Məhkəmə qərarları › İş №1(006)-369/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-369/2025

04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-369/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 6.15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 fevral 2025-ci il tarixdə, saat 14:09-da ünvan 3 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 6.15 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2001-ci il tarixdə narkotik vasitədən istifadəyə görə 01 il müddətinə cinayət məsuliyyətinə cəlb edilmişdir. O, 2000-ci il tarixdən marixuanadan istifadə elsə də, sonradan tərgitmiş, lakin 2023-cü il tarixdən yenidən istifadə etməyə başlamışdır. O, istifadə eldiyi narkotik vasitəni adətən tanımadığı şəxslərdən müxtəlif yerlərdən və fərqli qiymətlərə şəxsi istifadəsi üçün əldə etmişdir. Sonuncu dəfə 16 fevral 2025-ci il tarixdə saat 18-19 radələrində qurudulmuş marixuana almaq məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “ATS” binasının yaxınlığına getdikdə tanımadığı, lakin narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi bir nəfər şəxslə rastlaşmış və qurudulmuş marixuana istəmişdir. Həmin şəxs ona 20 manat qarşılığında 01 ədəd sellofan bükümünü vermiş, o, da bükümü açıb içərisinə baxdıqda qurudulmuş marixuana aldığına əmin olmuş və həmin bükümü əynində olan şalvarın sağ yan cibinə qoyub münasib vaxtda istifadə etmək məqsədi ilə cibində saxlamışdır. 17 fevral 2025-ci il tarixdə saat 14 radələrində o, ünvan 4 ünvanda tək piyada hərəkətdə olduğu zaman mülki geyimdə olan 03 nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, daha sonra videoçəkilişdən istifadə etməklə ondan üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet olub-olmamasını soruşmuşlar. O, şalvarının sağ yan cibində saxladığı içərisində qurudulmuş marixuana olan 01 ədəd bükümü saxlanıldığı yerdə, yəni küçədə polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkldaşları tərəfindən üzəridə başqa əşya və predmet olub-olmaması yoxlanılmış, hər hansı bir qanunsuz əşya və ya pul əskinası aşkar edilməmişdir. Təqdim etdiyi büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmaqla ondan götürülmüşdür. Polis əməkdaşları tərəfindən verilən suallara cavab olaraq o, üzərindən yoxlama zamanı aşkar edilmiş bükümdəki maddənin qurudulmuş marixuana olmasını və həmin maddəni xx.xx.2025-ci il tarixdə şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi RPİ-nin inzibati binasına dəvət etmiş və o, orada tərtib edilmiş müvafiq protokola imza elmişdir. Daha sonra polis əməkdaşları onu həmin inzibati binada xidmət aparan təhqiqatçıya təqdim etmişlər. Xidməti otaqda olarkən saxlandığı yerdə təqdim etdiyi bükümə videoçəkilişdən istifadə olunmaqla təhqiqatçı tərəfindən baxış keçirilmiş, daha sonra təqdim eldiyi büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş, həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkilib möhürlənmişdir. Müvafiq sənədləşmədən sonra ona dövlət hesabına müdafiəçi dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuş və üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya görə izahatı alınmışdır. O, izahatında bir daha təsdiq etmişdir, ki üzərindən aşkar olunan qurudulmuş marixuana özünə məxsusdur, həmin maddəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata əldə etmişdir. Təyin edilmiş müvafiq ekspertiza rəyi ilə təqdim etdiyi bükümün içərisindəki maddənin 6.15 qram kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olduğu ona elan olunmuşdur. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etmiş və həmin maddəni satan şəxsi tanımamış, anket məlumatları və mobil telefon nömrəsini, eləcə də harada yaşaması bilməmişdir. Həmin şəxs arıq bədən quruluşlu, təxminən 25-30 yaşlarında 165-170 sm boyu olan bir şəxs olmuşdur. O, ruhi-əsəb və başqa heç bir xəstəliklərindən əziyyət çəkməmiş və bununla əlaqədar olaraq heç yerdə qeydiyyatda olmamış, saxlanılarkən və ya saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki zor və ya təzyiq göstərilməmiş, polis əməkdaşları onu küçədə saxladıqdan sonra üzərinə sadəcə bir dəfə yoxlama aparılmış, əvvəllər üzərində hər hansı bir yoxlama aparılmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə işlədiyi Nəsimi RPİ-nin X3 xx.xx.1974-cü ildə ünvan 5 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması, istifadəsi və üzərində daşınması barədə əvvəlcədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış və o, da qrupun üzvü seçilmişdir. Daxil olan məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 13:40 radələrində o, iş yoldaşları Nəsimi RPİ-nin X2 əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ilə birlikdə əməliyyat tədbirini keçirmək məqsədi ilə ünvan 8 ünvanın qarşısına gedərək orada 25-30 dəqiqə müddətində gözləmişlər. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat 14:09 dəqiqədə zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsin tək şəkildə onlara tərəf gəlməsini müşahidə elmişlər. Bundan sonra Təqsirləndirilən şəxs kimi bildikləri şəxsə yaxınlaşmışlar və əməliyyat məlumatı üzrə axtarılan şəxsi müəyyən etdiklərinə görə tərəflərindən “İphone” markalı mobil telefonla küçədə aparılan videoçəkilişlə sonuncuya özlərini X2 əməkdaşları kimi təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsinə, onları əldə edib üzərində saxlamasına və istifadəsinə dair əvvəlcədən məlumatlı olduqlarını bildirmiş və şəxsiyyətini dəqiqləşdirmək üçün sonuncuya kim olması sualını vermişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və sonuncudan üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində saxladığı şəffaf sellofan kəsiyində olan 01 ədəd bükümü onlara təqdim etmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs paltarında başqa əşya və predmel olub-olmaması məqsədilə üzəri yoxlanılmış, həmin zaman qanunsuz əşya və pul əskinası aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim eldiyi büküm tərəllərindən zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və üzəri proses iştirakçıları tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq sonuncu üzərindən yoxlama zamanı aşkar edilmiş bükürndəki maddənin “nəşə” kimi bildiyi narkotik vasitə olan marixuana olmasını, həmin maddəni xx.xx.2025-ci il tarixdə şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Küçədə əlverişli şəriat olmadığından aparılan prosesə dair protokol tərtib edilməsi üçün videoçəkiliş tərəflərindən dayandırılmış və Əliyev X6 RPİ-yə getməsi üçün dəvət edilmişdir. Etiraz olmadığından birlikdə Nəsimi RPİ-nin inzibati binasına gəlmiş və xidməti otaqda “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol tərtib edilmiş, həmin protokol Təqsirləndirilən şəxs və həmkarların imzaları ilə təsdiq edilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin özünə məxsus marixuana olmasını etiraf elmişdir. Eyni zamanda ünvan 9 ünvanın qarşısında küçədə aparılan videoçəkiliş tərəflərindən 01 ədəd DVD diskə köçürülmüşdür. Daha sonra tərtib edilmiş raport əsasında Təqsirləndirilən şəxs götürülmüş və içərisində narkotik maddəyə bənzər küllə olan 01 ədəd büküm olan qablaşdırılmış zərf və küçədə videoçəkiliş aparılaraq köçürülmüş 01 ədəd DVD disk baxış keçirilməsi və sonrakı prosesual sənədləşmənin aparılması üçün Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Muxtar Həsənova təqdim edilmişdir. Xidmət otaqda aparılan digər videoçəkilişlə tərəflərindən təqdim edilən 01 ədəd qablaşdırılmış zərf təhqiqatçı tərəfindən açılmış və Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində bitki tərkibli yaşıl rəngdə qurudulmuş marixuanaya bənzər kütlə olan 01 ədəd büküm aşkar edilmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə və DVD diskə baxış keçirilmiş, daha sonra həmin büküm yenidən təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılmış və üzəri imzalarla təsdiq edilmişdir. Təhqiqatçı içərisində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd etmişdir. Təyin edilmiş məhkəmə-bioloji ekspertizası ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bükümün içərisindəki maddənin təmiz çəkisi 6.15 qram narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmişdir. Verilən suallara cavab olaraq Şahid1 ifadəsində, işlədiyi bölməyə Təqsirləndirilən şəxs psixotrop maddələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair məlumatın daxil olmadığını, buna baxmayaraq tədbirlər keçirilsə də müsbət nəticə əldə olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 18 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxslərin üstünün yoxlanımasına dair” 17 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində daşıması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 17 fevral 2025-ci il tarixdə, saat 14:09 dəqiqədə ünvan 3 ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs Aydm oğlunun üstünü yoxlamağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli cins materiallı şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə maddəni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncudan heç bir əşya predmet aşkar edilməmişdir. Ardınca təqdim edilmiş kütləyə baxış zamanı Təqsirləndirilən şəxs bükümdəki maddənin nə olması soruşulmuşdur. Saxlanılan şəxs cavab olaraq özü narkotik vasitə olan marixuana istifadəçisi olduğunu, təqdim etdiyi bükümdəki maddə də narkotik maddə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Aşkar olunan narkotik vasitəyə bənzər kütlə bir ədəd kağız zərfdə qablaşdırımış və üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür (i.v. 10-11); “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 17 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq istifadə etməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 17 fevral 2025-ci il tarixdə, saat 14:09-da ünvan 10 ünvanının qarşısında saxlanılmış, saxlanıldığı yerdə üstü videoçəkilişlə yoxlanılarkən üzərindən bir ədəd sellofon bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilərək qablaşdırılmışdır. Qeyd olunanlar protokolla rəsmiləşdirilməklə tərtib edilmiş raportla aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 ədəd zərfdə qablaşdırılmış şəffaf sellofan bükümə və bir ədəd DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üzərindən aşkar edilərək götürülmüş maddənin qablaşdırıldığı zərf açıldı, zərfin içərisindən içərisində yaşıl rəngli narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan şəffaf sellofan bükülü aşkar olunmuşdur. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra bir ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunması baradə bildirməsi əksini tapmışdır (i.v. 27-28); “şübhəli şəxsin tutulması haqqında” 17 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdə, saat 16:15-də CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 17 fevral 2025-ci il tarixdən, saat 14:09-dan tutulmuş hesab edilmişdir (i.v. 40); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2025-ci il tarixli, 7/318 saylı rəyindən görünür ki, “Şübhəli Təqsirləndirilən şəxs ...” yazılar və imzalar olan kağız paketdə 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 6,15 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (i.v. 65); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 77); “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Miraqil Qiyasovun xx.xx.2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs salandığı Nəsimi RPİ-in MSYdən dərhal azad edilmişdir (i.v. 98-99); “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 19 fevral 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 100); “maddi sübut kimi tanınması haqqında” 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 6,15 qram narkotik vasitə - qurudulmuş marixuananın, eləcə də Təqsirləndirilən şəxs üstündə yoxlanılma aparılan zaman və təqdim edilən əşyaya baxış keçirilən vaxt videoçəkiliş aparılmış 02 ədəd DVD diskin maddi sübut kimi tanınması, maddi subut kimi tanınmış ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 6,10 qram narkotik vasitə - qurudulmuş marixuana saxlanılması üçün Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilməsi, 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (i.v. 104-105); “Diskə baxış keçirilməsi haqqında” 25 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi rayon polis İdarəsinin X2 əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirinin keçirməsi və şübhəli şəxsin üstü yoxlanılması zaman videoçəkiliş aparılaraq görüntüsü köçürülmüş 01 ədəd DVD diskdəki məlumatlara baxış keçirilmişdir. Baxış zamanı mülki geyimdə olan Nəsimi RPİ-nin X2 əməliyyat müvəkkilləri Şahid1, Şahid3, Şahid2, eləcə də şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edir. Daha sonra polis əməkdaşı tədbirin 17 fevral 2025-ci il saat 14:09 dəqiqədə keçirilməsini, eləcə də şübhəli şəxsin ünvan 11 ünvanın qarşısında saxlanılmasını elan edir. Bundan sonra polis əməkdaşı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdəki kütləni təqdim edir. Aşkar edilmiş 01 ədəd büküm içərisi boş olan 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılaraq 186 saylı möhürlə möhürlənmiş və üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki kütlənin “nəşə” kimi bildiyi narkotik vasitə olan marixuana olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün xx.xx.2025-ci il tarixdə tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstü polis əməkdaşı tərəfindən yoxlanılır və qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Polis əməkdaşı şübhəli şəxsin üstünün yoxlanılması aparılan hərəkətlərə dair Nəsimi RPİ-də protokol tərtib ediləcəyini bildirməklə videoçəkilişin dayandırılmasını elan edir (i.v. 107); “Diskə baxış keçirilməsi haqqında” 25 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin inzibati binasında təqdim edilən əşyaya baxış keçirilməsi və götürmə aparılması zaman videoçəkiliş aparılaraq görüntüsü köçürülmüş 01 ədəd DVD diskdəki məlumatlara baxış keçirilmişdir. Baxış zamanı Nəsimi RPİ-nin Təqhqiqat Şöbəsinin təhqiqatçısı polis baş leytenantı Muxtar Həsənov özünü təqdim etdikdən sonra Nəsimi RPİ-nin X2 əməkdaşları tərəfindən 17 fevral 2025-ci il saat 14:09 dəqiqədə ünvan 11 ünvanın qarşısında saxlanılaraq üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə narkotik maddə olan marixuanaya bənzər kütlənin qablaşdırılaraq təqdim edilmiş 01 ədəd zərfə baxış keçiriləcəyini elan edir. Təhqiqatçı tərəfindən zərf açıldıqda içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər bitki kütləsi olan 01 ədəd sellofan bükülü aşkar olunur, Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki kütlənin marixuama olduğunu və özünə məxsus olduğunu bildirir. Həmin kütlə təhqiqatçı tərəfindən yenidən qablaşdırılaraq möhürlənir, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır (i.v. 108); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Əliyev X6 Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nərimanov rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsi ilə vaxtından əvvəl şərti azad olunmuşdur (i.v. 112-113); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin Ambulator X1 dair 18 fevral 2025-ci il tarixli, 952 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 123-124); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin Ambulator X1 dair 18 fevral 2025-ci il tarixli, 246 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 17-xx.xx.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir (i.v. 126-127); “sübutların qiymətləndirilməsi haqqında” 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Aydm oğlundan götürülmüş təmiz çəkisi 6,15 qram olan narkotik vasitə - qurudulmuş marixuana və üstündə yoxlanılma aparılan zaman və təqdim edilən əşyaya baxış keçirilən vaxt videoçəkiliş aparılmış 02 ədəd DVD diskin maddi sübut qismində tanınması haqqında qərarın nəzərə alınması qərara alınmışdır (i.v. 128- 136); Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində yoxlanılma aparılmanın videogörüntüsü olan 01 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində əynində olan tünd göy rəngli cins materiallı şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə narkotik vasitə - qurudulmuş marixuanaya bənzər kütləni təqdim etməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 6.15 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiya məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatına görə 132 (yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan – Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 6,10 qram narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 132 (yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar