Məhkəmə qərarları › İş №1(006)-366/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-366/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-366/2024 30.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Fərdi qaydada fəaliyyət göstərən vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə. xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, Gənclik küçəsi, ev 12, mənzil 24 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə məxsus əmlakları təkrarən ələ keçirərək onlara xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edib əlilliklə bağlı sosial müavinətin alınmasına köməklik göstərəcəyinə dair yalan vədlər verib onu aldadaraq, bu adla Zərərçəkmiş şəxs1 2023-cü ilin iyun ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Quzu" adlı restoranda 12.800 manat məbləğində pul vəsaitini, eyni məqsədlə bir gün sonra isə qeyd edilən həmin restoranda əlavə olaraq 3.200 manat məbləğində pul vəsaitini, ümumilikdə 16.000 manat məbləğində pul vəsaitini alıb, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda - 16000 (on altı min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib əlilliklə bağlı sosial müavinətin alınmasına köməklik göstərəcəyinə dair yalan vədlər verib onu aldadaraq, bu adla Zərərçəkmiş şəxs3 2023-cü ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Quzu'' adlı restoranda 6.700 manat məbləğində pul vəsaitini, eyni məqsədlə 04 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs verdiyi "xxxx" ASC-yə aid 416973******7696 saylı bank kartı hesabına Zərərçəkmiş şəxs3 öz mobil telefonunda olan “m10" mobil tətbiqi vasitəsi ilə köçürdüyü 6.950 manat məbləğində pul vəsaitini, ümumilikdə 13650 manat məbləğində pul vəsaitini alıb, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda – 13650 (on üç min altı yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib əlilliklə bağlı sosial müavinətin alınmasına köməklik göstərəcəyinə dair yalan vədlər verib onu aldadaraq, bu adla Zərərçəkmiş şəxs2 2023-cü ilin iyun ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Quzu" adlı restoranda Zərərçəkmiş şəxs2 13.000 manat məbləğində pul vəsaitini, eyni məqsədlə təxminən 2 ay sonra, yəni 2023-cü ilin sentyabr ayının əvvəllərində isə qeyd edilən həmin restoranın qarşısında əlavə olaraq 5000 manat məbləğində pul vəsaitini, ümumilikdə 18.000 manat məbləğində pul vəsaitini alıb, verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda - 18.000 (on səkkiz min) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2006-cı ildən 2014-cü ilə qədər Naxçıvan Muxtar Respublikasında Müdafiə Nazirliyinə məxsus müxtəlif hərbi hissələrdə işləmiş, baş leytenant rütbəsi ilə təxris olmuşdur. Belə ki, 2014-cü ildə hərbi təlimlər zamanı xəsarət almış və ondan sonra hərbi əlilliklə bağlı təqaüdə çıxmışdır. Zərərçəkmiş şəxs1 tanışı Sərxan vasitəsi ilə tanımışdır. Belə ki, Sərxanı 2022-ci ilin sentyabr-oktyabr aylarında müalicə və yoxlanış üçün Müdafiə Nazirliyinin Hərbi Hospitalına gedən zaman orada tanımışdır. Belə ki o da hərbiçi olmuşdur. 2023-cü ilin iyun aynda Şahid1 ona zəng edərək tanıdığı qazilərə əlilliklə bağlı sosial müavinət verilməsi məsələsində kömək istəmişdir. Sərxana yalan danışaraq həmin şəxslərə köməklik edə biləcəyini bildirib görüşüb ətraflı danışmaq lazım olduğunu bildirmiş, lakin, bu məsələdə onlara kömək edə bilməyəcəyini demişdir. Şəxsi ehtiyacları üçüb 2023-cü ilin iyun ayında Bakı şəhəri, 20 yanvar ərazisində yerləşən kafelərin birində o, Sərxan, Zərərçəkmiş şəxs1 və Şahid2la görüşüb çay içərək söhbət etmişdir. Belə ki, İlyas Sərxanın dostu idi və o sosial müavinət almaq istəyirdi. Şahvələd isə İlyas və Sərxanın dostu olubdur. Təqsirləndirilən şəxs, söhbət zamanı sosial müavinətin təyin edilməsi məsələsinin həll edilməsində Zərərçəkmiş şəxs1 kömək edəcəyini, sosial müavinət məsələsində tanışlarının olduğunu İlyasa bildirmişdir. Bu məsələnin həlli üçün İlyasa 18.000 manat müqabilində həll edəcəyini demişdir. Bundan təxminən 2-3 gün sonra həmin kollektiv ilə birlikdə Hərbi Hospitalın yanında yerləşən “Quzu' restoranının 2-ci mərtəbəsində görüşmüşlər. Görüş zamanı orada İlyas və Zərərçəkmiş şəxs3 iştirak edibdir. Orada İlyas həmin şəxslərin gözlərinin qarşısında əlbəəl 12 800 manat pul vermişdir. Daha sonra yanlarına Zərərçəkmiş şəxs2 gəlmişdir. Zərərçəkmiş şəxs2 da sosial müavinətin təyin olunması üçün ona da köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman müsbət cavab vermiş, yəni, köməklik edə biləcəyini, həmçinin bunun üçün də 18.000 manat pul alacağımı demişdir. Bundan sonra həmin gün, həmin restoranda hamının yanında Zərərçəkmiş şəxs2 ona 13.000 manat pul vermiş, pulları saydıqdan sonra 12.900 manat olduğunu, 100 manat pulun əksik olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 100 manat pulu da vermişdir. Beləliklə, Zərərçəkmiş şəxs2 orada əlbəəl 13.000 manat pul almışdır. Baloğlan və İlyasa onların işlərini ən qısa müddətə həll edəcəyini demişdir. Bundan bir gün sonra Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3la birlikdə “Quzu" adlı restoranda görüşərək Zərərçəkmiş şəxs1 əlbəəl 3.200 manat pul almışdır. Ümumilikdə Zərərçəkmiş şəxs1 16000 manat pul almışdır. Zərərçəkmiş şəxs2 13000 manat aldıqdan sonra təxminən 2 ay keçdikdən sonra o yenidən Zərərçəkmiş şəxs2la “Quzu" adlı restoranın qabağında görüşərək Zərərçəkmiş şəxs2 5.000 manat pul əlbəəl almışdır. Zərərçəkmiş şəxs2 ümumilikdə 18.000 manat pul almışdır. Zərərçəkmiş şəxs1 16000 manat pul aldıqdan 10-15 gün keçdikdən ona zəng edərək Zərərçəkmiş şəxs3 adlı xalası oğluna da köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Cavabında isə bildirmişdir ki, köməklik edə bilər. Bundan sonra 2023-cü ilin avqust ayın yuxarıda qeyd edilən "Quzu" adlanan restoranda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 görüşmüşdür. Görüş zamanı ondan sosial müavinətin təyin edilməsinə köməklik üçün ona 13.700 manat lazım olduğunu bildirmişdir. Bundan sonra o 2023-cü ilin avqust ayında 6.700 manat pulu yuxarıda qeyd etdiyi restoranda Zərərçəkmiş şəxs1 iştirakı ilə Zərərçəkmiş şəxs3 əlbəəl almışdır. Bundan bir müddət sonra Elmar ilə əlaqə saxlayaraq pulun qalanını verməsini bildirmişdir. Bir neçə gün sonra Elmar ona yenidən zəng edərək pulun hazır olduğunu bildirmişdir. Bu zaman Müdafiə Nazirliyinin Hərbi Hospitalının yaxınlığında olmuşdur. Orada təsadüfən Şahid2la qarşılaşmışdır. Şahvələdə kartında problem olduğunu və ona məxsus olan kart hesabını verməsini xahiş edərək kart hesabına pul köçəcəyini bildirmişdir. Şahvələd ona kart hesabını verdikdən sonra Elmara kart hesabının nömrəsini vermişdir. Elmar Şahvələdin kartına 6.950 manat pulu ödəmişdir. Elmar pulu köçürdükdən sonra Şahvələd ilə birlikdə yaxınlıqda olan bankomata gedərək Elmarın Şahvələdin kart hesabında köçürdüyü pulu, yəni 6.950 manat pulu çıxarmışdır. Zərərçəkmiş şəxs3 ümumilikdə 13.650 manat pul almışdır. Zərərçəkmiş şəxs1 oğlunun, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 əlilliklə bağlı sosial müavinət almaq məsələsini həll edəcəyi barədə onlara söz verib pullarını alsa da məsələnin həll ilə bağlı heç bir iş görməmişdir, öz ehtiyacları üçün pul lazım olduğundan onların etibarından sui-istifadə edib onlara qarşı dələduzluq edərək qabaqcadan pullarını ələ keçirmək niyyəti ilə hər üç şəxsi aldatmışdır. Zərərçəkmiş şəxs1 oğlundan, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ümumilikdə 47.650 manat pul almışdır. Həmin pulu təxminən 5-6 ay ərzində hissə-hissə öz ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs1 oğlu, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hər dəfə telefon əlaqəsi saxlayıb işlərinin nə yerdə olduğunu soruşan zaman onlara yalandan müxtəlif bəhanələr gətirərək səbrli olmaqlarını və qısa zamanda həll olunacağını bildirmişdir. X2, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 əldə etdiyi puldan heç kimə verməmiş, hal hazırda hər üç zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir, onların şikayət və tələbləri yoxdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışdığını, dəymiş zərəri ödədiyini və digər yüngülləşdirici halların nəzərə alınmasını bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, 2018-ci il tarixdə hərbi xidmətini başa vurduqdan sonra N saylı hərbi hissədə xidmət etməyə başlamışdır. 2020-ci ilin sentyabr ayında başlayan İkinci Qarabağ müharibəsində işğal altında olan torpaqların azad edilməsi məqsədilə gedən döyüşlərdə bir neçə rayonun azad edilməsi uğrunda döyüşmüş və 2020-ci ilin oktyabr ayında Xocavənd rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə sol əlindən güllə yarası və baş nahiyyəsindən qəlpə yarası almışdır. Daha sonra aldığı xəsarətlərlə bağlı bir müddət Müdafiə Nazirliyinin Hərbi Hospitalında müalicə alıb yenidən döyüşlərə geri qayıtmışdır. Döyüşlər bitdikdən sonra müalicə almaq üçün yenidən Müdafiə Nazirliyinin Hərbi Hospitalına gəlmişdir. 2023-cü ilin iyun ayında səhhətində yaranan narahatçılıqlarla bağlı müayinə olunub müalicə almaq üçün yenidən Müdafiə Nazirliyinin Hərbi Hospitalında gələrək təxminən 2 ay xəstəxanada müalicə almışdır. Həmin ərəfədə xəstəxanada onunla birgə müalicə alan qazi yoldaşı Zərərçəkmiş şəxs1la söhbət edərək həmyerlisi həm də qazi olan Sərxan adlı şəxsin olmasını, Sərxanın köməkliyi ilə əlilliklə bağlı sosial müavinət alacağını və pulsuz ev verilmə məsələsinin həll ediləcəyini bildirmişdir. Şahid1 bu barədə ona köməklik edə biləcəyini bildirmişdir. Həm Sərxan, həm də ki, İlyas ona bu məsələni Fizuli adlı şəxsin həll edəcəyini bildirmişdir. İlyas ona sonradan bu məsələnin həlli üçün 18.000 manat lazım olduğunu bildirmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs1la danışaraq bu məsələni müzakirə etmişlər. İlyas ona Fizuli adlı şəxslə danışıldığını və qeyd edilən pulu hissə-hissə verə biləcəyini bildirmişdir. 2023-cü ilin iyun ayının sonlarında İlyas ona sosial müvainətin verilməsi məsələsinin həlli üçün Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən "Quzu'’ adlı restoranda, hal-hazırda həmin restoranın adı “052" olaraq dəyişdirilib, görüş olacağını bildirmiş və istəyəcəyi təqdirdə onun da gələ biləcəyini bildirmişdir. Qeyd edilən restorana getdikdə orada İlyasın tanışı olan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və Şahid2 orada olmuşdur. Ora gələnə qədər Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pul vermişdir. Orada İlyasın qeyd edilən məsələnin həlli üçün nə qədər pul verdiyini görməmişdir. Sonradan gələndə pul verilməsini eşitmişdir. Restorana gələn zaman üzərində 13.000 manat pul gətirmişəm. Restoranda görüş zamanı Təqsirləndirilən şəxs sosial müavinətin təyin edilməsi məsələsinin həll edilməsində və dövlət tərəfindən pulsuz ev verilməsi məsələsində ona kömək edəcəyini, ən uzağı 5-6 ay ərzində hər iki məsələni həll edəcəyini bildirmişdir. Lakin bu işləri ona tanışlıqla 18.000 manata həll edəcəyini bildirmişdir. Bundan sonra hamının yanında əlbəəl 13.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Fizuli pulu saydıqdan sonra 12.900 manat pul olduğunu bildirmişdir. Bundan sonra 100 manat pul ona yenidən vermişdir. 13.000 manatı Təqsirləndirilən şəxs verdikdən bir müddət sonradan Şahvələd kimi tanıdığı şəxs onun yanına gəlmişdir. Bu görüşdən sonra İlyasın Təqsirləndirilən şəxs 16.000 manat pul verdiyini öyrənmişdir. Geri qalan 5.000 manat pulu isə 2 ay sonra yəni 2023-cü ilin sentyabr ayının əvvələrində “052’' adlı restoranın qarşısında Təqsirləndirilən şəxs vermişdir. Bir neçə ay sonra qazi yoldaşı Zərərçəkmiş şəxs3 sosial müavinətin verməsi məsələsi ilə bağlı Təqsirləndirilən şəxs ümumilikdə 13.700 manat pul verdiyini öyrənmişdir. 18000 manat pul verdikdən sonra Təqsirləndirilən şəxsla mütəmadi olaraq telefon əlaqəsi saxlayıb məsələnin nə yerdə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs onunla telefonda danışanda hər dəfə onu müxtəlif bəhanələrlə aldadaraq işinin həlli ilə bağlı heç bir hərəkət etməmişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs pul aldığı digər qazi yoldaşları ilə danışıb onların əlilliklə bağlı sosial müavinət məsələsinin nə yerdə olduğunu soruşan zaman onların da işlərinin həll olunmadığını eşidib Təqsirləndirilən şəxs tərəfindən aldadılmağı barədə içində şübhələr yaranmışdır. 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayaraq onu aldatmasını və pulunu geri qaytarmasını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs məsələnin alınmadığını və pulumu da geri qaytarmayacağını demişdir. Bundan sonra Sərxanla danışaraq pulu geri qaytarılmasını tələb etmiş, Sərxan isə bu barədə şikayət etməyini demişdir.. Təqsirləndirilən şəxs eyni əməlləri digər qazi yoldaşları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 qarşı da törətmişdir. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, 2019-cu ilin aprel ayında Cəlilabad rayonuna hərbi xidmətə yollanmışdır. 2020-ci ilin sentyabr ayında başlayan ikinci Qarabağ müharibəsində işğal altında olan torpaqların azad edilməsi məqsədilə gedən döyüşlərdə bir neçə rayonun azad edilməsi uğrunda döyüşmüşdür və 2020-ci ilin noyabr ayında Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə sol ayaq nahiyyəsindən qəlpə yarası almışdır. Daha sonra aldığı xəsarətlə bağlı Müdafiə Nazirliyinin Hərbi Hospitalında müalicə almışdır. Müalicə bitdikdən sonra müharibə başa çatdığı üçün hərbi xidməti çəkməyə davam etmişdir. Hərbi xidməti başa çatdıqdan sonra MAXE hərbi qulluqçu kimi işləməyə başlamışdır. 2023-cü ilin yay aylarında Hərbi Hospitalda olan zaman qazi yoldaşı Zərərçəkmiş şəxs1 ilə qarşılaşmışdır. Onunla söhbəti zamanı həmyerlisi Sərxan adlı tanışının olmasını, Sərxanın köməkliyi ilə əlilliklə bağlı sosial müavinət alacağını və pulsuz ev verilmə məsələsinin həll ediləcəyini bildirmişdir. Lakin bu işləri Sərxanın tanışı Təqsirləndirilən şəxs adlı şəxsin həll edəcəyini söyləmişdir. Bu zaman o sosial müavinətin təyin edilməsi məsələsinin həll edilməsində ona da kömək göstərmələrini xahiş etmişdir. İlyas bu barədə məlumat verəcəyini demişdir. Təxminən 4-5 gün sonra İlyasla birlikdə Təqsirləndirilən şəxsla Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Quzu” restoranında görüşüb məsələ barədə danışmışlar. Söhbət zamanı Təqsirləndirilən şəxs onun əlilliklə bağlı sosial müavinət məsələsinə ən uzağı 5-6 ay ərzində həll edəcəyini, lakin bunun üçün 13.700 manat pul verməli olduğunu və məsələnin həll ediləcəyi təqdirdə əlavə olaraq 2.000 manat pul verməli olduğunu bildirmişdir. Həmin görüş zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs əlilliklə bağlı sosial müavinətin alınmasına köməklik edilməsi üçün 12.800 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs pulu götürüb sayaraq cibinə qoymuşdur. Bundan sonra Zərərçəkmiş şəxs2 da gəlmişdir. Zərərçəkmiş şəxs2 əlilliklə bağlı sosial müvainətin verilməsində ona köməklik etməsini Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs ona köməklik edə biləcəyini bildirmişdir. Bu mövzu barədə bir müddət söhbət etdikdən sonra Zərərçəkmiş şəxs2 hamının yanında 13.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Fizuli həmin puluda götürürək cibinə qoymuşdur. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 13.000 manat pul verdikdən sonra Şahid2 bizi görüb yanımıza gəlmişdir. Bundan bir gün sonra mən, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə isə yenə də həmin restoranda görüşmüşük. Zərərçəkmiş şəxs1 bu görüş zamanı məndən borc aldığı 3.200 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin görüşləri zamanı da Təqsirləndirilən şəxsla ona köməklik etməsi barədə söhbət etmişlər. Təqsirləndirilən şəxsla razılaşdıqdan sonra 2023cü ilin avqust ayında 6.700 manat pulu yuxarıda qeyd etdiyi restoranda Zərərçəkmiş şəxs1 iştirakı ilə Təqsirləndirilən şəxs əlbəəl vermişdir. Bir neçə həftə sonra Fizuli ona zəng edərək qalan pulu, yəni 7.000 manatı verməli olduğunu bildirmişdir. 7.000 manat hazırladıqdan sonra Təqsirləndirilən şəxs zəng edərək pulun hazır olduğunu bildirmişəm. Fizuli isə ona kart hesabı verərək pulu ora atmağını bildirmişdir. Mənə verdiyi kartın kimə məxsus olduğunu soruşduqda həmin kartın Şahvəldə məxsus olduğunu bildirərək öz kartında problem olmasını pulu verdiyi hesaba atmasını bildirmişdi. Mən isə 7.000 manat pulu Fizulinin verdiyi kart hesabına atmışam. Ümumilikdə 13.700 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxsla mütəmadi olaraq telefon əlaqəsi saxlayıb məsələnin nə yerdə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs onunla telefonda danışanda hər dəfə müxtəlif bəhanələrlə aldadaraq işin həlli ilə bağlı heç bir hərəkət etməmişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs pul aldığı digər qazi yoldaşlarıyla danışıb onların əlilliklə bağlı sosial müavinət məsələsinin nə yerdə olduğunu soruşan zaman onların da işlərinin həll olunmadığını eşidib Təqsirləndirilən şəxs tərəfindən aldadılmağım barədə şübhələr yaranmışdır. 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayaraq onu aldatmasını və pulunu geri qaytarmasını ondan tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs məsələsinin alınmadığını və pulunu da geri qaytarmayacağını deyərək şikayət etməyini bildirmişdir. Təqsirləndirilən şəxs eyni əməlləri digər qazi yoldaşlarım Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı da törətmişdir. Sonda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2018-ci il tarixdən 2021-ci ilin ayına qədər Müdafiə Nazirliyinin ayrı-ayrı hərbi hissəslərində hərbi qulluqçu kimi xidmət etmişdir. 2020-ci ilin sentyabr ayında başlayan İkinci Qarabağ müharibəsində işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlərdə döyüşmüşdür və 2020-ci il Tovuz döyüşlərində başından və ayağından qəlpə yarası alaraq yaralanmışdır. 2020-ci ilin sentyabr ayında başlayan İkinci Qarabağ müharibəsində 9 işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlərdə bədənimdən aldığım müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Bundan sonra xəsarətləri ilə əlaqədar olaraq hərbi xidmətdən təxris olmuşdur. Hazırda 3-cü qrup əlildir və bununla bağlı sosial müavinət alır. 2023-cü ilin yay aylarında hərbi xidmətdən tanışı olan Şahid1 ona zəng edərək tanışı olan Zərərçəkmiş şəxs1 adlı şəxsə əlilliklə bağlı sosial müavinətin alınmasına köməklik edə biləcəyini soruşmuşdur. Bundan sonra o, Sərxan və İlyas "Whatsapp" mobil tətbiqində görüntülü zəng vasitəsi ilə danışmışlar. Həmin danışıq zamanı onlara Sərxanın da tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsin İlyasa bu məsələ ilə bağlı köməklik edə biləcəyini deyərək əlaqə nömrəsini onlara vermişdir. Bundan sonra Sərxan ona zəng edərək Təqsirləndirilən şəxsla görüşəcəklərini və onlarla görüşməyə dəvət etmişdir. Həmin vaxt MN-in Hərbi hospitalında olmuşdur. Maddi vəziyyəti yaxşı olmadığına görə Sərxandan 20 manat pul istəmiş və Sərxan da ona verə biləcəyini demişdir. Bundan sonra Bakı şəhəri, 20 Yanvar deyilən ərazidə Sərxan, İlyas Fizuli ilə görüşübdür. Sərxanla görüş zamanı Sərxan ona İlyasın əlilliklə bağlı sosial müavinətin alınması məsələsi ilə bağlı Fizuli ilə görüşdüklərini bildirərək onu ayrıca qırağa çəkib "qoy onlar öz söhbətlərin etsinlər” demişdir. Bundan sonra Sərxanla qırağa çəkilmişlər. X5 ilə birlikdə söhbət etmişlər. Bundan bir neçə gün sonra MN-in hərbi hospitalında olanda günorta yeməyi üçün Hərbi hospitalın yanında olan “Quzu" adlı restorana getmişlər. Restoranda olan zaman orada Sərxan, Fizuli, İlyas, Baloğlan və sonradan adını bildiyi Elmar adlı şəxsdə orada olubdur. Bundan sonra onların yanına getmişdir. Orada qeyd etdiyi şəxslər Fizuli ilə əlilliklə bağlı sosial müavinətin alınması məsələsi ilə bağlı söhbət edirmişlər. Orada olan zaman Təqsirləndirilən şəxs nə İlyas, nə də ki, Baloğan tərəfindən pul verilməsini görməmişdir. Lakin həmin görüşdən sonra bilmişdir ki, Fizuli onlara sosial müavinət məsələsinin həllini 18.000 manat həll edəcəyinə söz vermişdir. Bundan bir müddət keçəndən sonra yenidən MN-nin Hərbi hospitalına getmişdir. Hərbi hospitaldan çıxdıqdan sonra hospitaldan kənarda Təqsirləndirilən şəxs görmüşdür. Onu gördükdə ona yaxınlaşıb biraz söhbət etmişlər. Görüş zamanı Fizuli tanımadığı bir şəxsə zəng vurmuş və daha sonra ondan kartını istəyərək pul köçəcəyini bildirmişdir. Bank kartını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin karta 6.950 manat pul köçürüldüyünü bildirmişdir və həmin pulu yaxınlıqdakı bankomatdan gedib çıxarmışlar. Həmin pulun Zərərçəkmiş şəxs3 aid olmasını sonradan söhbət zamanı Zərərçəkmiş şəxs2 eşitmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mənə zəng edərək Təqsirləndirilən şəxs onların telefon zənglərini açmadığını və ona zəng edərək onların telefon zənglərinə cavab verməsini xahiş etmişlər. Onlarla söhbətim zamanı İlyas Fizuliyə əlilliklə bağlı sosial müavinətin alınmasına köməklik üçün 16.000 manat pulunun və eyni məslənin həlli üçün Baloğlan isə ayrı-ayrılıqda, yəni 5.000 manat və 13.000 manat olmaqla 18.000 manat pul verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs 2-3 il bundan əvvəl Maştağada olan Psixiatriya Mərkəzində olan zaman tanımışdır. Fizuli ilə söhbət əsnasında onun əlilliklə bağlı sənədləşmə işlərini yaxşı bildiyini demişdir. Ona görə də Sərxan və İlyasa qeyd edilən məsələ ilə bağlı Fizulidən kömək istəyə biləcəklərini demişdir. “Quzu" adlı restoranda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs əlilliklə bağlı sosial müavinətin alınmasına köməklik edilməsi adı altında pul verməsini görməmişdir. Lakin, sonradan onların özündən Təqsirləndirilən şəxs əlilliklə bağlı sosial müavinətin alınmasına köməklik edilməsi üçün Zərərçəkmiş şəxs1 16.000 manat pul və eyni məslənin həlli üçün Baloğlan isə ayrı-ayrılıqda, yəni 5.000 manat və 13.000 manat olmaqla ümumilikdə 18.000 manat pul verdiyini eşitmişdir. Zərərçəkmiş şəxs3 adlı şəxsin adını ilk dəfə Zərərçəkmiş şəxs2la olan telefon danışıqlarından eşitmişdir. Baloğlan ona bildirdi ki, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 adlı şəxsi əlilliklə bağlı sosial müavinətin alınmasına köməklik edilməsi üçün Təqsirləndirilən şəxsla tanış etmişdir. Yuxarıda qeyd etdiyi kimi ona məxsus karta 6.950 manat pul köçürdüyünü Zərərçəkmiş şəxs3 etməsini sonradan söhbət zamanı Zərərçəkmiş şəxs2 eşitmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs1 və şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Lakin Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Zərərçəkmiş şəxs1 və Şahid1 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin İ cildinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 31 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; Cinayət işinin İ cildinin 7-ci vərəqində olan Zərərçəkmiş şəxs1 23 may 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona əlilliklə bağlı sosial müavinət düzəldəcəyini və dövlət tərəfindən pulsuz ev verilməsi məsələsini həll edəcəyini vəd verib aldadaraq 2023-cü ilin iyul ayında 16000 (on altı min) manat pulunu ələ keçirmişdir; Cinayət işinin İ cildinin 12-ci vərəqində olan Zərərçəkmiş şəxs2 23 may 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona əlilliklə bağlı sosial müavinət düzəldəcəyini və dövlət tərəfindən pulsuz ev verilməsi məsələsini həll edəcəyini vəd verib aldadaraq 2023-cü ilin iyun ayından avqust ayına qədər olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 18000 (on səkkiz min) manat pulunu ələ keçirmişdir; Cinayət işinin İ cildinin 17-ci vərəqində olan Zərərçəkmiş şəxs3 23 may 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona əlilliklə bağlı sosial müavinət düzəldəcəyini və dövlət tərəfindən pulsuz ev verilməsi məsələsini həll edəcəyini vəd verib aldadaraq 2023-cü ilin oktyabr ayı ərzində hissə-hissə olmaqla ümumilikdə 13700 (on üç min yeddi yüz) manat pulunu ələ keçirmişdir. Cinayət işinin İ cildinin 45-46-cı vərəqlərində olan şübhəli şəxsin tutulması haqqında 31 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:20-də CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; Cinayət işinin İ cildinin 87-ci vərəqində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır; Cinayət işinin İ cildinin 98-ci vərəqində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; Cinayət işinin İ cildinin 109-cu vərəqində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildinin 119-120-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İ cildinin 139-143-cü vərəqlərində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-744/2024 nömrəli qərardan görünür ki, vəsatətin təmin olunması, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin 31 may 2024-cü il tarixdən hesablanması qərara alınmışdır; cinayət işinin İ cildinin 152-ci vərəqində olan Zərərçəkmiş şəxs1 20 iyun 2024-cü il tarixli ərizəsindən görünür ki, iş üzrə təqsirləndirilən şəxsin qohumları tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir və həmin şəxslə barışmış, Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti yoxdur; cinayət işinin İ cildinin 153-cü vərəqində olan Zərərçəkmiş şəxs2 20 iyun 2024-cü il tarixli ərizəsindən görünür ki, iş üzrə təqsirləndirilən şəxsin qohumları tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir və buna görə də, həmin şəxslə barışmış, Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti yoxdur; cinayət işinin İ cildinin 154-cü vərəqində olan Zərərçəkmiş şəxs3 20 iyun 2024-cü il tarixli ərizəsindən görünür ki, iş üzrə təqsirləndirilən şəxsin qohumları tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir və buna görə də, həmin şəxslə barışmış, Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti yoxdur; Cinayət işinin İ cildinin 155-157-ci vərəqlərində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; cinayət işinin İ cildinin 161-173-cü vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolları, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş qəbz iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilmiş, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmiş, cinayət işinin istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 əməllərində cinayət qanunvericiliyi nəzərdə tutulmuş cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi və ya aradan qaldırması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmişdir; cinayət işinin İ cildinin 174-176-cı vərəqlərində olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında 3 növ cəza yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, tərəfindən dəymiş ziyanın tamamilə ödənilməsi, himayəsində azyaşlı uşaqlarının olması və s.) və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, məhkəmə istintaqı zamanı həbs altında saxlanıldığı 02 (iki) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs vermiş olduğu pul vəsaitini təsdiq edən bank əməliyyatının qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) ay müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini (Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, Gənclik küçəsi, ev 12, mənzil 24) tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan – Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs vermiş olduğu pul vəsaitini təsdiq edən bank əməliyyatının qəbzi cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar