Məhkəmə qərarları › İş №1(006)-366/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-366/2021

18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-366/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili X8, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi və vəkili X2 iştirakı ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X11 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. Xüsusi ittiham qaydasında şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X7 özünə məxsus facebook profilindən 27 aprel 2021-cı il tarixdə və həmçinin həmin ayın müxtəlif günlərində, 15 may 2021-ci il tarixdə və həmin ayın müxtəlif günlərində "facebook" internet saytında Respublika müəllimlərinin də olduğu “Təhsil Forumu-2021, “Təhsil şikayətləri” və “Təhsil İcmalı" facebook səhifələrində onun tutduğu vəzifəyə, şəxsiyyətinə, şərəf və ləyaqətinə yaraşmayan, həqiqətə uyğun olmayan təhqiramiz sözlərlə və böhtanlarla hər kəsin də görə və oxuya biləcəyi şəkildə onu təhqir etmiş, yalan informasiyalar yerləşdirmişdir. İmamverdi Cəfərov onun barəsində yalan olduğunu bilə-bilə, onun ləyaqətini ləkələyən, nüfuzdan salan, həqiqətə uyğun olmayan təhqir və böhtan xarakterli məlumatları sosial şəbəkələrdə yaymaqla, onun cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində şərəf və ləyaqətini alçaltmış, təhsil sahəsində nüfuzdan salaraq işgüzar nüfuzuna xələl yetirmişdir. Qeyd etdiyi hallar “facebook" internet saytında “Təhsil Forumu- 202”, “Təhsil şikayətləri” və “Təhsil İcmalı” internet səhifələrində öz əksini tapmışdır. X7 onun barəsində böhtan və təhqir xarakterli, yalan və həqiqətə uyğun olmayan, təhqiramiz xarakterli, şərəf və ləyaqətinə toxunan, ictimaiyyət də işgüzar nüfuzunu aşağı salan və ləkələyən qərəzli məlumatlara yol vermişdir. Qeyd etdiyi hallar “facebook" internet şəbəkəsindən olan “Təhsil Forumu-2021”, “Təhsil şikayətləri” və “Təhsil İcmalı” səhifələrində fotolar çəkilərək printer vasitəsi ilə çıxarılmışdır. Barəsində yayılmış böhtan və təhqir xarakterli məlumatlar aşağıdakılardan ibarətdir: 1) “X15 dələduzluq və şantaj əməlləri haqqında paylaşdığım məlumatdan sonra, Həqiqət Şükürova müxtəlif adamlara mənə zəng etdirərək həmin yazıların silinməsini tələb etdirir. Əks halda məni özəl televiziya kanallarının birində şantaj edəcəyini bildirir. İndi qoy təhsil naziri Emin Əmirurlayev cənabları, tabeliyində olan 23 saylı kəlbəcər məktəbinin direktorunun bu hərəkətlərinə münasibət bildirsin. Miqdarda pul alır, bəzi insanlardan külli miqdarda borc alır. Sonra həmin insanlar pullarını tələb edəndə onların telefon nömrələrini koda qoyur. Borc sahibləri ondan hüquq mühafizə idarəsinə şikayət edəndə, Həqiqət Şükürova ifadə verməyə dəvət edəndə, Həqiqət Şükürova borcu qaytarmamaq üçün həmin insanlara böhtan atır, şantaj edir. İfadə verir ki həmin adamlar pulu ona özləri gətirib xahiş edib verirlər ki onunla intim əlaqə yaratsın. Həmin insanlarla münasibətdə olan vaxtlarda onların səsini yazır, sonra onları şantaj edir ki sənin səsini yazmışam. Həqiqət Şükürovanın tələsinə düşənlərin biridə mənəm. Onun belə təhsilə yaraşmayan yaramaz hərəkətləri barədə təhsil nazirinin şəxsən özü məlumatlıdır. Hətta təhsil naziri iki dəfə köməkçisi vasitəsi ilə ona bu hərəkətləri barədə xəbərdarlıq edib. Ümid edirəm ki, cənab nazir Həqiqət Şükürova haqqında yaxın vaxtlarda ciddi qərar qəbul edəcək. Mən bura yazdıqlarımın məsuliyyətini öz üzərimə götürürəm və sübut etməyə hazıram.” cümlələrində böhtan vardır. Böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Bunların böhtan və təhqir olduğunu bildirir. 2) “Həqiqət Şükürova tərcümeyi halında dələduzluğundan yaz, hamını aldadıb pul alıb polisə, prokurorluğa, korrupsiya idarəsinə düşməyindən yaz, pul alıb sonra həyat yoldaşının üzərinə atmağından yaz, təhsilə yaraşmayan biabırçılığından yaz, borc aldığın adamlara sonra şərləyib deyirsənki pulu mənə vermişdi ki mənimlə intim əlaqədə olmağına görə verib ondan yaz, insanlarla münasibət qurub onlardan yazıb, onları şantaj etməyindən yaz” cümləsində şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yaymışdır. Qeyd etdiklərindən başqa, X7 “facebook" sosial şəbəkəsində onun şərəf, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, bötan və təqir məzmunlu yazılar yazmışdır. Həmin yazılar da şikayət ərizəsinə əlavə olunur. Sosial şəbəkdə İmamverdi Cəfərov tərəfindən ona qarşı yazılmış böhtan və təhqir xarakterli yazıları şahidlər Ələsgərova Sakibə ismayıl qızı, X4 və çoxsaylı şahidlər tərəfindən təsdiq edilir. Qüvvədə olan cinayət qanunvericiliyi ölkəmizdə kimliyindən asılı olmayaraq hər hansı şəxsə qarşı böhtan atılmasını, onun təhqir olunmasını cəza təhdidi ilə qadağan edir, bu cür əməlləri cinayət hesab edir. Göstərilənlərə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili X13 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata götürülərək, məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi və vəkili X5 şikayətin əsassız olduğunu, İ.X1 haqqında heç bir məlumat yaymadığını, sonuncunun təqdim etdiyi yazıların İ.Cəfərova məxsus olmadığını bildirərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə xüsusi ittihamçının nümayəndəsi və vəkilinin, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin vəkilinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq belə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. X11 şikayət ərizəsində X3 onu təhqir etməsini və ona böhtan atmasını göstərsə də, o, şikayətinə yalnız "Facebook" sosial şəbəkəsindən çıxarışlar əlavə etmişdir. Şikayətə əlavə edilmiş "Facebook" sosial şəbəkəsindən edilən çıxarışlarda olan mətnlərin məhz X7 tərəfindən yazılması, həmin profilin məhz sonuncuya məxsus olmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Müvafiq mətnlərin hansı mənbədən əldə edildiyi, harada çap edildiyi qeyri-müəyyəndir. Göstərilənlərə əsasən həmin çıxarışlar cinayətin törədilmə hallarını təsdiq edən və şikayətin məhkəmənin icraatına qəbul edilməsinə əsas verə biləcək sübut qismində qəbul edilərək qiymətləndirilə bilməz. Həmçinin şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə) təsdiq edildiyi göstərilməmiş və bu məlumatlar iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş ərizənin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, xüsusi ittihamçı X11 tərəfindən X3 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 xüsusi ittiham qaydasında vermiş olduğu şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar