Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-373/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 və onun vəkili Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X9, müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tanışı Zərərçəkmiş şəxs1 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib etibarından sui-istifadə edərək sonuncunun Türkiyə Respublikasında tibb kursunda təhsil almasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 2019-cu ilin yanvar ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanda yerləşən “Qış Parkı” adlanan ərazidə ümumilikdə 5.000 manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs6 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib etibarından sui-istifadə edərək sonuncuya Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilmiş X35 İmtahanında topladığı balı artırmaq və ingilis dili müəllimi kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 31 iyul 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanda yerləşən Qış Parkında 3000 manat, 2018-ci ilin avqust ayının əvvəllərində həmin ünvanda 4000 manat, 21 may 2019-cu il tarixdə ünvan 4 ünvanda 1200 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs6 ümumilikdə 8200 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X7 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib etibarından sui-istfadə edərək sonuncunu bağça müdirəsi vəzifəsinə keçməsi üçün köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 22 avqust 2019-cu il tarixdə ünvan 5 ünvanda yerləşən “28 Mail" ticarət mərkəzinin 4-cü mərtəbəsində 10.000 manat, 26 avqust 2019-cu il tarixdə həmin ünvanda 23.000 manat pulunu ələ keçirib verdiyi vədə əməl etməyərək zərərçəkmiş şəxs N.A. Abdullayevaya ümumilikdə 33.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldalma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs7 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib etibarından sui-istifadə edərək sonuncunun tanışı “Salam" adlı şəxsin Azərbaycan Respublikası Təhsil Nazirliyində təhsillə bağlı lahiyəsinin tanınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 2017-ci ilin aprel ayının ortalarında ünvan 6 ünvanda 15.000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs7 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib etibarından sui-istifadə edərək sonuncunun tanışı “Mahmud” adlı şəxsin ali təhsil haqqında diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmasında köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 2017-ci ilin may ayının əvvəlləində ünvan 6 ünvanda 5.000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs8 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib etibarından sui-istifadə edərək sonuncunun övladı X13 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə zabit rütbəsi almaqla şöbələrin birində qeydiyyatçı işinə düzəlməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin may ayının sonlarından, həmin ilin sentyabr ayının sonunadək olan müddət ərzində ünvan 7 ünvanda 11.000 manat, 2018-ci ilin dekabr ayının sonunda ünvan 8 ünvanda 5.000 manat pulunu ələ keçirməklə verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs8 ümumilikdə 16.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs7 sonuncunun tanışları “Mahmud” adlı şəxsin ali təhsil haqqında diplomunun və “Salam” adlı şəxsin Azərbaycan Respublikası Təhsil Nazirliyində təhsillə bağlı lahiyəsinin tanınmasında köməklik edəcəyinə dair verdiyi vədlər əsasında Zərərçəkmiş şəxs7 aldığı ümumilikdə 20.000 manat pulu qaytarması adı ilə sonuncunu Bakı şəhəri, Suraxanı rayonu, ərazisində 01 hektar 20 sot torpaq sahəsinin olduğuna və həmin torpaq sahəsini satmaq üçün lazımi sənədlərinin düzəlməsinə 2.000 manat pul tələb olunduğuna inandıraraq etibarından suiistifadə edib aldadaraq bu adla 2019-cu ilin fevral ayının ortalarında ünvan 9 ünvanda 2.000 manat pulunu alıb ələ keçirməklə verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs7 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və alda:ma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs7, lombardda özünə məxsus girova qoyduğu qızıl-zinət əşyalarının çıxarılaraq sonuncuya verməli olduğu 22.000 manat pulu qaytaracağına dair yalan vədlər verib, etibarından sui-istifadə edib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin dekabr ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, ünvan 10 ünvanda 5.000 manat, eyni adla 2019-cu ilin dekabr ayının sonlarında ünvan 6 ünvanda 5.000 manat pulunu alıb ələ keçirməklə verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs7 ümumilikdə 10.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X6 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib etibarından sui-istifadə edərək sonuncunun X1nın adına əlillik dərəcəsi və həmin dərəcəyə uyğun təqaüd düzəldilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 05 mart 2020-ci il tarixdə ünvan 11 ünvanda 2500 manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi yalan vədə əməl etməyib Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib etibarından sui-istifadə edərək sonuncunun cəzaçəkmə müəssisəsində cəza çəkən qohumunun cəzasını tanış vəkil vasitəsilə azaldılmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 2020-ci ilin iyun ayında Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanda yerləşən Qış Parkında 1000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla cələduzluq etmişdir. Bunda başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib etibarından sui-istifadə edərək sonuncunun “Elşən” adlı tanışının qohumunu İsmayıllı kənd orta məktəbdə müəllim kimi işlə təmin olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 15 iyul 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanın qarşısında 5500 manat məbləğində pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə qrup yoldaşı F.D.İmanovun tanışı X14 oğlu X24 şəhər 2 saylı orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə düzəldəcəyinə dair F.İmanova yalandan vəd verib aldadaraq 2019-cu ilin iyun ayının əvəllərində ünvan 12 ünvanında yerləşən “Favorit» kafesinin qarşısında 3000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs F.D.İmanova maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə qrup yoldaşı F.D.İmanovun tanışı X2 qohumu Tunar Məhərrəmovu Azərbaycan Dövlət İqtisad Universitetinin Dizayner fakültəsinə daxil olması üçün verməli olduğu qabiliyyət imtahanından keçirdəcəyinə dair yalandan vəd verib aldadaraq 2019-cu ilin iyun ayının əvvəllərində ünvan 12 ünvanında yerləşən «Favorit» kafesinin qarşısında Xaliq Haqverdiyevin ona verilməsi üçün F.İmanova verdiyi 4500 manat pulu sonuncudan alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs X.R.Haqverdiyevə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə qrup yoldaşı F.D.İmanovun tanışı X12 arvadı X30 rayon Perimbel kənd orta məktəbinə riyaziyyat müəlliməsi vəzifəsinə düzəldəcəyinə dair F.İmanova yalandan vəd verib aldadaraq 2019-cu ilin un ayının əvvəllərində ünvan 13 ünvanında yerləşən «Favorit» kafesinin qarşısında 4000 (dörd min) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs F.D.İmanova maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin lakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə qrup yoldaşı F.D.İmanovun tanışı X15 arvadı X32 rayonu ərazisində yerləşən orta məktəblərin birinə zərbaycan dili və ədəbiyyatı müəlliməsi vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 2019-cu ilin iyun ayının ortalarında ünvan 12 ünvanında yerləşən «Favorit» kafesinin qarşısında Vüsal Rəhmanovun ona verilməsi üçün F.İmanova verdiyi 5200 manat pulu sonuncudan alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs V.Q,Rahmanova xeyli iqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin lakmı ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə qrup yoldaşı F.D.İmanovun tanışı X8 oğlu X16 rayonu Əfcədulan kənd orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 2019-cu ilin iyun ayının ortalarında ünvan 12 ünvanında yerləşən “Favorit» kafesinin qarşısında F.İmanovun 3500 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs F.D.İmanova maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə qrup yoldaşı F.D.İmanovnun tanışı X27 arvadı Lamiyə Abbasovanı Sumqayıt şəhəri 21 saylı tam orta məktəbinə riyaziyyat müəlliməsi vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 2019-cu ilin iyun ayının sonlarında ünvan 14 ünvanında yerləşən «Favorit» kafesinin qarşısında Qismət Ağayevin ona verilməsi üçün Fizuli İmanova verdiyi 6200 manat pulu sonuncudan alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs Q.A.Ağayevə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə qrup yoldaşı F.D.İmanovun tanışı X20 Yardımlı rayonu Mamurqan kənd orta məktəbinə direktor vəzifəsinə düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq 2019-cu ilin iyun ayının sonlarında ünvan 12 ünvanında yerləşən «Favorit» kafesinin qarşısında Fizuli İmanovun 4500 (dörd min beş yüz) manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş şəxs F.D.İmanova maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Firəngiz adlı qadını o, təxminən 30 il olar ki, tanıyır. Belə ki, Firəngiz xanım onlarla qonşuluqda yaşamışdır. Hal-hazırda da Firəngiz xanımla yaxın dostluq münasibətləri vardır. 2019-cu il yay aylarında, daha dəqiq may ayında o, Nəzakət adlı xanımla tanış olmuşdur. Nəzakət xanımla tanışlığı Firəngiz xanımın vasitəsi ilə olmuşdur. Belə ki, Firəngiz xanım onu Nəzakət xanımla tanış edən zaman bildirmişdir ki, Nəzakət bağçaya müdirə işinə düzəlmək istəyir. Firəngiz xanım ona təklif etmişdi ki, “sənin işə düzəltmədə adamın varsa ona de, o da bizə köməklik etsin”. Firəngiz bildirmişdi ki, işə düzəltmə məsələsinin həllində o, köməklik etsin. O da buna etiraz etməmiş və Firəngizə bildirmişdir ki, “tanışım var, Nəzakətə köməklik edərəm”. O da bundan sonra bacısı Naibəyə məsələni bildirmiş ve xahiş etmişdir kı, bacısı hər hansı bir bağça tapsın ki, Nəzakətə lazım olsa göstərə bilsinlər. Həmin vaxtlar bacısı Naibə ev məsələsi ilə əlaqədar olaraq tez-tez Bakı Şəhər İcra Hakimiyyətinə gedib-gəlirdi. Onun bacısının əsl adı Naibə olsa da hamı onu İradə kimi tanıyır. Həmin vaxt əslində o, Naibədən də xahiş etmişdir ki, həqiqətən də Nəzakətin bağçaya düzəlmə məsələsini həll edilməsi məsələsi barəsində maraqlansın. Həmin vaxtdan bir müddət sonra Elnaz xanım Firəngiz xanımla telefon vasitəsi ilə əlaqə saxlayaraq Nəzakət xanımı Bakı şəhər İcra haimiyyətinin qarşısına gətirəcəyini və o, bacısı Naibə və Firəngizlə Nəzakəti tanış edəcəyini bildirmişdir. Beləliklə o, Naibə və Firəngiz Bakı şəhər İcra hakimiyyətinin qarşısına gəlmişlər və orada Elnaz onları Nəzakətlə görüşdürmüşdür. Həmin görüş zamanı da Naibəni İradə kimi təqdim etmişlər. Həmin vaxt Nəzakət tək gəlmiş və üzərində bağça məsələsinin həlli ilə əlaqədar hər hansı pul gətirməmişdir. Söhbət əsnasında Nəzakət onlara bildirmişdir ki o, Elnaza inanmır və bağça məsələsinin həlli ilə əlaqədar o, onlarla , yəni özü, Firəngiz və İradə kimi tanıdığı bacısı Naibə ilə iş görmək istəyir. Onlar da Nəzakətlə razılaşmışlar və həmin vaxt bir-birilərinin telefon nömrələrini götürmüşlər. Bağça məsələsinin həlli ilə əlaqədar olaraq ona, yəni Nəzakətə qısa vaxt ərzində 33.000 manat pul verməli olacağını bildirmişdir. Həmin vaxtdan onların nə Elnazla, nə də ki Samirə ilə heç bir əlaqələri olmamışdır. 23 avqust 2019-cu il tarixdə o, və Firəngiz Nəsimi rayonu, 28 Mail Ticarət Mərkəzində olan zaman Nəzakət və onun qızı Aytac onlara yaxınlaşmışlar və ilkin olaraq 10.000 manat pulu şəxsən Firəngiz xanıma vermişlər. Firəngiz xanım da pulu sayıb onların yanında şəxsən ona vermişdir. Onlar razılaşmışlar ki, pulun qalan hissəsini 2-3 günə versin. Həmin gündən 3 gün sonra, yəni 26 avqust 2019-cu il tarixdə Nəzakət ona və Firəngizə 23 000 manat pul vermişdir. Həmin pulu Nəzakət şəxsən ona vermişdi. Onlar Nəzakətə söz vermişlər ki, yaxın vaxtlarda onun baxçaya düzəlmə məsələsi öz həllini tapacaqdır. Həmin vaxtdan bir müddət keçmişdi ki, Nəzakət Firəngiz xanıma zəng vuraraq işinin nə yerdə qaldığını maraqlanmağa başladı. Bu zaman o, bacısı Naibəyə yalvarmışdır ki, Nəzakətlə Bakı Şəhər İcra Hakimiyyətinin qraşısına görüşsün. Naibə də buna etiraz etməmiş və Nəzakət öz işinin nə yerdə qaldığını maraqlanan zaman bacısı Naibə bildirmişdir ki, Yasamal rayonunda yerləşən bağçalardan birinə müdirə kimi işə düzələcək. Nəzakət sonradan maraqlanmış ki, ona göstərilən bağçanın müdirəsi iş yerini dəyişmək istəmir. O da təbii ki, Nəzakətin bağça müdiri vəzifəsinə düzəlməsini təşkil edə bilməmişdir. O, Nəzakətdən aldığı 33000 manat puldan heçkimə heçnə verməmişdir. Firəngiz onda pul olmasını görüb borc olaraq ondan 4500 manat pul istəmişdir. O da Firəngizə borc olarac 4500 manat pul vermişdir. O, həmin puldan nə Elnaza, nə Samirəyə, nə də ki bacısı Naibəyə bir qəpik belə olsa verməmiş, əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 2018-ci ilin noyabr ayından tanıyır. Belə ki, 2018-ci ilin noyabr ayında atasının “qırx" mərasiminə hazırlaşan ərəfələrdə Könül adlı tanışı ona zəng vuraraq Məhəmməd adlı şəxslə danışmağını və Məhəmməddən Könül üçün vaxt istəməyini bildirmişdir. O, özü Könüllə 2018-ci may ayında tanış olmuş, sonradan Könül xəstələnmiş və xəstəxanaya düşmüş və aralarında olan dostluq münasibətləri daha da dərinləşməyə başlamışdır. Atasının qırx mərasiminə hazırlaşdıqları ərəfədə Könül ona baş verənləri dedikdən sonra o, Məhəmməd adlı şəxslə telefon əlaqəsi saxlamış və yaşadığı ünvanda olduğunu bildirmişdir. Könül əvvəlcədən ona Məhəmməd adlı şəxsin Türkiyədə təhsil alması və uzmanlıq elmi dərəcəsi üçün ona köməklik etdiyini bilirmiş və buna görə də Könülün Məhəmməddən 15000 manat pul aldığını da çox yaxşı bilirmiş. O, Məhəmmədlə danışdıqdan sonra Məhəmməd bir nəfər Sevda adlı tanışı olan qadınla onun yaşadığı evə gəlmiş, yas məclisində də iştirak etmişdir. Məclisi yola verdikdən sonra o, Məhəmmədin yanında Könülə zəng vurmuş və Məhəmmədin pulunun hansı vaxta qaytaracağını maraqlanmış və Könül bildirmişdir ki, ona ümumiyyətlə hər hansı bir məbləğdə pul verməmşdir. Bunu Könül özü də təsdiq etmişdir. Könül telefonda ağlayaraq Məhəmməddən vaxt istəmiş, o da bundan sonra Məhəmmədin Türkiyədə təhsil alması məsələsi ilə bağlı bir neçə tanışından maraqlandıqda ona bildirmişlər ki, Könül Məhəmməddən 15.000 manat məbləğində pulu yersiz yerə almış, buhun üçün o qədər pul lazım olmur. Belə ki, Türkiyədə təhsil üçün yer pulu almaq kimi xırda məsələlərə görə pullar lazım olur. Bundan sonra o, Məhəmmədə olanları danışmış və bunu üçün ilk olaraq 400 manat pul lazım olacağını qeyd etmişdir. Məhəmməd də Könülə verdiyi pulları geri alıb ona ödəyəcəyini bildirmişdir. O, bilirmişdir ki, Könül Məhəmməddən aldığı 15000 manat pula qızına cehizlik əşyaları almış və qızına toy etmişdir. Bu minvalla 2019-cu ilin təxminən yanvar ayının əvvəllərində o, Məhəmməddən ilkin olaraq 400 manat pul almışdır. Həmin pulu isə bilet pulu adı ilə almış və sonradan, yəni birinci pul aldığı vaxtdan təxminən bir neçə gün sonra qalmaq pulu üçün Məhəmməddən 300 manat və 1000 manat pul istəmişdir. Məhəmməd də tanışı Sevda adlı qadınla birlikdə onunla görüşərək 300 manat və 1000 manat olmaqla 2 dəfəyə ona pul vermişdir. Bundan sonra o, Məhəmməddən yenə də Türkiyədə təhsil alması məsələsinin həlli üçün 600 manat və 200 manat olmaqla tanışı Sevdanın yanında pul almışdır. Daha sonra isə yenidən Məhəmməddən 200 manat pul almışdır. Danışıq belə olmuşdur ki, Könülün Məhəmməddən aldığı 15.000 manatı Məhəmməd geri almalı və ona ödəməli idi ki, o, Məhəmmədin Türkiyədə təhsil alması məsələsini həll edə bilsin, lakin sonradan Könül Məhəmməddən aldığı 15.000 manatı geri qaytarmadığı üçün Məhəmməd də ona hər hansı bir formada ödəniş edə bilməmişdir. O, Məhəmməddən onun Türkiyədə təhsil alması məsələsinin həlli üçün hissə-hissə olmaqla ümumilikdə 5000 manat pul almışdır. Sonradan Məhəmmədin pulunu Könül qaytarmadığı üçün Məhəmməd polisə şikayət etmiş və bu zaman o, Məhəmmədə 5000 manat pul ödənişi etmiş və polisdə həmn məbləğ rəsmiləşdirilmişdir. Bundan başqa, o, N.R.Babayevanı əsl adı hazırda Zərərçəkmiş şəxs6 olan qadını Vüsal Həbibovun vasitəsi ilə 2018-ci il tarixdən tanıyır. Belə ki, Vüsal ona bildirmişdir ki, ‘'1 nəfər tanışım var, adı Nuranədir, imtahan verib lakin imtahanda az bal topladığına görə müəllim kimi işə düzələ bilmir, onun imtahanda topladığı balı artırmaq və hər hansı bir məktəbə müəllim kimi işə düzəltmək lazımdır. Sən bu məsələdə köməklik edə bilərsənmi?” O da sonuncuya demişdir k, “ bəli təhsil sahəsində işləyən tanışım var, onunla danışıram, köməklik edər”. Belə ki, o, bu barədə adını Günay kimi tanıdığı əsl adı isə Xədicə olan qadınla danışmışdır. Xədicə də ona bildirmişdir ki, " mənim təhsil sahəsində tanışım var, onun vasitəsi ilə Əsranı müəllim kim işə düzəldə bilərəm, bunun üçün 8000 manat pul və müvafiq sənədlər lazımdır". O da bu barədə Vüsala demiş, sonuncuda onu Əsra ilə tanış etmişdir. O, Əsra ilə ilk dəfə tanışı Könülün yatdığı X5 görüşmüşdür. Həmin vaxt Əsraya demişdir ki, “ Xədicə adlı qadın var, o sənə bu sahədə köməklik edəcək” Əsra da bununla razılaşmışdır. Həmin görüşdən bir neçə gün sonra yəni 2018-ci ilin iyul ayında o, Əsra ilə Təhsil Nazirliyinin qarşısına getmişlər. Oraya Xədicə də gəlmişdir. Xədicə orada Əsraya ərizə və digər sənədlərə imza etdirmişdir. Daha sonra Xədicə Əsraya demişdir ki, 8200 manat pul lazımdır. Əsra da bildirmişdir ki, bu barədə valideynləri ilə danışıb məlumat verəcək. Həmin görüşdən bir neçə gün sonra yəni 31 iyul 2018-ci il tarixdə o, Əsra ilə Qış Parkı adlanan ərazidə adını hazırda xatırlamadığı kafedə görüşüb ondan 3000 manat pul almışdır. O, Əsradan aldığı həmin pulu aparıb Xədicəyə yaşadığı ünvan 10 ünvanda vermişdir. Daha sonra 2018-ci ilin avqust ayında yenidən Əsra ilə Qış parkı tərəfdə adını xatırlamadığı kafedə görüşüb ondan 4000 manat pul almış və həmin pulu da aparıb Xədicəyə eyni ünvanda vermişdir. Növbəti dəfə 1200 manat pulu o, Əsradan 2019-cu ilin may ayının 21-də Lökbatan qəsəbəsində almışdır. Əsradan aldığı həmin pulu da Xədicəyə vermişdir. Xədicə də həmin puldan yəni ümumilikdə 8200 manat puldan ona 1000 manat pul vermişdir. X36 demişdir ki, "əmrin yaxın vaxtda çıxacaq”, lakin bütün bunlara baxmayaraq Xədicə Əsranı məktəbə müəllim kimi işə düzəldə bilməmişdir. Əsra da işin alınmadığını görüb pulunu tələb etməyə başlamış, lakin pulunu ala bilmədikdə bu barədə şikayət etməyə başlamışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs2 Rəşad adlı tanışının vasitəsi ilə tanıdığını bildirmişdir. O, Rəşadın vasitəsi ilə əvəlcə Manafı, sonra isə Nizamini tanımışdır. O, Manafla həm söhbət olarkən sonuncu ona söhbət əsnasında demişdir ki, tanışı Nizaminin yaxın qohumu var, o, cəzaçəkmə müəssisəsində cəza çəkir, onun cəzasını azaltmaq lazımdır, buna görə də yaxşı vəkil axtarırlar. Onun da həmin vaxt maddi problemləri olduğundan Manafa demişdir ki, "mən Sahib adında vəkil tanıyıram, o, çox yaxşı və savadlı vəkildir, məhkəmələrdə problemli işləri yoluna qoyur." Manaf da ona demişdir ki, Nizamiyə deyərəm razı olsa sizi tanış edərəm. Sonradan Manaf ona demişdir ki, Nizami sizinlə görüşmək istəyir. O da buna etiraz etməmiş və Nizami ilə 2020-ci ilin iyun ayında Qış Parkı adlanan ərazidə yerləşən kafedə görüşmüşlər. O, Nizamiyə Sahib adlı əslində isə elə adda tanımadığı vəkil barədə məlumat vermiş, bildirmişdir ki, “savadlı vəkildir, yaxşı vəkildir, işləri yoluna qoya bilir. Nizami də bildirmişdir ki, “qohumunun işini yəni cəzasını azaltmaq üçün nə qədər pul lazımdır?” o, da cavabında bildirmişdir ki, “vəkillə danışıb xəbər edərəm”. Həmin görüşdən təxminən bir neçə gün sonra o, Nizamiyə demişdir ki, “məşələnin həlli üçün 1000 manat pul lazımdır". Nizami də buna etiraz etməmiş və bildirmişdir ki, həmin 1000 manat pulu verə bilər. O, əvvəlcə həmin ərəfədə Nizamı ilə Qış parkı adlanan ərazidə yerləşən adını xatırlamadığı kafedə görüşüb ondan ümumilikdə 1000 manat pulu 2020-ci ilin iyun ayında almışdır. Lakin onun həmin ərəfədə pula ehtiyacı yarandığından həmin 1000 manat pulu guya Sahib adlı vəkil var, ona vermək üçün almış, əsl həqiqətdə isə belə bir vəkil olmamış, aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs5 2020-ci ilin fevral ayından tanıyır. Belə ki, onu bacısı oğlu Samirlə 2020-ci ilin fevral ayında Bakı şəhərində görüşərkən təsadüfi Mehdi ilə yolda qarşılaşmışlar. Söhbət əsnasında Mehdi ona demişdir ki, X1 uzun müddətdir ki, qaraciyər və mədə xəstəliyindən əziyyət çəkir, xəstəliyi ağır olduğuna gerə onlar bəzi sənədlər toplayıb ki, ona əlillik dərəcəsi ala bilsinlər. Bu niyyətlə o, Bakı şəhərində yerləşən X25 getməlidir ki, qohumuna əlillik dərəcəsi ala bilsin. Həmin vaxt Mehdi ona bu barədə dedikdə o, sonuncuya bildirmişdir ki, “mənim həkim tanışlarım çoxdur, onların vasitəsi ilə əlillik dərəcəsi ala bilərik". Mehdi bunun üçün nə lazım olmasını soruşduqda o, demişdir ki, 2500 manat pul lazımdır. Mehdi də bu barədə qohumları ilə məsləhətləşmiş, nəticədə ona 2500 manat pul verməyə razılıq vermişdir. O, həmin 2500 manat pulu Mehdidən 05 mart 2020-ci il tarixdə ünvan 15 ünvanda yerləşən “ 28 Mail” adlanan ticarət mərkəzinin yaxınlığında almışdır. Lakin o, Mehdinin qohumuna əlilllik dərəcəsi almağa köməklik edə bilməmiş, aldığı pulu da öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs4 təxminən 1 ildir ki, tanıyır. Belə ki, onunla təsadüfən Fuzuli küçəsində yerləşən Aptekin qarşısında tanış olmuşdur. O, Mustafa ilə həm söhbət olan zaman demişdir ki, “mənim qohumlarım var, onlar Təhsil Nazirliyində işləyirlər, əgər nəsə təhsil sahəsində köməklik lazım olarsa, problem yaranarsa mənə deyə bilərsiz”. Mustafa da ona demişdir ki, “yaxşı lazım olsa danışarıq, Sizə müraciət edərəm”. Həmin vaxt o, Mustafaya əlaqə telefon nömrəsini vermişdir. Sonradan Mustafa ona zəng vurub demişdir ki, “Elşən adlı tanışı var, onun dostunun qohumu İsmayıllı rayonunda yerləşən orta məktəbə müəllim düzəlmək üçün imtahan verib, lakin imtahandan keçə bilməyib, balı çatmayıb, ona necə köməklik etmək olar". O da cavabında demişdir ki, "İsmayıllı rayon təhsil şöbəsində tanışlarım var, onlarla danışacam, lazım olarsa gedib həll edərik”. Mustafa da buna etiraz etməmiş və həmin söhbətdən 10 gün sonra o, Mustafaya zəng vurub demişdir ki, " 5500 manat pul ver, gedim təhsil şöbəsi ilə danışım həll edim.” Mustafa da 2020-ci ilin iyul ayının 15-də Nəsimi rayonu, Füzuli küçəsində yerləşən Aptekin qarşısında ona 5500 manat pul vermişdir. Həmin vaxt onlar ikisi olmuşdur. Lakin o, həmin pulları aldıqdan senra heç bir iş görməmiş, aldığı pulları da şəxsi ehtyaclarına xərcləmişdir. Bundan başqa, o, 2016-cı ildə Zərərçəkmiş şəxs8 ilə tanış olmuşdur. Təxminən 2018-ci ilin mart ayında Şəfiqə ilə zəngiləşərkən, həmin vaxtı ona tanışı Lalə adlı qadına Təhsillə bağlı, Təhsili Nazirliyindən tanışının olub-olmamağını soruşmuşdur. O isə Şəfiqəyə Təhsil Nazirliyində işləyən bir nəfər Xədicə adlı qadının olduğunu bildirmişdir. Həmin vaxt onun əlaqə mobil telefon nömrəsini Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs7 vermişdir. Həmin vaxt Lalə ona zəng edərək onunla Yasamal rayon ərazisində yerləşən «Qoç ət» adlanan restoranda görüşmüşlər. Görüş zamanı Lalə ona tanışı Salam adlı şəxsin təhsillə bağlı lahiyəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyində müzakirə olunmasını və bu işdə köməklik edilməsini bildirmişdir. Bundan sonra o, Lalə tanışı olan Xədicə adlı qadının hazırda onun dediyinə görə Təhsil Nazirliyində işlədiyini bildirmiş və bu işdə ona köməklik edəcəyini demişdir. O, Zərərçəkmiş şəxs7 yanında Xədicəyə onun istifadəsində olan ***-***-**-** nömərəsinə zəng edərək Lalənin ona dediyi sözələri demiş, Xədicə də bu işdə köməklik edəcəyini bildirmiş və həmin vaxt o, mobil telefon aparatını Laləyə vermişdir ki, özləri telefonda öz aralarında danışsınlar. Danışıq zamanı Lalə Xədicəyə telefonla danışdıqları 15000 manat pulu və Salam adlı şəxsin lazımı sənədlərini ona verəcəyini bildirmişdir. Elə həmin günü Lalə ona 15.000 manat pulu və Salam adlı şəxsin lazımi sənədlərini vermişdir. O, isə elə həmin günü axşam saatlarında Nəsimi rayonu Qış parkının qarşısında Xədicə ilə görüşərək, ona 15.000 manat və Salamın sənədlərini vermişdir. Zərərçəkmiş şəxs7 ona söz vermişdir ki, bu iş həll olunduqdan sonra özü ona bir şirinlik kimi hörmət edəcəkdir. Bir müddət keçdikdən sonra Xədicə həmin işə əlavə olaraq 5.000 min manat pul lazımdır deyə bildirmişdir. O, isə Laləyə zəng edərək Xədicənin həmin işin həll olunması üçün 5000 min manat pul istədiyini bildirmişdir. Lalə də onunla razılaşaraq, elə həmin vaxtı Nəsimi rayonu, Füzuli küçəsi, ev 39-də kirayədə yaşamış olduğu evdə görüşüb 5000 manat pulu ona vermiş o, isə elə həmin günü Xədicə ilə həmin ünvanda görüşərək ona 5.000 manat pulu vermişdir. Həmin müddət ərzində Lalə ona tanışı olan Gülbəniz adlı qadının oğlunun Gürçüstan Respublikasında təhsili aldığından onun diplomunu Azərbyacan Respublikası Təhsil Nazirliyində tanınımasını tezləşdirməsi üçün yenidən müraciət etmişdir. O, isə Laləyə yenidən Xadicəyə müraciət etməsini bildirmişdir. O, sonradan bilmişdir ki, Lalə və Xədicə bir-biriləri ilə görüşmüş və öz aralarında həmin işin həl etməsi ilə bağlı danışmışlar. Təxminən 2017-ci ilin dekabr ayının sonundan, 2018-cı ilin yanvar ayının ortalarınadək, ona Lalə Bakı şəhərində dəqiq ünvanlarını tam bilmədiyi yerlərdə, müxtəlif vaxtlarda və tarixlərdə, hissə-hissə olmaqla ümumiikdə 12.000 manat pul vermiş, o, isə həmin pulları Xədicəyə çatdırmışdır. Lakin o, sonradan Lalədən aldığı məlumata çörə Xədicə onun xəbəri və məlumatı olmadan, onun tanışı Bənövşə adlı qadın Lalədən guya bu işi Təhsil Naziriliyində məktublar şöbəsində işləyən Günay İbrahimovanın vasitəsi ilə həl etməsi üçün beh kimi ondan 1000 manat pul aldığını bildirmişdir. Bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, Xədicə aldığı pulları ələ keçirmiş və heç bir iş görməmişdir. O və Lalə başa düşmüşlər ki, Xədicə onları aldatmışdır. O, isə məcbur olub Laləyə dəymiş ziyanı ödəmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs8 təxminən 2018-ci ilin rnay ayının sonundan, həmin ilin sentyabr ayının sonunadək ünvan 17 ünvanın qarşısında qızı Vüsalə Həbibovanı işə dülətmək üçün 11000 manat, 2018-ci ilin dekabr ayının sonunda isə həmin işin həlli üçün əlavə olaraq ünvan 8 ünvanın qarşısında 5000 manat pul almış, həmin puldan Şəfiqəyə sonradan 2000 manat pul qaytarmışdır. Aldığı pul müqabilində isə Şəfiqənin qızı Vüsaləni işə düzəltməmişdir. Bundan başqa məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, özünü qismən təqsirli bilməsinin səbəbi, bəzi zərərçəkmiş şəxslərin də bildiyi kimi, onun yuxarıda sadalanan bəzi cinayət əməllərində vasitəçi olmasıdır. Həmçinin bildirmişdir ki, tərəfindən cinayət işi üzrə zərərçəkmış şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 vurulmiş ziyan tamamilə ödənilmişdir, zərərçəkmiş şəxslərin ona qarşı şikayət, tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır, bundan başqa sonuncu Zərərçəkmiş şəxs8 vurulmuş ümumi ziyandan 2000 manat ödəmişdir. Göstərilənləri nəzərə alaraq, qadın olmasını, məhkumluğunun olmamasını, zərərçəkmiş şəxslərin onun barəsində həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etmələrini nəzərə alaraq ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsnın təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 27 noyabr 2020-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinə yazdığı ərizəsini hazırda da təsdiq edir və bildirir ki, Təqsirləndirilən şəxs 7 aya yaxındır ki, tanıyır. Belə ki, Cəvahiri ilk dəfə tanışı Manaf və Rəşad adlı şəxsin yanında görmüşdür. Manaf onunla həmsöhbət olarkən Cəvahir Manafa demişdir ki, onun vəkil tanışı var, onun vasitəsi ilə polis və məhkəmə orqanlarında olan ağır, problemli işləri yoluna qoya bilir. Manaf da onunla görüşüb həmsöhbət olarkən o, sonuncuya demişdir ki, “mənim yaxın qohumum var, o, cəzaçəkmə müəssisəsində cəza çəkir, onun cəzasını azaltmaq üçün mənə təcili vəkil lazımdır". Manaf da ona söhbət əsnasında demişdir ki, “Cəvahir adlı qadınla bu yaxınlarda tanış olmuşam, onun tanış vəkili var, onun vasitəsi ilə ağır porobləmli işləri həll edə bilir, hətta Cəvahir onun anasının milyonluq ev məsələsi olub, həmin məsələni tanış vəkilinin vasitəsi ilə həll edib”. O da bunu eşidib Manafa demişdi' ki, “Cəvahirlə danış onunla görüşək". Manaf da Cəvahirlə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb onunla görüşmək istədiyini bildirmişdir. Cəvahir də buna etiraz etməmiş və onlarla Qış Parkı tərəfcə yerləşən kafedə görüşmüşdür. O, həmin görüşə Mustafa adlı tanışı ilə birlikdə gəlmişdir. Cəvahir Mustafanı onlara təqdim edib bildirmişdir hi, "Mustafa çox savadlı adamdır, uzun müddət DİN sistemində işləyib, onun da çox əlaqələri vardır”. Daha sonra Cəvahir orda demişdir ki, onun "Sahib” adlı tanış vəkili var, o, çox savadlı və güclü vəkildir, istənilən problemli işi həll edə bilir". O da Cəvahirə demişdir ki, “mənim qohumum var, cəzaçəkmə müəssisəsində cəza çəkir, onun cəzasını azaltmaq lazımdır”. Cəvahir də demişdir ki, həmin vəkillə danışıb xəbər verəcəkdir. Növbəti gün Cəvahir demişdir ki, “vəkil sizə köməklik edəcək, ancaq xidmət haqqı kimi 1000 manat pul alacaq”. O da buna etiraz etməmiş və ilkin olaraq 300 manat pul verəcəyini bildirmişdir. Səbəbini isə belə izah etmişdir ki, o, vəkillə görüşsün, vəkil ərzəni yazsın və ona göstərsin. Cəvahir də bildirmişdir ki, “vəkilin işləri çoxdur, o, hazırda Zaqataladadır, gələ bilmir, vəkil mənə deyib ki, pulu tam formada alıb mənə de, mən gəlim görüşüm". O da Cəvahirin bu sözlərinə etiraz etməmiş, növbəti dəfə yəni ikinci dəfəyə 300 manat pulu Cəvahirə verəndə yenə vəkili görmək istədiyini demişdir. Cəvahir də demişdir ki, “Nəsimi rayon məhkəməsinə gələrsiz sabah, Sahib məhkəməyə gələcək hakimlə danışmağa" O da buna etiraz etməyərək, növbəti 300 manat pulu Cəvahirə vermişdir. Səhərisi gün o, Manafla Nəsimi rayon məhkəməsinə gələcəyini dedikdə Cəvahir onlara bildirmişdir ki, o, vəkillə tez gəlmiş, vəkil yuxarı hakimin yanına qalxmış, məhkəməyə yox, axşam üstü Qış parkındakı kafeyə gəlsinlər. Onlar axşam üstü həmin kafeyə gəldikdə Cəvahir Mustafa ilə birlikdə gəlib bildirmişdir ki, “vəkilə 600 manat pul vermiş, yerdə qalan 400 manat pulu vəkil aldıqda sonra sizinlə görüşəcək”. Mustafa da Cəvahirə demişdir ki, “Cəvahir artıq pul alıb qurtarırsan, Nizamini Sahiblə görüşdür". Cəvahir də demişdir ki, "narahat olmayın, az qalıb vəkillə görüşməyə". Vəkil həm orderi həm də ərizəsi ilə birlikdə gələcək. O da Cəvahirə inanıb növbəti 400 manat pulu ona vermişdir. O, ümumilikdə 1000 manat pulu Manafın, Mustafanın yanında Cəvahirə Qış parkı yaxınlığında yerləşən adını xatırlamadığı kafedə 2020-ci ilin iyun ayında vermişdir. O, Mustafa adlı şəxsin DİN sistemində işləməsinə inandığı üçün Cəvahirin dediklərinə çox da şübhə etməmiş, hətta Mustafanın əlaqə nömrəsini o, özünə götürmüş, Mustafa da onun nömrəsini özünə götürmüşdür. Mustafa həmçinin bildirmişdir ki, “mənim də Cəvahirdə işim var, onu da Sahibin vasitəsi ilə həll edir, etməkdədir". Lakin Cəvahir 1000 manat pulu almağına baxmayaraq, verdiyi vədinə əməl etməmiş, 1000 manat pulu dələduzluqla ələ keçirmişdir. O, Cəvahirə həmçinin xəbərdarlıq etmişdir ki, 1000 manat pulu alıb heç bir iş görməsə onun barəsində şikayət edəcək. Lakin bu heç bir fayda verməmiş, Cəvahir 1000 manat pulu dələduzluq yolu ilə ələ keçirərək çıxıb getmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı gələcəkdə şıkayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsnı təxminən 1 ildir ki, tanıyır. Belə ki, o, sonuncu ilə təsadüfən Fuzuli küçəsində yerləşən Aptekin qarşısında tanış olmuşdur. O, Cəvahirlə həm söhbət olan zaman ona demişdir ki, “mənim qohumlarım var, onlar Təhsil Nazirliyində işləyirlər, əgər nəsə təhsil sahəsində köməklik lazım olarsa, problem yaranarsa mənə deyə bilərsiz”. O da Cəvahirin bu sözündən sonra ona demişdir ki, “yaxşı lazım olsa danışarıq, Sizə müraciət edərəm". Həmin vaxt o, Cəvahirin əlaqə telefon nömrəsini götürmüşdür. Cəvahirin əlaqə nömrəsi ***-***-**-** saylı nömrə idi. Onun Elşən adlı tanışı var, sonuncu ona söhbət zamanı demişdir ki, “mənim dostumun qohumu İsmayıllı rayonunda yerləşən orta məktəbə müəllim düzəlmək üçün imtahan verib, lakin imtahandan keçə bilməyib, balı çatmayıb, ona necə köməklik etmək olar". O da demişdir ki, " Cəvahir adlı tanışım var, danışım köməklik edə bilsə, sənə deyərəm". O, bu barədə Cəvahirə dedikdə o, bildirmişdir ki, İsmayıllı rayon təhsil şöbəsndə tanışları var, onlarla danışacaq, lazım olarsa gedib həll edərik”. O da buna etiraz etməmiş və həmin söhbətdən 10 gün sonra Cəvahir ona zəng vurub demişdir ki," 5500 manat pul ver, gedim təhsil şöbəsi ilə danışım həll edim." O da Elşənə demişdir ki, "5500 manat pul lazımdır, həmin dostunun qohumunun müəlim kimi işə düzəlməsi üçün". Elşən də ona demişdir ki, “Elşən Ziya yaxın adamdır, hazırda 5500 manata imkanı çatmır, məndə də vəziyyət pisdi səndə varsa pul ver, mən sonra sənə qaytararam". O, da Elşənlə uzun müddət dostluq etdiyindən buna etiraz etməmiş və Elşənin verəcəyi 5500 manat pulu onun əvəzinə Cəvahirə 2020-ci ilin iyul ayının 15-də Nəsimi rayonu, Füzuli küçəsində yerləşən Aptekin qarşısında vermişdir. Həmin vaxt Cəvahirə pulu verərkən ikisi olmuşlar. Lakin Cəvahir həmin pulları aldıqcan sonra heç bir iş görməmiş, nə Elşənin qohumunu müəlim kimi işə düzəltmiş, nədəki aldığı 5500 manat pulu geri qaytarmışdır. Daha sonra Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı gələcəkdə şıkayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, O, Təqsirləndirilən şəxsnı sinif yoldaşı, qonşuluqda yaşayan Vüsal Həbibovun vasitəsi ilə tanımışdır. Belə ki, a, 2008-ci il tarixdə Bakı Məktəbəqədər Pedaqoji Texnikomunu bitirdiyindən ingilis dili müəllimi kimi işə düzəlmək istəyirmiş. Hətta bunun üçün o, 2018-ci ilin iyun ayında MİQ imtahanında iştirak edib imtahan vermiş, lakin az bal topladığı üçün müəllim kimi işə düzələ bilməmişdir. O, Vüsalla görüşüb bu barədə ona dedikdə sonuncu ona demişdir ki, Novruzi Cəvahir adlı tanışı var, o bu məsələdə köməklik edə bilər. O da buna razılıq verib Təqsirləndirilən şəxs nömrəsini Vüsaldan almışdır. O, 26 iyul 2018-ci il tarixdən etibarən Cəvahirlə "Vatsap” vasitəsi ilə tanış olub yazışmağa başlamışdır. Daha sonra isə o, Cəvahir ilə Nizami metrosunun yaxınlığında görüşmüş və ondan imtahanda topladığı balı artıraraq ingilis dili müəllimi kimi işə düzəlmək üçün köməklik edə biləcəyini soruşduqda sonuncu həmin görüş zamanı bildirmişdir ki, Könül adlı tanışı var, o,Təhsil Nazirliyində işləyir, onun işini düzəldə biləcək. O, həmin gün Cəvahirlə birlikdə X42 gedib orada Könül adlı qadınla görüşmüşlər. Həmin görüş zamanı Könül ona demişdir ki, imtahanda topladığı balını artırmaqda və ingilis dili müəlliməsi kimi işə düzəlməyində köməklik edə bilər. O, Könüldən bunun üçün nə lazım olmasını soruşduqda ona bildirmişdir ki, 8200 manat nəğd pul verməlidir. O da Könül və Cəvahirə bu barədə valideyinləri ilə məsləhətləşəcəyini bildirmişdir. Həmin vaxt Könül yataqda olduğundan ona demişdir ki, “sən pulu və lazımi sənədləri yəni şəxsiyyət vəsiqəsinin surətini, təhsil haqqında şəhadətnaməni, kolleci bitirməyin barədə diplomun surətini toparlayıb Cəvahirə verərsən". O, bu barədə valideynlərilə məsləhətləşdikdən sonra 31 iyul 2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Qış parkı adlanan ərazidə Cəvahir ilə görüşərək ilkin olaraq 3000 manat nəğd pul vermişdir. Həmin vaxt ancaq ikisi olmuşdur. Həmin görüşdən 1 ay sonra yəni 2018-ci ilin avqust ayında o, yenidən Cəvahir ilə Qış parkı adlanan ərazidə görüşüb ona 4000 manat pul vermişdir. Həmin görüşə o, atası Rövşən Babayevlə birlikdə getmişdir. Cəvahir həmin vaxt bildirmişdir ki, sentyabr ayının 15-də o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən orta məktəblərin birinə müəllim kimə işə düzəlib rəsmi əlaraq işə çıxacaq. O, həmin tarixin keçməsini görüb Cəvahirə nəyə görə sentyabr aynın 15-də işə çıxmamağını soruşduqda ona demişdir ki, “Könül ölüb, buna görə sənin işin yarımçıq qalıb, ancaq narahat olma, işini Xədicə adlı qadın görəcək". Bundan sonra Cəvahir onu və atası X37 ilə görüşdürmüşdür. Həmin görüş zamanı Xədicə onlara bildirmişdir ki, işi tez bir zamanda həll edəcək. Bundan sonra Cəvahir ona demişdir ki, “yerdə qalan 1200 manat pulu da gətir ver, işin tez bir zamanda həll olunsun”. O da Cəvahirə 2019-cu ilin may ayının 21-də yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ev 40 saylı ünvanda 1200 manat pul vermişdir. Lakin buna baxmayaraq Cəvahir, Könül və Xədicə onun imtahanda topladığı balı artırmamışlar, onu ingilis dili müəlliməsi kimi işə düzəltməmişlər, müxtəlif bəhanələr gətirirmişlər. Sonradan Cəvahir onu Xədicə ilə yanaşı Bənövşə adlı qadınla da görüşdürmüş, həmin qadın da ona blankda nəyəsə qol çəkdirmiş, lakin bütün bunlara baxmayaraq o, işə düzələ bilməmiş, sonradan isə Cəvahiriin bacısı Naibə Novruzi ona 1000 manat pulu geri qaytarmış. Daha sonra Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı gələcəkdə şıkayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2017-ci ilin fevral ayında Bakı şəhərində Pedaqoqika üzrə fəlsəfə doktorluğu disertasiya işini müdafiə edərkən, onunla eyni gündə Pedaqoqika üzrə fəlisəfə doktorluğu disertasiya işini müdafiə edən Zərərçəkmiş şəxs8 ilə tanış oimuşdur. Həmin gündən bu günə kimi o, Şəfiqə ilə səmimi olaraq tanışlıq münasibətini davam etdirir. Təxminən 2017-ci ilin mart ayında o, Bakı şəhərində olan zaman, Şəfiqəyə yaxın tanışı Salam adlı şəxsin təhsillə bağlı lahiyəsinin Azərbyacan Respublikası Təhsil Nazirliyində müzakirə olunmasını və bu işdə köməklik edilməsi üçün, tanış şəxsin tapılması barədə söhbət etmişdir. Bu zaman Zərərçəkmiş şəxs8 həmin məsələnin həl edilməsi üçün ona müraciət etmiş, o, isə tanışı Təqsirləndirilən şəxsnı məsləhət görərək onun möhtəbər şəxslərlə geniş ələqəsinin olmasını və bu işdə ona köməklik edəcəyini bildirmişdir. 2017-ci ilin aprel ayının əvəllərində ünvan 18 ünvanda yerləşən « Qoç-ət» restoranın qarşısında o, Şərfıqə və onun tanışı Cavahir ilə görüşmüşlər. Görüş zaman Şəfiqə onu Cavahirlə tanış etmişdir. Tanışlıq zamanı Cavahir özünü ona həkim işlədiyini bildirmişdir. Bundan sonra o, Cavahirə tanışı Salam adlı şəxsin təhsillə bağlı lahiyəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyində müzakirə olunmasına və bu işdə köməklik edilməsini bildirmişdir. Cavahir isə ona yuxarı instansiyalarında möhtəbər şəxslərin olduğunu və Azərbyacan Respublikası Təhsil Nazirliyində onun tanışı Xədicə adlı şəxsin vasitəsi ilə bu işi həll edəcəyini bildirmişdir. Bundan sonra Cavahir onun və Şəfiqənin yanında Xədicə adlı qadınla telefon vasitəsi ilə, ona dediyi məsələni bildirdi. Bu zaman Cavahir Xədicə adlı qadınla danışdıqdan sonra onunla telefonla danışdırdı, danışıq zamanı özünü Xədicə kimi təqdim edən şəxsə sual vermişdir ki, bu işin həlli üçün heç bir qeyri qanuni işlər olmasın və rəsmi qaydada məsələ həll olsun. Xadicə isə ona bu işin qanuni həll edəcəyini bildirdi. Bundan sonra o telefonu Cavahirə vermiş, bu zaman Cavahir telefonda Xədicədən bu işin həll üçün ondan nə qədər məbləğdə pul alacağını soruşmuş, Cavahirin dediyinə görə Xədicə bu işin həlli üçün ondan 15.000 manat pul istəmişdir. Bundan sonra o, Salamla ələqə saxlayıb ondan bu işin həlli üçün 15.000 manat pula düzələcəyini bildirmiş, Salam isə onunla razılaşaraq, onda hazırda həmin məğləğdə pulun olmadığını və onun yerinə həmin məbləği verməyini xahiş edərək və iş həl olunduqdan sonra ona 15.000 manat pulu tam şəkildə qaytaracağını bildirmişdir. O, isə Salamı uzun müddət tanıdığı üçün onunla razılaşmışdır. Təxminən 2017-ci ilin aprel ayının ortalarında o, ünvan 19 ünvanda yerləşən «Qoç-ət» restoranın qarşısında Salamla görüşərək ona aid olan təhsillə bağlı lahiyəsinin Azərbyacan Respublikası Təhsil Nazirliyində tanınması üçün lazımi sənədlərin sürətlərini alıb, elə həmin günü «Qoç-ət» restoranın içərsində Cavahirlə görüşərək Salam adlı şəxsə aid olan sənədləri və onun dediyi məbləğ olan 15000 manat pulu əlbə-əl sayıb Cəvahirə vermişdir. Cavahir isə ona bu işin 10 gün müddətinə həll edəcəyini bildirmişdir. Təxminən 20İ7-ci ilin aprel ayının sonunda «Qoç-ət» restoranın qarşısınca o, Cavahirlə görüşmüş, ona əlavə tanışı Gülbəniz adlı qadının oğlu Mahmudun Gürcüstan Respublikasında təhsili aldığından onun diplomunu Azərbyacan Respublikası Təhsil Nazirliyində tanınımasını tezləşdirməsi üçün müraciət etmişdir. Cavahir isə ona Xədicənin vasitəsi ilə bu işidə həll edəcəyini bildirmişdir. Bundan sonra Cavahir onun yanında Xədicə ilə əlaqə saxlayaraq diplomun təsdiqinin tezləşdirilməsi üçün ondan 5.000 manat pul istəmişdir. Bundan sonra o, Gülbənizlə əlaqə saxlayaraq, bu işin həll üçün 5.000 manat pul lazım olduğunu bildirmişdir. Gülbəniz isə onunla razılaşaraq, hazırda Zaqatala rayonunda olduğundan Bakı şəhərinə gələ bilmədiyi üçün onun əvəzinə 5.000 manat pulu verməyini xahiş etmiş və iş düzəldikdən sonra isə ona həmin məbləği qaytaracağını bildirmişdir. O isə Gülbənizi uzun müddət tanıdığı üçün onunla razılaşmışdır. Təxminən 2017-ci ilin may ayının əvəllərində Gülbəniz ona oğlu Mahmuda aid olan diplomun və lazimi sənədlərin sürətlərini göndərmiş və elə həmin günü «Qoç-ət» restoranın içərsində o, Cavahirlə görüşmüş, ona Gülbəniz adlı qadının oğlu Mahmudun Gürcüstan Respublikasında təhsili aldığından onun diplomunu Azərbyacan RespublikasıTəhsil Nazirliyində tanınımasını tezləşdirməsi üçün diplomun və lazimi sənədlərin sürətlərini və 5.000 manat pulu Cəvahirə vermişdir. Cavahir isə ona dediyinə görə 2017-ci ilin may ayının sonunda bu işi tam həll edəcəyini bildirmişdir. Lakin bir müddət keçdikdən sonra o, Cavahirlə əlaq) saxlayaraq həm Salamın və həm də Gülbənizin oğlunun işi ilə əlaqədar olaraq maraqlanmışdır. Cavahir isə ona müxtəlif bəhanələr gətirərək, yayınmağa başlamışdır. O, isə Cavahirin bu hərəkətlərindən bir qədər şübhələnməyə başlamışdır. Lakin buna baxmayaraq Şəfiqəni tanıdığı üçün, onun tanışı Cavahirin ona qarşı altdatmasına inanmırmış. O, artıq dəfələrlə Cavahirə bu işin həllindən imtina etməsini və ona verdiyi pulların qeri qaytarmasını tələb etmişdir. Lakin Cavahir isə ona yenidən müxtəlif bəhanələr gətirərək, guya bu işin həlli təxminən 2018-ci ilin sonunadək başa çatacaqdır. Təxminən 2019-cu ilin fevral ayının əvəllərində o, Cavahidən pullarını qeyri qaytarmasını tələb etdikdə, sonuncu ona guya onun Bakı şəhərində Suraxanı rayon ərazisində 01 hektar 20 sot torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini satmaq üçün, lazimi sənədələrinin düzəlməsində ondan 2000 manat pul istəmiş, torpağı satdıqdan sonra onun pullarını tam şəkildə qaytaracağını bildirmişdir. O, isə ona inanıb borca pul taparaq, 2019-cu ilin fevral ayının ortalarında ünvan 20 ünvanın qarışısında Cavahirlə görüşərək ona 2000 manat pul vermişdir. Lakin bir müddət keçdikdən sonra Cavahir ona torpaq sahəsinin sənədləri onun dediyinə görə İlqar adlı şəxsdə olduğunu və bu prosesin bir müddət davam edəcəyini bildirmişdir. O, isə İlqar adlı şəxsi tapıb onunla dəqiq xatırlmadığı mobil telefon nömrəsi ilə əlaqə saxlamış, sonuncu həmin torpaq sahəsi ona məxsus olduğunu. Cavahirin isə həmin torpaq sahəsində heç bir aidiyyəti və ona məxsus olmadığını bildirdi. Bundan sonra o, Cavahirlə əlaqə saxlayıb onu aldatdığını bildirmiş, o, isə yenidən vaxt istəyərək guya pulları qısa müddət ərzində qaytaracağını bildirmişdir. Təxminən 2019-cu ilin fevral ayının sonunda Cavahir ona zəng edərək, guya Xədicəyə onun pullarını verdiyini, işi həll etmədiyini onu aldadığını, Təhsil Nazirliyində məktublar şöbəsində işləyən Günay İbarhimovanın onun tanışı olduğunu bu işi artıq onunla həll edəcəyini bildirdi. Günayın işdən cıxa bilmədiyi üçün, onun işçisi olan Bənövşə adlı qadının onlarla yəni Cavahirlə və onunla görüşə gələcəyini bildirmişdir. O, isə Cavahirə inanmışdır. Təxminən 2019-cu ilin mart ayının əvəllərində ünvan 21 ünvanda yerləşən çay evində o, Cavahirlə görüşmüşdür. Təxminən 5-10 dəqiqə keçdikdən sonra Cavahirin dediyi Bənövşə adlı qadın onların əyləşdiyi çay evinə gəlmişdir. Bu zaman həmin qadın özünü Bənövşə adlı qadın kimi təqdim edərək. Təhsil Nazirliyində dəqiq adını çəkmədiyi şöbədə işləyini və onu Təhsil Nazirliyində məktublar şöbəsində işləyən Günay İbrahimova tərəfindən Cavahirin xahişi ilə göndərildiyini bildirdi. Onun bu işdə tam məlumatı olduğunu, bir həftə ərzində diplomun təsdiqlənəcəyini bildirərək bunun həlli üçün ondan beh kimi 1000 manat pul istəmişdir. O, Bənövşənin dedikləri ilə razılaşmış, həmin vaxtı üzərində olan 1000 manat pulu Cavahirin yanında Bənövşəyə vermişdir. Bundan sonra Bənövşə adlı qadın özü ilə gətirdiyi dəftərçəyə ondan aldığı 1000 manat pulun alıması barədə özü və o, imza etmişlər. Bundan sonra Bənövşə ona həmin 1000 manat pulu Günay İbrahimovaya çatıracağını deyərək, çay evini tərk etmişdir. Lakin o, dəfələrlə Cavahirlə və Bənövşə ilə əlaqə saxlayaraq həmin işlə maraqandıqda, onlar yenidən müxtəlif bəhanələr gətirərək, yaxın vaxtlarda işin tam həll olununacağını bildirmişlər. O da inanıb bir müddət gözləmiş, bundan sonra Cavahirin və Bənövşənin ünvanlarına gedərək pullarının qaytarlımasını tələb etmiş, lakin onlar isə vaxt istəmişlər. Təxminən 2019-cu ilin dekabr ayının əvəllərində Cavahir ona yenidən zəng edərək dəqiq adını çəkmədiyi ünvanda yerləşən Lombardan külli miqdarda qızıl zinət əşaylarının çıxrarılması üçün, təcili olaraq ümumılikdə 10.000 manat pul istəmiş və onun ümumlikdə verəcəyi 22.000 manat pulu tam şəkildə və əlavə olaraq pul ödəyəcəni bildirmişdir. O da pulu onda qalmasın deyə və ona bir daha inanaraq, ACESS Bankında kredit yolu ilə bacısı Vüsalə Mahumdovanın adına və Zərərçəkmiş şəxs8 və digər tanışlardan ümumlikdə 10.000 manat pul toplayaraq, təxminən 2019- cu ilin dekabr ayının ortalarında Cavahirin Novruzinin yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, ünvan 22 ünvanında ona 5000 manat pul vermişdir. Sonuncu dəfə isə təxminən 2019-cu ilin dekabr ayının sonunda «Qoç-ət» restoranın içərsində Cavahirlə görüşərək ona 5.000 manat pulu əlbə-əl sayıb vermişdir. Daha sonra Zərərçəkmiş şəxs7 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı gələcəkdə şıkayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2009-cu il tarixdən bu günə kimi Azərbaycan Respublikası Təhsili Nazirliynin Azərbaycan Dillər Universitetində pedaqoqika üzrə müəllimə vəzifəsində işləyir. O, 2018-ci ilin fevral ayında Bakı şəhərində Pedaqoqika üzrə fəlsəfə doktorluğu disertasiya işini müdafiə edərkən, onunla eyni gündə Pedaqoqika üzrə fəlsəfə doktorluğu disertasiya işini müdafiə edən Zərərçəkmiş şəxs7 ilə tanış olmuşdur. Həmin gündən bu günə kimi o, Lalə ilə səmimi olaraq tanışlıq münasibətləri davam edir. 2017-ci ilin mart ayında Lalə Bakı şəhərində olan zaman ona Təhsil Nazirliyindən tanışının olduğunu soruşmuş, o da sonuncuya tanışının olmadığını demişdir. Lakin ona qısa müddət ərizində bir nəfər əvvəllər tanıdığı Cavahir adlı qadın olduğunu, ondan Təhsil Nazirliyində tanışı vardırsa bu barədə məlumat verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs həmin müddət ərzində tanımışdır. Elə həmin vaxt Cavahir ona zəng etmiş və o, da sonuncuya bu barədə məlumat vermişdir. Bundan sonra Cavahirin əlaqə telefon nömrəsini Laləyə vermişdir ki, onlar bir-biriləri ilə əlaqə saxlasınlar və Lalənin ona nə sözü vardırsa öz aralarında həll etsinlər. Lakin o, sonradan Lalədən aldığı məlumata görə Cavahir ondan Lalənin dediyi kimi ümumlikdə 33.000 manat pul almış və ona tapşırdığı işini həll etməmişdir. Həmin vaxtdan bu günə kimi Cavahir ona nə 33.000 manat pulunu qaytarmış, nədəki , onun dediyi işini həll etməmişdir 2018-ci ilin aprel ayında qızı X21 işsiz olduğu üçün qızını işə düzəltmək üçün tanışı Cavahirə müraciət etmiş, sonuncu isə ona qızını guya hər hansı bir dövlət müəssisələrinin birinə yəni konkret olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətində zabit rütbəsi almaqla orada şöbələrin birində qeydiyyatçı işinə düzəltmək üçün ondan ümumlikdə 16000 manat pul istəmişdir. O, da Cəvahirlə razılaşmışdır. 2018-ci ilin may ayının sonundan, həmin ilin sentyabr ayının sonunadək o, ünvan 17 ünvanın qarşısında qızı Vüsalə Həbibovanı işə düzəltmək üçün Cavahirə İlkin olaraq 11.000 manat pul vermiş və bundan başqa 2018-ci ilin dekabr ayının sonunda həmin iş üçün əlavə olaraq Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində Cavahirə 5.000 manat pul vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs8 məhkəmə iclasında mülki iddiaya dair ərizə təəqdim edərək onun mülki iddiaçı kimi tanınmasını və mülki cavabdeh Təqsirləndirilən şəxs 16000 manat maddi ziyanın və 140 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. Daha sonra Zərərçəkmiş şəxs8 vəkili A.T.Ağakərimov məhkəməyə mülki iddia ərizəsinə dəqiqiləşdirmə ərizəsi təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən 16000 manat vurulmuş ziyanın 2000 manatını ödənildiyini, mülki iddianı müdafiə etdiyini və sonuncudan 14000 manat tutularaq Zərərçəkmiş şəxs8 ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən X28 məhkəməyə teleqram unvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasını onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasında təhsil almaq istəmiş və bu barədə söhbət əsnasında ailəvi dostluq etdiyi Sevda Zərbəliyevaya da bildirmişdir. Bunu eşidən zaman Sevda ona Təhsil Nazirliyində tanış olduğunu və onunla məsləhət edə biləcəyini bildirmişdir. 2018-ci ilin sentyabr ayında onlar Sevda ilə ilk dəfə Sevdanın Təhsil Nazirliyində işləyən tanışı Könül adlı şəxslə görüşmüşdür. O, Könülə nə istədiyini bildirdikdə, sonuncu ona şərtləri izah etmiş və özü ona kömək edəcəyini bildirmişdir. Könül ona izah etmiş ki, o, ilkin olaraq sığorta, viza, yataqxana, illik təhsil haqqı və bilet xərcləri ödənilməli və buna görə də, həmin xərcləri ödəmək üçün ondan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrostansiyasının qarşısında 10.000 manat əul almış, lakin ona heç bir qəbz təqdim etməmişdir. Təxminən bir həftə sonra Könül ona zəng vurmuş və Türkiyədə qiymətlər dəyişdiyi üçün ondan əlavə olaraq 5000 manat pul da istəmişdir. Bunu eşidən zaman qəzəblənmiş və əlavə pulun nəüçün ödəniləcəyini soruşmuşdur. Bu zaman Könül onu Cəvahir adlı qadınla tanış etmiş və ona Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmişdir. O, Cəvahirin yanına getdikdə Cəvahir özünə Təhsil Nazirliyinin nümayəndəsi kimi təqdim etmiş və qiymətlərin doğurdan da dəyişdiyini, Könülün ona yalan demədiyini və onun işini o özü görəcəyini bildirmişdir. Bundan sonra o, Cəvahirə inanıb Könülə Bakı şəhəri Nəsimi rayonu Füzuli küçəsində yerləşən “Qış Parkında 5000 manat pul vermişdir. Bundan sonra o, Könülə zəng vurmuş və onun işinin nə yerdə olduğunu soruşduqda o, nədən zəng vurduğunu soruşmuş və onun işini Cəvahir həll edəcəyini bildirmiş, buna görə də telefon əlaqələrini Cəvahirlə saxlamağı bildirmişdir. Bundan sonra o. Cəvahirlə mütəmadi olaraq əlaqə saxlamış, lakin işində heç bir irəliləyiş olmamış, Cəvahir ona müxtəlif bəhanələr gətirərək onu aldadırmış. Bir müddət sonra Cəvahir ona zəng vurmuş və Könülün ona pul vermədiyini bildirmiş və ondan pul istəməyə başlamışdır. O, Cəvahirdən nəyin xərclərini ödəmək üçün pul verməli olduğunu soruşduqda, Cəvahir ona bilet, viza, yataqxana pulunun dərhal ödəniləcəyini demiş və bütün s€»nədlərin hazır olduğunu bildirmişdir. O, Cəvahirə hissə-hissə ümumilikdə 5000 manat pul vermiş, axırıncı dəfə 1500 manat pulu Cəvahirə Bakı şəhəri Nəsimi rayonu Füzuli küçəsində yerləşən “Qış parkı” ilə üzbəüz 53 saylı binanın qarşısında vermişdir. O, işi ilə əlaqədar heç bir nəticə olmadığına görə BMCMl-yə ərizə ilə müraciət etmiş və həmin vaxt Cəvahirin bacısı ona ümumilikdə hissə-hissə 4000 manat pul ödəmiş və pulun qalan hissəsini, yəni 16.000 manat pulu 2C19-cu ilin sentyabr ayında Cəvahir tərəfindən ödəniləcəyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı teleqramda Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı gələcəkdə şıkayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən X11 məhkəməyə teleqram unvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasını onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayından tanıyır. Belə ki, o, bacısı oğlu Samirlə 2020-ci ilin fevral ayında Bakı şəhərində görüşərkən təsadüfi Cəvahir ilə yolda qarşılaşmışlar. X1 uzun müddətdir ki, qaraciyər və mədə xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ağır olduğuna görə onlar bəzi sənədlər toplamışlar ki, ona əlillik dərəcəsi ala bilsinlər. Bu niyyətlə o, Bakı şəhərində yerləşən X25 getməli imiş ki, qohumuna əlilik dərəcəsi ala bilsin. Həmin vaxt o, bu barədə Cəvahirə danışdıqda sonuncu ona demşdir ki, onun həkim tanışları çoxdur, onların vasitəsi ilə əlillik dərəcəsi ala bilər. O, bunun üçün nə lazım olmasını soruşduqda Cəvahir ona demişdir ki, 2500 manat pul lazımdır. O da bu barədə qohumları ilə məsləhətləşmiş, nəticədə Cəvahirə 2500 manat pul verməyə razılıq vermişdir. O, həmin 2500 manat pulu Cəvahirə 05 mart 2020-ci il tarixdə ünvan 15 ünvanda yerləşən “ 28 Mail” adlanan ticarət mərkəzinin yaxınlığında vermişdir. Buna baxmayaraq Cəvahir Novruzi onu yola verərək onun qohumuna əlilliklə dərəcəsini almaq üçün köməklik etməmişdir. Həmçinin Zərərçəkmiş şəxs5 məhkəməyə ünvanladığı teleqramda Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı gələcəkdə şıkayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram unvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasını onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, əvvəllər 187 nömrəli orta məktəbdə müdir müavini işləmiş, eyni zamanda iş yeri uzaq olduğu üçün, bundan başqa xəstəliyi ilə əlaqədar olaraq uşaq baxçasına müdir vəzifəsinə keçmək istəyirmiş. Çox yaxın bildiyi Samirə adlı qadın onun bu məsələsini eşidib bu məsələdə köməklik edə biləcəyini demiş və ona müdir vəzifəsinə keçmək üçün sertifikat lazım olacağını qeyd etmişdir. Həmin vaxt Samirə adlı qadın özünü “Heydər Əliyev” Fondunda məsul vəzifədə olduğunu bildirmişdir. O, bildirmişdir ki, Samirə adlı qadını təxminən təxminən 3 il olar ki, tanıyır. Onunla ilk əvvəllər tanışlığı keçirilmiş yas mərasimlərinin birində olmuşdur. Samirə qeyd etmişdi ki, sertifikat hamıya 5000 manata düzəlir, lakin onlar özləri bu məsələni həll etdiklərinə görə ona nisbətən ucuza yəni 2000 manata düzəldərlər. Həmçinin ondan bu məsələyə görə, yəni sertifikat məsələsinə görə 2000 manat pul almışdır. Həmin pulu ondan Bakı Əyləncə Mərkəzinin yaxınlığında yerləşən hündür mərtəbəli binanın qarşısında almışdır. Həmin vaxt Samirə və ondan başqa yanlarırda heç kim olmamışdır. Samirə ona pulu verdikdən sonra bildirmişdir ki, o, serifikatı yalnız 3 ay sonra əldə edə biləcək. Söhbət əsnasında Samirə ona bildirmişdi ki, həmin sertifikatı Elya adlı qadının vasitəsi ilə əldə edəcəkdir. Üç ay tamam olduqdan sonra o, Samirə ilə telefon əlaqəsi saxlayaraq sertifikatın nə yerdə qaldığını maraqlandıqda ona bildirmişlər ki, sertifikatda texniki səhvlər olmuş, eyni zamanda sertifikatın qiyməti bahalaşmışdır. Bu zaman o, Samirəyə bildirmişdir ki, artıq verəcək heç bir pulu yoxdur. Bu zaman Samirə ona bildirmişdir ki, “eybi yoxdur, pulun qalan hissəsini mən özüm öz cibimdən verərəm". Növbəti 3 ayın tamamında o, Samirədən sertifikatı istədikdə ona həmin vaxta kimi alınmadığını bildirmişdir. O, Samirədən ona vermiş olduğu 2000 manat pulu geri tələb edərək ailəsində sertifikatın alınmaması məsələsinə görə narazılığın yarandığını bildirmişdir. Həmin vaxtdan təxminən 7-10 gün sonra o, yenidən Samirəyə zəng vuran zaman sonuncu bildirmişdir ki, artıq sertifikat hazırdır. O, Samirə ilə Bakı Əyləncə Mərkəzinin yaxınlığında, X17rşısında görüşmüş və Samirə ona sertifikat vermişdir. Bundan sonra Samirə bildirmişdir ki, sertifikat məsələsini həll edən Elya xanım onu İradə adında xanımla Bakı şəhər İcra hakimiyyətində görüşdürəcək. İradə adlı xanımın Bakı şəhər İcra hakimiyyətində işlədiyini, onun ərinin isə Milli Məclisdə məsul vəzifədə işlədiyini bildirmişdir. Sonradan Samirə dəqiq tarix yadında deyil Elya adlı qadınla görüşməyi üçün Bakışəhər İcra Hakimiyyətinin qarşısına görüş vermişdir. Həmin vaxta kimi o, həmin Elya adlı qadını heç vaxt görməmişdir. Samirə dediyi vaxt o, Bakı şəhər İcra hakimiyyətinin qarşısına gəlmiş və Samirə ilə telefon əlaqəsi saxlayan zaman Elya adlı qadının onu İcra hakimiyyətinin qarşısında gözlədiyini bildirmişdir. Samirə ona Elyanı təqdim edərək göy göz qadın olduğunu, yanında da başqa bir qadının olduğunu demişdir. O, Samirənin dediyi əlamətlərdən Elyanı tanıyaraq ona yaxınlaşmış və onunla tanış olmuşdur. Həqiqətən də həmin vaxt Elya adlı qadının yanında başqa bir qadın olmuşdur. Elya və yanında olan qadın İcra hakimiyyətinin qarşısına metro tərəfdən gəlmişdir. Başqa bir qadın isə telefonla danışaraq o tərəf bu tərəfə gedirmiş və sonradan onlara yaxınlaşaraq onlarla tanış olmuşdur. Həmin vaxt bilmişdir ki, Elya adlı qadının yanındakı Firəngiz acflı 1 qadın olmuş, sonradan onlara yaxınlaşmış həmin telefonla danışan qadın isə Cəvahir adlı qadın olmuşdur. Həmin söhbət əsnasında Elya adlı qadın onları tanış etdikdən sonra başqa bir işi olduğunu bildirib kənara çəkimiş və bildirmişdir ki, "Siz gedin söhbətinizi həll edin, mən burda dayanıb Sizi gözləyirəm”. O, Firəngiz və Cəvahir adlı qadın ilə birlikdə İcra Hakimiyyətinin qəbul otağı tərəfə keçmişlər və orada olan zaman Cəvahir telefonla bir nəfər şəxslə danışmış, bildirmişdir ki, “Xala qızı biz burdayıq, gəl" Bu danışıqdan sonra İcra hakimiyyətinin pilləkanlanndan bir nəfər qadın aşağı düşüb onlara yaxınlaşmış və salamlaşaraq bildirmişdir ki, "Sizsiniz mi baxçaya işə düzəlmək istəyən", o da başı ilə təsdiq etdikdən sonra həmin qadın yəni İradə ondan sənədlərini və pulu istəmişdir. Bu zaman o, üzərində heç bir məbləğdə pul olmadığını bildirmişdir .Bu zaman pilləkanlarla düşərək yanlarına yaxınlaşan, adının isə həmin vaxt iradə olduğunu bildiyi qadın Cəvahirə tərəf çevrilərək bərkdən bildirmişdir ki,"Sənə yüz dəfə demişəm, çiy olmayan iş gətirmə, mən indi yuxarılara nə cavab verəcəm, gedin, nə işiniz varsa özünüz həll edin, məni bu məsələyə qatmayın" deyərək getmişdir. Bu vaxt Cəvahir Firəngizə bildirmişdir ki, "Bəs deyirdin xanım pulnan gələcək”. Firəngiz bundan sonra ona bildirmişdir ki, “Sənə baxçaya işə düzəldmək üçün nə qədər pul deyiblər?”, o isə pulun miqdarının məsələyə heç bir dəxli olmadığını, deyilən məbləğə razı olduğu üçün onlara yaxınlaşdığını bildirmiş və hələ ki, işə qəbul olmaq barədə fikirləşdiyini söyləmişdir. Firəngiz bu zaman bildirmişdir ki, “Bizim heç kimdən qorxumuz yoxdur, biz bu baxçaya işə düzəlmə məsələsini 33.000 manata həll edirik, həmin puldan da ona və Cəvahirə hərəsinə 1500 manat olmaqla,ümumilikdə 3000 manat pulın onlara qalacağını qeyd etdi". Firəngiz ona bildirmişdir ki, “sən nə vaxta pulu hazır edə bilərsən ki, səni qəbula yazdıra bilək". O da cavabında pulu hazır edən zaman onlara xəbər edəcəyini bildirdikdə, Firəngiz ona öz nömrələrini vermişdir. Həmin nömrələr isə ***-***-**-**, ***-***-**-** və ***-***-**-** GSM mobil nömrələr idi. O, evə gəlmiş, düşünmüş və Firəngizə zəng vuraraq 10.000 manat pul tapa bildiyini demişdir. xx.xx.2019-cu il tarixdə 28 Mallın dördüncü mərtəbəsinə o, qızı Aytacla birlikdə qalxaraq orada əyləşmiş Cəvahir və Firəngizə əlbəəl 10.000 manat pul vermişdir. Həmin vaxt ona bildirmişlər ki, artıq pulu verdiyinə görə onu Bakı şəhər İcra hakimiyyətinin başçısının qəbuluna yazdıra bilərlər. Qızı ilə o, Malldan ayrılmamışdan qabaq Cəvahir ona təklif etmişdir ki, əgər maşınla gəlmisinizsə bizimlə birlikdə Bakı şəhər İcra Hakimiyyətinə gedək və bu pulu İradə xanıma verək. O da öz razılığını vermiş və onlarla birlikdə Mall-dan düşərək Bakı şəhər İcra hakimiyyətinin qarşısına getmişlər. Cəvahir avtomaşından düşərək qəbul otağı tərəfə getmiş və içəri daxil olmuşdur. Təxminən 10 dəqiqə sonra geri qayıtmış və pulu İradəyə verdiyini bildirmişdir. Növbəti dəfə 23 avqust 2019-cu il tarixdə o, bankdan 30.000 manat kredit pul götürmüş və dərhal da Firəngizə zəng vuraraq pulun qalan hissəsini də tapdığını ceyd etmişdir. Bu zaman Firəngiz ona sabah və birisi günü şənbə və bazara düşdüyünü deyərək birinci gün, yəni 26 avqust 2019-cu il tarixdə görüşüb pulu götürəcəyini qeyd etmişdir. 26 avqust 2019-cu il tarixdə o, Firəngizə zəng vuraraq pulu hara gətirəcəyini soruşduqda ona 28 Mall-da görüşəcəklərini bildirmişlər. Bundan sonra o yenə də qızı Aytacla birlikdə qeyd edilən ünvanın 4-cü mərtəbəsinə qalxmışlar və o, narahat olduğu üçün pulu qızı Aytaca sayması üçün vermiş, Aytac da pulu sayıb əlbə-əl 23.000 manat pulu Firəngizə vermişdir. Bundan sonra yenə də Cəvahir bildirmişdir ki, pulu aparıb İradə xanıma vermək lazımdır. Onlar yenə birlikdə Mall-dan aşağı düşmüşlər və Cəvahir xalası qızı İradənin “Jalə Plaza”-da olan salonda olduğunu bildirərək avtomobili ora sürməyini xahiş etmiş və onlar qeyd edilən ünvana çatanda Cəvahir avtomaşından düşmüş və pul ilə birlikdə Jalə Plazaya daxil olmuş, təxminən 10-15 dəqiqə sonra geri qayıtmış, pulu İradəyə verdiyini qeyd edərək artıq qəbula düşə biləcəyini ardıca isə həftənin gələnə günlərin birində qəbul günü olacaq və o, həmin gün İcra hakmiyyətinin qarşısına saat 14-də gəlməli olduğunu bildirmişdir. Firəngiz dediyi vaxt o, Bakı şəhər icra hakimiyyətinin qarşısına gələn zaman həqiqətən də həmin günü qəbul günü olduğunu görmüş və Firəngizlə Cəvahir də həmin vaxt ora gəlmiş, ona yaxınlaşmış, sonradan Cəvahir İradə adlı qadınla danışmış və İradə binadan aşağı düşərək hazırda izdihamın olduğunu qeyd edərək Bakı şəhər İcra hakimiyyəti (BŞİH) başçısının arxa qapıdan çıxıb getdiyini bildirərək onlara sonra, başqa vaxt yaxınlaşmağı təklif etmişdir. Bundan sonra isə uzun müddət keçmiş, lakin ona Cəvahir və Firəngiz heç bir məlumat verməmişlər və o, bundan narahat olmağa başlamışdır. Cəvahir və Firəngiz ona bildirmişlər ki, İradə xanımla danışıblar və İradə xanım bildirib ki, onu artıq BŞİH başçısı deyil, Yasamal Rayon İcra Hakimiyyətində işləyən Heydər adlı şəxs qəbul edəcək. O, isə baxçaların rayon icra hakimiyyətinə tabe olmadığını, birbaşa BŞİH-ə tabe olduğunu demişdir. Firəngiz və Cəvahir isə onun üçün bunun heç bir fərqi olmadığını bildirmişlər. Bundan sonra o, daha çox narahat olmağa başlamış və ona hansı baxçanın müdirəliyi təqdim ediləcəyini Cəvahir və Firəngizdən tələb etməyə başlamışdır. Bu zaman Cəvahir və Firəngiz məsələni İradə adlı xanıma dediklərini və İradə xanımın da yalnız bir halda baxçanı göstərə biləcəyini bildirmişdir ki baxçaya gedən zaman onların heç bir söz deməsin. O da razılıq vermişdir. Bundan sonra ona 82 nömrəli baxçanı göstərə biləcəklərini qeyd etmişlər. Onlar baxçaya Cəvahir, Firəngiz və İradə ilə birlikdə getmişlər. Baxçanın zəngini basan zaman baxçanın müdirəsinin hazırda baxçada olmadığını, onların həmin baxçaya hansı səbəbdən gəldiklərini soruşduqlarında isə İradə adlı qadın həmin baxçaya uşaq yerləşdirmək istədiyini bunun üçün də həmin baxçanın şəraiti ilə tanış omaq istədiyini bildirmişdir. Baxçada işləyən şəxs onları baxçaya buraxmış, baxça çox təmiz və səliqəli imiş, o, baxçanı çox bəyənmişdir. Bundan sonra isə ona daha 2 baxça təklif edilmiş və həmin baxçalar xoşuna gəlmədiyi üçün o, həmin baxçaları bəyənmədiyini, 82 saylı baxçanı beyəndiyini bildirmişdir. Bundan sonra isə özü-özlüyüdə 82 nömrəni baxçanı maraqlanmağa başlamış, həmin ərəfələrdə 82 nömrəli baxça həqiqətən də ilin baxçası seçilmiş, bundan sonra o, baxçanın ilin baxçasını seçildiyini dedikdə, baxça müdirəsinin daha yuxarı vəzifəyə getdiyini bildirmişlər. O, sonradan maraqlandıqda müəyyən etmişdir ki, deyilənlərin hamısı yalandır. Belə ki, baxçanın müdirəsi Təranə xanım heç bir yerə yerini dəyişmirmiş. O, artıq narahat olmağa başlamış, çünki nə Cəvahir, nə də ki Firəngiz telefonlarına cavab vermirmiş. Bundan sonra ona verilmiş sertifikatı götürərək özü BŞlHyə getmiş və orada işləyən İradə adlı qadını axtarmağa başlamışdır. Orada olan polislər ona yaxınlaşaraq necə köməklik edəcəklərini bildirdikdə o, olanları danışmış və onu polis əməkdaşları BŞİH-də işləyən vəzifəli şəxslərin yanına aparmışlar, o, onların heç birini tanımamışdır. Daha sonra isə onu BŞİH-də Təmir-Tikinti Şöbəsində işləyən İradə xanımla tanış etmişlər və o tanıdığım İradə adlı qadının həmin qadın olmadığını bilmişdir. Bundan sonra isə onu İradə adı ilə tanıdığı, Cəvahir, Firəngiz , Samirə və Elya adı ilə tanıdığı şəxslər tərəfindən aldadıldığını tam başa düşmüşdür. Sertifikatı da BŞİH-də göstərdikdə ona həmin sənədin saxta olduğunu biİdirmişlər və belə bir sertifikatın heç bir hüquq və vəzifə vermədiyini qeyd etmişlər, sertifikatın saxta olduğunu bildrmişlər. Hətta Samirə adlı qadının Heydər Əliyev fondunda işlədiyini də onlara bildirdikdə, o, həmin fond ilə əlaqə saxlayaraq orada işləyən Samirə adlı qadınların fotoşəkillərini göstərmişlər və o, onların heç birinin tanıdığı Samiıə adlı qadın olmadığını bilmişdir. Bundan sonra o, Samirə ilə əlaqə saxlayaraq sertifikatın saxta olduğunu deyərək ona verdiyi 2000 manatını geri qaytarmasını tələb etmişdir. Samirə bildirmişdir ki, sertifikatı qaytarsa 2000 manatı geri qaytara bilər. Sonradan isə tanımadığı bir nəfər şəxs onunla əlaqə saxlayaraq 2000 manat pulu Maştağa qəsəbəsində ona qaytardığını, sertifikatın isə qəsdən rəngli surətini həmin şəxsə qaytardığını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı teleqramda Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı gələcəkdə şıkayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ilə təxminən 5 ildən çoxdur ki, tanışdır, dost münasibətindədir, aralarında ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs isə 10 aya yaxındır ki, tanıyır. Belə ki, o, Cəvahiri ilk dəfə Rəşad adlı tanışının yanında görmüşdür. O, Cəvahirlə həmsöhbət olarkən sonuncu ona demişdir ki, onun vəkil tanışı var, onun vasitəsi ilə polis və məhkəmə orqanlarında olan ağır, problemli işləri yoluna qoya bilir. O da Nizami ilə görüşüb onunla həmsöhbət olarkən sonuncu ona demişdir ki, onun yaxın qohumu var, o, cəzaçəkmə müəssisəsində cəza çəkir, onun cəzasını azaltmaq üçün ona təcili savadlı və təcrübəli vəkil lazımdır. O da Nizamiyə söhbət əsnasında demişdir ki, “Cəvahir adlı qadınla bu yaxınlarda tanış olmuşam, onun tanış vəkili var, onun vasitəsi ilə ağır poroblemli işləri həll edə bilir, hətta Cəvahir mənə demişdi ki, onun anasının milyonluq ev məsələsi olub, həmin məsələni tanış vəkilinin vasitəsi ilə həll edib”. Nizami də bunu eşidib ona demişdir ki, “Cəvahirlə danış onunla görüşək". O, da Cəvahirlə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb onunla görüşmək istədiyini bildirmiş, sonuncu da buna etiraz etməmiş və onlarla Nəsimi rayonu, Qış Parkı tərəfdə yerləşən kafedə görüşmüşlər. O, həmin görüşə Mustafa adlı tanışı ilə birlikdə gəlmişdir. Cəvahir Mustafanı onlara təqdim edib bildirmişdir ki, “Mustafa çox savadlı adamdır, uzun müddət DİN sistemində işləyib, onun da çox əlaqələri vardır”. Daha sonra Cəvahir demişdir ki, onun "Sahib” adlı tanış vəkili var, o, çox savadlı və güclü vəkildr, istənilən problemli işi həll edə bilir. Nizami də ona demişdir ki, onun qohumu var, cəzaçəkmə müəssisəsində cəza çəkir, onun cəzasını azaltmaq lazımdır. Cəvahir də demişdir ki, həmin vəkillə danışıb xəbər verəcəkdir. Növbəti gün Cəvahir demişdir ki, vəkil Sizə köməklik edəcək, ancaq xidmət haqqı kimi 1000 manat pul alacaq. Nizami də buna etiraz etməmiş və ilkin olaraq 300 manat pul verəcəyini demişdir. Səbəbini isə belə izah etmişdir ki, o, vəkillə görüşsün, vəkil ərizəni yazsın və ona göstərsin. Cəvahir də bildirmişdir ki, vəkilin işləri çoxdur, o, hazırda Zaqataladadır, gələ bilmir, vəkil ona deyib ki, pulu al tam formada, mənə de, mən gəlim görüşüm. Nizami də buna etiraz etməmiş, növbəti dəfə yəni ikinci dəfəyə 300 manat pulu Cəvahirə verəndə yenə vəkili görmək istədiyini demişdir. Cəvahir də demişdir ki, “Nəsimi rayon məhkəməsinə gələrsiz sabah, Sahib məhkəməyə gələcək hakimlə danışmağa”, Nizami də buna etiraz etməyərək, növbəti 300 manat pulu Cəvahirə vermişdir. Səhərisi gün onlar Nizami ilə Nəsimi Rayon Məhkəməsinə gələcəyini dedikdə Cəvahir onlara bildirmişdir ki, o, vəkillə tez gəlmiş, vəkil yuxarı hakimin yanma qalxmış, məhkəməyə yox, axşam üstü Qış parkındakı kafeyə gəlsinlər. Onlar axşam üstü həmin kafeyə gəldikdə Cəvahir Mustafa ilə birlikdə gəlib bildirmişdir ki, vəkilə 600 manat pul vermiş, yerdə qalan 400 manat pulu vəkil aldıqda sonra onlarla görüşəcək. Mustafa da Cəvahirə demişdir ki, "Cəvahir artıq pul alıb qurtarırsan, Nizamini Sahiblə görüşdür”. Cəvahir də demişdir ki, "narahat olmayın, az qalıb vəkillə görüşməyə”. Vəkil həm orderi həm də ərizəsi ilə birlikdə gələcək. Nizami də ona inanıb növbəti 400 manat pulu Cəvahirə vermişdir. Nizami ümumilikdə 1000 manat pulu onun, Mustafanın yanında Cəvahirə Qış parkı yaxınlığında yerləşən adını xatırlamadığı kafedə 2020-ci ilin iyun ayında vermişdir. Onlar Mustafa adlı şəxsin DİN sistemində işləməsinə inandıqları üçün Cəvahirin dediklərinə çox da sübhə etməmişlər, hətta nömrələrini götürmüşlər. Mustafa həmçinin bildirmişdir ki, “mənim də Cəvahirdə işim var, onu da Sahibin vasitəsi ilə həll edir, etməkdədir". Lakin Cəvahir 1000 manat pulu almağına baxmayaraq, verdiyi vədinə əməl etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Məhəmmədi Sevdanın vasitəsi ilə tanmışdır. O, Sevdanı 2018-ci ilin yay aylarından tanımışdır. O, Sevda ilə yaxın tanışının toyunda tanış olmuş, münasibətləri normal olmuşdur. Sevda ona qeyd etdiyi vaxtda yadında qamayan mobil telefon nömrəsi ilə zəng vurub bildirmişdir ki, “mən Məhəmməddən müəyyən məbləğdə pul almışam, onu Türkiyədə təhsilini davam etdirməsi məqsədi ilə, gəl səni Məhəmmədlə tanış edim, ona denən ki, sənin məsələni Nadir müəllim mənə tapşırıb, biraz onu yola verim, sonra görüm neynirəm”. O, da Sevdanın dedikləri ilə razılaşıb Məhəmmədlə 2018-ci ilin oktyabr ayında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən Bizim marketin qarşısında görüşmüşlər. Həmin görüş zamanı o, Məhəmmədə demişdir ki, “sənin məsələni Nadir müəllim mənə tapşırıb, narahat olma sənə köməklik edəcəm", Məhəmməd də ona demişdir ki, “yaxşı razıyam və sizə inanıram”. Bundan sonra Sevda ona demişdir ki, "Könül bir nəfər tanış adam varsa, Məhəmmədə Türkiyədə təhsilini davam etdirməsinə köməklik elə, pulunu nə qədər lazım olsa mən verərəm”. O da Sevdanın bu təklifindən sonra Cəvahirə zəng vurub bu barədə ona məlumat vermişdir. Cəvahir də ona demişdir ki, "tanış adam var, bu məsələni həll edər.” O da Sevdaya bu barədə məlumat vermiş, daha sonra o, Cəvahiri götürüb Sevda və Məhəmmədlə Nəsimi rayonu, Qış parkı deyilən yerdə görüşmüşlər. Həmin görüş zamanı Cəvahir Məhəmmədə demişdir ki, “sənin işini mən həllə edəcəm". Onun bundan sonrakı məsələlərdən xəbəri olmamış, Məhəmməddən heç bir məbləğdə pul almamışdır. Lakin Şahid4 təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən o, Zərərçəkmiş şəxs1 15000 manat pul almasını etiraf edərək həmin pulu Cəvahir Novruziyə verdiyini bildirmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid4 qzı ifadəsində göstərmişdir ki, Məhəmməddən 15000 manat pul almış, həmin pulu da Cəvahirə vermiş, ilkin ifadə verən zaman özünü müdafiə etdiyi üçün o cür ifadə vermişdir, Sevdanın ondan Məhəmmədin məsələsinin həll edilməsi üçün Nadir adlı şəxsin adını verməsini bildirməsini ilkin ifadəsində düzgün göstərməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid3 məhkəməyə teleqram ünvanlayaraq istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Nəzakət xanımla Elnazın vasitəsi ilə tanış olmuşdur. Nəzakətlə Cəvahiri də o, özü tanış etmişdir. Belə ki, o, Cəvahiri Nəzakət xanımla tanış edən zaman bildirmişdir ki, Nəzakət bağçaya müdirə işinə düzəlmək istəyir. Söhbət əsnasında bildirmişdir ki, Nəzakət xanımla onu Elnaz adlı xanım tanış etmişdir. Elnaz xanım da Pedaqoji Universitetdə dosent elmi dərəcəsindədir. Elnaz xanım da Samirə adlı xanımın rəfiqəsidir. Samirə ilə Nəzakət uzun illərdir ki, rəfiqə olmuşdur, həmçinin də bir universitetdə təhsil almışlar. Sözün qısası Samirə adlı qadın uzun illərdir ki, Nəzakət xanımla tanışdır. Samirə xanım eyni zamanda Elnaz adlı xanımla da rəfiqədir. Elnaz adlı xanımla da o, 2006-cı il tarixdən tanışdır. Söhbət əsnasında o, bildirmişdir ki, Nəzakətin bağça müdirəsi kimi işə düzəlmə məsələsini Samirə adlı qadın təşkil edəcək, lakin o, Samirə adlı qadını üzdən görməmişdir. Bu məsələni də ona Elnaz xanım demişdir. Həmçinin sonradan eşitmişdir ki, Samirə adlı qadın Elnaz adlı qadının vasitəsi ilə Nəzakət xanımın bağçada kurs keçməsi ilə bağlı sertifikat da hazırlatdırmışdır. Sonradan isə həmin sertifikatın saxta olduğunu bilmişdir. O, Cəvahirə demişdir ki, Nəzakətin işə düzəltmə məsələsinin həllini Cəvahir öz üzərinə götürsün. Cəvahir də bununla razılaşaraq bacısı Naibəyə məsələni bildirmiş və xahiş etmiş ki, hər hansı bir bağça tapsın ki, Nəzakətə lazım olsa göstərə bilsinlər. Həmin vaxtlar bacısı Naibə ev məsələsi ilə əlaqədar olaraq tez-tez Bakı Şəhər İcra Hakimiyyətinə gedib-gəlirmiş. Cəvahirin bacısının əsl adı Naibə olsa da hamı onu iradə kimi tanıyır. Həmin vaxt Cəvahir bacısı Naibədən xahiş etmişdir ki, həqiqətən də Nəzakətin bağçaya düzəlmə məsələsini həll edilməsi məsələsi barəsində maraqlansın. Həmin vaxtdan bir müddət sonra Elnaz xanım onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq Nəzakət xanımı Bakı şəhər İcra haimiyyətinin qarşısına gətirəcəyini və onlarla yəni, o, Cəvahir və Naibə ilə Nəzakəti tanış edəcəyini bildirmişdir. Beləliklə Elnazla razılaşdıqları kim o, Naibə və Cəvahir Bakı şəhər icra hakimiyyətinin qarşısına gəlmişlər və orada Elnaz onları Nəzakətlə görüşdürmüşdür. Həmin vaxt Nəzakət tək gəlmiş və üzərində bağça məsələsinin həlli ilə əlaqədar hər hansı pul gətirməmişdir. Söhbət əsnasında Nəzakət onlara bildirmişdir ki ,o, Elnaza inanmır və bağça məsələsinin həlli ile əlaqədar o, onlarla yəni o, Cəvahir və İradə kimi tanıdığı Naibə ilə iş görmək istəyir. Onlar da onunla razılaşmış və həmin vaxt bir-birilərinin telefon nömrələrini götürmüşlər. Bağça məsələsinin həlli ilə əlaqədar olaraq Cəvahir Nəzakətə qısa vaxt ərzində 33.000 manat məbləğdə pul verməli olacağını bildirmişdir. Həmin vaxtdan onların nə Elnazla, nə də ki Samirə ilə heç bir əlaqələri olmamışdır. 23 avqust 2019-cu il tarixdə o, və Cəvahir Nəsimi rayonu, 28 Mail Ticarət Mərkəzində olan zaman Nəzakət və onın qızı Aytac onlara yaxınlaşmışlar və ilkin olaraq 10.000 manat pulu şəxsən ona vermişlər. O da pulu sayıb onların yanında şəxsən Cəvahirə vermişdir. Onlar razılaşmışlar ki, pulun qalan hissəsini 2-3 günə versin. Həmin gündən 3 gün sonra, yəni 26 avqust 2019-cu il tarixdə Nəzakət o, və Cəvahirə 23000 manat pul vermişdir. Həmin pulu o, Cəvahirə vermişdir. Onlar Nəzakətə söz vermişdirlər ki, yaxın vaxtlarda onun baxçaya düzəlmə məsələsi öz həllini tapacaq. Həmin vaxtdan bir müddət keçmişdir ki, Nəzakət ona zəng vuraraq işinin nə yerdə qaldığını maraqlanan zaman bu barədə Cəvahirə demişdir. Cəvahir də bacısı Naibəyə yalvarmışdır ki, Nəzakətlə görüşüb danışsın. Onlar Nəzakəti götürüb birlikdə Bakı Şəhər İcra Hakimiyyətinin qraşısına getmişlər. Həmin vaxt Nəzakət Naibə ilə görüşmüş və Nəzakət öz işinin nə yerdə qaldığını maraqlanan zaman Naibə bildirmişdir ki, Yasamal rayonunda yerləşən bağçalardan birinə müdirə kimi işə düzəldəcək. Nəzakət sonradan maraqlanmış ki, ona göstərilən bağçanın müdirəsı iş yerini dəyişmək istəmir. X26 aldatmış və onu bağça müdiri vəzifəsinə düzəltməmişdir. O, Cəvahirdə Nəzakətin verdiyi 33.000 manat pul olmasını görüb ondan 4500 manat borc pul almışdır. Cəvahirin deməyinə görə Nəzakətdən aldığı 33.000 manat puldan nə Elnaza, nə Samirəyə, nə də ki bacısı Naibəyə bir qəpik belə verməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid2 məhkəməyə teleqram ünvanlayaraq istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, anası Nəzakət Abdullayevə əvvəllər 187 nömrəli orta məktəbdə müdir müavini işləmişdir. Eyni zamanda iş yeri uzaq olduğu üçün bundan başqa xəstəliyi ilə əlaqədar olaraq anası Nəzakət uşaq baxçasına müdir vəzifəsinə keçmək istəmişdir. Anası evdə bu məsələni tez-tez dediyi üçün o, bu məsələlərdən xəbərdar olmuşdur. Sonradan eşitmişdir ki, anası Samirə adlı qadının köməyi ilə özünə baxça sahəsində kurs keçməyi ilə əlaqədar olaraq sertifikat almaq məsələsini həll edəcəkdir. Həmçinin anasından bu məsələyə görə Samirənin 2000 manat pul aldığını da anası Nəzakət ona bildirmişdir. Hətta onlar sonradan bilmişər ki, həmin sertifikat saxtadır. Sonradan Samirə anasını Elya adlı qadınla Bakı şəhər icra Hakimiyyətinə göndərmişdir. Anası Bakı şəhər İcra hakimiyyətinin qarşısında olan zaman Cəvahir və Firəngiz adlı xanımlarla onu Elya adlı qadın tanış etmişdir. Sonradan xx.xx.2019-cu il tarixdə 28 Mallun dördüncü mərtəbəsində anası 10000 manat Cəvahirə, xx.xx.2019-cu il tarixdə Cəvahir və Firəngizə 23000 manat pul vermişdir. Bir müddətdən sonra artıq onlar başa düşmüşlər ki, bunlar, yəni Samirə, Elya, Cəvahir, Firəngiz və İradə adlı qadınlar anasını aldadaraq dələduzluq etmişlər. Bütün pulların hamısı Nəsimi rayonu, 28 Mail ticarət Mərkəzinin 4-cü mərtəbəsində Cəvahirə verilmişdir. O, pulu verən zaman anası da onun yanında olmuşdur. Anasının həmin pulu verməkdə məqsədi yalnız və yalnız baxça müdirəsi keçmək olmuşdur. Cinayət işinin 2-ci cild 159-160-cı vərəqələrində qətimkan tədbiri seçilməsi haqqında 14 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 237-ci vərəqəsində olan 31 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 4-cü cild 31-33-cü vərəqələrində olan Yasamal Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 31 may 2021-ci il tarixdən hesablanmaqla 14 avqust 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 4-cü cild 104-109-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 06 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 4-cü cild 125-131-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 oktyabr 2021-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 4-cü cild 162-168-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığında saxlama müddəti 06 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 4-cü cild 244-249-cu vərəqələrində olan Nəsimi RPİ-nin müstəntiqi T.Tağıyevin 02 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri secilmişdir. Cinayət işinin 6-cı cild 13-14-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxsnın barəsində seçilmiş başqa polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 4-cü cild 202-204-cü vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 15 noyabr 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 14 mart 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 3300 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 5-ci cild 43-cü vərəqəsində olan Bakı şəhəri Probasiya İdarəsinin 17 may 2022-ci il tarixli 7035 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 14 mart 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 3300 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və 17 may 2007-ci il tarixdə AR MM-nin 8 may 2007-ci il tarixli Aministiya qərarının təsiri altına düşərək cəzadan azad olunmuşdur. Cinayət işinin 2-ci cild 224-228-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının 01 oktyabr 2020-ci il tarixli 1964 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Sonuncu törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikasının CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 6-cı cildinə əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan tam şəkildə ödənilmişdir, sonuncuya qarşı şıkayət və tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır. Cinayət işinin 6-cı cildinə əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladıqları teleqramlardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan tam şəkildə ödənilmişdir, sonuncuya qarşı şıkayət və tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır.. Beləliklə, Təqsirləndirilən şəxsnın törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, məhkumluğunun olmamasını, qadın olmasını, tərəfindən iş üzrə zərərçəkmış şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 vurulmiş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, gələcəkdə də olmayacağını bildirmələrini həmçinin sonuncu Zərərçəkmiş şəxs8 vurulmuş ümumi ziyandan 2000 manat ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnın xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 02 (iki) ay 20 (iyirmi) gün həbsdə saxlama müddəti, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 03 (üç) ay 12 (on iki) gün ev dustaqlığında saxlama müddəti, ümumilikdə 06 (altı) ay 02 (iki) gün müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) il 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə mülki iddia təmin edilməli və vurulmuş maddi zərərə görə 14.000 (on dörd min) manat məbləğində pul vəsaiti mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 ödənilməlidir. İş üzrə maddi sübüt və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 02 (iki) ay 20 (iyirmi) gün həbsdə saxlama müddəti, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 03 (üç) ay 12 (on iki) gün ev dustaqlığında saxlama müddəti, ümumilikdə 06 (altı) ay 02 (iki) gün müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) il 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə mülki iddia tam təmin edilsin və vurulmuş maddi zərərə görə 14.000 (on dörd min) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs8 ödənilsin. İş üzrə maddi sübüt və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-373/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-373/2022
23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver