Məhkəmə qərarları › İş №1(006)-367/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-367/2021

19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-367/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Məmmədyarov Bulvar küçəsi ev 5, mənzil 22-də qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 04 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə güzəştli şərtlərlə mənzilin alınmasında köməklik etmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə biləbilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Bakı şəhəri, Yasamal rayonu Nazim Hikmət küçəsində inşa etdiyi sosial evlərdən güzəştli 72 kv.metr ölçüdə 3 otaqlı mənzil təşkil edəcəyi adı ilə yalan vəd verib vahid niyyətlə əhatə olunan qəsdlə 05 dekabr 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi metropolitenin «Nizami» stansiyasının qarşısında 7000 manat, 14 dekabr 2018-ci il tarixdə yenidən həmin ünvanda 2500 manat, 08 yanvar 2019cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi məhəllə 523-də 200 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 9700 (doqquz min yeddi yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə güzəştli şərtlərlə mənzilin alınmasında köməklik etmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində inşa etdiyi sosial evlərdən güzəştli 3 otaqlı mənzil təşkil edəcəyi barədə yalan vəd verib vahid niyyətlə əhatə olunan qəsdlə 14 dekabr 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi metropolitenin «Nizami» stansiyasının qarşısında 7000 manat, 10 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi məhəllə 523də 200 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 7200 (yeddi min iki yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə güzəştli şərtlərlə mənzilin alınmasında köməklik etmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsində inşa etdiyi sosial evlərdən güzəştli 40 kv. metr ölçüdə 1 otaqlı mənzil təşkil edəcəyi barədə yalan vəd edib 03 aprel 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi məhəllə 523-də 2000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə güzəştli şərtlərlə mənzilin alınmasında köməklik etmək üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq sonuncunun inam və etibarını qazanmaqla Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində inşa etdiyi sosial evlərdən güzəştli 80 kv. metr ölçüdə 3 otaqlı mənzil təşkil edəcəyi barədə yalan vəd edib vahid niyyətlə əhatə olunan qəsdlə 02 mart 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi məhəllə 523-də 200 manat, 04 mart 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 88-də 800 manat, 06 mart 2020-ci il tarixdə Yasamal rayonu Zahid Xəlilov küçəsi məhəllə 523-də 300 manat, 11 mart 2020-ci il tarixdə Yasamal rayonu, İnşaatçılar prospekti 88-də 1200 manat, 16 mart 2020ci il tarixdə həmin ünvanda 3000 manat, 24 mart 2020-ci il tarixdə ünvan 4 ünvanının qarşısında 7000 manat, Nəsimi rayonu, Azadlıq prospekti 191 E ünvanında yerləşən «Ağ Çiçəyim» gül mağazasının qarşısında 2500 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 15000 (on beş min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci Məmmədyarov Bulvar küçəsi ev 5, mənzil 22-də qeydiyyatda olsa da, uzun müddət Bakı şəhərinin müxtəlif yerlərində kirayədə yaşamışdır. Tərəfindən törədilmiş dələduzluq cinayətinə görə Yasamal rayon məhkəməsinin hökmü ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, sonradan zərərçəkmiş şəxslər tərəfindən verilən apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ona qəti olaraq 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hazırki cinayət işi üzrə zərərçəkmiş şəxləri Şahid2 vasitəsilə tanımışdır. Belə ki, anası Şahid1 2018-ci ildə Şahid2 adlı xanımın az yaşlı uşaqlarına baxırmış, həmçinin onların təhsili ilə məşğul olmuşdur. Çinarə uşağını kirayə yaşadığı mənzilə gətirib aparmışdır. Çinarəni həmin vaxtdan tanımışdır. Çinarəyə söhbət edən zaman ona demişdir ki, onun yaxşı əlaqələri var və ondan istifadə edərək Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal rayonu Nazim Hikmət küçəsində inşa etdiyi sosial mənzillərdən güzəştli şərtlərlə mənzil təşkil edə bilir. Bir neçə dəfə Çinarə ilə bu barədə söhbət etmişdir. Bu söhbətlərdən bir neçə vaxt keçdikdən sonra Çinarə mobil telefonla ona zəng vuraraq demişdir ki, iş yoldaşı Şahinlə söhbət zamanı onun güzəştli mənzil təşkil edəcəyini demiş, Şahin də öz növbəsində ona bildirmişdir ki, Marat adlı dostu sosial mənzil almaq istəyir, bir sözlə Çinarə bildirmişdir ki, Marat adlı şəxs onu yığacaqdır. 2018-ci ilin dekabr ayının əvvəllərində Marat mobil telefonla zəng vuraraq sosial mənzil almaq istədiyini bildirmiş, yalandan Marata demişdir ki, mənzillər Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşir, binalar 12 mərtəbəlidir. Marat öz növbəsində demişdir ki, 3 otaqlı mənzil istəyir. Belə olan halda Marata demişdir ki, ona 72 kv. metr ölçüdə, 3 otaqlı ev təşkil edə bilər. Həqiqətən həmin ərəfədə özü internet vasitəsi ilə MİDAnın inşa etdiyi güzəştli mənzillər barəsində maraqlanmışdır. Ona görə də inşa edilən binaların nömrələrini, tikilən mənzillərin nömrələrini, onlardan hansı mənzillərin satılmadığı haqqında məlumat toplamışdır. Marata əlavə olaraq bildirmişdir ki, həmin mənzil 10 saylı binadadır və 6-cı mərtəbədə yerləşir, 24 nömrəli mənzildir. Ev təmirli olsa da içərisində heç bir əşya olmayacaqdır. Həmin mənzillər dövlət işçilərinə verilməsi üçün nəzərdə tutulmuş, bu mənzili əlaqələrindən və şəxsi tanışlığından istifadə edərək təşkil edə bilir. Marat qiymət barəsində soruşduqda demişdir ki, bunun üçün 7000 manat pul verməlidir, həmin ödəniş bir dəfəlikdir, bundan sonra heç bir ödəniş etməyəcəkdir. Mənzil 2019-cu ilin fevralmart ayında onun adına keçəcəkdir. Danışıq zamanı Maratla razılaşmışlar ki, 05 dekabr 2018-ci il tarixdə görüşəcəklər və 7.000 manat pulu ona verəcəkdir. 05 dekabr 2018-ci il tarixdə günorta saatlarında Maratla Yasamal rayonu, Nizami metrostansiyasnın yaxınlığında, yəni Cəfər Cabbarlı küçəsində görüşmüşlər. Həmin vaxtı Marat Şahin adlı dostu ilə gəlmişdir. Maratla bir qədər söhbət etdikdən sonra ona demişdir ki, internet vasitəsi ilə güzətli mənzillərlə tanış olmuşdur. Daha sonra Marat 7.000 manat pulu və şəxsiyyət vəsiqəsinin ksero surətini ona vermişdir. Pulu alan zaman Marata yalandan olaraq demişdir ki, guya pulu sosial mənzil təşkil etmək üçün müəyyən şəxslərə verir. Bir müddət keçdikdən sonra Marat mobil telefon vasitəsi ilə zəng vuraraq demişdir ki, Timur adlı dostu var, o da sosial mənzil almaq istəyir. O, isə cavabında Marata problem olmadığını, 2-3 otaqlı güzəştli mənzil təşkil edə biləcəyini demişdir. Onların da hər biri 7.000 manatdır. Daha sonra Timur adlı şəxs də mobil telefon vasitəsi ilə ona zəng vuraraq bu barədə maraqlanmışdır. Timur da onunla 3 otaqlı mənzil barəsində razılaşmışdır. Danışıqlarına görə Timura da 3 otaqla güzətli mənzil təşkil etməli imiş. Bundan sonra Marat ona zəng vuraraq ona təşkil etdiyi mənzilin mebel dəsti ilə təmin edilməsi barədə maraqlanmışdır. Marata mebel dəstlərinin Embawood olduğunu demiş, daha sonra Marat özü mebel dəstləri seçərək mobil telefonla ona atmışdır. Mebellərə baxaraq Marata demişdir ki, bunu təşkil etmək üçün 2.500 manat lazımdır, Marat da razılaşmışdır. 14 dekabr 2018-ci il tarixdə günorta saatlarında Maratla yenə də Bakı şəhəri, Yasamal rayonu «Nizami» metrostansiyasnın qarşısında görüşmüşdür. Marat ona Timura sosial mənzil təşkil edəcəyinə görə 7.000 manat, guya ona təşkil edəcəyi mebel dəsti üçün də 2.500 manat pul vermişdir. Marat həmçinin bildirmişdir ki, Timur işdə olduğu üçün gələ bilməmiş və 7.000 manat pulu ona vermişdir ki, çatdırsın. Maratdan pulları qəbul edərək çıxıb getmişdir. 2019-cu ilin yanvar ayında Marata zəng vuraraq demişdir ki, onlara təşkil edəcəyi güzəştli mənzillərin sənədləşmə işləri vardır. Bunun üçün hər biri 200 manat pul verməlidirlər. 08 yanvar 2019-cu il tarixdə həmin vaxtı kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi məhəllə 523-də Marat onunla görüşərək 200 manat pul vermişdir. Daha sonra 10 yanvar 2019-cu il tarixdə Timurla da Yasamal rayonu Zahid Xəlilov küçəsi 523-cü məhəllədə görüşərək guya güzətli mənzilin sənədləşmə işləri üçün ondan 200 manat pul almışdır. Onların hər ikisi ilə görüşən zaman yalandan olaraq demişdir ki, adlarına hər hansı bir əmlakın olmaması barədə Daşınmaz Əmlakın Reystri Xidmətindən arayış almalıdırlar, həmçinin adlarına Asan İmza açdırmalıdırlar. Bir müddət keçdikdən sonra Marat və Timurla görüşərək sənədləri onlardan qəbul etmişdir. 2019-cu ilin mart ayının sonlarında pula ehtiyacı olduğundan mobil telefonla Marata zəng vuraraq bildirmişdir ki, guya 1 otaqlı güzəştli mənzil vardır. Həmin mənzil 40 kv.m, 1 otaqdan ibarətdir, ona təşkil edəcəyi mənzilin yanıdır. Həmin 1 otaqlı güzətli mənzili 2.000 manata ona təşkil edə bilər. Marat da onunla razılaşmışdır. 03 aprel 2019-cu il tarixdə kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 523-cü məhəllədə Maratla görüşərək 2.000 manat pulu ondan almışdır. Artıq Marat və Timur vəd etdiyi müddət çatdıqda zəng etməyə başlamışlar. Hər dəfə onların hər ikisinə də müxtəlif bəhanələr gətirmişdir. Sonrakı vaxtlarda artıq onlar verdikləri pulları tələb etməyə başlamışlar. O, onlardan əlavə müəyyən şəxslərə qarşı da eyni hərəkətləri edərək onların da pullarını ələ keçirmişdir. Bu səbəbdən də, Timur və Maratdan aldığı pulları geri qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 qarşı etmiş olduğu dələduzluqla bağlı onu deyə bilər ki, 2018-ci ilin mart ayında anası Şahid1 səhhətində problemlər yarandığından tez-tez TTYSna müraciət etmişlər. Dəqiq gününü xatırlamasa da deyə bilər ki, 2018-ci ilin mart ayında anası Tuğranın ağrıları olduğundan TTYS-na müraciət etmişdir. Bir qədər keçmiş ünvana həkim briqadası gəlmiş, həmin həkim Zərərçəkmiş şəxs1 olmuşdur. Yadulla anasını müayinə etmiş və ona tibbi yardım göstərmişdir. Yaddula ilə həmin günü tanış olmuş və ona məxsus mobil telefon nömrəsini götürmüşdür ki, nəsə problem olsa məsləhət etsin. Bundan sonra da bir neçə dəfə də TTYS-na müraciət edən zaman Zərərçəkmiş şəxs1 gəlmişdir. Yadulla ilə həmin günlərin birində elədiyi söhbət zamanı ona demişdir ki, guya şəxsi əlaqələri və tanışları vasitəsi ilə Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonu, Nazim Hikmət küçəsində tikilən sosial binalardan güzəştli mənzil təşkil edə bilir. Həmin mənzillər dövlət işçiləri üçün ucuz qiymətlərlə satılması nəzərdə tutulmuşdur. Bunun üçün həmin ərazidə hündür mərtəbəli binalar tikilmişdir. Mənzil almaq üçün 15.000 manat pul lazımdır. Ona 80 kv. metr ölçüdə, 3 otaqlı güzətli mənzil təşkil edə bilər. Yadulla da demişdir ki, ailəlidir, valideynləri ilə birlikdə yaşayır, lakin onlardan ayrı sərbəst şəkildə yaşamaq istəyir. Bunun üçün ilk öncə 200 manat dövlət rüsumu lazımdır. Daha sonra isə mənzil adına keçdikdən sonra 14.800 manat birdəfəlik ödəniş etməlidir, bundan başqa heç bir ödəniş etməyəcək və mənzil onun adına olacaqdır. Güzəştli mənzili təşkil etmək üçün onun və ailə üzvülərinin şəxsiyyət vəsiqəsinin ksero surətləri, nikah şəhadətnaməsinin ksero surəti, adına hər hansı bir daşınmaz əmlakın olmaması barədə və işlədiyi iş yerindən arayış tələb olunur. Belə danışdıqda artıq Yadullanın etibarını qazanmışdır. Bundan sonra Yadulla ona zəng vuraraq razı olduğunu demişdir. 02 mart 2020-ci il tarixdə Yadullaya zəng vuraraq demişdir ki, sənədlərin bir qismini və ilkin rüsum olaraq 200 manat lazımdır ki, sənədləşməyə başlasınlar. 02 mart 2020-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 523-cü məhəllədə görüşərək 200 manat pulu və müvafiq sənədlərin surətlərini Yadulladan almış və ona bildirmişdir ki, 2020-ci ilin mart ayının sonlarında dediyi ünvanda sosial evlə təmin olunacaqdır. Bundan sonra şəxsi ehtiyacları üçün pul lazım olduğundan Zərərçəkmiş şəxs1 zəng vuraraq yalandan guya hər dəfə müəyyən şəxslərə pul çatdırmaq lazım olduğundan əlavə olaraq da 14.800 manat pul almışdır. Belə ki, 04 mart 2020-ci il tarixdə Yadulla ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində görüşərək ondan 800 manat pul, 06 mart 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 523-cü məhəllədə Yadulla ilə görüşərək ondan 300 manat pul, 11 mart 2020-ci il tarixdə yenə də Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində görüşərək ondan 1200 manat pul, 16 mart 2020-ci il tarixdə yenə də Yasamal rayonu İnşaatçılar prospektində görüşərək Yadulladan 3.000 manat pul almış, həmin vaxtı Yadullanın arvadı Nuranə onun yanında olmuşdur. Bundan əlavə 24 mart 2020-ci il tarixdə Yadulla ilə onun yaşadığı ünvan 4 ünvanının qarşısında 7000 manat pul, sonuncu dəfə isə 30 mart 2020-ci il tarixdə Yadulla ilə Nəsimi rayonu, Azadlıq prospektində yerləşən «Ağ Çiçəyim» gül mağazasının qarşısında görüşərək ondan 2500 manat pul və müəyyən sənədləri almışdır. Beləliklə guya öz əlaqələrindən istifadə edərək Zərərçəkmiş şəxs1 15.000 manat pul müqabilində güzətli mənzil təşkil edəcəyi adı ilə göstərdiyi tarixlərdə və yerlərdə hissə-hissə 15.000 manat Yadulladan pul almışdır. Sonuncu dəfə Yadullaya demişdir ki, 10 aprel 2020-ci il tarixdə artıq sosial mənzili onun adına tam rəsmiləşdirəcəklər. Sonrakı vaxtlarda, yəni tutulan günə qədər də hər dəfə Yadullaya müxtəlif bəhanələr gətirmişdir. Beləliklə də, Zərərçəkmiş şəxs1 aldığı pulları da geri qaytara bilməmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, güzəştli mənzil təşkil edəcəyi adı ilə Zərərçəkmiş şəxs1 15.000 manat, Zərərçəkmiş şəxs2içdən 11.700 manat, Zərərçəkmiş şəxs3 isə 7200 manat pul almışdır. Əldə etdiyi pulları şəxsi ehtiyyacları üçün xərcləmişdir. Şahid2 və Şahid3 adlı şəxslər güzəştli mənzil təşkil olunması ilə bağlı ona heç bir məbləğdə pul verməmişlər. Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyində işləyən hər hansı bir şəxsi tanımır. Anası Şahid1 onun törətdiyi əməllər barəsində məlumatı olmamışdır. Anası Tuğra onun barəsində cinayət işi başlandıqdan sonra bu barədə məlumat almışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməllərini etiraf edərək peşman olduğunu bildirərək, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Digər Zərərçəkmiş şəxs3 təxminən 10 ildir ki, tanıyır. Timurla işlə bağlı tanış olmuşlar, bundan sonra miitəmadi olaraq əlaqə saxlayıb münasibət qurmuşlar, sonradan aralarında dostluq münasibətləri yaranmışdır. Timur və o hər ikisi evli olduqlarına görə mənzil alıb valideynlərindən ayrı yaşamaqlarını istəmişlər. Bunun üçün müxtəlif yollar axtarmışlar, bir müddət «İpoteka» ilə bağlı mənzil almaq istələr də pulları kifayət qədər olmamışdır. Həmçinin Timurla birlikdə sosial mənzillər axtarmağa başlamışlar. Bu barədə bir neçə nəfərdən maraqlansalar da demişlər ki, sosial mənzillər yalnız dövlət işçilərinə satılması üçün nəzərdə tutulmuşdur. Belə olan halda Timur dövlət işində işlədiyi üçün özü də əlavə olaraq sosial mənzillə maraqlandıqda bilmişlər ki, sosial mənzil almaq çətindir, bunun üçün növbəyə durmaq lazımdır və bu gec başa gəlir. Onlar sosial ev axtarmaqları barəsində iş yoldaşı Şahid3 də demişlər, aralarında bu barədə söhbət də olmuşdur. 2018-ci ilin noyabr ayının ortasından sonra işdə olan zaman iş yoldaşı Şahin ona demişdir ki, onun Çinarə adında keçmiş iş yoldaşı vardır. Belə ki, Çinarənin azyaşlı uşaqlarına Tuğra adlı bir xanım pul müqabilində baxır, yəni dayəlik edir. X10 adlı qızı vardır. Elnarə adlı xanım MİDA tərəfindən dövlət işçiləri üçün nəzərdə tutulmuş sosial evlər düzəldə bilir.Bbunun üçün müəyyən qədər ödəniş, yəni mənzilin 10 % ödənişini etdikdən sonra mənzillə təmin olunursan, daha sonra da aylıq olaraq mənzilə görə ödəniş edirsən. Şahinin bu söhbəti ona maraqlı gəldiyindən xahiş etmişdir ki, Elnarə adlı xanımla onu tanış etsin və mənzil barəsində söhbət etmək istəyir. Bundan sonra da, Şahin Çinarə adlı xanımdan Təqsirləndirilən şəxs mobil nömrəsini alaraq ona vermişdir. İstifadəsində olan 055 (050)-207-33-66 saylı mobil nömrələrdən Elnarənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə danışmışdır. Danışıq zamanı Elnarəyə demişdir ki, nömrəni Şahin adlı iş yoldaşı vermiş, Şahin də mobil nömrəni Çinarə adlı xanımdan götürmüşdür. Danışıq zamanı Elnarə demişdir ki, MİDA tərəfindən dövlət işçiləri üçün nəzərdə tutulmuş sosial evlər düzəldə bilir. Bu barədə görüşən vaxta kimi Elnarə ilə 3 dəfə danışıqları olmuşdur. 03-04 dekabr 2018-ci il tarixdə Elnarə ilə danışan zamanı ona bildirmişdir ki, sosial mənzillər Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşir. Binalar 12 mərtəbəlidir, ona 72 kv. metr ölçüdə, 3 otaqlı ev veriləcək, həmin mənzil MİDA tərəfindən tikilən 10 saylı binadadır və 6-cı mərtəbədə yerləşir, 24 nömrəli mənzildir. Ev təmirli olsa da, içərisində heç bir əşya olmayacaqdır. Həmin mənzillər dövlət işçilərinə verilməsi üçün nəzərdə tutulmuş, bu mənzili ona hörmətə görə təşkil edir, növbədənkənar mənzillə təmin edir. Bunun üçün ona 7.000 manat pul verməlidir, bundan sonra heç bir ödəniş etməyəcəkdir. Elnarənin dediyinə görə 2019-cu ilin fevral-mart ayında həmin mənzillər onun adına keçəcəkdir. Danışıq zamanı Elnarə ilə razılaşmışlar ki, 05 dekabr 2018-ci il tarixdə görüşərək 7.000 manat pulu ona versin. Danışıqdan sonra özü MİDA.gov.az saytına girərək mənzillərlə maraqlandıqda görmüşdür ki, Elnarə dediyi yerdə həqiqətən də MİDA tərəfindən binalar inşa edilmişdir və əmin olmuşdur ki, Elnarə mənzil təşkil edəcəkdir. 05 dekabr 2018-ci il tarixdə günorta saatlarında iş yoldaşı Şahinlə birlikdə Bakı şəhəri Yasamal rayonu, «Nizami» metrostansiyasının qarşısına getmişlər. Bir neçə dəqiqə gözlədikdən sonra Təqsirləndirilən şəxs gəlmiş, Elnarəni ilk dəfə həmin vaxtı görmüşdür. Elnarə ilə bir qədər söhbət etmişlər, Elnarə mobil telefonda dediklərini təsdiqləmişdir. O, 7.000 manat pulu və şəxsiyyət vəsiqəsinin ksero surətini Təqsirləndirilən şəxs vermişdir. X12 və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə üzbəüz yerləşən yol kənarında, yəni Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində vermişdir. Elnarə pulu və sənədi qəbul edərək çıxıb getmişdir. Elnarə pulu alan zaman demişdir ki, guya MİDA-da işləyən hansısa şəxsə çatır. Gedən zaman Elnarə ona bildirmişdir ki, hələ də boş mənzillər vardır. İstəyən olsa ona müraciət edə bilər. Bundan 1 həftə sonra dostu Timurla görüşən zamanı ona demişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsi tanışı vasitəsi ilə tanıyır. Elnarə xanım MİDA tərəfindən tikilən binalardan ona mənzil təşkil edir, bunun üçün də artıq 7.000 manat ona pul vermişdir. Danışığı Timura maraqlı gəlmiş və demişdir ki, o da sosial mənzil istəyir. Mobil telefonla Elnarə ilə əlaqə saxlayıb demişdir ki, Timur adlı dostu var, o da onun kimi sosial mənzil almaq istəyir. Elnarə ona 2-3 otaqlı sosial mənzillərin olduğunu bildirmişdir. Onların da hər biri 7.000 manatdır. Bundan sonra Timurla əlaqə saxlayıb mənzillərin olduğunu demişdir. Timur da razılaşmış, 13 dekabr 2018-ci il tarixdə Timurla görüşərək ondan 7.000 manat pulu götürmüşdür. Elə həmin ərəfədə iş yoldaşı Şahin ona demişdir ki, Çinarə Elnarədən eşitmişdir ki, təşkil edəcəyi mənzilləri istənilən mebel dəsti ilə təmin edə bilir. Maraqlı gəldiyindən Elnarəyə zəng vuraraq bu barədə danışdıqda təsdiqləyib demişdir ki, mebellər Embawoodundur, daha sonra ona link atmış, mebellərə baxaraq onları xoşlamamış və özü üçün mebellər seçərək Elnarəyə atdıqda o, problemin olmadığını, həmin mebellərlə də mənzili təmin edə bilər, bunun üçün 2.500 manat pul verilməlidir. O, da Elnarə ilə razılaşmışdır. Səhərisi günü, yəni 14 dekabr 2018-ci il tarixdə günorta saatlarında eyni qayda ilə Təqsirləndirilən şəxs ilə yenə də Bakı şəhəri Yasamal rayonu «Nizami» metrostansiyasının qarşısında görüşərək Timurun sosial mənzil alacağına görə 7.000, ona veriləcək mənzilə mebel dəsti almaq üçün 2.500 manat Elnarəyə pul vermişdir. Timurun mənzili Elnarənin dediyinə görə ona veriləcək mənzildən 1 mərtəbə aşağı, həmin binanın 5-ci mərtəbəsində yerləşir, eyni ilə 72 kv. m, 3 otaqdan ibarət olacaqmış, mənzil təmirli olsa da əşyalar olmayacaqdır. Elnarə bunları ona dedikdən sonra Timura Elnarənin danışdıqlarını çatdırmışdır. Elnarə pulları qəbul edərək çıxıb getmişdir. 2019-cu ilin yanvar ayının ilk günlərində Elnarə ona zəng vuraraq bildirmişdir ki, həm o, həm də Timur əlavə olaraq mənzillə bağlı olaraq qeydiyyata alınmaqlarına görə əlavə olaraq ona 200 manat pul verməlidirlər. 08 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu Zahid Xəlilov küçəsi məhəllə 523-də Elnarə ilə görüşərək ona 200 manat pul vermişdir. Timurun həmin günü işi olduğuna görə gedə bilməmişdir. 10 yanvar 2019-cu il tarixdə Timur da Yasamal rayonu Zahid Xəlilov küçəsi 523-cü məhəllədə görüşərək Elnarəyə sənədləşmə işlərinə görə 200 manat pul vermişdir. Sonra Elnarə onlara demişdir ki, hər ikisi adlarına hər hansı bir əmlakın olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış almalıdırlar, həmçinin adlarına Asan imza açdırmalıdırlar. Sonrakı günlərdə o, və dostu Timur adlarına Asan imza açdırmışlar, həmçinin hər ikisi adılarına heç bir əmlakın olmaması barədə arayış almışlar. Sonra da Timurla ayrı-ayrılıqda Təqsirləndirilən şəxs ilə görüşərək sənədləri ona çatdırmışlar. Elnarə 2019-cu ilin mart ayından etibarən ona zəng vuraraq demişdir ki, 1 otaqlı mənzil vardır. Elnarəyə pulunun olmadığını demişdir. Elnarə də demişdir ki, həmin mənzil 40 kv.m, 1 otaqdan ibarətdir, ona verilən mənzilin yanıdır. Elnarə bir neçə dəfə dedikdən sonra razılaşmışdır. Elnarə demişdir ki, 1 otaqlı mənzil 3.500 manatdır, lakin sonuncu qalan ev olduğuna görə ona 2.000 manata verəcəkdir. 03 aprel 2019-cu il tarixdə Elnarənin yaşadığı Bakı şəhəri Yasamal rayonu, Zahid Xəlilov küçəsi 523-cü məhəllədə görüşərək 2.000 manat pulu ona vermişdir. Elnarənin dediyi müddət çatdıqda qeyd etmişdir ki, mənzillərin rəsmi satışına başlanmamış, buna görə də müddət uzanır. Özü MİDA.gov.az-a baxdıqda görmüşdür ki, həqiqətən də mənzillərin satışına başlanmamış, bir-iki ay keçdikdən sonra yenidən rəsmi sayta baxdıqda görmüşdür ki, 2019-cu ilin iyul ayından etibarən MİDA-nin inşa etdiyi həmin mənzillərin satışına başlanılacaqdır. İyul ayı çatdıqda mənzillərin bir qismi satılmışdır. Onlar Elnarədən soruşduqda demişdir ki, guya onları növbədən kənar keçirmiş, əvvəlcə dövlət işçiləri mənzilləri aldıqdan sonra onlara veriləcəkdir, bu proses 2019-cu ilin sentyabr-oktyabr ayında olacaqdır. Həmin müddət çatdıqda yenə də mənzil verilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə vaxt qazanmışdır. 2019cu ilin dekabr ayının sonlarında o və Timur Elnarə ilə görüşmüşlər. Elnarə onlara demişdir ki, mənzillər alınmır, o, pul verdiyi adam hazırda burda yoxdur. 14 yanvar 2020-ci il tarixdə pulları qaytarılacaqdır. Həmin müddət çatdıqda yenə də Elnarədən xəbər çıxmamışdır. Elnarə onların zənglərinə cavab verməmişdir. 23 yanvar 2020-ci il tarixdə o, Timurla birlikdə Yasamal rayonu «Elmlər Akademiyası» metro stansiyasının qarşısında Elnarənin anası Tuğra ilə görüşmüşlər. Tuğra görüş zamanı onlara demişdir ki, torpaqları vardır, əlavə olaraq da bankdan pul krediti götürərək pulları qaytaracaqdır. Beləliklə Elnarə onlardan uzaqlaşmış, 2020-ci ilin fevral ayından artıq Elnarə ilə əlaqələri kəsilmiş, ona zəng çatmamışdır. Sonra eşitmişlər ki, Təqsirləndirilən şəxs onlardan əlavə çoxlu sayda şəxslərin pulunu dələduzluq yolu ilə ələ keçirmiş və bu səbəbdən də tutulmuşdur. Bir sözlə Təqsirləndirilən şəxs MİDA tərəfindən tikilən sosial mənzillərdən ev təşkil edəcəyi adı ilə ümumilikdə ona məxsus 11.700 manat pulu, Timura məxsus isə 7.200 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayının 14-dən etibarən dostu Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2018-ci ilin noyabr ayında tanışı Marat ona demişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində sosial evlər tikirlər, oradan ev almaq istəyir, ona təklif gəlmişdir ki, oradan ev götürmək olar. Marat təlkif etmişdir ki, əgər istəyirsə həmin mənzillərdən götürsün. O, cavabında Marata demişdir ki, əgər tanış adam varsa götürmək istəyir. Marat ona bununla bağlı bir nəfərin olduğunu, 7000 manat pul alaraq tez bir müddətdə sosial mənzil almaq üçün növbəyə saldığını demişdir. Maratın bu təklifi ona xoş gəlmiş, düşünmüşdür ki, kirayədə yaşadığından ona mənzil lazımdır. Maratın təklifi ilə razılaşmışdır, Marat ona həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bildirmiş və demişdir ki, Təqsirləndirilən şəxs mobil nömrəsini ona verəcək, onunla görüşüb söhbət etmək lazımdır, daha sonra 7000 manat ödəniş etməlidir. O da, Maratla razılaşmış, lakin vaxtı olmadığına görə həmin Elnarə adlı qadınla görüşə bilməmiş və mənzil almaq məsələsi ilə əlaqədar onunla söhbət edə bilməmişdir. Sonra 14 dekabr 2018-ci il tarixdə Maratla görüşmüş, ondan xahiş etmişdir ki, işləri ilə bağlı vaxtı yoxdur. Bu səbəbdən də 7000 manatı Marata verib xahiş etmişdir ki, pulu Elnarəyə çatdırsın ki, onun sosial mənzil məsələsini həll etsin. Daha sonra Marat onunla əlaqə saxlayıb demişdir ki, pulu Təqsirləndirilən şəxs adlı şəxsə çatdırmış və sonuncu məsələni həll edəcəyinə söz vermişdir. 2019-cu ilin yanvar ayının 10-da Marat ona zəng vurub demişdir ki, Elnarə ounula əlaqə saxlayıb bildirmişdir ki, sosial mənzil almaq üçün adına ev olmaması barədə arayış, həmçinin asan imza alınmalıdır, bundan əlavə 200 manat pul lazımdır ki, sənədləşmə ilə bağlı rüsumu keçirsin. 2019-cu ilin yanvar ayının 10-da Maratla birlikdə Elnarənin yaşadığı binanın yanına getmişlər, həmin yer Bakı şəhəri, Yamasal rayonu, Zahid Xəlilov küçəsi 523-cü məhəllə olmuşdur. Elnarə ilə orada görüşmüşlər, həmin vaxtı ilk dəfə Elnarəni görmüş, 200 manat pulu Elnarəyə vermişdir. Elnarə də ona demişdir ki, Azərbaycan Respublikasının Prezidenti evlərin təhvil verilməsi ilə bağlı sərəncam verdikdən sonra mart ayında mənzillər hazır olaraq sahiblərinə veriləcəkdir. O, da Elnarənin bu sözünə inanmışdır. 2019-cu ilin fevral ayının axırlarında adına ev olmaması barədə arayışı və asan imzanı almış, özü Elnarənin yaşadığı evinə getmiş və orada Elnarəyə təqdim etmişdir. Bundan sonra gözləməyə başlamış, internet üzərindən sosial evlərin nə vaxt insanlara verilməsi qərarının çıxmasını gözləmişdir. Buna baxmayaraq, Marat hərdən Elnarəyə zəng vuraraq evlərin nə vaxt veriləcəyini soruşmuş, Elnarə də Marata deymişdir ki, «tikinti hələ qurtarmamışdır, binaları hələ təhvil verməmişlər, ona görə də Azərbaycan Respublikası Prezidentinin qərarı gecikir, səbrli olun, düzələr». 2019-cu ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin qərarı çıxmışdır. Elnarə ilə əlaqə saxladıqda demişdir ki, «hər şey yaxşıdı, sizin adınız siyahıda var, sizi çağırarlar, gözləyin». Beləcə Elnarə müxtəlif bəhanələrlə onları yayındırmışdır. 2019-cu ilin dekabr ayında axırıncı dəfə Marat Elnarə ilə danışıb ona demişdir ki, «ya bizim mənzil məsələmizi həll elə, ya da ki, pulumuzu qaytar». Bundan sonra, Elnarə ilə Nizami kinoteatrının yanında görüşmüşlər, görüş zamanı Elnarə onlara «narahat olmayın, bu adam ki, var kim ki sizə sənəd verməli idi, müalicə ilə əlaqədar xaricə getmişdir, mən də onu gözləyirəm, pulu da ona vermişəm, gəlsin sizə xəbər edərəm, mənzillərinizi də sizə verəcəklər» deyə bildirmişdir. 2020-ci ilin yanvar ayının 8-də Marat Elnarəyə zəng vurmuş, lakin Elnarə Maratın zənglərinə cavab verməmişdir. Sonradan Elnarə özü Marata zəng vuraraq demişdir ki, «bir-iki gün də səbr edin, adam hələ gəlməyib, inşallah hər şey yaxşı olacaq». Daha sonra Elnarənin anası Tuğra ilə Elmlər Akademiyası metrostansiyasnın yaxınlığına görüşmüşlər, sonuncu qızının problemlər içində olduğunu demiş və onlardan müddət istəmişdir. Sonradan eşitmişlər ki, Elnarənin barəsində çoxlu sayda insanları aldatdığına görə cinayət işi açılmışdır. Elnarə ona ümumilikdə 7200 manat ziyan vurmuşdur. Halhazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2013-cü ildən Bakı şəhəri X4 Yardım Stansiyasının 8 saylı bölməsində səyyar həkim işləyir. 2018-ci ilin mart ayında bir nəfər şəxs işlədiyi TTYS-na müraciət etmiş, həmin vaxt növbədə olmuşdur. Daxil olmuş müraciət əsasında briqada ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu Zahid Xəlilov küçəsi 523-cü məhəlləyə hazırda mənzil nömrəsini xatırlamadığı ünvana getmişdir. Ünvana daxil olduqdan sonra «Tuğra» adlı şəxsin müraciət etdiyini bilmiş, müayinə etmiş, orada müəyyən olunmuşdur ki, öd kisəsində daş vardır və ağrıları da ondandır. Müvafiq yardımdan sonra Tuğra xanımın səhhəti normal vəziyyətə qayıtmışdır. Elə həmin vaxt Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Elnarə Abdullayevə evdə olmuşdur, yardım zamanı bilmişdir ki, Elnarə xanım Tuğra adlı qadının qızıdır. Müayinə bitdikdən sonra Təqsirləndirilən şəxs ona məxsus olan mobil nömrəni götürmüşdür ki, hərdənbir xəstəliyi ilə müraciət edər. Bundan sonra da işdə növbədə olan zaman bir neçə dəfə Elnarə və yaxud da anası Tuğra TTYS-na müraciət etmişdir. Qeyd olunan ünvana gedərək onları müayinə etmişdir. Bununla da Təqsirləndirilən şəxs ilə xəstə kimi münasibəti yaranmışdır. Aralarında olan söhbət zamanı Elnarəyə demişdir ki, əslən Zəngilan rayonu Dəlləkli kəndindən olsa da, Bakı şəhərində yaşayır. Ailə vəziyyəti ilə əlaqədar olaraq ev almaq istəyir. Bunun üçün sosial mənzil lazımdır. Belə olan halda Təqsirləndirilən şəxs demişdir ki, heç bir problem yoxdur. Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində sosial mənzillər vardır. Həmin mənzillər dövlət işçiləri üçün ucuz qiymətlərlə satılması nəzərdə tutulmuşdur və MİDA tərəfindən inşa edilmişdir. Lakin Təqsirləndirilən şəxs ilə aralarında mənzilin neçəyə başa gəlməsi, ölçüsü və digər başqa söhbətlər olmamışdır. Bundan sonra da müxtəlif vaxtlarda Elnarəni müayinə etmişdir. Mənzil barəsində öz arvadına məlumat vemiş, lakin pulu olmadığından ev almaq barəsində fikirə gəlməmişdir. 2020-ci ilin fevral ayının sonlarında yenidən Elnarə Abdullayevə ona mobil nömrə ilə zəng vuraraq demişdir ki, bir nəfər tanış adam var, ürəyində və təzyiqində problemlər vardır. Elnarə ondan xahiş etmişdir ki, həmin şəxsə baxsın. Dəqiq ünvanını xatırlamadığı ünvana getdikdə 65-70 yaşlarında bir qadının olduğunu görmüş, həmin qadının təzyiqini və ürək döyüntülərini ölçüb müayinə etmişdir. Elnarə ilə orada söhbət edən zaman yenidən mənzildən söhbət düşdükdə Elnarə bir daha ona Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində sosial mənzillərin tikildiyini bildirmiş, mənzil almaq üçün 15.000 manat pul lazım olduğunu demişdir. Həmin pulun müqabilində ona 80 kv. metr ölçüdə, 3 otaqlı ev təşkil edə bilər. Mənzildə mətbəx mebeli, qonaq otağı mebeli və evin digər bütün əşyaları olacaqdır. Elnarənin dediyinə görə mənzil binanın 5-ci mərtəbəsində yerləşəcəkdir. İlk öncə 200 manat dövlət rüsumu üçün ona pul verəcəkdir. Daha sonra isə mənzil onun adına keçdikdən sonra 14.800 manat birdəfəlik ödəniş etməlidir, bundan başqa heç bir ödəniş etməyəcəkdir. Mənzilin öz qiyməti 68.000 manat olsa da 15.000 manata başa gələcəkdir. Həmçinin Təqsirləndirilən şəxs əlavə etmişdir ki, bunun üçün onun və ailə üzvülərinin şəxsiyyət vəsiqəsinin ksero surətləri, nikah şəhadətnaməsinin ksero surəti, adına hər hansı bir daşınmaz əmlakın olmaması barədə və işlədiyi iş yerindən arayış tələb olunur. Elnarənin sözünə inanmış və sevinərək onunla razılaşmışdır. Yenidən evə gələrək ailə üzvüləri ilə məsləhətləşmişdir. 01 mart 2020-ci il tarixdə Elnarə Abudlayeva onunla mobil telefonla əlaqə saxlayaraq demişdir ki, səhərisi günü, yəni 02 mart 2020-ci il tarixdə sənədlərin bir qismini və rüsum üçün də 200 manat pulu vermək lazımdır. 02 mart 2020-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu Zahid Xəlilov küçəsi 523-cü məhəllədə Təqsirləndirilən şəxs ilə görüşmüş, idarə etdiyi «Nissat Teana» markalı, ** ZV *** dövlət nömrə nişanlı avtomobillə getmişdir. Elnarə onun avtomobilinə əyləşmişdir. Avtomobildə özünün, arvadının və 2 azyaşlı uşaqlarının şəxsiyyət vəsiqələrinin surətini Elnarəyə vermişdir. Elnarə ona narahat olmamağını, 200 manat dövlət rüsumunu ödəyib onu mənzil növbəsinə yazdıracağını demişdir. 2020-ci ilin mart ayının sonlarında dediyi ünvanda sosial evlə təmin olunacaqdır. Qalan 14.800 manat pulu evlə təmin olunan zaman, yəni mənzil notariat qaydasında onun adına keçən vaxtı ödəyəcəkdir. Bundan sonra ayrılmışlar. 02 mart 2020-ci il tarixdə Elnarə onunla mobil telefonla əlaqə saxlayaraq 800 manat kiməsə pul verməyin lazım olduğunu demiş, lakin konkret olaraq ona ad deməmişdir. Elnarəyə demişdir ki, 04 mart 2020-ci il tarixdə 800 manatı verəcəkdir. 04 mart 2020-ci il tarixdə Elnarə ilə yenə də eyni qayda ilə onun avtomobilində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində görüşmüşlər, avtomobilin içərisində 800 manat pulu Elnarəyə vermişdir. 06 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə eyni qayda ilə Bakı şəhəri, Yasamal rayonu Zahid Xəlilov küçəsi 523-cü məhəllədə görüşərək avtomobilin içərisində ona 300 manat pul vermişdir. Daha sonra 11 mart 2020-ci il tarixdə Elnarə ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində görüşərək idarə etdiyi avtomobilin içərisində 1200 manat pul vermişdir. Daha sonra 16 mart 2020-ci il tarixdə Elnarə yenə də mənzil verilməsi ilə əlaqədar olaraq guya kiməsə hörmət etmək adı ilə Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospektində idarə etdiyi avtomobilin içərisində 3000 manat Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt arvadı Nuranə Cabbarova da onun yanında olmuşdur. Bundan 1-2 gün sonra Təqsirləndirilən şəxs ona mobil telefonla zəng vuraraq demişdir ki, artıq mənzil hazırdı və ödəniş etmək lazımdır. Bunun üçün də ən azı 7.000 manat ödəniş etmək lazımdır, qalan 2500 manatı isə onun ardınca vermək lazımdır. O, da Elnarəyə hazırda pulu olmadığını, ona bir neçə gün möhlət verməsini demişdir. Bundan sonra arvadı Nuranə ilə birlikdə Bakı şəhəri, Nizami rayonu «Qara Qarayev» metrostansiyasının yaxınlığına gedərək özlərinə məxsus olan 3000 manat dəyərində qızıl-zinət əşyalarını satmışlar. Özündə olan 4000 manatla da pulun üstünü düzəldib 24 mart 2020-ci il tarixdə Elnarə ilə yaşadığı ünvan 4 ünvanının qarşısında idarə etdiyi avtomobildə 7000 manat pulu Elnarəyə vermişdir. 30 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən «Ağ Çiçəyim» gül mağazasının qarşısında görüşərək ona 2500 manat pul və iş yerindən aldığı arayışı, Əmlak Məsələləri üzə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Reystr Xidmətindən adına əmlakın olmaması barədə sənədi vermişdir. Elnarə onları qəbul edən zaman 10 aprel 2020-ci il tarixə qədər sosial mənzilin veriləcəyini bildirmişdir. 31 mart 2020-ci il tarixdə evdə televizora baxan zaman görmüşdür ki, xatırlamadığı kanalda olan verilişdə bir qrup şəxs mənzil almaq adı ilə Təqsirləndirilən şəxs haqda danışırlar. Mobil telefonla Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqda ona narahat olmamığını demişdir. Elnarənin vəd etdiyi müddət başa çatdıqda ona müəyyən problemlərin yarandığını, tezliklə mənzillə təmin olunacağını demişdir. Sonrakı vaxtlarda artıq Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. Artıq Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşmüş, bu səbəbdən də şikayət etmək qərarına gəlmişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs ondan əlavə çoxlu sayda şəxslərdən sosial mənzil veriləcəyi adı ilə pul alıb dələduzluq etmişdir. Bununla bağlı Yasamal RPİ-nin İŞ-də cinayət işi istintaq edilmiş, Təqsirləndirilən şəxs tutulmuş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. O, sosial mənzil almaq üçün Təqsirləndirilən şəxs əlavə heç kimlə görüşmədiyini, ümumilikdə Təqsirləndirilən şəxs ona məxsus 15.000 manat pulu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2015- 2017-ci illər ərzində «X8»da işləmişdir. Həmin ərəfədə Çinarə adlı tanışı ilə işləmiş və həmin vaxtdan onu tanımışdır. Sonradan Çinarə işlədikləri bankdan çıxaraq başqa işə getmişdir. O da, həmin bankdan çıxmış və oradan da Maliyyə Bazarlarına Nəzarət Palatasında işləməyə başlamışdır. Orada işləyən zaman Zərərçəkmiş şəxs2la tanış olmuş və birlikdə işləməyə başlamışlar. Bir qədər işləyəndən sonra aralarında dostluq münasibətləri yaranmışdır. Maratla söhbətləşən zaman demişdir ki, ailəli olduğundan valideylərindən ayrı yaşamaq istəyir. Bunun üçün də sərfəli ipoteka ilə mənzil götürmək istəyir. Maratın dostu Zərərçəkmiş şəxs3 isə qiyabi tanımışdır. Belə ki, Timurun adını Maratdan eşitmişdir. Marat çox çalışsa da ipoteka ilə mənzil ala bilməmiş və sosial mənzil axtarmağa başlamışdır. Təxminən 2018-ci ilin noyabr ayında Çinarə ilə mobil telefonla danışan zaman demişdir ki, onun azyaşlı uşaqlarına Tuğra adında bir arvad baxır, yəni dayəlik edir. Həmin Tuğranın qızı olan Təqsirləndirilən şəxs adlı şəxs, MİDA, yəni Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən binalardan mənzil təşkil edə bilir. Çinarədən bu məsələnin dəqiq olub-olmadığını soruşduqda demişdir ki, hər gün azyaşlı uşaqlarını işə gedərkən Tuğranın yaşadığı evə qoyur, axşam işdən gəldikdə də uşaqları oradan götürür. Tuğragilə uşaqları aparan zaman Elnarəni şəxsən özü görmüş və Elnarə ona bu barədə söhbət etmişdir. Elnarənin Çinarəyə dediyinə görə həmin mənzillər Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşir. Bundan sonra Elnarənin mobil nömrəsini Çinarədən götürmüş, sonra da Maratla danışdıqda belə bir adamın olduğunu, ümumiyyətlə Çinarənin ona dediklərini Marata demişdir. Maratın təkidi ilə Elnarənin mobil nömrəsini ona vermişdir, Marat özü Elnarə ilə əlaqə saxlamış, danışıb razılığa gəlmişlər. Marat özü ona demişdir ki, Elnarə sosial mənzillərin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşən 12 mərtəbəli binadan ona 72 kv.metr ölçüdə, 3 otaqlı ev verəcək, həmin mənzil MİDA tərəfindən tikilən 10 saylı binadadır və 6-cı mərtəbədə yerləşir, 24 nömrəli mənzildir. Ev təmirli olsa da içərisində heç bir əşya olmayacaqdır. Həmin mənzillər dövlət işçilərinə verilməsi üçün nəzərdə tutulmuş, bunun üçün Elnarəyə birdəfəlik 7.000 manat pul verməlidir. Elnarənin dediyinə görə 2019-cu ilin fevral-mart ayında həmin mənzillər onun adına keçəcəkdir. 05 dekabr 2018-ci il tarixdə işdə olan zaman Marat ona demişdir ki, Elnarə ilə görüşüb ona pul verəcəkdir və təklif etmişdir ki, görüşə bir yerdə getsinlər. 05 dekabr 2018-ci il tarixdə günorta saatlarında Maratla birlikdə Bakı şəhəri Yasamal rayonu «Nizami» metrostansiyasının qarşısına getmişlər. Bir neçə dəqiqə gözlədikdən sonra Təqsirləndirilən şəxs gəlmiş, Elnarəni ilk dəfə həmin vaxtı görmüşlər. Marat və o, Elnarə ilə bir qədər söhbət etmişlər. Daha sonra Marat 7.000 manat pulu və şəxsiyyət vəsiqəsinin ksero surətini Təqsirləndirilən şəxs vermişdir. Elnarə pulu və sənədi Maratdan qəbul edərək çıxıb getmişdir. Bundan sonra Maratdan eşitmişdir ki, dostu Timur üçün də Elnarə sosial mənzil təşkil edir və bunun üçün də Timur da Təqsirləndirilən şəxs 7.000 manat pul vermiş, pulu şəxsən Marat Elnarəyə çatdırmışdır. Sonradan Çinarə ona demişdir ki, Elnarə təşkil etdiyi mənzilləri pul müqabilində mebel dəstləri ilə də təmin edir. Bu söhbəti Elnarə özü Çinarəyə demişdir. Bu məsələni Marata bildirmiş, Marat da öz növbəsində Elnarə ilə danışıb mebel məsələsini də həll etmişdir. Maratın dediyinə görə Elnarə ilə görüşüb hətta ona əlavə mebelə görə 2.500 manat da pul vermişdir. Daha sonra Maratdan eşitmişdir ki, aldığı mənzilin qeydiyyata alınması üçün Elnarəyə əlavə olaraq 200 manat pul vermişdir. Bir dəfə Maratla birlikdə həmin binaya getmişlər, binanın həyətinə girib baxmışlar, lakin binada təmir getdiyindən mənzilə baxmamışlar. Elnarənin vəd verdiyi vaxt keçdikdən sonra artıq Marat və Timur Elnarəyə zəng etmişlər, lakin Elnarə hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Sonradan eyni üsullarla cinayət törətdiyinə görə Elnarənin tutulduğunu eşitmişdir. Elnarə tutulduqdan sonra Marat ona demişdir ki, sonradan Elnarə ona həmin binadan 1 otaqlı mənzil demiş və 2.000 manat pulu da həmin mənzilə görə Elnarəyə vermişdir. Lakin özü Təqsirləndirilən şəxs sosial mənzil təşkil etmək üçün heç bir məbləğdə pul verməmişdir. Şahid2 06.08.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq uşağının səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan «Bakı şəhər Təcili və X5 Stansiyası» Publik hüquqi şəxsinin baş direktoru Rauf Nağıyev tərəfindən Nəsimi rayon polis idarəsinə ünvanlanmış 18.12.2020-ci ild tarixli, 1015 nömrəli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1, 30.03.2020-ci il tarixli 509 nömrəli arayış, Bakı şəhər Təcili və X5 Stansiyasında işləməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək üçün verilmişdir (i/v 67). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 06.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 118-120). İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 04.03.2021-ci il tarixli, 1(004)-10/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirili bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq ona 02 (iki) il, 11 (on bir) ay, 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir (i/v 128-176). İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14.04.2021-ci il tarixli, 1(004)-47/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirili bilinərək 03 il 06 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Yasamal rayon məhkəməsinin 04.03.2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən toplanılmaqla ona qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur (i/v 178-201 ). Məhkəmənin şifahi sorğusu əsasında əldə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 03.06.2021-ci il tarixli 1(103)-927/2021 saylı Qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Yasamal rayon məhkəməsinin 14.04.2021-ci il tarixli, 1(004)-47/2021 saylı hökmü dəyişdirilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 06 müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 04.03.2021-ci il tarixli, 1(004)-47/2021 saylı hökmü ilə ona qəti olaraq təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırki qərarla təyin olunan cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, vəziyyətini yüngülləşdirən halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum olunmuş şəxsin barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 16-cı bəndində göstərilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı Apellyasiya Məhkəməsinin 03.06.2021-ci il tarixli 1(103)-927/2021 saylı Qərarı ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 03.06.2021-ci il tarixli 1(103)-927/2021 saylı Qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 31 avqust 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-367/2021 saylı, 04.06.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 09.06.2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Bakı Apellyasiya Məhkəməsinin 03.06.2021-ci il tarixli, 1(103)-927/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əhatə etmək yolu ilə ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 31 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 04 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar