çətinlik yaranmış, lakin məhkəmə zamanı kredit ödənişini də tam ödəmişdir. Zərərçəkmiş şəxs1 işə görə veridyi pulu da qaytarmışdır. Zərərçəkmiş şəxs1la barışıq əldə etmişdir. O, heç vaxt krediti ödəməkdən imtina etməmişdir. Məişət avadanlıqlarına görə ona ittiham elan edilməsinin səbəbini anlamır. Həmin epizod üzrə əməlində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkib əlamətləri yoxdur, epizod CM-nin 178.1-ci maddəsi kimi tövsif edilməli, zərər çəkmiş şəxsə dəymiş ziyan 1150 manat göstərilməlidir. Daha sonra Zərərçəkmiş şəxs1la barışıq əldə etdiyini, Zərərçəkmiş şəxs2 epizodu üzrə cinayət hadisəsinin olmadığını, Zərərçəkmiş şəxs3la bağlı ittihamın hərtərəfli, tam və obyektiv həlli üçün əsaslı dəlilinin tədqiq edilmədiyini, sağalmaz “Bexterev” xəstəliyindən əziyyət çəkdiyini, ikinci qrup əlil olduğunu, himayəsində azyaşlı uşağının olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2016-ci ilin iyul ayından indiyə kimi DİN-in Daxili Qoşunlarında müxtəlif vəzifələrdə işləmiş, hazırda isə X3 rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsinin atəş təminat qrupunun iriçaplı pulemyot yarımqrupunda pulemyotçu vəzifəsində xidmət edir və baş çavuş xüsusi rütbəsini daşıyır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə təxminən 10 il bundan əvvəl Bakı şəhərində yerləşən “Heydər Əliyev” adına muzeyin açılışında tanış olmuşdur. Tanış olduqdan sonra onunla səmimi münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxsla tanış olan zaman o, özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Bir müddət sonra isə Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizlik Xidmətinə təyinat aldığını bildirmişdir. Lakin sonradan onların arasında uzun müddət əlaqə olmamışdır. 2023-cü ilin sentyabr ayında "antiterror'' əməliyyatı zamanı Təqsirləndirilən şəxs ona zəng edib haləhvalını soruşmuşdur. Təxminən 3-4 gün sonra Təqsirləndirilən şəxs yenidən zəng edib onunla telefonda danışmış, ona işinin çətin olduğunu və istəsə onu Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlı hissəsinə iş yerini dəyişdirə biləcəyini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona iş yerini dəyişəcəyi təqdirdə daim mülki geyimdə olacağını, xidmətinin daha rahat olacağını və s. kimi ifadələr işlətməklə onu həvəsləndirmişdir. O isə həmin xidmət sahəsində işləmək istədiyini qeyd etmişdir. Lakin o, bunun ucuz başa gəlməyəcəyini düşündüyü üçün Təqsirləndirilən şəxs çox pulu olmadığını bildirmişdir. Antiterror əməliyyatları başa çatdıqdan sonra Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlamış və bu fikri dəfələrlə ona təklif etmişdir. O da Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs rəisinin yüksək vəzifəli şəxs olduğunu və eyni zamanda rəisinin yüksək vəzifəli şəxsin qohumu olduğunu vo onun işini öz rəisindən xahiş edəcəyini və bu işi 10.000 manata həll edəcəyini qeyd etmişdir. O, da Təqsirləndirilən şəxs sözlərinə inanmış və həmin pulu ona verməyə razılaşmışdır. O, xidmət yerini dəyişməsi ilə bağlı Təqsirləndirilən şəxs ilkin olaraq 3.000 manat pul vermiş, qalan 7.000 manat pulu isə sonra verəcəyi barədə razılaşmışlar. Lakin bir neçə gün sonra uşağının səhhətində yaranmış problemlə bağlı uşağının müalicəsinə pul lazım olduğundan Təqsirləndirilən şəxs həmin 3.000 manat pulu geri qaytarmasını tələb etmiş, sonuncu da 3.000 manat pulu ona geri qaytarmışdır. İbtidai istintaq zamanı əlavə olaraq vurulmuş mənəvi zərərə görə Təqsirləndirilən şəxs 3.000 manat pul tələb etdiyindən vurulmuş zərərin miqdarını 6.000 manat olaraq qeyd etmişdir. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, sonuncudan şikayət və tələblərinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2012-ci ilin oktyabr ayından indiyə kimi DİN-in Daxili Qoşunlarında müxtəlif vəzifələrdə işləmiş, hazırda isə X6 rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsinin istehkamçı yarımqrupunda istehkamçı vəzifəsində xidmət edir və baş çavuş xüsusi rütbəsini daşıyır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs iş yoldaşı Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımışdır. Belə ki, təxminən 2023-cü ilin sentyabr ayının 25-də Zərərçəkmiş şəxs2 telefonla kiminləsə iş barəsində danışdığının şahidi olmuş və Zərərçəkmiş şəxs2 bu barədə soruşduqda sonuncu ona Təqsirləndirilən şəxs adlı tanışı ilə danışdığını, həmin şəxsi uzun müddətdir tanıdığını və onun Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 tanışı Təqsirləndirilən şəxs vasitəsi ilə Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlı hissəsinə yerdəyişmə etmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 tanışı Təqsirləndirilən şəxs etibarlı adam olduğunu və ona köməklik edəcəyini qeyd etmişdir. O da iş yerini dəyişmək fikrinə düşdüyü üçün Zərərçəkmiş şəxs2lə danışıb Təqsirləndirilən şəxs mobil telefon nömrəsini alıb özü həmin şəxslə əlaqə saxlamışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs ona Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini və kapitan rütbəsində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsla mobil telefonda danışıb və səmimi münasibət qurduqdan sonra sonuncu ona da Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlı hissəsində işləməsini təklif etmişdir. Təqsirləndirilən şəxs ona Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlı hissəsinə xidmət yerini dəyişdikdən sonra onun daima mülki geyimdə olacağını və mühüm dövlət tədbirlərində iştirak edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs rəisinin hörmətli şəxs olduğunu və eləcə də rəisinin yüksək rütbəli şəxslərin qohumu olmasını bildirmiş, onu öz rəisinin köməkliyi ilə Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlı hissəsinə işə qəbul etdirə biləcəyini qeyd etmişdir. O da Təqsirləndirilən şəxs sözlərinə inanmış, yüksək vəzifə sahibi olan şəxsin onu aldatmayacağını və yalan danışmayacağını fikirləşmişdir. Həm də düşünmüşdür ki, Təqsirləndirilən şəxs iş yoldaşı Zərərçəkmiş şəxs2 uzun müddətdir tanıyır və onlara yalan danışmaz. Təqsirləndirilən şəxs bu işi, yəni onun Daxili Qoşunların Xüsusi Təyinatlı hissəsindən Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlı hissəsinə xidmət yerini dəyişməsinə köməklik etməsi üçün ondan 6.000 manat pul istəmişdir. Söhbət əsnasında o, boyunun kifayət qədər hündür olmadığını bildirdikdə Təqsirləndirilən şəxs bunun problem olmayacağını, lakin bunun üçün əlavə olaraq 2.500 manat pul lazım olduğunu qeyd etmişdir. O da Təqsirləndirilən şəxsla razılaşmışdır. O, birinci dəfə 28 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus olan "4169 7388 4714 9782" nömrəli kart hesabına 6.000 manat, bundan sonra 04 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus olan “4169 7388 4714 9782" nömrəli kart hesabına əlavə olaraq 500 manat pul köçürmüşdür. Daha sonra 27 oktyabr 2023- cü il tarixdə Təqsirləndirilən şəxs məxsus olan "5239 1517 4662 9420" nömrəli kart hesabına 1.000 manat, 29 oktyabr 2023-cü il tarixdə isə həmin kart hesabına əlavə olaraq 400 manat və 31 oktyabr 2023-cü il tarixdə isə həmin kartın hesabına 600 manat pul köçürmüşdür. Bununla da o, Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlı hissəsinə xidmət yerini dəyişməsinə köməklik etməsi üçün ümumilikdə 8.500 manat pul vermişdir. Təqsirləndirilən şəxs onun şəxsiyyət vəsiqəsinin surətini istəmiş və o da mobil telefon vasitəsi ilə şəxsiyyət vəsiqəsinin surətini Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxs isə 2-3 ay müddətində qeyd edilən məsələni həll edəcəyini bildirmişdir. O, pulu verdikdən sonra bu barədə iş yoldaşı Zərərçəkmiş şəxs2 məlumat vermişdir. İş yoldaşı Zərərçəkmiş şəxs2 də Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlı hissəsinə xidmət yerini dəyişməsinə köməklik etməsi üçün Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayının sonlarında 6.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs dediyi müddət başa çatdıqdan sonra o və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə tez-tez əlaqə saxlayıb işlərin nə yerdə olması ilə maraqlanmağa başlamışlar. Təqsirləndirilən şəxs işlərin öz qaydasında getdiyini və heç bir problem olmayacağını, onların müharibə iştirakçısı olduğunu və bu işə diqqətlə yanaşılacağını və onların yüz faiz Dövlət Təhlükəsizlik Xidmətinə iş yerlərinin dəyişilməsi məsələsini həll edəcəyini bildirmişdir. Sonrakı müddətdə o və Zərərçəkmiş şəxs2 birlikdə ona zəng vurduqda, sonuncu onlarına telefonlarına cavab verməməyə başlamış, telefonu götürdükdə isə mühüm dövlət tədbirində olduğunu və ya rəisinin yanında olduğu üçün danışa bilmədiyini bəhanə gətirməklə onlarla danışmamışdır. Bir müddətdən sonra o və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs şübhə etməyə başlamışlar və tələb etmişlər ki, onların işini həll etsin, ya da verdikləri pulu qaytarsın. O, Təqsirləndirilən şəxsla heç vaxt üzbəüz görüşmədiyi üçün 2024-cü ilin yanvar ayında Bakı şəhərinə gəlib avtovağzal ərazisində Təqsirləndirilən şəxsla görüşmüş və ondan işini həll etməsini və ya pulunu qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs isə onun iş yerini dəyişmək məsələsini tez zamanda həll edəcəyini bildirmiş, həmin görüş zamanı o, Təqsirləndirilən şəxs xidməti vəsiqəsini göstərməsini tələb etdikdə, sonuncu vəsiqəsinin evdə qaldığını bildirmişdir. Sonrakı dövrdə Təqsirləndirilən şəxs qeyd edilən məsələ ilə bağlı heç bir iş görməmiş, buna görə də o, Zərərçəkmiş şəxs2lə birlikdə tez-tez Təqsirləndirilən şəxsla əlaqə saxlamış, onun barəsində dövlət orqanlarına şikayət edəcəklərini dedikdə isə Təqsirləndirilən şəxs onların Daxil Qoşunlarda xidmət etdiklərini və şikayət edəcəkləri təqdirdə iş yerlərində problem yaranacağını bildirərək onları şikayət etməkdən çəkindirmişdir. Lakin sonradan o, məcbur olub Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. O, Dövlət Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlı hissəsinə iş yerini dəyişmək məqsədi ilə 2023-cü ilin sentyabr və oktyabr ayları ərzində Təqsirləndirilən şəxs ümumilikdə 8.500 manat pul verdiyini, həmin pulları xidmət etdiyi Qəbələ və Şuşa şəhərləri ərazisindən Təqsirləndirilən şəxs kart hesabına köçürdüyünü bildirmişdir. Daha sonra ona dəymiş ziyanın bugünədək tam ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və məhkəmədən onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə təxminən 10 il əvvəl Neftçala şəhərində toy məclisində iştirak edən zaman tanış olmuşdur. Tanışlıq zamanı Təqsirləndirilən şəxs Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı olduğunu bildirmişdir. Söhbət zamanı onların arasında səmimi münasibət yaranmışdır. Həmin dövrdə Təqsirləndirilən şəxsla əlaqə saxlayıb bir-birlərinin hal-əhvalını soruşurmuşlar. Lakin sonradan uzun müddət onların arasında əlaqə olmamışdır. 2023-cü ilin iyul ayında o, “Whatsapp” ani mesajlaşma proqramında Təqsirləndirilən şəxs aktiv statusda olduğunu görmüş və ona mesaj yazıb hal- əhvalını soruşmuşdur. Təqsirləndirilən şəxs danışıq zamanı artıq Dövlət Təhlükəsizliyi Xidmətində işlədiyini, hətta Neftçala və Salyan rayonları üzrə kurator olduğunu və ona da nə lazım olsa köməklik edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onun işləmədiyini bildikdə, ona köməklik etmək istədiyini qeyd etmişdir. O da namaz qıldığı və ibadətlə məşğul olduğu üçün Təqsirləndirilən şəxs xahiş etmişdir ki, onu elə bir işə düzəltsin ki, dini fəaliyyətlə məşğul olsun. Təqsirləndirilən şəxs da ona köməkilk edə biləcəyini və onu X12 Üzrə Dövlət Komitəsinin Saatlı Rayon Şöbəsində nümayəndə vəzifəsinə təyin etdirəcəyini bildirmişdir. O, rayonlarda belə bir nümayəndə olduğunu bildiyi üçün Təqsirləndirilən şəxs inanmışdır. O, bu işin necə həll olacağını soruşduqda Təqsirləndirilən şəxs bu işlərə Dövlət Təhlükəsizlik Xidmətinin nəzarət etdiyini, özünün də orada Salyan və Neftçala rayonları üzrə kurator olduğunu, rəisinin yüksək vəzifəli şəxs olduğunu, həmçinin rəisinin yüksək vəzifəli şəxslərin qohumu olduğunu deyib və onun işini öz rəisindən xahiş edəcəyini bildirmişdir. Həmçinin 2.000 manata yaxın maaş alacağını və rayonda olan ruhanilərə nəzarət edəcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs onun işə qəbul olunması məsələsini 1 ay müddətində həll edəcəyini bildirmiş və bu işin müqabilində 1.000 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs inanmış və onunla razılaşaraq Saatlı şəhəri ərazisindən 06 avqust 2023-cü il tarixdə 500 manat və 10 avqust 2023-cü il tarixdə 500 manat olmaqla Təqsirləndirilən şəxs hesab kartına 1.000 manat pul köçürmüşdür. Eyni zamanda o, şəxsiyyət vəsiqəsinin surətini mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. Sonrakı müddətdə bir neçə dəfə zəng edərək Təqsirləndirilən şəxsla iş barəsində söhbət etmişdir. Təqsirləndirilən şəxs ona Dövlət Təhlükəsizlik Xidmətinin yoxlamasından uğurla keçməsini və narahat olmamasını bildirmişdir. 2023-cü ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb işin həlli ilə bağlı X12 Üzrə Dövlət Komitəsinin sədr müavinin qəbuluna düşməli olduğunu bildirmiş və işləri tezləşdirmək üçün 150 manat pul istəmiş və o da 07 noyabr 2023-cü il tarixdə Saatlı şəhəri ərazisindən Təqsirləndirilən şəxs bank hesabına 150 manat pul göndərmişdir. Lakin Təqsirləndirilən şəxs onu heç kimin qəbuluna göndərməmiş və məsələni isə sonradan özü həll etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla elə bir formada danışırmış ki, o da sonuncuya inanırmış və onun dediyi sözlərə tabe olurmuş. Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayının əvvələrində ona zəng etdikdə işlərin həll olunacağı, ancaq tez olması üçün əlavə olaraq 1.000 manat pul verməli olduğunu bildirmişdir. O da bankdan kredit yolu ilə 1.000 manat pul götürüb 14 dekabr 2023-cü il tarixdə Bakı şəhərinə gəlmiş və Yasamal rayonu, “20 Yanvar” dairəsi yaxınlığında Təqsirləndirilən şəxsla görüşmüşdür. O, 1.000 manat pulu və hospitala təqdim etmək üçün yaşayış yerindən aldığı arayışı Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs pulu və arayışı ondan aldıqdan sonra onlar taksi ilə Dövlət Təhlükəsizlik Xidmətinin Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən hospitalına getmişlər. O, çöldə gözləmiş və Təqsirləndirilən şəxs isə hospitala girib 10 dəqiqə sonra qayıdıb gələrək, arayışı və pulu onun işlərini görən əməkdaşa verdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs onu təbrik edib işlərin öz qaydasında getdiyini və tez bir zamanda işə qəbul olunacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təzə ev aldığını və evə soyuducu və paltaryuyan lazım olduğunu bildirib, həmin əşyaları onun adına kreditə almağı təklif etmiş və aldığı əşyaların pulunu özü ödəyəcəyini demişdir. Təqsirləndirilən şəxs ona köməklik etdiyi üçün onun təklifi ilə razılaşmışdır. Fikirləşmişdir ki, Təqsirləndirilən şəxs sözündən çıxsa onun hərəkəti Təqsirləndirilən şəxs xoşuna gəlməz və sonra işinə laqeyd yanaşar. Buna görə də məcburiyyət qarşısında qalıb razılaşmış və onlar birlikdə həmin günü “28 May” metrosunun yaxınlığına gəlib orada yerləşən “Soliton" mağazasından onun adına kredit yolu ilə ümumi dəyəri 3.370 manat olan soyuducu və paltaryuyan almışlar. Təqsirləndirilən şəxs özü ilkin ödəniş olaraq mağazaya 298 manat pul ödəmişdir. 2-3 gündən sonra “Soliton” mağazasından ona zəng gəlmiş və o, da Təqsirləndirilən şəxs telefon nömrəsini mağazanın işçilərə vermiş və həmin əşyaların Təqsirləndirilən şəxs tərəfindən götürüldüyünü bildirmişdir. Buna görə də mağazadan alınan avadanlıqların hansı ünvana aparılmasını bilməmişdir. Təqsirləndirilən şəxs ayrıldıqdan bir neçə gün sonra onunla əlaqə saxlamış, sonuncu ona arxayın olmasını və tez bir zamanda işə qəbul olunma məsələsinin həll olunacağını bildirmişdir. Sonrakı dövrdə Təqsirləndirilən şəxs hər dəfə bir bəhanə gətirib məsələnin ondan asılı olmayan səbəblərdən uzandığını qeyd etmişdir. 2 ay sonra “Soliton" mağazasından ona zəng gəlmiş və alınan avadanlıqların aylıq kredit pulunun ödənilmədiyi bildirilmişdir. Təqsirləndirilən şəxs isə həmin dövrdə artıq onun telefon zənglərinə cavab vermirmiş, cavab verdikdə isə mühüm dövlət tədbirində olduğunu və ya rəisinin yanında olduğu üçün danışa bilmədiyini bəhanə edib onunla danışmırmış. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun qohumu Zərərçəkmiş şəxs2 də özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmiş və işə qəbul olunmasına köməklik etmək adı ilə onu da aldadaraq pulunu ələ keçirmişdir. O, sonradan məcbur olub Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. O, X12 üzrə Dövlət Komitəsinin Saatlı Rayon Şöbəsində nümayəndə vəzifəsinə işə qəbul olunması məsələsinin həll edilməsi məqsədi ilə 2023-cü ilin avqust və dekabr aylarında Təqsirləndirilən şəxs ümumilikdə 2.150 manat nağd şəkidə pul və əlavə olaraq isə 3.370 manat dəyərində məişət avadanlıqları verdiyini bildirmişdir. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, sonuncudan şikayət və tələblərinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.73); - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.136-140); - “Üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (i.v.87-90); - “Üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (i.v.91-95); - “Üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (i.v.107-111); - “Sənədin götürülməsi haqqında” xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli protokollardan və əlavə edilmiş qəbzlərin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs1 1150 manat pulun Təqsirləndirilən şəxs 416973******9782 nömrəli plastik bank kartının hesabına xx.xx.2023-cü il tarixdə 500 manat, 416973******9782 nömrəli plastik bank kartının hesabına xx.xx.2023-cü il tarixdə 500 manat və 5239******0238 nömrəli plastik bank kartının hesabına xx.xx.2023-cü il tarixdə 150 manat məbləğində pul köçürülmüşdür. Bundan başqa, Zərərçəkmiş şəxs3 8.000 manat pulun Təqsirləndirilən şəxs 416973******9782 nömrəli plastik bank kartının hesabına xx.xx.2023-cü il tarixdə 6.000 manat, 523915******9420 nömrəli plastik bank kartının hesabına xx.xx.2023-cü il tarixdə 1.000 manat, 523915******9420 nömrəli plastik bank kartının hesabına xx.xx.2023-cü il tarixdə 400 manat və 523915******9420 nömrəli plastik bank kartının hesabına xx.xx.2023cü il tarixdə 600 manat məbləğində pul köçürülmüşdür (i.v.56-63, 220-223); - “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa yaddaşında səs yazıları və sms mətnləri olan 01 ədəd CD disk təqdim edərək həmin diskin yaddaşında olan səslərin “Whatsapp” proqram təminatı vasitəsi ilə Təqsirləndirilən şəxs tərəfindən ona göndərildiyini bildirmişdir. Həmin CD diskə baxış zamanı aşağıdakı məzmunda səs yazılarının olduğu müəyyən edilmişdir: - Yəni səni təbrik eləyə bilərəm ki, hər bir şeydən əla çıxmısan, inşallah Allah sənə xeyir versin, Allah işini avand eləsin, sadəcə bunu verməliyik ki, bu gün ya sabah günortaya kimi verə bilərik ki, ayın 15-i 16-sı inşallah deyəcəm saat neçədə harda ol. - Qardaş bir də səni narahat edirəm, o, əgər sənə zəng eləsə ki, salitondandı malı gətiririk, sən srazı onlara denə ki, mən evdə yoxam, qardaşım qəbul edəcək, qardaşıma zəng elə, mənim nömrəmi ver, zəng eləsin, ya da mənə yığ, onların nömrəsini de, de ki, qardaşım qəbul edəcək. - Bir daha axşamın xeyir olsun, mənəm əziz qardaşım, bəli sən necə demişəm iş də elə işdir, maaşda yüksəkdi, demək olar ki, 1.000 manatdan artıqdır, indi bu günkü gün belə hesablanır, yəni 1.000 manatdan artıqdır, yəni sən necə demişəm elədi telefonda çox rahat danışa bilmirəm, yəni bizim işə də mütləq ki tabeçilik var, sənin öz işin var, öz idarən var, hamısı öz yerindədi, amma belə deyək də, bizim idarənin bir qolu var da, bir xətt var bir linya var bilmirəm başa sala bilirəm səni ya yox, istəsən başqa nömrədən yığıb başa salaram səni. - Hə qardaş Allah sənin köməyin olsun, salam birdə axşamın xeyir, hə götürdük inanırsan indi elə quraşdırmaq eləmək usta zad gətirmək indi boşalmışam gedirəm uşağın dalınca məktəbə onu götürüm, sən nətərsən.,nə var nə yox, Allah sənin işlərini avand eləsin, allah mamaya şəfa versin öpürəm səni. - Qardaş ola bilməz axı, onu ödəyirlər başa salacam sənə onu mənim baldızım ödəyir, mənə pul verməlidir demişəm mənə vermə ora ödə, maşındayam indi mən gözlə maşından düşüm rahat yığaram səni. - Mən öz müavinimlə danışıram qardaş, sən deyirsən çox şey danışırsan, mən də bəs üstünə gəlmək istəmirəm, çünki işdə problem yoxdur, prostu işdə uzanmalar oldu, bir az dilim qısadır, sən çox pərdəni götürmə, çalış pərdəni götürmə, darıxma deyəcəm sənə Allahın köməyiynən (i.v.224); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs hesabına köçürülmüş pullara dair qəbzlər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilən yaddaşında səs yazıları olan 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işininin materiallarına əlavə edilmişdir (i.v.225-237); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilmiş və ona təyin edilmiş 07 il müddətə azadlıqdan məhrum etmə cəzası 03 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökmü dəyişdirilmədən saxlanılmış, xx.xx.2018-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik haqqında xx.xx.2017-ci il tarixli Qanunun tətbiq edilərək CM-nin 178.3.2-ci maddəsi CM-nin 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif ediərək 04 il 09 ay, 66.2, 32.4, 312.2-ci maddəsi ilə təyin olunan 04 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla qəti olaraq 05 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəza müəyyən edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilərək 178.3.2-ci maddəsi CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsinə tövsif edilmiş, qalan hissədə dəyişməmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (i.v.141-143); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan bir övladı var; - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs İİ qrup əlilliyi var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı dələduzluq niyyətinin olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxslərin ifadələri və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Bununla belə işin faktiki hallarından aydın olur ki, Təqsirləndirilən şəxs zərər şəkmiş şəxs Zərərçəkmiş şəxs2 6000 manat deyil, 3000 manat pul almışdır. Belə ki, məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, xidmət yerini dəyişməsi ilə bağlı Təqsirləndirilən şəxs ilkin olaraq 3.000 manat pul vermiş, qalan 7.000 manat pulu isə sonra verəcəyi barədə razılaşmışlar. Lakin bir neçə gün sonra uşağının səhhətində yaranmış problemlə bağlı uşağının müalicəsinə pul lazım olduğundan Təqsirləndirilən şəxs həmin 3.000 manat pulu geri qaytarmasını tələb etmiş, sonuncu da 3.000 manat pulu ona geri qaytarmışdır. İbtidai istintaq zamanı əlavə olaraq vurulmuş mənəvi zərərə görə Təqsirləndirilən şəxs 3.000 manat pul tələb etdiyindən vurulmuş zərərin miqdarını 6.000 manat olaraq qeyd etmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın həcmi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə uyğun azaldılaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurulmuş zərərin məbləği 3.000 manat həcmində müəyyən olunmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, iki zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və onlarla barışıq əldə etməsini, ikinci qrup əlilliyinin olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, əvvəllər də analoji əməllərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs hesabına köçürülmüş pullara dair qəbzlər, həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilən yaddaşında səs yazıları olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 saata görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 29 aprel 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs hesabına köçürülmüş pullara dair qəbzlər, həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilən yaddaşında səs yazıları olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 saata görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar