Məhkəmə qərarları › İş №1(006)-365/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-365/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-365/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Vaqif qızı və onun müdafiəçisi «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2004-cü ildə Sank-Peterburq şəhərində doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 318 saylı məktəbdə qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Vaqif qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Vaqif qızı özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, 29 mart 2025-ci il və 01 aprel 2025-ci il tarixlərində saat 10 radələrində rəfiqəsi Şahid2 ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanında qonaq qismində olan zaman ev sahiblərinin digər otaqda olmasından istifadə edib özgənin əmlakını gizli olaraq talama məqsədilə otaqdakı çarpayının üzərindəki döşəyin altından Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1700 manat dəyərində 01 ədəd qızıl üzük, 01 cüt qızıl sırğa, 01 ədəd qızıl qolbaqdan ibarət “Pandora” dəsti, 1300 manat dəyərində qızıl üzüyü, 01 cüt qızıl sırğanı və hər birinin dəyəri 500 manat olmaqla ümumilikdə 1000 manat dəyərində qızıl üzükləri vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Vaqif qızı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Şahid2 onun rəfiqəsi olmuş, mağazada tanış olmuşlar və evlərinə qonaq kimi tez-tez gedib gəlmişdir. O, 29 mart 2025-ci il və 01 aprel 2025-ci il tarixlərdə ünvan 2 ünvanında yaşayan rəfiqəsi Şahid2 yaşadığı mənzildə olan zaman sonuncunun digər otaqda olmasından istifadə edərək yataq otağında çarpayının döşəyini qaldırmaqla orada olan qızıl zinət əşyalarını gizli yolla oğurlayaraq Bakı şəhəri Nəsimi rayonu Əcəmi metrosu yaxınlığında fəaliyyət göstərən “Lider” və “Aran” Lombarda vermişdir. Qızılları oğurlamaqda məqsədi onları lombarda verib pul götürərək borclarını qaytarmaq olmuşdur. Lombarddan 1000 manata yaxın pul götürmüşdür. Ancaq hazırki vaxtadək dəymiş ziyanı ödəməmişdir. Yekun protokolda qeyd olunanları təsdiq edir, ancaq dəymiş ziyanla bağlı məbləğlə razılaşmır. Hal-hazırda törətdiyi əməldən peşman olduğunu, dəymiş zərəri ödəmək istədiyini bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, o, özünə məxsus qızıl zinət əşyalarını mənzilinin yataq otağındakı çarpayıda, döşəyin altında saxlamışdır və xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində qızıl boyunbağını taxmaq üçün çarpayının döşəyini qaldırarkən qızıl əşyalarından 4 ədəd üzüklərin, bir ədəd qolbağının və 2 dəst sırğasının yerində olmadığını aşkar etmişdir. O, Fəridədən qızıllar barədə məlumatının olub-olmamasını soruşduqda qızı Fəridə qızıllardan xəbərsiz olduğunu bildirmişdir. O, mənzilinə qızı Fəridənin rəfiqəsi Təqsirləndirilən şəxs başqa yad şəxslərin gəlmədiyi üçün qızıl əşyalarının Khanım tərəfindən oğurlandığını anlamışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 14:00 radələrində o, Təqsirləndirilən şəxs ilə yaşadığı binanın girişində qarşılaşmış və sonuncu ilə birlikdə mənzilə qalxmışdır. Mənzildə olan zaman o, Təqsirləndirilən şəxs ona məxsus qızıl əşyalarını oğurladığından məlumatı olmasını bildirdikdə sonuncu qızıl zinət əşyalarını oğurladığını və Nəsimi rayonu ərazisinidə olan Lombarda satdığını etiraf etmişdir. Bundan sonra o, DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə və Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs Vaqif qızının barəsində qanuni tədbir görülməsini və ona dəymiş 4000 manat maddi ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. İfadəsinin sonunda şikayətçi olduğunu bildirərək ona dəymiş zərərin ödənilməsini xahiş etdi, təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdıgını bildirdi. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Vaqif qızı ilə yaxın münasibətdə olmuş və sonuncu mütəmadi olaraq onun yaşadığı ünvan 2 ünvanına qonaq kimi gəlib-getmişdir. O, xx.xx.2025-ci il tarixdə yaşadığı mənzildə olan zaman anası Zərərçəkmiş şəxs yataq otağında çarpayının altında saxladığı qızıl zinət əşyalarından 4 ədəd üzüklərin, 2 ədəd sırğaların və 1 ədəd qolbağının yerində olmadığını aşkar etmiş və həmin qızıl əşyaların oğurlanmasında Təqsirləndirilən şəxs şübhələndiyini bildirmişdir. Bundan sonra anası Zərərçəkmiş şəxs yaşadıqları binanın qarşısında Təqsirləndirilən şəxs ilə qarşılaşmış və birlikdə mənzilə qalxan zaman sonuncuya qızıl əşyaların oğurlanmasında ondan şübhələndiyini bildirdikdə Təqsirləndirilən şəxs qızıl əşyalarını oğurladığını və Nəsimi rayonu Əcəmi metrosu yaxınlığında fəaliyyət göstərən Lombarda satdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs qızıl əşyalarını oğurladığını etiraf etdikdən sonra anası Zərərçəkmiş şəxs DİN-102 xidməti zəng mərkəzi sisteminə və Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini və 4000 manat maddi ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərdi ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Vaqif qızını əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya şəxsi ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə işlədiyi ünvan 3 ünvanında yerləşən “Lider” Lombarda müştəri qismində gələrək özünü Təqsirləndirilən şəxs Vaqif qızı kimi təqdim edən şəxsin özünə məxsus ümumilkdə çəkisi 2,9 qram 585 əyar olan bir ədəd qızıl qolbağını və tək tay qızıl sırğanı satmaq istədiyini və həmin qızıllara baxış keçirdikdən sonra alqı-satqı qəbzi yazaraq sonuncuya 200 manat pul verərək qızıl əşyalarını almışdır. Bundan sonra xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs yenə onun işlədiyi Lombarda gələrək çəkisi 2,5 qram 585 əyar olan bir ədəd üzük göstərərək satmaq istədiyini və həmin üzüyə baxış keçirdikdən sonra müvafiq alqı-satqı qəbzi yazaraq sonuncuya 230 manat verərək üzüyü almışdır. O, Təqsirləndirilən şəxs adığı qızıl zinət əşyalarını sonradan “Moskva” Univermağında tanımadığı müştəriyə satmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərdi ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Vaqif qızını əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya şəxsi ədavəti olmamışdır. O, ünvan 4 ünvanında yerləşən “Aran” Lombardda işləyir. xx.xx.2025-ci il tarixdə işlədiyi Lombarda özünü Təqsirləndirilən şəxs Vaqif qızı kimi təqdim edən qadın yaxınlaşaraq özündə olan iki ədəd qızıl üzükləri satmaq istədiyini bildirmişdir. Həmin üzükləri tərəziyə qoymuş və 280 manata qiymətləndirmişdir. Onda alış-satış qəbzində üzüklərin çəkisi, əyarı və qramı haqqında məlumatlar var. Həmin qadın getdikdən bir gün sonra ona polis əməkdaşı zəng edərək Nəsimi Pİ-nin 19-cu Polis şöbəsinə dəvət etmişlər və polis şöbəsində olan zaman ona məlum olmuşdur ki, qızıl üzükləri satan Təqsirləndirilən şəxs qızıl üzükləri rəfiqəsinin mənzilindən oğurlamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin məsul növbətçisi, polis mayoru S.Ağayev tərəfindən Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin rəisi Samir Haşımova ünvanlanmış raportdan görünür ki, 01 aprel 2025-ci il tarixdə, saat 15:07 radələrində, DİN-nin 102 xidmətinə ********** saylı oğurluq məlumatı daxil olmuş və Zərərçəkmiş şəxs zəng edərək, ünvan 6 ünvanında tanışı Khanım adlı şəxsin evindən qızıllarının oğurlanması barədə məlumat vermişdir (i/v 5); İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin təhqiqatçısı Ceyhun Hüseynov tərəfindən tərtib olunmuş “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs tamah niyyəti ilə gizli şəkildə Təqsirləndirilən şəxs Vaqif qızı tərəfindən vurulmuş maddi ziyanın Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 34, mənzil 83 ünvanında yerləşən mənzildə olmasını qeyd etmişdir (i/v 10-19); İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 aprel 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Vaqif qızının barəsində DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 67); Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyətini müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Vaqif qızının hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Vaqif qızı Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Vaqif qızının ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməldən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Vaqif qızının əməlində onun məsuliyyətini ağırlaşdıran həllar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Vaqif qızına Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs Vaqif qızının hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsi ilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Vaqif qızının cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Verdiktum» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Vaqif qızının müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-365/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Vaqif qızına göstərilmiş 17 (on yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Verdiktum» Vəkil Bürosunun hesabına 147 (yüz qırx yeddi) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Vaqif qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Vaqif qızının cəzaçəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkili Müdafiəçi vəkil işlədiyi «Verdiktum» Vəkil Bürosunun hesabına 147 (yüz qırx yeddi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar