Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-37/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru X5, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri Suraxanı rayonu H.Quliyev küçəsi ev 11, mənzil 10-da qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işnə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirləndirilir. Cinayət işi üzrə aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə, xx.xx.2020-ci il tarixdə saat 18:35 radələrində, ünvan 1 ünvanda yerləşən «Richlife» minik maşınlarının icarəyə verildiyi ofisə müştəri qismində daxil olaraq, ofisdə olan əməkdaşların ofisin başqa bir otağına getmələrini və əsas otaqda başqa şəxslərin olmamasından tam əmin olduqdan sonra, ofisə daxil olmuş, ofisdə stulun üzərinə qoyulmuş, Zərərçəkmiş şəxs1 məxsus, 2500 manat qiymətində bir ədəd «İphone 11 Pro DUAS» markalı mobil telefonu və həmin mobil telefonun üzərində olan 20 manat qiymətində «Azercell» mobil operatoruna aid ***-***-**-** saylı nömrəni götürüb ofisi tərk edib qaçaraq, bir ədəd «İphone 11 Pro DUAS» markalı mobil telefonu və həmin mobil telefonun üzərində olan 20 manat qiymətində «Azercell» mobil operatoruna aid ***-***-**-** saylı nömrəni gizli yolla talamaqla, Zərərçəkmiş şəxs1 2520 manat miqdarında ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, qəsdən tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2020-ci il tarixdə saat 17:46 radələrində X8 icarə əsasında işlətdiyi, ünvan 2 ünvanda yerləşən «İsi optik mərkəzi» müxtəlif növ eynəklərin satışı və təmiri mağazasına müştəri kimi gələrək, həmin mağazada olan müştərilərin məlumatlandırılması stolunun içəri tərəfində stolun üzərində qoyulmuş, bir ədod 2550 manat qiymətində İphone Pro 11 markalı mobil telefonu, mobil telefonun üzərində olan 10 manat qiymətində yaşıl rəngli qoruyucu örtüyü, mobil telefonun üzərində olan 25 manat qiymətində «Azercell» mobil operatoruna aid ***-***-**-** saylı mobil nömrəni, nömrənin üzərində olan 1 manatlıq danışıq limitini və bir ədəd 100 manat qiymətində İphone 5s markalı mobil telefonu üzərində olan 10 manat qiymətində «Azercell» mobil operatoruna aid ***-***-**-** saylı mobil nömrəni götürərək, mağaza işçisinin ona dayanması tələbinə məhəl qoymayıb mağazadan çıxmaqla qaçaraq, bir ədəd İphone Pro 11 markalı mobil telefonu, mobil telefonun üzərində olan yaşıl rəngli qoruyucu örtüyü, mobil telefonun üzərində olan «Azercell» mobil operatoruna aid 050-827- 24-25 saylı mobil nömrəni, nömrənin üzərində olan 1 manatlıq danışıq limitini və bir ədəd İphone 5S markalı mobil telefonu üzərində olan «Azercell» mobil operatoruna aid ***-***-**-** saylı mobil nömrəni açıq talarayaq, zərərçəkmiş şəxs X10 ümumilikdə 2696 (iki min altı yüz doxsan altı) manat miqdarında ziyan vurmaqla soyğunçuİuq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci ildə Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Valeh Nəbiyev tərəfindən AR Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə, xx xxxx 2020-ci il tarixdə isə fakta görə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Pərviz Əsədzadə tərəfindən həmin Məcəllənin 180.1-ci maddəsi ilə cinayət işi başlanmış, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə olan ********* nömrəli cinayət işi aidiyyatı üzrə Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş və Nəsimi RPİ-nin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməklə həmin nömrə altında bir icraatda istintaqı davam etdirilmiş və Təqsirləndirilən şəxs əməli AR Cinayət Məcəlləsinin 177.1 və 180.1-ci maddələrindən həmin Məcəllənin 180.2.2-ci maddəsinə töfsif edilmiş, xx xxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan olunmuş və barəsində xx xxxxx 2020-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə ittiham aktı xx xxxx 2020-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Rauf Qasımov tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası xx xxxxxx 2020-cı il tarixdə keçirilmiş və iş məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X9 vəsatət verərək göstərmişdir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddəsi ilə də ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu Hovsan qəsəbəsi H.Quliyev küçəsi ev 11, mənzil 10-da qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır, subaydır, əvvəllər məhkum olunmuş, hal-hazırda məhkumluğu ödənilməmişdir. Psixi xəstəliklə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən 1 saylı psixiatriya xəstəxanasında və 2 saylı psixiatriya xəstəxanasında müalicə olunmuş, rəsmi qeydiyyatdadır, həmçinin hepatit C xəstəliyindən əziyyət çəkir. Bakı şəhər sakini Şahid1 təxminən 04 il olar ki, tanıyır, onunla aralarında münasibətləri normaldır, onların yaşadıqları evlərinə gedib gəlmişdir, o, əvvəllər Yasamal rayonu ərazisində yaşamışdır. Samir isə Yasamal rayonu Zərgərpalan küçəsində yaşayır, o, özü də dəfələrlə Samirin evinə gedib gəlmiş, münasibətləri normal olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Kazımzadə kiiçəsi ilə piyada hərəkət etmiş, həmin vaxt da onun maddi vəziyyəti ağır olmuş, pula ehtiyyacı olmuşdur, bundan başqa, özü narkotik vasitə istifadəçisi olduğundan, bədəni ağramışdır, lakin üzərində pul olmamışdır ki, narkotik vasitə alıb qəbul etsin. Ona görə də qərara gəlmişdir ki, hər hansı bir dükandan oğurluq etsin və oğurluq yolu ilə əldə etdiyi əşyanı dəyər-dəyməzə satmaqla, əldə etdiyi pulla öz maddi ehtiyaclarını qarşılasın, həmçinin narkotik vasitə alıb qəbul etsin. Ona görə də, həmin tarixdə saat 18 radələrində küçə ilə piyada hərəkət etdiyi vaxt, hərəkət etdiyi küçədə 145 saylı ünvanda yerləşən «Richlife» adlı rentakar ofisinin qarşısından keçərkən, bir anlığa dayanmış, fikirləşmişdir ki, bu ofisə müştəri kimi daxil olsun və oradan oğurluq etsin. Həmin vaxt o, bir qədər ofisin çöl hissəsində gözləmiş, çünki həmin vaxt ofisin içərisində üç nəfər şəxs olmuşdur. Bir az sonra həmin üç nəfər şəxs ofisin əsas otağından qalxaraq başqa bir otağa tərəf getmişlər. O da ofisin əsas hissəsində heç kimin olmamasından istifadə edib fikirləşmişdir ki, ofisə müştəri kimi daxil olsun, yaxşı fürsətdir, heç kim yoxdur, o da oradan maraqlı bir əşyanı götürüb çıxar. Bu vaxt o, ofisin qapısının açıq olmasından istifadə edib ofisə daxil olmuş, ofis fəaliyyət göstərmişdir. Ofisə daxil olan kimi, ətrafa baxmağa başlamış, bu vaxt ofisdə olan stulun üzərində İphone markalı, tünd yaşıl rəngli mobil telefonun olmasını görüb, həmin mobil telefonu götürmək qərarına gəlmişdir. O, stula yaxınlaşmış, mobil telefonu götürmüş və ofisin giriş qapısına yaxınlaşmış, ofisdən çıxanda, qapını bağlamış və ona heç kim maneçilik törətməsin deyə, qaçmağa başlamışdır. Həmin günü saat 20 radələrində oğurladığı telefonu satıb pul əldə etmək məqsədi ilə, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “ Velotrek" ticarət məkəzinin qarşısındakı, telefon alqı-satqı mağazasına gedərək həmin mobil telefonu adını dəqiq bilmədiyi satıcıya 300 manat pula satmışdır. Həmin pulları isə öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa, xx xxxx 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evində olmuş, həmin tarixdə günorta saatlarında o, ünvan 3 ünvanda yaşayan Samirin evinə getmişdir. Onlar bir qədər evdə oturub söhbət etdikdən sonra, aralarında razılaşmışlar ki, «küçəyə çıxaq və bir qədər gəzişək». Həmin vaxt onlar Bakı şəhəri, Yasamal rayonu, Nizami metrostansiyasının yaxınlığına tərəf piyada getmişlər. O da Samir kimi narkotik vasitə qəbul edir, yəni ondan asılılıqları vardır, qəbul etməyəndə bədənlərində ağrılar olur, halları pisləşir. Həmin vaxt Samirlə onun bədənlərində agrılar olmuş, lakin üzərlərində pul olmamışdır ki, narkotik vasitə əldə edib qəbul etsinlər. O və Samir narkotik vasitəni əsasən ineksiya yolu ilə qəbul edirlər, narkotik vasitəni ineksiya yolu ilə bədənlərinin müxtəlif nahiyyələrində damara vururlar, narkotik vasitənin əsasən heroin növündən qəbul edirlər. Həmin vaxt onların üzərlərində pul olmadığından, aralarında belə razılaşmışlar ki, haradansa pul tapıb narkotik vasitə əldə etsinlər. Ona görə də birlikdə Bakı şəhəri Nəsimi rayonu 28 May metrostansiyası tərəfə piyada gəlmişlər. Orada bir qədər piyada hərəkət etdikdən sonra, şəhərin Azadlıq prospekti ilə S.Əskərova küçəsinin kəsişməsində yerləşən eynək mağazasanın qarşısından piyada keçdikləri vaxt, o, Samirə demişdir ki. «gəl girək mağazaya, eynəklərə baxaq». Samir də onunla razılaşmış, birlikdə eynək mağazasına daxil olmuşlar. Samir mağazada onunla eynəklərə baxmışdır. O, həmin vaxt görmüşdür ki, mağazada heç kəs yoxdur, ona görə də qərara gəlmişdir ki, mağazada dəyərli bir əşya tapsın, götürsün, aparsın satsın, əldə etdiyi pulla da narkotik vasitə əldə edib qəbul etsin. Ona görə də, Samir eynəklərə baxdığı vaxt, o, mağazaya diqqətlə baxmağa başlamış, görmüşdür ki, resepşen stolunun yanında dəhlizə yol vardır. O, həmin yola tərəf hərəkət etdiyi vaxt, başını resepşen stolunun içəri tərəfinə boylandırmış, orada iki ədəd mobil telelon, bir ədəd yaşıl rəngli İphone PRO 11 markalı və bir ədəd ağ rəngli İphone 5s markalı mobil telelon görmüşdür. Ona görə də qərara gəlmişdir ki, həmin mobil telefonları götürsün. O, dəhlizə getmək fikrindən yayınmış, geri qayıtmış, resepşen stoluna yaxınlaşmış, resepşen stolunun içəri tərəfinə əyilmiş, əli ilə iki ədəd mobil telefonu götürüb giriş qapısına tərəf hərəkət etmişdir. Həmin vaxt da onu dəhlizdən gələn bir nəfər şəxs arxadan çağırmış, ona demişdir ki, «bir dəqiqə olar səni». O da həmin şəxsin onun mobil telefonu götürdüyünü bildiyini düşünüb giriş qapısından küçəyə çıxmış və sol istiqamətdə qaçmağa başlamışdır. Həmin şəxs də onun arxasınca qaçmağa başlamış, lakin o, daha arxaya baxmamış, amma hiss etmişdir ki, kimsə onun arxasınca gəlir. O, Bolmart ərzaq mağazasının tinindən sola tərəf dönmüş və Mərkəzi Bankın inzibati binası istiqamətində qaçmağa davam etmişdir. Orada taksi maşınına əyləşmiş və 20 yanvar dairəsi istiqamətində hərəkət etməyə başlamışdır. Bakı şəhəri Nəsimi rayonu 20 yanvar dairəsinə çatanda, taksidən düşmüş və 20 yanvar dairəsində yerləşən mobil telefonların satışı dükanlarına tərəf hərəkət etmişdir. Lakin əvvəlcə o, orada çoxdandır ki, tanıdığı Yasamal rayon sakini Nicat adlı şəxslə maraqlanmış, çünki Nicatın da mobil telefon dükanı olmuş, ona demişlər ki, Nicat dükanlarını bağlamışdır, işləmirlər. Sonra o, digər mobil telefonlar alqı-satqısı dükanına daxil olmuş, satıcı hündürboylu saqqallı bir oğlan olmuşdur. O, həmin şəxsə yaxınlaşmış, ona demişdir ki, «mənim iki ədəd mobil telefonum vardır, biri İphone Pro 11 markalı və biri də İphone 5s markalıdır, pula ehtiyacı vardır, satıram». Satıcı onun satmaq istədiyi mobil telefonlara baxmış və ona demişdir ki, «neçəyə satırsan», o da satıcıya demişdir ki, «nə qədər verərsən, mənə onsuzda pul lazımdır». Satıcı da ona demişdir ki, «mən sənin satmaq istədiyin mobil telefonlardan sadəcə İphone PRO 11 markalı mobil telefona 300 manat pul verə bilərəm, digərinə pul verə bilmərəm, köhnədir, ala bilmərəm». O da satıcıya demişdir ki, «mən də istəmirəm, İphone 5s markalı mobil telefonu sənə verirəm, buna görə pul istəmirəm, digər telefona görə nə verirsənsə, ver, pul lazımdır». Həmin satıcı ona demişdir ki, «mənim üzərimdə cəmi 50 manat pul vardır, istəyirsənsə, həmin pulu sənə verim, qalanını da sabah gəlib alarsan». O da satcı ilə razılaşmış, satıcıdan 50 manat pulu almış, yaşadığı evinə getmişdir. Mağazadan çıxandan sonra Samirin harasa getməsini bilməmişdir. Həmin tarixdə saat 23 radələrində Samir anasının istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə avtomat telefondan zəng vurmuş, ondan harada olmağını soruşmuş, o da Samirə demişdir ki, «mən Hovsan qəsəbəsində yaşadığım evimdəyəm, gəlirsən bizə gəl». Samir də onun yaşadığı evinə gəlmiş, orada onunla görüşmüşdür. Söhbət zamanı ondan soruşmuşdur ki, «mən gördüm ki, «sən mağazadan nə isə götürdün, götürdüyün nə idi», o da Samirə demişdir ki, «mən mağazadan bir ədəd İphone Pro 11 markalı və bir ədəd İphone 5s markalı mobil telefon götürdüm, sonra isə Bakı şəhəri Nəsimi rayonu 20 yanvar dairəsinə getdim, orada yerləşən mobil telefonlar satışı dükanlarından birinə mobil telefonları 300 manata satdım, lakin dükan sahibi mənə 50 manat pul verdi, 250 manatı isə səhər verəcəyini bildirdi, mən də dükan sahibi ilə razılaşdım». Samir də ona demişdir ki, «sənin başın xarabdır, mağazada kameralar var idi, biz də kameraya düşdük, bizi tutuacaqlar». O da Samirə demişdir ki, «eləmişəm də, tutsunlar, görüb nə olar». Samir həmin gecəni onların evlərində qalmışdır. Səhərisi gün isə, günorta saatlarında yaşadığı evinə polis əməkdaşları gəlmişlər, polis əməkdaşları onlara bildirmişlər ki, «siz mağazada kameraya düşmüsünüz və oradan mobil telefonları götürmüsünüz, ona görə də sizi 22-ci polis şöbəsinə dəvət edirik». O və Samirdə polis əməkdaşlarına etiraz etməmişlər, onlarla birlikdə 22-ci polis şöbəsinə gəlmişlər. 22-ci polis şöbəsində olduqları müddətdə, o, cinayət əməlini törətməyini etiraf etmişdir, Samir do onunla olmağını və hadisənin necə baş verməsini etiraf etmişdir. Hal-hazırda törətdiyi cinayəti əməllərini səmimi etiraf edir, peşmançılıq çəkir, barəsində yüngül cəza seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və şəxsi ədavəti yoxdur. O, Bakı şəhəri, ünvan 4 ünvanda valideynləri ilə birlikdə yaşayır, subaydır, əvvəllər məhkum olunmamış, ali təhsillidir, heç bir yerdə işləmir. X3 onun dostudur. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində dostu Kamranbəy Zeynallının işlədiyi ünvan 1 ünvanda yerləşən «Richlife» adlı rentakar ofisinə qonaq gəlmiş, həmin vaxtı orada Zeynallı Kamranbəy, onun qaradaşı Şahid5 də olmuşdur. O, onlarla bir qədər oturub söhbət etdikdən sonra həmin ofisin otağında olan oturacağın üzərinə, özünə məxsus, dəyəri 2500 manat olan bir ədəd «İphone 11 Pro» markalı mobil telefonunu qoymuş, ofisin digər otağına keçmişdir. Həmin vaxt ofisin əsas otağında heç kəs olmamışdır. Bu vaxt ofisin əsas otağından qapının səsi gəlmişdir. O, həmin vaxt Kamranbəyə demişdir ki, «deyəsən qapı açıldı, ofisə kimsə gəldi, biz hamımız burdayıq». Bu vaxt Kamranbəy qardaşı Orxanbəyə demişdir ki, «get gör kim gəlib». Orxanbəy ofisin əsas otağına tərəf getmiş və onlar Orxanbəyin «a kişi dayan» deməsini eşitmişlər, sonra isə iti addımlı ayaq səslərini eşitmişlər. Bu vaxt o, Kamran bəylə ofisin əsas giriş qapısına tərəf getmişlər. Bu vaxt görmüşlər ki, ofisin əsas giriş qapısı açıqdır, əsas otaqda da heç kəs yoxdur. Sonra o, Kamranbəylə giriş qapısından çölə çıxmışlar, Kamranbəy çöldə olan şəxslərdən, ofisdən çıxıb qaçan adamın hansı tərəfə qaçmasını soruşmuşdur. Orada olan şəxslər də həmin şəxsin Mazaki mağazası istiqamətində qaçmasını bildirmişlər. Bu vaxt o, Kamranbəylə deyilən istiqamətdə qaçmağa başlamışlar. Kamranbəy ona demişdir ki, «sən ofisə qayıt, ofis boşdur, mən birazdan gəlirəm». O da ofisə qayıtmış, istəmişdir ki, zəng vursun, bu vaxt da ofisin əsas otağında stulun üzərinə qoyduğu İphone Pro 11 markalı mobil telefonun yerində olmadığını görmüşdür. Həmin vaxt da başa düşmüşdür ki, ofisə gələn həmin şəxs onun mobil telefonunu götürüb qaçmışdır. O, ofisdə oturub Kamranbəyi və Orxanbəyi gözləmişdir. Bir az sonra əvvəlcə Orxanbəy ofisə qayıtmış, tənginəfəs olmuşdur. O, Orxanbəydən soruşmuşdur ki, «adamı tuta bildiniz», Orxanbəy ona demişdir ki, «tuta bilmədim, qaçıb getdi». O da Orxanbəyə demişdir ki, həmin şəxs onun mobil telefonunu götürüb qaçmışdır. Bir az, sonra da Kamranbəy ofisə qayıtmış, o, Kamranbəyə də mobil telefonunun həmin şəxs tərəfindən götürüldüyünü bildirmişdir. Bundan sonra o, dostu ilə birlikdə ofisi axtarmışlar, lakin telefonu tapa bilməmişlər. Bu zaman həmin ofisdə olan kameranın video görüntüsünə baxmışlar, onun mobil telefonunu həmin ofisinin qapısının açıq olmasından istifadə edən naməlum şəxs tərəfindən oğurlanması məlum olmuşdur. Bundan sonra onun dostu Kamranbəy Zeynallı baş vermiş oğurluq hadisəsi ilə əlaqədar, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra həmin hadisə yerinə Yasamal RPİ-nin 27-ci PB- nin əməkdaşları gəlmiş, onlara hadisə barədə məlumat verdikdən sonra, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və o, ərizə ilə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin hadisə nəticəsində ona dəyəri 2500 manat olan bir ədəd «İphone 11 Pro» markalı mobil telefon və həmin telefonun üzərində istifadə etdiyi dəyəri 20 manat olan ***-***-**-** nömrəli SİM kartın oğulanmasında ümumilikdə 2520 manat maddi ziyan dəymişdir. Onun oğurluqla əlaqədar konkret olaraq şübhələndiyi ofisdə olan müşahidə kamerasının görüntüsünə düşən tanımadığı şəxs olmuşdur. Başqa heç bir şübhələndiyi şəxs olmamışdır. ünvan 1 ünvanda yerləşən «Richlife» adlı rentakar ofisində baş vermiş oğurluq hadisəsi barədə onun və dostu Zeynallı Kamranbəy və onun qaradaşı Şahid5 məlumatı olmuşdur. O, bu barədə Orxanbəydən soruşmuş, Orxanbəy ona demişdir ki, «mən onu tuta bilmədim, qaçıb getdi, mənim çağırışlarıma da məhəl qoymadı, həmçinin mən də ona yaxınlaşa bilmədim, mən onu çağırırdım və dayanmasını tələb edirdim, lakin o, dayanmırdı və qaçırdı». Sonradan isə oğurluq edən şəxs polis əməkdaşları tərəfindən yaxalanmış və onun Təqsirləndirilən şəxs olduğu müəyyən olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, məhkəmədən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Bununla bağlı ərizəni məhkəməyə təqdim etdi. Zərərçəkmiş şəxs X12 xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını və dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxs X8 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Cinəyət işinə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X7 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-ci cild 61-62-ci səhifə). Cinayət işinə əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 02 ay həddində həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild 95-98-ci səhifə). Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hazırlıq iclas qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əməlində həmçinin Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 16.1 -ci maddəsinə əsasən, Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası CM-nin 16.2-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə əsasən, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin eyni bir maddəsi ilə yox, müxtəlif maddələri, yəni CM-nin 177.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayətlərin məcmusunu yaratmış və o, hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Belə olan halda, Təqsirləndirilən şəxs əməli həmçinin CM-nin 177.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə də ittiham irəli sürülməsi üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandırmalıdır. Bu halda məhkəmə müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının 10 (on) gün müddətində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarır. Bundan sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təqsirləndirilən şəxsə qarşı yeni ittiham irəli sürülərsə, məhkəmə baxışı məhkəmə iclasında həmin ittihamın elan olunması ilə təzələnir və məhkəmə baxışının davam etdirilməsi ümumi qaydada həyata keçirilir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Cinayətin tövsifinin dəyişməsi nəticəsində məhkəmə aidiyyətinin dəyişdirilməsi zərurəti yaranarsa, məhkəmə qərarına əsasən məhkəmədə işin baxılmasına xitam verilir və iş ümumi qaydada aidiyyəti üzrə baxılmaq üçün müvafiq məhkəməyə göndərilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. Göründüyü kimi, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadləri və digər materiallarla tam sübuta yetirilir. Göstərilənlərə əsasən dövlət ittihamçısı Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddəsi ilə də ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının vəsatət barədə fikirlərini dinləyib, dövlət ittihamçısının vəsatətinin dəlillərini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2 maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandırmalıdır. Bu halda məhkəmə müvafiq olaraq cinayət işinin 10 (on) gün müddətində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 321 və 318.2-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı X5 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı dayandırılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçrən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın, onun həbsdə saxlama müddəti 01 ay, yəni xx xxx 2021-ci il tarixədək uzadılsın. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-37/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-37/2021
22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver