Məhkəmə qərarları › İş №1(006)-372/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-372/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-372/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçilər Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic Bağları massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.2004-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları massivində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 02 fevral 2025-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 36 B ünvanının qarşısında Hindistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs əlində mobil telefonla piyada hərəkətdə olduğunu görüb aralarında olan rolların bölgüsünə əsasən o, Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq əlində saxladığı zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə həmin günün məzənnəsi ilə 1633 manat 70 qəpik təşkil edən 961 ABŞ dolları dəyərində “İphone 15 Plus” markalı mobil telefonu dartıb götürməklə özgənin əmlakını açıq talayaraq qaçmış, Təqsirləndirilən şəxs2 isə guya kömək etmək bəhanəsi ilə Zərərçəkmiş şəxs fikrini yayındıraraq onun arxası ilə qaçmaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs 1633 manat 70 qəpik məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 02 fevral 2025-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 36 B ünvanının qarşısında Hindistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs əlində mobil telefonla piyada hərəkətdə olduğunu görüb aralarında olan rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq əlində saxladığı zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə həmin günün məzənnəsi ilə 1633 manat 70 qəpik təşkil edən 961 ABŞ dolları dəyərində “İphone 15 Plus” markalı mobil telefonu dartıb götürməklə özgənin əmlakını açıq talayaraq qaçmış, o isə guya kömək etmək bəhanəsi ilə sonuncunun fikrini yayındıraraq Təqsirləndirilən şəxs1 arxası ilə qaçmaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs 1633 manat 70 qəpik məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə dost olmuş, eyni məktəbdə oxumuşlar. 02 fevral 2025-ci il tarixdə saat 21 radələrində Elcan ilə görüşmüş və "Tarqovı" deyilən ərazidə gəzmiş, spirtli kokteyl qəbul etmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 36 B ünvanının qarşısında olan zaman Elcan ondan bir qədər aralanmış, bu zaman o, qarşıda Hindistan Respublikası vətəndaşının əlində mobil telefonla piyada hərəkətdə olduğunu görüb onun arxasınca gedərək telefonu onun əlindən alıb gəldiyi yol tərəfə qaçmış, bu zaman Elcan onu saxlamaq istədikdə o, Elcanı itələyərək qaçıb getmişdir. Qaçarkən arxaya baxmadığı üçün arxasınca kimin gəldiyini görməmişdir. Səhəri gün Elcanla telefon vasitəsi ilə əlaqə saxlayaraq görüşməyi təklif etmiş, Elcan onu 28 May ərazisinə dəvət etmişdir. Elcan ona həmçinin axtarışda olduğunu və telefonu yox etməsini bildirmişdir. O da telefonu satmaq üçün “Odniklassniki” sosial şəbəkəsindən tanış olduğu Elxan adlı şəxslə razılaşmış və Elxan da həmin vaxt 28 May ərazisinə gəlmişdir. O, Elxan və Elcanla görüşdükdə telefonu Elxana göstərmiş, sonuncu telefonu haradan aldığını soruşduqda o, soyğunçuluq yolu ilə əldə etdiyini bildirmişdir. Bundan sonra Elxan telefonu almayaraq çıxıb getmişdir. Ondan sonra da yaxalanmasından qorxduğu üçün telefonu sata bilməmişdir. Həmçinin bildirmişdir ki, telefonu alıb qaçmamışdan əvvəl Elcanla aralarında bununla bağlı hər hansı bir razılaşma olmamış, Elcanın onun telefonu götürüb qaçmaq kimi bir fikrinin olmasından xəbəri olmamış, telefonu satdıqdan sonra əldə edəcəyi puldan Elcana hər hansı bir məbləğ vermək fikri olmamışdır. O, soyğunçuluq əməlini tək törətmiş və bu əməli törətməkdə məqsədi maddi vəziyyəti ağır olduğu üçün telefonu satıb pul əldə etmək olmuşdur. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər olduğu üçün ifadəsində bu əməli Təqsirləndirilən şəxs2la birlikdə törətdiyini bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilən zaman onu saxlayan əməliyyatçılar onun yanında olduğu və ondan məhkəmədə onların bildirdiyi kimi ifadə verməsini tələb etdikləri üçün o, hakimə hadisəni olduğu kimi danışa bilməmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, dəymiş zərəri ödəməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun dostudur. 02 fevral 2025-ci il tarixdə saat 21 radələrində Emin ilə birlikdə Bakı şəhərində "Tarqovı" deyilən ərazidə gəzmiş, spirtli içki qəbul etmişlər. Oradan “Nizami” kinoteatrı tərəfə gələndə o, su almaq üçün “Bravo” marketə girmiş, oradan çıxdıqda Eminin ondan uzaqlaşaraq irəliyə getdiyini görmüşdür. O, Emini gözləmək üçün bir qədər dayanmış, bu zaman Eminin ona tərəf qaçdığını, onun arxasınca isə iki nəfər şəxsin “polis” qışqıraraq qaçdığını görmüşdür. O, Eminin qarşısını kəsib onu saxlamaq istəmiş, lakin Emin onu itələyərək qaçıb getmişdir. O da qorxduğu üçün həmin yerdən qaçaraq metroya, oradan da yaşadığı evə getmişdir. Səhəri gün o, 28 May metrostansiyası yaxınlığında sinif yoldaşı olan qızla görüşmüş, bu zaman Emini və sonuncunun “Odnoklassniki” sosial şəbəkəsindən tanıdığı Elxan adlı tanışını da orada görmüşdür. O, Emin və Elxanla salamlaşmış, ondan sonra onlar “28 Mall” ticarət mərkəzinə tərəf getmişlər, o isə yanında qız olduğu üçün onların yanına getməmişdir. Həmçinin bildirmişdir ki, onun Eminin törətdiyi əməldən qabaqcadan xəbəri olmamış, bununla bağlı aralarında hər hansı bir danışıq və razılaşma olmamış, həmçinin Emin telefonu Elxana satmaq istəyərkən onların yanında olmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə əməlindən peşman olduğunu bildirmiş, lakin bunu bildirərkən Eminin törətdiyi əməl barədə polis orqanına məlumat verməməsini nəzərdə tutmuşdur. Daha sonra ittiham aktında göstərilən əməli törətməməsini nəzərə alaraq məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Hindistan Respublikasının Kolkata şəhərində yaşayır. 01 fevral 2025-ci il tarixdə gecə saatlarında dostu Şahidla birlikdə Azərbaycan Respublikasının Bakı şəhərinə turist kimi gəlmişlər. 02 fevral 2025-ci il tarixdə ünvan 6 ünvanında kirayə ev tutduqdan sonra şəhərdə gəzmək üçün “Tarqovı” deyilən yer və onun ətrafına getmişlər. Bir qədər gəzdikdən sonra saat təxminən 20:30 radələrində kirayə qaldıqları evə gedərkən Bülbül prospekti ilə getmişlər. O, həmin vaxt istifadəsində olan “İphone 15 Plus” markalı mobil telefon vasitəsilə anası ilə danışmışdır. Həmin vaxt qəflətən bir nəfər onun əlindən telefonunu alıb qaçmağa başlamışdır. O, dostu Mainakla birlikdə həmin şəxsin dalınca qaçan zaman bir nəfər cavan oğlan da onlara kömək etmək üçün telefonu alıb qaçan şəxsin dalınca qaçmışdır. Lakin həmin şəxs qaçıb uzaqlaşmışdır. Onlara kömək edən şəxs də oradan uzaqlaşıb getmişdir. Mobil telefonu “İphone 15 Plus” markalı telefon olmuş və İMEİ2-**********08665 kodu vardır. Həmin telefonu 18 yanvar 2025-ci il tarixdə yaşadığı Hindistan Respublikası Kolkata şəhərində 961 ABŞ dollarına almış, ona həmin məbləğdə maddi ziyan dəymişdir. Hadisə vaxtı ətrafda xeyli adam olmuşdur. Həmin şəxslərdən bir nəfər cavan oğlan onlarla birgə telefonu alıb qaçan şəxsin dalınca qaçmağa çalışsa da, həmin şəxsi tuta bilməmişlər. Telefonu götürüb qaçan şəxs təxminən 20-22 yaşlarında qara gur saçlı, üzündə saqqal olan, bitişik qaşlı, təxminən 160 boyunda cavan oğlan olmuş, onu görsə tanıya bilər. Həmçinin ifadəsində göstərmişdir ki, onun telefonunda mobil nömrə olmamışdır. Bakı şəhərində Hindistan nömrəsi işləmədiyi üçün telefonuna nömrə qoymamışdır. Bundan başqa telefonu onun əlindən alınarkən ona qarşı hər hansı bir zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə bildirmişdir ki, zərər çəkmiş şəxsə dəymiş zərərin əvəzi olaraq təqsirləndirilən şəxslər tərəfindən 1633 manat pul ödənilmişdir. Zərər çəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 01 fevral 2025-ci il tarixdə dostu Zərərçəkmiş şəxs ilə birlikdə turist qismində Bakı şəhərinə gəzməyə gəlmişlər. O, 02 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərini gəzib həmin tarixdə saat 20:35 radələrində ünvan 7 ünvanında yerləşən kirayədə yaşadıqları evə gedərkən tanımadıqları bir cavan oğlan Nəsimi rayonu, Bülbül prospektində onlara yaxınlaşaraq həmin vaxt telefonla danışan Zərərçəkmiş şəxs əlindən “İphone Plus” markalı mobil telefonunu çəkib alaraq hadisə yerindən qaçıb uzaqlaşmışdır. Onlar həmin şəxsin arxasınca qaçmağa çalışsalar da, həmin şəxsi saxlamağa nail ola bilməmişlər. Bir neçə gündən sonra isə dostu Zərərçəkmiş şəxs hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə dəvət edilmişdir. Hadisə zamanı ona deyil, dostu Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 36B ünvanının qarşısıdır, baxış zamanı hadisənin görüntüləri əldə olunaraq 01 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir (i.v.13-16); - “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona təqdim olunan şəxslərin arasından 3cü sırada durmuş Təqsirləndirilən şəxs1 göstərib, həmin şəxsin onun mobil telefonunu alıb qaçdığını bildirmişdir (i.v.37-39); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.51); - “Əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.1-ci maddəsinə tövsif edilmişdir (i.v.68); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v.75); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-90/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 14:00-dan hesablanmışdır (i.v.93-98); - “Zərərçəkmiş şəxsin nümayəndəsinin tanınması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Nümayəndə iş üzrə Zərərçəkmiş şəxs nümayəndəsi qismində tanınmışdır (i.v.101); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.121); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v.133); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-110/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 02 ay 22 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 13:30dan hesablanmışdır (i.v.151-154); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd diskə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və şübhəli şəxs Təqsirləndirilən şəxs1 iştirakları ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs qarşı törədilmiş soyğunçuluq cinayəti ilə bağlı videogörüntüləri özündə əks etdirən DVD diskində 01 ədəd videofayl vardır. Həmin videofayl açıldıqda xx.xx.2025-ci il tarixdə saat 20:34 dəqiqədə biri qara rəngli, biri ağ rəngli gödəkçə geyinmiş iki kişinin küçədə səki ilə hərəkət etmələri, ağ rəngli gödəkçə geyinmiş şəxsin mobil telefonla danışması, onlardan nisbətən arxada, amma arxaları ilə hərəkət edən digər iki kişinin özlərini şübhəli aparmaları, arxada gələn şəxslərdən qara rəngli gödəkçə və qırmızı rəngli köynək geyinmiş şəxsin yolayrıcına çatanda sürətlə irəli dorğu qaçması, arxada gələn şəxslərdən ağ-qara rəngli gödəkçə və ağ rəngli köynək geyinmiş şəxsin isə yolayrıcı hissədə qalaraq sağa-sola baxması, həmin vaxt qara rəngli gödəkçə və qırmızı rəngli köynək geyinmiş şəxsin sürətlə geriyə doğru qaçaraq oradan uzaqlaşması, yolayrıcı hissədə qalıb sağa-sola baxan, yəni ağ-qara rəngli gödəkçə və ağ rəngli köynək geyinmiş şəxsin isə lap öndə gedən şəxslərə, yəni biri qara rəngli, biri ağ rəngli gödəkçə geyinmiş şəxslərə qoşulub sürətlə geriyə doğru qaçan şəxsin dalınca qaçması və onların oradan uzaqlaşması müşahidə olunur. Zərərçəkmiş şəxs bildirmişdir ki, lap öndə gedən şəxslərdən qara rəngli gödəkçə geyinmiş şəxs onun dostu olan Hindistan vətəndaşı Şahid, ağ rəngli gödəkçə geyinmiş şəxs isə onun özüdür. Sürətlə geriyə doğru qaçan şəxs isə onun əlindən “İphone 15 Plus” markalı mobil telefonunu alıb qaçan şəxsdir. Digər ağ-qara rəngli gödəkçə və ağ rəngli köynək geyinmiş şəxs isə guya onlara köməklik etməyə çalışmışdır. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bildirmişdir ki, lap öndə gedən, yəni qara rəngli gödəkçə geyinmiş şəxs və ağ rəngli gödəkçə geyinmiş şəxs xarici ölkə vətəndaşlarıdır. Həmin şəxslərdən nisbətən arxada hərəkət edən qara rəngi gödəkçə və qırmızı rəngli köynək geyinmiş şəxs onun özü, ağqara rəngli gödəkçə və ağ rəngli köynək geyinmiş şəxs isə onun dostu Təqsirləndirilən şəxs2dur. Onlar birlikdə həmin xarici ölkə vətəndaşlarının arxasınca gedərək, mobil telefonla danışan və ağ rəngli gödəkçə geyinmiş şəxsin mobil telefonunu oğurlamaq qərarına gəlmişlər, buna görə dostu Elcan guya həmin şəxslərə yardım edirmiş kimi görüntü yaratmaq üçün ondan bir qədər geriyə qalmış, o isə həmin xarici ölkə vətəndaşlarının arxasınca qaçıb ağ rəngli gödəkçə geyinmiş şəxsin əlindən mobil telefonu almış və qaçaraq yolu keçib oradan uzaqlaşmışdır (i.v.36, 63); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 mart 2025-ci il tarixli, 9/1484/2025 nömrəli rəyindən görünür ki, analoji malların texniki texniki göstəricilərinə müvafiq olaraq, ekpertiza təyini haqqında qərarda göstərilən 01 ədəd İMEİ2-**********08665 kodlu, 128 GB yaddaş tutumlu, «İPhone 15 plus» markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2025-ci ilin fevral ayına orta bazar qiyməti nəzəri qaydada hesablama yolu ilə təxminən 1370 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkir edir (i.v.163- 166); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə içərisində hadisənin görüntülərini əks etdirən 01 ədəd disk tərəfimdən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır (i.v.198-205); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (i.v.104); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən 300 manat cərimə cəzasına məhkum edilmişdir (i.v.179); - Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin alınmış xx.xx.2025-ci il tarixli 300330/25 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 tərəfindən 300 manat cərimə məbləği tam şəkildə dövlət nəfinə ödənilərək cəzanın icrası təmin olunmuşdur (i.v.187); - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixində təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Hindistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs dəymiş 1633,70 manat maddi ziyan ödənilmişdir, həmin şəxslər barəsində heç bir şikayət və tələbləri yoxdur (i.v.157); - Hadisənin görüntülərinin əks olunduğu DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. ,qulruğO“ soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (qulruğo) kimi tövsif edilməlidir (2-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaya, həmin Məcəllənin 180.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, həmçinin Təqsirləndirilən şəxs1 cinayət əməlini tək törətməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxslərin bu ifadələri iş materialları, zərər çəkmiş şəxsin ifadəsi, həmçinin ekspert rəyi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Eyni zamanda Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlini qismən etiraf edərək peşman olmasını, dəymiş zərəri ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 180.2.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən dəymiş zərəri ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Həmin Məcəllənin 18.4.1-ci və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərə və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, hazırki halda Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi yaranmamışdır. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar