Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-371/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, evli, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istiladə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonu ərazisində inşa edilmiş binadan dəyərindən ucuz qiymətə bir otaqlı mənzil alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istiladə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 25 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi 1 ünvanında yerləşən 1 saylı X3rşısında Zərərçəkmiş şəxs, anası X1 vasitəsilə ona çatdırılması üçün göndərdiyi 3000 manat pulu, 30 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi 152 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs 5000 manat pulu və 04 noyabr 2022-ci il tarixdə sonuncunun ünvan 4 ünvanında yerləşən avtobus dayanacağında quraşdırılmış ödəmə terminalı vasitəsilə onun istifadəsində olan 4169-74**-****-6022 nömrəli bank kartının hesabına göndərdiyi 780 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 8780 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs bacısı Şahid2 bir neçə ildir ki, tanıyır. 2022-ci ildə Şahid2 ona bildirmişdir ki, qardaşı Zərərçəkmiş şəxs MİDA sosial evlərindən mənzil almaq istəyir və bu barədə ona kömək olunmasını istəyir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə telefon vasitəsilə əlaqə saxlamışdır. O, müəyyən vəsaitin qarşılığında işin həll ola biləcəyinə dair Zərərçəkmiş şəxs vəd vermişdir. Daha sonra o, Zərərçəkmiş şəxs zəng edərək ilkin olaraq 3000 manat pul lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs da onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs bacısı Şahid2 və anası Şahid1 ilə Nəsimi rayonu, 1 saylı KTM-in yaxınlığında görüşmüş və məsələnin qısa müddətə həll olacağını demişdir. Lakin həmin görüş zamanı Zərərçəkmiş şəxs anası ona hər hansı bir məbləğdə pul verməmişdir. Ona verilən pullar yalnız Zərərçəkmiş şəxs və Şahid2 tərəfindən təqdim edilmişdir. 3000 manat pulu ona Şahid2 vermişdir. Təxminən bir həftə sonra Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs zəng edərək əlavə olaraq 5000 manat pul lazım olmasını bildirmişdir. Mayis bu məbləğin yekun olub-olmamasını soruşduqda o, mənzili təhvil alarkən əlavə xərclərin ola biləcəyini demişdir. O, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə Nərimanov rayonu, H.Əliyev küçəsində yerləşən 1 saylı Asan xidmətin yanında görüşərək ondan 5000 manat pul almışdır. O, 2022-ci ilin noyabr ayında Mayisə Whatsapp tətbiqində mesaj yazaraq yenidən pul lazım olmasını bildirmişdir. Mayis ondan bu dəfə pulun nə üçün lazım olmasını soruşduqda o, yeni mənzilə quraşdırılacaq sayğaclar üçün pul lazım olmasını demişdir. Mayislə razılaşdıqdan sonra o, bacısı Şahid3 adına olan “Kapital Bank” kartının nömrəsini ona göndərmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs həmin kart hesabına əlavə olaraq 780 manat pul göndərmiş və qəbzin şəklini də ona mesaj vasitəsilə yollamışdır. Lakin o, verdiyi vədi yerinə yetirməmişdir. Belə ki, o, həmin pulları Zərifə Hümbətova adlı şəxsin kartına göndərmişdir ki, Zərərçəkmiş şəxs ev alınmasında ona köməklik etsin. X9 adlı şəxs onu aldatmış və pulları mənimsəmişdir. Yəni o, özü də aldadılmışdır. O, tutulduqdan sonra vurulmuş zərərdən hər ay 500 manat ödəməyi təklif etsə də, zərərçəkmiş şəxs razı olmamışdır. Dəymiş zərərdən 500 manat pulu zərərçəkmiş şəxsin bacısı Şahid2 kartına yollamışdır. Belə ki, Şahid2 oğlu hərbi xidmətdə olduğu üçün ona pul lazım olduğunu bildirmiş, o da 500 manat pulu Şahid2 yollamışdır. Əməlindən peşmandır və hazırda dəymiş zərəri ödəyə bilmir. Daha sonra törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, dəymiş zərərin bir qismini ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının və yaşlı anasının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, kirayədə yaşadığı üçün 2022-ci ildə özünə mənzil almaq qərarına gəlmişdir. Bu barədə bacısı Şahid2 məlumat vermişdir. Şahid2 onu 2022-ci ilin oktyabr ayında tanışı Təqsirləndirilən şəxs ilə tanış etmiş və Təqsirləndirilən şəxs "MİDA" sosial evlərindən ev almaq işləri ilə məşğul olmasını bildirmişdir. Təxminən 1 həftə bu mövzuda danışdıqdan sonra Təqsirləndirilən şəxs ona zəng edərək ev ala biləcəyini, bunun üçün ilkin olaraq 3000 manat pul lazım olacağını bildirmişdir. O da 3000 manat pulu anası Şahid1 vasitəsilə Təqsirləndirilən şəxs təqdim etməsi üçün vermişdir. xx.xx.2022-ci il tarixdə anası Şahid1 və bacısı Şahid2 birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 1 saylı KTM-in yaxınlığında ona məxsus olan 3000 (üç min) manat pulu Təqsirləndirilən şəxs əlbəəl olaraq vermişlər. Təxminən bir həftə sonra Təqsirləndirilən şəxs ona zəng edərək əlavə olaraq 5000 manat pul lazım olacağını bildirmişdir. O, bunun yekun məbləğ olmasını soruşduqda, Təqsirləndirilən şəxs mənzili təhvil alarkən əlavə müəyyən qədər pul lazım olacağını demişdir. O, xx.xx.2022-ci il tarixdə 5000 (beş min) manat pulu Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən 1 saylı Asan xidmətin yanında Təqsirləndirilən şəxs əlbəəl vermişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona “Whatsapp” tətbiqində mesaj yazaraq əlavə olaraq 780 manat pul lazım olduğunu bildirmişdir. O, nəyə görə ödəniş etməli olduğunu soruşduqda Günay həmin pulun mənzilin qaz, işıq və su sayğaclarının quraşdırılması üçün lazım olduğunu bildirmişdir. Onunla razılaşdıqda Günay mesaj vasitəsilə ona bank kartının şəklini göndərmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən avtobus dayanacaqlarının birinin yanında yerləşən "Milliön" ödəniş terminalından Təqsirləndirilən şəxs göndərdiyi kart hesabına 780 (yeddi yüz səksən) manat pul göndərmişdir. Günayın məsləhəti ilə ödəniş çekinin üzərinə adını yazaraq ona göndərmişdir. Təqsirləndirilən şəxs ilə razılaşmaya əsasən Yasamal rayonunda yerləşən “MİDA" sosial evlərindən ona bir otaqlı mənzil verilməli idi. O, daha sonra həmin yaşayış kompleksində mənzillərin satıldığını öyrənmişdir. Bu barədə Günaya bacısı Sevinc məlumat versə də, o, işlərin davam etdiyini və ona mənzil veriləcəyini israr etmişdir. Lakin bir müddət sonra Günaya zəng çatmamışdır. Daha sonra o, bacısı Şahid2 və bacısı oğlu Cəlil Zeynalov ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonunda yerləşən evə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs ailə üzvləri onlara Günayın həbs olunduğunu söyləmişlər. Bundan sonra o, bir neçə dəfə həmin ünvana getmiş, lakin heç br nəticəsi olmamışdır. Beləliklə, o aldadıldığını başa düşmüşdür. Buna görə də anası Şahid1 Nəsimi RPİ-nin 20-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 2022-ci ildə oğlu Zərərçəkmiş şəxs kirayədə yaşadıqları üçün mənzil almaq istəmişdir. Bu ərəfələrdə qızı Şahid2 ilə məsləhətləşmişlər. O, Günay adlı tanışı olmasını və MİDA sosial evlərindən mənzil əldə olunmasında kömək edəcəyini bildirmişdir. Beləliklə, Sevinc Günayla əlaqə saxlamış və Günay bu işin həll olunması üçün müəyyən qədər vəsait lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs da razılaşmışdır. xx.xx.2022-ci il tarixdə o, qızı Sevinclə birlikdə Nəsimi rayonu, 1 saylı KTM-in yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Görüş zamanı oğlu Mayisin verdiyi 3000 manat pulu Günaya təqdim etmişdir. Günay onlara məsələnin qısa müddətə həll olacağını vəd etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs Günayla yenidən görüşərək Nərimanov rayonu, H.Əliyev küçəsində yerləşən 1 saylı Asan xidmətin yanında ona 5000 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə Günayın təkidi ilə Zərərçəkmiş şəxs onun göndərdiyi kart hesabına əlavə olaraq 780 manat pul göndərmişdir. Bir müddət keçdikdən sonra Günayın Mayisə verdiyi vədi yerinə yetirmədiyini gördükdə ailədə narazılıq yaranmışdır. X2 işin həll olunması barədə məlumat göndərilsə də, o, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Yekunda Təqsirləndirilən şəxs onları aldatdığını başa düşmüşlər. xx.xx.2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə gedərək bu barədə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, 2022-ci ildə qardaşı Zərərçəkmiş şəxs mənzil almaq istəyirdi. Belə ki, onlar kirayədə yaşadığı üçün mənzilə ehtiyacları var idi. Bu barədə onunla məsləhət edən zaman o, onlara Günay adlı tanışının MİDA sosial evlərindən mənzil əldə olunmasında köməklik edə biləcəyini bildirmişdir. Beləliklə, Günayla əlaqə saxlamış, telefon danışığı zamanı Günaya qardaşının qazi olmasını demişdir. Günay da qazi olmağının daha tez mənzil ala biləcəyinə kömək olduğunu bildirmişdir. Günay bu işin həll olunması üçün müəyyən qədər vəsait lazım olduğunu demişdir. Bu barədə qardaşı Zərərçəkmiş şəxs bildirmiş və o, razılaşmışdır. Onlar Mayisin qazilik sənədlərini də Təqsirləndirilən şəxs göndərmişlər. xx.xx.2022-ci il tarixdə o, anası Şahid1 ilə birlikdə Nəsimi rayonu, 1 saylı KTM-in yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Görüş zamanı anası Şahid1 3000 manat pulu Günaya təqdim elmişdir. Günay onlara məsələnin qısa müddətə həll olacağını vəd etmişdir. Hətta görüş zamanı Günaydan gələcəkdə veriləcək mənzilin münasib yerdə olmasını xahiş etmişlər. Daha sonra xx.xx.2024-cü il tarixdə qardaşı Zərərçəkmiş şəxs Günayla yenidən görüşərək Nərimanov rayonu, H.Əliyev küçəsində yerləşən 1 saylı Asan xidmətin yanında ona 5000 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə Günayın təkidi ilə qardaşı Zərərçəkmiş şəxs onun göndərdiyi kart hesabına əlavə olaraq 780 manat pul göndərmişdir. Bir müddət keçdikdən sonra anası və qardaşı ev məsələsinin həll olunmadığını bildirmişlər. O da Günayın mobil telefonuna zəng edərək məsələnin nə yerdə olmasını soruşmuşdur. Günay cavabında məsələnin qısa zamanda həll olunacağını demişdir. O, Günayın atasının dəfn mərasimində iştirak etmiş, həmin vaxt Günay ona qohumlarının arasında mənzil işi ilə məşğul olmasını bildirməməyi xahiş elmişdir. Günay dəfələrlə bildirmişdir ki, Zərərçəkmiş şəxs mənzil məsələsi həll olmasa aldığı pulları geri qaytaracaqdır. Bir müddət sonra Günayın telefonuna zəng edən zaman telefonu özünü onun vəkili kimi təqdim edən Eldəniz adlı şəxs açmış və Günayın həbs olunmasını demişdir. Daha sonra o, qardaşı Zərərçəkmiş şəxs və oğlu Cəlil Zeynallı ilə birlikdə Günayın Binəqədi rayonunda yerləşən evinə getmişlər, orada Günayın ailə üzvləri onları qarşılamışdır. Onlar həmin pulları qaytaracaqlarına dair vədlər vermişlər. Lakin heç bir vəsait geri qaytarılmamışdır. O, Təqsirləndirilən şəxs ilə qardaşı üçün ev almaq məsələsini danışan zaman sonuncu ona özü üçün də ev almasını məsləhət görmüş, o da adının sıraya yazılması üçün Təqsirləndirilən şəxs 500 manat pul vermişdir. Lakin ilk əvvəl qardaşının ev məsələsini həll etməsini xahiş etmişdir. Məhkəmə istinaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, o, anası ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs onun bacısıdır. O, bir neçə il əvvəl nömrəsini tam xatırlamadığı 4169-74* *-****-6022 nömrəli "Kapital Bank” kartı almışdır. Aldığı vaxtdan həmin kartı bacısı Təqsirləndirilən şəxs vermişdir. Həmin kart həmişə bacısının istifadəsində olmuşdur. Günayın kartı nə məqsədlə istifadə etməsindən xəbərdar olmamış, karta gələn pullardan ona verilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, əməli törətmiş şəxs müəyyən olunmadığı üçün cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (i.v.40); - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi digər cinayət əməllərinə görə Azərbaycan Respublikası ƏN-iıı Penitensiar Xidmətin 4 saylı CÇM-də cəza çəkməsi müəyyən edildiyindən cinayət işi üzrə icraat təzələnmişdir (i.v.43-44); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CTM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (i.v.74); - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir (i.v.85-86); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və onun 4 saylı CÇM-də cəza çəkməsi nəzərə alınmışdır (i.v.108); - “Hadisə yerinə baxış keçirilməsi haqqında" xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs 3000 manat pulu ünvan 5 ünvanda yerləşən 1 saylı KTM-in qarşısında vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.7-8); - “Zərər çəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 5000 manat pul verdiyi Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi 152 saylı ünvanın qarşısını, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olan kart hesabına ünvan 6 ünvanında yerləşən avtobus dayanacağında yerləşən "Milliön" terminalını göstərərək ifadəsini təsdiq etmişdir (i.v.60); - “Təqdim edilmiş sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə göndərdiyi 780 manat pulun qəbzi Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rahim Bəhmənov tərəfindən istintaq zərurəti ilə bağlı götürülmüşdür (i.v.63-64); - “Təqdim edilmiş sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid3 istintaqa təqdim etdiyi sübut əhəmiyyəti kəsb edə biləcək 4169-74**-****-6022 nömrəli “Kapital Bank” kartının xx.xx.2022-ci ildə olan maliyyə əməliyyatları ilə bağlı çıxarışın surəti Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rahim Bəhmənov tərəfindən istintaq zərurəti ilə bağlı götürülmüşdür (i.v.99-100); - “Əşya və sənədlərin maddi sübut kimi tanınması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 01 ədəd qəbz, eləcə də Şahid3 tərəfindən təqdim olunmuş 4169-74**-****-6022 nömrəli ‘‘Kapital Bank” karta dair xx.xx.2022-ci il tarixdə maliyyə əməliyyatlarının əks olunduğu çıxarış iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (i.v.101-102); - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir daha Şahid1 3000 manat pul aldığı ünvan 5 ünvanda yerləşən 1 saylı KTM-in qarşısını, eləcə də Zərərçəkmiş şəxs 5000 manat pul aldığı Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi 152 saylı ünvanın qarşısını göstərərək ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.135-138); - xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir-birinin üzünə qarşı ifadələrində qeyd etdiklərini təsdiq elmişlər (i.v.139-140); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 780 manat pulun göndərilməsi ilə bağlı 01 ədəd qəbz, Təqsirləndirilən şəxs istifadə etdiyi bacısı Şahid3 məxsus 4169-74**-****-6022 nömrəli ‘‘Kapital Bank” karta ilə bağlı xx.xx.2022-ci il tarixdə aparılmış pul əməliyyatlarının əks olunduğu çıxarış iş üzrə maddi sübut kimi tanınmışdır (i.v.141-151; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.4, 46.2-ci maddələri ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, 01 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 79-cu maddəsinə əsasən övladı 14 yaşına çatanadək cəzasının çəkilməsi təxirə salınmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmiş, onun barəsində CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar çıxarılmış, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi dərhal məhkəmə iclas zalında həbs edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 01 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən 01 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.76-78); - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-249/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə, himayəsində olan on dörd yaşına çatmamış 30 sentyabr 2012-ci il təvəllüdlü oğlu on dörd yaşına çatanadək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təyin olunan 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmışdır (i.v.79-83); - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-649/2023 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-249/2022 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq olunmasına dair müddəalar çıxarılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təyin olunan 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün dərhal məhkəmə iclas zalında həbs edilmiş, təyin edilmiş əlavə cəzanın müstəqil icra olunması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır; - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-70/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-649/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanmış və Təqsirləndirilən şəxs qəti olaraq 01 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; - Salyan Rayon Məhkəməsinin 1(057)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-70/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanmış və Təqsirləndirilən şəxs 01 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, 10 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnun hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 01 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 il 08 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkmə müddətinin əvvəli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-649/2023 saylı qərarına əsasən həbs qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni 01 dekabr 2023-cü il tarixdən hesablanmışdır; - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan bir uşağı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, həmin Məcəllənin 178.2.4-cü maddəsi isə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, yəni zərərçəkmiş şəxsdən aldığı pulu sonuncuya ev alınmasında köməklik etməsi üçün başqa şəxsə verməsi və özünün də həmin şəxs tərərəfindən aldadılması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilmişdir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini qismən etiraf etməsini, törətdiyi əməldən peşman olmasını və himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 1(057)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-70/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanmış və Təqsirləndirilən şəxs 01 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, 10 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 01 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 il 08 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Salyan Rayon Məhkəməsinin 1(057)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1-ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq qaydasında qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 1(057)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, 10 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası ona hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə ibtidai istintaq zamanı tutulduğu 01 gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs artıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə məhkum olunduğundan hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-649/2023 saylı qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan, yəni xx.xx.2023cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs hazırda Salyan Rayon Məhkəməsinin 1(057)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 780 manat pulun göndərilməsi ilə bağlı 01 ədəd qəbz, eləcə də Təqsirləndirilən şəxs istifadə etdiyi bacısı Şahid3 məxsus 4169-74**-****-6022 nömrəli ‘‘Kapital Bank” karta dair xx.xx.2022-ci il tarixdə maliyyə əməliyyatlarının əks olunduğu çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(057)-4/2024 saylı hökmü ilə təyin edilmiş 01 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 01 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 11 (on bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə ibtidai istintaq zamanı tutulduğu 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(057)-4/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut 780 manat pulun göndərilməsi ilə bağlı 01 ədəd qəbz və 4169- 74**-****-6022 nömrəli ‘‘Kapital Bank” karta dair xx.xx.2022-ci il tarixdə maliyyə əməliyyatlarının əks olunduğu çıxarış cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-371/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-371/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver