Məhkəmə qərarları › İş №1(006)-369/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-369/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-369/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Xüsusi ittihamçı X4, Təqsirləndirilən şəxs X2, Müdafiəçi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, X2 Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, 06 may 2024-cü il tarixdə təxminən saat 11:15 radələrində nümayəndəsi olduğu X1 yetkinlik yaşına çatmayan uşaqlarının atanın razılığı olmadan ölkədən getmələrinə icazə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün mediasiya sessiyasında iştirak etmək məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 309-cu məhəllədə yerləşən “World busness center” binasının 11-ci mərtəbəsində fəaliyyət göstərən 6 saylı Mediasiya Təşkilatında olmuşdur. Həmin vaxt uşaqların atası, yəni qarşı tərəf, 15 aprel 1980-ci il təvəllüdlü X5 (şəxsiyyət vəsiqəsi AA ******* olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, tel. Nömrəsi ********** olan) da orada olmuşdur. Mediator vəzifəsini yerinə yetirən Şahid3 (tel. **********) onları otağına dəvət etmişdir. Mediator onlara müraciət edərək barışıq sazişinin bağlanmasının mümkünlüyü barədə soruşmuşdur. Tanrıverdiyev Vasif danışmağa başlayarkən onu “şeytan” adlandırmışdır. O, buna etiraz etdikdən sonra, Tanrıverdiyev Vasif onu nalayiq sözlərlə təhqir etməyə, “peysər”", “şərəfsiz”, “alçaq” və başqa nalayiq sözlərlə təhqir etməyə, ailəmdəki qadınları “əxlaqsız”, “nəvələrini atalarından xəbərsiz” adlandırmağa başlamışdır. Mediator onu sakitləşdirməyə, otaqdan çıxarmağa çalışmışdır. Tanrıverdiyev Vasif səsini daha da qaldırdıqda və onu hədələməyə başladıqda mediator kiməsə polis çağırmaq üçün səslənmişdir. Tanrıverdiyev Vasifi otaqdan dəhlizə çıxarmışlar. Tanrıverdiyev Vasif onun və ailə üzvlərinin ünvanına nalayiq sözləri deməkdə, onu təhqir etməkdə davam edir, sakitləşmirdi. Bu zaman dəhlizə 7-8 nəfər mediasiya təşkilatının əməkdaşı və digər şəxslər toplanmışdır. Vasif Tanrıverdiyev təhqirlərini davam edərək ona tərəf gəlməyə cəhd göstərmiş, lakin dəhlizdəki adamlar onu tutub bayıra çıxarmağa çalışmışlar. Nəhayət, adamlar Tanrıverdiyev Vasifi ofisdən çıxarmağa nail olmuşlar. X5 onu mediasiya təşkilatının ofis binasında, digər şəxslərin yanında, yəni kütləvi çıxışında onu, “şeytan”, “peysər”, “şərəfsiz”, “alçaq” və başqa nalayiq sözlərlə təhqir etməklə, ailəsindəki qadınları “əxlaqsız", “nəvələrini atalarından xəbərsiz” adlandırmaqa şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Tanrıverdiyev Vasif bu əməli ilə Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) törətmişdir. Göstərilənlərə əsasən X2 Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı X7 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Vasif Tanrıverdiyevin gənc olmasını, yetkinlik yaşına çatmayan övladlarının olmasını, ixtisasca hüquqşünas olduğunu, məhkumluğun gələcək həyatında ona ciddi problemlər yarada biləcəyi ehtimalını nəzərə alaraq, həmçinin ədalət və humanizm prinsiplərindən çıxış edərək məhkəmənin icraatında olan xüsusi ittiham qaydasında şikayəti üzrə cinayət təqibindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X7 xx.xx.2024-cü il tarixli ərizəsinə uyğun izahat verərək, X5 ilə barışdıqlarını, verdiyi şikayətdən imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi Müdafiəçi2 cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası CPM-nin 39.1.9-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlamış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Məhkəmə xüsusi ittihamçının ərizəsini, təqsirləndirilən şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 321.2.1, 384.1 və 384.1.3- cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar